Məhkəmə qərarları › İş №1(094)-17/2024

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-17/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-17/2024 16.07.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X12 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs Bahədin oğlunun iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Masallı rayonun, Bədəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonun, Bədəlan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-4/2024 saylı 26 yanvar 2024-cü il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Bahədin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 179.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Bahədin oğlu xeyli miqdarda özgə əmlakını talamaqla mənimsəmişdir. Belə ki, Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlə sonuncuya məxsus Bakı şəhəri Pirallahı rayonu Dübəndi qəsəbəsi Neftbaza küçəsində yerləşən tərəvəz məhsullarının yetişdirilməsi üçün nəzərdə tutulmuş istixana kompleksinin icarəsinə dair 13 fevral 2023-cü il tarixli müqavilənin “icarə obyektini yalnız təsərrüfat və istehsalat təyinatı üzrə istifadə etməli, icarə obyektinin dəyişdirilməsini, yenidən planlaşdırılmasmı və tikinti işlərini yalnız icarəyə verənin yazılı razılığı ilə həyata keçirməli, icarə obyektinə zərər vurulmadan ayrıla bilən qurğuların İcarədarın mülkiyyətində qalmalı” şərtlərinə əməl etməyib, müqavilə münasibətləri ilə əlaqədar idarəetmə səlahiyyətlərini həyata keçirən zaman özünün qanuni ixtiyarında olan özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2023-cü ilin iyun-avqust ayları müddətində ayrı-ayrı vaxtlarda (4 dəfə) vahid niyyətlə istixana kompleksində quraşdırılmış 6400 metr uzunluğunda 42 mm diametrli dəmir boruları oradan çıxarmaqla talayaraq, "xxxx" MMC-yə ümumilikdə 32.000 (otuz iki min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla mənimsəmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadəsi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Bahədin oğlu ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2014-cü ildən Krım yarımadasının Baxçasaray şəhərində yaşayaraq kənd təsərrüfatı ilə məşğul olmuşdur. 2023-cü ilin yanvar ayında Azərbaycan Respublikasına geri qayıtdıqdan sonra kənd təsərrüfatı ilə məşğul olmaq üçün icarəyə verilən torpaq sahələri və istixana elanları axtarmış və 2023-cü ilin fevral ayında elan ilə bağlı Nümayəndəla mobil telefonla əlaqə saxlayıb danışanda Abbas onu Pirallahı rayonu, Dübəndi qəsəbəsinə dəvət edib həmin sahədə danışmağı təklif etmişdir. Samir adlı tanışı ilə Dübəndi qəsəbəsinə icarəyə verilən torpaq sahəsində Abbasla görüşmüş, görüş zamanı 02 ha torpaq sahəsinin və 0.05 ha istixana kompleksini icarəyə götürməklə bağlı söhbətləşmişdir. Danışıq zamanı Samir adlı tanışı da tərcüməçi kimi iştirak etmiş, belə ki, o, Azərbaycan dilində danışıb başa düşsə də, latın qrafikası ilə yazıb-oxuya bilməmiş, Abbasla söhbəti alınacağı təqdirdə aralarında bağlanacaq müqavilə Samir tərəfindən oxunmalı olmuşdur. Deyilən şərtlərin həmin müqavilədə qeyd olunması onun üçün vacib olmuş, Abbasla qeyd olunan torpaq sahəsini və istixananı icarəyə götürməklə bağlı razılaşmışdır. İcarənin şərtləri icarə müqaviləsində göstərilmiş, icarə haqqı isə hər ay üçün 1700 manat olmaqla hər ayın əvvəli ödəniş edilməli olmuş, tanışı Samir Abbas tərəfindən tərtib olunmuş icarə müqaviləsini oxuduqdan sonra ona ətraflı izah verib şərtlərin danışıqlarına uyğun olduğunu dedikdən sonra hər ikisi müqaviləni imzalamışdır. Müqavilənin bir nüsxəsi icarəçi Abbasda, bir nüsxəsi isə onda olmuş, icarə müqaviləsinin qeydiyyatı ilə bağlı Abbas ona məlumat verərək müqaviləni "xxxx" MMC-nin internet səhifəsinə yerləşdirəcəyini demiş, məqsədi də hesabat dövründə həmin müqavilənin vergi orqanları tərəfindən görünməsi olmuşdur. Danışıq zamanı Abbas ona icarə haqqı olaraq 1700 manatın 1000 manatını ona, yerdə qalan 700 manatı isə Abbasın qeyd olunan istixanada köhnədən yaranmış təbii qazla bağlı borcuna ödəməyini desə də, Abbasa Bakı şəhərini tanımadığı üçün qaz idarəsinə gedə bilməyəcəyini, həmçinin digər elektron tətbiq vasitələrindən həmin məbləği ödəyə bilməyəcəyi üçün ona qeyd etdiyini yerinə yetirə bilməyəcəyini, icarə haqqının tam olaraq 1700 manatını onun özünə verəcəyini demişdir. Sonrakı müddətdə işə başlamaq üçün icarəyə götürdüyü torpaq sahəsinə gedib ora ətraflı baxış keçirmiş, istilik borularının bir hissəsinin köhnəldiyini, bir hissəsinin çürüdüyünü, həmçinin istixananın örtüyünün (klyonka) köhnə və cırıq vəziyyətdə olduğunu görmüş, 2023-cü ilin mart ayında istixananın bir hissəsinin örtüyünün dəyişdirilməsi üçün 7000 manat xərci çıxmış, həmin torpaq sahəsini 8 illik götürdüyü üçün çoxlu xərc çəkmişdir. 2023-cü ilin aprel ayının əvvəlində əkin işlərinə başlamış, may ayının sonlarında istifadəyə yararsız olan istilik borularını kəsib istixanadan çıxartmış, istilik sisteminin əsas xəttini saxlayıb digər hissələrini təmir etmişdir. Boruları istixanadan çıxaranda Abbas istixanaya gəlib nə üçün belə etdiyini soruşduqda ona köhnə olduqlarını, çürüdüklərini, düzgün qurulmadığını, icarəyə götürdüyü 02 ha. torpağın 01 ha. olan kələ-kötür hissəsini düzəldib yeni istixana quracağını və bu borulardan ehtiyac olarsa istifadə edəcəyini demiş, Abbas da etiraz etməmişdir. İstixanaya çəkdiyi xərcləri kimin qarşılayacağını soruşduqda Abbas icarə müqaviləsinin 8 illik müddətə bağlandığını və bu məsələləri başqa vaxt danışa biləcəklərini demişdir. Bundan başqa müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə həmin torpaq sahəsi ilə bağlı xərcləri çıxmış, dəmir boruları kəsib istixanadan çıxartmaqda niyyəti istixanada yeni istilik sistemi qurmaq olmuş, ilkin olaraq həmin boruları satmaq niyyəti olmamış, təxminən 5400 metr boru çıxardıb onlardan 750 metrini həmin torpaq sahəsində istifadə etmişdir Sonuncu dəfə həmin torpaq sahəsində olarkən qeyd etdiyi 750 metr dəmir boru orada olmuş, həmçinin ərazidə istifadəyə yararsız çən də olmuş, həmin çəni Abbasa məlumat verməklə dəmir alan şəxsə təxminən 500 manat qarşılığında vermişdir. Həmin metal alan şəxsin mobil nömrəsini istixanaya gələrkən Qala-Pirallahı yolunda üzü Pirallahı rayonu istiqamətində gələrkən yolun sağ tərəfində mişar daşından hörülmüş hasara bərkidilmiş taxta üzərində görüb qeyd etmiş, yerdə qalan təxminən 4700 metr dəmir borunu satmaqda niyyəti isə Krım yarımadasında yaşayan qızının orada olan xəstəxanaların birində reanimasiya şöbəsinə aparılması, həmçinin həmin boruların istifadəyə yararsız olması, ərazidə artıq yer tutmaları, dəmir boruları satacağı təqdirdə kiməsə maddi ziyan vurmayacağını düşünməsi olmuşdur. Belə ki, öz vəsaitindən həmin torpaq sahəsinə ən azı 35000 manat pul xərcləmişdir. Bundan sonra hazırda adını, nömrəsini və haqqında digər hər hansı məlumatı xatırlamadığı taksi ilə Dübəndi qəsəbəsində icarəyə götürdüyü istixanaya gedərkən yolda təsadüfən söhbət açılanda sürücüyə dəmir boru satdığını demiş, sürücü ünvana çatdıqda avtomobildən düşərək içəri gəlib satacağını dediyi dəmir borulara baxandan sonra onunla necə əlaqə saxlayacağını soruşduqda ona hər gün səhər saat 05:00-dan axşam saat 22:00-a qədər istixanada olduğunu demişdir. Səhəri günü səhər saat 10:00-da həmin taksi sürücüsü başqa bir şəxslə markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı minik avtomobili ilə istixanaya gəlib yenidən dəmir borulara baxıb getmişdir. Daha sonra təxminən saat 18:00 radələrində “Qazel” markalı yük maşını ilə gəlmişlər. İlk dəfə həmin şəxslərə dəmir borunu satmış, satdığı dəmir boru təxminən 1800 metr uzunluğunda olmuş, təxminən 4000 manat məbləğində pul alandan sonra 2000 manatını xəstəlikdən əziyyət çəkən qızı üçün göndərmiş, yerdə qalan pulu isə ərazidə işləyən işçilərinə vermişdir. Bundan sonra ona yenidən pul lazım olduğu üçün 2023-cü ilin iyul ayında əvvəlcədən telefonunda qeyd etdiyi dəmir alan şəxslə əlaqə saxlayıb satılası dəmir boruların olduğunu sonuncuya demiş, həmin gün də qeyd etdiyi şəxs avtomobillə istixanaya gələrək dəmir borulara boruların hər metrəsi üçün 2 manata razılaşdıqdan sonra, dəmir baxandan sonra yük avtomobili ilə 1000 manat pul qarşılığında həmin şəxsə 500 metr ümumi uzunluğunda dəmir boru vermişdir. Təxminən bu hadisədən 10 gün sonra ona yenidən pul lazım olduğu üçün həmin şəxslə əlaqə saxlayıb yenidən dəmir boru satmaq istədiyini demiş və 1200 metr dəmir borunu hər metr üçün 1.80 manat olmaqla 2000 manata satmışdır. Bundan təxminən 1 həftə sonra yenidən pul lazım olduğu üçün qeyd etdiyi metal alan şəxslə əlaqə saxlayaraq dəmir boru satmaq istədiyini demiş, o, yenidən istixanaya gələrək yerdə qalan təxminən 1000 metr istifadəyə yararsız dəmir borunu metrəsi 1.10 manata almışdır. 2023-cü ilin iyul ayının sonlarında istifadəyə yararsız dəmir boruları satıb bitirdikdən sonra avqust ayında kirayə yaşadığı Binə qəsəbəsi, “atçılıq” deyilən yaşayış massivində yaşadığı fərdi tikilinin kirayə haqqını ödəyə bilmədiyi üçün evdən çıxıb həyat yoldaşı və oğlu Əmiraslanla birlikdə Masallı rayonu, Bədəlan kəndindəki evinə getmişdir. Təxminən 3-4 gün sonra Abbasın atası Zaur adlı şəxs ona zəng edib nə baş verdiyini soruşduqda Zaura ətraflı şəkildə cavab verib övladının səhhətində yaranmış problemlərlə bağlı dəmir boruları satdığını ona demişdir. Bir müddət sonra 24 sentyabr 2024-cü il tarixdə Abbasın təklifi ilə Bakı şəhərinə gəlmiş, birlikdə Pirallahı Rayon Polis İdarəsinə gedib baş vermiş hadisə ilə bağlı izahat vermiş, həmçinin istixanada olan istilik sisteminin dəmir boruları yararsız olduğundan çıxartdığını, hətta Abbasa da bu barədə bildirdiyini, bununla bağlı əsas xətlərdən çıxışların hamısını əsaslı təmir edib hazır və işlək vəziyyətə gətirdiyini demişdir. Qeyd etdiyi təmir xərclərinə ümumilikdə 3500 manat, həmçinin Rusiya Federasiyasının Krasnodar əyalətində yaşayan İqor adlı dostu ilə əlaqə saxlayıb taxta qırıntısı (apilka) və dizel yanacağı ilə işləyən istiliyi təchiz etmək üçün həm isti hava sovurucusu, həm də isti su ilə təminatı təchiz edən aqreqat barədə sonuncu ilə maraqlanmış, icarəyə götürdüyü istixana və torpaq sahəsində qrup şəklində qadınlar işləmiş, həmin qruplara bir nəfər qadın başçılıq etmiş, digər işçilərlə ünsiyyətdə olmamış, mütəmadi olaraq 2 qrupla işləmiş, bu qruplardan birinə Zeynəb adlı şəxs, digərinə isə hazırda adını xatırlamadığı xanım rəhbərlik etmiş, qruplarda təxminən 4- 5 nəfər işçinin olmuşdur. Bundan başqa briqadadan daha kiçik komandalarla da işləmiş, komandaların rəhbərlərindən biri İradə xanım olmuş, Zeynəb və İradənin gətirdiyi xanımların adlarını bilməsə də, onlar günəmuzd işləmiş, əsas işçiləri isə adlarını bilmədiyi 2 xanım olmuşdur. Onlardan biri icarəyə götürdüyü torpaq sahəsinin yaxınlığında yaşamış, onun həyat yoldaşı da onunla işləmiş, texniki işləri isə hər ay üçün 800 manat verdiyi Bəhlul adlı şəxsin icra etmiş, işçiləri günəmuzd işlətdiyi üçün onlarla əmək müqaviləsi bağlamamış, vergi orqanlarında qeydiyyata dayanıb VÖEN almamışdır. İşçilər istixanada iş olduğu müddətlərdə gündəlik gəlib işləmiş, onlara ödənişi günəmuzd etmiş, mütəmadi olaraq ərazidə 4 nəfərlik 1 qrup, həmçinin bir nəfər də Bəhlul adlı şəxsin işləmişdir. Bəzən işlərin çoxluğu ilə əlaqədar olaraq 2 qrup çağırmış, ümumilikdə iki qrupda təxminən 7-8 nəfər olmuş, günəmuzd işləyən işçilərə gündəlik gördükləri işdən asılı olaraq 20-25 manat ödəniş etmişdir. Ümumilikdə təxminən 35000 manat həmin torpaq sahəsi və istixanaya xərci çıxmış, müxtəlif vaxtlarda istixananın örtüyünü dəyişmiş, su sistemini yenidən qurmuş, təxminən 1 ha. torpaq sahəsini ekskavator vasitəsi ilə düzəltdirmiş, 250 m3 həcmində hovuz qazdırmış və 30 ədəd “Kamaz” markalı yük maşını ilə peyin alaraq torpaq sahəsinə tökdürmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli özünü təqsirli bilməsi məhkəmədə tədqiq edilmiş, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadəsi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilən Nümayəndə göstərdi ki, "xxxx" MMC-nin Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsində yerləşdiyini, MMC-nin fəaliyyət istiqamətinin tərəvəz məhsullarının yetişdirilməsindən ibarət olmuş, direktorunun X6 olmuşdur. Lakin orada işlərə nəzarəti etibarnamə əsasında özünün həyata keçirdiyini, MMC-nin ərazisinin 5 ha torpaq sahəsindən ibarət olduğunu, həmin torpaq sahəsinin 1 ha hissəsi və 0,50 ha hissəsi tərəvəz məhsullarının istehsalı üçün nəzərdə tutulmuş istixanalardan, qalan torpaq hissəsi isə heyvandarlıq məqsədilə istifadə olmuşdur. Ümumi 05 ha torpaq sahəsinin mişar daşı ilə hasara alındığını, torpaq sahəsinin giriş qapısının dəmir konstruksiyalı olduğunu, 2023cü ilin fevral ayının ortalarında Samir adlı şəxs onunla telefon əlaqəsi saxlamış, «Lalafo» internet satış şəbəkəsində torpaq sahəsini və orada olan istixana şəbəkəsini icarəyə verdiyi elanı gördüyünü, oranı icarəyə götürmək istədiklərini, necə görüşə biləcəklərini, Samirə narahatçılıq olmadığını dediyini, torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmələrini, orada görüşüb ətraflı söhbət etmələrini, bundan sonra xx.xx.2023-cü il tarixdə Samir və Rufulla adlı şəxslərin Pirallahı rayonu Dübəndi qəsəbəsində yerləşən torpaq sahəsinə və istixanalara baxmağa gəldilər. Söhbət zamanı onlara yalnız 0,50 ha torpaq sahəsində yerləşən istixana kompleksini və 02 ha torpaq sahəsini icarəyə verdiyini, Samirin ona sabah Nərimanov rayonunda yerləşən Caspar otelə gəlməyini, orada müdirlə görüşüb bu barədə söhbət etmələrini, onlarla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Caspar otelə gəlmiş, orada Samiri və Rufullanı görmüş, söhbət zamanı Rufullanın ona sözlərinin müqavilə olduğunu, orada tərəvəz məhsulları yetişdirmək istədiklərini, sadəcə icarə haqqı barədə danışmaq lazım olduğunu demiş, Rufullanın ona həmin torpaq sahəsinin 02 ha hissəsnin lazım olduğunu, həmçinin həmin 02 ha torpaq sahəsinin daxilində olan 0,50 ha ölçüdə istixana kompleksinin lazım olduğunu, Rufullaya ərazinin icarə haqqını elanda 2000 manata qoymuşdur. Sonra Rufulla ilə söhbət zamanı icarə haqqını 1700 manata razılaşmış, yəni Rufullanın ona hər ay 1700 manat pul köçürməli olduğunu, bununla əlaqədar aralarında icarə müqaviləsi bağlandığını, icarə müqaviləsində tərəf kimi Rufullanın adının yazıldığını, digər tərəf kimi isə Elmar Hüseynovun adının yazılmışdır. Müqavilə bağlanandan sonra giriş qapısının açarlarını Rufullaya təqdim etdiyini, Rufullanın ona orada işləri özünün görəcəyəni, əkin işindən başının çıxmadığını, sadəcə icarə pulunu sənin hesabına hər ay köçürəcəyini demişdir. Rufulla ilə razılaşdığını, sonra müqavilənin birini özünə götürdüyünü, birini isə Rufullaya vermiş, birini isə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən yaradılmış "xxxx" MMC-nin internet səhifəsinə yerləşdirdiyini, bunu etməkdə məqsədinin hesabat dövründə həmin müqavilənin görünməsini təmin etmək olmuşdur. Rufullanın ərazisini icarədə işlətdiyi vaxt ərzində, yəni 2023-cü ilin may ayında istixana kompleksinə getdiyini, orada dəmir boruların yerində olduğunu gördüyünü, bundan sonra 2023-cü ilin iyun ayında ikinci dəfə istixana kompleksinə gedəndə, Rufullanın ona ərazidə daha bir parnik inşa etmək istədiklərini, parniki tikərkən burada quraşdırılan 32 mm dəmir borulardan da tikintidə istifadə etmək istədiklərini, Rufullaya parniki inşa etməsini, daha sonra gəlib baxacağını, sonradan isə dəmir borulardan həmin yeni parnikin quraşdırılmasında istifadə olunmasına icazə verəcəyini demişdir. Bundan sonra Rufullanın icarə götürdüyü ərazidə 07 ay müddətində fəaliyyət göstərdiklərini, həmin vaxtı 04 ayın icarə haqqını Rufullanın ona ödəməsi, lakin icarə haqqını ona vermədiyini, icarə haqqının ödənilməsi ilə əlaqədar Rufulla ilə danışsa da, Rufullaya rəsmi qaydada icarə haqqının ödənilməsini bildirsə də, bunun heç bir nəticəsinin olmadığını, Rufullanın hər dəfə ona ödənişi ödəyəcəyini deməsini, lakin ödəmədiyini, həmin aralarda hər dəfə istixana kompleksinə gedəndə, kompleksdə quraşdırdığı dəmir boruların yerində olduğunu görmüşdür. Rufullanın icarə haqqını ödəmədiyi üçün aralarında bağlanmış müqavilənin şərtlərini pozduğunu, məcbur qalıb xx.xx.2023-cü il tarixdə Rufulla ilə aralarında bağlanmış icarə müqaviləsinin ləğv olunması ilə əlaqədar MMC-nin sisteminə daxil olduğunu, müqavilənin şərtlərinin icra edilməməsi səbəbi ilə müqaviləni ləğv etdirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə torpaq sahəsinin yerləşdiyi əraziyə gəldiyini, ərazinin yenidən şəklini çəkib icarə verilməsindən ötrü elan yerləşdirmək istədiyini, icarə verdiyi müddətdə də bir neçə dəfə gəlib istixanalara baxdığını, xx.xx.2023-cü il tarixdə Lalafo internet satış səhifəsində həmin 02 ha torpaq sahəsinin və həmin 02 ha torpaq sahəsində yerlşəşən 0,50 ha ölçüdə istixana kompleksinin icarəyə verilməsi barədə elan yerləşdirdi. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olarkən, bir nəfər şəxsin ona zəng vurduğunu və internet səhifəsində torpaq sahəsi və istixana kompleksinin icarəyə verilməsini gördüklərini, həmin ərazini icarəyə götürmək istədiyini, amma bundan öncə oraya baxmaq istədiyini, həmin şəxsə razılıq vermişdir. Onunla birlikdə xx.xx.2023-ci il tarixdə Pirallahı rayonu Dübəndi qəsəbəsinə gəldiyini, icarə verdiyi 02 ha torpaq sahəsinin 0,50 ha hissəsində yerləşən istixana kompleksinə baxarkən, orada isitmə məqsədilə quraşdırılmış dəmir boruların sökülməsi və aparılması halının baş verməsinin şahidi olmuğunu, çünki orada 32 mm diametrli, 6400 metr uzunluğunda dəmir borulardan istifadə olmuşdur. Lakin həmin dəmir boruların hamısının söküldüyünü və yerində olmadığını görməsini, bundan sonra ərazinin giriş qapısının açarının birinin Rufullada olduğuna görə Rufullaya zəng vurduğunu, Rufulladan istixanada olan dəmir boruların harada olmasını soruşmuşdur. Rufullanın da ona həmin dəmir boruları özünün söküb apardığını, satıb pulunu xərclədiyini, yəni həmin pulu qızı xərçəng xəstəliyindən əziyyət çəkdiyindən həmin istiqamətə sərf etdiyini, bundan sonra oradan çıxıb yaşadığı evinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə Rufulla ilə əlaqə saxladığını, Rufullanın yaşadığı ünvanı öyrəndiyini, Rufullanın Binə qəsəbəsində kirayədə yaşadığını, Rufullanın ünvanına getdiyini, Rufulladan nə səbəbə dəmir boruları söküb oğurladığını soruşduğunu, Rufullanın ona pula ehtiyyacının olduğunu, qızının xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün məcbur qalıb oğurlayıb satdığını, amma həmin dəmir boruları yerinə qoyacağını demişdir. Rufullaya dəmir boruları hara satmısansa, yerini göstər, oradan birlikdə götürmələrini demiş, Rufullanın onunla razılaşmamış, Rufullanın ona narahat olmamasını, qısa müddətdə dəmir boruları yerinə qoyacağanı demişdir. Rufulla ilə razılaşdığını, Rufullanın dəmir boruları yerinə qoyacağını gözlədiyini, lakin Rufullanın dəmir boruları yerinə qoymamışdır. O, Rufullaya təkrar zəng vurduqda, sonuncunun onun zənglərinə cavab vermədiyini, bundan sonra məcbur qalıb xx.xx.2023-cü il tarixdə 102 xidmətinə müraciət etdiyini, müraciətində istixana kompleksindən 6400 metr uzunluğunda 32 mm diametrli dəmir boruların oğurlanması barədə məlumat vermiş, bundan sonra həmin əraziyə polis əməkdaşlarının gəldiklərini, əraziyə baxış keçirdiklərini, foto şəklini çəkdiklərini, ona dəymiş zərərin ödənilmədiyini, lakin 6400 metr dəmir borunun təxminən 1000 metrinin tapılaraq ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus yuxarıda göstərilən torpaq sahəsindən istifadə etdiyi müddətdə yanında işlətdiyi şəxslərlə bağlı hər hansı məlumatının olmadığını, həmin işçilərin heç birini tanımadığını, lakin sahədə bir briqadanın işlədiyini bilirmiş, həmin dəmir boruların 32 mm diametrli olduğunu, dəmir boruların 2018-ci ildə metrəsi 7 manata olmaqla, 44800 manata alındığını, dəmir boruların istifadəyə yararlı olduğunu və ümumi MMC-yə 5**** manat ziyan vurulmuşdur. O, Pirallahı rayon prokurorluğunda verdiyi ilkin ifadəsini təsdiq etmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs icarəyə götürdüyü torpaq sahəsi və istixana kompleksiylə bağlı hər-hansı iş gördürmədiyini, Rufullanın ona istixana qurmaq istədiyini, orada olan istilik sistemi üçün istifadə olun dəmir borulardan istixana qurmaq üçün istifadə etmək istədiyini bildirsə də, Rufulla ilə razılaşmamış, istilik sistemi üçün istifadə olunan dəmir borulardan yeni bir istixana qurmağın alınmayacağını izah etdiyini və yeni istixana qurduqdan sonra istilik sistemi üçün həmin borulardan istifadə edə biləcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, təxminən 13 ildir ki, müxtəlif istixanalarda subpodratçı kimi fəaliyyət göstərdiyini, fəaliyyət göstərdiyi istixanalarda gördüyü işin kvadratmetr hesabına əsasən ödəniş almışdır. Müxtəlif istixanalara şəxsən gedərək oranı işlədən şəxslərə görə biləcəyi işlərin olub-olmadığını soruşaraq fəaliyyət göstərmişdir. Təxminən 2023-cü ilin aprel ayında Dübəndi qəsəbəsində yerləşən istixanaların yanından keçərkən bir istixananın örtüyünün (klyonka) köhnəlib cırıldığını gördüyünü, həmin istixanaya getmiş, orada Rufulla adlı şəxslə tanış olub, Rufullaya istixanada subpodratçı kimi fəaliyyət göstərib istixananın örtüyünün təmiri, qaynaq və digər işləri görə biləcəyini demişdir. Rufulla ilə istixanın örtüyünün təmiri üçün kvadratmetri 4.50 manat, qaynaq işləri üçün isə toplamda 2500 manat qarşılığında razılaşmışdır. Rufulla ilə işlədiyi müddətdə çoxlu işlər görmüş, ilkin olaraq həmin istixanın örtüyünü Rufullanın hesabına və tapşırığına əsasən yenisi ilə dəyişərək təmir etmişdir. Daha sonra həmin istixanaya Rufullanın hesabına və tapşırığına əsasən yeni su xəttləri çəkdiyini, bundan başqa, həmin istixanada bitki üçün istifadə olunan məftilləri çəkdiyini, havalandırma sistemini yenilədiyini, istixanada olan istilik sisteminin dəmir borularının bir hissəsini qaynaq işi ilə kəsərək istixanadan çıxardığını, digər hissəsini təmir etmişdir. Təxminən 2023-cü ilin may ayının sonlarında Rufullanın tapşırığına əsasən istilik sisteminin dəmir borularını kəsərək çıxardığını, istixanadan çıxartdığı dəmir boruların bir hissəsini hazırda xatırlamadığı tarixdə və tanımadığı şəxsə verilməyinin bir dəfə şahidi olduğunu, Rufullanın həmin dəmir boruları verməkdə məqsədinin yeni qurulacaq istixanada istifadə etmək üçün material almaq olmumuşdur. Yeni istixana işlədikləri istixanın yanında olan boş sahədə qurulacağını, həmin ərazinin səliqəsiz vəziyyətdə olduğunu, Rufullanın həmin ərazini müxtəlif traktorlar vasitəsi ilə səliqəyə saldırdığını, həmçinin həmin sahəyə 30-dan çox “kamaz” markalı yük maşını ilə torpaq və peyin tökdürdüyünü, Rufullanın onun ödənişini gecikdirmədiyini, görə biləcəyi işləri bitirdikdən sonra təxminən 2023-cü ilin iyun ayında həmin istixanadakı fəaliyyətinin bitdiyini, Rufullanın kəsərək çıxarılan dəmir boruların yerinə peyin tökdürdüyünü, həmin çıxarılan dəmir boruların yerinə şitil əkiləcəyini, Rufullanın dəmir boruları satmağı barədə məlumatının olmamışdır. Bir dəfə dəmir boruların bir hissəsini başqa şəxsə verməsini görsə də, həmin dəmir boruları verməkdə məqsədinin yeni qurulacaq istixanada istifadə olunacaq material əldə etmək olduğunu, Rufullanın həmin dəmir boruları verdiyi şəxsi tanımadığını, qeyd olunan istixananın uzunluğunun 100 metr, eninin isə 50 metr olduğunu, istixananın betondan olan orta dəhliz hissəsinin eninin 5 metr, uzunluğunun isə 100 metr olduğunu, istixanada şitil əkilməsi üçün 13 tunel və hər tuneldə 6 sıranın olmuşdur. Bir sırada 22 metr uzunluğunda isitilik sistemi üçün istifadə olun dəmir borunun olduğunu, bu qaydaya əsasən həmin istixanadan təxminən 5232 metr dəmir boru kəsilərək çıxarıldığını, Rufullanın öz hesabına həmin istixanaya çox xərc çəkdiyini, belə ki, həmin istixanaya 1800 manat məbləğində su matoru (pompa), şlang, istixana üçün örtük, həmçinin yer örtüyü, polietilen borular aldığını, su xətləri çəkdirdiyini, qaynaq işləri gördürdüyünü, yandakı sahəyə traktorlar gətizdirərək işlətdiyini, həmin əraziyə torpaq və peyin tökdürmüşdür. Bu kimi digər işlər gördüyünü, Rufullanın həmin istixana və onun yanındakı sahəyə 35000 manatdan çox pul xərclədiyini, Rufullanın tapşırığına əsasən təxminən 660 metr uzunluğunda dəmir borunu qeyd olunan istixananın yanındakı sahəyə basdırdığını, həmin boruların uzunluğunun təxminən 2.60 metr olduğunu, həmin boruları basdırmaqda məqsədlərinin yeni qurulacaq istixanada əkiləcək olan şitillərin toxumlama mərhələsində istifadə olunacaq kölgəlik yer düzəltmək olmuşdur. Həmin dəmir boruların az bir qisminin yararlı vəziyyətdə olduğunu, dəmir boruların böyük əksəriyyəti köhnəlmiş və çürümüş vəziyyətdə olmuşdur. İş üzrə şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Zirə südçülük yaşayış massivində yerləşən qarajda metal tullantılarının qəbulu ilə məşğul olur. 2023-cü ilin iyul ayında tanımadığı bir şəxsin onun işlədiyi qaraja gələrək adının Rufulla olduğunu, Pirallahı rayonu, Dübəndi qəsəbəsində istixana kompleksinin istilik sistemini dəyişdirdiyi üçün istifadə olunmayan köhnə metal borularını satmaq istədiyini dediyini, Rufulla adlı şəxsə vaxtı olanda həmin istixana kompleksinə gəlib dəmir borulara yerində baxıb qiymətləndirib götürə biləcəyini dediyini, bir neçə gün sonra mobil telefonunda qeydiyyatda olmayan ***- ***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng gəlmiş, zəngi açdıqda həmin şəxsin Rufulla olduğunu, ondan vaxtının olub-olmadığını soruşduğunu, vaxt olarsa, gəlib dəmir borulara baxmağı təklif etdiyini demişdir. 2023-cü ilin iyul ayında Təqsirləndirilən şəxs ilə razılaşdığını, sonuncunun izah etdiyi istixana kompleksinin yerləşdiyi əraziyə getdiyini, Rufulla ilə birlikdə istixananın çölündə olan, yerə yığılmış, uzunluqları təxminən 7,5 metr olan dəmir borulara baxdığını, Rufullanın dəmir boruları metal tullantısı kimi satmadığını, həmin boruları istifadəyə yararlı material kimi satdığını, həmin borular istifadə olunmuş olsa da, həmin vaxtda böyük bir qisminin istifadəyə yararlı olduğunu demişdir. Rufulla ilə həmin dəmir boruların metrəsini 2 manat məbləğində razılaşdığını, yol kənarında olan sürücüsünü tanımadığı, dövlət qeydiyyat nişanını xatırlamadığı “qazel” markalı yük maşınının sürücüsü ilə həmin dəmir boruların daşınmasını 25 manata razılaşaraq qeyd olunan 500 metr uzunluğunda dəmir boruları 1000 manat qarşılığında istixana kompleksindən götürərək işlədiyi qaraja aparmışdır. Təxminən 10-15 gün keçdikdən sonra Rufullanın yenidən istifadəsində olan mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng edərək dəmir boru olduğunu dediyini, yenə həmin istixana kompleksinə gedərək Rufulla ilə dəmir borulara baxış keçirib, təxminən 1200 metr dəmir borunu 1900 manat qarşılığında almağa razılaşdığ, yol kənarında olan sürücünü tanımadığı və dövlət qeydiyyat nişanını xatırlamadığı “qazel” markalı yük maşınının sürücüsü ilə həmin dəmir boruların daşınmasını 30 manata razılaşaraq qeyd olunan 1200 metr uzunluğunda dəmir boruları 1900 manat qarşılığında istixana kompleksindən götürərək işlədiyi qaraja aparmışdır. Bundan təxminən 10 gün sonra Rufullanın yenidən onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq dəmir boruların olmasını dediyini, bu dəfə də istixana kompleksinə gedib, Rufulla ilə dəmir borulara baxıb 1000 metr uzunluğunda dəmir borunu 1000 manat qarşılığında almağa razılaşdığını, daha sonra ilk iki razılaşmalarında olduğu kimi yol kənarında olan sürücünü tanımadığı və dövlət qeydiyyat nişanını xatırlamadığı “qazel” markalı yük maşınının sürücüsü ilə həmin dəmir boruların daşınmasını 30 manata razılaşaraq qeyd olunan 1000 metr uzunluğunda dəmir boruları 1000 manat qarşılığında istixana kompleksindən götürərək işlədiyi qaraja aparmış, müddətdə həmin dəmir boruların az bir qismini sata bildiyini, bir qismin isə ümumiyyətlə istifadəyə yararsız olduğundan onları doğrayaraq metal tullantısına çevirib satmışdır. İşlədiyi qarajda təxminən 1000 metr uzunluğunda dəmir boru qaldığını, bundan bir müddət sonra Pirallahı RPİ-nin tanımadığı əməkdaşının ifadə verməyi üçün onu Pirallahı RPİ-yə dəvət etdiyini, ifadə verərkən 1000 metr uzunluğunda dəmir borunun onda qaldığını və həmin boruları zərərçəkmiş Abbas adlı şəxsə qaytara biləcəyini dediyini, Rufullanın ona müxtəlif vaxtlarda təxminən 2700 metr dəmir boru satmışdır. Rufullaya həmin dəmir boruların qarşılığında təxminən 3900 manat pul vermiş, həmin dəmir boruları Rufulladan aldıqda Rufulla həmin istixananın sonuncuya məxsus olduğunu və dəmir borularını istilik sistemini dəyişdirdiyi üçün satdığını demişdir. Bu səbəbdən həmin dəmir boruları aldıqda boruların Rufullaya məxsus olduğunu düşündüyünü, dəmir boruları 2023cü ilin iyul-avqust aylarında müxtəlif vaxtlarda almış, Rufullanın ilk dəfə onun işlədiyi qaraja markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı minik avtomobili ilə tək gəldiyini, aldığı dəmir boruların az bir qisminin material kimi istifadəyə yararlı olduğu, digər qisim dəmir boruların isə çürümüş vəziyyətdə olmuşdur. İşlədiyi qarajın yanında olan mişar daşından hörülmüş hasara bərkidilmiş taxta üzərində mobil nömrəsi qeyd olunsa da, həmin yolda başqa dəmir alan şəxslərin də olduğunu, Rufullanın ona dəmir materialdan olan çən və ya çənin hissələrini satmadığını, çən və ya çənin hissələrini Rufulladan almamışdır. C.i, İ cild, səh 131-133, 240-244 İş materiallarında cinayət işi üzrə təyin edilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 mart 2024-cü il tarixli 9/1127 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş nümunəyə əsasən 6400 metr uzunluğunda 42 mm diametrli, divarının qalınlığı 3 mm olan dəmir borunun orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 32000,00 (6400 m x 5 man) manat müəyyən olunur. C.i, İİ cild, səh 13-15 İş materiallarında vətəndaş Nümayəndə 24 sentyabr 2023-cü il tarixdə ərizə ilə Pirallahı RPİ-nə müraciət edərək, "xxxx" MMC-nin etibarnamə üzrə idarə edilməsi ona həvalə edilmiş istixana kompleksini icarəyə götürmüş Təqsirləndirilən şəxs Bahdin oğlu tərəfindən 50.000 manat dəyərində dəmir boruların oğurlandığını bildirmişdir. C.i, İ cild, səh 05 İş materiallarında "xxxx" MMC-nin direktoru X6 24 sentyabr 2023-cü il tarixdə ərizə ilə Pirallahı RPİ-nə ərizə ilə müraciət edərək, MMC-yə məxsus istixana kompleksindən ümumi dəyəri 50.000 manat təşkil edən diametri 32 mm, divar qalınlığı 3,0 mm olan 6.400 metr şovsuz Rusiya istehsalı olan dəmir boruların kəsilərək oğurlandığını bildirmişdir. C.i, İ cild, səh 39 İş materiallarında baxış və götürmə aparılması haqqında 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 937 metr uzunluğunda dəmir boruları təqdim etmiş, boruların bir hissəsini isə tanımadığı müştərilərə satdığı üçün təqdim etməsi mümkün olmamışdır. Təqdim edilən 937 metr uzunluğunda olan dəmir borular zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə geri qaytarılmışdır. C.i, İ cild, səh 137-141 İş materiallarında "xxxx" MMC tərəfindən qəbul olunmuş 18 avqust 2023-cü il tarixli icarə müqaviləsinin ləğvi haqqında qərardan görünür ki, olunan xəbərdarlıqlara baxmayaraq, müqavilə şərtlərinin pozuntusuna görə yaranmış vəziyyətdə, müqavilə şərtlərinə əsasən Təqsirləndirilən şəxs ilə bağlanmış müqavilə ləğv edilmiş və istixana yenidən başqa şəxsə icarəyə verilmişdir. C.i, İ cild, səh 42 İş materiallarında "xxxx" MMC-nin direktoru X6 ilə Təqsirləndirilən şəxs arasında 13 fevral 2023-cü il tarixli 02 saylı icarə müqaviləsi bağlanılaraq Bakı şəhəri, Abşeron rayonu, Zirə-tərəvəzçilik südçülük sovxozu ərzisində yerləşən 5000kv.m+150sot tutan ərazini istixana sahəsi kimi aylıq 1700 manat icarə haqqına sonuncunun istifadəsinə vermişdir. Həmin müqavilənin 3.2.1-ci maddəsinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq icarə obyektini yalnız təsərrüfat və istehsalat təyinatı üzrə istifadə etmək; 3.2.6-cı maddəsinə əsasən icarə obyektinin dəyişdirilməsini, yenidən planlaşdırılmasmı və tikinti işlərini yalnız icarəyə verənin yazılı razılığı ilə həyata keçirmək. Bu təqdirdə icarə obyektinin yaxşılaşmasına səbəb olan ayrılmaz işlərin əvəzi Müqavilənin müddəti bitdikdən sonra icarəyə verən tərəfindən ödənilməli, icarə obyektinə zərər vurulmadan ayrıla bilən qurğular isə İcarədarm mülkiyyətində qalmalıdır. C.i, İ cild, səh 43-48 İş materiallarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətindən daxil olmuş 29 aprel 2024-cü il tarixli 3-17-5/2- 24752/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına nazirliyin X1 Sisteminin “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. C.i, İİ cild, səh 21 İş materiallarında Masallı RPŞ Boradigah PB-dan daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-97-1/2-928/2024 nömrəli məktubdan görünür ki, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində hər-hansı bir təqsirləndirici material (sadələşdirilmiş icraat materialı, cinayət işi və s.) aşkar olunmadı. C.i, İİ cild, səh 38 İş materiallarında Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-dan daxil olmuş xx.xx.2024-cü il tarixli, 18-1-60/2-816/2024 nömrəli məktubdan görünür ki, Masallı rayonu, Bədəlan kənd sakini Təqsirləndirilən şəxs Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda durmur. C.i, İİ cild, səh 36 İş materiallarında Masallı Rayon İcra Hakimiyyəti Başçısının Bədəlan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 13 aprel 2024-cü il tarixli, 5-66-5/2- 69/2024 nömrəli məktubu ilə daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı-xx.xx.1977-ci il təvəllüdlü X7 və oğlu-xx.xx.2007-ci il təvəllüdlü X2 ibarətdir. xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Masallı rayonunun Bədəlan kəndində anadan olmuş və həmin ərazidə qeydiyyatdadır, uzun illər xarici ölkədə yaşamış, yaxın qohumları və qonşuları onun barəsində heç bir müsbət və mənfi rəyə malik deyillər. Ərazi nümayəndəliyinə onun barəsində heç bir şikayət daxil olmamış, Təqsirləndirilən şəxs barəsində hər-hansı başqa bir məlumat yoxdur. C.i, İİ cild, səh: 32-34 İş materiallarında Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi şəxsindən daxil olmuş 13 may 2024-cü il tarixli, 6079 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmayıb. C.i, İİ cild, səh: 30 Bеləliкlə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhкəmə baхışı zamanı araşdırılaraq, qiymət vеrilməкlə özünün ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, məhkəmədə elan olunmuş şahid ifadəsi, екspеrtiza rəyi ilə tam sübuta yеtirilmişdir. Təqsirləndirilən şəxs qеyd еdilən əməllərinin cinayət оlmasını aradan qaldıran hallar, həmçinin оnun cinayət məsuliyyətindən azad еdilməsi üçün əsaslar yохdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xeyli miqdarda özgə əmlakını talamaqla mənimsəməsi faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək pehmançılıq çəkməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, dəymiş maddi ziyanın tam ödənilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləhdirən hal kimi nəzərə alır. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. C.i, İ cild, səh 112 Azərbaycan Rеspubliкasının CM-nin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs əməlində onun cəzasının ağırlaşdıran halı müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən həxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən həxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də bahqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.4-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-4/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə onun barəsində həbs edilərək, həbs etmənin əvvəli 25 yanvar 2024-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyihdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Masallı rayonun Bədəlan kəndində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Masallı rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmalıdır, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Masallı rayon Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş materiallarında iş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi (ibtidai istintaq zamanı iş saatına görə 60 saat, 360 manat və məhkəmə baxışı zamanı 20 saat, 120 manat) ümumilikdə 480,00 (dörd yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarında "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut - Bakı şəhəri Pirallahı rayon Prokurorluğunda saxlanılan 01 ədəd dəmir boru "xxxx" MMC-yə qaytarılmalıdır. İş üzrə əmlak müsadirəsi və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Bahəddin oğlu Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bahəddin oğlu 25 yanvar 2024-ci il tarixdən 16 iyul 2024-ci il tarixə qədər həbsdə saxlanıldığı 5 (beş) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesabı ilə hesablanaraq 11 (on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin və həmin cəza CM-nin 69.3-cü maddəsinə əsasə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq olaraq 01 (bir) il 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bahəddin oğlu yaşadığı Masallı rayonun Bədəlan kəndini axşam saat 22:00-dan saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs Bahəddin oğlunun yaşayış yeri üzrə Masallı rayon Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Bahəddin oğlunun cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Bahəddin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəsini alan vaxtadək Təqsirləndirilən şəxs Bahəddin oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Pirallahı rayon Prokurorluğunda saxlanılan 01 ədəd dəmir boru "xxxx" MMC-yə qaytarılsın. İş üzrə əmlak müsadirəsi və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Bahəddin oğludan 50,00 (əlli) manat məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş materiallarında "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Bahəddin oğlunun hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 480,00 (dörd yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN 99****3611, m/h AZ 37NABZ013501********001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar