Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(094)-18/2023 25.04.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Zərərçəkmiş şəxs ilə Pirallahı rayonu S.Vurğun küçəsi ev 56A-nın 1-ci giriş hissəsində aralarında içərisində sözlü mübahisə düşmüş və Vahid onu hər iki əli ilə sifət nahiyəsinə vuraraq sol gicgah nahiyəsinin qançırı, sol gicgah qövsünün (almacıq çıxıntısının) sınığı ilə müşayiət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməl məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, o, Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Vurğun küçəsi ev 56A mənzil 41 ünvanında anası Gülnarə ilə birlikdə yaşayır, 2006-cı il tarixdə Şahid3 ilə ailə həyatı qurmuşdur, həmin nikahdan bir azyaşlı Rəvan adlı oğlu var, təxminən 2022-ci ilin aprel ayından 2023-cü ilin mart ayının 10-na kimi həyat yoldaşı Kəmalə və oğlu Rəvan və İlkinlə birlikdə tanıdığı Rasim adlı şəxsin Pirallahı rayonu S.Vurğun küçəsi ev 56A, mənzil 1 ünvanında onların ailəsi ilə birlikdə eyni mənzildə yaşamışlar, 2023-cü ilin mart ayında həyat yoldaşı Kəmalə onunla yaşamaq istəmədiyini bildirərək Pirallahı rayonu 40-cı məhəllədə dəqiq bilmədiyi ünvana kirayəyə çıxmış, o, səbəbini ondan soruşduqda Kəmalə sən işləmirsən, pul qazanmırsan və avaraçılıq edirsən demişdir, həmin gündən o, anası Gülnarə xanımla Pirallahı qəsəbəsi S.Vurğun küçəsi ev 56A mənzil 41 ünvanında yaşamağa başlamışdır, buna baxmayaraq o, hər gün Kəmalə ilə telefon əlaqəsi saxlayırmış, 2023-cü ilin mart ayının 17-də Kəmalənin istifadəsində olan ***-***-**-** mobil nömrə ilə əlaqə saxlayan zaman Kəmalə Esmira adlı xanımın yaşadığı ünvan 4 ünvanına qonaq gəldiyini bildirmiş, o isə həmin gün 23:50 radələrində Pirallahı qəsəbəsi S.Vurğun küçəsində fəaliyyət göstərən İşıqlı marketdə qida məhsulları alıb anasının yanına getmək istəyən zaman Rasimlə üz-üzə gəlmiş, onunla salamlaşmış və Rasimə sənə nə qulluq edim demiş, cavabında Rasim isə ona mən sənə nə qulluq edim demişdir, o isə heçnə lazım deyil dedikdən sonra Rasim mağazaya daxil olmuş və bazarlıq edərək mağazadan çıxmışdır. O, Rasimin yoldaşı Kəmalə ilə yaxın münasibətlərinin olmasından şübhələndiyi üçün, Rasim mağazadan çıxdıqdan sonra onun arxasınca getmiş, lakin Rasimin bundan xəbəri olmamışdır. Rasim yaşadığı Pirallahı qəsəbəsi S.Vurğun küçəsi ev 56A, mənzil 1-in blok hissəsinə daxil olaraq evinə yox liftin düyməsini basaraq, liftə mindiyini və Esmira xanımın yaşadığı ünvana qalxdığını görmüşdür. O isə dərhal pilləkanlarla qalxaraq 6-cı mərtəbə ilə 5-ci mərtəbənin arasında dayanmış, bu zaman Rasim əlində olan bazarlıqla Esmira xanımın evinin qapısını döyərək evə daxil olmuşdur, təxminən 10 dəqiqə sonra o, aşağı düşərək Kəmalənin mobil nömrəsinə zəng edərək oğlu Rəvanı soruşduqda Kəmalə Rəvanın və Esmira xalanın yatdığını bildirmiş, o Kəmalə ilə telefonda sağollaşdıqdan sonra Rasimin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş, lakin Rasim cavab verməmiş, təxminən 10 dəqiqə sonra Rasim aşağı düşən zaman onu blokun giriş hissəsində saxlayaraq onun haradan gəldiyini soruşduqda Rasim ona uşaqlarnan pivə içirdiyini bildirmiş, o Rasimə uşaqlar 6-cı mərtəbədə olurlar? niyə yalan danışırsan deyərək bərk əsəbləşmiş və hər iki əli ilə Rasimin sifət nahiyəsinə şillə ilə vurmuşdur, sonra anasının yaşadığı Pirallahı qəsəbəsi S.Vurğun küçəsi ev 56A mənzil 41 ünvanına gəlmişdir. Törətdiyi əməlindən peşman olaraq Rasim ilə barışmışdır. Hazırda Rasimin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Pirallahı qəsəbəsi S.Vurğun küçəsi ev 56A, mənzil 1 ünvanında ailəsi ilə birgə yaşayır, uzun müddətdir ki, Təqsirləndirilən şəxs tanıyır, 2011-ci il tarixdə Vahid ailəsi ilə birlikdə ünvan 5 ünvanında kirayə yaşamışlar, orada 09 (doqquz) il yaşadıqdan sonra ev sahibi onları həmin evdən özü yaşamaq üçün çıxarmış, Vahid ailəsi ilə birlikdə yəni həyat yoldaşı Kəmalə xanım və hər iki oğlu İlkin və Rəvanla 2022-ci ilin təxminən iyun-iyul aylarında onun yaşadığı ünvan 6 ünvanına onlarla birlikdə yaşamaq üçün gəlmişdir, birlikdə yaşadıqları müddət ərzində onlar arasında hər hansı bir söz mübahisəsi olmamışdır, 2023-cü ilin mart ayının əvvəllərində isə evdən çıxaraq kirayə yaşmağa getmişlər, 2023-cü ilin mart ayının 17-də onun qonşuluğunda yaşayan Esmira adlı xanım onun və həyat yoldaşı Səyyarə xanımın yaşadığı evin (***-***-**-**) telefonuna zəng edərək Novruz bayramı üçün şəkərbura, qoğal bişirmək üçün peçi (istilik sobasını) onlara yəni altıncı mərtəbəyə qaldırmağı xahiş etmişdir, o Sayyarə ilə birlikdə peçi (istilik sobasını) Esmira xanımın evinə qaldırdıqda Kəmalə xanımın kiçik oğlu Rəvanla orada olduğunu görmüşdür. O, peçi (istilik sobasını) orada qoyub aşağı düşən zaman yoldaşı Səyyarədə mobil telefon olmadığından Esmira xanımın mobil nömrəsinə zəng edərək telefonu yoldaşı Səyyarə xanıma verməsini istəmişdir, Səyyarə ilə danışan zaman ondan düküna gedirəm, nə almaq lazımdı soruşduqda Səyyarə telefonda ona bir ədəd qazlı su almasını demiş bu zaman Səyyarənin yanında olan Esmira xanım iki ədəd qazlı su, bir ədəd fanta və duzlu başsız balıq almağı demişdir, o 23:50 radələrində Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən İşıqlı marketə daxil olan zaman Vahidi görmüş və onunla salamlaşaraq ona nə qulluq edim demiş, Vahid isə ona çox sağol dedikdən sonra o etdiyi bazarlığı Esmira xanıma məxsus ünvan 7 ünvanına aparaq bazarlığı ona vermiş, Esmira xanımdan yoldaşı Səyyarəni soruşduqda Esmira xanım qızın Şəlalənin yuxusu gəldiyi üçün Səyyarə onu evinizə yatmağa apardı deyə cavab vermişdir, o isə Esmiranın evində bişirdiyi şəkərbura ilə bir stəkan çay içmiş, təxminən 10 dəqiqə oturduqdan sonra Vahid ona zəng vuraraq harada olmasını soruşmuş, o isə Vahidə uşaqlarnan pivə içirəm demişdir, 10 dəqiqə sonra o birinci mərtəbədə yerləşən evinə gedən zaman blokun giriş hissəsində Vahidi görmüş və artıq həmin vaxt xx.xx.2023-cü il tarix saat 00:30 radələri idi, Vahidin ona yaxınlaşaraq sifət nahiyəsinə iki dəfə yumuruqla vurmuş, o Vahiddən səbəbini soruşduqda Vahidin Rasimə sənin Esmiranın evində nə işin var demişdir, o isə Vahidə həyat yoldaşı Səyyarənin Esmiranın evində olduğunu bildirəndə X1 də həmin evdə olduğunu bildirərək ona bu geçə vaxtı sənin orada nə işin var deyib sonra çıxıb getmişdir. Hazırda Vahid onunla barışmışdır. Buna görə də onun Vahiddən heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Vahid barəsində olan hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o, ünvan 8 ünvanında oğlu İlkin və Rəvanla yaşayır, işləmir, 2006-cı il tarixdən Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur, həmin nikahdan bir azyaşlı övladı var, 2011-ci il tarixdə Pirallahı qəsəbəsi S.Vurğun küçəsində yerləşən əlillər üçün nəzərdə tutulan ev 56 A, mənzil 39 ünvanına kirayə yaşamaq üçün köçmüşlər, orada təxminən 09 (doqquz) il qaldıqdan sonra ev sahibinin istəyilə həmin evdən çıxmışlar, həmin binada yaşayan uzun müddət tanıdığı Rasim adlı şəxsin evinə 2022-ci ilin aprel aylarında onun ailəsinin razılığı ilə onlarla bir evdə yaşamağa başlamışlar, yaşadıqları müddət ərzində hər hansı bir mübahisələri olmamışdır, 2023-cü ilin təxminən mart ayında həmin evdən çıxaraq uşaqları ilə birlikdə ünvan 9 ünvanına kirayə yaşamağa başlamışlar, lakin həyat yoldaşı Vahid işləmədiyindən və mütəmadi spirtli içki qəbul etdiyindən ondan ayrı yaşamışlar, 2023-cü ilin mart ayının 17-də axşam satlarında uzun müddət tanıdığı Esmira adlı xanımın ünvan 10 ünvanına Novruz bayramına görmək üçün getmişdir, bir neçə saatdan sonra Səyyarə xanımda öz qız övladı Şəlalə və əri Rasimlə Esmira xanımın evinə gəlmişdir, Rasim isə gətirdiyi peçi (sobanı) Esmira xanımın evinə qoyub çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, ünvan 4 ünvanında tək yaşayır, Pirallahı rayonu 10-saylı BŞX-də xadimə işləyir, xx.xx.2023-cü il tarixdə Şahid3 oğlu Rəvanla onlara qonaq gəlmiş, həmin tarixdə axşam saatlarında birinci mərtəbədə yaşayan qonşusu Səyyarəni Novruz bayramına tədarük görmək üçün onu evinə çağırmışdır, Səyyarə həyat yoldaşı Rasimlə onun yaşadığı evə gəlmiş və peçi (istilik sobasını) qoyduqdan sonra Rasim çıxıb getmişdir. Daha sonra Rasim həyat yoldaşı Səyyarə ilə telefonla danışan zaman ondan iki ədəd qazlı, bir ədəd fanta və duzlu başsız balıq almağı xahiş etmiş, Rasim həmin bazarlığı alıb gətirmiş, lakin həmin vaxt Rasimin həyat yoldaşı Səyyarə qızı Şəlalənin yuxusu gəldiyi üçün çıxıb getmişdir, Rasim onun yaşadığı evə gələrək bazarlığı vermiş, sonra o Rasimə şiriniyyatla çay içməyi təklif etmişdir, Rasim çay içdikdən sonra çıxıb evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, Pirallahı qəsəbəsi S.Vurğun küçəsi ev 56A, mənzil 1 ünvanında ailəsi ilə birgə yaşayır, 2012-ci il tarixdə Rasimlə ailə həyatı qurmuş, həmin nikahdan bir azyaşlı qız övladı var, Kəmalə və Vahidi tanıyır, onlar 2022-ci ilin aprel ayından 2023-cü ilin mart ayının 10-dək onlara məxsus Pirallahı rayonu S.Vurğun küçəsi ev 56A, mənzil 1 ünvanında yaşamışlar, sonra Kəmalə ünvan 12 onlarla birlikdə yaşadıqları müddət ərzində aralarında hər hansı bir mübahisə olmamışdır, 2023-cü ilin mart ayının 17-də təxminən 23:40 radələrində qonşuluqda yaşayan Esmira adlı xanım onun yaşadığı evə zəng edərək Novruz bayramı üçün şəkərbura və qoğal bişirmək üçün onu öz evinə çağırmışdır. O, qızı Şəlalə və həyat yoldaşı Rasimlə birlikdə peçi (istilik sobasını) Esmira xanım gilə aparmışlar, həmin vaxt Kəmalə oğlu Rəvanla birlikdə orada olmuşdur. Rasim Esmira xanımın evindən aşağı düşdükdən sonra Esmira xanımın mobil nömrəsinə zəng edərək telefonu ona verməsini istəmişdir, o telefonda Rasimlə danışan zaman Rasim ondan nə almağı soruşduqa o, Rasimə bir ədəd qazlı su almağı demiş, bu zaman Esmira xanım Rasimdən iki ədəd qazlı su, bir ədəd fanta və duzlu başsız balıq almağı xahiş etmişdir, Rasim həmin bazarlığı alıb gətirənədək qızı Şəlalənin yuxusu gəldiyi üçün o, qızını evə aparmışdır, Rasim evə gələn zaman o yatmışdır, lakin Rasimin səsinə oyanmış və saatın 00:30 olduğunu görmüş, 2023-cü ilin mart ayının 18-də səhər saatlarında evdə olan zaman Rasimdən üzünə nə olduğunu soruşduqda Rasim Vahidin onun sifət nahiyəsinə yumuruqla vurduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının “01” aprel 2023-cü il tarixli, 20 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər –sol gicgah nahiyəsinin qançırı, sol gicgah qövsünün (almacıq çıxıntısının) sınığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən müayinədən 1 (bir) günə qədər əvvəl törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs(lər) tərəfindən yetirilməsi istisna olunmur və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Müayinə zamanı aşkar edilmiş xəsarətlər əl çatan nahiyələrdə yerləşməsinə, xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin özü tərəfdən yetrilməsi inandırıcı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 01 aprel 2023-cü il tarixli Tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli 1(094)-3/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 18 aprel 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, buna görə də onun Vahiddən heç bir şikayəti, tələbi və iddiası yoxdur. Barışmalarının nəzərə alınaraq Vahidin barəsində olan hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və məhkəmə-tibbi ekspert rəyi və məhkəməyədək sadələşdirilmiş icraat materialında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73 və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai araşdırma zamanı və məhkəmədə iclası zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və məhkəmə iclasları zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) iş saatına görə (ibtidai araşdırma zamanı 15 saat və məhkəmə baxışı zamanı 10 saat) ümumilikdə 150,00 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmədə müdafiə edilməsinə görə ümumilikdə 150,00 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-18/2023
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №1(094)-18/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver