Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-18/2024 25.06.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Tərcüməçi – X1, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,599 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini xeyli miqdarda və ümumi təmiz çəkisi 0,217 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanının yaxınlığına kimi daşımışdır. Həmin gün axşam saatlarında orada narkotik vasitə heroinin bir ədəd qızılı rəngli kağız bükümündə 0,408 qram çəkidə xeyli miqdarda olan hissəsini 10 manat pul müqabilində Şahid3 qanunsuz olaraq satmışdır. 09 mart 2024-cü il tarixdə Şahid3 Pirallahı rayonu, S.Vurğun küçəsi ev 56 A ünvanında piyada hərəkətdə olarkən Pirallahı RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Polis İdarəsinin inzibati binasına gətirildikdən sonra ətrafında keçirilmiş əməliyyat tədbiri nəticəsində əldə edilmiş məlumat əsasında həmin tarixdə saat 20:00 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Pirallahı rayonu, S.Vurğun küçəsi, axrıncı dayanacağın yaxınlığına hərəkətdə olarkən Pirallahı RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinin inzibati binasına gətirilmiş həmin gün saat 21:25-də Pirallahı RPİ-nin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükülmüş təmiz çəkiləri 0,105 qram və 0,112 qram, ümumi təmiz çəkisi 0,217 qram həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 02 ədəd bükümdə və Vahid Seyüfullayevin üzərindən aşkar edilmiş narkotik vasitə heroin ilə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan 01 ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkiləri 0,072 qram və 0,119 qram, ümumi təmiz çəkisi 0,191 qram olan həmin xeyli miqdarda narkotik vasitə heroin 02 ədəd bükümdə aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək, yalnız özünü Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə yaşadığı ünvandan çıxaraq narkotik vasitə almaq üçün Pirallahı rayonu, S.Vurğun küçəsinə getmişdir. Orada adını Samir kimi bildiyi şəxsdən 25 manat müqabilində 02 büküm kağıza bükülmüş hərəsinin içində 02 ədəd narkotik vasitə olan heroini və psixatrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün alaraq əynində olan boz rəngli gödəkçənin sağ yan çibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Pirallahı rayonu, S.Vurğun küçəsində yerləşən 9 mərtəbəli binanın yaxınlığında piyada olarkən mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı oluqlarını təqdim edərək onu polis idarəsinə dəvət etmişdirlər. O, onlarla razılaşıb Pirallahı RPİ-nə gətmiş, xidməti otaqların birində ona müdafiəçi seçmək hüququnun olduğu izah edildikdən sonra onun istəyi ilə dövlət hesabına Müdafiəçi onun müdafiəçisi qismində dəvət olunmuşdur. Şübhəli şəxs qismində hüquq və vəzifələri ona izah olunmuş, ondan üzərində olan əşyaları təqdim etməyini istədilər. O, boz rəngli gödəkçəsinin sağ yan cibində olan 02 ədəd kağıza bükülmüş hərəsinin içərisində 02 ədəd narkotik vasitə olan heroini 2 ədəd bükümü və 2 ədəd psixotrop maddə metmfetamin olan bükümü çıxardaraq stolun üstünə qoymuşdur. Onun razılığı ilə üzərində şəxsi axtarış keçirilmiş, üzərindən başqa qeyri-qanuni heç nə aşkar olunmamışdır. Həmin bükümlər açılaraq içərisindəki kütlə bütün iştirakçılara göstərilmiş, sorğu zamanı o, həmin kütlələrin heroin və metamfetamin olduğunu, onu Samir adlı şəxsdən şəxsi istifadəsi üçün 25 manata almış, sonra həmin bükümlərdə olan maddələrin qablaşdırılaraq götürülmüş, möhürlənmiş və tərəflərindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, polisə gətirilərkən ona qarşı zor tətbiq olunmamış, o Şahid3 narkotik vasitə satmamışdır. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitə herioinlərin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil etməsi barədə heç bir fikri olmadığını və bu barədə heç nə deyə bilməyəcəyini bildirdi. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli özünü qismən təqsirli bilməsi məhkəmədə tədqiq edilmiş, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Pirallahı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması, barədə Pirallahı RPİ-yə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə RPİ rəhbərliyindən müvafiq icazə alındı. Pirallahı RPİ-nin CAB-ın əməkdaşı Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradıldı, qrupun rəhbəri Şahid1, oldu. xx.xx.2024-cü il tarixdə saat 20:00 dəqiqədə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 9 mərtəbəli binanın yaxınlığında Təqsirləndirilən şəxs tərəflərində saxlanıldı və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək ona Pirallahı RPİ-nin inzibati binasına getmək təklif edildi. Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına gəlmiş, tərcüməçi və müdafiəçi ilə təmin edilmişdir. Sonra videoçəkilişlə onun və CAB-ın əməkdaşı Şahid1, eləcə də dəvət edilmiş tərcüməçi və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərində şəxsi axtarış keçiriləcəyi bildirildi, üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoydu və üzərində başqa heç bir əşya olmadığını bildirdi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman başqa qeyri qanuni heç bir əşya aşkar edilmədi. Aşkar edilmiş bükümlərdən biri açıldıqda içərisində 02 ədəd büküm olduğu müəyyən olunmuş, həmin 02 ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz halında, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar edildi. Bundan sonra digər büküm açıldı və onun da içərisindən 02 ədəd büküm çıxdı. Həmin 02 ədəd büküm açıldıqda içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edildi. Təqsirləndirilən şəxs bildirdi ki, aşkar edilmiş 04 ədəd bükümün ikisinin içindəki maddə narkotik vasitə heroindir, digərinin ikisinin içərisindəki isə psixatrop maddə metamfetamindir və ona məxsusdur. Belə ki, həmin narkotik vasitələri xx.xx.2024-cü il tarixdə, Pirallahı rayonu ərazisində Samir adlı şəxsdən 25 manat müqabilində əldə edib. Şəxsi axtarış zamanı aşkar olunan içində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlə olan 04 ədəd büküm zərfdə qabaşdırılmış və 237 saylı möhürlə möhürləndi. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxundu, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmadı və iştirakçılar tərəfindən həm protokol, həm də zərf imzalandı. O, də öz növbəsində həmin protokolu və zərfi imzaladı. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə axşam saatlarında narkotik vasitə olan heroin almaq qərarına gəlmiş və yaşadığı evdən çıxaraq evin həyətində dayanıb gözləmişdir. Bir neçə dəqiqə keçdikdən sonra tanışı Konstantinin gəldiyini görmüş ona yaxınlaşaraq bir büküm narkotik vasitə olan heroin almaq istədiyini ona bildirmiş, Konstantin onunla razilaşaraq yaşadığı evin yaxınlığında onu gözləməyini istəmiş və çıxıb getmişdir. Bir neçə saatdan sonra Konstantin onun yaşadığı ünvanın qarşısına gəlmiş və bir büküm narkotik vasitə olan heroini ona vermiş o, isə narkotik vasitənin müqabilində Konstantin 10 manat pul vermişdir. O, narkotik vasitəni cibinə qoyaraq yaşadığı evə qalxmış bir neçə saat keçdikdən sonra tanışı Konstantindən aldığı qızılı rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini istifadə etmək üçün yaşadığı evdən çıxmışdır. Saat 19 radələrində yaşadığı ünvanın yaxınlığında mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onu polis idarəsinə dəvət etmişlər. O, onlarla razılaşıb Pirallahı RPİ-nə gəlmişdir. Xidməti otaqların birində ona müdafiəçi seçmək hüququnun olduğu izah edildikdən sonra onun istəyi ilə dövlət hesabına Müdafiəçi onun müdafiəçisi qismində dəvət olunmuşdur. Şübhəli şəxs qismində hüquq və vəzifələri ona izah olunmuşdur. Ondan üzərində olan əşyaları təqdim etməyi istənilmiş, o qara rəngli şalvarının sağ yan cibində olan 01 ədəd qızılı rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini çıxardaraq stolun üstünə qoymuşdur. Onun razılığı ilə üzərində şəxsi axtarış keçirilmiş, üzərimdən başqa qeyri-qanuni heç nə aşkar olunmamışdır. Həmin büküm açılaraq içərisindəki kütlə bütün iştirakçılara göstərilmiş, sorğu zamanı o, həmin kütlənin heroin olduğunu və onu Kostya adlı tanışından şəxsi istifadəsi üçün 10 manata aldığını, sonra həmin 01 ədəd bükümn qablaşdırılaraq götürüldüyünü, möhürləndiyini və tərəflərindən imzalandığını, bu barədə protokol tərtib edildiyini oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalandığını bildirdi. İş üzrə şahid qismində dindirilən və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Pirallahı RPİ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Pirallahı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması, barədə Pirallahı RPİ-yə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə RPİ rəhbərliyindən müvafiq icazə alınmışdır. Pirallahı RPİ-nin CAB-ın əməkdaşı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 20:00 dəqiqədə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 9 mərtəbəli binanın yaxınlığında Təqsirləndirilən şəxs tərəflərində saxlanılmış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək ona Pirallahı RPİ-nin inzibati binasına getmək təklif edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına gəlmiş, tərcüməçi və müdafiəçi ilə təmin edilmişdir. Sonra videoçəkilişlə onun və CAB-ın əməkdaşı Şahid2, eləcə də dəvət edilmiş tərcüməçi və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman başqa qeyri qanuni heç bir əşya aşkar edilməmişdi. Aşkar edilmiş bükümlərdən biri açıldıqda içərisində 02 ədəd büküm olduğu müəyyən olunmuş, həmin 02 ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz halında, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Bundan sonra digər büküm açılmış və onun da içərisindən 02 ədəd büküm çıxmışdır. Həmin 02 ədəd büküm açıldıqda içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, aşkar edilmiş 04 ədəd bükümün ikisinin içindəki maddə narkotik vasitə heroindir, digərinin ikisinin içərisindəki isə psixatrop maddə metamfetamindir və ona məxsusdur. Belə ki, həmin narkotik vasitələri xx.xx.2024-cü il tarixdə, Pirallahı rayonu ərazisində Samir adlı şəxsdən 25 manat müqabilində əldə edib. Şəxsi axtarış zamanı aşkar olunan içində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlə olan 04 ədəd büküm zərfdə qabaşdırılmış və 237 saylı möhürlə möhürlənmişdir. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən həm protokol, həm də zərf imzalanmışdır. O, də öz növbəsində həmin protokolu və zərfi imzalamışdır. İ.v. 116-117 İş materiallarında üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Şahid3 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə sonuncunu ifşa etmişdir. İ.v. 85-86 İş materiallarında 09 mart 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə Pirallahı rayon polis idarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılarkən əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən aşkar olunmuş bükümdən 02 ədəd bükümdə narkotik vasitə olan heroin və digər 02 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni Pirallahı rayonu ərazisində adını “Samir” kimi bildiyi şəxsdən 25 manata aldığını bildirmişdir.İ.v.44-45 İş materiallarında Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdə üzərində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı protokola əlavə olunmuş CD formatlı diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdə üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən aşkar olunmuş bükümdən 02 ədəd bükümdə narkotik vasitə olan heroin və digər 02 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. İ.v. 68 İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1411 №-li məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində « Təqsirləndirilən şəxs üzərindən …» yazı və imzalar olan zərfdə 01 ədəd gümüşü rəngli kağız bükümün içərisində 02 ədəd kağız bükümlərdə təmiz çəkisi 0,072 qram, 0,119 qram, ümumi təmiz çəkisi 0,191 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd gümüşü rəngli kağız bükümün içərisində 02 ədəd kağız bükümlərdə təmiz çəkisi 0,105 qram, 0,112 qram, ümumi təmiz çəkisi 0,217 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Heroinlərin ümumi təmiz çəkisi -0,191 qram, tədqiqata cəmi sərf edildi -0,04 qram, qalıq 0,151 qram. Metamfetaminlərin ümumi təmiz çəkisi -0,217 qram, tədqiqata cəmi sərf edildi -0,04 qram, qalıq 0,177 qram. İ.v. 50-54 İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2024-cü il tarixli, 3-16-16/2-6/2279 №-li məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 68” ştamp əksi olan 23 ədəd MEM-nin maddi sübutlar üçün nəzərdə tutulmuş üzərində: “Ekspert rəyi № 6/1410... Pirallahı RPİ-nin TB .. Şahid3 ... yazısı və imza” və “Ekspert rəyi № 6/1411... Pirallahı RPİ-nin TB ...87... Təqsirləndirilən şəxs.. yazısı və imza olan kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Qeyd: 1. Heroinlərin ümumi tədqiqatdan sonra çəkisi -0,151 qram (02 büküm), tədqiqata cəmi sərf edildi -0,02 qram (hər birindən 0,01 qram), qalıq 0,131 qram. (F.K.İqoryeviç)
2. Heroinin tədqiqatdan sonrakı çəkisi 0,358 qram, tədqiqata sərf edildi -0,02 qram, qalıq 0,338 qram; (Şahid3) İ.v. 138-141 İş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1891 saylı ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimuliyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İ.v. 108-109 İş materiallarında Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,191 qram, eləcə də Şahid3 satdığı 0,408 qram daxil olmaqla ümumi təmiz çəkisi 0,599 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və ümumi təmiz çəkisi 0,217 qram psixotrop maddə meamfetamin iş üzrə maddi sübut kimi tanınsın, əlavə ekspertiza tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,469 qram narkotik vasitə heroin və 0,177 qram olan psixotrop maddə meamfetamin saxlanılması üçün Pirallahı RPİ-nin Saxlama Yerinə təhvil verilmişdir. İ.v. 196 Bеləliкlə Təqsirləndirilən şəxs törətdiyi cinаyət əməli məhкəmə bахışı zаmаnı аrаşdırılаraq, qiymət vеrilməкlə özünün ifаdəsi, şаhid ifаdələri, екspеrtizа rəyləri ilə tаm sübutа yеtirilmişdir. Təqsirləndirilən şəxs qеyd еdilən əməllərinin cinаyət оlmаsını аrаdаn qаldırаn hаllаr, həmçinin оnun cinаyət məsuliyyətindən аzаd еdilməsi üçün əsаslаr yохdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satışı faktı onun özünün qismən etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək pehmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləhdirən hal kimi nəzərə alır. İş materiallarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Pirallahı rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 04 ay 11 gün vaxtından əvvəl şərti azad edimiş lakin məhkumluğu ödənilməmişdir. İ.v. 113-115 Аzərbаycаn Rеspubliкаsının CM-nin 83.3.3-cü mаddəsinə əsаsən аz аğır cinаyət törətməyə görə аzаdlıqdаn məhrum еtməyə məhкum еdilmiş şəхs cəzаnı çəкib qurtаrdığı gündən iki il кеçdiкdə məhкumluq ödənilmiş hеsаb оlunur. Təqsirləndirilən şəxs cəzаsını çəкib qurtаrdıqdаn sоnrа iki il кеçmədən yəni, xx.xx.2024-cü il tаriхdə yenidən qəsdən cinаyət törətdiyindən məhкumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaratdığındаn оnun əməlində cinаyətin rеsidivi vаrdır. Аzərbаycаn Rеspubliкаsının CM-nin 61.1-ci mаddəsinə əsasən əvvəllər məhkum olunması və məhkumluğunun ödənilməməsi nəzərdə tutulаn qaydada cinayətin residivi təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs cəzаsını аğırlаşdırаn hаlıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2024-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-9/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərarı ilə onun barəsində həbsetmənin əvvəli 09 mart 2024-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı 09 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı həhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 0,131 qram olan narkotik vasitə heroin və çəkisi 0,177 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş istintaq hərəkəti olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 184,00 (bir yüz səksən dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs X5 оğluna ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi (ibtidai istintaq zamanı iş saatına görə 60 saat, 360 manat və məhkəmə baxışı zamanı 10 saat, 60 manat) ümumilikdə 420,00 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 09 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı həhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,131 qram olan narkotik vasitə heroin və çəkisi 0,177 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş istintaq hərəkəti olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 184,00 (bir yüz səksən dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən həxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı həhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 420,00 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya hikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən hakim Faiq Qasımov