Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-19/2023 16.05.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 02.30 radələrində ünvan 2 ünvanda qeyri rəsmi həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadığı evin dəhlizində sonuncu ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı yumuruq ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vuraraq ona baş-beyin silkələnməsi, burun sümüyünün tənəffüs pozulması ilə müşayiət olunan sınığı, hər iki göz orbitinin, sol bazunun, sağ saidin qançırı, sol gözün ağlıqişasının qansızması, üst dodaq selikliqişasının əzilmiş yarası ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az agır zərər vuran bədən xəsarəti yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməl məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, o, Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Vurğun küçəsi döngə 13 ev 1 mənzil 2 ünvanda qeydiyyatdadır, 2019-cu ildə Pirallahı rayon sakini Zərərçəkmiş şəxs ilə qeyri rəsmi ailə həyatı qurmuş və həmin nikahdan bir azyaşlı uşaqları var. Son vaxtlar Natalya uşaqları ilə atasının evində qalırmış. O, idmanın Karate növü ilə məşğul olmuşdur və qeyd edilən idman növü üzrə dərəcəsi də var. Son vaxtlar spirtli içki qəbul edir və həmçinin evə gec gəlirmiş, bu səbəbdən də onlar arasında mübahisə olurdu. Nataliya uşağın xəsdə olduğunu bildirərək ondan dərman almaq üçün pul istəmişdir, xx.xx.2023-cü il tarixdə o, Nataliyaya 85 manat pul verdikdən sonra kafeyə gedərək orada pivə içmişdir, xx.xx.2023-cü il tarixdə saat 02.30 radələrində Natalyanın yaşadığı evə gəlmiş, Natalya onun içkili vəziyyətdə olduğunu görmüş və uşaqların yatdığını bildirərək onu evə buraxmaq istəməmişdir. O, Natalyaya səsküy salmayacağını bildirərək içəri daxil olmuşdur. Dəhlizdə Natalyadan pul istəmiş, Natalya isə cavab olaraq ona pulu xərclədiyini bildirmişdir. Bundan sonra onların arasında mübahisə yaranmış, həmin vaxt o, yumuruq zərbəsi ilə Natalyanın sifət nahiyəsinə xəsarət yetirmiş, bu hadisədən sonra Nataliya DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. O, Natalyanı əli ilə döymüşdür, həmin vaxt əlində hər hansı bir əşya və ya alət olmamışdır, onlar arasında olan dava təxminən 10-15 dəqiqə davam etmişdir. Dava zamanı o, özü heç bir xəsarət almamış, həmçinin yanlarında heç kim olmamışdır. Hazırda zərərçəkmiş şəxslə aralarında barışıq yoxdur. Törətdiyi əməldən peşman olmasını və himayəsində bir azyaşlı uşağın olmasının nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, əvvəl bir dəfə ailə qurub boşanmışdır, həmin nikahdan bir azyaşlı uşağı var, 2019- cu ildə ikinci dəfə Pirallahı rayon sakini Təqsirləndirilən şəxs ilə qeyri rəsmi ailə qurmuş və həmin qeyri rəsmi nikahdan bir azyaşlı uşaqları olmuşdur, hazırda himayəsində 2 azyaşlı uşağı var, özü heç yerdə işləmir. Təqsirləndirilən şəxs balıqçılıqla məşğul olur və əlavə olaraq fəhləlik edir. Məqsəd mütamadi olaraq spirtli içki qəbul edir, bu səbəbdən də onlar arasında tez-tez söz mübahisəsi olurdu. O, maddi vəziyyəti yaxşı olmadığı üçün anası evində yaşayır, Məqsəd isə öz anasının yanında qalırdı. xx.xx.2023-cü il tarixdə Məqsəd onun yanına gələrək ona 85 manat pul vermiş və daha sonra çıxıb getmişdir. xx.xx.2023cü il tarixdə saat 02.30 radələrində Məqsəd sərxoş vəziyyətdə onun yanına qayıtmışdır. O, Məqsədin sərxoş olduğunu görmüş, uşaqların yatdığını bildirərək ondan evə girməməsini istəmişdir. Məqsəd onu aldadaraq səs-küy salmayacağını bildirib evə girmişdir. Evə girəndən sonra Məqsəd ona verdiyi pulu geri istəmişdir, o isə Məqsədə pulu uşaqlara xərclədiyini bildirmişdir, bu səbəbdən də onların arasında mübahisə yaranmışdır, mübahisə zamanı Məqsəd dəhlizdə yumuruqla onun sifət nahiyəsinə 2-3 dəfə vurmuşdur. Bu zaman o, burun və sifət nahiyəsindən xəsarət almışdır, həmin vaxt Məqsədin əlində hər hansı bir əşya və ya alət olmamışdır. Dava təxminən 20 dəqiqə davam etmişdir, dava zamanı o, Məqsədə heç bir xəsarət yetirməmişdir. Bu hadisədən sonra o, DİN- nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Onun Məqsədlə barışmaq fikri yoxdur, ondan şikayətçidir və törətdiyi bu əməlinə görə təqsirləndirilən şəxsə cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 15 aprel 2023-cü il tarixli, 25 saylı rəyindən görünür ki, Vət Zərərçəkmiş şəxs bədəni üzərində baş-beyin silkələnməsi, burun sümüyünün tənəffüs pozulması ilə müşayiət olunan sınığı, hər iki göz orbitinin, sol bazunun, sağ saidin qançırı, sol gözün ağlıqişasının qansızması, üst dodaq selikliqişasının əzilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə 10 saylı Təcili Tibbi yardım Stansiyasının 18 saylı filialına müraciətindən bir qədər əvvəl törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilmələri istisna olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 1/1203 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı yüngül alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşaq var. İş materiallarında olan və 19 may 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi əmələ görə həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, məhkumluğunun olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər də zərərçəkmiş şəxsə qarşı cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 16 may 2023-cü il tarixdən hesablanmalıdır. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai araşdırma zamanı 15 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 150,00 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını təhqiqatda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-19/2023
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-19/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver