Məhkəmə qərarları › İş №1(094)-19/2024

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-19/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-19/2024 25.06.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adiloğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Tərcüməçi – X1, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yerləşən söhbətgahın içərisində tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunu sillə zərbəsi ilə qəsdən vuraraq yıxmış və ona sol yanağın, sağ saidin aşağı 1/3-nin bayır səthinin sıyrıqları, sol saidin qançırı, sağ əlin V barmağının yumuşaq toxmalarının əzilməsi ilə müşayiət olunan ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına YÜNGÜL zərər vuran bədən xəsarəti yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməl məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində Pirallahı rayon sakini Zərərçəkmiş şəxs 10 ildən çoxdur ki tanıyır, tanışlığının səbəbi odur ki, o bənna işləyir, Luiza da lazım olanda onun yanında fəhlə işləyərək təmizlik işləri aparırdı. Hal-hazırda o Pirallahı rayon sakini İrinanın evində usta işləyir, 15 ildir ki, İrinanı tanıyır, təxminən 20-25 gün bundan qabaq İrinanın qızı Nataşa ilə Luizanın arasında söz-söhbət olmuş, o Luizanı özünə yaxın bilib, təxminən 18-20 gün bundan qabaq Luizaya zəng etmişdir ki, Nataşa ilə nə üçün dalaşmaları soruşsun. Luizada heç bir səbəb olmadan onu və Nataşanı telefonda nalayiq söyüşlərlə söyüb təhqir etmiş, ancaq Nataşa söyüşləri eşitməmişdir. xx.xx.2024cü il tarixdə o İrinanın evində təmir işləri aparan zaman Luiza ona zəng vurub onu, yenə təhqir etmiş, o, Luizadan harda olduğunu soruşmuş, Luiza yerini deyəndən sonra o, Luizanın yanına getmiş, Luizanı Pirallahı rayonu K.Rzayev küçəsində çoxmənzilli binanın arxasına aparmış, orda Luiza ona sən xəbərçisən deyərək yenə onu təhqir edəndə o Luizanın sifətinə sillə ilə vurmuşdur. Luiza ilə əlbəyaxa olmuş, Luiza yerə yıxılmış, hətda əlbəyaxa olan zaman Luiza onun yaxasından tutub dizi ilə onun aşağı nahiyəsinə vurmuş, o Luizanı yerə yıxandan sonra üzr istəyir, ordan uzaqlaşıb getmişdir. Hadisə zamanı o, özüdə xəsarət almış, hadisə zamanı yanlarında kənar heç kəs olmamış, hava qaranlıq olmuşdur. O, Luizaya zəng vurmaqda fikri Nataşa ilə Luizanı barışdırmaq olmuş, aralarında mübahisə düşdüyü üçün Luizanı sillə ilə vurub yerə yıxmış, həmin vaxtı əlində heç bir əşya və alət olmamış, dava 3-5 dəqiqə davam etmiş, hadisə saat 20:30 radələrində baş vermişdir. Məhkəmə iclasının sonunda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs bildirdi ki, ozünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirib, barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, heç bir yerdə işləmir və bir qız övladı ilə bir evdə yaşayır. Xəzər rayonu, Zirə qəsəbəsində yaşayan, Təqsirləndirilən şəxs, Pirallahı rayon sakini Nataşa ilə münasibəti yaxşıdır. İsmayıl onların evində usta işləyir. 18 may 2024-cü il tarixdə Nataşa ilə aralarında olan söz söhbətlə bağlı İsmayıla ona zəng etmiş, Telefon danışığı zamanı İsmayıl onu nalayiq ifadələrlə təhqir etmişdir. O, İsmayıl ilə mübahisə etməmək üçün telefonu söndürmüş, onun İsmayıla zəngindən təxminən 1 saat sonra İsmayılın təkrar ona zəng etdiyini görüb telefona cavab verdikdə İsmayıl onu nəlayiq ifadələrlə təhqir edərək olduğu yeri soruşub, yaşadığı binanın qarşısına gəlməyini tələb etmiş, o yaşadığı binanın qarşısına gələrək İsmayıl ilə görüşmüş, İsmayıl orada da, onu görüb ailə üzvlərinə qarşı nəlayiq ifadələr işlədərək binanın arxa tərəfinə keçib danışmaqlarını isdəmişdir. Binanın arxa tərəfinə heç kimin olmadığı yerə getdikdə İsmayıl onun üz nahiyəsinə yumruqla zərbə endirmişdir İsmayılın onu təkrar vurmaması üçün əlindən tutub saxlamaq istəyərkən müvazinətini itirib yerə yıxılmış, yerə yıxıldığı zaman sağ əlindən xəsarət almış, İsmayıl onun yerə yıxıldığını görüb həmin yerdən qaçaraq uzaqlaşmışdır. Hadisə təxminən saat 20:30 radələrində baş verdiyi üçün hava qaralmış və ətrafda kənar şəxslər olmamışdır. İsmayılın onunla görüşməsini, təhqir etməsini və onu binanın arxa tərəfinə danışıq üçün çağırmasını başqa şəxslər eşitməmiş, görməmiş, yerə yıxıldıqdan sonra İsmayıl ona qalxmağa köməklik göstərməmiş və oradan qaçıb getmişdir. O yalnız evə getdikdən sonra üz nahiyəsində aldığı xəsarəti görüb həkimə müraciət etmişdir. İsmayıl ilə onun arasında olan mübahisə təxminən 1 ay əvvəl İsmayılın və onun ortaq tanışları Nataşa ilə onun arasında yaranan mübahisədən sonra İsmayılın ona zəng etməsi və o zaman da onu telefonda təhqir etməsindən sonra yaranmışdır. Təxminən bir ay əvvəl İsmayıl ilə telefon danışığı zamanı onun Nataşa haqqında dediklərini Nataşaya gedib danışdığı üçün o İsmayıla zəng edib İsmayılın etdiyi hərəkətin səbəbini soruşmaq üçün zəng etmiş, lakin qarşılığında İsmayıl onu təhqir edib, daha sonra görüşməyə çağıraraq yaşadığı binanın arxa tərəfində onu vuraraq xəsarət yetirmişdir. O yerə yıxılmış, hətda bir-biri ilə əlbəyaxa olmuş, ola bilsin həmin vaxtı İsmayıl xəsarət almış, onların davası 3-5 dəqiqə davam etmişdir. İş materiallarında hadisə yerinə baxış zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində ağacların arasını göstərərək 18 may 2024-cü il tarixdə saat 20:30 radələrində tanışı Təqsirləndirilən şəxs onu məhz həmin yerdə döydüyünü bildirmişdir. İ.v. 24-26 İş materiallarında məhkəmə-tibb ekspertizasının 27 may 2024-cü il tarixli Pirallahı RPİ-nə daxil olmuş, 3-1356/1-3807/2024 nömrəsi ilə qeydə alınmış, 23 may 2024-cü il tarixli 42 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – sol yanağın, sağ saidin aşağı 1/3-nin bayır səthinin sıyrıqları, sol saidin qançırı, sağ əlin V barmağının yumuşaq toxmalarının əzilməsi aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə «X4» PHŞ-ə müraciətindən 2-3 gün əvvəl törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddilər. İ.v. 27-31 DİN BƏSİİ tərəfindən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluqalrı ödənilmişdir. İ.v. 67-68 Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf etməsi, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi böyük ictimai təhlükə törətməyən əməlini məhkəmə iclasında etiraf edərək peşman olmasını onun Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs bildirdi ki, ona azadlığın məhdudlaşdırılması cəzası verilsə o heç yerdə işləyə bilməyəcəyini və o ailəsini dolandıra bilməyəyini bildirdi. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə X2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cərimə cəzası növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzasını təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiə Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiə ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilmiş hüquqi yardıma görə 10 saat) cəmi 180 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manatadək miqdarda cərimə cəzası təyin edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Pirallahı rayon Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,0 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar