Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-2/2024 20.02.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi X4 vəkili və nümayəndəsi Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi S.Vurğun küçəsi, ev 51 mənzil 1-də qeydiyyatda olub yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yol hərəkəti və istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdə saat 22:20 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, «KİA CEED» markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsindən Gürgan qəsəbəsi istiqamətinə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərini pozaraq, 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə hərəkət etdirib, həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndidin və 69-cu maddəsinin 7-ci hissəsinin tələblərini pozaraq, yəni yol hərəkətinin işğtirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı (36.1.3), hərəkət istiqamətlərini ayıran üfüqi nişanlama xəttini kəsib keçməməli (69.7.1), bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyib, yolun sağa döngəli hissəsində hərəkəti tənzimləyə bilməmiş, hərəkət istiqamətlərini ayıran üfüqi nişanlama xəttini kəsib əks hərəkət zolağına keçərək, qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi «Mercedes Benz 200» markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması-beyin qişalarına, beyin mədəciklərinə və baş beyin toxumalarına geniş qansızma, alının, hər iki yanağın, çənənin kəsilmiş yaraları, sağ gicgah nahiyəsinin əzilmiş yarası, sağ qulaq sayvanının, sağ bazunun, doş qəfəsi-qarının sağ ön yan səthinin, sağ əlin arxa səthinin, sağ budun, sağ baldırın, sol budun sıyrıqları, sağ budun qançırı, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan xəsarətlər yetirib, qapalı kəllə beyin travması-beyin qişalarına, beyin mədəciklərinə və baş beyin toxumalarına geniş qansızma səbəbindən hadisə yerində ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 16 avqust 2023-cü il tarixdə saat 12 radələrində Pirallahı qəsəbəsində yerləşən “Gənclər” parkında yerləşən kafedə tək oturub bir qədər spirtli içki, yəni pivə qəbul etmişdir. Axşam saatlarında etibarnamə əsasında idarə etdiyi KİA CEED markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşərək Pirallahı qəsəbəsi istiqamətindən üzü Gürgan qəsəbəsi istiqamətinə hərəkətə başlamışdır. Hərəkət zamanı qəsəbədə yerləşən “Araz” marketdə saxlayıb siqaret və içmək üçün tərkibində spirt olan “GO” içkisi alıb təkrar maşına əyləşərək Nərəkənd istiqamətinə əsas yolla hərəkətə başlamışdır. Bir az dəniz kənarında hava almaq məqsədi ilə Nərəkənd istiqamətinə getmək istəyirmiş. Daha sonra olanları hazırda xatırlamır. Xatırladığı odur ki, gözünü açanda idarə etdiyi avtomaşının sükanının qırılıb üzərinə düşməsini görmüş, daha sonra avtomaşının sol yan sürücü tərəfdə olan pəncərəsindən insanların köməkliyi ilə çıxarılaraq asfalta uzadılmışdır. Sonra yenə özündə olmamış, bir daha ayıldıqda artıq xəstəxanada olduğunu və hadisə nəticəsində onunla toqquşan Mercedes markalı **-XF- *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü, qəsəbə sakini Zərərçəkmiş şəxs hadisə yerində öldüyünü bilmişdir. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə sərnişin və yük olmamışdır. Avtomobili təxminən 80 km/saat sürətlə hərəkət etdirərək hadisə baş vermişdir. Hadisədən əvvəl Mercedes markalı avtomaşını hansı məsafədən gördüyünü və onunla yolun hansı hissəsində toqquşduğunu xatırlamır. Hadisə günü təxminən saat 12 radələrində bir bakal pivə içmiş, marketdən aldığı “GO” içkisini isə içməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavaba olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı qismində tanınan X4 vəkili və nümayəndəsi Müdafiəçi1 göstərdi ki, 16 avqust 2023-cü il tarixdə Pirallahı rayonu, Pirallahə-Gürgan qəsəbəsi istiqamətində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs hüquqlarını müdafiə etdiyi şəxs X4 atasıdır. Zərərçəkmiş şəxs özünə məxsus «Mercedes 200» markalı**-XF-*** dövlət qeydiyyat nişanlı avtomaşını var imiş ki, həmin avtomaşından özünün nəqliyyat vasitəsi kimi istifadə edirmiş. 16 avqust 2023-cü il tarixdə təxminən saat 22 radələrində Əliyə məlumat vermişlər ki, atası Əkbər idarə etdiyi həmin avtomaşınla yol qəzası baş verib, o xəsarət alaraq hadisə yerində dünyasını dəyişib. Məlumatı aldıqdan sonra Əli Zeynallı morqa getmişdir. Məhkəmə-tibb ekspertizası müayinəsindən sonra meyiti qəbul edib həmin gün nəşi də aparmışlar. xx.xx.2023-cü il tarixdə Pirallahı qəsəbə qəbristanlığında dəfn etmişlər. Sonradan məlum olmuşdur ki, mərhumun idarə etdiyi həmin avtomaşın Pirallahı- Gürgan yolunda KİA markalı avtomaşınla toqquşub. Həmin KİA markalı avtomaşın mərhumun idarə etdiyi Mercedes markalı avtomaşının yoluna çıxaraq hadisəni törətmişdir. Hadisə nəticəsində avtomaşına dəymiş maddi ziyanla bağlı qiymətləndirici şirkətlə müqavilə bağlanaraq rəy almışdır. Təqsirləndirilən şəxsə qarşı 15120,00 manat maddi və 50000,00 manat mənəvi zərərin, 2034-cü ilin fevral ayına kimi hər ay 1000,0 manat pulun, qiymətləndiriciyə xidmət haqqı üçün ödənilmiş 200,0 manat və dövlət rüsumu üçün ödənilən 289,0 manat tutulması barədə mülki iddia ilə məhkəməyə müraciət etmişdir və onu müdafiə edir. Buna görə də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini və mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı olmaqla bir ünvanda yaşayırlar. 16 avqust 2023-cü il tarixdə qardaşı Şükür özünə məxsus Kia markalı avtomobillə saat 22-30 radələrində avtoqəza törətmişdir. Hadisədən yarım saat sonra bu barədə məlumat alıb hadisə yerinə getmiş və orada qardaşının xəstəxanaya aparıldığı öyrənərək Sabunçu xəstəxanasına getmişdir. Qardaşına artıq tibbi yardım göstərilib palataya yerləşdirilmiş, lakin özündə deyilmiş və danışa bilmirmiş. Təxminən 3-4 saat sonra palataya müstəntiq gəlmiş, daha sonra aşağı düşüb 3-5 dəqiqə sonra isə tibb bacısı ilə birlikdə qayıtmış, tibb bacısı şpirslə Şükürdən qan çəkib götürüb mütəntiqə vermişdir. Hadisə zamanı digər sürücünün öldüyü də məlum olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı qismində tanınan X4 vəkili və nümayəndəsi Müdafiəçi1 vəsatəti əsasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, hal-hazırda Pirallahı MKTB-də fəhlə işləyir. Yay mövsümündə isə Pirallahı şəhərində Gənclər Parkında yerləşən adsız kafedə ofisiant işləmişdir. O, Şükürü tanıyır. Şükür onlarla qəsəbədə yaşayır, həm yaşıddırlar, həm də Şükür tez-tez kafeyə onların yanına çay və pivə içməyə gəlib gedirdi. Şükürün yol qəzası törətməyindən xəbərdar idi. Elə həmin gün Şükür kafedə təkcə gəlib təxminən saat 17:00 radələrində pivə içmişdi. Həmin vaxt o və digər ofisiant Anar Şükürə qulluq etmişlər. Axşama tərəf Şükür parkdan getdi. Bir neçə saat sonra onlara məlum oldu ki, Şükür yol qəzası törədib və bir nəfər ölüb. Başqa heç bir məlumatı yoxdur. Şükür təxminən 4-5 ədəd bakal pivə içmişdir. Onların kafesində olan pivə bakalı 400 qram pivə tutur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı qismində tanınan X4 vəkili və nümayəndəsi Müdafiəçi1 vəsatəti əsasında şahid qismində dindirilən Şahid3 bildirdi ki, özü yay mövsümündə Pirallahıda yerləşən Gənclər Parkının içində olan adsız kafedə ofisiant işləmişdir. Həmin kafe yay mövsümündə işləyir. Kafedə əsasən çay və NZS pivəsi verilirdi. Mahiyyəti üzrə bildirir ki, Şükürü tanıyır. Şükür kafeyə ara sıra gəlib pivə içdiyi üçün həm də qəsəbə sakini kimi tanıyır. Bəzən o, bəzən də ofisiant kimi işləyən Elxan da Şükürə qulluq eləmişlər. O, Şükürün yol qəzası törətdiyi günü xatırlayır. Çünkü həmin gün təxminən saat 16:00-17:00 radələrində Şükür kafeyə kafeyə gəlib orada bir neçə bakal pivə içdi. Ona qulluq etmişlər. Axşama tərəf o parkdan getdi. Sonra qəsəbədə səs yayıldı ki, Şükür qəza edib, bir nəfər adam ölüb. Bundan başqa heç nə bilmirəm. Şükür həmin gün tək idi, təxminən yadında qaldığı qədərilə 4-5 ədəd bakal pivə içdi. Pivənin yanında saçaq pendiri yeyirdi. Kafedə olan bakalların tutumu 400 qramdır, yəni yarım litrdən 100 qram az tutur. İş materiallarında olan istintaq zamanı “Məhkəmə Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsdən alınmış xx.xx.2023-cü il tarixli 3065/K saylı məhkəmə-kimyəvi rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 78 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol göz almasının ağlı qişasının qansızması, sol dirsəyin, sağ ayağın sıyrıqları, sol dizin əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X7” Publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarına görə bunlar yüngül dərəcəli zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 17 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibb ekspertizasına əsasən, hadisə haqda məlumatları nəzərə alıb, qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Zərərçəkmiş şəxs meyiti üzərində olan xəsarətlər: qapalı kəllə beyin travması-beyin qişalarına, beyin mədəciklərinə və baş beyin toxumalarına geniş qansızma, alının, hər iki yanağın, çənənin kəsilmiş yaraları, sağ gicgah nahiyəsinin əzilmiş yarası, sağ qulaq sayvanının, sağ bazunun, doş qəfəsi-qarının sağ ön yan səthinin, sağ əlin arxa səthinin, sağ budun, sağ baldırın, sol budun sıyrıqları, sağ budun qançırı, xəsarətləri həyatidirlər, bərk və iti əşya (əşyalar) təsirindən, xx.xx.2023-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının salonunun qabarıq hissələrinin və şüşə qəlpələrinin təsirindən əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb qapalı kəllə beyin travması-beyin qişalarına, beyin mədəciklərinə və baş beyin toxumalarına geniş qansızma olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24 oktyabr 2023-cü il tarixli 8/3043 №-li rəyi ilə müəyyən edilmişdir ki, «Kia Ceed» markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Fərziyev avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Fərziyev 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərinlə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2023-cü il tarixdən 11 sentyabr 2023-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128,00 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Qeyd olunan Məcəllənin 183.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. İş üzrə verilmiş mülki iddianın dəlillərini müzakirə edərək, tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatları araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi maddi və mənəvi ziyan hissəsində qismən təmin edilməlidir. Məhkəmə gəldiyi bu nəticəni aşağıdakı sübutlarla və qanunun normaları ilə əsaslandırır: Təqsirləndirilən şəxs mülki iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Ulduz Avtoservisi” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından və qəbzin surətindən görünür ki, «Mercedes Benz 200» markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri cəmi 15120,0 manat təşkil edir. Bu xidmətin göstərilməsi üçün iddiaçı tərəfindən 200,0 manat xidmət haqqı ödənilmişdir. Nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi tərəfindən məhkəməyə avtomobilə dəymiş ziyanla bağlı alternativ qüsur aktı – arayış təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə məxsus avtomobilə vurulmuş maddi zərər kimi 15120,0 manat məbləğində pul vəsaiti, qiymətləndiriciyə xidmət haqqı kimi ödənilmiş 200,0 manat və 289,00 manat ödənilmiş dövlət rüsumunun əvəzi təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X5 verilməlidir. İddiaçı tərəfindən irəli sürülmüş “2034-cü ilin fevral ayına kimi hər ay 1000,0 manat pulun ödənilməsi” tələbinə dair isə məhkəmə qeyd edir ki, iddia həmin hissədə əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi, zərərçəkmiş şəxsin hüquqi varisi mərhumun himayəsində olmamaqla, yetkinlik yaşına çatmış şəxsdir. Eyni zamanda, zərərçəkmiş şəxsin həyat yoldaşı ilə nikahına xitam verilmiş, himayəsində başqa şəxslər də olmamışdır. İddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə “Smirnova Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları... onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Hazırkı iş üzrə mülki cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin vurulmasının sübut edildiyini və vurulmuş maddi zərərin həcmini, həmçinin mülki iddiaçının ailə üzvünü faciəli şəkildə itirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı mənəvi sarsıntı və iztirab keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, “mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”, “delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır”. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin yuxarıda göstərilən müəyyən edilmiş hallarını və qanunun qeyd edilən normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi də qismən təmin edilməli, dəymiş mənəvi zərərin əvəzi kimi 1000,0 manat ağlabatan məbləğ kimi müəyyənləşdirilərək təqsirləndiriilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X5 verilməlidir. Mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 09 sentyabr 2023-cü il tarixdən 11 sentyabr 2023-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 05 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 05 (beş) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs 128,00 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 15120,00 manat, mənəvi ziyana görə 1000,00 manat, qiymətləndiriciyə xidmət haqqı kimi ödənilmiş 200,0 manat və 289,00 manat ödənilmiş dövlət rüsumu, cəmi 16609,0 (on altı min altı yüz doqquz) manat tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X5 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə 180,0 manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 180,0 manat cəmi 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-2/2024
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-2/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver