Məhkəmə qərarları › İş №1(094)-2/2025

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №1(094)-2/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(094)-2/2025 13.05.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “SOCAR” şirkətində mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 2470,0 qram narkotik vasitə qurudulmayan marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, Pirallahı RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 19:00-da Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yerləşən köhnə xəstəxananın qarşısında saxlanılaraq Pirallahı RPİnə gətirilmiş, idarədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əlində olan 01 ədəd qara rəngli polietlen bağlamda ümumi təmiz çəkisi 2470,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatət təqdim edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Vəsatəti onunla əsaslandırmışdır ki, həmin cinayət işi Pirallahı rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, xx.xx.2024-cü il tarixdə - başlamış, xx.xx.2024-cü il tarixdə - Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə - təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə - ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə - məhkəmənin hazırlıq iclası keçirilmiş, təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərar qəbul edilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 2470,0 qram narkotik vasitə qurudulmayan marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, Pirallahı RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 19.00-da Bakı şəhəri, Pirallahı rayonun, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yerləşən köhnə xəstəxananın qarşısında saxlanılaraq Pirallahı RPİ-nə gətirilmiş, idarədə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əlində olan 01 ədəd qara rəngli polietilen bağlamada ümumi təmiz çəkisi 2470,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmiş, iş üzrə şahid qismində dindirilmiş şəxslər ibtidai istintaq zamanı verdikləri ifadələrə uyğun ifadələr vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstnensiya intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olan (055)-839-09-78 mobil nömrəyə xx.xx.2024-cü il tarixdən tutulduğu yəni, xx.xx.2024-cü il tarixədək olan müddətə ərzində daxil olan və çıxan SMS yazışmalarının mətni əldə edilmiş və aşağıdakılar müəyyən edilmişdir. SMS yazışmalarının mətni: xx.xx.2024-cü il tarixdə saat, 09:03-də 55-897-17-16 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “деньги были вчера 50 патратил если 20 пастараyus зделат . можно будет nayti”, xx.xx.2024-cü il tarixdə, saat 09:030-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 55-897-17-16 nömrəyə “Пozvanyu”, xx.xx.2024-cü il tarixdə, saat 10:30-da 55-897-17-16 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Елчин брат не магу найти выручи 20 ето ето 10 тебе тарчу . если выручиш”, xx.xx.2024-cü il tarixdə, saat 15:14-də 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə “Daniwa bilmirem,yiqacam birazdan.Esas ikisi chatdi yerine?”, xx.xx.2024-cü il tarixdə, saat 8:40-da Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 77- 333-51-84 nömrəyə “it yoxdu sola-sağa eləməyə. Götürəndə baxmaq lazımdı. Uşağ deyilsən”, xx.xx.2024-cü il tarixdə, saat 18:45-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 70-803-25-10 nömrəyə “Qardaşım yarı qurtarıb bu günə 2 dənə 20 lik və otda var”, xx.xx.2024-cü il tarixdə, saat 19:03-də 70-803-25-10 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Saxla onları gəlirəm”, xx.xx.2024-cü il tarixdə, saat 19:08-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09- 78 nömrədən 70-803-25-10 nömrəyə “Otu”, xx.xx.2024-cü il tarixdə, saat 21:26-da 77-333- 51-84 nömrədən, Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Naqd birini de men aparardim lazimdirsayaa...” xx.xx.2024-cü il tarixdə, saat 14:22-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 55-405-02-53 nömrəyə “**********509802”, xx.xx.2024-cü il tarixdə, saat 14:22-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 55-405-02-53 nömrəyə “Bomba bejdə görüşək darvazadan girmə”, xx.xx.2024-cü il tarixdə, saat 20:09-da Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 70-803-25-10 nömrəyə “eyfiyyəti təmiz buları təlıb eliyə bilərəm ki qaydasında olsun amma qiymətidə dedim dedi yerinfə bahadı dedi”, xx.xx.2024-cü il tarixdə, saat 20:09-da Təqsirləndirilən şəxs istifadəsində olan 55- 839-09-78 nömrədən 70-803-25-10 nömrəyə “Qardaşım olacağ amma qiyməti 50 olacağ mənlik deyil təmiz çəki keyfiyyəti təmiz buları təlıb eliyə bilərəm ki qaydasında olsun amma qiymətidə dedim dedi yerinfə bahadı dedi”, xx.xx.2024-cü il tarixdə, saat 21:13-də 55-629-69-00 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55- 839-09-78 nömrəyə “Olmadida. Bir dene mene yazardun he yox bilerdim gozdeyim ya yoxda. Geddim men eve. Yatsam seher zenglewerik”, xx.xx.2024-cü il tarixdə, saat 01:01də 55-629-69-00 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Karti at mene”, xx.xx.2024-cü il tarixdə, saat 01:31-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 55-629-69-00 nömrəyə “**********509802”, xx.xx.2024-cü il tarixdə, saat 08:09-da 50-228-72-76 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55- 839-09-78 nömrəyə “Salam xaloglu göyerti isteyirem”, xx.xx.2024-cü il tarixdə, saat 14:58də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 50-799-63-07 nömrəyə “Yaxın uşağ var aytişnikdi retki retki ancağ ot cəkir ancağ mənim”, xx.xx.2024-cü il tarixdə, saat 14:58-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 50- 799-63-07 nömrəyə “yabımda . Dünən uydurmuşam onu vatsapımı yeniliyib bilmirəm neyniy”, xx.xx.2024-cü il tarixdə, saat 15:53-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 50-799-63-07 nömrəyə “Prosta ot xərəb eliyib onu utandığınnan demir sıxıb oturub özünü braz mən danışdırdım. Dözmədi dedi umirayu dyadya elçin kalan qaytadı qatığ verdim ona biraz gəldi özünə”, xx.xx.2024cü il tarixdə, saat 17:17-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 55-629-69-00 nömrəyə “səhərə qaldı bir narmalnı çet ver mənə işdə dəyana bilim səhər qaytararam artığlamasıyla.xəbər de”, xx.xx.2024-cü il tarixdə, saat 17:20-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 55-629-69-00 nömrəyə “5 manatda verim yarım baş otda ver işə gedirəm heçnəyim yoxdu yatıb qalmışam”, xx.xx.2024-cü il tarixdə, 19:34-də 70-803-25-10 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “5 дег атырam”, xx.xx.2024-cü il tarixdə, saat 19:52-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 70-803-25-10 nömrəyə “**********509802”, xx.xx.2024-cü il tarixdə, saat 18:46-da 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “2 dene 10-luq duzeldersen?...”, xx.xx.2024-cü il tarixdə, saat 18:46-da Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 77-333-51-84 nömrəyə “2 dene 10-luq duzeld”, xx.xx.2024-cü il tarixdə, saat 22:21-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 70-803-25-10 nömrəyə “Pərviz hələ ki, 2, 3 gün dənəylədi 3,4 dənə 20 liyi var”, xx.xx.2024-cü il tarixdə, saat 13:56-da 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “1 saata 20 yerinde olacaq inwallah brat,yiqacam birazdan.” xx.xx.2024-cü il tarixdə, saat 15:06-da 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Siqaretin var?”, xx.xx.2024-cü il tarixdə, saat 12:24-də 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Xaloqlu oyaqsan, 2metr turba lazimdir, imkan varsa brat...”, xx.xx.2024-cü il tarixdə, saat 12:25-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 77-333-51-84 nömrəyə “Gəl bura elə bidənə 20nlik qalıb heç özümüzə yoxdu brat”, xx.xx.2024-cü il tarixdə, saat 12:26-da Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 77-333-51-84 nömrəyə “Nağdlaşdır elə karta vur gəldə”, xx.xx.2024-cü il tarixdə, saat 14:03-də 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “2 eded qowalule tewkil etmek olar qardawim?...”, xx.xx.2024-cü il tarixdə, saat 14:03-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 77-333-51-84 nömrəyə “Olyarıı)”, xx.xx.2024-cü il tarixdə, saat 14:05-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 77-333-51- 84 nömrəyə “İsdiyirsən lap elə qoşa daşşağ düzəltəy.” xx.xx.2024-cü il tarixdə, saat 11:55də 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “EPATBA.noKaMucb 15ecTb?”, xx.xx.2024-cü il tarixdə, saat 00:10-da 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Xaloqlu, sehere 2dene erkek-diwi goyerchin lazim olmalidir inwallah.”, xx.xx.2024-cü il tarixdə, saat 17:40da 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Bratva, Q E W var?”, xx.xx.2024-cü il tarixdə, saat 17:40-da Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 77-333-51-84 nömrəyə “Var”, xx.xx.2024-cü il tarixdə, saat 11:03-də 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55- 839-09-78 nömrəyə ”Bratva, qowalule tapmaq olar?”, xx.xx.2024-cü il tarixdə, saat 11:09da 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Sən hardasan”, xx.xx.2024-cü il tarixdə, saat 11:10-da 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Evdeyem, pulu atib gelim?”, xx.xx.2024-cü il tarixdə, saat 11:11-də Təqsirləndirilən şəxs istifadəsində olan 55- 839-09-78 nömrədən 77-333-51-84 nömrəyə “20 dəqəyə gəl”, xx.xx.2024-cü il tarixdə, saat 18:45-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 55-596-62- 63 nömrəyə “Qaldı ki otun iyinə heç kim özünü orda ağıllı saymasın camaat eşşəy deyil. O otun iyin biləndə heç ordakılardan onun rəngin bilmirdi”, xx.xx.2024-cü il tarixdə, saat 01:20-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 55-596-62-63 nömrəyə “Qardaşım cəmi cümlətanı bidənə 20 lik qalıb kin nəğdi istəsə yaxın nardanona ötürəcəm özün bilirsən ki mən atkaz eliyən deyiləm. Birin vi dəfədi gör necə sıxıntıdayam”, xx.xx.2024-cü il tarixdə, saat 01:24-də 55-596-62-63 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Falqada birki tustuda yoxti şabita cakarduy saba sahar cixacam xaca latunan”, xx.xx.2024-cü il tarixdə, saat 01:31-də 55-596-62-63 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Elçin bir soz dida ortax ürəyim partadi”, xx.xx.2024-cü il tarixdə, saat 19:12-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 77-333-51-84 nömrəyə “Spiçka karopkasında olannan muğayyet ol iki gözünnən muğayyət olduğun kimi qardaşım.”, xx.xx.2024-cü il tarixdı, saat 21:49-da 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55- 839-09-78 nömrəyə “Qardawim, uzum gelmesede mecbur soruwmaq isteyirem, eger kende yolun duwse heyetden azaciq qutabliq yiqarsanda menimchun qardawimsan.sen ALLAH baqiwla meni seni yorduqumchun brat...” kimi SMS yazışmaları əldə edilmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı SMS yazışmalarının mətni ilə bağlı dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, 55-839-09-78 mobil nömrə hazırkı vaxtadək onun istifadəsindədir. Öz işi ilə yanaşı, dolanışığını təmin etmək məqsədi ilə müxtəlif əşyaların satışı ilə də məşğul olmuşdur. Bundan əlavə SMS yazışmalarında “Yaxın uşağ var aytişnikdi retki retki ancağ ot cəkir ancağ mənim”, “Prosta ot xərəb eliyib onu utandığınnan demir sıxıb oturub özünü braz mən danışdırdım. Dözmədi dedi umirayu dyadya elçin kalan qaytadı qatığ verdim ona biraz gəldi özünə” qeyd edilmiş SMS-lərin mətni ilə bağlı qeyd etmişdir ki, həmin narkotik vasitəni pay olaraq ona vermiş, qarşılığında hər hansı bir məbləğdə pul almamışdır. Bununla da, hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin miqdarı, onun istifadəsində olmuş mobil nömrələrə daxil olan və çıxan sms-lərin məzmunu, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması və digər hallar təsdiq edir ki, o, üzərindən aşkar edilmiş narkotik vasitəni satış niyyəti ilə əldə etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməlində ona irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, ona CM-in həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması xahiş edilmişdir. Məhkəmə iclasında Müdafiəçi cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, vəsatəti və iş materiallarını araşdırıb hesab edir ki, müstəntiq tərəfindən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı SMS yazışmalarının mətni ilə bağlı dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, 55-839-09-78 mobil nömrə hazırkı vaxtadək onun istifadəsindədir. Öz işi ilə yanaşı, dolanışığını təmin etmək məqsədi ilə müxtəlif əşyaların satışı ilə də məşğul olmuşdur. Bundan əlavə SMS yazışmalarında qeyd edilmiş SMS-lərin mətni ilə bağlı qeyd etmişdir ki, həmin narkotik vasitəni pay olaraq ona vermiş, qarşılığında hər hansı bir məbləğdə pul almamışdır. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin miqdarı, onun istifadəsində olmuş mobil nömrələrə daxil olan və çıxan sms-lərin məzmunu, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması və digər hallar təsdiq edir ki, o, üzərindən aşkar edilmiş narkotik vasitəni satış niyyəti ilə əldə etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli Qərarının 9-cü bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 8-ci bəndində qeyd edilmişdir ki, şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam gətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CMin 234.2-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, ona CM-in həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam gətimkan tədbiri” dəyişdirilmədən saxlanılsın. Qərarın surəti məlumat üçün Təqsirləndirilən şəxs, onun müdafiəçisinə, dövlət ittihamçısına və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim olunsun. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar