Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(094)-20/2023 23.05.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Çingiz oğlunun, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 23 mart 1995-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ydiyyatsız fərdi yaşayış evində yaşayan, barəsindəpolisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş– - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 29 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İstintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Pirallahı rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 159 saylı Mənzil-Kommunal İstismar Sahəsinin balansında olan Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində yerləşən 633 (İnvertar 624) nömrəli radiyasiya əleyhinə daldalanacağın giriş və mühafizə-hermetik qapılarını çıxararaq içəriyə qanunsuz daxil olaraq havalandırma sistemini kəsməsi nəticəsində Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ümumilikdə 1000 manat ziyan vurmaqla oğurluğa cəhd etmşdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı Çingiz oğlu vəsatət təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan belə başa düşülür ki, o, cinayət əməlini başa çatdırmış, onun əməli nəticəsində zərərçəkmiş şəxsə 1000 manat məbləğdə ziyan dəymişdir. Lakin ittiham aktının nəticə hissəsində irəli sürülmüş ittihamın təsvirini əks etdirən cinayət qanunun maddəsi göstərilərkən CM-nin 29-cu maddəsinə istinad edilmiş, bununla da ittihamın təsviri cinayət qanunun maddəsi ilə düzgün əhatə edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası CPM-nin 223.3.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayət etməyə cəhd və ya cinayətə hazırlıq mövcud olduqda, cinayətin başa çatdırılmamasının səbəbləri göstərilir. Lakin Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda, onun oğurluq etməyə cəhd etməsi göstərilsə də, cinayəti başa çatdırmamasının səbəbləri ittihamın təsviri-əsaslandırıcı hissəsində göstərilməmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1113 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən məlum olur ki, diametri 159 mm, qalınlığı 06 mm olan 16,2metr dəmir borunun 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 356,40 manat təşkil edir. Eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, 633 saylı radiasiya əleyhinə daldalanacağın giriş və mühafizə-hermetik qapısının çıxarılması, havalandırma sisteminin kəsilməsi nəticəsində dövlət əmlakına təqribən 1000 manat ziyan dəymişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli Plenum Qərarının 22-ci bəndində göstərilmişdir ki, şəxs oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. İrəli sürülmüş ittihamın həcminə gəldikdə qeyd edilir ki, istintaq orqanı tərəfindən sübutların qiymətləndirilməsi haqqında qərarda həm Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2023-cü məktubu, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyini sübut növü kimi tanınmış, lakin nəzərə alınmamışdır ki, həmin sənədlərdə qeyd olunan məbləğlər tamamilə fərqli olmuşdur. İstintaq orqanı ittihamın həcmi ilə dəqiqləşdirmə aparmadan Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2023-cü məktubunda göstərilən məbləğlə təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürmüş, bununla da Ali məhkəmənin yuxarıda qeyd olunan Plenum qərarının tələblərini nəzərə almamışdır. Belə ki, Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2023-cü məktubunda radiasiya əleyhinə daldalanacağın giriş və mühafizə-hermetik qapısının çıxarılması, havalandırma sisteminin kəsilməsi nəticəsində təxminən 1000 manat məbləğdə ziyan dəyməsi göstərilmişdir. Təqsirləndirilən şəxsə saxlanc yerinə qanunsuz daxil olmaqla bağlı ittiham irəli sürüldüyü halda, onun giriş və mühafizə-hermetik qapısının çıxarılması nəticəsində vurmuş olduğu ziyanı ümumi ittihamın həcminə daxil etməklə istintaq orqanı Ali Məhkəmənin yuxarıda qeyd olunan Plenum Qərarının tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması üçün əsasdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılmasına CPM-nin 303.3.6-cı maddəsinin tələbinə əsasən xitam verilməklə onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etməyi və iş üzrə məhkəməyədək istintaq aparmış Pirallahı RPİ-nin İstintaq Bölməsinin müstəntiqi polis kapitanı X1 barəsində xüsusi qərar çıxarılaraq müvafiq olaraq təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsini xahiş etdi. Məhkəmə iclasında Müdafiəçi təqsirləndirilən şəxsin vətən müharibəsi qazisi olmasını və işğal altında olan torpaqların azad olunmasında iştirak etməyə görə medallarla təltif olunmasının nəzərə alınaraq cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29 və 177.2.3-cü maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin məcəllənin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar kobud pozuntulara yol verildikdə çıxarılır, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsaslardan biridir. Həmin məcəllənin 307.1-ci maddəsinə əsasən Məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göründüyü kimi iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1113 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən məlum olur ki, diametri 159 mm, qalınlığı 06 mm olan 16,2metr dəmir borunun 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 356,40 manat təşkil edir. Göründüyü kimi iş materiallarına əlavə edilmiş Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, 633 saylı radiasiya əleyhinə daldalanacağın giriş və mühafizə-hermetik qapısının çıxarılması, havalandırma sisteminin kəsilməsi nəticəsində dövlət əmlakını təqribən 1000 manat ziyan dəymişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 303-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılsın. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-20/2023
Pirallahı Rayon Məhkəməsi Qərar — İş №1(094)-20/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver