Məhkəmə qərarları › İş №1(094)-20/2024

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-20/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-20/2024 16.07.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, evli, оrta тəhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” Y/S, ev 17, mənzil 5-də qeydiyyatda olan, Bakı şəhəri Pirallahı rayonu, S.Vurğun küçəsi, ev 56 A, mənzil 41-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, о, xx.xx.2024-cü il tarixdə axşam saatlarında X1 ünvan 1 ünvanın yaxınlığında satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 0,408 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanın yaxınlığına kimi daşımış, həmin gün orada saat 19:00-da Pirallahı RPİ-nin CAB-ın əməkdaşları tərəfindən saxlanılaraq Pirallahı RPİ-nin inzibati binasına gətirilmiş, həmin gün saat 20:05-də Pirallahı RPİ-nin inzibati binasında, xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ cibində xarici əlamətlərinə və tərkibindəki kimyəvi tərkib komponentlərinə görə X2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlərlə eyni olan qızılı rəngli kağıza bükülmüş təmiz çəkisi 0,408 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, аnкеt мəluмаtlаrındа göstərilən ünvаndа аiləsi ilə birliкdə yаşаyır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında narkotik vasitə olan heroin almaq qərarına gəlmiş və yaşadığı evdən çıxaraq evin həyətində dayanıb gözləmişdir. Bir neçə dəqiqə keçdikdən sonra “Kostya” kimi tanıdığı Konstantin adlı tanışının gəldiyini görmüş və ona yaxınlaşaraq bir büküm narkotik vasitə olan heroin almaq istəmişdir. Konstantin onunla razilaşaraq yaşadığı evin yaxınlığında onu gözləməyini istəmişdir. Bir neçə saatdan sonra Konstantin onun yaşadığı ünvanın qarşısına gələrək, bir büküm narkotik vasitə olan heroini ona vermiş, o, isə narkotik vasitənin müqabilində ona 10 manat pul vermiş, narkotik vasitəni cibinə qoyaraq yaşadığı evə qalxmışdır. Bir neçə saat keçdikdən sonra tanışı Konstantindən aldığı qızılı rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini istifadə etmək üçün yaşadığı evdən çıxmışdır. Saat 19 radələrində yaşadığı ünvanın yaxınlığında mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onu polis idarəsinə dəvət etmişdirlər. O, onlarla razılaşıb Pirallahı RPİnə gəlmiş Xidməti otaqların birində ona müdafiəçi seçmək hüququ olduğu izah edildikdən sonra onun istəyi ilə dövlət hesabına Müdafiəçi onun müdafiəçisi qismində dəvət olunmuşdur. Şübhəli şəxs qismində hüquq və vəzifələri ona izah olunmuşdur. Ondan üzərində olan əşyaları təqdim etməyi istənildi, o, əynində olan qara rəngli şalvarının sol cibindən “Redmi A2” markalı mobil telefonu, sağ cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini və alışqanı çıxardaraq stolun üstünə qoymuşdur. Onun razılığı ilə üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən başqa qeyri-qanuni heç nə aşkar olunmamışdı. Həmin büküm açılaraq içərisindəki kütlə bütün iştirakçılara göstərilmiş, sorğu zamanı bildirmişdir ki, həmin kütlə heroindir və onu Kostya adlı tanışımdan şəxsi istifadəsi üçün 10 manata almışdır. Sonra həmin 01 ədəd büküm qablaşdırılaraq götürülmüş, möhürlənmiş və tərəflərindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, bir neçə müddətdir narkotik vasitə olan heroindən istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həmin narkotik vasitəni 10 manata Konstantin adlı tanışından şəxsi istifadəsi üçün aldığını, onun əvvəllər də Konstantindən narkotik vasitə almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitədən heç kimə satmadığını, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə razı olduğunu, polis əməkdaşları tərəfindən ona heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Pirallahı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması, barədə Pirallahı RPİ-yə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə RPİ rəhbərliyindən müvafiq icazə alınmışdır. Pirallahı RPİ-nin CAB-ın əməkdaşı Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19:00 dəqiqədə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, bina 56A-nın qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək Pirallahı RPİ-nin inzibati binasına getmək təklif edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına gəlmiş və müdafiəçi ilə təmin edilmişdir. Sonra videoçəkilişlə onun və CAB-ın əməkdaşı Şahid1, eləcə də dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümü və göy rəngli alışqanı, sol cibindən isə 01 ədəd qara rəngli “Redmi” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman başqa qeyri qanuni heç bir əşya aşkar edilmədiyini, aşkar edilmiş 01 ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz halında, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar edildi. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümün içindəki maddə narkotik vasitə heroin olduğunu bildirdi, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə, Pirallahı rayonu ərazisində “Kostya” adlı şəxsdən 10 manat müqabilində əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı aşkar olunan içində narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd büküm zərfdə qablaşdırılmış və 237 saylı möhürlə möhürlənmişdir. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən həm protokol, həm də zərf imzalanmışdır. O, da öz növbəsində protokolu və zərfi imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etdi. İş materiallarında 09 mart 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə Pirallahı rayon polis idarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş qəhvəyi rəngli narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəni “Kostya” kimi tanıdığı tanışından 10 manata aldığını bildirmişdir. İ.v. 43-44 İş materiallarında iş üzrə Təqsirləndirilən şəxs 09 mart 2024-cц il tarixdə üzərində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı protokola əlavə olunmuş CD formatlı diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 09 mart 2024-cц il tarixdə üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş qəhvəyi rəngli narkotik vasitə olan heroin və alışqan, sol cibindən isə Redmi markalı mobil telefon aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini “Kostya” kimi tanıdığı tanışından aldığını bildirir. İ.v. 65 İş materiallarında iş üzrə təyin edilərək keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 mart 2024-cц il tarixli, 3-16-16/2-6/1410 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində « Təqsirləndirilən şəxs üzərindən …» yаzı və iмzаlаr оlаn zərfdə 01 ədəd kağız büкüмdə təmiz çəkisi 0,408 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik- vasitə heroindir. Qеyd: Heroinlərin ümumi təмiz çəкisi -0,408 qrам, tədqiqаtа cəmi sərf еdildi -0,05 qrам, qаlıq 0,358 qrам. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İ.v. 49-53 İş materiallarında iş üzrə təyin edilərək keçirilmiş əlavə məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 may 2024-cü il tarixli, 3-16-16/2-6/2279 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 68” ştamp əksi olan 23 ədəd MEM-nin maddi sübutlar üçün nəzərdə tutulmuş üzərində: “Ekspert rəyi № 6/1410... Pirallahı RPİ-nin TB .. Təqsirləndirilən şəxs ... yazısı və imza” və “Ekspert rəyi № 6/1411... Pirallahı RPİ-nin TB ...87... X3.. yazısı və imza olan kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Qеyd: 1. Heroinlərin ümumi tədqiqatdan sonra çəкisi -0,151 qrам (02 büküm), tədqiqаtа cəmi sərf еdildi -0,02 qrам (hər birindən 0,01 qram), qаlıq 0,131 qrам.(F.K.İqoryeviç)

2. Heroinin tədqiqatdan sonrakı çəkisi 0,358 qram, tədгiгаtа sərf еdildi -0,02 гrам, qalıq 0,338 qram; (Təqsirləndirilən şəxs) İ.v. 125-129 İş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tаriхli 1959 saylı ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psiхоstiмуliyаtоrlаrın birgə qəbulu nəticəsində asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vаrdır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İ.v. 94-99 İş materiallarında üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təqsirləndirilən şəxs X2 üzünə qarşı bildirməklə sonuncunu ifşa etmişdir. İ.v. 125-129 İş materiallarında Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,408 qram kustar üsulla hazırlanmış nаrкоtiк vаsitə-heroin ********* saylı cinayət iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq hissəsi 0,338 qram olan narkotik vasitə heroin saxlanılması üçün Pirallahı RPİ-nin Saxlama Yerinə təhvil verilmişdir. İ.v. 124 Bеləliкlə Təqsirləndirilən şəxs törətdiyi cinаyət əməli məhкəmə bахışı zаmаnı аrаşdırılаraq, qiymət vеrilməкlə özünün ifаdəsi, şаhid ifаdələri, екspеrtizа rəyləri ilə tаm sübutа yеtirilmişdir. Təqsirləndirilən şəxs qеyd еdilən əməllərinin cinаyət оlmаsını аrаdаn qаldırаn hаllаr, həmçinin оnun cinаyət məsuliyyətindən аzаd еdilməsi üçün əsаslаr yохdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs оğlunun törətdiyi əməli etiraf edərək pehmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləhdirən hal kimi nəzərə alır. İş materiallarında Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Pirallahı rаyоn Мəhкəмəsinin xx.xx.2021cü il tаriхli höкмünə əsаsən Аzərbаycаn Rеspubliкаsı CМ-in 234.1-ci маddəsi ilə 01 il 02 ay 28 gün аzаdlıqdаn мəhruм еtмə cəzаsınа мəhкuм еdilмişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. xx.xx.2023-cü il tarixdə Аzərbаycаn Rеspubliкаsı CМ-in 127.1-ci маddəsi ilə təqsirli bilinmiş, zərərçəkmiş şəxslə barışdığına görə onun barəsində Аzərbаycаn Rеspubliкаsı CМ-in 73.2-ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilmişdir. İ. v. 100-102 Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2024-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cül il tarixli qərarı ilə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 16 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri seçilməli, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs həbdə yatdığı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün müddəti həbsdə olduğu gündən çıxılmalıdır. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq çəkisi 0,338 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs оğlunun üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş istintaq hərəkəti olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs оğluna Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 92,00 (doğsan iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs оğludan tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs оğluna ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi (ibtidai istintaq zamanı iş saatına görə 50 saat, 300 manat və məhkəmə baxışı zamanı 10 saat, 60 manat) ümumilikdə 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həbsdə olduğu 02 (iki) gün onun cəzasında çıxılaraq qəti olara üzərində 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzsarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalından dərhal həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 16 iyul 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq çəkisi 0,338 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs оğlunun üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş istintaq hərəkəti olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 92 (doğsan iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar