Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-21/2024 23.07.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adiloğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1996-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bакı şəhəri Pirаllаhı rаyоnu, Pirаllаhı qəsəbəsi, 29-cu məhəllə, ev 9, mənzil 12 qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 10 iyun 2024-cü il tarixdə saat 13 radələrində Bакı şəhəri, Pirаllаhı rаyоnu, Pirаllаhı qəsəbəsi, K.Rzayev küçəsində yerləşən meyvə-tərəvəz dükanının qarşısında küçədə heç bir əsaslı səbəb olmadan icтiмаi qаydаnı коbud surəтdə pоzаn, cəмiyyəтə аçıqcа hörмəтsizliк iфаdə еdən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan, şəхslər üzərində zоr тəтbiq еdilмəsi ilə мüşаyiəт оlunаn qərəzli hərəкəтlər еdərəк ətrafda olan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə əli ilə bir neçə dəfə qəsdən vuraraq ona sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ alt göz qapağı-gözaltı nahiyənin qançırı ilə nəтicələn və yetirildiyi anda sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yетirib qərəzli хuliqаnlıq hərəkətləri етмişdir.. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməl məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır və fərdi əməklə məşğul olaraq gündəlik qazanc əldə edir. O, ailəlidir və bir azyaşlı övladı var 10 iyun 2024-cü il tarixdə bacısı və azyaşlı övladı K.Rzayev küçəsində yerləşən işlədiyi meyvə-tərəvəz dükanının qarşısından keçib evə gedərkən, bacısı onunla dükanın qarşısında bir neçə dəqiqə dayanmış və söhbət etmişdir. Həmin vaxt iki nəfər tanımadığı müştəridə dükandan alış-veriş etmişdir. Onlardan biri kassanın yaxınlığında, digəri isə dükanın qarşısında dayanmışdır. Bacısı Könül onunla sağollaşaraq azyaşlı qızı ilə birlikdə dükanın qarşısından keçib yaşadıqları ev istiqamətinə gedən zaman, dükanın qarşısında dayanan müştəri onun yanından ötüb keçməkdə olan bacısının arxasınca dönərək baxdığını görmüşdür. Həmin vaxt o, dükanın qarşı tərəfində əvvəllər tanımadığı Farizdən təxminən 2-3 metr məsafadə kənarda işləmişdir. Yanında azyaşlı övladı olduğu zaman Farizin bu formada bacısına baxması ona pis təsir etmişdir. Əsəblərinə hakim ola bilməyərək Farizə yaxınlaşmış, ondan bacısını tanıyıb tanımadığını soruşmuş, Farizin ona cavab verməsini gözləmədən baş nahiyəsindən bir sillə və ardınca yumruq zərbələri vurmuşdur. Dava-dalaş olduğunu dükan sahibi o Farizi vurduqdan sonra görüb onlara yaxınlaşmış və ayırmışdır. Onları ayırdıqdan sonra ərazidə xidmət aparan polis əməkdaşları hadisə yerinə yaxınlaşmış və hər ikisini polis idarəsinə dəvət etdi. Verilən suallara cavab olaraq bildirdi ki, Fariz dükana bir nəfər başqa tanımadığı şəxslə birlikdə gəldi. Aralarında baş verən hadisə zamanı Fariz ilə gələn tanışı da onu sakitləşdirməyə, dava-dalaşı ayırmağa çalışmış şəxslərin yanında olmuşdur. Həmin zaman dükanın qarşısındakı piyada səkisindən ötüb keçməkdə olan şəxslər və bundan əlavə dükanın qarşısında alış veriş etmək üçün gözləyən tanımadığı müştərilər də olmuşdur. Bacısı və azyaşlı qızı hadisə anında dükandan təxminən 4-5 metr məsafədə uzaqlaşmışdır. Ətrafda kənar şəxslər olsa da, dava-dalaş zamanında onu sakitləşdirməyə çalışmış şəxslərdən yalnız dükan sahibini tanıyır. Övladı dalaşdığını görməsə də, hadisədən xəbərdar olub ağladığı üçün bacısı onu sakitləşdirirmiş, onları ayırdıqdan sonra sakitləşməyi üçün kənara çəkildiyi zaman bacısı ona yaxınlaşmışdır. Hadisənin səbəbini soruşduqda ona heçnə deməmişdir. Hadisə anidən baş vermiş, o sillə zərbəsi vurduqdan sonra Fariz üzərinə gəldiyi üçün yumruqla da sifət nahiyəsindən zərbə vurmuş, ardınca əsəblərinə hakim ola bilməmiş və sifət nahiyəsindən daha bir neçə yumruq zərbəsi vurmuşdur. Fariz ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasının sonunda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs bildirdi ki, ozünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirib, barəsində yüngül cəza verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs Salaman oğlu ifadəsində göstərdi ki, ailə ilə birlikdə ünvan 3 ünvanında yaşayır, evlidir və bir övladı var. 9 №-li Yol istismar xəttində asfaltyayan olaraq fəhlə işləyir. 10 iyun 2024-cü il tarixdə işləri ilə əlaqədar Pirallahı qəsəbəsində fəaliyyət göstərmişdir. Həmin gün təxminən saat 13 radələrində nahar fasiləsi zamanı iş yoldaşı Əliyar ilə birlikdə nahar üçün alış veriş etmək məqsədi ilə K.Rzayev küçəsində, Fidan marketin qarşısında yerləşən meyvə tərəvəz dükanına yaxınlaşmışdır. O, alış veriş etdikdən sonra həmin dükanın qarşısında dayanaraq iş yoldaşının alış verişini bitirməsini gözləmiş, bu zaman əvvəllər tanımadığı Bəhrəm adlı şəxs dükanın qarşısında satışa qoyulmuş tərəvəzləri yerləşdirmək ilə məşğul olmuşdur. Bəhrəm ondan təxminən 2-3 metr məsafədə kənarda işləmiş, o, iş yoldaşını gözlədiyi zaman dükanın qarşısından 2 azyaşlı uşaqla bərabər ötüb keçməkdə olan bir qadını görmüşdür. Həmin qadını əvvəllər görməmiş və tanımamışdır. Təsadüf olaraq anidən ona tərəf baxmış, həmin qadın ötüb keçdikdən sonra onun getdiyi istiqamətə tərəf dönərək baxmışdır. Bu zaman dükanın qarşısında işləyən əvvəllər tanımadığı Bəhrəm adlı şəxs ona yaxınlaşmış, az öncə baxdığı qadını tanıyıb tanımadığını sorğulamış, Bəhrəm ona cavab verməyə imkan verməmiş, həmin qadının bacısı olduğunu demiş və qəflətən onun sifət nahiyəsindən ardıcıl bir neçə yumruq zərbələri vurmağa başlamışdır. Həmin vaxt Bəhrəm ona bacısını tanımadığını və hər hansı xoşagəlməz məqsədlə baxmadığını deməyə imkan verməmişdir. Bəhrəmin ona yumruq zərbələri endirdiyini görən iş yoldaşı Əliyar və dükandakı bir nəfər tanımadığı şəxs onalara yaxınılaşaraq ayırmışlar. Bundan sonra o Bəhrəmi görməmişdir. Onları ayırdıqdan sonra o əl üzünü yumaq üçün yaxınlıqdakı xidməti maşınlarına tərəf getmişdir. Qısa müddət sonra ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq hər ikisini polis idarəsinə dəvət etmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, dükanın qarşısında dayandığı zaman əvvəllər tanımadığı Bəhrəmin bacısının onun olduğu istiqamətə tərəf gəldiyini anidən görmüşdür və ona tərəf baxmağı bir neçə saniyə çəkmişdir. Həmin qadına heç bir söz deməmiş, ötüb keçdikdən sonra sadəcə onun getdiyi istiqamətə tərəf çönüb baxmışdır. Bəhrəm onun yumruqla sifət nahiyəsindən vurmuş və dava-dalaş zamanı əlində hər hansısa bir əşya olmamışdır. Hadisə anidən baş vermiş və bir neçə saniyə davam etmişdir. Bəhrəm ona vuraraq xəsarət yetirdi zaman yaxınlıqda iş yoldaşı və dükanda işləyən başqa bir şəxs olmuşdur. Onlar yalnız Bəhrəm onu vurduqdan sonra gəlib onları ayırmış, başqa kənar şəxs olmamışdır. Bəhrəmin onu qəflətən vuracağını gözləməmişdir. Hadisə qəflətən baş verib qısa müddətdə bitdiyi üçün o nə baş verdiyini anlamamış, Bəhrəmə heç bir zərbə vurmamış və xəsarət yetirməmişdir. İ.v 42-43 Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, 10 iyun 2024-cü il tarixdə Pirallahı qəsəbəsi, K.Rzayev küçəsində yerləşən aptekdən qardaşı Bəhrəmin azyaşlı qızı ilə birlikdə dərman aldıqdan sonra yaşadıqları ev istiqamətində gedərkən, yaxınlıqda meyvə-tərəvəz dükanında işləyən qardaşını görmüşdür. Qardaşı ilə bir neçə dəqiqə söhbət etdikdən sonra sağollaşıb yollarına davam etmişdir. Həmin vaxt meyvətərəvəz dükanının qarşısında bir neçə müştəri dayansa da, o onlara fikir vermədən piyada səkisi ilə ötüb keçmişdir. Dükanın qarşısından ötüb keçdikdə səs-küy eşidib geri baxdıqda, qardaşının bir nəfər tanımadığı şəxsi yumruqla vuraraq üstünə getdiyini görmüşdür. Həmin zaman Bəhrəmin azyaşlı qızının baş verənləri görməməsi və özü də nə baş verdiyini anlamamağı səbəbi ilə bir neçə saniyə yerində dayanmışdır. Qardaşı həmin şəxsə bir neçə yumruq zərbəsi vurduqdan sonra ətrafdakı şəxslər onları ayırmaq üçün qaçmışdırlar. O, da onların ardınca qardaşı Bəhrəmin yanına qaçmışdır. Bəhrəmin vurduğu yumruq zərbələrindən həmin şəxsin sifət nahiyəsindən xəsarət almasını görmüşdür. Eyni vaxtda polis əməkdaşları da qardaşı Bəhrəm və digər şəxsə yaxınlaşıb onları ayırmışdırlar. Hadisə baş verən zaman qardaşı Bəhrəmin həmin şəxsi vurmasının səbəbi ona məlum deyilmiş. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən sonra Bəhrəm, həmin şəxsin ona söz atması və qarşısından ötüb keçdiyi zaman onun ardınca xoşagəlməz formada baxması səbəbi ilə əsəblərinə hakim olmadan vurması ilə izah etmişdir. O həmin zaman Bəhrəmin azyaşlı qızı ilə söhbət edərək dükanın qarşısından ötüb keçirmiş. Orada kiminsə dayandığına ani olaraq fikir versə də, həmin şəxsdən özünə qarşı xoş olmayan heç bir rəftar hiss etməmiş, ona həmin şəxs tərəfindən hər hansı söz deyilməsini də, eşitməmişdir. Bəhrəm ilə dükanın qarşısında söhbət etdikləri zaman gündəlik həyat tərzi və maddi sıxıntıları olması ilə bağlı və digər bu məzmunlu bir neçə dəqiqə söhbət etmişlər və həmin vaxt Bəhrəmin əsəblərinin gərgin olduğunu hiss etmişdir. Hadisə baş verən zaman ətrafda ötüb keçməkdə olan şəxslər var imiş. Lakin, onların heç birini tanımırmış. Bəhrəm tanımadığı şəxsi döydüyü zaman yaxın ətrafda tanımadığı bir neçə şəxs ora yaxınlaşsa da, heç biri onların dava dalaşına müdaxilə etmədən ayırmağa çalışmırmış. İş üzrə şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır, evlidir bir övladı var. Pirallahı qəsəbəsi ərazisində yerləşən meyvə tərəvəz dükanında fərdi olaraq ticarətlə məşğul olaraq gündəlik qazanc əldə edir. Gündəlik işlərində meyvə tərəvəzlərin dükanın daxilinə daşınmasında və digər gündəlik həyətyanı sahədəki işlərində müvəqqəti olaraq Bəhrəm ona köməklik göstərmişdir. Bəhrəmin ona köməklik göstərdiyi müddətdə heç kim ilə münaqişəsi olmasını və dava-dalaş etməsini görməmiş və eşitməmişdir. Dükanda olduğu müddətdə də heç kimlə münaqişəsi olmamışdır. 10 iyun 2024-cü il tarixdə K.Rzayev küçəsində yerləşən meyvə tərəvəz dükanında gündəlik qaydada işləri ilə məşğul olaraq müştərilər ilə alış veriş etmişdir. Təxminən saat 13 radələrində dükana iki müştəri yaxınlaşaraq tərəvəz seçməyə başlamışlar. Onlardan biri seçdikləri tərəvəzləri sellofan paketlərə yığaraq ödənişini edib digərinə vermiş və həmin şəxsdə sellofan paketləri götürərərək dükanın qarşısında gözləmişdir. O, həmin müştəriləri müştəri qismində tanısa da, adlarını bilməmiş və qəsəbə sakini kimi tanımışdır. Alış veriş edən müştəri ilə o içəridə olduqları zaman dükanın qarşısında dava-dalaş səsləri eşitmişlər. O, dərhal həmin müştəri ilə dükanın qarşısına tərəf çıxmış, həmin zaman Bəhrəm ilə dükanda alış veriş edən tanışını gözləyən digər şəxsin dava-dalaş etdiklərini görmüş, dərhal onlara yaxınlaşaraq ayırmışdır. Bəhrəm tərəfindən vurularaq xəsarət alan həmin şəxsin sifət nahiyəsində zədə alması səbəbi ilə tanışı onu yaxınlıqdakı avtombillərinə gedərək əl-üzünü yumasını bildirmişdir. O, Bəhrəmə yaxınlaşaraq etdiyi hərəkətə görə onu sözlə tənbeh etmişdir. Bəhrəm ona dükandan alış veriş edən müştərilərdən biri olan həmin şəxsin, dükanın qarşısından ötüb keçməkdə olan bacısına qarşı xoşagəlməz hərəkət etməsi səbəbi ilə vurmasını bildirmişdir. O, Bəhrəmə bütün hallarda etdiyi hərəkətin yolverilməz olduğunu demiş, sakit bir kənarda gözləməsini bildirmişdir. Qısa müddət sonra ərazidə xidmət aparan polis əməkdaşları dükanın qarşısına yaxınlaşmış, onların hər ikisini polis idarəsinə dəvət etmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, dükanda o və həyat yoldaşı işləmiş, Bəhrəm səhər saatlarında ona alış veriş üçün dükana gətirdiyi məhsulların yerləşdirilməsində köməklik göstərmişdir. Bəhrəm müştəriləri qəbul etməmiş və alış verişdə onlara xidmət göstərməmişdir. Bu səbəblə müştərilərlə ünsiyyətdə olmamışdır. Ona işlərində köməklik göstərdiyi vaxtlarda Bəhrəmin kiməsə qarşı səbəbsiz olaraq aqressiya göstərməsi halı baş verməmişdir. O və Bəhrəm tərəfindən döyülən şəxsin tanışı dükanın daxilində olduqları üçün hadisənin baş vermə anını görməmişlər. Onları ayıran zaman artıq digər şəxs Bəhrəm tərəfindən vurularaq xəsarət almışdır. Bəhrəmin özü isə heç bir xəsarət almamış və əlində dəgər şəxsə xəsarət yetirməsi üçün heç bir əşya olmamışdır. Hadisə ilə bağlı Bəhərəmdən soruşduqda qarşı tərəfi yumruqla vurmasını və hadisənin baş vermə səbəbini ona sonradan bildirmişdir. Hadisə baş verən zaman ətrafda piyada səkisi ilə dükanın qarşsından ötüb keçməkdə olan şəxslər olmuşdur. Həmin şəxslər kənardan baş verənləri görsələr də, dava-dalaşa müdaxilə etməmişdirlər. İ.v. 73-75. İş üzrə şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşayır, evlidir, bir övladı var. 9 №-li Yol istismar xəttində asfaltyayan fəhlə işləyir. 10 iyun 2024-cü il tarixdə işləri ilə əlaqədar Pirallahı qəsəbəsində briqadaları ilə birlikdə fəaliyyət göstərirmişlər. Təxminən saat 13 radələrində nahar fasiləsi üçün iş yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə alış veriş etmək məqsədi ilə K.Rzayev küçəsində, Fidan marketin qarşısında yerləşən meyvə tərəvəz dükanına yaxınlaşmışlar. O, nahar üçün alış veriş edərək aldıqlarının qiymətlərinin hesablanması üçün kassaya təqdim etmiş, aldıqlarının qiymətləri hesablandıqca sellofan paketləri saxlaması üçün dükanın qarşısında dayanmış Farizə vermişdir. Fariz dükanın qarşısında onu gözlədiyi zaman o yenidən dükanın içərisinə daxil olmuşdur. Həmin zaman Farizi görməmişdir. Anidən dükanın qarşısında dava-dalaş səsləri eşitmiş, dava-dalaş edənləri ayırmaq üçün dükandan çıxdıqda onlardan birinin iş yoldaşı Fariz olduğunu görmüşdür. Digər şəxsi tanımamış, onları bir nəfər digər tanımadığı şəxslə birlikdə ayırmışdır. Daha sonra Farizə yaxınlıqda saxladıqları xidməti avtomobillərinə getməsini, əl üzünü yumasını bildirmişdir. Bir qədər sonra ərazidə xidmət aparan post patrul xidməti əməkdaşları həmin hadisə yerinə yaxınlaşmış, Fariz və digər şəxsə polis idarəsinə gəlmələrini bildirmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, onlar əvvəllərdə həmin ərazi yaxınlığında işlədikləri zaman həmin dükandan alış veriş etmişlər. Lakin, Fariz ilə dava-dalaş edən həmin şəxsi orada birinci dəfə idi görmüşdür. Hadisədən sonra həmin şəxsin orada işləməsini öyrənmişdir. O səbəblə onunla Fariz arasında hər hansısa münaqişəsi olması barədə məlumatı olmamışdır. O, Fariz və digər şəxsi ayırmağa gəldiyi zaman Fariz sifət nahiyəsindən xəsarət almasını görsə də, həmin şəxsin Fariz ilə dava-dalaş etdiyi zaman vurması anını görməmişdir. Hadisənin hansı səbəbdən baş verməsini, həmin şəxsin Farizi yumruqla vurması anını görməsə də, ilkin olaraq yalnız Bəhrəmin Farizi döyürək xəsarət yetirməsi aydın görünmüşdür. Bəhrəmin heç bir xəsarəti olmamışdır. Hadisədən sonra da, alış veriş etdikləri zaman Bəhrəmin anidən hansı səbəblə Farizi vuraraq xəsarət yetirməsinin səbəbi ona məlum olmamışdır. Hadisə baş verən zaman həmin yerdən ətrafda ötüb keçməkdə olan şəxslər olmuş, lakin, həmin şəxslərin heç birini tanımamışdır. Bəhrəmin Farizi yumruqla vuraraq döydüyü zaman ətrafda tanımadığı şəxslər baş vermiş hadisəni görsələr də, baş verənlərə heç bir müdaxilə etməmiş və kənardan izləmişdirlər. İ.v. 70-72. İş materiallarında Мəhкəмə-tibb екspеrtizаsının 13 iyun 2024-cü il tаriхli Pirаllаhı RPİ-nə dахil оlмuş, 54 nöмrəli rəyi ilə aşağıdakı nəticəyə gəlinmişdir. Zərərçəkmiş şəxs bədəni üzərində sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ alt göz qapağı-gözaltı nahiyənin qançırı aşkar edildi. Qеyd оlunаn хəsаrətlər кüt əşyа (əşyаlаr) təsirindən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə “X3”PHŞ-nə müraciətindən bir qədər əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və dərəcəsinə görə sаğlамlığın qısa мüddətə pоzulмаsınа səbəb оlаn sаğlамlığа Yüngül zərərvurмаyа аiddilər. Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətləri əlçatan nahiyədə yerləşsə də, xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İ.v. 32-34. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf etməsi, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi böyük ictimai təhlükə törətməyən əməlini məhkəmə iclasında etiraf edərək peşman olmasını onun Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında DİN BƏSİİ tərəfindən göndərilmiş tələbnamədən görünür ki, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixində Xəzər RPİ-nin İŞ-də AR CM-nin 128-ci maddəsi ilə ********* saylı material əsasında məsuliyyətə cəlb olunub, xx.xx.2013-cı il tarixində işin icraatı AR CPM-nin 40.2.2 maddəsinə əsasən rədd edilmişdir. İ.v. 65-66. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən həxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən həxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də bahqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, X1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyihdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Pirallahı rayon Probasiya İdarəsində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri Pirallahı rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmalıdır, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Pirallahı rayon Probasiya İdarəsinə həvalə edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiə ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə iclaslarında göstərilmiş hüquqi yardıma görə 10 saat) cəmi 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhər Pirallahı rayonunda axşam saat 22:00dan saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər Pirallahı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Pirallahı rayonu Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəsini alan vaxtadək Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,0 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-21/2024
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-21/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver