Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-22/2024 03.09.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-ci ildə Bakı şəhərində anadan olmuş, evli, оrtа təhsilli, əvvəllər мəhкuм olunmamış, Bакı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “pоlisin nəzаrəti аltınа vеrмə” qətiмкаn tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, о, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 02 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0.141 qr, 0.148 qr, olan ümumi çəkisi 0.289 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetameni xeyli miqdarda əldə edib üzərində saxlamaqla xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Pirallahı rayonu, S.Vurğun küçəsində yerləşən 50 saylı uşaq bağçasının yaxınlığına kimi daşımış, həmin gün orada saat 13:30-da piyada hərəkətdə olarkən Pirallahı RPİ-nin CAŞın əməkdaşları tərəfindən saxlanılaraq Pirallahı RPİ-nin inzibati binasına gətirilmiş, həmin gün saat 14:50-də Pirallahı RPİ-nin inzibati binasında, xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli gödəkçənin sol döş cibindən 02 ədəd gümüşü rəngli kağıza bükülmüş ayrıayrılıqda təmiz çəkisi 0.141 qram və 0.148 qram, ümumi təmiz çəkisi 0,289 olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 02 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür.. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, аnкеt мəluмаtlаrındа göstərilən ünvаndа аiləsi ilə birliкdə yаşаyır, evlidir, himayəsində 3 azyaşlı övladı var, Abşeroneftdə qazmaçı köməkçisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Pirallahı rayonu S.Vurğun küçəsində bağcanın yaxınlığnda tanımadığı şəxsdən 20 manata 02 ədəd gümüşü kağıza bükülmüş bükümdə psixotrop maddə olan metafetamini almışdır. O, evə Pirallahı rayonu, S.Vurğun küçəsi Döngə 5, ev 3, mənzil 3-ə qayıdan zaman onu Pirallahı rayonu, S.Vurğun küçəsində ağ rəngli avtomaşında iki nəfər şəxs saxlayaraq özlərini Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim etmişlər. O, onlara onu saxlamğın səbəbini soruşduqda polis əməkdaşları qanunsuz psixotrop maddənin üzərində daşınması barədə məlumatın onlarda olmasını bildirərək onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində olan zaman hüquqları müdafiəsi üzrə ona vəkil təqdim edilmiş, ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olmasını və təqdim etməyini bildirmişlər. O, üzərində cinayət xarakterli əşyanın olmasını yəni 02 ədəddə gümüşü kağıza bükülmüş bükümü və 01 ədəd metro kartını, 132 manat (AZN) manat pulu, 01 ədəd samsung markalı mobil telefonu və 03 ədəd açarı masanın üzərinə qoymuşdur. Sonra həmin bükümlər açılarkən içərisində şəffaf rəngli psixotrop maddə metamfetaminə bənzər maddənin olması aşkar olunmuşdur. Bundan başqa onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilmiş, üzərindən hər hansı bir qanunla qadağan olunmuş cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır, onun təqdim etdiy 02 ədəd gümüşü kağıza bükülmüş bükümlər ekspertizaya təqdim olunması üçün zərfə qoyularaq 237 saylı zərflər üçün nəzərdə tutulmuş möhürlə möhürlənmiş, o, müdafiəçisi və digər iştirakçılar tərəfindən həmin zərf imzalanmışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, həmin psixotrop maddənı 20 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitədən heç kimə satmadığını, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə razı olduğunu, polis əməkdaşları tərəfindən ona heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin CAB-ın əməliyyat müvəkkli Şahid1 göstərdi ki, xx.xx.2024-cü il tarixdə Pirallahı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması, barədə Pirallahı RPİ-yə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə RPİ rəhbərliyindən müvafiq icazə alınmışdır. Pirallahı RPİ-nin CAB-ın əməkdaşı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid2, olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 13:30 dəqiqədə ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək ona Pirallahı RPİ-nin inzibati binasına getmək təklif edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına getmiş və müdafiəçi ilə təmin edilmişdir. Sonra videoçəkilişlə onun və CAB-ın əməkdaşı Şahid2, eləcə də dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol döş cibindən qəzet kağızının içərisində olan 02 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü, 01 ədəd metro kartını 132 manat pulu, 01 ədəd samsung markalı mobil telefonu və açarları çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını bildirdiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman başqa qeyri qanuni heç bir əşya aşkar edilmədiyini, aşkar edilmiş 02 ədəd büküm açıldığını içərisindən şəffaf rəngli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edildiyini, Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd bükümün içindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə, Pirallahı rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində əldə etdiyini dediyini qeyd etmişdir. Şəxsi axtarış zamanı aşkar olunan içində psixotrop maddə metamfetaminə bənzər maddə olan 02 ədəd bükümlər zərfdə qablaşdırıldığını və 237 saylı möhürlə möhürləndiyini, daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunduğunu, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmadığını və iştirakçılar tərəfindən həm protokol, həm də zərf imzalandığını. Onun da protokolu və zərfi imzaladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilən və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Pirallahı RPİ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Pirallahı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması, barədə Pirallahı RPİ-yə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə RPİ rəhbərliyindən müvafiq icazə alınmışdır. Pirallahı RPİ-nin CAB-ın əməkdaşı Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 13:30 dəqiqədə ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək ona Pirallahı RPİ-nin inzibati binasına getmək təklif edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına getmiş və müdafiəçi ilə təmin edilmişdir. Sonra videoçəkilişlə onun və CAB-ın əməkdaşı Şahid1, eləcə də dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol döş cibindən qəzet kağızının içərisində olan 02 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü, 01 ədəd metro kartını 132 manat pulu, 01 ədəd samsung markalı mobil telefonu və açarları çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını bildirdiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman başqa qeyri qanuni heç bir əşya aşkar edilmədiyini, aşkar edilmiş 02 ədəd büküm açıldığını içərisindən şəffaf rəngli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edildiyini, Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd bükümün içindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə, Pirallahı rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində əldə etdiyini dediyini qeyd etmişdir. Şəxsi axtarış zamanı aşkar olunan içində psixotrop maddə metamfetaminə bənzər maddə olan 02 ədəd bükümlər zərfdə qablaşdırıldığını və 237 saylı möhürlə möhürləndiyini, daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunduğunu, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmadığını və iştirakçılar tərəfindən həm protokol, həm də zərf imzalandığını. Onun da protokolu və zərfi imzaladığını bildirmişdir. İ.v. 96-97 İş materiallarında 13 mart 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə Pirallahı rayon polis idarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli gödəkçənin sol döş cibindən 02 ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin psixotrop maddəni tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. i.v. 33-34 İş materiallarında Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə üzərində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı protokola əlavə olunmuş CD formatlı diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə üzərində şəxsi axtarış aparılarkən əynində tünd göy rəngli gödəkçənin sol döş cibindən 02 ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni tanımadığı şəxsdən 20 manata aldığını bildirir. i.v. 59 İş materiallarında iş üzrə təyin edilərək keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1470 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində « Təqsirləndirilən şəxs …» yаzı və iмzаlаr оlаn zərфdə 02 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0.141 qr, 0.148 qr, olan ümumi çəkisi 0.289 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Qеyd: Metamfetaminin ümumi təмiz çəкisi -0,289 qrам, tədqiqаtа cəmi sərf еdildi - 0,100 qrам, qаlıq 0,189 qrам. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. i.v. 40-45 İş materiallarında iş üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tаriхli 1942 nöмrəli rəyindən görünür ki: Müayinə zamanı Təqsirləndirilən şəxs psiхоstiмuliyаtоrlаrın qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vаrdır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. i.v. 88-89 İş materiallarında Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Аzərbаycаn Rеspubliкаsı CМ-in 128-ci маddəsi ilə təqsirli bilinmiş və barəsində Аzərbаycаn Rеspubliкаsı CМ-in 40.2.2-ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilmişdir. i. v. 92-93 İş materiallarında Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0.141 qr, 0.148 qr, olan ümumi çəkisi 0.289 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq hissəsi 0,189 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Pirallahı RPİnin Saxlama Yerinə təhvil verilmişdir. i.v. 82-83 Bеləliкlə Təqsirləndirilən şəxs törətdiyi cinаyət əməli məhкəmə bахışı zаmаnı аrаşdırılаraq, qiymət vеrilməкlə özünün ifаdəsi, şаhid ifаdəsi, екspеrtizа rəyləri ilə tаm sübutа yеtirilmişdir. Təqsirləndirilən şəxs qеyd еdilən əməllərinin cinаyət оlmаsını аrаdаn qаldırаn hаllаr, həmçinin оnun cinаyət məsuliyyətindən аzаd еdilməsi üçün əsаslаr yохdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən həxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də bahqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2024-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 14 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “pоlisin nəzаrəti аltınа vеrмə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bакı şəhəri, ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmalıdır, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş materiallarında iş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 81 (səksən bir) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi (ibtidai istintaq zamanı iş saatına görə 50 saat, 300 manat və məhkəmə baxışı zamanı 15 saat, 90 manat) ümumilikdə 390,00 (üç yüz doğsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 12 mart 2024-ci il tarixdən 14 mart 2024-ci il tarixə qədər həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesabı ilə hesablanaraq 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin və həmin cəza CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq olaraq 11 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bакı şəhəri, ünvan 1 ünvanında axşam saat 22:00dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bакı şəhəri, Piralllahı qəsəbəsi, S.Vurğun küçəsi, döngə 5, ev 3, mənzil 3 ünvanını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “pоlisin nəzаrəti аltınа vеrмə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,189 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən həxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı həhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 390,00 (üç yüz doğsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-22/2024
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-22/2024
03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver