Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-25/2023 11.07.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-13/2023 saylı 10 mart 2023-cü il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 mart 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayonu Əhmədli metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 100 manat müqabilində qanunsuz olaraq satış məqsədi ilə və şəxsi istifadəsi üçün 09 ədəd siqaret kağızına bükülmüş bükümdə narkotik vasitə heroin və 03 ədəd siqaret kağızına bükülmüş bükümdə psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış və gəzdirmiş, həmin bükümlərdən 02 ədəd bükümdə narkotik vaistə heroini özü qəbul etmiş qalan 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.193 qram, 0.266 qram, 0.139 qram, 0.108 qram, 0.182 qram, 0.214 qram, 0.171 qram ümumi təmiz çəkisi 1.273 qram olan qəhvəyi rəndli maddə kustar üsulla hazırlanmış narkoti vasitə olan heroin və 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.106 qram, 0.121 qram, 0.082 qram ümumi təmiz çəkisi 0.309 qram olan ağ rəngli kristallik maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin istintaqa şəxsiyyəti məlum olmayan Xose adlı, Namik adlı və Mehman adlı şəxslərə satmaq niyyəti iə və özünün istifadəsi üçün əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamaqla daşımış, 08 mart 2023-cü il tarixdə saat 23:10 dəqiqədə Bakı şəhəri Pirallahı RPİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən qəbirəstanlığın yaxınlığında piyada hərəkətdə olduğu vaxt saxlanılaraq idarənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibbindən qanunsuz olaraq satış məqsədi və şəxsi istifadəsi üçün əldə etdiyi 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.193 qram, 0.266 qram, 0.139 qram, 0.108 qram, 0.182 qram, 0.214 qram, 0.171 qram ümumi təmiz çəkisi 1.273 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.106 qram, 0.121 qram, 0.082 qram ümumi təmiz çəkisi 0.309 qram olan ağ rəngli kristallik maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2 ilə yaxındır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul edir, narkotik vasitə heroini inyeksiya yolu ilə, metamfetamini isə tüstüsünü çəkməklə qəbul edir. Heroini və metamfetamini qəbul etməkdə məqsədi bədənində olan ağrılardır, narkotik vasitə heroini və metamfetamini Bakı şəhəri ərazisində müxtəlif ünvanlardan almış və qəbul etmişdir. Sonradan maddi vəziyyəti pisləşmiş, pul qazana bilməmiş, hansı yolla olursa olsun pul qazanmaq qərarına gəlmişdir. Ona görə də qərara gəlmişdir ki, narkotik vasitə əldə edib, , bir hissəsini də özü qəbul etsin, bir hissəsini sataraq qazanc əldə etsin. xx.xx.2023-cü il tarixdə günorta saatlarında bədəni ağradığı üçün, Bakı şəhəri Xətai rayonu Əhmədli metrostansiyasının yaxınlığına getmiş, orada tanımadığı şəxslə rastlaşmış, həmin şəxsə bədəninin ağradığını və narkotik vasitə heroin və metamfetamin istədiyini bildirmişdir. Həmin şəxs də onda narkotik vasitə heroin və metamfetamin olmasını və neçə büküm lazım olmasını bildirmişdir. O, həmin şəxsə bildirmişdir ki, təxminən 09 ədəd bükümdə heroin və 03 ədəd bükümdə metamfetamin lazımdır. Həmin şəxs də ona istədiyi narkotik vasitə heroin və metamfetamin olduğunu bükümlərə görə 100 manat alacağını bildirmişdir. O, həmin şəxslə razılaşaraq, ona 100 manat pul verməklə, ondan 09 ədəd siqaret kağızı bükümündə heroin və 03 ədəd siqaret kağızı bükümündə metamfetamin almış, həmin 12 ədəd bükümdə narkotik vasitə heroin və metamfetamini üzərində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış və gəzdirməklə, daşımışdır. Həmin narkotik vasitədən bir hissəsini, yəni 02 ədəd bükümdə narkotik vasitə heroini özü qəbul etmiş, digər 10 ədəd bükümünü isə üzərində saxlamışdır ki, nə vaxtsa qəbul edər, həmçinin bir hissəsini də Pirallahı rayon sakini kimi tanıdığı Xose, Mehman və Namik adlı şəxslərə satar. 08 mart 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən qəbirəstanlığın yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Pirallahı RPİ-nə dəvət etmişlər. O etiraz etməyərək onlarla birlikdə Pirallahı RPİ-nə getmişdir. Orada, xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra o, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Sonra isə video müşahidə altında, üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etməyi təklif etmişlər, o, üzərində olan göy rəngli cins şalvarın sağ yan cibində 07 ədəd bükümdə heroin və 03 ədəd bükümdə metamfetamin olan bükümləri çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin 07 ədəd bükümlər açıldıqda içərisində toz şəkilli heroinə bənzər maddənin olması və 03 ədəd siqaret kağızı bükümləri açıldıqda içərisində ağ kristal şəkilli metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. Üzərindən aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Pirallahı RPİ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əkilməsi, əldə edilməsi, saxlanılması, istifadəsi və satışı ilə məşqul olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar idarə rəhbərliyinə məruzə edildikdən sonra, əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş, əməliyyat qrupuna rəhbərlik etmiş, əməliyyat qrupuna Pirallahı RPİ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs olduğu yerinin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, əməliyyat – axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Vurğun küçəsində yerləşən qəbirəstanlığın yaxınlığında olmasını müəyyən edildikdən sonra, ona yaxınlaşaraq, özlərini ona təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadə etməsi və satışını həyata keçirməsi ilə əlaqədar əməliyyat məlumatı daxil olduğunu bildirərək, həmin əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar onu polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində, əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək hansı səbəbə polis idarəsinə gətirildiyi, üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulmuş və əgər varsa həmin qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Xətai rayonu Əhmədli qəsəbəsindən tanımadığı şəxsdən satış məqəsdi ilə əldə etdiyi 07 ədəd bükümdə siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini və 03 ədəd bükümdə olan siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetamini masanın üzərinə qoymuşdur. Həmin 07 ədəd bükümlər açıldıqda içərisində heroinə bənzər maddə olması və 03 ədəd büküm açılarkən içərisində kristal şəkilli psixotrop maddə metamfetamin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş, 07 ədəd siqaret kağızına bükülmüş tozşəkilli heroinə bənzər maddəni, 03 ədəd siqaret kağızına bükülmüş kristal şəkilli psixotrop maddə olan metamfetamini tutulmamışdan əvvəl Xətai rayonu Əhmədli metrostansiyası yaxınlığında tanış olduğu şəxsdən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 bildirmişdir ki, Bakı şəhəri Pirallahı rayon sakini Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayından tanıyır, onun Pirallahı rayonunda narkotik vasitələrin qəbulu, satışı ilə məşqul olması barədə məlumatı olmuş, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavətim olmamışdır. O, narkotik vasitənin heroin növündən qəbul edir, narkotik vasitəni qəbul etməkdə məqsədi bədənində olan ağrılardır, təxminən 2013-ci ildən etibarən narkotik vasitə qəbul edir, narkotik vasitəni tüstüsünü çəkməklə qəbul edir. Əvvəllər istifadəsi üçün Pirallahı rayon sakini Aleksandrdan narkotik vasitə olan heroin alaraq istifadə etmişdir. Bədənində ağrılar olduğu üçün qərara gəlmişdir ki, narkotik vasitə heroin əldə edib və qəbul etsin.Onunla aralarında razılaşaraq Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən qəbirəstanlığın yanında görüşüb ondan bir büküm narkotik vasitə olan heroin almalı idi. Razılaşmaya əsasən 08 mart 2023-cü il tarixdə Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən qəbirəstanlığın yanında onu gözləmiş, telefonuna zəng etmiş lakin telefonuna zəng çatmadığı üçün narkotik vasitə olan heroin ala bilməmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Aleksandr polis əməkdaşları tərəfindən saxlanılmış və üzərindən narkotik vasitə aşkar edildiyi üçün tutulmuşdur. O əvvəllər də Aleksandrdan narkotik vasitə aldığını və Aleksandrın ona satmış olduğu narkotik vasitəni haradan və ya kimdən əldə etməsi barədə məlumatı olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 bildirmişdir ki, Bakı şəhəri Pirallahı rayon sakini Təqsirləndirilən şəxs təxminən 2 ildir tanıyır, onun Pirallahı rayonunda narkotik vasitələrin qəbulu, satışı ilə məşqul olması barədə məlumatı olmuş, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. O, təxminən 2018ci ildən etibarən psixotrop maddə olan metamfetamin qəbul edir, psixotrop maddəni qəbul etməkdə məqsədi bədənində olan ağrılardır. Əvvəllər Pirallahı rayon sakini Aleksandrdan psixotrop maddə olan metamfetamin alaraq istifadə etmişdir. Sonuncu dəfə bir neçə ay əvvəl Aleksandrdan bir büküm psixotrop maddə olan metamfetamini 10 manata alaraq qəbul etmişdir. Sonradan ona məlum olmuşdur ki, Aleksandr polis əməkdaşları tərəfindən saxlanılmış və üzərindən narkotik vasitə aşkar edildiyi üçün tutulmuşdur. Onun Aleksandrın ona satmış olduğu narkotik vasitəni haradan və ya kimdən əldə etməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 bildirmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur, 2022-ci ilin mart ayında azadlığa buraxılmışdır, heç bir yerdə işləmir. Bakı şəhəri Pirallahı rayon sakini Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır, onun Pirallahı rayonunda narkotik vasitələrin qəbulu, satışı ilə məşğul olması barədə məlumatı olmuş, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. O, özü 2020-ci ildən etibarən narkotik vasitənin heroin növündən istifadə edir, narkotik vasitəni qəbul etməkdə məqsədi bədənində olan ağrılardır. Əvvəllər istifadəsi üçün Pirallahı rayon sakini Aleksandrdan narkotik vasitə olan heroin alaraq istifadə etmişdir. Bədənində ağrılar olduğu üçün qərara gəlmişdir ki, narkotik vasitə heroin əldə edərək qəbul etsin. O Aleksandrla Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Vurğun küçəsində yerləşən qəbirəstanlığın yanında görüşüb ondan bir büküm narkotik vasitə olan heroin almaq üçün razılaşmışlar. Razılaşmaya əsasən 08 mart 2023-cü il tarixdə Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən qəbirstanlığın yanında onu gözləmiş, telefonuna zəng çatmadığı üçün ondan narkotik vasitə olan heroini ala bilməmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Aleksandr polis əməkdaşları tərəfindən saxlanılmış və üzərindən narkotik vasitə aşkar edildiyi üçün tutulmuşdur. Əvvəllər də Aleksandrdan narkotik vasitə almış və Aleksandrın ona satmış olduğu narkotik vasitəni haradan və ya kimdən əldə etməsi barədə əvvəlcədən məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2023-cü il tarixli, 6/1438 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №237 dairəvi möhür əksi olan «Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş…” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz 0,193 qram, 0,266 qram, 0,139 qram, 0,108 qram, 0,182 qram, 0,214 qram, 0,171 qram ümumi təmiz çəkisi 1,273 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Digər üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,106 qram, 0,121 qram, 0,082 qram ümumi təmiz çəksi 0,309 qram olan ağ rəngli kristallik maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: -təmiz çəkisi 1,273 qram olan narkotik vasitə heroinin 0,07 qramı tədqiqata sərf edilmiş, 1,203 qram hissəsi qalıq qalmışdır, təmiz çəkisi 0,309 qram olan psixotrop maddə metamfetaminin 0,06 qramı tədqiqata sərf edilmiş, 0,249 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,00 (yüz on) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İİ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz, yetmiş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin 29 mart 2023-cü il tarixli, 1730 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsnda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 08 may 2023-cü il tarixli sübutların qiymətləndiriliməsi haqqında Qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ayrı ayrılıqda təmiz çəkiləri 0,193 qram, 0,266 qram, 0,139 qram, 0,108 qram, 0,182 qram, 0,214 qram, 0,171 qram, ümumi təmiz çəkisi 1.273 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 03 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,106 qram, 0,121 qram, 0,082 qram, ümumi təmiz çəksi 0,309 qram olan ağ rəngli kristallik maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və ekspert tədqiqatından sonra qalıq çəkisi 1,203 qram narkotik vasitə heroin və 0,249 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Pirallahı RPİ-nin Saxlama Yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur, Təqsirləndirilən şəxs saxlanılma vaxtı xx.xx.2023-cü il saat 23:10-dan hesablanmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 4(094)-13/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 27 mart 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşıması faktı onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin miqdarını və bükümlərinin sayını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli həbsə alındığı 08 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq çəkisi 1,203 qram narkotik vasitə heroin və 0,249 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 65,00 (altmış beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilmiş hüquqi yardıma görə 15 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 08 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq çəkisi 1,203 qram narkotik vasitə heroin və 0,249 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-25/2023
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-25/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver