Məhkəmə qərarları › İş №1(094)-26/2023

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-26/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-26/2023 04.07.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olan Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 28-ci məhəllədə ünvansız evdə yaşamış, barəsində ünvan 3 17 mart 2023-cü il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 mart 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 01 ədəd nömrəsi silinmiş vəziyyətdə, zavod üsulu ilə xarici dövlətdə istehsal edilmiş, 9 mm kalibrli, yararlı, yivli-odlu silah olan “Makarov” konstuksiyalı tapança, 01 ədəd “Makarov” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9X18 mm kalibrli istifadəyə yararlı patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı sandıqça və 5 ədəd 9X18 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş, “Makarov”(PM) və “Steçkin” (APS) konstruksiyalı və sair uyğun yivli-odlu silahda istifadə edilən patronları əldə edərək üzərində saxlamaqla, daşımış, 16 mart 2023-cü il tarixdə saat 19:15 radələrində Pirallahı RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirallahı rayon, “Tərxan” adlanan ərazidə həmin silahı daşıyaraq gəzdirən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Pirallahı RPİ-nin inzibati binasına dəvət edilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarın arxa-bel nahiyyəsindən boş vəziyyətdə 01 ədəd nömrəsi silinmiş vəziyyətdə, zavod üsulu ilə xarici dövlətdə istehsal edilmiş, 9 mm kalibrli, yararlı, yivli-odlu silah olan “Makarov” konstuksiyalı tapança, 01 ədəd “Makarov” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9X18 mm kalibrli istifadəyə yararlı patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı sandıqça və 5 ədəd 9X18 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş, “Makarov”(PM) və “Steçkin” (APS) konstruksiyalı və sair uyğun yivli-odlu silahda istifadə edilən patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin öz ifadəsi ilə, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Pirallahı rayonu “Tərxan” adlanan əraziyə piyada dəmir yığmağa getmiş, orada dəniz kənarında piyada hərəkətdə olan zaman, dəniz kənarında iri daşın altından 01 ədəd qara rəngli, selefona bükülmüş bağlama tapmış, həmin bağlamanı götürüb açdıqda tapanca, eləcə də tapançanın darağının icərisində 05 ədəd patron olduğunu görmüş, bağlamanın içərisində olan tapançanı götürərək yaşadığı Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 28-ci məhəllədə ünvansız evə aparmışdır. Silaha meyilli olduğu üçün onu daima üzərində gəzdirmiş. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində yenidən “Tərxan” adlanan əraziyə dəmir yığmağa getmiş, saat 19:15 radələrində piyada hərəkətdə olan zaman metalik rəngli hunday markalı avtomobil ona yaxınlaşmış, avtomobildə olan iki nəfər şəxs özlərini ona polis əməkdaşları kimi təqdim etmişlər. Sonra polis əməkdaşları ona qanunsuz olaraq silah əldə etmək və gəzdirməkdə şübhəli olduğunu bildirərək onu polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş, onlarla birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, o dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, o əynində olan tünd göy rəngli cins şalvarın kəmər hissəsindən tapançanı çıxardıb masanın üzərinə qoymuşdur. Sonra isə şəxsi axtarış zamanı o, əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd West markalı siqareti, bir ədəd yaşıl rəngli alışqanı və əynində olan tünd göy rəngli cins şalvarın sol cibindən 25 manat 20 qəpik pulu da çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin tapançanı və patronları zərfə qoyub qablaşdırdıqdan sonra zərfin üzərini möhürləyərək imzalamışlar. Polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib etmiş, həmin protokolu ona ucadan oxumuşlar. O, protokolun düzgün tərtib olunduğunu görmüş, əlavə, düzəliş və şikayəti olmadığı üçün həmin protokolu imzalamışdır. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs bildirmişdir ki o bilirdi ki polislər onu bu əməllərinə ğörə tutacaqlar və bu barədə İcra Hakimiyyətinin Samir adlı məsul əməkdaşına bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, 16 mart 2023-cü il tarixdə Pirallahı qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı olan patron əldə edib saxlamaqla Pirallahı rayonu ərazisində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdu. Bundan sonra əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə müvafıq icazə alındı. Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, Rəşid Babayev və ondan ibarət əməliyyat qrupu yaradıldı. 16 mart 2023-cü il tarixdə saat 19:15 dəqiqədə Əliyev X1 rayon “Tərxan” adlanan ərazidə saxlanılaraq ona odlu silah və döyüş sursatının qanunsuz dövriyyəsində şübhəli olması bildirildi. Daha sonra o, Pirallahı RPİ-nin inzibati binasına dəvət edildi. Bütün iştirakçıların yanında X2 özünü təqdim etməsi və anket məlumatları barədə məlumat verməsi bildirilmişdir. Bundan sonra videoçəkilişlə onun, Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, Rəşid Babayevin və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs odlu silahın və döyüş sursatının qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək əvvəlcə üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın arxa-bel nahiyyəsindən odlu silah olan tapançanı çıxardıb masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs bildirdi ki, aşkar edilmiş 01 ədəd odlu silah olan “Makarov” tapançasıdır və darağın içərisində 05 ədəd döyüş sursatı olan patron var, həmin tapança və patronları xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Pirallahı qəsəbəsində dəniz kənarında daşın altından tapmış, üzərində saxlamış və gəzdirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş, 01 ədəd tapança, 01 ədəd daraq və 05 ədəd patron onun, baxışda iştirak edən digər polis əməkdaşlarının, Samirin və vəkilinin iştirakı ilə 01 ədəd bağlamada qablaşdırıldıqdan sonra möhrlənmiş, Samirin özü, vəkili, o və baxışda iştirak edən digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili X3 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Pirallahı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Şahid3 bildirmişdir ki, o gün ərzində müxtəlif məsələrlə əlaqədar təxminən 10-15 vətəndaş qəbul edir. Təxminən 5-6 ay əvvəl Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi alması və evlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı onun qəbulunda olmuşdur, Samirin müraciətinə baxıldıqdan sonra o, sığınacağa yerləşdirilmiş, həmçinin ona maddi köməklik göstərilmişdir. Təqsirləndirilən şəxs müraciətində polislərlə arasında problem olduğunu qeyd etməmişdir. İş materiallarında olan və məhkəmə baxış iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/216R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli “Makarov” konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 9X18 mm kalibrli olmaqla, həmin kalibrli “Makarov”(PM) və “Steçkin” (APS) konstruksiyalı və sair uyğun yivli-odlu silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yaralıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, “Makarov” konstruksiyalı silahların komplekt hissəsi olan daraqdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9X18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuşdur. Qeyd: Tədqiqata təqdim edilmiş beş ədəd 9 mm kalibrli patronlardan üç ədədi eksperimental atəşlər üçün istifadə olundu. İş materiallarında olan və Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 17 mart 2023-cü il tarixli, 3-13-11/2-3603/2023 nömrəli məktubdan görünür ki, 23/216R nömrəli rəy Pirallahı RPŞ-nə göndərilmiş, 04 vərəqədən ibarət həmin Rəyə 04 vərəqədən ibarət fotocədvəl, bir ədəd №-si silinmiş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, iki ədəd 9x18 mm kalibrli patron və bir ədəd daraq əlavə edilmişdir. İş materiallarında olan və Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 01 aprel 2023-cü il tarixli, 3-13-11/2-4201/2023 nömrəli məktubda göstərilmişdir ki, təqdim edilən 01 ədəd 9 mm kalibrli, №-si slinmiş “Makarov” konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Makarov” konstruksiyalı 9 mm kalibrli, yivli odlu silahlar növünə aid, texniki cəhətdən saz və atəşə yararlı olan tapança, döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş tədqiqatdan sonra qalıq 9X18 mm kalibirli 02 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş 9X18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş “Makarov” konstruksiyalı silahların komplekt hissəsi (darağı) maddi sübut kimi tanınmış və məhkəmənin hökmünə qədər saxlanılması üçün Pirallahı rayon Polis İdarəsinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd SD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 4(094)-15/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 13 may 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixİi amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad olunmuşdur. 2) Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasma məhkum edilmiş və xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 3) Pirallahı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 4) Pirallahı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 5) Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin məhkumluğu onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs son iki yəni 2018 və 2021-ci illərdə törtdiyi cinayətlərə görə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması cinayətlərin təhlükəli residivi sayılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib saxlama cinayətini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs 2018 və 2021-ci illərdə qəsdən törtdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və hər iki cinayətə görə məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 16 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut – Pirallahı rayon Polis İdarəsində saxlanılan – 01 ədəd “Makarov” konstruksiyalı 9 mm kalibrli, yivli odlu silahlar növünə aid, texniki cəhətdən saz və atəşə yararlı olan tapança, döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş 9X18 mm kalibirli 02 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş 9X18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş “Makarov” konstruksiyalı silahların komplekt hissəsi 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 35 (otuz beş) iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 15 saat) ümumilikdə 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 16 mart 2023-cü il tarixdən hesablansın. Maddi sübut – Pirallahı rayon Polis İdarəsində saxlanılan – 01 ədəd “Makarov” konstruksiyalı 9 mm kalibrli, yivli odlu silahlar növünə aid, texniki cəhətdən saz və atəşə yararlı olan tapança, döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş 9X18 mm kalibirli 02 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş 9X18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş “Makarov” konstruksiyalı silahların komplekt hissəsi 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar