Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-26/2024 26.11.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X22 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs3 və müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası, İcevan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, SOCAR “Azneft” İB-nin 1 saylı ixtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika İdarəsinin 2 saylı Avtomobil və Xüsusi Texnika Sahəsində kran maşinist vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 162.1-ci maddəsi ilə xx.xx.1985-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, SOCAR “Azneft” İB-nin 1 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 2 saylı Avtonəqliyyat və Xüsusi Texnika Sahəsində dəstə rəisi vəzifəsində işləyən, ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 162.1-ci maddəsi ilə xx.xx.1960-cı il tarixdə Gürcüstan Respublikası, Qardabani rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, “NeftQazTikinti” trestinin 4 saylı tikinti quraşdırma bölümündə iş icraçısı vəzifəsində işləyən, ünvan 3 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, SOCAR “Azneft” İB-nin 1 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 2 saylı Avtomobil və Xüsusi Texnika Sahəsində kran maşinist vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət komitəsinin xx.xx.2004cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.19-cu bəndinin (“j” abzası), yəni kran qolunun altında onun qaldırılması və endirilməsi zamanı adamların olmasına kran işləyərkən yol verilməməsi tələbini pozmuş, yəni 16 sentyabr 2023-cü il tarixdə “Neft Daşları” NQÇİ-nin ərazisində yerləşən “28 May” NQÇİ-yə məxsus “35 kv-luq kabel estakadısı”-nın əsaslı təmiri üzrə istifadəyə yararsız svayların «Casagranda C-240» markalı, 10-D-194 dövlət qeydiyyat nişanlı qaldırıcı kranla yük maşınına yüklənməsi işini icra edərkən idarə etdiyi kranın qolunun altında yükün endirilməsi zamanı qaldırıcı kranın köməkçi blokunun qırılaraq yük maşınının bortuna düşdükdən sonra həmin köməkçi blokun “Neftqaztikinti” trestinin 4 saylı Tikinti-quraşdırma bölümünün 2 saylı tikinti-quraşdırma sahəsində polad və dəmir-beton quraşdırıcısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs kürək nahiyyəsinin sol hissəsinə vurduğu zərbənin təsirindən sonuncunun həmin yük maşınından yerə yıxılaraq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid travmatik şokla müşayiət olunan döş qəfəsinin sol yarısının, arxa qabırğalarının, sol incik, ayaq daraqarxası sümüklərinin sınıqları, Lumbal qeyri-stabillik, L1 fəqərəsinin kompression sınığı, L2-L3 fəqərələrinin retroliztezi xəsarətlərini almasına səbəb olmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının və Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, SOCAR “Azneft” İB-nin 1 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 2 saylı Avtonəqliyyat və Xüsusi Texnika Sahəsində dəstə rəisi vəzifəsində işləyərkən 09 iyun 1980-ci ildə təsdiq olunmuş İİİ-4-80* “Tikintidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 3.2-ci bəndinin, yəni “tikinti maşınlarının saz vəziyyətdə saxlanmasına cavabdeh olan şəxslər istehsalçının istismar sənədlərinin tələblərinə uyğun olaraq onların texniki xidmətini və təmirini etməyə borcludurlar” tələbini və Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət komitəsinin xx.xx.2004-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 2.12.2-ci və 9.3.9-cu bəndlərinin, yəni kran texniki müayinədən keçərkən, onun mexanizmləri, əyləcləri, hidro və elektrik avadanlığı, təhlükəsizlik cihazları və qurğuları işçi vəziyyətdə baxılmalı və yoxlanılmalı, qollu kranın yükgötürmə qabiliyyəti məhdudlaşdırıcısının düzgün işləməsinin yoxlanılması onun yük xarakteristikası nəzərə alınmaqla aparılmalı, həmçinin kranın texniki müayinəsi zamanı qarmağın və blokların vəziyyəti, sonuncu qapayıcı açar işə düşdükdə və qaldırıcı mexanizm dayanarkən qarmaq asqısı ilə dayaq arasındakı faktiki məsafə, burazların və onların bərkidilməsi vəziyyəti yoxlanılması tələblərini pozmuş, yəni 16 sentyabr 2023-cü il tarixdə “Neft Daşları” NQÇİ-nin ərazisində yerləşən “28 May” NQÇİ-yə məxsus “35 kv-luq kabel estakadısı”-nın əsaslı təmiri üzrə istifadəyə yararsız svayların «Casagranda C-240» markalı, 10-D-194 dövlət qeydiyyat nişanlı qaldırıcı kranla yük maşınına yüklənməsi işi icra edilərkən həmin kranına istismar sənədlərinin tələblərinə uyğun olaraq keyfiyyətli texniki xidmətin və təmirin aparılması təşkil olunmadan, işçi hərəkətlərinin avtomatik dayandırılması üçün məhdudlaşdırıcı ilə təmin olunmamış həmin qaldırıcı krandan istifadə olunmasına yol verdiyi üçün kranın qolunun altında yükün endirilməsi zamanı qaldırıcı kranın köməkçi blokunun qırılaraq yük maşınının bortuna düşdükdən sonra həmin köməkçi blokun “Neftqaztikinti” trestinin 4 saylı Tikintiquraşdırma bölümünün 2 saylı tikinti-quraşdırma sahəsində polad və dəmir-beton quraşdırıcısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs kürək nahiyyəsinin sol hissəsinə vurduğu zərbənin təsirindən sonuncunun həmin yük maşınından yerə yıxılaraq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid travmatik şokla müşayiət olunan döş qəfəsinin sol yarısının, arxa qabırğalarının, sol incik, ayaq daraqarxası sümüklərinin sınıqları, Lumbal qeyri-stabillik, L1 fəqərəsinin kompression sınığı, L2-L3 fəqərələrinin retroliztezi xəsarətlərini almasına səbəb olmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs3 yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi bu qaydaları pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, “NeftQazTikinti” trestinin 4 saylı tikinti quraşdırma bölümündə iş icraçısı vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət komitəsinin xx.xx.2004-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.18-cu bəndinin (“ə” abzası), yəni avtomaşının kabinasında, eləcə də kuzovunda adam olduqda, yükün avtomaşına endirilməsinə, həmçinin qaldırılmasına icazə verilməməsi, avtomaşının və yarımvaqonların daimi yükləmə-boşaltma yerlərində ilməkçilər üçün stasionar estakadalar və ya örtüklü meydançalar quraşdırılmalıdır tələbini pozmuş, yəni 16 sentyabr 2023-cü il tarixdə “Neft Daşları” NQÇİ-nin ərazisində yerləşən “28 May” NQÇİ-yə məxsus “35 kv-luq kabel estakadısı”-nın əsaslı təmiri üzrə istifadəyə yararsız svayların «Casagranda C-240» markalı, 10-D-194 dövlət qeydiyyat nişanlı qaldırıcı kranla yük maşınına yüklənməsi işi icra edilərkən avtomaşının kuzovunda adam olduğu halda yükün avtomaşına endirilməsinə yol verilən zaman qaldırıcı kranın köməkçi blokunun qırılaraq yük maşınının bortuna düşdükdən sonra həmin köməkçi blokun “Neftqaztikinti” trestinin 4 saylı Tikinti-quraşdırma bölümünün 2 saylı tikinti-quraşdırma sahəsində polad və dəmir-beton quraşdırıcısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs kürək nahiyyəsinin sol hissəsinə vurduğu zərbənin təsirindən sonuncunun həmin yük maşınından yerə yıxılaraq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid travmatik şokla müşayiət olunan döş qəfəsinin sol yarısının, arxa qabırğalarının, sol incik, ayaq daraqarxası sümüklərinin sınıqları, Lumbal qeyri-stabillik, L1 fəqərəsinin kompression sınığı, L2-L3 fəqərələrinin retroliztezi xəsarətlərini almasına səbəb olmuşdur. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2008-ci ildən “Azneft” İB-nin 1 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 2 saylı A və Xüsusi Texnika Sahəsində kran maşinist vəzifəsində işləyir. İşə düzəldiyi andan əmək müqaviləsi bağlanmış, xx.xx.2023-cü il tarixdə hadisə vaxtı “Neft Daşları” NQÇİ-də yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında demontaj olunmuş köhnə dəmir boruları kran vasitəsilə yük maşınına yükləyərək həmin boruların kənarlaşdırılması işini görmüşdür. Hadisə ani olaraq baş vermişdir. 16 sentyabr 2023-cü il tarixdə, təxminən saat 9 radələrində iş zamanı kran vasitəsi ilə kranın əsas bloku ilə toplamda 4 ədəd demontaj olunmuş köhnə dəmir boruların 3-ünü yük maşınına yüklədikdən sonra sonuncu dəmir borunu, yəni 4-cü borunu yük maşınına yükləyən zaman ani olaraq kranın kiçik bloku dartınma nəticəsində qalxaraq kəllə çarxa dirənmiş və qırılıb düşmüşdür. Qırılıb düşən kiçik blokda iş icra olunarkən hər hansı yük olmamışdır. Hadisə zamanı işlərdiyi kranda qoruyucu (avtomatik məhdudlaşdırıcı) olmamışdır. Həmin məhkdudlaşdırıcı olduğu halda yük avtomatik olaraq qoruyucuya dəyir dayanır. Onun özü xx.xx.2023-cü il tarixdə işlədiyi Casagranda C-240 markalı kranda rezerv işçi olmuş, həmin krana daimi təhkim olunmuş kran maşinisti olmamışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq göstərdi ki, hadisə olan kranda əvvəllər işləmişdir və kifayət qədər təcrübəlidir. Onun tırtırlı sepli kranda işləyə bilməsi ilə bağlı sertifikatı var. Kranın trosuna da həmin gün baxış keçirilmişdir. Hadisə olan iş üzrə icraçısı Təqsirləndirilən şəxs3 olmuşdur. Kranın texniki qulluğuna gündəlik baxılıb, texnikanın yağına suyuna troslarına baxmalısan. Kranın trosuna gözlə baxılır, əgər şüphəli nəsə olarsa rəhbərliyə məlumat verilirr. Hadisə olan günü kranın avtomatik məhdudlaşdırıcısının olmaması barədə rəhbərliyə məlumat verilməmişdir. Əgər yüksək təzyiqlə tros dartılıb qırılmışdırsa, qoruyucunun ona heç bir təsiri ola bilməzdi. Hadisə günü icra etdiyi iş üzrə o, idarənin məzuniyyətə gedən işçinin yerinə işləmişdir. 1 saylı neft mədən xüsusi texnika idarəsindən göndərişi dispetçer yazmışdır. Dispetçerin kim olmasını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs3 iş icraçısı tərəfindən ona təlimat keçirilmiş, işin gedişatı barədə təlimat keçirilmişdir. Ümumi təhlükəsizlik, işə nəzarəti Təqsirləndirilən şəxs3 keçmişdir. Əgər işlədiyi kranda hər hansı bir nasaslıq olsaydı bu barədə Təqsirləndirilən şəxs2 xəbər verməli olmuşdur. Texnikanın sazlığına baxılmış, trosunun qırığının olubolmadığı yoxlanılmışdır. Yükün boşaldılması zamanı yük qoyulduqdan sonra Zərərçəkmiş şəxs avtomaşına keçib, yükü açmaq səlahiyyəti olmuşdur. Zərərçəkmiş şəxs avtomaşının üzərinə çıxmamışdan öncə ona “dayan” komandası vermişdir. O, hadisə baş verən kranda hadisədən qabaq 7 gün işləmiş, kranda qoruyucu olmamışdır. Hadisə baş verənədək işlətdiyi kranda qoruyucunun olmaması barədə öz idarəsinə məlumat verməli olmuş, lakin bunu etməmişdir. Təlimat hər növbədə bir dəfə keçirilmişdir. Kranın qoruyucusunun olmaması barədə Təqsirləndirilən şəxs3 məlumat verməmişdir. Hadisə baş verən zaman kranın əsas blokunda olan yük avtomobilə qoyulmaq üzrə olmuşdur. Hadisə Zərərçəkmiş şəxs ona dayan komandası verməsindən sonra baş vermişdir. Əvvəlki 3 yükün avtomobilə qoyulmasından sonra yüklər Zərərçəkmiş şəxs tərəfindən krandan açılmışdır. Köməkçi blok əsas blokdan 2-3 metr aşağıda olur və iş zamanı köməkçi blok istifadə edilməmişdir. Hadisə zamanı köməkçi blokun dartınıb kəllə-çarxa çıxması ani olaraq olmuş, səbəbini bilmir. Ola bilməz ki, o işlətdiyi krana səhv komanda vermiş olsun və onun nəticəsində hadisə baş versin. Makinada bloka aid düymə var və blok sistemin içində olmaqla, eyni monitorda olmuşdur. İş vaxtı köməkçi blokla hər hansı əməliyyat aparmamışdır. Köməkçi blok ani dartınma vəziyyətində qırılıb, nədən baş verməsini deyə bilməz. O hadisənin hansı səbəbdən baş verməsini bilmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə vaxtı 2 saylı Avtonəqliyyat və Xüsusi Texnika Sahəsinin rəis müavini vəzifəsini müvəqqəti olaraq icra etmişdir. SOCAR “Azneft” İB-nin 1 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarənin rəhbər heyətinin nəzarət edir. İş yerində rəhbər özü olmuşdur, 2 saylı A və XTS-də kran maşinist vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ümumi işlərinə, 2 saylı A və XTS-nin 1 saylı Xüsusi Texnika Dəstəsinin dəstə rəisinin və mexanikin nəzarət edirəm. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, yəni hadisə baş verən gün “NeftQazTikinti” tresinin 4 saylı Tikinti-Quraşdırma Bölümünün 2 saylı Quraşdırma sahəsinə məxsus olan işin icrası ilə əlaqədar olaraq rəsmi qaydada cəlb olunmuşdur. Hadisənin necə və niyə olması ilə bağlı məlumatı olmamışdır. Texnikada nasazlığının əsas səbəbi hidravlika ilə bağlı yaranmış problemlə bağlıdır. Kranda avtomatik məhdudlaşdırıcı olsaydı bədbəxt hadisə baş verməyə bilərdi. Hadisə yerinə getmişdir. İşdə istifadə olunan Casagranda C-240 markalı kranda qoruyucu olmamışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq göstərdi ki, hadisə olan işdə istifadə olunan Casagranda C-240 markalı kran hidravliklə işləyir. Həmin kradna qoruyucu (avtomatik məhdudlaşdırıcı) olmamışdır. Kranda qoruyucunun olmaması barədə tərəfindən rəhbərliyə məlumat verməmişdir. İş üçün ayrılmış Casagranda C-240 markalı kranda qoruyucunun (avtomatik məhdudlaşdırıcı) olmaması barədə Nəbi ona məlumat verməmişdir. Hadisə baş verdiyi işdə istifadə olunan Casagranda C-240 markalı kran təxminən 2 ildən çox idi işlənirdi. Neft daşları sifariş verir, onların da idarəsi texnikanı verir. Texnika iş üçün idarəyə veriləndə yoxlanılıb verilmişdir. O, xx.xx.2023-cü il tarixdən sahə rəisinin vəzifələrini icra etmiş, həmin vaxt Nəbi artıq orada işləmişdir. Hadisənin necə olmasını deyə bilmir, çünki həmin vaxt orada olamamışdır. Hadisə barədə Nəbi telefonla ona məlumat vermişdir. O, gəlib hadisə yerinə baxış keçirərək bu barədə rəhbərliyə məlumat vermişdir. O, sahə rəisini əvəz etmiş, həmin vaxt rəis məzuniyyətə getmişdi. Avtoparkda 29 ədəd kran olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2013-cü ildən “NeftQazTikinti” trestinin 4 saylı tikinti quraşdırma bölümündə iş icraçısı vəzifəsində işləyir. Hadisənin baş verdiyi gün işçilərə təlimat qaydaları izah edildikdən sonra, briqadir vəzifəsini əvəz edən şəxslə birlikdə avadanlıqlara baxış keçirilmişdir. Daha sonra işçilərə iş tapşırığını vermişdir. Həmin vaxtı iki briqadaya rəhbərlik etməsi tapşırılmışdır. Rəhbərlik tərəfindən verilmiş tapşırıqlarla bağlı ərazidə görülən işlərdən digəri daha təhlükəli olduğu üçün həmin əraziyə getmişdir. Hadisə baş verdikdən sonra həmin əraziyə gəlmişdir. Rəhbərliyə dəfələrlə iş icrasçısının çatışmadığını bildirilsə də, bununla bağlı tədbir görülməmişdir. Təqsirləndirilən şəxs3 verilən suallara cavab olaraq göstərdi ki, hadisə vaxtı o, başqa briqadada işin icrasına nəzarət etmişdir. İşlədiyi idarədə işçi çatışmadığından ona eyni vaxtda 2-3 fərqli yerdə işlərin icrası həvalə edilmişdir. O, hadisə yerinə hadisədən sonra gəlmişdir. Hadisə günü ona həvalə edilmiş digər sahədə görülən iş daha təhlükəli olduğundan, hazırkı hadisənin baş verdiyi orada olmamışdır. Onun özü rəhbərliyinə dəfələrlə işçi çatışmazlığı barədə məluamt vermişdir. Krana baxışın keçirilməsi kran maşinistinin vəzifə funksiyalarına daxildir. Casagranda C-240 markalı kranda məhdudlaşdırıcı olmamış, həmin kran iş üçün verilən zaman məhdudlaşdırcı olmamışdır. Onun Casagranda C-240 markalı texniki xüsusiyyətlərində məhdudlaşdırıcının quraşdırılmasından xəbəri olmamışdır. Hadisə olan kranın qaldırıcı qüvvəsi 10 ton olmuşdur. Kranın hansı qaydada işləmə mexanizmi barədə dəqiq məlumatı yoxdur, bu barədə təxmini məlumatlıdır. Düşünür ki, hadisə baş verməmişdən qabaq orada olsa da, hadisə yenə baş verəcəkdi. O, hadisənin baş verdiyi gün iki sahəyə cavabdehlik daşımışdır. Həmin işlərin görülməsini Həsrət Osmanov ona həvalə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, işlədiyi trestdə işçi çatışmazlığı səbəbindən bir iş icraçısına adətən 2-3 iş yerində işlərin icrası tapşırılır. Hadisənin baş verdiyi gün səhər saatlarında iş icraçısı Təqsirləndirilən şəxs3 onlara əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi ilə bağlı qaydaların nəzərdə tutulduğu təlimat keçmiş və müvafiq sənədləri imzalatmışdır. Daha sonra iş icraçısı Təqsirləndirilən şəxs3 onlara görəcəkləri işin çıxarılmış svayların yük maşınına yüklənməsindən ibarət olduğunu bildirib, işin necə icra edilməli olduğunu başa salmışdır. Bundan sonra o və daha 2 nəfər boruları yükləməyə başlamış, briqadirləri olmasa da, onun özü deyilən iş sahəsində ən təcrübəli əməkdaşlardan olmuşdur. İstifadəyə yararsız demontaj olunmuş dəmir boruların bir hissəsini kran vasitəsilə yük maşınının sağından-solundan yerləşdirmişlər. Yüklər maşına yükləndiyi zaman o, həmin yüklərin bağlandığı trosları krandan açmalı olmuşdur. Sonuncu, dördüncü dəmir boru yük maşınının bortuna qoyulduqdan sonra kran maşinisti Təqsirləndirilən şəxs1 “dayan” komandası vermişdir. Təqsirləndirilən şəxs1 onun komandasını qəbul etdikdən sonra yükə bağlı olan trosları açmaq üçün yük maşınının kabinası ilə kuzovu arasına çıxmışdır. Yükün avtomaşına düzgün oturduğunu müəyyən etdikdən sonra kran maşinistinə “mayna” komandası vermişdir. Həmin vaxt Casagranda C- 240 markalı kranın yüklərin qaldırılmasında istifadə olunan əsas bloku yox, əsasən svayların vurulması, yaxud yüngül yüklərin qaldırılması üçün istifadə olunan köməkçi blokun dartılaraq, trosun şaqqıltı səsi gələrək qırıldığını və yerə düşdüyünü hiss etmişdir. Həmin vaxt zənn edir ki, Təqsirləndirilən şəxs1 krana səhv komanda (strela mayna) verməsi ilə işin icrasında istifadə olunmayan (iş zamanı heç bir yükün asılmadığı) köməkçi blok dartılmış və bloku saxlayan trosun qırılması nəticəsində blok yerə düşərək ilk öncə nəyəsə, daha sonra kürək nahiyyəsindən dəymişdir. Sədrlik edənin suallarına cavab olaraq zərərçəkmiş şəxs bildirir: Hadisə vaxtı nəyin düşdüyünü görməmiş, hadisə nəticəsində dörd qabırğası qırılmış, habelə ayağından aldığı xəsarətlərə görə 40-dan çox tikiş qoyulmuşdur. O, hadisə yerində Təqsirləndirilən şəxs2 görməmişdir. Casagranda C-240 markalı kranlarda avtomatik məhdudlaşdırıcı sistem olur və blokun qoyulan həddi keçdiyi halda siqnalizasiya verməklə, kranın fəaliyyətini məhdudlaşdırır. Hadisə zamanı istifadə olunan kranda isə məhdudlaşdırıcı olmamış, siqnalzasiya çalışmamışdır. Texniki təhlikəsizliyə Valeh cavabdeh idi, çünki kran onların idarəsinin olmamışdır. Onun Təqsirləndirilən şəxs3 qarşı şikayəti və tələbi yoxdur. Belə ki. Təqsirləndirilən şəxs3 onun əhvalını soruşub, dərmanını almışdır. Onun bu hadisədə günahı yoxdur. Lakin digər təqsirləndirilən şəxslər bu müddət ərzində onunla maraqlanmamışlar. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, kranda nəsə bir nasazlıq olarsa məhdudlaşdırıcının köməliyi ilə avtomatik olaraq kran dayanır, məhdudlaşdırıcı olmadıqda isə belə hadisə baş verir. Hadisə zamanı işdə istifadə olunan kranda məhdudlaşdırıcı olmamışdır. Təqsirləndirilən şəxs1la əvvəllər bir neçə dəfə başqa kranda işləmişlər, Nəbi özünün əvvəllər idarə etdiyi kranda yaxşı işləmişdir. Nəbinin bu kranda işləmək üzərindən heç bir təcrübəsi olmamışdır. Hadisə günü Nəbinin kranı idarə etməsində qeyri-peşəkarlıq etmiş, sonuncuya “sağa-sol ver” komandaları ilə köməklik etmişlər. Nəbinin onun yıxılmağını görüb-görməməsini dəqiq deyə bilmir. O, dördüncü boru yük maşınının bortuna qoyulmasından sonra kran maşinistinə dayan komandası verərək avtomaşının kabinası ilə kuzovu arasına çıxmışdır. Onun kran maşinisti Təqsirləndirilən şəxs1 stop komandası verdiyi zaman yük ilə maşın arasında heç bir məsafə qalmamış, yük maşının üzərinə qoyulmuş vəziyyətdə olmuşdur. Həmin yerdə başqa avadanlığın olub-olmamasını dəqiq xatrlamır. Xəstəxana xərclərini idarənin əməkdaşları köməkləşməklə və tibbi sığorta ödənişləri vasitəsilə qarşılanmışdır. Nəbi ilə Valeh ona ötən 11 ay ərzində nə zəng vurmamış, nə də vəziyyətini maraqlanmamışlar. Təqsirləndirilən şəxs3 razıdır, çünki sonuncu onu əhvalını soruşmuş, dərmanlarını almışdır. Təqsirləndirilən şəxs3 kran maşinistini sahəyə buraxması saləhiyyətinin olub-olmaması, habelə kranın məhdudlaşdırıcısı ilə bağlı səlahiyyətinə dair məlumatı yoxdur. O, avtomobilin üzərinə qalxdığı zaman artıq yük kranvasitəsilə avtomobilin yük yerinə qoyulmuşdu. Təqsirləndirilən şəxs3 onlara təlimat keçmiş, onlar imza atmışdır. Yük olanda avtomobilin kuzasında olmamışdır, yük endiriləndən sonra kuzada olmuşdur. O, yük kran vasitəsilə maşının bortuna qoyulduqdan sonra, hər bir halda avtomobilin üzərinə çıxaraq yükün düzgün yerinə qoyulubqoyulmamasını yoxlamalı olmuşdur. Hadisə vaxtı da o, yük maşına qoyulduqdan sonra kran maşinistinə stop komandası verib, avtomobilə çıxmış, yükün düz yerləşdirildiyini gördükdən sonra kran maşinistinə yükün bağlı olduğu ilmələrin boşalması və özünün açması üçün “mayna” komandası vermişdir. Bir daha bildirir ki, o, kran maşinistinə stop komandası ona görə vermişdir ki, yük artıq maşının üzərinə qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, xx.xx.2023cü il tarixdə, hadisə baş verən gün “Neft Daşları” NQÇİ-də əlavə 2 ədəd qaz-turbin generatorunun quraşdırılması üçün X23 Elektrik Stansiyasının genişləndirilməsi obyektində işini icra etmişəm. Hadisə baş verən tarixdə işə başlamazdan əvvəl gündəlik təlimat və texniki təhlükəsizlik qaydaları ilə bağlı məsələlər ona izah edilmişdir. 16 sentyabr 2023-cü il tarixdə, təxminən saat 10 radələrində hadisə baş verən obyekt onun işlədiyi yerdən təxminən 150-200 metr məsafədə yerləşdiyi üçün qışqırıq səslərinə görə hadisə yerinə getmişdir. Zərərçəkmiş şəxs xəsarət aldığını görmüş, daha sonra hadisə yerinə TTY maşını gəlmişdir. Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilərək, sonuncunu tibb məntəqəsinə aparılmış, daha sonra isə Zərərçəkmiş şəxs helikopter vasitəsi ilə təxliyə olunaraq xəstəxanaya yerləşdirilmişdir. Hadisə yerinə baxış keçirən zaman köməkçi blokun qırılaraq yük maşınının bortuna düşməsi ona məlum olmuşdur. Şahid5 verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə olan yerdə diqqət yetirə bilmədim nə olmasını, maşının üstündə yük var idi. Köməkçi blokun harada olmasına hadisə vaxtı Zərərçəkmiş şəxs qıvırılıb narahatlıq keçirməsindən dolayı diqqət edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, 16 sentyabr 2023-cü il tarixdə təxminən saat 09 radələrində iş zamanı istifadəyə yararsız köhnə dəmir boruları kran vasitəsi ilə yük maşınına yükləyərkən yük maşının yanında yerdə olmuşdur. Zərərçəkmiş şəxs avtomobilə çıxmasında məqsəd yüklənən dəmir borunun yük maşınına yerləşib-yerləşmədiyini dəqiqləşdirmək olmuşdur. Hadisə baş verən gün səhər işə gəldikdən sonra Təqsirləndirilən şəxs3 tərəfindən onlara vəzifə təlimatı və digər tapşırıqlar izah edilmişdir. Yük yükləyən zaman kranın köməkçi bloku qırıldı və Zərərçəkmiş şəxs xəsatət aldı. Həmin an o maşının qabaq hissəsində olmuşdur. Hadisə trosun qırılması nəticəsində baş vermişdir. Hadisə kran maşinistinin, yəni Təqsirləndirilən şəxs1 məsuliyyətsizliyi səbəbindən baş vermişdir. Belə ki, Nəbinin işlətdiyi kranın mexanizimdən başı çıxmamış, nəticədə hadisə baş vermişdir. Hadisə baş verən vaxtı o maşının qabağında olmuşdur. Zərərçəkmiş şəxs maşına çıxmışdır ki, yükün maşına qoyulmasını müəyyən etsin. Yük, yəni borular ilmələr vasitəsilə krana bağlı idi. Şahid X14 verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə nəticəsində zərərçəkmiş şəxs yerə yıxılmışdır. Həmin vaxtı zərərçəkmiş şəxsə köməkçi blokun dəyməsini görməmişdir. Köməkçi blok kuzanın içində idi. Köməkçi blok kuzanın içində boruların ortasına düşmüşdür. Orada yüklər köhnə borular olmuş, kənarlarında buynuza bənzər çıxıntılar olmuşdur ki, bu da yükün səliqəli şəkildə maşının bortuna yüklənməsini çətinləşdirmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs yükün maşının bortuna yüklənərkən dəqiq oturacağı sonuncu tərəfindən dəqiqləşdirilməli olmuşdur. Dəmir boruların uzunluğu təxminən 5-7 metr olardı. O, hadisə olan yerdə 3 gün idi işləyirdi. Kran maşinisti hadisə yerində ondan əvvəl işləmişdir. Hadisə baş verən an artıq səhv etmirsə 3-cü yük maşının bortuna qoyulmuşdur. Aralarında ən təcürbəli əməkdaş Zərərçəkmiş şəxs olmuş, sonuncu kran maşinisti Təqsirləndirilən şəxs1 komandalar vermişdir. Əvvəlki yüklər də elə hadisə baş verən an edilən proseduralarla eyni qaydada aparılmışdır. Belə ki, əvvəlcə yüklər ilmələr vasitəsilə krana bərkidilir, daha sonra kran vasitəsilə qaldırılaraq maşının bortuna qoyulurdu və sonradan Zərərçəkmiş şəxs avtomobilin bortuna çıxaraq həmin ilmələri açırdır. Əli maşına çıxanda kran maşinistinə dayan komandası vermişdir. Həmin vaxt yükün bir kənarı avtomobilin bortuna qoyulmuşdu. Əlinin kran maşinisti Təqsirləndirilən şəxs1 dayan komandası verməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, hadisə baş verən zaman o yükmaşının sol tərəfindən olmuş, Zərərçəkmiş şəxs isə maşının üzərində, daha doğrusu qabaq hissəsində olmuşdur. Köhnə dəmir boruların kran vasitəsi ilə yük maşınına yüklənməsi işi icra olunarkən Zərərçəkmiş şəxs yük maşınının bortuna çıxmış, həmin vaxt kranın köməkçi blokunun qırılaraq yük maşınının bortuna düşmüşdür. Bu zaman dəqiq bilmədiyi səbəbdən Zərərçəkmiş şəxs yük maşınının bortundan yıxılmış, Zərərçəkmiş şəxs xəsarət almasına səbəb köməkçi blok qırılan zaman zərbənin təsirindən yük, yəni dəmir boru yerdəyişmə etmiş, Zərərçəkmiş şəxs dəymişdir. Lakin, Zərərçəkmiş şəxs yıxılan zaman onu görməmişdir. Sonra Zərərçəkmiş şəxsla telefon vasitəsi ilə əlaqə saxladıqda ondan hadisənin necə baş verdiyini soruşmuş, Zərərçəkmiş şəxs ona köməkçi blokun dəydiyini və zərbənin təsirindən yerə yıxıldığını bildirmişdir. Şahid6 verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə baş verən vaxtı o maşının arxasında olmuşdur. O maşının arxasında yerdə olmuşdur. Əlinin həmin vaxtı maşının üstündə olub ya da yerdə olmasını bilmir. Köməkçi blok maşının üstünə düşmüşdür. Orada borular yolun kənarına yığılmış, bununla yanaşı başqa borular da olmuşdur. Zərərçəkmiş şəxs tərəfindən kran maşinistinə komanda verilməsi və ya stop verilməsi barədə heçnə eşidə bilməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2023cü il tarixdə hadisə vaxtı “Neft Daşları” NQÇİ-də yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında köhnə dəmir boruları kran vasitəsilə yük maşınlarına yükləyərək onların kənara daşınması işini görmüşlər. Əsas vəzifəsi yük maşınının idarə olunması olmuşdur. Bildirir ki, o hazırda həmin müəssisədə sürücü vəzifəsində çalışmaqdadır. Hadisə baş verməzdən əvvəl maşından hardasa 3-4 metr qabaqda dayanmışdı. Daha sonra bərk səs eşitmiş və Əlinin qışqırığını eşitdikdən sonra ona tərəf qaçmışdır. Şahid1 verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə baş verən vaxtı o, maşının qabağında 3-4 metr aralıda olmuşdur. Zərərçəkmiş şəxs hadisə baş verən zaman artıq yerdə görmüşdür. Zərərçəkmiş şəxs yıxıldığı yerdə boruya oxşar nəsə var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, xx.xx.2023cü il tarixdə, hadisə baş verən gün “Neft Daşları” NQÇİ-nin “Baza 1” adlanan meydançasında işini icra etdim, ümumilikdə Şahid5 ilə birlikdə “Neft Daşları” NQÇİ-də müxtəlif yerlərdə yerləşən 18 obyektə nəzarəti həyata keçirmişlər. Hadisə baş verən zaman başqa obyektə olmuşdur. Daha sonra onlara məlumat verilmişdir ki, ərazidə işlər görülərkən xəsarət alan olmuşdur. Zərərçəkmiş şəxs kranın yanında sağ tərəfdə yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Daha sonra ilkin tibbi yardımın göstərilməsi üçün tibb məntəqəsinə aparılmışdır. Şahid4 verilən suallara cavab olaraq göstərmişdir ki, o, gələndə Zərərçəkmiş şəxs yerdə görmüş, yıxılma anını görməmişdir. O, hadisə vaxtı başqa iş yerində olmuşdur. Onun olduğu yerdən hadisə olan yerin arasındakı məsafə təxminən 1 km məsafə olmuşdur. Səhərlər iş yoldaşları ilə yığışır, hardasa 11-12 nəfər, sonra hərə öz obyektinə gedir. Hadisə günü işin icrası ilə bağlı texniki təlimatı Təqsirləndirilən şəxs3 keçirmiş, bu hal da müvafiq sənədlərlə öz təsdiqini tapmışdır. Təlimatda işinin icrası ilə bağlı məlumat yazılmış, hansı işlərin görülməsi nəzərdə tutulmamışdır. Hadisə günü 4 sahə rəisinin müavini səhər səhər yığışmışdı. 22 sahəyə Briqada sahə rəisləri göstəriş verirdi. Həmin gün yerinə yetirilməli olan işlərlə bağlı ümumilikdə 22 sahə üzrə iş icraçısı olmalı olmuşdur. İşlərin görülməsi ilə bağlı məsuliyyəti sahə rəisi və iş icraçısı daşıyır. Sahə rəisi və ya onun müavini Təqsirləndirilən şəxs3 eyni vaxtda 2 sahədə işlərin görülməsini tapşıra bilməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3z oğlu ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 9 radələrində qaynaqçı olaraq işlədiyi obyektdən təxminən 30-40 metr məsafədə köhnə dəmir boruları kran vasitəsilə yük maşınına yükləmə işinin icra olunduğunu, işlədiyi vaxt anidən səsin gəldiyini, həmin səsə tərəf baxdıqda orada nəsə baş verdiyini anlamışdır. Təxminən 5 dəqiqə müddət ərzində hadisə yerinə çatdıqda Zərərçəkmiş şəxs yerdə xəsarət almış formada uzandığını görmüşdür. Digər iş yoldaşları ilə birlikdə Zərərçəkmiş şəxs köməklik edərək onu yük maşınının qarşısına tərəf aparmışlar. Bundan sonra TTY maşını gələrək Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmiş, onu tibb məntəqəsinə aparmışlar. Daha sonra isə Zərərçəkmiş şəxs vertolyot vasitəsi ilə təxliyə olunaraq xəstəxanaya aparıldı. Şahid3z oğlu verilən suallara cavab olaraq göstərmişdir ki,hadisə olan yerə səs eşitdikdən sonra, təxminən 5 dəqiqə sonra gəlmişdir. O gəldiyi zaman zərərçəkmiş şəxsi yerdə görmüşdür. Zərərçəkmiş şəxsin nəyin üstündə olmasına fikir verməmişdir. O, hadisə yerinə gəldiyi zaman krandan qırılan blokun yerdə olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, hazırda sahə rəisinin müavini vəzifəsində çalışır. Sahə rəisi Həsrət Osmanovdur. 16 sentyabr 2023-cü il tarixdə təxminən saat 10-11 radələrində iş icraçısı Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefonla onun istifadəsində olan mobil telefona zəng vuraraq işlədiyi sahədə hadisə baş verdiyini, hadisə zamanı quraşdırıcı Zərərçəkmiş şəxs xəsarət aldığını, tibb sahəsinə aparıldığını bildirmişdir. Hadisə baş verdikdən sonra dərhal rəhbərliyə məlumat vermişdir. Şahid7 verilən suallara cavab olaraq göstərmişdir ki,sahə rəsinin müavini kimi o, həmin ərazidə ümumi texniki-təhlükəsizlik tədbirlərinə riayət olunub-olunmadığını yoxlayır. Görülən işlərdə nasazlıq yarandığı zaman iş icraçıları onunla əlaqə saxlayır. Təqsirləndirilən şəxs3 ərazidə baş vermiş nasazlıqla bağlı ona məlumat verməmişdir. Sahəyə cavabdehlik daşıyan şəxs sahə rəisi və ya sahə rəisinin müavini olur. Həmin gün Təqsirləndirilən şəxs3 görülən işlərə nəzarət edən və cavabdehlik daşıyan şəxs olmuşdur. Təqsirləndirilən şəxs3 hadisənin baş verdiyi ərazi üzrə məsul şəxs olmuşdur. İşlərin görülməsi ilə bağlı nəzərdə tutulmuş 6-7 sahəyə həmin gün iki iş icarsıçısı cəlb olunmuşdur. Kranın nasaz olması ilə bağlı məlumatı olmamışdır. Kranın həmin əraziyə gətirilməsi, həmçinin nasaz olubolmadığını yoxlamaq bildiyi qədərilə Təqsirləndirilən şəxs3 vəzifəsi olmamışdır. Kran icarədə olmamışdır, başqa təşkilata məxsus kran olmuşdur. Həmin kran iki ildir ki, ərizədə işlərin görülməsində istifadə olunur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Neftqaztikinti trestinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət departamentinin rəisi Şahid8 ifadəsində bildirmişdir ki, 04/2023 saylı aktı o imza etmişdir. Bu halı təsdiq edir. Şahid8 verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə olan kran barədə heç bir məlumat daxil olmamışdır. Kranın saz vəziyyətdə olmasından iş görən kran maşinisti məlumatlı olmalı idi. Kranlara ildə bir dəfə texniki baxış, habelə işlərin görülməsi üçün xəttə çıxanda texniki baxış keçirilir. İşlərin görülməsi ilə əlaqədar kranı X9 vermişdir. Kranın alınması barədə təhvil təslim olmayıb, çünki hər iki müəssisə SOCARA aiddir. Kranın nədən nasaz olması onun yadında deyil. Aktı əmək müfəttişi tərtib edir, onlar da imzalamışlar. Aktın yazılışı ilə tanış olmuşdur. Nəbi Əsgərov kranda işə başlamamışdan əvvəl onu yoxlamalı idi, sonra kranda işə başlamalı idi. Nəbi kranın nasaz olması barədə yazılı məlumat verməli, kran jurnalıda qeydiyyat aparmalı idi. Akta görə Təqsirləndirilən şəxs3 öz vəzifə təlimatını pozduğuna görə məsulliyət daşımışdır. Lakin o, Təqsirləndirilən şəxs3 vəzifə təlimatını dəqiq bilmir. Belə hesab edir ki, Təqsirləndirilən şəxs3 hadisədə günahı qisməndir. Hadisə vaxtı Təqsirləndirilən şəxs3 orada olmadığından işlərə nəzarət edə bilməzdi. Həmin gün o, bir neçə obyektə təhkim olunmuşdursa həmin obyektlərdə olmalı idi. İşin təhlükəsiz yetirilməsinə cavabdeh şəxs iş rəhbəridir. Həmin vaxt Təqsirləndirilən şəxs3 həmin obyektə olmayıb. Lakin Təqsirləndirilən şəxs3 orada olmuş olsa belə hadisənin baş verməsinin qarşısını ala bilməzdi. Çünki kranın hansı hissəsinin xarab olmasını o bilmir. Kranın hansısa hissəsi sınıb düşüb və xəsarət yetiribsə Təqsirləndirilən şəxs3 onun qarşısını ala bilməzdi. Kranda hansı nasazlığın olduğunu deyə bilmir, dəqiq yadında deyildir. Təqsirləndirilən şəxs1 iş materiallarında olan ilkin izahatından görünür ki, sonuncu hadisə barədə qedy etmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 9 radələrində iş zamanı o, kran vasitəsi ilə kranın əsas bloku ilə toplamda 4 ədəd demontaj olunmuş köhnə dəmir boruların 3-ünü yük maşınına yüklədikdən sonra souncu dəmir borunu, yəni 4-cü borunu yük maşınına yükləyən zaman borunun yük maşınının bortuna çatmasına təxminən 1-1,5 metr qalmış qəfildən kranın kiçik blokunun dartınması nəticəsində blokun kəllə-çarxa dirəndiyini və xamut bağlanan yerdən qırılaraq, yük maşınının bortunda yerləşən 3 ədəd demontaj olunmuş boruların arasına düşdüyünü qeyd etmiş, habelə izahatında əlavə olaraq baş vermiş hadisənin kranın köməkçi blokunun qırılıb yük maşınının bortuna düşməsi ilə bağlı olduğunu fikirləşdiyini, Casagranda C-240 markalı kranın əsas və köməkçi bloklarında avtomat məhdudlaşdırıcıları olmadan idarə etməyin qadağan olduğunu bildiyini, hadisə günü idarə etdiyi Casagranda C-240 markalı kranın əsas və köməkçi bloklarında avtomat məhdudlaşdırıcıların olmadığını bildiyini göstərmişdir. Zərərçəkmiş şəxs iş materiallarında olan ilkin izahatından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-ü il tarixdə iş zamanı istifadəyə yararsız demontaj olunmuş dəmir boruları kran vasitəsilə yük maşınına yerləşdirdiklərini, sonuncu dəmir boru yük maşınının bortuna qoyulduqdan sonra kranın yüklə bağlı olan troslarını açmaq üçün yük maşınının kabinası ilə kuzovu arasına çıxarkən sağ əli ilə kran maşinisti Təqsirləndirilən şəxs1 “dayan” komandası verdiyini və Təqsirləndirilən şəxs1 dayan komandasını qəbul etdiyini, bundan sonra kranın qolunun baş hissəsindən trosun qırılması səsini eşitdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 ilkin izahatından görünür ki, Təqsirləndirilən şəxs3 hadisənin təfərrüatları barədə qeyd etmişdir ki, Zərərçəkmiş şəxs kran maşinistinə “dayan” əmri vermiş və yükün boşaldılacaq olduğu yerə baxış keçirmək məqsədilə yük maşınının bortuna çıxmış, habelə Zərərçəkmiş şəxs yük maşının bortuna çıxdıqda sonuncu yük yük maşınının bortuna qoyulmuş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Neftqaztikinti tresti (sifarişçi) ilə X9 (icraçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin icraçının hüquq və vəzifələri/öhdəliklərindən bəhs edən 3.2.2-ci bəndində qeyd edilmişdir ki, tələb olunan nəqliyyat vasitələrini “sifarişçiyə” vaxtında və texniki cəhətdən saz vəziyyətdə təqdim etmək icraçının vəzifəsidir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri “Neft Daşları” NQÇİ-nin ərazisində yerləşən YDM-in yaxınlığında olan “35 kv-luq kabel estakadısıdır. Estakadın kənarlarında hündürlüyü təxminən 01 metr olan müvəqqəti məhəccər qurlaşdırılmışdır. Məhəccərlərin alt hissəsində kabellər vardır. Estakada da təmir işləri aparılır. Hadisə yerinə gəldikdə «Casagranda C-240» markalı, 10-D-194 dövlət qeydiyyat nişanlı yük qaldırma qabiliyyəti 24 olan qaldırıcı kran vardır. Kranın əsas blokuna bağlı olan qarmaq 04 ədəd trosla estakadanın beton hissəsinə bərkidilmişdir. Qaldırıcı krandan təxminən 13 metr irəlidə yerdə kranın qırılmış köməkçi bloku vardır. Qaldırıcı kranın qüllə hissəsinin kəllə çarxına baxdıqda köməkçi blokun qırıldığı görünür. Köməkçi blokun qırılması nəticəsində kömkçi bloka bağlı olan tros yığılaraq kranın ön hissəsinə düşmüşdür. Köməkçi blok qarmaq hissəsi ilə birlikdə qırılmış, paslanmşdır. Köməkçi blokun baş hissəsinə baxdıqda qırılma müşahidə olunur. İş materiallarına əlavə olunmuş 1777 N-li əmək müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2015-ci il tarixdə 4 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsində (Neft Daşları) ƏÖD-6 olmaqla polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin kran maşinistinin peşə təlimatından görünür ki, “Əsas peşə borcu” hissənin 2.1. bəndinə əsasən onun peşə borcu Trosların bərkidilməsi düzgünlüyünün yoxlanması, tormozların və qoruyucu qorğuların tənzimlənməsidir. İş materiallarına əlavə olunmuş 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi Avtonəqliyyat və xüsusi texnika sahəsinin Avtomobil dəstəsinin dəstə rəisinin “Vəzifə Təlimatı”nın müəyyən bəndlərindən görünür ki - Dəstə rəisinin əsas vəzifəsi nəqliyyat vasitələrindən effektiv istifadə edilməsini, nəqliyyat vasitələrinin texniki cəhətdən düzgün istismarını və saz vəziyyətdə olmasını təmin etmək, iş şəraitinə uyğun olaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi üzrə praktiki tədbirləri işləyib hazırlamaqdan ibarətdir. - Nəqliyyat vasitələrinin vaxtında qara)dan getməsinə və qayıtmasına nəzarəti həyata keçirir, hərəkətin təhlükəsizliyinə təhdid edici təsir göstərən, texniki nasaz nəqliyyat vasitələrinin xəttə çıxmasına yol vermir və onların xətdə səmərəli istifadə olunmasını təmin edir, vaxtında qarafa qayıtmayan nəqliyyat vasitələrinin avtomobil dəstəsinin yerləşdiyi ərazidən kənarda qalmasına yol vermir. - Xəttə çıxmamışdan qabaq bütün növ nəqliyyat vasitələrinin sürücülərinin(motorçularının,maşinitlərinin) gündəlik tibbi yoxlamadan keçməsini təmin edir. - Sürücülər(motorçuları maşinistləri) növbəni təhvil verən zaman obyektlərdə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrinin qəbulu-təhvili və texniki ibaxışını təmin edir) - Azərbaycan Neft Sənayesində X8 İdarəetmə Sistemini bilməlidir. - əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına riayət olunması məsuliyyətini daşıyır. İş materiallarına əlavə olunmuş Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli xx/xx-12160 saylı məlumatından görünür ki, Zərərçəkmiş şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş 5-42-1/2-100/2023 saylı xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1971-ci il ildə Daşkəsən rayonunda anadan olmuş, Daşkəsən şəhəri, Mədənçilər qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs həqiqətən yaşadığı müddətdə qonşularla münasibəti yaxşı olmuşdur, onun özü ilə ailə üzvlərinin arasında hər hansı bir münaqişənin baş verməsi, habelə başqa şəxslərlə hər hansı narazılığın olması ilə bağlı Şəhər Nümayəndəliyinə nə şifahi nə də yazılı şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş 5-42-1/2-393/2023 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Məmmədov X15 şəhəri, Mədənçilər qəsəbəsində tək yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X18 məhkəmə-tibb ekspertizasının 90 saylı, 26 oktyabr 2023-cü il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində travmatik şokla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa qabırğalarının, sol incik, ayaq daraqarxası sümüklərinin sınıqları aşkar edildi. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə “X24” xəstəxanasına daxil olduğu vaxtdan birqədər əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmələri istisna olunmur və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 26 yanvar 2024-cü il tarixli, 3-16-16/2-10/8349 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, yükqaldırıcı kranın konstruktiv hissələrinin, o cümlədən burazların və onların bərkidilməsinin vəziyyəti dövrü olaraq texniki müayinədən keçirildiyinə, hadisədən əvvəl kranda hər-hansı texniki nasazlıq qeydə alınmadığına və yoxlama materialında «Casagranda C-240» markalı, 10-D-194 dövlət qeydiyyat nişanlı qaldırıcı kranın köməkçi blokunun qırılmasının səbəbi barədə hər hansı məlumatlar (baxış aktı, protokol və.s) olmadığına görə, hadisənin baş verməsini şərtləndirən bilavasitə texniki (yəni köməkçi blokun burazdan qırılması) səbəbini müəyyən etmək mümkün olmadı. Hadisənin baş verməsinin bilavasitə texniki səbəbini müəyyən etmək mümkün olmadığına görə, baş vermiş hadisə ilə əlaqədar əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının pozulub-pozulmamasına dair suallar üzrə tədqiqat aparmaq mümkün deyildir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə “28 May” NQÇİ-nin “Neft Daşları” yatağında yerləşən elektrik kabel dəhlizinin əsaslı təmiri zamanı “Neftqaztikinti”Trestinin bir nəfər işçisinin xəsarət alması ilə baş vermiş hadisəsinin araşdırılması haqqında xx.xx.2023cü il tarixli Aktdan görünür ki, “xx.xx.2023-cü il tarixdə "28 May” NQÇİ-nin Neft Daşları yatağında yerləşən elektrik kabel dəhlizinin əsaslı təmiri zamanı "Neftqaztikinti'' Trestinin bır nəfər işçisinin xəsarət alması ilə baş vermiş hadisəsinin araşdırılması haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, komissiyanın sədri: R Qarayev - Baş mühəndis-baş direktorun birinci müavini. Komissiyanın sədr müavinləri: Ə.Quliyev - Baş direktorun tikinti və təmir layihələrinin idarəedilməsi üzrə müavini. N.Hüseynov - Baş direktorun SƏTƏMM uzrə müavini, C Səmədov - Baş direktorun əməliyyatlar uzrə müavini, H Kərimov - Baş direktorun müavini, Komissiyanın üzvləri: E İbrahimov - Nəqliyyat və xususı texnika şöbəsinin rəisi, A Ramazanov - Hüquq departamentinin rəisi. E Abbasov - Baş mexanık-mexanıki avadanlıq və qurğulara texniki xidmət şöbəsinin rəisi. A Həmidzadə - Tikinti və təmir layihələrinin idarəedilməsi departamentinin rəis müavini, Q Cəlilov - Dəniz və hava nəqliyyatı şöbəsinin rəisi, E.Baloğlanov - Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət departamentinin rəis müavini E Mustafayev - Risklərin idarə olunması şöbəsinin rəisi bu aktı tərtib edirik ondan ötrü ki, “Azneft" İB-nin xx.xx.2023- cü il tarixli, 14-2-1 3-11-383 2023 saylı əmri ilə yaradılmış komissiya tərəfindən 28-xx.xx.2023-cü il tarixlərində "28 May" Neft və Qazçıxarma İdarəsinin (NQÇİ)-nın “Neft Daşları” yatağında yerləşən elektrik kabel estakadasının əsaslı təmiri işlərində kranla yukqaldırma əməliyyatı aparılan zaman “Neftqaztikinti” Trestinin işçisinin yıxılaraq xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin şəraiti və səbəbləri araşdırılmış və araşdırma nəticəsində hadisə yerinə keçirilən baxışdan, aparılan sorğu-sualdan və aidiyyəti sənədləri nəzərdən keçirdikdən sonra məlum oldu ki, "28 May” Neft və Qazçıxarma İdarəsinin 'Neft Daşları ' yatağında yerləşən 470 metr uzunluğunda 35 kV-luq kabel estakadasının əsaslı təmiri (Sifariş №11907) obyekti üzrə LSS-i əsasında "Neftqaztikinti" Trestinin 4 saylı Tikinti Quraşdırma Bölümü (TQB) tərəfindən əsaslı təmir işləri aparılır 16.09 2023-cü il tarixdə 4 saylı TQB-nin 3 nəfər quraşdırıcısı, 3 nəfər elektrik qaynaqçısı və “Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən və Xüsüsı Texnika İdarəsinin (İNMXTİ) 2 saylı Avtomobil və Xüsüsi Texnika sahəsinin (A və XTS) borudaşıyan sürücüsü Şahid1 və kran maşinisti Nəbı Əsgərov saat 06:30 radələrındə iş yerinə (kabel estakadasına) gələrək 4 saylı TQB-nin ış icraçısı Təqsirləndirilən şəxs3 tərəfindən işdən öncə təlimatlandırma (№16) keçirilmişdir Sonra köhnə estakadanın metal-konstruksiya elementlərinin sökülməsinə və yüklənməsi işlərinə başlanılmışdır. Bu işlərin görülməsində yüklərin qaldırılması və endirilməsi üçün Casagrande C-240 markalı 10-D-194 dövlət qeydiyyat nişanlı (d q n ) (inv ********) tırtıllı kran və **-JF-*** d q.n ZİL-131 markalı yəhərli borudaşıyan xüsusi nəqliyyat texnikası cəlb olunmuşdur. Hadisə baş verdiyi ana kimi, briqada tərəfindən 2 ədəd pilləkən, 2 ədəd estakada altında işlərin görülməsi üçün polad səbət, 4 ədəd 0530 mrn, L = 4-6 metr svay (hissəli) sökülmüş və onların sahilə çıxarılması üçün təzə təmir edilən estakadanın təqribən 70 metr məsafəsində (layihə üzrə umumı estakadanın uzunluğu 470 metr) Casagrande C-240 markalı tırtıllı kranla svayların ZİL-131 markalı yəhərli borudaşıyanın üzərinə qoyulmasına başlanılmışdır 3 ədəd svayı borudaşıyan yük maşının üzərinə yüklədikdən sonra, sonuncu 4-cü svay kranla qaldırılan zaman və ilmələr tarım şəkildə qalaraq borudaşıyan maşının bortuna endirildikdə, Casagrande C-240 markalı tırtıllı kranın köməkçi bucurqadın yığılması nəticəsində kiçik qarmağın bloku kran qoluna dirənmiş və polad burazın gərilməsi nəticəsində buraz ucundan qırılmış, köməkçi qarmaq təqribi 6-7 metr hündürlükdən svayların üzərinə düşmüşdür. Həmin an borudaşıyanın bortunda yüklərin qəbul edilməsini və ilmələnməsini həyata keçirən 4 saylı TQB-nin quraşdırıcısı Zərərçəkmiş şəxs bortun üzərindən maşının sağ tərəfinə estakadanın döşəməsinə yıxılaraq müxtəlif bədən xəsarətləri almışdır. 4 saylı Tikinti Quraşdırma bölümün (TQB 4) 2 saylı tikinti quraşdırma sahəsinin (TQS 2) 6-cı dərəcəli polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixində saat 09:40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə haqqında xx.xx.2023-cü il tarixli təhqiqat aktından görünür ki, trestin 18 sentyabr 2023-cü il tarixli, № 14-2-14/3-1İ-2939/2023 nömrəli əmri ilə yaradılmış komissiyanın sədri baş mühəndıs-müdir müavini Elmirzə Adgözəlov, sədr müavini Hidrotexniki qurğuların tikintisi və təmiri üzrə müdir müavini Faiq Mehtiyev, üzvlər SƏTƏMM və KND-nin rəisi Şahid8, istehsalat şöbəsinin rəisi Bəylər Qurbanov, risklər üzrə menecer Elçin Həsənli, başmexanik şöbə rəisi Cəmiyyət Əhmədov, SƏTƏMM və KND-nin ƏMŞ-nin rəisi İlqar Bağırov, Hüquq şöbəsinin rəisi Elçin Həsənəliyev, 4 saylı TQB-nin rəis müavini Teymuraz İbrahimov xx.xx.2023-cü il tarixində, saa 09:40 radələrində “28 may ”NQÇİ-nin "Neft Daşları” yatağında yerləşən L=470 uzunluğunda 35 kv-luq kabel estakadasının əsaslı təmiri” obyektində 4 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı Tikinti Quraşdırma sahəsinin 6-cı dərəcəli Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnən bədbəxt hadisəni araşdıraraq akt tərtib etmişlər. Həmin aktın bədbəxt hadisənin şəraitini təsvir edən hissəsindən görünür ki, 16 09.2023cü il tarixində saat 06:15-də iş icraçısı Təqsirləndirilən şəxs3 “28May" NQÇİ-nin “Neft Daşları” yatağında yerləşən 470m uzunluğunda 35 kv-luq kabel estakadasının əsaslı təmiri obyektinə briqada ilə işə gəlmişlər. İş icraçısı işçilərə işdən öncə təlimat keçmiş, iş tapşırıqlarını vermiş və və briqadir əvəzi Məmmədov Natiq ilə işə baxış keçirmişdir. İşçilər iş tapşırığına əsasən demontaj olunan boru və riqelləri "Casagrande" ekskavator kranla borudaşıyan nəqliyyat vasitəsinə yükləmə işlərinə başlamışlar. Saat 09:40 radələrində növbəti əməliyyat zamanı quraşdırıcılar Zərərçəkmiş şəxs və Məmmədov Natiq demontaj olunan borunu kranın əsas yükgötürən qarmağına qoşaraq nəqliyyat vasitəsinə yüklənməsi zamanı, yükün nəqliyyat vasitəsnin platformasına 40 sm məsafə qalmış yükün hərəkətinə “stop” verilmişdir. Yükün nəqliyyat vasitəsinin platformasına necə yerləşməsinə baxmaq üçün quraşdırıcı Zərərçəkmiş şəxs nəqliyyat vasitəsinin kabina ilə platformasının arasına çıxmışdır. Yükün ön tərəfinin düzgün yerləşdiyinə əmin olduqdan sonra arxa tərəfinin də tam oturması üçün növbəti komanda “blok mayna" (blok trosunun uzadılması ilə yükün asta-asta aşağı endirilməsi) komandası verilmişdir. Kran maşinisti əməliyyatı düzgün icra etməyərək “Strela mayna" qolun aşağı endirilməsi əməliyyatını icra etmişdir. Bu zaman kran qolu svay vuran kanatının ucunda olan blok və qarmağı dartmış, svay blokunun kanatı qolun gücünə dözməyərək qırılmışdır. Svay bloku qarmağ ilə birlikdə maşının platformasının üstünə düşmüş və oradan sıçrayaraq Zərərçəkmiş şəxs sol bədən nahiyəsinə dəyərək ona xəsarət yetirmiş və maşından yerə yıxmışdır. Nəticədə işçi müxtəlif bədən xəsarətləri almışdır. Sözügedən aktın bədbəxt hadisənin səbəbləri ilə bağlı isə qeyd olunmuşdur ki, komissiya hadisə yerinə baxış keçirib, hadisəni təhlil edərək və hadisə şahidlərinin izahatlarına əsaslanaraq belə qənaətə gəlmişdir ki, hadisənin baş verməsinə kran maşinistinin “Casagrande” ekskavator kranda ilk dəfə işləməsi və bu səbəbdən bu tipli kranın idarə etməsində səriştəsiz olması, Kran maşinistinin komandaları düzgün icra etməməsi, kranın məhdudlaşrıcılarının olmaması, quraşdırıcı Zərərçəkmiş şəxs takelajçı kursunu keçməməsi və müvafiq səriştəyə sahib olmaması, iş icraçısının bilavasitə kran əməliyyatı zamanı işə rəhbərlik etməməsi səbəb olmuşdur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti" trestinin 4 saylı TQB-nin 2 saylı TQS-nin dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 09:40 radələrində iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2023-cü il tarixli 3- 17-5/3-2-769/2023 nömrəli əmri ilə yaradılmış, tərkibində sədr X11 - X12 Xidmətinin Bakı şəhər İdarəsinin məsləhətçi-əmək müfəttişi və üzvlər, Şahid8 - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Neftqaztikinti trestinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət departamentinin rəisi, X7 Neftqaztikinti Tresti Həmkarlar İttifaqı Komitəsinin sədri olan komissiya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həmin bədbəxt hadisənin təhqiqatını aparmış və müvafiq akt tərtib etmişdir. Həmin aktın məzmunundan görünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən “Neftqaztikinti” trestinin 4 saylı TQB-nin 2 saylı TQSnin dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı Zərərçəkmiş şəxs ehtiyatsızlığını, 4.2-ci bəndinə əsasən “Azneft" İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 1 saylı Avtonəqliyyat və Xüsusi Texnika Sahəsinin Texnoloji nəqliyyat dəstəsinin kran maşinisti Təqsirləndirilən şəxs1 cavabdehliyini və 4.3-cü və 4.4-cü bəndlərinə əsasən "Neftqaztikinti’’ trestinin 4 saylı TQB-nin 2 saylı TQS-nin iş icraçısı Təqsirləndirilən şəxs3 cavabdehliyini müəyyən etmişdir. Eyni zamanda aktın məzmununda qeyd olunmuşdur ki, SSRİ-nin Nazirlər Şurası nəzdində Sənaye sahəsində iş və mədən təhlükəsiz nəzarət Dövlət Komitəsinin rəhbərliyi tərəfindən xx.xx.1969-cu il tarixidə təsdiq olunmuş “Yükqaldırıcı kranların və qurğuların təhlükəsiz əməliyyatı qaydaları"nın 346-cı bəndinin (Qaldırıcı maşınlarla malların qaldırılması və daşınması üzrə işlər həyata keçirərkən onların sahibi və bu işi həyata keçirən təşkilat məcburdur) “k” yarımbəndinin (Yükün altında insanlar olduğu halda yükün qaldırılması, endirilməsi və yerinin dəyişdirilməsi həyata keçirilməməlidir. Əgər yük ilməkçinin dayandığı meydançanın səviyyəsindən 1 metrdən çox olmayan hündürlükdə olarsa, yük qaldırılarkən və ya endirilərkən ilməkçi yükün yanında dayana bilər tələblərinə riayət edilməməsi. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli təhqiqat aktından görünür ki, “Bədbəxt hadisənin səbəbləri” kimi aşağıdakılar göstərilmişdir:
1. Kran maşinistinin “Casagrande” ekskavator kranda ilk dəfə işləməsi və bu səbəbdən bu tipli kranın idarə etməsində səriştəsiz olması.
2. Kran maşinistinin komandaları düzgün icra etməməsi.
3. Kranın məhdudlaşdırıcılarının olmaması,
4. Quraşdırıcı Zərərçəkmiş şəxs takelaj işlərini yerinə yetirməsi üçün səlahiyyətinin olmaması, yəni takelajçı kursunu keçməməsi və müvafiq səriştəyə sahib olmaması.
5. İş icraçısının bilavasitə kran əməliyyatı zamanı işə rəhbərlik etməməsi. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı “Neftqaztikinti” trestinin 4 saylı Tikinti-Quraşdırma bölümünün 2 saylı tikinti-quraşdırma sahəsində polad və dəmir-beton quraşdırıcısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs xx.xx.2023-cü iltarixdə “Neft daşları” NQŞİ-nin ərazisində iş zamanı xəsarət alması ilə bağlı araşdırma zamanı Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan yerə yıxılaraq xəsarət alması müəyyən edildiyi qeyd edilməklə, Zərərçəkmiş şəxs xəsarət alması faktı üzrə əməldə cinayət tərkibi olmadığından 42-C-23 saylı material üzrə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən əmək təhlükəsizlik texnikası ekspertizasının 17 may 2024-cü il tarixli, 3-16-16/2-10/2185 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Neft Daşları” NQÇİ-də köhnə dəmir boruların yük maşınına yüklənməsi işində istifadə olunan qaldırıcı kran məhdudlaşdırıcı ilə təmin olunmadığına və işin təhlükəsiz aparılması üçün müvafiq tədbirlər görülmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Tikintidə təhlükəsizlik texnikası” qaydalarının 3.2 bəndinin və “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 2.12.2, 9.3.9, 9.5.18 və 9.5.19 bəndlərinin tələbləri pozulmuşdur ki, bu dahdisənin texniki səbəbi olmuş, “Casagranda C-240” markalı, 10 D 194 dövlət qeydiyyat nişanlı qaldırıcı krana istismar sənədlərinin tələblərinə uyğun olaraq keyfiyyətli texniki xidmətin və təmirin aparılması təşkil olunmadan, işçi hərəkətlərinin avtomatik dayandırılması üçün məhdudlaşdırıcı ilə təmin olunmamış həmin qaldırıcı krandan istifadə olunmasına yol verildiyinə görə, “Tikintidə təhlükəsizlik texnikası” qaydalarının 3.2 bəndinin və Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 2.12.2, 9.3.9 bəndlərinin tələbləri 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi Avtonəqliyyat və xüsusi texnika sahəsinin Avtomobil dəstəsinin dəstə rəisi tərəfindən pozulmuş, Yükqaldırıcı kranla qaldırılmış yükün yaxınlığında adamlar (konkret halda Zərərçəkmiş şəxs) olmasına baxmayaraq, həmin yükün yerdəyişməsini həyata keçirdiyinə görə, “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.19 (“j” abzasının) bəndinin tələbləri hadisə ərəfəsində yükqaldırıcı kranı idarə etmiş “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 2 saylı A və XTS-nin kran maşinisti tərəfindən pozulmuş və Avtomaşının kuzovunda adam olduğu halda yükün avtomaşına endirilməsinə yol verildiyinə görə, “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.18 (“ə” abzasının) bəndinin tələbləri “NeftQazTikinti” trestinin 4 nömrəli bölümünün iş icraçısı tərəfindən pozulmuşdur. “Zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs baş vermiş hadisəni təsvir edərkən xx.xx.2023-ü il tarixdə iş zamanı istifadəyə yararsız demontaj olunmuş dəmir boruları kran vasitəsilə yük maşınına yerləşdirdiklərini, sonuncu dəmir boru yük maşınının bortuna qoyulduqdan sonra kranın yüklə bağlı olan troslarını açmaq üçün yük maşınının kabinası ilə kuzovu arasına çıxarkən sağ əli ilə kran maşinisti Təqsirləndirilən şəxs1 “dayan” komandası verdiyini və Təqsirləndirilən şəxs1 dayan komandasını qəbul etdiyini, bundan sonra kranın qolunun baş hissəsindən trosun qırılması səsini eşitdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qimsində cəlb etmə barədə qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qimsində cəlb etmə barədə qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 494 saylı xasiyyətnamədən görünür ki, xx.xx.1985-ci ildə anadan olmuş azərbaycanlı, ali təhsilli, evli ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 ailəlidir, hərbi xidmətdə olub. Vətəndaş Təqsirləndirilən şəxs2 haqqında Mənzil İstismar Sahəsinə şikayət daxil olmayıb. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2010-cu il təvəllüdlü Ayan Məmmədli, xx.xx.2011-ci il təvəllüdlü Cavidan Məmmədli, xx.xx.2018-ci il təvəllüdlü Murad Məmmədli olmaqla üç yetkinlik yaşına çatmayan övladı var. İş materiallarına əlavə olunmuş Siyəzən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Ayan Məmmədli, xx.xx.2011-ci il təvəllüdlü Cavidan Məmmədli, xx.xx.2018-ci il təvəllüdlü Murad Məmmədlinin yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs2 X1 xeyrinə hər ay qazancının (başqa gəlirinin) ½ hissəsi miqdarında aliment tutulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X18 əlavə məhkəmə-tibb ekspertizasının 02/90 saylı, 03 iyul 2024-cü il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində travmatik şokla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa qabırğalarının, sol incik, ayaq daraqarxası sümüklərinin sınıqları, Lumbal qeyri-stabillik, L1 fəqərəsinin kompression sınığı, L2-L3 fəqərələrinin retroliztezi aşkar edildi. Zərərçəkmiş şəxs xx.xx.2023cü il tarixdə “X24” xəstəxanasına daxil olduğu vaxtdan birqədər əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə qaldırıcı kran yükü qaldırarkən köməkçi blokun qırılaraq yük maşınının bortuna düşməsi zamanı, köməkçi blokun sonuncunun kürək nahiyəsinə dəyməsi və sonra hündürlükdənn yıxılaraq yer örtüyünə dəyməsi nəticəsində alması daha çox inandırıcıdır və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 5-47-15/2-53/2024 saylı məlumatdan görünür ki, Əskərov X2 kvartal 10a ev 4-ə pasport qeydiyyatına düşməsinə baxmayaraq, hal-hazırda Çaykənd kəndində yaşamır. Çaykənd kənd İN-nə Təqsirləndirilən şəxs1 haqda heç bir şikayət daxil olmayıb. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 537 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 30, mənzil 97 – də daimi qeydiyyatdadır. Yaşadığı müddətərzində 87 saylı MKİS-nə ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1.Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 162.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddə ilə ittiham elan olunmuşdur.
2. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası CM-in 162-1-ci maddəsinin tərkibi olmadığından, həmin maddə ilə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir.
3. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən iş üzrə toplanmış materiallardakı hadisə yerinə baxış keçirilməsi haqqında protokolu, şahidlərin və zərərçəkmiş şəxsin ifadələri, məhkəmə-tibbi ekspertizasının 90 saylı, 26 oktyabr 2023-cü il tarixli, əlavə məhkəmə-tibbi ekspertizasının 02/90 saylı, 03 iyul 2024-cü il tarixli və əlavə məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 17 may 2024-cü il tarixli, 3-16-16/2-10/2185 nömrəli rəyi və cinayət işinə əlavə edilmiş digər rəsmi sənədlər iş üzrə sübut kimi qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qimsində cəlb etmə barədə qərardan görünür ki, 25 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024 – cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 qarşı hər hansı bir şikayəti, iddiası və maddi tələbi yoxdur. xx.xx.2023-cü il tarixdə baş vermiş istehsalat qəzasında Təqsirləndirilən şəxs3 hər hansı bir təqsirinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayəthüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4-cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs3 barəsində düzgün hüquqi qiymət verilməmiş, onun barəsində qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 162.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa-iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İstintaq orqanı tərəfindən qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, müdafiə tərəfinin irəli sürdüyü, Təqsirləndirilən şəxs3 təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə irəli sürülmüş ittiham Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu şahid ifadələrinə əsaslandığından və şahid ifadələri digər mötəbər sübutlarla təkzib edildiyindən həmin ittiham əsaslı hesab edilə bilməz. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə görə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulması qanunverici tərəfindən cinayət əməli olaraq müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs3 verilmiş ittihama nəzər saldıqda görünür ki, sonuncu istinaq orqanı tərəfindən “NeftQazTikinti” trestinin 4 saylı tikinti quraşdırma bölümündə iş icraçısı vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət komitəsinin xx.xx.2004cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nm 9.5.18-cu bəndinin (“ə” abzası), yəni avtomaşının kabinasmda, eləcə də kuzovunda adam olduqda, yükün avtomaşına endirilməsinə, həmçinin qaldırılmasına icazə verilməməsi, avtomaşının və yarımvaqonlarm daimi yükləmə- boşaltma yerlərində ilməkçilər üçün stasionar estakadalar və ya örtüklü meydançalar quraşdırılmalıdır tələbini pozmaqda, yəni 16 sentyabr 2023-cü il tarixdə “Neft Daşları” NQÇİ-nin ərazisində yerləşən “28 May” NQÇİ-yə məxsus “35 kv- luq kabel estakadısı”-nm əsaslı təmiri üzrə istifadəyə yararsız svaylann «Casagranda C-240» markalı, 10-D-194 dövlət qeydiyyat nişanlı qaldırıcı kranla yük maşınına yüklənməsi işi icra edilərkən avtomaşının kuzovunda adam olduğu halda yükün avtomaşına endirilməsinə yol verilən zaman qaldırıcı kranın köməkçi blokunun qırılaraq yük maşınının bortuna düşməsi nəticəsində Zərərçəkmiş şəxs xəsarət almasında təqsirləndirilmişdir. Verilən ittihamla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, istintaq orqanı tərəfindən xx.xx.2023-cü il tarixdə işlərin görülməsi ilə əlaqədar “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.18-cu bəndinin “ə” abzasında sadalanan iki fərqli element üzrə tələblərin pozulması ilə bağlı ittiham irəli sürülmüşdür:
1. Avtomaşının kabinasmda, eləcə də kuzovunda adam olduqda, yükün avtomaşına endirilməsinə, həmçinin qaldırılmasına icazə verilməməsi tələbi,
2. Avtomaşının və yarımvaqonların daimi yükləmə-boşaltma yerlərində ilməkçilər üçün stasionar estakadalar və ya örtüklü meydançalar quraşdırılmalıdır tələbi. Məhkəmə bununla bağlı qeyd edir ki, 1-ci element üzrə tələblərin pozulması ilə bağlı istitnaq orqanı tərəfindən ittihamın irəli sürülməsi əsasları (Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2185 nömrəli rəyi və s.) məhkəmə üçün aydındır. Lakin öyrənilmiş iş materiallarında 2-ci element ilə sözügedən pozuntunun müəyyən edilməsi xüsusi bilik tələb edən sahə olmaqla qeyd olunan ekspert rəyində təqsirləndirilən şəxs tərəfindən “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.18cu bəndinin “ə” abzasının qeyd olunan hissəsinin tələblərini pozması ilə bağlı heç bir ifadənin işlədilməməsi, habelə bununla bağlı istintaq müddətində hər hansı araşdırmanın aparılmaması, təqsirləndirilən şəxsin və digər şəxslərin dindirilməsi zamanı həmin hallarla bağlı hər hansı sualın verilməməsi kimi xüsusatların təhlili məhkəmədə onu deməyə əsas verir ki, istitnaq orqanı tərəfindən ittihamla bağlı sənədlərin tərtibi zamanı “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.18-cu bəndinin “ə” abzasında qeyd olunan bütün halların (Avtomaşının və yarımvaqonların daimi yükləmə-boşaltma yerlərində ilməkçilər üçün stasionar estakadalar və ya örtüklü meydançalar quraşdırılmalıdır tələbi ilə bağlı) Təqsirləndirilən şəxs3 münasibətdə yazılaraq ittihama salınması texniki yanlışlıq nəticəsində olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 irəli sürülmüş ittihamdan “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.18-cu bəndinin “ə” abzasında Avtomaşının və yarımvaqonların daimi yükləmə-boşaltma yerlərində ilməkçilər üçün stasionar estakadalar və ya örtüklü meydançalar quraşdırılmalıdır tələbi ilə bağlı hissə xaric edilməli, sonuncunun əməllərinə qiymət “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.18-cu bəndinin “ə” abzasında qeyd olunmuş Avtomaşının kabinasmda, eləcə də kuzovunda adam olduqda, yükün avtomaşına endirilməsinə, həmçinin qaldırılmasına icazə verilməməsi tələbinin pozulması ilə bağlı ittiham hissəsində hüquqi qiymət verilməlidir. Məhkəmə ilk növbədə xx.xx.2023-cü il tarixdə icra olunan işin icra mexanizminin, orada fəaliyyət göstərən və hadisə nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs işlərin yerinə yetirilməsindəki rolunun öyrənilməklə təhlilinin aparılması, bundan sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbləri baxımından verilmiş ittiham çərçivəsində baş vermiş hadisə ilə bağlı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulub-pozulmamasının müəyyənləşdirilməsinin zəruri olduğunu qeyd edir. Bununla bağlı ilk öncə qeyd edilməlidir ki, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs “Neftqaztikinti” trestinin 4 saylı Tikinti-quraşdırma bölümünün 2 saylı tikinti-quraşdırma sahəsində polad və dəmir-beton quraşdırıcısı vəzifəsində işləmişdir. “xx.xx.2023-cü il tarixdə "28 May” NQÇİ-nin Neft Daşları yatağında yerləşən elektrik kabel dəhlizinin əsaslı təmiri zamanı "Neftqaztikinti'' Trestinin bır nəfər işçisinin xəsarət alması ilə baş vermiş hadisəsinin araşdırılması haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə “Neft Daşları” NQÇİ-nin ərazisində yerləşən “28 May” NQÇİ-yə məxsus “35 kvluq kabel estakadısı”-nın əsaslı təmiri üzrə istifadəyə yararsız svayların «Casagranda C-240» markalı, 10-D-194 dövlət qeydiyyat nişanlı qaldırıcı kranla yük maşınına yüklənməsi işi icra edilərkən Zərərçəkmiş şəxs borudaşıyanın bortunda yüklərin qəbul edilməsini və ilmələnməsini həyata keçirmişdir. Məhkəmə bu hissədə Zərərçəkmiş şəxs hadisə zamanı faktiki olaraq işini icra etdiyi ilməçi peşəsinin iş funksiyalarının, habelə onun tərəfindən işlərin yerinə yetirilməsi zamanı əməyin mühafizəsi qaydalarının nədən ibarət olması və digər xüsusatların təhlilini vurğulamağı zəruri hesab edir. Belə ki, ilk növbədə ilməkçinin peşə funksiyaları mobil, tırtıllı, qülləli və digər yükqaldırma vasitələri ilə yüklərin yüklənməsi və boşaldılması zamanı təhlükəsiz ilmələnməsi və kran operatoruna siqnalların verilməsindən ibarətdir. SOCAR NQT tresti tərəfindən təsdiqlənmiş ilməçi üçün əməyin mühafizəsi üzrə təlimatdan görünür ki, qaldırıcı kranların köməkliyi ilə yüklərin bağlanması, ilişdirilməsi və hərəkət etdirilməsi üçün ilməçi işə buraxılır (1.1), işə sərbəst başlamış ilməçi kran maşınisti ilə müəssisədə qoyulmuş qaydalara uyğun siqnal mübadiləsi aparmalıdır (1.9(e)). Həmçinin həmin həmin təlimatda qeyd edilmişdir ki, yükü endirməzdən əvvəl ilməçi borcludur (3.10): Əvvəlcədən yükün endiriləcəyi yeri nəzərdən keçirməli və yükün düşməməsinə, aşmamasına və yaxud da sürüşməməsinə əmin olmalıdır. Əgər lazım gələrsə ilmənin yükün altından rahat çıxarılması üçün yükün qoyulacağı yerə əvvəlcədən möhkəm altlıqlar qoyulmalıdır. Yük etibarlı surətdə yerinə qoyulduqdan, lazım gələrsə bərkidildikdən sonra ilməni yükün üstündən və yaxud da qarmaqdan açmaq lazımdır. SOCAR NQT tresti tərəfindən təsdiqlənmiş kran maşinisti üçün əməyin mühafizəsi üzrə təlimatdan görünür ki, kran maşinisti mexanizmləri yalnız yükləyicilərin siqnalları üzrə hərəkətə gətirməlidir. Düzgün verilməyən siqnallar nəticəsində kranla əlaqədar bədbəxt hadisə nəticəsində alınmış xəsarət və travmaya görə məsuliyyəti maşinist və düzgün siqnal verməyən yükləyici daşıyır. “Dayan” siqnalının kran maşinistinə kim tərəfindən verilməsindən asılı olmayaraq icra edilməlidir (3.5). Göründüyü kimi işlərin yerinə yetirilməsi zamanı kran maşinisti üçün “dayan” siqnalının kim tərəfindən verilməsindən asılı olmayaraq icra edilməli olması, habelə ilməkçi tərəfindən yük etibarlı surətdə yerinə qoyulduqdan, lazım gələrsə bərkidildikdən sonra ilməni yükün üstündən və yaxud da qarmaqdan açmaq yerinə yetirilən əmək funksiyalarındandır. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı iş üzrə xx.xx.2023-cü il tarixdə görülən işlərin xüsusatı üzrə Zərərçəkmiş şəxs yüklərin avtomaşına yerləşdirilməsi ilə əlaqədar yüklərin yerinə qoyulduqdan sonra avtomobilin bortuna çıxaraq yükün bağlı olduğu ilməklərin açılması üzrə hərəkətləri icra etməsi qanuni iş fəaliyyəti olmuşdur. Burada diqqət yetirilməli digər məqam ondan ibarətdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti" trestinin 4 saylı TQB-nin 2 saylı TQS-nin dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı Zərərçəkmiş şəxs xx.xx.2023cü il tarixdə saat 09:40 radələrində iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktında istinad olunan SSRİ-nin Nazirlər Şurası nəzdində Sənaye sahəsində iş və mədən təhlükəsiz nəzarət Dövlət Komitəsinin rəhbərliyi tərəfindən xx.xx.1969-cu il tarixidə təsdiq olunmuş “Yükqaldırıcı kranların və qurğuların təhlükəsiz əməliyyatı qaydaları"nın 346cı bəndinin (Qaldırıcı maşınlarla malların qaldırılması və daşınması üzrə işlər həyata keçirərkən onların sahibi və bu işi həyata keçirən təşkilat məcburdur) “k” yarımbəndində yükün ilməkçinin dayandığı meydançanın səviyyəsindən 1 metrdən çox olmayan hündürlükdə olduğu halda, yük qaldırılarkən və ya endirilərkən ilməkçi yükün yanında dayana bilmə imkanının mövcud olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən vurğulanmışdır. “Neftqaztikinti” trestinin 4 saylı tikinti quraşdırma bölümündə SƏTƏM üzrə mühəndis vəzifəsində işləyən Şahid4 ilkin izahatından görünür ki, Şahid4 hadisənin təfərrüatları barədə qeyd etmişdir ki, Zərərçəkmiş şəxs kran maşinistinə “dayan” əmri vermiş və yükün boşaldılacaq olduğu yerə baxış keçirmək məqsədilə yük maşınının botuna çıxmış, Zərərçəkmiş şəxs yük maşınının bortuna qoyulmadan, yəni təxminən yük maşınının bortunda təxminən 30 sm məsafədə hava olmuşdur. Şahid4 həmçinin müstəntiqin “boşaldılmalı olan yükün maşınının bortuna qoyulmadan havada olarkən Zərərçəkmiş şəxs yük maşınının bortuna çıxmasının onun vəzifə təlimatına uyğundurmu? Sualına cavab olaraq “bəli, tam uyğundur” deyə cavab vermişdir. Qeyd edilən hallar isə özlüyündə hadisə günü işlərin yerinə yetirilməsi zamanı 4-cü yükün avtomaşının bortuna yerləşdirilməsi işi icra olunarkən, Zərərçəkmiş şəxs avtomobilin bortuna çıxması zamanı yükün avtomobil üzərində yerinə qoyulub-qoyulmadığının, qoyulmadığı halda yükün yüklənməli olduğu yerdən hansı hündürlükdə olmasının müəyyən edilməsinin məhkəmə istintaqı baxımdan mühüm əhəmiyyət kəsb etdiyini deməyə əsas verir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan sənədlərdən göründüyü kimi Zərərçəkmiş şəxs elə ilk izahatlarında, ocümlədən məhkəmə istintaqı zamanı da ifadəsində və verilmiş suallara cavab olaraq hadisə günü işlərin görülməsi zamanı əvvəlcə 3 ədəd borunun maşına yüklənməsini, həmin yüklərin avtomaşının bortuna qoyulmasından sonra ilməklərin tərəfindən açılmasını, 4-cü yük borusunun avtomaşının bortuna qoyulmasından sonra kran maşinistinə “dayan” komandası verdiyini, Təqsirləndirilən şəxs1 onun komandasını qəbul etdikdən sonra yükə bağlı olan trosları açmaq üçün yük maşınının kabinası ilə kuzovu arasına çıxdığını, yükün avtomaşına düzgün oturduğunu müəyyən etdikdən sonra ilməkləri açmaq üçün kran maşinistinə “mayna” komandası vermişdir. Göründüyü kimi hadisənin bilavasitə iştirakçısı olan və faktiki olaraq yükün avtomaşına düzgün oturduğuna nəzarət etməklə, hadisə günü işə cəlb edilmiş şəxslər arasında bunu ən dəqiq görə biləcək yeganə şəxs Zərərçəkmiş şəxs olmaqla, sonuncu bütün ifadə və izahatlarında avtomobilin bortuna yalnız yükün kran tərəfindən yerinə qoyulmasından sonra çıxdığını bildirmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, iş materiallarının təhlilindən görünrür ki, xx.xx.2023-cü il tarixdə kran maşinisti olaraq çalışan Təqsirləndirilən şəxs1 ilkin izahat və ifadələrində Zərərçəkmiş şəxs 4-cü yükün təxminən avtomobilin yük yerindən 1-1,5 metr məsafədə olduğu, istintaqın sonrakı gedişatında isə həmin məsafəni bir qədər də artıraraq təxminən 2 metr məsafədə olduğu vaxt avtomobilin yük yerinə qalxdığını bildirsə də, məhkəmə istintaqı zamanı hadisə baş verən zaman kranın əsas blokunda olan yükün avtomobilə qoyulmaq üzrə olduğunu bildirmişdir. Məhkəmə qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs1 ifadələri arasında ziddiyətin mövcudluğu, sonuncunun ifadələrinin subyektiv xarakter daşımasını deməyə əsas verir ki, bu da kran maşinisti tərəfindən hadisə baş verərkən yükün avtomobilin bortundan olduğu hündürlük məsafəsinin dəqiq qeyd edilməməsi ilə hadisənin baş verməsində diqqət önünə zərərçəkmiş şəxsin özünün ehtiyatsızlığına çəkmək məqsədi daşıyır. Məhz bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs1 qeyd edilən hissədə ifadələrində göstərdiyi halları obyektiv amillərlə uzlaşmayan ifadə kimi qəbul edərək, mötəbər sübut olaraq qiymətləndirmir. Bununla əlaqədar olaraq məhkəmə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti" trestinin 4 saylı TQB-nin 2 saylı TQS-nin dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 09:40 radələrində iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktında qeyd olunan Təqsirləndirilən şəxs1 izahatında qeyd etdiyi yükün nəqliyyat vasitəsinin platformasına 1.5-2 metr qalmış hadisənin baş verməsi ilə bağlı olan hissələrinin də mötəbərliyinin şübhə altına alındığını qeyd edir. Digər tərəfdən 4 saylı Tikinti Quraşdırma bölümün (TQB 4) 2 saylı tikinti quraşdırma sahəsinin (TQS 2) 6-cı dərəcəli polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixində saat 09:40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə haqqında xx.xx.2023-cü il tarixli təhqiqat aktının bədbəxt hadisənin şəraitini təsvir edən hissəsindən göründüyü kimi 16 09.2023-cü il tarixində saat 06:15-də iş icraçısı Təqsirləndirilən şəxs3 “28May" NQÇİ-nin “Neft Daşları” yatağında yerləşən 470m uzunluğunda 35 kv-luq kabel estakadasının əsaslı təmiri obyektinə briqada ilə işə gəlmişlər. İş icraçısı işçilərə işdən öncə təlimat keçmiş, iş tapşırıqlarını vermiş və və briqadir əvəzi Məmmədov Natiq ilə işə baxış keçirmişdir. İşçilər iş tapşırığına əsasən demontaj olunan boru və riqelləri "Casagrande" ekskavator kranla borudaşıyan nəqliyyat vasitəsinə yükləmə işlərinə başlamışlar. Saat 09:40 radələrində növbəti əməliyyat zamanı quraşdırıcılar Zərərçəkmiş şəxs və Məmmədov Natiq demontaj olunan borunu kranın əsas yükgötürən qarmağına qoşaraq nəqliyyat vasitəsinə yüklənməsi zamanı, yükün nəqliyyat vasitəsinin platformasına 40 sm məsafə qalmış yükün hərəkətinə “stop” verilmişdir. Yükün nəqliyyat vasitəsinin platformasına necə yerləşməsinə baxmaq üçün quraşdırıcı Zərərçəkmiş şəxs nəqliyyat vasitəsinin kabina ilə platformasının arasına çıxmışdır. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxslərin təqdim etdikləri, qeydə alınması vaxtı dəqiq olmasa da videogörüntülərdən görünür ki, hadisədən sonrakı vaxtda çəkilmiş görüntülərdə kranın qarmağına 2 ilməklə bağlı olan yükün faktiki olaraq bir tərəfi yük avtomobilinin platformasına tam olaraq qoyulmuş, digər tərəfi isə avtomobilin yük platformasından kənardadır. Bununla bağlı müdafiə tərəfi hadisə zamanı kranın köməkçi blokunun qırılması nəticəsində avtomobilin üzərində olan yüklərə təmas etdiyini, həmin təmas nəticəsində yükün bir hissəsinin olduğu vəziyyətini dəyişməsinin mümkünlüyü, habelə videogörüntülərin dəqiq qeydə alına vaxtı məlum olmadığından, yükün sonradan kənar təsirlərə də məruz qalmış ola biləcəyini qeyd etmişdir. Məhkəmə sadalanan sübutları iş materiallarında olan digər hallarla qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, xx.xx.2023-cü il tarixdə hadisələrin baş verməsi mexanizmi həqiqətən də Zərərçəkmiş şəxs ifadələrində göstərdiyi kimi, yəni 4-cü yük olan dəmir boru yük maşınının bortuna qoyulduqdan sonra kran maşinisti Təqsirləndirilən şəxs1 “dayan” komandası verdikdən, Təqsirləndirilən şəxs1 onun komandasını qəbul etdikdən sonra yükə bağlı olan trosları (ilmələri) açmaq üçün yük maşınının kabinası ilə kuzovu arasına çıxması şəklində cərəya etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, hadisə zamanı yük ilə avtomobilin platforması arasında 1 metr və ya ondan çox hər hansı məsafənin olması toplanmış sübutlarla tam olaraq təkzib olunur. Belə ki, elə bir halın mövcud olduğu təqdirdə, 2 kənar hissəsindən ilmə ilə kranın qarmağına bərkidilmiş kifayət qədər uzun borunun bir tərəfinin avtomobilin platformasına qoyulduğu halda, digər tərəfinin 1 metr və ya daha yüksəkdə qalması yalnız kran vasitəsilə yükün qeyri-taraz şəkildə endirilməsi halında mümkündür ki, bu halda fizika qanunları baxımında borunun endirilməsi zamanı sürüşüb ilmələrdən çıxıb yerə düşəcəyi mübahisəsiz şəkildə qəbul edilməlidir. Qeyd olunan haları ümumiləşdirərək məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs hadisələrin təhlil olunan mərhələsinədək işin icrası ilə bağlı etdiyi hərəkətlərdə, işlərin görülməsi ilə bağlı hər hansı təhlükəsizlik qaydalarının pozulması halları olmamışdır. Hadisələrin sonrakı axarı ilə bağlı qeyd edilməlidir ki, iş materiallarında olan sənədlərdə, habelə Zərərçəkmiş şəxs özünün də deməsindən görünür ki, Zərərçəkmiş şəxs yükün düzgün yerləşdiyinə əmin olduqdan sonra yükün bağlı olduğu ilmələri açmaq üçün zəruri olan “blok mayna" (blok trosunun uzadılması ilə yükün asta-asta aşağı endirilməsi) komandası verilmişdir. Kran maşinisti əməliyyatı düzgün icra etməyərək “Strela mayna" qolun aşağı endirilməsi əməliyyatını icra etmişdir. Bu zaman kran qolu svay vuran kanatının ucunda olan blok və qarmağı dartmış, svay blokunun kanatı qolun gücünə dözməyərək qırılmışdır. Svay bloku qarmağ ilə birlikdə maşının platformasının üstünə düşmüş və oradan sıçrayaraq Zərərçəkmiş şəxs sol bədən nahiyəsinə dəyərək ona xəsarət yetirmiş və maşından yerə yıxmışdır. Nəticədə işçi müxtəlif bədən xəsarətləri almışdır. Göründüyü kimi Zərərçəkmiş şəxs yük avtomobilinin platformasına çıxdıqdan sonra bir daha yükün etibarlı şəkildə avtomobilin yük yerinə yerləşməsinə əmin olmuş və məhz ilməkçi olaraq fəaliyyəti ilə əlaqədar yükün bağlı olduğu ilmələri açmaq üçün kran maşinistinə “blok mayna" komandası vermişdir. SOCAR NQT tresti tərəfindən təsdiqlənmiş ilməçi üçün əməyin mühafizəsi üzrə təlimatın yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi yükün etibarlı surətdə yerinə qoyulduqdan, lazım gələrsə bərkidildikdən sonra ilməni yükün üstündən açmaq lazım olması ilə ilməçinin vəzifə funksiyalarına aid işlərin yerinə yetirilməsi ilə bağlı olmaqla Zərərçəkmiş şəxs tərəfindən işlərin icra olunması ilə bağlı hər hansı təhlükəsizlik qaydalarının pozulması hallarına yol verilməmişdir. Yəni 16 sentyabr 2023-cü il tarixdə “Neft Daşları” NQÇİ-nin ərazisində yerləşən “28 May” NQÇİ-yə məxsus “35 kv- luq kabel estakadısı”-nın əsaslı təmiri üzrə istifadəyə yararsız svayların «Casagranda C-240» markalı, 10-D-194 dövlət qeydiyyat nişanlı qaldırıcı kranla yük maşınına yüklənməsi işi icra edilərkən avtomaşının kuzovunda adam olduğu halda yükün avtomaşına endirilməsi ilə bağlı kran maşinistinə nə iş icraçısı, nə də Zərərçəkmiş şəxs, habelə digər şəxslər tərəfindən hər hansı komanda verilmədiyi, Zərərçəkmiş şəxs ilmələrin açılması üçün verdiyi “blok mayna" komandasını kran maşinisti düzgün icra etməyərək “Strela mayna" qolun aşağı endirilməsi əməliyyatını icra etdiyi, məhz bu hərəkətin nəticəsində (kran maşinistinin məsuliyyət daşıdığı pozuntular səbəbindən) kranın yükün qaldırılıbendirilməsində istifadə olunmayan köməkçi bloku qırılaraq yerə düşməsi nətcəsində Zərərçəkmiş şəxs xəsarət almışdır. Məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərərk qeyd edir ki, göstərilən anadək işlərin icra olunmasında hər hansı texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması halları aşkar edilmədiyindən, yəni 16 sentyabr 2023-cü il tarixdə “Neft Daşları” NQÇİ-nin ərazisində yerləşən “28 May” NQÇİ-yə məxsus “35 kv- luq kabel estakadısı”-nın əsaslı təmiri üzrə istifadəyə yararsız svayların «Casagranda C-240» markalı, 10-D-194 dövlət qeydiyyat nişanlı qaldırıcı kranla yük maşınına yüklənməsi işi icra edilərkən avtomaşının kuzovunda adam olduğu halda yükün avtomaşına endirilməsinə iş icraçısı tərəfindən yol verilməsi toplanmış sübutların məcmusu ilə öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə qeyd olunan sahədə işlərin yerinə yetirilməsi ilə bağlı Təqsirləndirilən şəxs3 “NeftQazTikinti” trestinin 4 saylı tikinti quraşdırma bölümündə iş icraçısı olaraq Azərbaycan Respublikasının Dövlətdağmədəntexnəzarət komitəsinin xx.xx.2004-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nm 9.5.18-cu bəndinin (“ə” abzası), yəni avtomaşının kabinasında, eləcə də kuzovunda adam olduqda, yükün avtomaşına endirilməsinə, həmçinin qaldırılmasına icazə verilməməsi ilə bağlı tələbini pozması ilə bağlı ittiham sübuta yetirilməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 kran qolunun altında onun qaldırılması və endirilməsi zamanı adamların olmasına kran işləyərkən yol verilməməsi tələbini pozmuş, nəticədə qaldırıcı kranla yük maşınına yüklənməsi işini icra edərkən idarə etdiyi kranın qolunun altında yükün endirilməsi zamanı qaldırıcı kranın köməkçi bloku qırılaraq yük maşınının bortuna düşdükdən sonra həmin köməkçi blok Zərərçəkmiş şəxs kürək nahiyyəsinin sol hissəsinə vurduğu zərbənin təsirindən sonuncunun həmin yük maşınından yerə yıxılaraq dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almışdır. Təqsirləndirilən şəxs2 isə öz vəzifəsini layiqincə icra etməmiş və nəticədə kran texniki müayinədən keçərkən, onun mexanizmləri, əyləcləri, hidro və elektrik avadanlığı, təhlükəsizlik cihazları və qurğuları işçi vəziyyətdə baxılmalı və yoxlanılmalı, qollu kranın yükgötürmə qabiliyyəti məhdudlaşdırıcısının düzgün işləməsinin yoxlanılması onun yük xarakteristikası nəzərə alınmaqla aparılmalı, həmçinin kranın texniki müayinəsi zamanı qarmağın və blokların vəziyyəti, sonuncu qapayıcı açar işə düşdükdə və qaldırıcı mexanizm dayanarkən qarmaq asqısı ilə dayaq arasındakı faktiki məsafə, burazların və onların bərkidilməsi vəziyyəti yoxlanılması tələblərini pozmuşdur. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 kranı nasaz vəziyyətdə istifadəyə vermiş, N.Əsgərov isə məhdudlaşdırıcı qurğu olmadan həmin kranı işə salmışdır. Nəticədə bədbəxt hadisə baş vermişdir. Təqsirləndirilən şəxs3 öz ifadəsindən, zərərçəkmiş və şahid ifadələrindən və cinayət işinin materiallarından görünür ki, o, kranın texniki baxımından saz vəziyyətdə olub-olmadığını bilə bilməzdi və hadisənin qarşısını da ala bilməzdi. Belə ki, kranın məhdudlaşdırıcı qurğusunun olmaması barədə ona əvvəldən məlumat verilməmişdir. Yuxarıda sadalanan hallar nəzərə alınmaqla, habelə Təqsirləndirilən şəxs3 təqsiri sübut edilməməklə, buna görə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham əsasız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsinin dispozisiyasından da göründüyü kimi texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurma cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli birbaşa qəsdlə törədilməlidir. Hazırki halda isə Təqsirləndirilən şəxs3 tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurmaya dair hər hansı bir qəsdən söhbət gedə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.17-ci maddəsinə əsasən təqsirli olmadığını bildirmək təqsirləndirilən şəxsin hüququ kimi nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X3rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hesab edir ki, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan-təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Eyni zamanda, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə özünü təqsirli bilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübutayetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs3 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs3 istinad edilən ittiham üzrə bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs3 cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəməyə verdiyi ifadəsi həqiqətə uyğun deyildir, belə ki, onların məhkəmə istintaqında göstərdikləri özlərinin ibtidai istintaq zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onların bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsiri məhkəmə baxışı zamanı onun özünün ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar, törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 3 yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən ona 01 (bir) il müddətinə dövlət orqanlarında və ya yerli özünüidarə orqanlarında Xüsusi Texnika sahəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “bаşqа yеrə gетмəмəк hаqqındа ilтizам” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Göygöl rayonu, Çaykənd kəndi, 10A, ev 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22.00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Göygül rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs2 оğlu Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət orqanlarında və ya yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “bаşqа yеrə gетмəмəк hаqqındа ilтizам” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22.00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir.. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 204 (iki yüz dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təqsirliliyi sübuta yetirilmədiyindən görə Azərbaycan Respublikası CM-in 162.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «bаşqа yеrə gетмəмəк hаqqındа ilтizам » qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən ona 01 (bir) il müddətinə dövlət orqanlarında və ya yerli özünüidarə orqanlarında Xüsusi Texnika sahəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı Göygöl rayonu, Çaykənd kəndi, 10A, ev 4 ünvanını axşam saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Göygül rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “bаşqа yеrə gетмəмəк hаqqındа ilтizам” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 оğlu Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət orqanlarında və ya yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanını axşam saat 22:00-dan saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “bаşqа yеrə gетмəмəк hаqqındа ilтizам” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 204 (iki yüz dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə cəmi 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən hakim Faiq Qasımov