Məhkəmə qərarları › İş №1(094)-27/2023

Pirallahı Rayon Məhkəməsi Qərar — İş №1(094)-27/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(094)-27/2023 11.07.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Astara rayonu Təngərüd kəndində qeydiyyatda olan, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Bağırov küçəsində yerləşən nömrəsiz fərdə yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Bağırov küçəsində yeləşən nömrəsiz fərdi evin dəhlizində və giriş qapısının qarşısında qeyri rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunu itələyərək və sillə zərbələri ilə qəsdən vuraraq ona sifətin sol yarısının, boynun sağ yan səthinin, sağ bazunun, döş qəfəsinin ön səthinin qançırları, sağ dirsək oynağının qançırı-yumşaq toxumalarının əzilməsi ilə nəticələnən yetirildiyi an qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməl məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, o, Astara rayonu Təngərüd kəndində qeydiyyatda olsa da, müvəqqəti olaraq işləri ilə əlaqədar Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Bağırov küçəsində tanışına məxsus nömrəsiz fərdi evdə yaşayır. Ailəlidir, 3 övladı var, lakin bir neçə müddətdir ki, Zərərçəkmiş şəxs ilə qeyri rəsmi birlikdə yaşadığı üçün ailə üzvləri ilə əlaqəsini kəsmişdir. Təmir tikinti usatası kimi çalışıb gündəlik qazanc əldə edir, 20 sentyabr 2020-ci ildə Pirallahı qəsəbəsində usta kimi fəaliyyət göstərdiyi zaman Vəfa ilə tanış olmuşdur. Ailəli olsa da, Bakıda tək yaşayıb usta kimi fəaliyyət göstərdiyi üçün, tanışlıqlarından 3-4 ay sonra münasibətləri barədə ailə üzvləri xəbər tutduqdan sonra onunla qeyri rəsmi yaşamağa qərar vermişdir. 4 ilə yaxın münasibətləri ərzində Zərərçəkmiş şəxs ilə aralarında dəfələrlə qısqanclıq zəminində sözlü mübahisələri olmuşdur, bu mübahisələr zamanı ona əl qaldırsada heç bir zaman xəsarət yetirməmişdir. 2023-cü ilin əvvələrində Vəfa ilə telefon danışığı zamanı aralarında yenidən qısqanclıq zəminində sözlü mübahisə yaranmış, bu zaman Vəfa onu təhqir etdiyi üçün münasibətləri aydınlaşdırmaq məqsədilə onun yaşadığı ünvana getmiş, lakin Vəfa evin qapısını açmadığı üçün onunla görüşmədən həmin ünvandan uzaqlaşmışdır. Həmin hadisədən sonra Vəfa ilə əlaqə saxlayaraq ailəsindən rəsmi şəkildə ayrılacağını və onunla münasibətləri daha ciddi şəkildə davam etdirmək istədiyini, ona düşünmək üçün zaman verərək, işləri ilə əlaqədar qəsəbəni tərk etdiyini bildirmişdir. 18 may 2023-cü il tarixdə Vəfa onunla əlaqə saxlayaraq görüşə biləcəkləri barədə məlumat verdikdən sonra Pirallahı qəsəbəsinə müvəqqəti yaşadığı ünvana gəlmiş və 2023-cü ilin 20 may tarixində təxminən səhər saat 9 radələrində həmin ünvanda onlar görüşmüşlər. Birlikdə bir müddət zaman keçirdikdən sonra söhbət etdikləri zaman, Vəfa yenidən qısqanclıq zəminində mübahisə etməyə başlamışdır, mübahisə zamanı yüksək səslə danışdığı üçün onu sakitləşdirməyə çalışsa da, ona məhəl qoymadığı üçün üzündən 1 sillə zərbəsi vurmuş, lakin bundan sonra mübahisə sakitləşməmiş və o əsəblərinə hakim ola bilməyib Vəfanın qolundan və boğazından tutub divara itələmişdir. Vəfanın qolu divara dəymiş və o yerə yıxılmışdır. Vəfa yerə yıxıldıqdan sonra ağlamağa başlamış və özünün əsəblərini sakitləşdirmək və bu mübahisəni davam etdirməmək üçün onun yanında qalmayıb yataq otağına getmişdir. Bir müddət sonra Vəfa çantasını götürüb heçnə demədən evdən çıxıb getmişdir. Polis əməkdaşları onu polis idarəsinə dəvət etdikdə Vəfanın şikayət etdiyini öyrənmişdir. Hadisə zamanı özü xəsarət almamışdır və evdə heç kim olmamışdır. Törətdiyi əməlindən peşman olaraq Vəfa ilə barışmışdır. Hazırda Vəfanın ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, 2020-ci ildən həyat yoldaşından ayrılsada rəsmi nigahları pozulmamışdır. Həmin evlilikdən 1 azyaşlı övladı var. O, 2022-ci ildən X1 kiçik tibb işçisi işləyir. 2020-ci ildə həyat yoldaşı ilə qeyri rəsmi ayrıldıqdan sonra qızı ilə birlikdə anasın yanında yaşayır. 2020-ci ilin sentyabr ayında Pirallahı qəsəbəsində yaşayış binalarında aparılan təmir işləri zamanı usta kimi işləyən Rövşənlə tanış olmuşdur. Rövşən ona ailəli olsa da Bakıda tək yaşadığını, ailə üzvləri ilə əlaqəsi olmadığını bildirmişdir. Tanışlıqlarından 3-4 ay sonra Rövşən ona ailə üzvlərinin onunla münasibətindən xəbərdar olduqlarını və bundan sonra onunla qeyri rəsmi yaşayaraq daha sıx münasibətdə olmaq istədiyini bildirmişdir. O, bundan sonra Rövşənlə münasibətləri bitirməyə çalışmış, lakin sonradan tək qadın olduğu üçün onunla münasibətləri davam etdirmək qərarına gəlmişdir. Münasibətlərinin ilk vaxtlarında aralarında qarşılıqlı qısqanclıq zəminində sözlü mübahisələr olurdu, bu səbəbdən də aralarındakı münasibəti bitirməyə çalışmışdır. 2023-cü ilin may ayının əvvələrində Rövşənlə əlaqələri kəsmək məqsədilə ona məxsus mobil nömrələri zəngləri qəbul etməməsi üçün qara siyahıya atmışdır, bundan sonra Rövşən onun ailəsi ilə birlikdə yaşadığı ünvana gələrək onu narahat etməyə başlamışdır. O, Rövşənə onu narahat edəcəyi halda polisə şikayət edəcəyini bildirmişdir. 20 may 2023-cü il tarixdə Rövşənlə münasibətlərini aydınlaşdırmaq məqsədi ilə onunla əlaqə saxlayıb Rövşənin müvəqqəti yaşadığı Pirallahı qəsəbəsi S.Bağırov küçəsində yerləşən nömrəsiz fərdi evə getmişdir. 20 may 2023-cü il tarixdə səhər saat təxminən 9 radələrində Rövşənin yaşadığı ünvana getmiş və bir müddət birlikdə vaxt keçirdikdən sonra təxminən saat 10 radələrində aralarında qısqanclıq zəminində sözlü mübahisə yaranmış və mübahisə zamanı Rövşən onun üzünə sillə zərbəsi vurmuşdur. Rövşənin onu döyüb ağır xəsarətlər yetirəcəyindən qorxduğu üçün, onu sakitləşdirməyə çalışdıqda Rövşən onu bir əli ilə qolundan digər əli ilə isə boğazından tutub özündən kənara itələmişdir. Bu zaman qolu divara dəyərək sürtülüb əzilmiş və yerə yıxılan zaman çanaq nahiyəsindən xəsarət almışdır. Mübahisənin böyüməməsi üçün əl çantasını götürüb oradan çıxıb birbaşa polis idarəsinə getmiş və baş vermiş hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. Hazırda Rövşən onunla barışmışdır. Buna görə də onun Rövşəndən heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Rövşən barəsində olan hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 23 may 2023-cü il tarixli, 45 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – sifətin sol yarısının, boynun sağ yan səthinin, sağ bazunun, döş qəfəsinin ön səthinin qançırları, sağ dirsək oynağının qançırı-yumşaq toxumalarının əzilməsi aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən Zərərçəkmiş şəxs müayinədən 1 günə qədər əvvəl törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yetirilmələri istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddilər. Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər əlçatan nahiyələrdə yerləşməsinə, xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin özü tərəfdən yetrilməsi inandırıcı deyildir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspert rəyi və məhkəməyədək sadələşdirilmiş icraat materialında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 04 iyul 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Rövşəndən heç bir şikayəti və tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 01 iyun 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Astara Rayon Xalq Məhkəməsinin 06 mart 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 38, 215 və 143-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli Amnistiya Qərarının 1.4-cü maddəsinə əsasən azad olunmuşdur. 2) Astara Rayon Xalq Məhkəməsinin 26 yanvar 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 164-cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 2.750.000 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73 və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai araşdırma zamanı və məhkəmədə iclası zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və məhkəmə iclasları zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) iş saatına görə (ibtidai araşdırma zamanı 15 saat və məhkəmə baxışı zamanı 15 saat) ümumilikdə 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmədə müdafiə edilməsinə görə ümumilikdə 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar