Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-27/2024 15.10.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, evli, оrtа təhsilli, məhкum оlunmuş və məhkumluğu ödənməmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, ev 44, mənzil 4-də yaşayan, barəsində “pоlisin nəzаrəti аltınа vеrmə” qətimкаn tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,191 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,152 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 07 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “İşıqlı” marketin yaxınlığına kimi daşımış, həmin gün orada saat 17:00-da piyada hərəkətdə olarkən Pirallahı RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Polis idarəsinin inzibati binasına gətirilmiş, həmin gün saat 18:15də Pirallahı RPİ-nin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə Videoçəkiliş nkeçirilərək üzərində şəxsi axtarış aparılan zaman əyində olan boz rəngli şalvarın sol yan cibində bir ədəd kibrit qutusunun içində 02 ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkiləri 0,105 qram və 0,086 qram ümumi təmiz çəkiləri 0,191 qramn qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış həmin xeyli miqdarda narkotik vasitə heroin və 01 ədəd ağ kağıza bükülmüş təmiz çəkisi 0,152 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, аnкеt məlumаtlаrındа göstərilən ünvаndа аiləsi ilə birliкdə yаşаyır, evlidir, fərdi əməklə məşğul olur, əvvəllər məhkum olunub. 07 iyun 2024-cü il tarixdə işləri ilə əlaqədar Xəzər rayonu, Türkan qəsəbəsinə getmişdir. Türkan qəsəbəsindən Pirallahı rayonuna qayıdan zaman Türkan dairəsi adlanan ərazidə tanımadığı bir şəxs ona yaxınlaşaraq salamlaşmış, ümumi söhbət əsnasında nə işlə məşğul olduğunu gündəlik həyat tərzləri barədə söhbət etmişlər. Həmin şəxs üzərində narkotik maddə olduğunu pula ehtiyacı olduğu üçün onu satmaq istədiyini ona bildirmişdir. O, ona əvvəllər narkotik maddə istifadə etsə də, 1 ildən artıq müddətdir ki, istifadəçisi olmadığımı bildirmişdir. Lakin, onunla sağollaşıb oradan uzaqlaşmaq istədikdə şəxsi istifadəsi üçün narkotik almaq qərarına gəlmişdir. Həmin şəxs ona ağ siqaret kağızına bükülmüş 3 ədəd büküm vermiş, ona 2 ədəd bükümdə heroin və 1 ədəd bükümdə metamfetamin olduğunu bildirərək, bükümlərin hər birini 10 manat qarşılığında olmaqla ümumi 30 manata satdığını bildirmişdir. O, razılaşaraq ağ kağıza bükülmüş 3 ədəd bükümü ondan alıb üzərində olan kibrit qabının içərisindəki kibritləri boşaldaraq ora qoymuşdur. Həmin şəxslə sağollaşıb oradan uzaqlaşaraq Pirallahı qəsəbəsinə tək qayıtmışdır. İşləri ilə əlaqədar Pirallahı qəsəbəsi S.Vurğun küçəsi İşıqlı market yaxınlığına gəlmış, orada işləri yekunlaşdırdıqdan sonra əldə etdiyi narkotik vasitəni boş vaxtlarında istifadə etmək üçün evdə gizlətmək qərarına gəlmişdir. İşıqlı marketin yaxınlığından keçdiyi zaman 2 nəfər mülki geyimdə şəslər ona yaxınlaşaraq, polis əməkdaşı olduqlarını bildirərək, onu polis idarəsinə dəvət etmişlər. Xidməti otaqların birində ona müdafiəçi seçmək hüququnun olduğu izah edildikdən sonra onun istəyi ilə dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri ona izah edilmiş və onun razılığı ila video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində olan əşyaları masanın üzərinə qoyması istənilmişdir. O, əynində olan boz rəngli şalvarının sol cibimdə kibrit qabının içərisində saxladığı 3 ədəd bükümü çıxararaq xitməti otaqda olan masanın üzərinə qoymuşdur. Axtarış zamanı üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Masanın üzərinə qoyduğu 3 ədəd büküm açılaraq orada olan iştirakçılara göstərilmiş, sorğu zamanı bildirmişdir ki, həmin bükümlər ona məxsusdur və 07 iyun 2024-cü il tarixdə tanımadığı şəxsdən 30 manat qarşılığında Türkan dairəsi adlanan yerdə almışdır. Sonra bükümlər zərfə qoyulub qablaşdırılaraq götürülmüş, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və oxunduqdan sonra o, da daxil olmaqla orada olan bütün iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli özünü təqsirli bilməsi məhkəmədə tədqiq edilmiş, şahidin ifadəsi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin CAB-nin baş əməliyyat müvəkkli Şahid2 göstərdi ki, xx.xx.2024-cü il tarixdə Pirallahı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə Pirallahı RPİ-yə əməliyyat məlumatı daxil olmuş, bundan sonra əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə RPİ rəhbərliyindən müvafiq icazə alınmışdır. Pirallahı RPİ-nin CAB-ın əməkdaşı Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 16:30 dəqiqədə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, “İşıqlı” marketin yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək Pirallahı RPİ-nin inzibati binasına getmək təklif edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİnin inzibati binasına gəlmiş və müdafiəçi ilə təmin edilmişdir. Sonra videoçəkilişlə onun və CAB-ın əməkdaşı Şahid1, eləcə də dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunun içərisində olan 03 ədəd ağ rəngli kağıza bükülmüş bükümləri çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman başqa qeyri qanuni heç bir əşya aşkar edilməmiş, aşkar edilmiş 03 ədəd büküm açıldıqda 02 ədəd bükümün içərisində qəhhvəyi rəngli, spesefik iyə malik, narkotik vasitə heroinə bənzər maddə digər 01 ədəd bükümdə isə içərisində ağ kristalik hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 03 ədəd bükümün 02 ədədinin içindəki narkotik vasitə heron digər 01 ədəd bükümün içindəki psixotrop maddə metamfetamin olduğunu, belə ki, həmin narkotik vasitə və psixotrop maddəni xx.xx.2024-cü il tarixdə, Xəzər rayonu, Türkan qəsəbəsində tanımadığı şəxsdən 30 manat müqabilində əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı aşkar olunan 02 ədəd içində narkotik vasitə heroinə bənzər kütlə olan bükümlər və 01 ədəd psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm zərfdə qablaşdırılmış və 237 saylı möhürlə möhürlənmişdir. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən həm protokol, həm də zərf imzalanmışdır. O, də öz növbəsində protokolu və zərfi imzaladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilən və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. i.v. 96-97. İş materiallarında 07 iyun 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə Pirallahı rayon polis idarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd kibrit qutusunun içərisində 03 ədəd ağ rəngli kağıza bükülmüş 02 ədəd büküm narkotik vasitə olan heroin və 01 ədəd büküm psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin psixotrop maddəni tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. i.v. 33-34. İş materiallarında iş üzrə Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il tarixdə üzərində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı protokola əlavə olunmuş CD formatlı diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə üzərində şəxsi axtarış aparılarkən əynində boz rəngli şalvarının sol sol yan cibindən 01 ədəd kibrit qutusunun içərisində 03 ədəd bükümlərdən 02 ədəd bükümdə narkotik vasitə olan heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni tanımadığı şəxsdən 30 manata aldığını bildirir. i.v. 57. İş materiallarında iş üzrə təyin edilərək keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3170 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində « Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd bükümdə narkotik maddəyə bənzər kütlə; …» yаzı və imzаlаr оlаn zərfdəki: - 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,191 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin bu zərfdəki ümumi sayı 02 ədəd olan bükümdəki heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. -01 ədəd bükümdə təmiz çəkisi 0,152 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qеyd: Heroin ümumi təmiz çəkisi 0,191 qram, tədqiqata sərf edildi cəmi-0,080 qram, qalıq -0,111 qram; Metamfetaminin ümumi təmiz çəкisi -0,152 qrаm, tədqiqаtа cəmi sərf еdildi -0,030 qrаm, qаlıq 0,122 qrаm. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildirlər. i.v. 39-44. İş materiallarında iş üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tаriхli 4411 nömrəli rəyindən görünür ki: Müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. i.v. 88-89. İş materiallarında Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,191 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,152 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq hissəsi 0,111 qram narkotik vasitə heroin və 0,122 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Pirallahı RPİ-nin Saxlama Yerinə təhvil verilmişdir. i.v. 91-92 Bеləliкlə Təqsirləndirilən şəxs törətdiyi cinаyət əməli məhкəmə bахışı zаmаnı аrаşdırılаraq, qiymət vеrilməкlə özünün ifаdəsi, şаhid ifаdəsi, екspеrtizа rəyləri ilə tаm sübutа yеtirilmişdir. Təqsirləndirilən şəxs qеyd еdilən əməllərinin cinаyət оlmаsını аrаdаn qаldırаn hаllаr, həmçinin оnun cinаyət məsuliyyətindən аzаd еdilməsi üçün əsаslаr yохdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Аzərbаycаn Rеspublikаsı CM-in 234.1-ci mаddəsi ilə 02 il 06 аy 06 gün azadlığın məhdudlaşdırılması cəzası təyin еdilmişdir. Lakin onun cəzası qurtarmamış və məhkumluğu ödənilməmişdir. İ.v. 86-87 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixə cəzasının 01 il 10 ay 23 gün çəkmiş çəkilməmiş 07 ay 13 gün cəzası qalmışdır. Azərbaycan Respublikası CM-in 18.1-ci mаddəsində nəzərdə tutulmuşdur ki, qəsdən cinаyət törətməyə görə əvvəllər məhkum оlunmuş şəхs tərəfindən yеnidən qəsdən cinаyətin törədilməsi cinаyətlərin rеsidivini yаrаdır. Həmin Məcəllənin 18.4.4-cü mаddəsində nəzərdə tutulmuşdur ki, аzаdıqdаn məhrum еtmə ilə bаğlı оlmаyаn cəzа təyin еdilmiş cinаyətlərə görə məhkumluqlаr rеsidivin müəyyən еdilməsi zаmаnı nəzərə аlınmır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Qeyd edildiyi kimi Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə yenidən cinayət törətdiyinə görə ona CM-nin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. 67.1-ci maddəyə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəyə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməli, çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir gününə iki gün hesabı ilə hesablamaqla, hökümlə təyin ediləcək cəza ilə qismən birləşdirilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2024-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 08 iyun 2024-cül il tarixli qərarı ilə onun barəsində “pоlisin nəzаrəti аltınа vеrmə ” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “pоlisin nəzаrəti аltınа vеrmə” qətimkan tədbiri dəyişdirilərək məhkəmə iclas zalında dərhal həbs edilməli, həbs etmənin müddəti həbsə alındığı yəni 15 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq hissəsi 0,111 qram narkotik vasitə heroin və 0,122 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 89 (səksən doqquz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi (ibtidai istintaq zamanı iş saatına görə 50 saat, 300 manat və məhkəmə baxışı zamanı 20 saat, 120 manat) ümumilikdə 420,00 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 il 10 ay 23 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 6 (altı) ay 25 (iyirmi beş) gün hissəsi CM-nin 68.1-ci maddəsi əsasən azadlıqdan məhrumetmə cəzasının bir gününə iki gün hesabı ilə hesablamaqla, 3 (üç) ay 12 (on iki) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin və həmin cəza CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin üzərində 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 07 iyun 2024-ci il tarixdən 08 iyun 2024-ci il tarixə qədər həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası çıxılsın, üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş “pоlisin nəzаrəti аltınа vеrmə” qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalından dərhal həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 15 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq hissəsi 0,111 qram narkotik vasitə heroin və 0,122 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı həhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 420,00 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-27/2024
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-27/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver