Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-27/2025 07.10.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Pirallahı rayonu, K.Rzayev küçəsi, ev 55/56, mənzil 2-də qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 3,44 qram narkotik vasitə-qurudulmuş marixuananı əldə edib 11 ədəd xırda bükümlərdə ayrı-ayrılıqda qablaşdırıb üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 21-22 radələrində Bakı şəhəri Pirallahı rayonu Xəzər dənizi sahilində narkotik vasitə marixuananı 02 ədəd bükümdə, 0,3 qram və 0,35 qram, ümumi təmiz çəkisi 0,65 qram çəkidə olan hissəsini 20 manat pul müqabilində Şahid4 qanunsuz olaraq satmış, 04 iyun 2025-ci il tarixdə Şahid4 ünvan 2 ünvanının arxasında piyada hərəkət edən zaman Pirallahı RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə yoxlama aparılan zaman əynində olan qara rəngli idman şalvanrının sağ yan cibindən Təqsirləndirilən şəxs qanunsuz olaraq ona satdığı 02 ədəd kağız bükümdə 0,3 qram və 0,35 qram, ümumi təmiz çəkisi 0,65 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, onun ətrafında keçirilmiş əməliyyat tədbiri və əldə edilmiş məlumat əsasında xx.xx.2025-ci il tarixdə saat 22:25 dəqiqədə Pirallahı RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 4 ünvanının arxa tərəfində saxlanılaraq üzərinə videoçəkilişlə yoxlama aparılan zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunun içindən 09 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,32 qram; 0,30 qarm; 0,28 qram; 0,27 qram; 0,34 qram; 0,33 qram; 0,34 qram; 0,35 qram və 0,26 qram, ümumi təmiz çəkisi 2,79 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tarixdə Pirallahı RPİ-nin əməkdaşları tərəfindən təşkil olunmuş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı, ünvan 1 ünvanda yerləşən evinə baxış və götürmə istintaq hərəkəti keçirilən zaman, özünə məxsus yarım tikilinin otaqların birində masanın üzərində qoyduğu bir ədəd üzərində «BLACK STYLE» yazısı olan siqaret qutusunun içərisində təmiz çəkisi 0,21 qram olan bitki mənşəli kütlə, həmin yarım tikilinin qonaq otağı kimi istifadə edilən otağında əşyaların arasında saxladığı bir ədəd üzərində «BLACK STYLE» yazısı olan siqaret qutusunun içərisindən 02 ədəd sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 5,02 qram, 4,99 qram, ümumi təmiz çəkisi 10,01 qram tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd üzərində «MİLANO» yazısı olan siqaret qutusunun içərisindən 13 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,56 qram, 0,76 qram, 0,37 qram, 0,41 qram, 0,34 qram, 0,34 qram, 0,42 qram, 1,36 qram, 0,34 qram, 0,34 qram, 0,38 qram, 0,37 qram və 0,32 qram, ümumi təmiz çəkisi 8,31 qram Şahid4 satdığı narkotik vasitə qurudulmuş marixuana ilə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və təqdim edilən bükümlərin yaxınlığında olan bir ədəd ağ rəngli sellofan bağlamanın içərisindən isə xeyli miqdarda təmiz çəkisi 445,0 qram olmaqla yaşadığı evdən, üzərindən və Şahid4 qanunsuz olaraq satdığı narkotik vaistə qurudulmuş marixuana ilə birlikdə ümumi təmiz çəkisi 466,76 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2023-cü ildən narkotik vasitə qəbul edir. 2024cü ilin dekabr ayında Yasamal rayonu ərazisində tanımadığı İran vətəndaşından 350 manata marixuana almış və yaşadığı Pirallahı rayonuna gətirərək yaşadığı ünvanda saxlamışdır. Əldə etdiyi narkotik vasitəni bükümlərə bükərək satmışdır. Həmçinin özün də istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə Pirallahı rayonunda yaşadığı ünvandan çıxaraq K.Rzayev küçəsi ilə piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif etmişlər. Sonra əynində olan şalvarın sağ yan cibindən 09 ədəd bükümdə narkotik vasitə marixuananı təqdim etmişdir, satış məqsədi ilə əldə etdiyini bildirmişdir. O, yaşadığı ünvanda narkotik vasitə olduğunu qeyd etmiş və yaşadığı ünvana baxış keçirilən zaman 16 ədəd büküm və 01 ədəd sellofan paketə bükülmüş bağlama aşkar edilmişdir. O, xx.xx.2025-ci il tarixdə Pirallahı rayon sakini Şahid4 02 ədəd büküm narkotik vasitə marixuana satmışdır. İlk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməli səmimi etiraf edərək peşman olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, hərdən narkotik vasitə marixuana qəbul edir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün 02 ədəd büküm narkotik vasitə marixuana almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Pirallahı RPİ-nin NMB-nin əməliyyat müvəkkli, polis baş leytenantı Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə Pirallahı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması, barədə Pirallahı RPİ-yə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə RPİ rəhbərliyindən müvafiq icazə alınmışdır. Pirallahı RPİ-nin CAŞ-nin əməkdaşı Şahid1, Niyazi Haciyev və ondan ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 22:25 dəqiqədə Bakı şəhəri, Pirallahı rayonu, K.Rzayev küçəsində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və ona hüquq və vəzifələri izah olunmuş, bundan sonra video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmazdan əvvəl üzərində olan narkotik vasitə və ya hər hansı bir qeyri qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində olan 09 ədəd bükümdə narkotik vasitə marixuanaya bənzər kütləni çıxardaraq onlara təqdim etmiş və həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu və satış üçün əldə etdiyini bildirmişdir. Onun üzərindən aşkar edilmiş həmin kütlə qablaşdırılmış və imzalanmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına getmək təklif edilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİnin inzibati binasına gəlmiş və müdafiəçi ilə təmin edilmişdir. RPİ-də Təqsirləndirilən şəxs bundan əlavə yaşadığı ünvanda narkotik vasitə marixuana olduğunu qeyd etmişdir. Yaşadığı ünvana videoçəkilişlə baxış keçirilən zaman oradan 16 ədəd büküm və 01 ədəd sellofana bükülmüş bağlama aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Pirallahı RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkli Şahid1 və əməliyat müvəkkili Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə ********* N-li cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/897 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazılar və imzalar olan 1N-lı zərfdə üzərində “GSS” yazısı olan siqaret qutusunda 9 (doqquz) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,32qram, 0,30qram, 0,26qram, 0,28qram, 0,27qram, 0,35qram, 0,34qram, 0,33qram, 0,34qram, ümumi çəkisi-2,79qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik maddəyə bənzər kütlə” yazılar və imzalar olan 2N-lı zərfidə üzərində “BLACK STYLE” yazısı olan siqaret qutusunda 1 ədəd yanmış siqaret kötüyü və təmiz çəkisi -0,21 qram olan bitki mənşəli kütlə aşkar edildi. Həmin bitki mənşəli kütlə yanmış vəziyyətdə olduğu üçün tədqiqat işləri aparılmadı. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət.Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada 1 ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi- 445,0qram, 1 ədəd üzərində “BLACK STYLE” yazısı olan siqaret qutusunda 2 ədəd siqaret sellofanında ayrıayrılıq təmiz çəkiləri-5,02qram, 4,99qram, ümumi çəkisi- 10,01qram və üzərində “MİLANO“ yazısı olan siqaret qutusunda 13 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri-2,56qram, 0,76qram, 0,37qram, 0,41qram, 0,34qram, 0,34qram, 0,42qram, 1,36qram, 0,34qram, 0,34qram, 0,38qram, 0,37qram, 0,32qram, ümumi çəkisi- 8,31qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi-466,11qramdır. Tədqiqata təqdim olunmuş 9 (doqquz) ədəd kağız bükümlərdə, 2 ədəd siqaret sellofanında, 13 ədəd bükümlərdə olan marixuanalar öz aralarında eyni olub, 1 ədəd sellofan torbadakı marixuanadan fərqlənirlər. Qeyd: Marixuanaların ümumi təmiz çəkisi 466,11 qram, tədqiqata sərf edildi: 1,25 qram (hər obyektdən 0,05qram), qalıq 464,86 qram. İş materiallarında olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarından olan Pirallahı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(094)- 13/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4480 saylı ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloii tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/987 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 9 (doqquz) ədəd kağız bükümlərdə, yaşadığı ünvandan götürülmüş 2 ədəd siqaret sellofanında, 13 ədəd kağız bükümlərdə olan marixuanalarla, Şahid4 üzərindən götürülmüş 2 ədəd kağız bükümdə olan marixuanalar tərkiblərinə görə eyni olub, Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş 1 ədəd sellofan torbadakı marixuanadan fərqlənirlər. Qeyd: Marixuanaların ümumi təmiz çəkisi 465,41 qram, cəmi tədqiqata sərf edildi: 0,54 qram (hər obyektdən 0,02qram), qalıq 464,87qram. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Pirallahı rayon Mənzil-Kommunal Təsərrufatı Birliyinin 153 saylı MKİS-nə hər hansısa şikayət daxil olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan yəni məzmunda ittiham elan edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab edilən qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi cinayəti etiraf edərək peşmançılıq çəkməsini, yaşadığı yerdən müsbət xarakterizə olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, narkotik vasitənin miqdarını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 464,87 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 144 (bir yüz qırx dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını çəkməsinin əvvəli 19 iyun 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq çəkisi 464,87 qram narktoik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 144 (bir yüz qırx) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq (550 manat) və məhkəmə baxışı zamanı (110 manat) müdafiə edilməsinə görə cəmi 660 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-27/2025
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-27/2025
07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver