Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-28/2024 05.11.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X13 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək bərədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxxx 1961-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək bərədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, onlar nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 08:50 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən «BC» kateqoriyalı sürücülük vəsiqəsi əsasında texniki cəhətdən saz vəziyyətdə olan Şamaxı regional Asan xidmət notariat ofisinin verdiyi xx.xx.2023-cü il tarixli ƏN-Vİ№ 7E-11301 nömrəli etibarnamə əsasında idarə etdiyi X5 məxsus **-CK-*** dövlət qeydiyyat nişanlı, «Opel» markalı, «Astra Minik» modelli nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi istiqamətində 3 hərəkət zolağından ibarət yolun sağdan 2-ci hərəkət zolağı ilə təxminən 70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, eyni zamanda həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə görə avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etməməli olduğu halda, bununla da yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib yol-hərəkəti qaydalarını pozması nəticəsində həmin yolun «Eko Park» Mədəniyyət Mərkəzinin qarşısından keçən hissəsində özündən qarşıda sağdan 1-ci hərəkət zolağı ilə hərəktdə olan və sol zolağa doğru manevr edən «Kia Sorento» markalı, 77- FG-514 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol qanad hissəsi ilə ehtiyatsızlıqdan toqquşmasına, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs1 alın-təpə nahiyyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərəvurmayan, idarə etdiyi avtomobildə özünün alın-sol göz orbitinin qançırı, sol əlin arxa səthinin sıyrıqları ilə müşayiət olunan salamlığa zərərvurmayan, sərnişinlər 1974-cü il təvəllüdlü Şahid1 sol sirkə kasasının arxa divarının az yerdəyişən sınığı, sol diz nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır, 1992-ci il təvəllüdlü Şahid2 təpə nahiyyəsinin səthi kəsilmiş yarası, alının , sol dizin qançırı ilə müşayiət olunan sağlamlığa zərəvurmayan, 1949-cu il təvəllüdlü X2 alın sümüyündə orta xəttdən sağda, alın cibinin ön və arxa divarlarında keçən xətti sınığı, baş beyin əzilməsi, alının, sağ baldırın əzilmiş-cırılmış yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmasına və xx.xx.2024-cü il tarixdə Sabunçu TM-də ölməsinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozub yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, onlar nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 08:50 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən «B1,B» kateqoriyalı sürücülük vəsiqəsi əsasında texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi özünə məxsus **-FG-*** dövlət qeydiyyat nişanlı, «KİA» markalı, «SORENTO Minik» modelli nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi istiqamətində 3 hərəkət zolağından ibarət yolun sağdan 1-ci hərəkət zolağı ilə təxminən 40 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci tələblərinə riayət etməklə, yəni hərəkətə başlayarkən, yerdəyişkərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, bununla da yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib yol-hərəkəti qaydalarını pozması nəticəsində həmin yolun «Eko Park» Mədəniyyət Mərkəzinin qarşısından keçən hissəsində 1-ci hərəkət zolağından sol zolağa doğru manevr edərkən özündən arxada 2-ci hərəkət zolağı ilə eyni istiqamtdə hərəktdə olan «Opel Astra» markalı, **-CK-*** dövlət qeydiyyat niaşnlı nəqliyyat vasitəsinin sağ qanad hissəsi ilə ehtiyatsızlıqdan toqquşmasına, idarə etdiyi avtomobildə özünün alın-təpə nahiyyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərəvurmayan, «Opel Astra» markalı, **-CK-*** dövlət qeydiyyat niaşnlı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs2 alın-sol göz orbitinin qançırı, sol əlin arxa səthinin sıyrıqları ilə müşayiət olunan salamlığa zərərvurmayan, həmin avtomobildə olan sərnişinlər 1974-cü il təvəllüdlü Şahid1 sol sirkə kasasının arxa divarının az yerdəyişən sınığı, sol diz nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır, 1992-ci il təvəllüdlü Şahid2 təpə nahiyyəsinin səthi kəsilmiş yarası, alının , sol dizin qançırı ilə müşayiət olunan sağlamlığa zərəvurmayan, 1949-cu il təvəllüdlü X2 alın sümüyündə orta xəttdən sağda, alın cibinin ön və arxa divarlarında keçən xətti sınığı, baş beyin əzilməsi, alının, sağ baldırın əzilmiş-cırılmış yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmasına və xx.xx.2024-cü il tarixdə Sabunçu TMdə ölməsinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozub yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadəsi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. Etibarnamə ilə idarə etdiyi “Opel” markalı 77CK705 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə Ulduz metro stansiyası yaxınlığında 3 nəfər sərnişinlə Pirallahı rayonuna getmişdir. Pirallahı-Qala yolunda təxminən saatda 70 km/saat sürətlə hərəkət edərkən geri dönmək üçün sağ zolaqdan sol zolağa hərəkət edən “Kia” markalı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə avtomaşında olan sərnişinlər xəsarət almışlar. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə 3 nəfər sərnişin olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı ünvandan özünə məxsus Kia Sorento markalı **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Mərdəkan qəsəbəsinə getmişdir. Pirallahı-Qala yolunda geriyə əks yola keçmək istəyərkən sola dönmə işığını yandıraraq sağ zolaqdan sol zolağa keçərkən onun idarə etdiyi avtomobil arxadan gələn Opel markalı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə heç bir yük olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X9 öz ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə atası Zərərçəkmiş şəxs yaşadığı ünvandan çıxaraq Pirallahı rayonu Gürgan qəsəbəsində yerləşən bağ evinə getmişdir. Zərərçəkmiş şəxs Pirallahı rayonunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətlər alaraq 03 iyun 2024-cü il tarixdə müalicə aldığı Sabunçu TM-də vəfat etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs1lə və Təqsirləndirilən şəxs2lə barışıq əldə edilmiş və onlara qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 göstərmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı TM-də şöbə müdiri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Ulduz metrosu yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Opel markalı nəqliyyat vasitəsinə əyləşərək Pirallahı TM-nə getmişdir. Nəqliyyat vasitəsində ondan başqa iki nəfər də sərnişin olmuşdur. Yolda anidən Eko parkın qarşısında markasını bilmədiyi nəqliyyat vasitəsi ilə toqquşma hadisəsi baş vermiş və hadisə vaxtı xəsarət almışdır. O, xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhətilə bağlı növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və sürücülərə qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixində səhər saatlarında Ulduz metro stansiyası yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Opel markalı nəqliyyat vasitəsində ön oturacağa əyləşərək Pirallahı rayonuna getmişdir. Nəqliyyat vasitəsində ondan başqa arxa oturacaqda iki nəfərə də sərnişin olmuşdur. Pirallahı-Qala yolunda Eko parkın qarşısında anidən toqquşma hadisəsi baş vermişdir. Hadisə vaxtı telefonda sosila şəbəkələri izlədiyi üçün hadisənin tam necə baş verdiyini görməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə ********* N-li cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024- ci il tarixli 1/3767 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsini törədən zaman ayıq olmuşdur. İş materiallarında olan xx.xx.2024- ci il tarixli 1/3766 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsini törədən zaman ayıq olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07 may 2024-cü il tarixli, 35 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər alın sümüyünün orta xətdən sağda alın cibinin ön və arxa divarlarında keçən xətdi sınığı baş beyin əzilməsi alının sağ baldırın əzilmiş-cırılmış yarası aşkar edildi. xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin salonunun qabarıq hissələrinin təsirindən törənməsi istisna olunmur və dərəcələrinə görə həyat üçün təhlükə olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 may 2024-cü il tarixli, 31 saylı rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol sirkə kasasının arxa divarının az yerdəyişən sınığı sol diz nahiyyəsinin sıyrıqları- xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin salonunun qabarıq hissələrinin təsirindən törənməsi istisna olunmur və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ Ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 may 2024-cü il tarixli, 33 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər alın-təpə nahiyyəsinin qançırları xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin salonunun qabarıq hissələrinin təsirindən törənməsi istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 25 may 2024-cü il tarixli, 32 saylı rəyindən görünür ki, Şahid2 bədəni üzərində aşkar edilmiş xəsarətlər təpə nahiyyəsinin səthi kəsilmiş yarası alının sol dizin qançırı xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin salonunun qabarıq hissələrinin təsirindən törənməsi istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 25 may 2024-cü il tarixli, 34 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər alın-solgöz orbitinin qançırı sol əlin arxa səthinin sıyrıqları xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin salonunun qabarıq hissələrinin təsirindən törənməsi istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 03 iyul 2024-cü il tarixli, 11 saylı rəyindən görünür ki, Mərhum Zərərçəkmiş şəxs meyitinin tibbi müayinəsində açıq kəllə-beyin travması beyin qışalarına beyin mədəciklərinə və baş beyin toxumalarına geniş qansızma baş beyin əzilməsi alın sümüyündə orta xətdən sağda alın cibinin ön və arxa divarlarında keçən xətdi sınığı alın nahiyyəsinin sağ baldırın ön səthinin əzilmişcırılmış yarası aşkar edildi.Qeyd olunan xəsarətlər həyatidirlər küt şya təsirindən xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin salonunun qabarıq hissələrinin təsirindən törənməsi istisna olunmur və dərəcələrinə görə həyat üçün təhlükə olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb açıq kəllə beyin travması-beyin qişalarına beyin mədəciklərinə baş beyin toxumalarına geniş qansızma baş beyin toxumasının əzilməsi olmuşdur.Mərhum Zərərçəkmiş şəxs ğlümü xx.xx.2024-cü il saat 02 00-da baş vermişdir(C1979 saylı xəstəlik tarixi) və bu ilkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən inkar edilmir. İş materiallarında olan Pirallahı DYPŞ-dən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-ci il tarixədək müddətə etibarlı olan) AD 308785 nömrəli «BC» kateqoriyalı Təqsirləndirilən şəxs1 xx.xx.2013-cü il tarixdə (xx.xx.2025-ci il tarixədək müddətə etibarlı olan) BB 517186 B kateqoriyalı sürücülük vəsiqələri verilmiş və sürücülük hüquqlarının məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 24 iyun 2024-cü il tarixli, 8/1352 saylı rəyindən görünür ki, Kia Sorento markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Opel Astra markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs2 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan qərardan görünür ki, 18 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan qərardan görünür ki, 18 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan X4 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyanın tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs1lə və Təqsirləndirilən şəxs2lə barışıq əldə edilmiş və onlara qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdikləri avtomobillərlə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir və onlar, həmin maddə ilə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətmələrini, əməllərindən peşman olmalarını, cinayət nəticəsində dəymiş ziyanın ödənilmələrini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, zərəçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmadığını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X3 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkmələrinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barələrində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkmələrinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X7 dəymiş maddi ziyanın tam ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 iş saatına görə 180 (bir yüz səksən) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 15 iş saatına görə 90 (doxsan) manat cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 30 iş saatına görə 180 (bir yüz səksən) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 15 iş saatına görə 90 (doxsan) manat cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X7 dəymiş maddi ziyanın tam ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dan müştərək qaydada 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 iş saatına görə 180 (bir yüz səksən) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 15 iş saatına görə 90 (doxsan) manat cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 30 iş saatına görə 180 (bir yüz səksən) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 15 iş saatına görə 90 (doxsan) manat cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-28/2024
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-28/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver