Məhkəmə qərarları › İş №1(094)-28/2025

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-28/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-28/2025 30.09.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “SOCAR” şirkətində mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 2470,0 qram narkotik vasitə qurudulmayan marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, Pirallahı RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 19:00-da Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yerləşən köhnə xəstəxananın qarşısında saxlanılaraq Pirallahı RPİ-nə gətirilmiş, idarədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əlində olan 01 ədəd qara rəngli polietlen bağlamda ümumi təmiz çəkisi 2470,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuana aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. O, narkotik vasitəni mütəmadi olaraq istifadə edir, lakin asılılığı yoxdur. SMS yazışmalarının hamsı ona məxsus deyildir. Həmin yazışmalarda onun müraciəti də olub, məqsədi şəxsi istifadəsi üçün almaq olub. İlk dəfə cinayət cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməli səmimi etiraf edərək peşman olduğunu, himayəsində dörd yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Pirallahı RPİ-nin NMB-nin əməliyyat müvəkkli, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Pirallahı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması, barədə Pirallahı RPİ-yə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə RPİ-nin rəhbərliyindən müvafiq icazə alınmış və Pirallahı RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmış və qrupun rəhbəri Şahid1 olmuşdur. xx.xx.2024cü il tarixdə saat 19:00 dəqiqədə Bakı şəhəri, Pirallahı, rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yerləşən köhnə xəstəxananın qarşısında Təqsirləndirilən şəxs saxlamışlar. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirilərək Pirallahı RPİ-nin inzibati binasına getməyi bildirmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına gəlmiş, müdafiəçi ilə təmin edilmiş, sonra videoçəkilişlə onun, Şahid1, eləcə də dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əlində olan 01 ədəd qara rəngli bağlamanı masanın üzərinə qoyaraq həmin bağmada narkotik vasitə marixuana olduğunu demişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman 50 manat pul, 01 ədəd alışqan və 01 ədəd «LD» markalı siqaret də aşkar olunmuşdur. Aşkar edilmiş 01 ədəd bağlamaya baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş marixuananın ona məxsus olduğunu, onu xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində tanımadığı şəxsdən 100 manata əldə etdiyini bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Pirallahı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkli Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, hazırda ***-***-**-** mobil nömrəsini istifadə etsə də əvvəllər ***-***-**-** nömrəsini istifadə etmişdir. Lakin həmin nömrə son vaxtlar işləmdəyi üçün istifadə etməmiş və hazırda istifadə etdiyi nömrəni almışdır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, onunla uşaqlıqdan dostluq edir. Narkotik vasitə olan marixuanadan istifadə edir. Elçin ilə də dəfələrlə narkotik vasitə marixuanadan çəkmək yolu ilə istifadə etmişlər. Elçindən pulla və ya pulsuz olaraq bir neçə dəfə marixuna alıb istifadə etmişdir. Hazırda da narkotik vasitə olanda istifadə edir. İstifadəsində olan ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə aralarında olan yazışmaların mətni ilə tanış olmuş, həmin yazışmaların Təqsirləndirilən şəxs ilə onun arasında narkotik vasitə marixuananın alqı-satqısı ilə, yəni Təqsirləndirilən şəxs narkotik vasitə almağı ilə bağlı olmuşdur. O, Təqsirləndirilən şəxs narkotik vasitə marixuana almaq üçün ona SMS yazmış, Təqsirləndirilən şəxs də cavab olaraq ona SMS yazmışdır. Mətinlərdə olan sözlərdən «2 dene 10-luq», on manatlıq marixuana, «20 lik» iyirmi manatlıq marixuana, «2 eded qowalule» qırx manatlıq marixuana, «Spiçka karopkasında olannan» bir spiçka karopkası mrixuana, «heyetden azaciq qutabliq» da narkotik vasitə marixuana deməkdir. «Cuzi zaryadka uchun adapter qret etmək» dedikdə isə narkotik istifadə etmək vaxtı gəldiyi üçün məcbur olub azacıq istəmiş, narkotik vaistələrin satışı ilə məşğul deyil, onları özünün istifadəsi üçün almışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, hazırda ***-***-**-** mobil nömrəsini istifadə edir, həmin nömrə təxminən 1 ildən artıqdır ki, istifadəsindədir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, onunla bir idarədə işəmişlər. İstifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə aralarında olan yazışmaların mətni ilə tanış olmuş, həmin SMS mətinlərdəki yazışmaların ola bilsin ki, həmin ərəfədə Təqsirləndirilən şəxs ilə yazışıb ondan bir dəfə narkotik vasitə marixuana almağı ilə bağlı olmuşdur. Həmin SMS yazışmalarında olan «yarım baş ot, narmalnı çet» sözləri narkotik vasitə marixuanadır, lakin hazırda narkotik vasitələrdən istifadə etmir. O, xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün kimyaterapiya almış və yaddaşında pozğunluq olmuş, həmin tarixləri və yazışmalarını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, hazırda ***-***-**-** mobil nömrəsini istifadə edir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, eyni məhlədə yaşayırlar. Narkotik vasitə olan marixuanadan istifadə edir. Təqsirləndirilən şəxslə də dəfələrlə narkotik vasitə marixuanadan çəkmək yolu ilə istifadə etmişlər. Təqsirləndirilən şəxs pulla bir neçə dəfə marixuna alıb istifadə etmişdir. Hazırda da narkotik vasitə, psixotrop maddə və ya digər güclü təsir edən maddələrdən istifadə etmir. İstifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə aralarında olan yazışmaların mətni ilə tanış olmuş, həmin yazışmaların Təqsirləndirilən şəxs ilə aralarında narkotik vasitə marixuananın alqı-satqısı ilə, yəni Təqsirləndirilən şəxs narkotik vasitə almağı ilə bağlı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitə marixuana almaq üçün ona SMS yazmış, Təqsirləndirilən şəxs də cavab oaraq ona SMS yazmışdır. Həmin mətinlərdə olan sözlərdən «şabit» marixunana çəkmək, «20 lik» iyirmi manatlıq marixuana deməkdir, «Falqa» isə narkotik vasitəni çəkmək üçün istifadə etdikləri gümüşü rəngli kağız parçasıdır, narkotik vaistələrin satışı ilə məşğul deyil, onları özü istifadə etmək üçün almışdır. Təqsirləndirilən şəxs narkotik vasitə alarkən ona pulu demək olar ki, həmişə nağd şəkildə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, hazırda istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ona məxsusdur, bu nömrəni təxminən 3 ildir ki, istifadə edir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, eyni qəsbəbədə böyümüşlər. Təxminən 1 il əvvəl narkotik vasitə olan marixuanadan istifadə edib, həmin ərəfədə Elçin ilə narkotik vasitə marixuanadan çəkmək yolu ilə istifadə etmişlər. Təqsirləndirilən şəxs pulla bir neçə dəfə marixunana alıb istifadə etmişdir. Hazırda isə narkotik vasitə, psixotrop maddə və ya digər güclü təsir edən maddələrdən istifadə etmir. İstifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** mobil nömrə ilə aralarında olan yazışmaların mətni ilə tanış olmuş, əvvəllər narkotik vasitədən istifadə edərkən Təqsirləndirilən şəxs bir neçə dəfə narkotik vasitə aldığı üçün ona pulu vermək üçün Elçin ona kart hesab nömrəsi göndərmiş və pulu onun kartına göndərməklə ödəniş etmişdir. Narkotik vaistələrin satışı ilə məşğul olmamış, onları özü istifadə etmək üçün almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ********* N-li cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 02 avqust 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması protokolun məzmunundan və ona əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əlində olan 01 ədəd aqara rəngli polietlen bağlamadan narkotik vasitə qurudulmayan marixuananın aşkar edilərək götürülmüşür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1272 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ağ kağız üzərində «Təqsirləndirilən şəxs aşkar edilmiş …. » yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli polietlen bağlamadakı 1 ədəd qara rəngli polietlen torbada təmiz çəkisi-2470,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmayan marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 2470,0 qram, tədqiqata sərf edildi: 0,2 qram, qalıq 2469,8 qram. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində dörd yetkinlik yaşına çatmayan övladı var. İş materiallarında olan xx.xx.2024-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Quliyev X2 RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6200 saylı ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimuliyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ********* saylı nömrə ilə ********* saylı nömrə arasında, ********* saylı nömrə ilə ********* saylı nömrə arasında, ********* saylı nömrə ilə ********* saylı nömrə arasında sorğulanan müddət ərzində “Bakcell” şəbəkəsində zəng, SMS yazışması qeydə alınmamışdır. İş materiallarından görünür ki, ********** saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AZF/LGL-114/25 saylı məktubdan görünür ki, ********** saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. İş materiallarından görünür ki, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(094)-2/2025 saylı qərarı ilə vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, ona CM-in həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam gətimkan tədbiri” dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ibtidai istintaq müddətinin uzadılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay, 5 ayadək yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək olan müddət ərzində daxil olan və çıxan SMS yazışmalarının əldə edilmiş mətnindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat, 09:03-də 55-897-17-16 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “denğqi bıli vçera 50 patratil esli 20 pastarayus zdelat . mojno budet nayti”, xx.xx.2024-cü il tarixdə, saat 09:030-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 55-897-17-16 nömrəyə “Pozvanyu”, xx.xx.2024-cü il tarixdə, saat 10:30-da 55-897-17-16 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09- 78 nömrəyə “Elçin brat ne maqu nayti vıruçi 20 eto eto 10 tebe tarçu . esli vıruçiş”, xx.xx.2024-cü il tarixdə, saat 15:14-də 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə “Daniwa bilmirem,yiqacam birazdan.Esas ikisi chatdi yerine?”, xx.xx.2024-cü il tarixdə, saat 8:40 da Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 77-333-51-84 nömrəyə “it yoxdu sola-sağa eləməyə. Götürəndə baxmaq lazımdı. Uşağ deyilsən”, xx.xx.2024-cü il tarixdə, saat 18:45-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 70-803 25-10 nömrəyə “Qardaşım yarı qurtarıb bu günə 2 dənə 20 lik və otda var”, xx.xx.2024-cü il tarixdə, saat 19:03-də 70-803-25-10 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09- 78 nömrəyə “Saxla onları gəlirəm”, xx.xx.2024-cü il tarixdə, saat 19:08-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 70-803-25-10 nömrəyə “Otu”, xx.xx.2024-cü il tarixdə, saat 21:26-da 77-333-51-84 nömrədən, Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Naqd birini de men aparardim lazimdirsayaa...” xx.xx.2024-cü il tarixdə, saat 14:22-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09- 78 nömrədən 55-405-02-53 nömrəyə “**********509802”, xx.xx.2024-cü il tarixdə, saat 14:22-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 55-405 02-53 nömrəyə “Bomba bejdə görüşək darvazadan girmə”, xx.xx.2024-cü il tarixdə, saat 20:09da Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 70-803-25-10 nömrəyə “eyfiyyəti təmiz buları təlıb eliyə bilərəm ki qaydasında olsun amma qiymətidə dedim dedi yerinfə bahadı dedi”, xx.xx.2024-cü il tarixdə, saat 20:09-da Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 70-803-25-10 nömrəyə “Qardaşım olacağ amma qiyməti 50 olacağ mənlik deyil təmiz çəki keyfiyyəti təmiz buları təlıb eliyə bilərəm ki qaydasında olsun amma qiymətidə dedim dedi yerinfə bahadı dedi”, xx.xx.2024-cü il tarixdə, saat 21:13-də 55-629-69-00 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Olmadida. Bir dene mene yazardun he yox bilerdim gozdeyim ya yoxda. Geddim men eve. Yatsam seher zenglewerik”, xx.xx.2024-cü il tarixdə, saat 01:01-də 55-629-69-00 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Karti at mene”, xx.xx.2024-cü il tarixdə, saat 01:31-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 55-629-69-00 nömrəyə “**********509802”, xx.xx.2024-cü il tarixdə, saat 08:09-da 50-228-72-76 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Salam xaloglu göyerti isteyirem”, xx.xx.2024-cü il tarixdə, saat 14:58-də Təqsirləndirilən şəxs istifadəsində olan 55 ***-**-** nömrədən 50-799-63-07 nömrəyə “Yaxın uşağ var aytişnikdi retki retki ancağ ot cəkir ancağ mənim”, xx.xx.2024-cü il tarixdə, saat 14:58-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 50-799-63-07 nömrəyə “yabımda . Dünən uydurmuşam onu vatsapımı yeniliyib bilmirəm neyniy”, xx.xx.2024-cü il tarixdə, saat 15:53-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 50- 799-63-07 nömrəyə “Prosta ot xərəb eliyib onu utandığınnan demir sıxıb oturub özünü braz mən danışdırdım. Dözmədi dedi umirayu dyadya elçin kalan qaytadı qatığ verdim ona biraz gəldi özünə”, xx.xx.2024-cü il tarixdə, saat 17:17-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 55-629-69-00 nömrəyə “səhərə qaldı bir narmalnı çet ver mənə işdə dəyana bilim səhər qaytararam artığlamasıyla.xəbər de”, xx.xx.2024-cü il tarixdə, saat 17:20-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 55-629-69-00 nömrəyə “5 manatda verim yarım baş otda ver işə gedirəm heçnəyim yoxdu yatıb qalmışam”, xx.xx.2024-cü il tarixdə, 19:34-də 70-803-25-10 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839- 09-78 nömrəyə “5 deq atıram”, xx.xx.2024-cü il tarixdə, saat 19:52-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 70-803-25-10 nömrəyə “**********509802”, xx.xx.2024-cü il tarixdə, saat 18:46-da 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “2 dene 10-luq duzeldersen?...”, xx.xx.2024cü il tarixdə, saat 18:46-da Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 77-333-51-84 nömrəyə “2 dene 10 luq duzeld”, xx.xx.2024-cü il tarixdə, saat 22:21-də Təqsirləndirilən şəxs istifadəsində olan 55 ***-**-** nömrədən 70-803-25-10 nömrəyə “Pərviz hələ ki, 2, 3 gün dənəylədi 3,4 dənə 20 liyi var”, xx.xx.2024-cü il tarixdə, saat 13:56-da 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55- 839-09-78 nömrəyə “1 saata 20 yerinde olacaq inwallah brat,yiqacam birazdan.” xx.xx.2024-cü il tarixdə, saat 15:06-da 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Siqaretin var?”, xx.xx.2024-cü il tarixdə, saat 12:24-də 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839 09-78 nömrəyə “Xaloqlu oyaqsan, 2metr turba lazimdir, imkan varsa brat...”, xx.xx.2024 cü il tarixdə, saat 12:25-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 77 ***-**-** nömrəyə “Gəl bura elə bidənə 20nlik qalıb heç özümüzə yoxdu brat”, xx.xx.2024-cü il tarixdə, saat 12:26-da Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09- 78 nömrədən 77-333-51-84 nömrəyə “Nağdlaşdır elə karta vur gəldə”, xx.xx.2024-cü il tarixdə, saat 14:03-də 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55- 839 09-78 nömrəyə “2 eded qowalule tewkil etmek olar qardawim?...”, xx.xx.2024-cü il tarixdə, saat 14:03-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 77- 333-51-84 nömrəyə “Olyarıı)”, xx.xx.2024-cü il tarixdə, saat 14:05-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 77-333-51-84 nömrəyə “İsdiyirsən lap elə qoşa daşşağ düzəltəy.” xx.xx.2024-cü il tarixdə, saat 11:55-də 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “EPATBA.noKaMucb 15ecTb?”, xx.xx.2024-cü il tarixdə, saat 00:10-da 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839 09-78 nömrəyə “Xaloqlu, sehere 2dene erkek-diwi goyerchin lazim olmalidir inwallah.”, xx.xx.2024-cü il tarixdə, saat 17:40-da 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Bratva, Q E W var?”, xx.xx.2024-cü il tarixdə, saat 17:40-da Təqsirləndirilən şəxs istifadəsində olan 55- 839-09-78 nömrədən 77-333-51-84 nömrəyə “Var”, xx.xx.2024-cü il tarixdə, saat 11:03-də 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə ”Bratva, qowalule tapmaq olar?”, xx.xx.2024-cü il tarixdə, saat 11:09-da 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Sən hardasan”, xx.xx.2024-cü il tarixdə, saat 11:10-da 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Evdeyem, pulu atib gelim?”, xx.xx.2024-cü il tarixdə, saat 11:11-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 77- 333-51-84 nömrəyə “20 dəqəyə gəl”, xx.xx.2024-cü il tarixdə, saat 18:45-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09 78 nömrədən 55-596-62-63 nömrəyə “Qaldı ki otun iyinə heç kim özünü orda ağıllı saymasın camaat eşşəy deyil. O otun iyin biləndə heç ordakılardan onun rəngin bilmirdi”, xx.xx.2024-cü il tarixdə, saat 01:20-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 55-596-62-63 nömrəyə “Qardaşım cəmi cümlətanı bidənə 20 lik qalıb kin nəğdi istəsə yaxın nardanona ötürəcəm özün bilirsən ki mən atkaz eliyən deyiləm. Birin vi dəfədi gör necə sıxıntıdayam”, xx.xx.2024-cü il tarixdə, saat 01:24-də 55-596-62-63 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Falqada birki tustuda yoxti şabita cakarduy saba sahar cixacam xaca latunan”, xx.xx.2024-cü il tarixdə, saat 01:31 də 55-596-62-63 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Elçin bir soz dida ortax ürəyim partadi”, xx.xx.2024-cü il tarixdə, saat 19:12-də Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrədən 77-333-51-84 nömrəyə “Spiçka karopkasında olannan muğayyet ol iki gözünnən muğayyət olduğun kimi qardaşım.”, xx.xx.2024-cü il tarixdı, saat 21:49-da 77-333-51-84 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 55-839-09-78 nömrəyə “Qardawim, uzum gelmesede mecbur soruwmaq isteyirem, eger kende yolun duwse heyetden azaciq qutabliq yiqarsanda menimchun qardawimsan.sen ALLAH baqiwla meni seni yorduqumchun brat...” kimi SMS yazışmaları olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadəsi həqiqətə uyğun deyildir, belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərdikləri onun özünün ifadəsi, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı məhkəmə baxışı zamanı şahidlərin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi cinayəti etiraf edərək peşmançılıq çəkməsini, himayəsində dörd yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, narkotik vasitənin miqdarını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək saxlandığı 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş cəzanın müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalından dərhal həbs edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2469,8 qram olan narkotik vasitə qurudulmayan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut – disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 72 (yetmiş iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02 avqust 2024-ci il tarixdən 03 avqust 2024-ci il tarixə qədər şübhəli şəxs qismində həbsdə saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən cəzasından çıxılmaqla üzərində qəti olaraq olaraq 4 (dörd) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını çəkməsinin əvvəli 30 sentyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq çəkisi 2469,8 qram narktoik vasitə qurudulmayan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut – disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq (1100 manat) və məhkəmə baxışı zamanı (55 manat) müdafiə edilməsinə görə cəmi 1155 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar