Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-3/2023 07.03.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər –Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Lənkəran rayonu Xolmili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Xolmili kəndində qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyatzadə küçməsi ünvan 1 ünvanında yaşamış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 1(094)-54/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəli tutulduğu 21 noyabr 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin mart ayının sonlarında tanışı Zərərçəkmiş şəxs aralarında olan şəxsi münasibətlərinə görə yaranmış etibardan suiistifadə edib özünə qarşı inam yaratmaqla öz əlaqələri vasitəsilə 3 bacısı uşağını “SOCAR” şirkətinə mühəndis və operator vəzifələrinə işə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq Bakı şəhəri Pirallahı rayonu Çilov qəsəbəsi Zərərçəkmiş şəxs işlədiyi “28 May” NQÇİ-nin MKT-də yerləşən iş otağında 22000 (iyirmi iki min) ABŞ dolları məbləğində pulu alaraq ələ keçirib sonuncuya 22000 (iyirmi iki min) ABŞ dolları məbləğində, yəni əməlin törədildiyi dövrə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfındən elan edilmiş rəsmi məzənnəyə əsasən 37400 (otuz yeddi min dörd yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, təqsirlləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2008-ci ildən “28 May ” NQÇİ-də Əməyin Mühavizəsi və X1 rəis müavini vəzifəsində işləmiş. Zərərçəkmiş şəxs isə “28 May” NQÇİ-nin MKT-da qeydiyyatçı işləyirdi. Zərərçəkmiş şəxs ondan bacısı uşaqlarını “SOCAR”-da mühəndis və operator vəzifələrinə iş düzltmək müqabilində ona 22 min ABŞ dolları verəcəyini vəd etmiş. Yaqut xanım dənizdə işdə olduğu müddət tanımadığı şəxs 22 min ABŞ dollarını Bakı şəhəri Nizami rayonu ərazisində Neftçilər metrostansiyasının yaxınlığında ona vermiş. Daha sonra Zərərçəkmiş şəxs verdiyi vədi yerinə yetirə bilmədiyi üçün, ondan xahiş etmişdir ki, həmin məbləğ onda borc kimi qalsın və o həmin pulu qısa vaxt ərzində ona qaytaracaq. O, Zərərçəkmiş şəxs əldə etdiyi 22000 (iyirmi iki min) ABŞ dollarını heç kimə vermədiyini öz şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Hazırda onun tərəfindən Zərərçəkmiş şəxs dəymiş zərər qismən, yəni 10000 (on min) manat ödənilib, törətdiyi əməldən peşmandır, həmçinin himayəsində yetkinlik yaşına çatmayan iki uşaq var. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 2008-ci ildən “28 May” NQÇİ-nin MKT-da qeydiyyatçı işləyir. 2018-ci ildə “28 May” NQÇİ-də ƏMTT-nin rəis müavini işləmiş Təqsirləndirilən şəxs ona zəng edərək bacısı uşaqlarını işlə təmin edə biləcəyini deyərək onunla görüşmək istədiyini bildirmiş və həmin gün Təqsirləndirilən şəxs onun işlədiyi “28 May” NQÇİ-nin MKT-də iş otağına gəlmiş bacısı uşaqlarının ikisini operator, digərini isə mühəndis düzəltməsi müqabilində ondan 35000 manat pul istəmiş və əlavə olaraq 1500 manat isə özünə istəmiş, o onunla razılaşmış 2018-ci ilin mart ayında “28 May” NQÇİ-nin MKT-də iş otağında Təqsirləndirilən şəxs ümumilikdə 22000 (iyirmi iki min) ABŞ dolları pul vermişdir. Onun Təqsirləndirilən şəxslə aralarında yaxşı münasibətlər olmuşdur, Zamik ona “Bibi” deyə müraciət edirdi, bu səbəbdən də o, Təqsirləndirilən şəxs inanaraq ona pul vermişdir, Təqsirləndirilən şəxs ona bacısı uşaqlarını konkret kimin vasitəsilə düzəldəcəyi barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər qismən, yəni 10000 (on min) manat ödənilmişdir, lakin hazırda o təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanuna uyğun cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, 2018-ci ilin əvəllərində xalası Zərərçəkmiş şəxs işlədiyi “28 May” NQÇİ-nin MKT-yə getmiş, xalası Zərərçəkmiş şəxs ilə biraz söhbət etdikdən sonra otağa orta yaşlı bir kişi daxil olmuş, xalası həmin şəxsə pul verdikdən sonra həmin şəxs çıxıb getmişdir. Həmin şəxs getdikdən sonra o, xalasından həmin şəxsin kim olduğunu və ona nə üçün pul verdiyini soruşmuş, xalası Zərərçəkmiş şəxs isə həmin şəxsin“28 May” NQÇİ-də vəzifədə işləyən Zamik olduğunu və həmin pulu Təqsirləndirilən şəxs onu və digər xalası uşaqlarını işə düzəltmək üçün verdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs bacısı uşaqlarını işə düzəltmək məqsədilə 22000 ABŞ dollarını Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Neftçilər metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən alması ilə bağlı verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həmin hissədə həqiqətə uyğun deyildir, belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının “www.cbar.az” rəsmi intemet səhifəsindən əldə edilmiş məlumatdan görünür ki, 2018-ci ilin mart ayının sonlarında ABŞ dollarının manata qarşı olan məzənnəsi 1,7000 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 24 iyun 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqında verdiyi ifadələrdən aydın olur ki, təqsirləndirilən şəxs 22000 (iyirmi iki min) ABŞ dollarını ondan kiməsə vermək məqsədilə almış və 1500 (min beş yüz) manatı isə özü üçün istəmişdir. Lakin iş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham verilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə baxışı zamanı nə dövlət ittihamçısı, nə də ki, zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatətlə müraciət etməmişlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı qismən, yəni 10000 (on min) manat ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 30 avqust 2022-ci il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Pirallahı RPŞ MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 1(094)-54/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində axtarış elan edilməsi və tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış 23 noyabr 2022-ci il tarixli xx/xx-5671 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdə Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq 23 noyabr 2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını çəkməsinin əvvəli həbsə alındığı 21 noyabr 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 29 avqust 2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixə qədər 01 (bir) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 21 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-3/2023
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-3/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver