Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-3/2024 23.01.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cabbarova Jalə Surxay qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cu il tarixdə tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3də qeydiyyatda olmaqla, yaşayan, barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd siqaretin gümüşü kağız bükümündə, təmiz çəkisi 0,194 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək, əynində olan boz rəngli cins şalvarının sol arxa cibində saxlamaqla, daşımış, 04 sentyabr 2023-cü il tarixdə saat 16:30 dəqiqədə Pirallahı RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq, polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan müxtəlif rəng çalarlı idman şalvarının sağ yan cibindən həmin təmiz çəkisi 0,194 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, təqribən 6 aydır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul edir, narkotik vasitənin heroin və psixotrop maddə metamfetamin növündən tüstüsünü çəkməklə qəbul edir, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qəbul etməkdə məqsədi bədənində olan ağrılardır, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əvvəllər Bakı şəhəri Pirallahı rayonu ərazisində instaqram sosial şəbəkəsi vasitəsilə tanış olduğu şəxsin ona göndərdiyi kordinatlar əsasında müxtəlif ünvanlardan götürmüş və qəbul etmişdir. 04 sentyabr 2023ci il tarixdə günorta saatlarında onun bədəni ağramış, ona görə də qərara gəlmişdir ki, narkotik vasitə və ya psixotrop maddə alsın və qəbul etsin, həmin vaxt o, instaqram sosial şəbəkəsində tanış olduğu tanımadığı şəxslə sms vasitəsilə əlaqə saxlamış və ondan bədəni ağradığı üçün narkotik vasitə heroini və psixotrop maddə metamfetamin istəmişdir. Həmin vaxt tanımadığı şəxs ona demişdir ki, «məndə narkotik vasitə heroin vardır, bir bükümünü 10 manata satıram, sən mənim kart hesabıma 10 manat pul köçür, mən də Pirallahı rayonu ərazisində narkotik vasitə qoydurum, sən də oradan götür». O da tanımadığı şəxslə razılaşmış, onun ona göndərdiyi kart hesabına 10 manat pul köçürmüş, tanımadığı şəxs də ona sms vasitəsilə bir bükümdə narkotik vasitə heroini qoyduğu yerin kordinatını göndərmişdir. O, şəkilə baxanda görmüşdür ki, narkotik vasitə heroin Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən Socar yanacaq doldurma məntəqəsi ilə üzbəüz yaşıllıqda qoyulmuşdur. O, həmin ünvana getmiş, narkotik vasitə heroini oradan götürüb üzərində olan müxtəlif rəng çalarlı idman şalvarının sağ yan cibinə qoymuşdur ki, sakit yer tapıb həmin narkotik vasitəni qəbul etsin. 04 sentyabr 2023-cü il tarixdə saat 16:30 dəqiqədə Bakı şəhəri Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən Socar yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olduğu vaxt ona mülki geyimdə şəxslər yaxınlaşmış, həmin şəxslər özlərini ona təqdim edəndə, yaxınlaşan şəxslərin polis əməkdaşı olduğunu bilmişdir. Polis əməkdaşları onu Pirallahı RPİ-nə dəvət etmişlər. Onda polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməyə etiraz etməmiş, onlarla birlikdə Pirallahı RPİ-nə gəlmişdir. Polis İdarəsinin xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin. Həmin vaxt əynində olan müxtəlif rəng çalarlı idman şalvarının sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü kağızı bükümündə narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Sonra polis əməkdaşı tərəfindən təqdim etdiyi bükümə baxış keçirilərkən, içərisində qəhvəyi rəngli tozşəkilli heroinə bənzər maddənin olması aşkar edilmişdir. Həmin üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun, müdafiəçi və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Sonra razılığı ilə üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa qeyri-qanuni heç nə aşkar olunmamışdır. Sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd siqaretin gümüşü kağızı bükümündə narkotik vasitə heroini 04 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Pirallahı rayonu ərazisində yerləşən Socar yanacaq doldurma məntəqəsinin yaxınlığında tanımadığı şəxsin instaqram sosial şəbəkəsi vasitəsilə ona göndərdiyi smsdə qeyd olunan kordinatlar əsasında Bakı şəhəri Pirallahı rayonu ərazisində yerləşən Socar yanacaq doldurma məntəqəsi ilə üzbəüz qoyulan yaşıllıqdan götürmüş, bunun müqabilində tanımadığı şəxsin bank hesabına 10 manat pul köçürmüş, həmin narkotik vasitəni özünün istifadəsi üçün əldə etmiş, aşkar edilmiş kütlə narkotik vasitə heroindir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Üzərində aşkar edilmiş narkotik vasitə ona məxsusdur, özü qəbul etmək üçün 10 manata almışdır, narkotik vasitənin çəkisinin nə qədər olmasını bilməmişdir. O, üzərindən bir ədəd bükümündə, təmiz çəkisi 0,194 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilməsini təsdiq edir, rəydə qeyd olunan çəki ilə razıdır. Polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur. Narkotik vasitəsini ona satan şəxsi tanımır, lakin tanımadığı şəxsdən instaqram sosial şəbəkəsi vasitəsilə əvvəllər əlaqə saxlayaraq Pirallahı rayonu ərazisində müxtəlif ünvanlarda qoyulmuş narkotik vasitə əldə etmiş, bunun müqabilində tanımadığı şəxsin kart hesabına pul köçürmüşdür. Samsung J10 markalı mobil telefonu istifadə etmiş, həmin mobil nömrənin üzərində ***-***-**-** saylı mobil nömrəni istifadə etmiş, o,tanımadığı şəxslə instagram sosial şəbəkəsində sms vasitəsilə əlaqə saxlamış, narkotik vasitəni əldə etdikdən sonra smsləri silmiş, həmin şəxslə telefon vasitəsilə əlaqə saxlamamışdır. O, 10 manat pulu Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən Socar yanacaq doldurma məntəqəsinin daxilində yerləşən miliiön aparatı vasitəsilə tanımadığı şəxsin hesabına köçürmüş, pulu köçürdüyü hesab nömrəsini xatırlamır. Narkotik vasitəni əldə etdikdən sonra qorxduğundan və hər hansı sübut qalmasın deyə mobil telefonunda olan instaqram və mobil telefonunda olan məlumatların hamısını silmişdir. Narkotik vasitəni əldə etdikdən bir müddət sonra onu polis əməkdaşları saxlayıb polis idarəsinə gətirmişlər, orada mobil telefonunda hər hansı bir yazışmaların və sübut əhəmiyyətinə malik digər yazışmaların olub olmaması soruşulmuş, o da bu barədə polis əməkdaşlarına mobil telefonunu göstərmiş və yazışmaları sildiyini bildirmişdir. istintaq zamanı da əlavə olaraq onun mobil telefonuna baxış keçirilmiş və sübut əhəmiyyətinə malik hər hansı bir yazışma aşkar edilməmişdir. Hazırda mobil telefonumu maddi çətinlik üzündən satmışam. Bundan əlavə o instaqram sosial şəbəkəsində profilimi və profilin parolu unutmuşam, çünti smartfon mobil telefonu yoxdur. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Pirallahı RPİ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur, həmin əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar şöbə rəhbərliyinə məruzə edildikdən sonra, əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş, əməliyyat qrupuna o, rəhbərlik etmiş, əməliyyat qrupuna əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs olduğu yerinin müəyyən edilməsi üçün tərəflərindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, əməliyyat – axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən «Socar» yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkət etməsini müəyyən etdikdən sonra, ona yaxınlaşmışlar, özlərini ona təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs bildirmişlər ki, barəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur, həmin əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar polis idarəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs da onlarla polis idarəsinə gəlməyə etiraz etməmişdir və birlikdə polis idarəsinə gəlmişlər. Polis idarəsinin xidməti otaqlarının birində, əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək hansı səbəbə RPİ-nə gətirildiyi, üzərində hər hansı qanunsuz əşyanın olubolmaması soruşulmuş və əgər varsa həmin qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, 04 sentyabr 2023-cü il tarixdə günorta saatlarında instaqram sosial şəbəkəsində tanış olduğu tanımadığı şəxslə sms vasitəsilə əlaqə saxlamış və ondan bədəni ağrıdığı üçün narkotik vasitə heroini və psixotrop maddə metamfetamin istəmişdir. Həmin vaxt tanımadığı şəxs ona demişdir ki, «məndə narkotik vasitə heroin vardır, bir bükümünü 10 manata satıram, sən mənim kart hesabıma 10 manat pul köçür, mən də Pirallahı rayonu ərazisində narkotik vasitə qoydurum, sən də oradan götür». O da tanımadığı şəxslə razılaşmış, onun göndərdiyi kart hesabına 10 manat pul köçürmüş, tanımadığı şəxs də ona sms vasitəsilə bir bükümdə narkotik vasitə heroini qoyduğu yerin kordinatını göndərmişdir. O, şəkilə baxanda görmüşdür ki, narkotik vasitə heroin Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən Socar yanacaq doldurma məntəqəsi ilə üzbəüz yaşıllıqda qoyulmuşdur. O, həmin ünvana getmiş, narkotik vasitə heroini oradan götürüb üzərində olan müxtəlif rəng çalarlı idman şalvarının sağ yan cibinə qoymuşdur ki, sakit yer tapıb həmin narkotik vasitəni qəbul etsin, həmin kütləni əynində olan müxtəlif rəng çalarları olan idman şalvarının sağ yan cibindədir, həmin kütləni təqdim edə biləcəyini bildirimişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan müxtəlif rəng çalarları olan idman şalvarının sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən bükümə baxış keçirilərkən, içərisində qəhvəyi rəngli tozşəkilli heroinə bənzər maddənin olması aşkar edilmişdir. Həmin aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun, müdafiəçi və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd siqaretin gümüşü kağız bükümündə narkotik vasitə heroini 04 sentyabr 2023-cü il tarixdə günorta saatlarında instaqram sosial şəbəkəsində tanış olduğu tanımadığı şəxslə sms vasitəsilə əlaqə saxladıqdan sonra, onun kart hesabına 10 manat pul köçürərək, tanımadığı şəxsin ona göndərdiyi kordinat əsasında narkotik vasitə heroinin Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən Socar yanacaq doldurma məntəqəsi ilə üzbəüz yaşıllıqda qoyulduğunu görüb, həmin ünvana getmiş, narkotik vasitə heroini oradan götürüb üzərində olan müxtəlif rəng çalarlı idman şalvarının sağ yan cibinə qoymuşdur ki, sakit yer tapıb həmin narkotik vasitəni qəbul etsin, aldığı kütləni satış məqsədilə əldə etməmiş, özünün istifadəsi üçün əldə etmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur, lakin Təqsirləndirilən şəxs saxlanılarkən, onun həmin narkotik vasitəni satış məqsədilə deyil, özünün istifadəsi üçün əldə etməsi müəyyən olunmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli 6/4707 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «... Təqsirləndirilən şəxs üzərindən...» sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə üzəri gümüşü rəngli kağız bükümdə təmiz çəkisi -0,194qr, olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Qeyd: -təmiz çəkisi 0,194 qram, tədqiqata sərf edilmiş, 0,030 qram,qalıq-0.164 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89,00 (səksən doqquz) manat təşkil edir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Heroin) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsin 20 sentyabr 2023-cü il tarixli, 6021 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 15 dekabr 2023-cü il tarixli sübutların qiymətləndiriliməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,194 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut qismində tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış təmizçəkisi 0,164 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılması üçün Pirallahı RPİ-nin Saxlama Yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 06 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə barədə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 17 sentyabr 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd olunan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 20:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmalıdır, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,194 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 89,00 (səksən doqquz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) iş saatına görə (ibtidai istintaq zamanı 45 saat və məhkəmə baxışı zamanı 15 saat) ümumilikdə 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdən 06 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir ) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 20:00-dan saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə barədə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspertizadan sonra qalıq qalan 0,194 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 89,00 (səksən doqquz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-3/2024
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-3/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver