Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-3/2025 22.04.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, hazırda ƏN PXin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 2023-cü ilin dekabr ayının sonlarında saat 20-21 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin həyətyanı sahəsinin hasarına çəkilmiş ümumi dəyəri 800 manat təşkil edən 300 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 800 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 18-19 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayş olmayan evinin həyətinə qanunsuz daxil olmaqla orada yerləşən tövlənin 2 ədəd hər birinin dəyəri 250 manat təşkil edən dəmir qapsını, 1 ədəd dəyəri 40 manat təşkil edən pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlığını və 100 metr uzunluğunda dəyəri 140 manat təşkil edən rezin borunu gizli olaraq talayıb zərəçəkmiş şəxsə cəmi 680 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulan ittihamda özünü ilk olar təqsirli bilərək göstərdi ki, o, hər iki epizod üzrə özünü təqsirli bilir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsini dəyişərək özünü qismən təqsirli bildi və göstərdi ki, o, 1-ci epizod üzrə cinayət əməlini törətməmiş, ibtidai istintaqda oxumadan sənədləri imzalamışdır. İkinci epizod üzrə əməli etitaf etdi və peşmançılıq hissi keçirdiyini bildirdi. O, dəymiş ziyanı ödəməmişdir. İbtidai istintaqda ona qarşı heç bir fiziki və psixoloji təzyiq olmamışdır. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslər, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, ibtidai istintaqda müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Lakin müxtəlif tikintilərdə usta kimi işləyir. Azərbaycan dilində sərbəst yazıb oxumağı bacarır, tərcüməçi və ya mütəxəssisin köməyinə ehtiyacı yoxdur. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmir, sadəcə spirtli içkilərdən istifadə edir. 2016-cı ildə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə məhkum olunmuş və 2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, son vaxtlar maddi vəziyyəti yaxşı olmadığı üçün ona pul lazım olmuş və pul əldə etmək məqsədilə məcbur olub oğurluq etməyi qərara almışdır. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə təxminən saat 18-19 radələrində yaşadığı evin yaxınlığında yerləşən və yaşayış olmayan evin həyətinə hasardan aşaraq düşmüş, həyəti gəzib dəyərli heç nə tapa bilmədiyi üçün həyətdə olan tövlələrin 2 ədəd dəmir qapısını və 1 ədəd dəmir barmaqlığını çıxararaq hasarın üstündən çölə yerə atmışdır. Daha sonra həyətdə yerdə olan təxminən 100 metr uzunluğunda rezin borunu götürüb daxil olduğu yerdən çıxmışdır. Həmin dəmir qapı və barmaqlığı yol kənarında divara söykəyib piyada qəsəbənin əsas yoluna tərəf getmişdir. Yoda rezin borunun yarasız olduğunu görüb sata bilməyəcəyini bilib yol kənarında olan zibil qutularından birinə atmışdır. Orada əvvəllər tanıdığı taksi sürücüsü Sabir adlı şəxsə yaxınlaşıb dəniz kənarında bir neçə köhnə dəmir olduğunu və onları metal qəbulu məntəqəsinə aparmasını xahiş etmişdir. Sabir 5 manata aparacağını demiş, onunla razılaşmış sonra birlikdə həmin dəmir barmaqlıq və qapıları yığdığı yerə getmişlər. Maşından düşüb oğurladığı əşyaları maşının üstündə olan yük yerinə yığmış, sonra qəsəbədə metal qəbul edən Adil adlı şəxsin yaşadığı evə gedib Adilə göstərərək işlədiyi yerdən ona verildiyini demişdir. Adil onları tərəzidə çəkib çəkilərinə görə ona cəmi 40 manat vermişdir. Belə ki, 2 ədəd dəmir qapı və 1 ədəd dəmir barmaqlıq 100 kq olmuşdur. Əldə etdiyi pulun 5 manatını taksi sürücüsünə vermiş, qalan hissəsini isə şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin puldan hazırda onda qalmamışdır. Qeyd etdiyi oğurluq hadisəsindən əvvəl Pirallahı qəsəbəsində bir evdən də oğurluq etmişdir. Belə ki, 2023-cü ilin dekabr ayının sonlarında saat 20-21 radələrində Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi dəniz kənarında yerləşən və ətrafında başqa yaşayış evləri olmayan evin qarşısına getmiş, evin dəmir qapı və dəmir barmaqlıqları olmuş, evdə heç kimin olmadığından əmin olduqdan sonra evə işıq dirəyindən çəkilmiş elektrik naqillərini kəsərək oğurlamışdır. Həmin naqillərin izolyasiya qatını dəniz kənarında yandıraraq mis olan hissəsini qəsəbədə və ətrafda metal yığmaq üçün gəzən tanımadığı şəxslərə çəkisinə görə satıb pul əldə etmişdir. Əldə etdiyi pulu öz ehtiyaclarına, siqaret, su, yemək və sair xərcləmişdir. Oğurluq edərkən yanında heç kim olmamış, bütün oğurluqları tək törəmiş, oğurluq etməsi barədə heç kimə deməmiş, onu kənardan heç kim görməmiş, bu barədə ailə üzvlərinin də xəbəri olmamışdır. Oğurluq etdiyi ünvanları tanıdığını və göstərə biləcəyini, oğurladığı əşyaları tək satdığını, onları satarkən həmin əşyaların oğurluq olmasını alan şəxslərə demədiyini, onların özünə məxsus olduğunu, işlədiyi yerdən verildiyni bildirdiyini, oğurladığı dəmir qapıları, dəmir barmaqlıqları aparıb satdığı taksi sürücüsü Sabir adlı şəxsin əşyaların oğurluq olmasından məlumatı olmadığını, belə ki, ona həmin əşyaların özünə məxsus olduğunu və satmaq üçün apardığını dediyini, tutduğu əməlin cinayət tərkibi yaradacağını dərk etməklə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixləri arasında olan müddət ərzində naməlum şəxs və ya şəxslər ona məxsus Bakı şəhəri, Pirallahı rayonu, Priallahı qəsəbəsi, S.Vurğun küçəsində nömrəsiz ünvanda yerləşən evin həyətində olan 2 ədəd tövlənin, 2 ədəd dəmir qapısını və təxminən 100 metr uzunlduğunda rezin borunu oğurlamışlar. Belə ki, xx.xx.2024-cü il tarixdə ünvana baş çəkmək üçün getdikdə həmin oğluruq hadisəsinin baş verdiyini aşkar etmiş, daha sonra ətrafa göz gəzdirərkən naməlum şəxs və ya şəxslərin dəmir qapı və borudan başqa tövlənin 1 ədəd dəmir barmaqlığını da çıxararaq oğlurladıqlarını aşkar etmiş, baş vermiş oğurluq hadisəsi nəticəsində ona 700-800 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, təxminən 10 il əvvəl, yəni xx.xx.2014-cü il tarixdə Pirallahı rayonu, S.Vurğun küçəsi dəniz kənarında 6 sot torpaq sahəsi almış, həmin torpaq sahəsinə 3 otaq, bir mərtəbədən ibarət fərdi yaşayış evi tikdirmişdir. Həmin evə sayğac qoyulmaqla «Azərişığa» məxsus işıq dirəyindən 300 metr uzunluqda elektrik naqili ilə işıq və müşahidə kamerası çəkdirmişdir. 2023-cü ilin dekabr ayının sonlarında evə nəzarət etmək üçün getdikdə həmin elektrik naqillərinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlandığını aşkar etmişdir. Elektrik naqillərinin kəsilməsi nəticəsində ona ümuilikdə 800 manat dəyərində maddi ziyan dəymişdir. Belə ki, naqillərin çəkilməsini və quraşdırılmasını nəzərə almasa 300 metr naqili həmin ərəfədə 800 manata almışdır. Ona görə də baş vermiş oğurlun nəticəsində ona cəmi 800 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, etibarnamə ilə idarə etdiyi «Renault 12 Minik» markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıma fəaliyyəti ilə məşğul olur. Təxminən xx.xx.2024-cü il tarixdə Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən «Oba» marketin qarşısında dayanmış, bu vaxt Pirallahı qəsəbəsində yaşayan Ümid adlı şəxs ona yaxınlaşaraq dəniz kənarında bir neçə dəmir olduğunu, onları metal qəbulu məntəqəsinə aparmaq lazım olduğunu demiş, onunla danışıb 5 manata razılaşmış, birlikdə həmin yerə getmişlər. Ümid dəniz kənarı yolunda küçədə saxlamasını demiş, küçədə köhnə hasara söykənən 2 ədəd paslı dəmir qapını və 1 ədəd paslı dəmir barmaqlığı maşının üstündə olan yük yerinə yığmışdır. Daha sonra birlikdə Pirallahı qəsbəsində yerləşən metal qəbulu məntəqəsinə, yəni Adil kimi tanıdığı şəxsin evinə getmişlər. X9 həmin dəmir qapı və barmaqlığı ona işlədiyi yerdən verildiyini və satmaq istədiyini demiş, Adil isə həmin metalları tərəzidə çəkib Ümidə pul vermişdir. Lakin neçə manat verdiyini görməmişdir. Bundan sonra o, Ümidi görməmişdir. Həmin əşyaların oğurluq olmasından və Ümidin onları oğurluq yolla əldə etməsindən məlumatı olmamışdır. O, ona bu haqda heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, təxminən 15 ildir ki, yaşadığı evin həyətində əlvan metal qəbulu işi ilə məşğul olur. Aldığı metalları topladıqdan sonra Bakı şəhərində yerləşən müxtəlif metal zavodlarına təhvil verir. Metal və digər əşyaları alarkən adətən satan şəxslərdən şəxsiyyətlərini təsdiq edən snədlərinin surətlərini tələb edir. Sənədi olmayan şəxslərən isə telefon nömrələrini alır. xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində Pirallahı qəsəbəsində yaşayan Ümid aldı şəxs sarı rəngli «Renault» markalı maşınla gələrək maşından 2 ədəd köhnə, paslı dəmir qapı və 1 ədəd köhnə, paslı dəmir barmaqlığı düşürüb işlədiyi yerdən pul əvəzinə verdiklərini və satmaq istədiyini demiş, həmin dəmirləri tərəzidə çəkib çəkilərinə görə, yəni dəmirlər cəmi 100 kq olduğu üçün ona 40 manat pul vermişdir. Dəmir qapı və barmaqlığı haradan əldə etdiyini sonruşduqda Ümid işlədiyi yerdən iş qarşılığında ona verildiyini demişdir. Ümidi tanıdığı üçün inanmış və həmin əşyaları kənara qoymuşdur. Bundan bir neçə gün sonra polis işçiləri gəlib həmin əşyaların oğurluq olduğunu bildirmiş, polislərə həmin əşyaları Ümid adlı şəxsdən aldığını demişdir. Aldığı metal barmaq və qapıların oğurluq olmasından və Təqsirləndirilən şəxs onları oğurluq yolla əldə etməsindən məlumatı olmamışdır, Ümid ona həmin metal qapıları və barmaqlığı işlədiyi işin qarşılığında verildiyini demişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. İş materiallarında olan şübhəli şəxsin tutma haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. İş materillarında Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Pirallahı Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş, CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla 1000 manat cərimə cəzasına məhkum olunmuş, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş, CM-nin 67.1-ci maddəsi tətbiq olunmaqla 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 1000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.11-ci bəndinə əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir. İş materiallarında olan X2 xx.xx.2024-cü il tarixli, 206 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ekspertizaya təqdim olunmuş istismar olunmuş 2 ədəd dəmir qapının 2024-cü ilin iyun və sentyabr aylarına olan dəyəri 280,00 (iki yüz səksən) manat, istismar olunmuş 1 ədəd dəmir barmaqlığın dəyəri 80,00 (səksən) manat olmaqla, həmin əşyaların ümumilikdə dəyəri 360,00 (üç yüz altmış) manat məbləğində müəyyən edilir. İş materillarında olan Pirallahı RPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Pirallahı RPİ-nin MSY-ə təhvil verilmişdir. İş materillarında olan PX 3 saylı İT-nın xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq 3 saylı İT-na gətirilmişdir. Bеləliкlə Təqsirləndirilən şəxs qеyd еdilən əməllərinin cinаyət оlmаsını аrаdаn qаldırаn hаllаr, həmçinin оnun cinаyət məsuliyyətindən аzаd еdilməsi üçün əsаslаr yохdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı qismən təqsirli bilmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadəsi həqiqətə uyğun deyildir, belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərdikləri onun özünün ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslər, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs оğlunun törətdiyi əməli qismən etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləhdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini, əvvəllər məhkum olunmasını, lakin məhkumluğunun ödənilməsini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 03 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut olan 01 ədəd dəmir barmaqlıq və 02 ədəd dəmir qapı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs оğluna ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi (ibtidai istintaq zamanı iş saatına görə 360 manat və məhkəmə baxışı zamanı 180 manat) ümumilikdə 540 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 03 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 01 ədəd dəmir barmaqlıq və 02 ədəd dəmir qapı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən həxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı həhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 540 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-3/2025
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-3/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver