Məhkəmə qərarları › İş №1(094)-31/2023

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-31/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-31/2023 18.07.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X12 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1985-ci il tarixdə tarixdə Bərdə rayonu Yeni-Daşkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, "xxxx" MMC-də inzibatçı vəzifəsində işləyən, məhkumluğu olmayan, Bərdə rayonu Yeni-Daşkənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Əlizadə X5 Rəfiqə Əliyar qızı ilə yaxın münasibətlər yaradaraq sonuncuda özünə qarşı etibar yaratmış, ardınca bu etibardan sui-istifadə edib belə bir imkana və ya səlahiyyətə malik olmadığını bilə-bilə dələduzluq yolu ilə X3 pulunu ələ keçirmək məqsədi ilə onun oğlu Şahid1 FHN-nin YSİ-ə işə düzəldəcəyi barədə yalandan vəd verib sonuncunu aldadaraq xx.xx.2022-ci il tarixdə X3 oğlu Şahid1 Pirallahı rayonu S. Bağırov küçəsində yerləşən “OBA” marketdə 5000 manat pulu, xx.xx.2022-ci il tarixdə isə X1 5000 manat pulu Pirallahı rayonu S. Bağırov küçəsində yerləşən “OBA” marketdə vahid niyyətlə 2 dəfəyə ümumilikdə 10000 manat pul alaraq xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, təqsirlləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 3 ilə yaxındır Pirallahı qəsəbəsi S. Bağırov küçəsində yerləşən “OBA” marketdə administrator vəzifəsində işləyir, 2016-cı ildə CM-nin 333.3-cü maddəsi ilə məhkum olunub, 2017-ci ildə azadlığa çıxıb, himayəsində 3 azyaşlı övladı var. Zərərçəkmiş şəxs Bəhrəm qızını 2 ilə yaxındır tanıyır, münasibətləri normal olub. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs onun işlədiyi “OBA” marketə alış veriş etməyə gəlmiş, bir neçə dəqiqə keçdikdən sonra oğlu Babək də marketə gəlmişdir. O, Zərərçəkmiş şəxs oğlunun harada işlədiyini soruşmuş, Zərərçəkmiş şəxs isə oğlu Babəkin heç yerdə işləmədiyini FHN-nə işə düzəltmək istədiklərini, lakin tanışlarının oladığını bildirmişdir. O, bu məsələ ilə bağlı ona köməklik edəcəyini, lakin bunun üçün müəyyən şəxslərə 10000 manat pul vermək lazım olduğunu bildirmişdir. Həmin günü axşam saatlarında Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng vuraraq şərtlərlə razı olduğunu, lakin pulun yarısını indi yarısını isə iş düzələndən sonra verə biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs oğlu Babək S.Bağırov küçəsində yerləşən onun işlədiyi “OBA” marketə gəlmiş, arxa tərəfdə yerləşən otaqda 5000 manat pulu sayaraq ona vermişdir. xx.xx.2022-ci il tarixdə o yenidən Zərərçəkmiş şəxs zəng vuraraq işi düzəldən şəxsin pulun qalanını istədiyini bildirmişdir. Həmin gün axşam saat 19 radələrində Zərərçəkmiş şəxs qızı Şahid3lə birlikdə onun işlədiyi S.Bağırov küçəsində yerləşən “OBA” marketə gəlmiş, marketin içərisində arxa tərəfdə yerləşən otaqda 5000 manat pulu ona vermişdir. O, həmin pulu şəxsi ehtiyacları üçün istifadə etmişdir. Sonradan Zərərçəkmiş şəxs dəfələrlə ondan işin nə yerdə olduğunu soruşanda o, müxtəlif bəhanələrlə vaxt udmağa çalışmışdır. Sonuncu dəfə isə o yalandan Zərərçəkmiş şəxs işi düzəldən adamın pulu götürərək qaçdığını bildirmişdir. Zərərçəkmiş şəxsə qismən ödəniş edib, törətdiyi əməldən peşmandır, həmçinin himayəsində yetkinlik yaşına çatmayan üç uşaq var. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs 2 ilə olar ki, tanıyır, münasibətləri əvvəllər normal olub. Əlizadə X7 qəsəbəsi S.Bağırov küçəsində yerləşən “OBA” marketdə işləyir. xx.xx.2022-ci il tarixdə “OBA” marketə alış-veriş etməyə getmiş, yükü ağır olduğundan kömək üçün oğlu Babəkə zəng vurmuş, bir neçə dəqiqədən sonra oğlu “OBA” marketə gəlmiş, orada Zamin Babəki görəndə onun harada işlədiyini soruşmuş, o isə heç yerdə işləmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona oğlu Babəki FHN-nin YSİ-ə işə düzəldə biləcəyini, bunun üçün müəyyən şəxslərə 10000 manat pul vermək lazım olduğunu bildirmiş və onu inandırmaq üçün yanında kimlərləsə telefonla danışmış, sonra isə ona pulu indi verəcəkləri halda oktyabr ayının axırlarında oğlunun imtahana gedəcəyini və işə qəbul olacağını bildirmişdir. O, məsləhətləşmək üçün ondan vaxt istəyərək yaşadığı ünvana getmişdir. Axşam saatlarında istifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs zəng vuraraq razı olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankından həyat yoldaşı X4 adına 8900 manat kredit götürmüş, qalan 1100 manat pulu isə qızı X2 borc götürmüşdür, 10000 manat pulu tam olaraq düzəltdikdən sonra Təqsirləndirilən şəxs zəng vuraraq pulun tam olaraq hazır olduğunu lakin 5000 manat qabaqcadan verəcəyini iş həll olduqdan sonra isə qalan 5000 manatı verəcəyini bildirmişdir. Zamin onunla razılaşmışdır. O, xx.xx.2022-ci il tarixdə işdə olduğu üçün oğlu Şahid1 zəng vuraraq 5000 manat pulu Zaminə verməyini istəmiş, oğlu dostu Elxanla birlikdə Zaminin işlədiyi “OBA” marketə gedərək orada ona 5000 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə Zamin ona zəng vuraraq işi düzəldən adamın pulu tam istədiyini bildirmiş, axşam saatlarında o qızı Şahid3 ilə birlikdə Zaminin işlədiyi “OBA” marketə gedib marketin içərisində 5000 manatı Zaminə vermişdir, pulu verərkən həmin otaqda o, qızı və Zamin olmuşdur. Bundan sonra xeyli müddət keçsə də Zamin müxtəlif bəhanələr gətirməyə başlamış, xx.xx.2023-cü il tarixdə Zamin ona pulu alan şəxsin pulu götürərək getdiyini bildirmiş, bundan sonra o, Pirallahı Rayon Polis İdarəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər qismən yəni 810 (səkkiz yüz on) manat ödənilmişdir, lakin hazırda o təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs təxminən iki ildir tanıyır, o Pirallahı qəsəbəsi S.Bağırov küçəsində yerləşən “OBA” marketdə işləyir. xx.xx.2022-ci il tarixdə anası Zərərçəkmiş şəxs Bəhrəm qızı “OBA” marketə alış-veriş etməyə getmiş, yükü ağır olduğundan zəng vuraraq ondan kömək istəmiş, o da “OBA” marketə getmişdir. Zamin anasından onun harada işlədiyini soruşduqda anası onun işləmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onu FHN-nin YSİ-ə işə düzəldə biləcəyini və bunun üçün müəyyən şəxslərə 10000 manat pul vermək lazım olduğunu bildirmişdir. Anası ondan məsləhətləşmək üçün vaxt istəmiş, axşam saatlarında anası Təqsirləndirilən şəxs zəng vuraraq razı olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankından atası X4 adına 8900 manat kredit götürmüşlər, qalan 1100 manat pulu isə bacısı X2 borc almışlar, 10000 manat pulu tam olaraq düzəltdikdən sonra anası yenidən Təqsirləndirilən şəxs zəng vuraraq pulun tam hazır olduğunu, lakin 5000 manatını qabaqcadan verəcəklərini qalan 5000 manatı isə iş həll olduqdan sonra verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə anası işdə olduğu vaxt ona zəng vurub demişdir ki, Zaminə 5000 manat pul versin, o, evdən 5000 manat pulu götürüb dostu Elxanla birlikdə Zaminin işlədiyi “OBA” marketə getmiş marketin girişində sənədləri və pulu dostu Elxanın yanında Zaminə vermişdir. xx.xx.2022-ci il tarixdə Zamin onun anasına zəng vuraraq işi düzəldən adamın pulu tam istədiyini bildirmiş, həmin gün axşam saatlarında anası bacısı Şahid3 ilə birlikdə Zaminin işlədiyi “OBA” marketə gedərək qalan 5000 manatı Zaminə vermişlər. xx.xx.2023-cü i tarixdə Zamin anası Zərərçəkmiş şəxs Bəhrəm qızına pulu alan şəxsin pulu götürərək qacıdığını bildirmişdir. Bundan sonra anası Pirallahı Rayon Polis İdarəsinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, xx.xx.2022-ci il tarixdə dostu Şahid1lə Pirallahı rayonu ərazisində gəzərkən günorta saat 15 radələrində Babəkin anası Zərərçəkmiş şəxs Babəkə zəng vurub bir neçə dəqiqə danışdıqdan sonra Babək ona evə getmək lazım olduğunu bildirmiş və onlar birlikdə Babəkin yaşadığı evə getmişlər, yolda söhbət əsnasında Babək ona FHN-nin YSİ-nə işə düzəlmək üçün Bakı şəhəri Pirallahı qəsəbəsi S.Bağırov küçəsində yerləşən “OBA” marketin müdiri Zamin adlı şəxsə pul verəcəklərini bildirmişdir. Onlar dostu Babəkin yaşadığı evə gəlmişlər, Babəkin bacısı Günel əlində gətirdiyi pulu Babəkə vermiş, Babək 5000 manat pulu saydıqdan sonra zərfə qoyduqdan sonra onlar birlikdə S.Bağırov küçəsində yerləşən “OBA” marketə getmişlər. Onlar “OBA” marketə çatanda Zaminin qapının ağzında dayanıb siqaret çəkdiyini görmüşlər, bir neçə dəqiqə söhbət etdikdən sonra Babək əlindəki faylın içərisindən pul olan zərfi çıxardıb Zaminə vermiş, sonra onlar “OBA” marketin içərisinə daxil olmuşlar, o dostu Babəki çöldə gözləmiş, bir neçə dəqiqədən sonra Babək çölə çıxmış və onlar birlikdə ordan uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, xx.xx.2022-ci il tarixdə anası X6 ona zəng vuraraq bildirmişdir ki, qardaşı Şahid1 5000 manat pul versin, bir neçə dəqiqədən sonra qardaşı Babək dostu Elxanla birlikdə evə gəlmiş və o, 5000 manat pulu sayaraq Babəkə verdikdən sonra onlar çıxıb getmişlər. xx.xx.2022-ci ildə o, anası X6 ilə birlikdə Bakı şəhəri Pirallahı qəsəbəsi S.Bağırov küçəsində yerləşən “OBA” marketə getmişlər bu zaman Zaminin qapının ağzında dayanıb siqaret çəkdiyini görmüşlər, qapının ağzında bir neçə dəqiqə söhbət etdikdən sonra “OBA” marketin içərisinə daxil olaraq orada müdriyyət üçün nəzərdə tutulmuş otaqda anası 5000 manat pulu Zaminə vermiş və bir neçə dəqiqə söhbət etdikdən sonra “OBA” marketdən çıxıb getmişlər. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan üç uşağı var. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 18 may 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Gəncə Hərbi Məhkəməsinin 06 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. 2) Gəncə Hərbi Məhkəməsinin 19 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində CMnin 66.5-ci maddəsi tətbiq edilməklə 400 (dörd yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.8-ci bəndinə əsasən təyin edilmiş cərimədən azad edilmişdir. 3) Gəncə Hərbi Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzası tam başa çatmışdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı qismən, yəni 810 (səkkiz yüz on) manat ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun əvvəllər də analoji cinayətlər törətməyə görə məhkum olnmasını, cəzasını yüngülləşdirən halları, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbs olunduğu 18 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar