Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-32/2023 17.10.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cabbarova Jalə Surxay qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində ünvan 3prel 2023-cü il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə və şəxsi istifadəsi üçün qanunsuz olaraq narkotik vasitə olan heroini və metadon həbini əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə gündüz saatlarında, istintaqa şəxsiyyəti məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi ilə və şəxsi istifadəsi üçün, 20 ədəd narkotik vasitə metadon həbini və 04 ədəd siqaret kağızına bükülmüş bükümdə narkotik vasitə heroin əldə edərək, üzərində saxlamaqla, daşımış və gəzdirmiş, həmin bükümlərdən 04 ədəd bükümdə narkotik vasitə metadon həbini özü qəbul etmiş, 12 ədəd bükümdə narkotik vasitə metadon həbindən 03 ədəd narkotik vasitə metadon həbini və 04 ədəd siqaret kağızına bükülmüş bükümdə narkotik vasitə heroini Fərid adlı şəxsə 70 manata satmış, digər 04 ədəd narkotik vasitə metadon həbini tanışı Əlişka adlı şəxsə, 03 ədəd narkotik vasitə metadon həbini tanışı Zaur adlı şəxsə satmış, digər qalan qanunsuz olaraq satış məqsədilə və şəxsi istifadəsi üçün əldə etdiyi 02 ədəd konvalyut kəsiyində üzərində “Methadone 40” yazısı olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,20 qram təşkil edən ümumilikdə 05 ədəd metadon tərkibli dərman preparatını üzərində olan göy rəngli cins şalvarının sağ arxa yan cibində saxlamaqla daşımış, 11 aprel 2023-cü il tarixdə saat 16:15-də Bakı şəhəri Pirallahı RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Vurğun küçəsində yerləşən «Oba» marketin yaxınlığında piyada hərəkətdə olduğu vaxt saxlanılmış, idarənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman göy rəngli cins şalvarının sağ arxa yan cibində qanunsuz olaraq satış məqsədilə və şəxsi istifadəsi üçün əldə etdiyi 02 ədəd konvalyut kəsiyində üzərində “Methadone 40” yazısı olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,20 qram təşkil edən ümumilikdə 05 ədəd metadon tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, özünü qismən yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, polis idarəsində üzərindən aşkar olunan 05 ədəd metadon həbi ona məxsusdur, lakin o, heç kimə narkotik vasitə satmayıb. İttiham aktında olan ifadəsini təsdiq etmir, çünki polis idarəsində həmin ifadəni təziyq altında verib, yəni həmin ifadəni verməmişdən əvvəl Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi və həmin şöbənin əməkdaşları Bayram və Zaur tərəfindən döyülmüşdür. Fəridlə bir məhəllədə yaşayır, o da onun kimi narkotik vasitələrdən isitfadə etdiyi üçün saxlanılmamışdan bir gün əvvəl təmənnasız olaraq Fəridə 01 ədəd metadon həbi veribmiş. Həmçinin Əlişka və Zauru tanıyır, lakin onlara da narkotik vasitə və ya psixotrop maddə satmayıb, saxlanılmamışdan əvvəl mütəmadi olaraq Əlişka və Zaurla məhəllə uşağı kimi telefon əlaqəsi olub. Üzərindən aşkar olunan metadon həblərini öz istifadəsi üçün alıbmış, ağrıları olanda 01 həbin ¼ hissəsini istifadə edir, həmçinin heroindən də istifadə edir. Bunların nəzərə alınaraq ona CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, üzləşdirmə protokolu, şahidlərin ifadələri, ekspertiza rəyləri, qanuni qüvvəyə minmiş Pirallahı Rayon Məhkəməsinin hökmü və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 istintaqda verdiyi ifadəsini dəyişdirərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə tanışı Məcidlə görüşərək ondan təmənnasız metadon həbi almışdır. Polis idarəsində üzərindən yalnız metadon aşkar olunmuşdur, ittiham aktında qeyd edildiyi kimi üzərindən heroin aşkar olunmayıb. İstintaq dövründə ona heç bir təziyq olmayıb, lakin o, narkotikin təsiri altında olduğu üçün müstəntiqin göstərdiyi yerlərdən qol çəkmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə video çəkilişlə baxış keçirilən zaman artıq narkotikin təsirindən çıxıbmış, çəkiliş zamanı üzərindən aşkar olunan metadon və heroinin özünə məxsus olduğunu bildirmişdir, həmçinin barəsində həbs qətimkan tədbiri seçiləndə də üzərindən aşkar olunan metadon və heroinin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, təxminən bir ildir narkotik vasitə olan heroin və metadondan istifadə edir. Hər dəfə narkotik vasitə lazım olduqda Bakı şəhəri ərazisində tanımadığı müxtəlif şəxslərdən narkotik vasitə alaraq istifadə edirmiş. xx.xx.2023-cü il tarixdə Pirallahı rayon sakini əvvəllər tanıdığı Məcid adlı şəxslə onun yaşadığı evin yaxınlığında görüşərək ondan 03 ədəd metadon həbi almışdır. O, həmin metadon həblərini götürərək yaşadığı evə getmiş və istifadə etmişdir Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, bir neçə aydır ki, ağrıları olduğu üçün narkotik vasitə metadon həbini qəbul edirmiş. Hər dəfə narkotik vasitə lazım olduqda Bakı şəhəri ərazisində tanımadığı müxtəlif şəxslərdən narkotik vasitə alaraq istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə Pirallahı rayon sakini əvvəllər tanıdığı Məcid adlı şəxslə telefon əlaqəsi saxlayaraq ondan narkotik vasitə metadon istəmişdir. Məcid də ona bildirmişdir ki, onda istədiyi metadon var, Məcidlə onun yaşadığı evin yaxınlığında görüşüb ondan 04 ədəd metadon həbi almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, xx.xx.2023cü il tarixdə Pirallahı RPİ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əkməsi, əldə etməsi, saxması, istifadəsi və satışı ilə məşqul olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur, həmin əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar idarə rəhbərliyinə məruzə edildikdən sonra, əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş, əməliyyat qrupuna o, rəhbərlik etmiş, əməliyyat qrupuna Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3 da daxil edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, əməliyyat – axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsində yerləşən OBA marketin yaxınlığında olduğu müəyyən edildikdən sonra, ona yaxınlaşaraq, özlərini ona təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadə etməsi və satışını həyata keçirməsi ilə əlaqədar əməliyyat məlumatı daxil olması bildirilmiş və həmin əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar onu polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində, əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək hansı səbəbə polis idarəsinə gətirildiyi, üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulmuş və əgər varsa həmin qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində tanımadığı şəxsdən satış məqəsdi ilə əldə etdiyi 2 list metadon almış və həmin metadondan qalan 05 ədəd metadon həbini polis əməkdaşlarına təqdim etməklə, masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metadon dərman preparatı ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş, 05 ədəd metadon həbini tutulmamışdan əvvəl Binəqədi rayonu Biləcəri qəsəbəsində tanış olduğu şəxsdən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin İB-nin müstəntiqi Şahid6 bildirmişdir ki, təqsirləndirilən şəxsə və şahidlər Şahid5 və Şahid4 ibtidai istintaq zamanı təziyq olmayıb. Zaur və Ələkbər istintaq zamanı şahid qismində dindirilmiş və ifadələrini oxuduqdan sonra imzaları ilə təsdiq etmişlər. Cinayət işinin 1-ci cild 40-42-ci vərəqələrində olan Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli, 6/2142 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən…” sözləri və imzalar qeyd edilmiş kağız paketi açdıqda 02 ədəd konvalyut kəsiyində üzərində “Methadone 40” yazısı olan ümumilikdə 05 ədəd həb metadon tərkibli dərman preparatıdır və həmin həblərdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,20 qram təşkil edir. Qeyd: -05 ədəd metadon həbinin 02 ədədi tədqiqata sərf edilmiş, 03 ədəd metadon həbi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 55,00 (əlli beş) manat təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cild 58-62-ci vərəqələrində olan 12 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən sonuncunun üzünə qarşı ondan 70 manat müqabilində 04 ədəd bükümdə narkotik vasitə olan heroin və 03 ədəd metadon həbi aldığını bildirmişdir, Təqsirləndirilən şəxs isə üzləşdirmə dindirmə istintaq hərəkəti zamanı Şahid1 üzünə ona yalnız 03 ədəd metadon həbi satdığını, narkotik vasitə heroin satmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 132-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin 11 may 2023-cü il tarixli, 2832 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 143-145-ci vərəqələrində olan Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2023-cü il tarixli, 6/2754 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metadon tərkibli dərman preparatı ilə Şahid1 üzərindən aşkar edilmiş metadon tərkibli dərman preparatı xarici əlamətlərinə və tərkibindəki təsir maddəsinin miqdarına əsasən eyni tərkiblidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 55,00 (əlli beş) manat təşkil edir. Cinayət işinin 1-ci cild 166-168-ci vərəqələrində olan Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli, 6/2141 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şahid1 üzərindən…” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,290 qr, 0,180 qr, 0,246 qr, 0,145 qr, ümumi çəkisi-0,861 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd konvalyut kəsiyində üzərində “Methadone 40” yazısı olan 01 ədədqəhvəyi rəngli həb metadon tərkibli dərman preparatıdır və həmin həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edir. Cinayət işinin 1-ci cild 148-149-ci vərəqələrində olan 09 iyun 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-nin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməsi və götürmə istintaq hərəkəti edilən zaman əynində olan göy rəngli cins şalvarın sağ arxa yan cibindən 05 ədəd dərman preparatı metadon həbinə bənzər maddə aşkar olunaraq götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənmiş və zərf iştirakçılar tərəfindən imza edilmişdir. Cinayət işinin 1-ci cild 150-151-ci vərəqələrində olan 10 iyun 2023-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd konvalyut kəsiyində üzərində Methadone 40 yazısı olan ümumilikdə 05 ədəd həb metadon tərkibli dərman preparatıdır və həmin həblərdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,20 qram təşkil edir. Metadon həbinin sayı 05, tədqiqata sərf edildi 02 həb, qalıq 03 həb məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhəri Pirallahı RPİ-nin Saxlama Otağına verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 22-ci vərəqəsində olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 74-75-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 4(094)-19/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Pirallahı Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində X3 adlı azyaşlı uşağı var. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 27 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs polis idarəsinə gətirildikdən sonra Pirallahı RPİ-nin CAŞ-nin rəisi və həmin şöbənin əməkdaşları Bayram və Zaur tərəfindən döyülərək öz əleyhinə ifadə verməyə məcbur edilməsini, həmçinin istintaq təcridxanasına qəbul edilən zaman bədənində xəsarətlər olduğunu və bu xəsarətlərlə tibb sanitar hissəsinə yerləşdirildiyini bildirdiyi üçün qeyd edilən faktın araşdırılması üçün Pirallahı rayon prokuroruna məlumat velimiş, həmçinin Təqsirləndirilən şəxs istintaq təcridxanasına qəbul edilən zaman badənində xəsarətlər olub-olmaması faktının müəyyən edilməsi məqsədilə 3 saylı İstintaq Təcridxanasına sorğu verilmişdir. Pirallahı Rayon Prokurorluğundan daxil olmuş 27 iyul 2023-cü il tarixli 29c-23 saylı məktubdan görünür ki, Pirallahı Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı cinayət hadisəsi olmadığından xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və həmin qərarın surəti Təqsirləndirilən şəxs göndərilməklə ona qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Pirallahı rayon prokuroruna, yuxarı prokurorluğa və ya Pirallahı Rayon Məhkəməsinə şikayət etmək hüququ izah olunmuş, lakin Təqsirləndirilən şəxs həmin qəradan şikayət etməmişdir. Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 25 sentyabr 2023cü il tarixli 20-12/555 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. İlkin tibbi baxış zamanı o, zədə aldığını bildirmiş, lakin bədən səthinin müayinəsində yeni zədə və xəsarət izləri aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş Pirallahı Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 1(094)-33/2023 saylı hökmündən görünür ki, həmin iş üzrə təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ifadəsini dəyişmiş və şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, narkotik maddə olan heroini inyeksiya yolu ilə, narkotik vasitə metadonu isə həb kimi ağrıları olan zaman qəbul edirmiş. Hər dəfə narkotik vasitə lazım olduqda Bakı şəhəri ərazisində tanımadığı müxtəlif şəxslərdən narkotik vasitə alaraq istifadə edirmiş. xx.xx.2023-cü il tarixdə Pirallahı rayon sakini əvvəllər tanıdığı Məcid adlı şəxslə telefon əlaqəsi saxlayaraq ondan narkotik vasitə heroin və metadon istəmiş. Məcid onda narkotik vasitə heroin və metadon olduğunu bildirərək onunla yaşadığı evin yaxınlığında görüşməyi təklif etmişdir. O, təxminən 00:00 radələrində Məcidlə yaşadığı evinin yaxınlığıda saat görüşərək ondan 70 manat müqabilində 03 ədəd metadon dərman pereparatı və 04 ədəd siqaret kağızına bükülmüş heroin almışdır. Aldığı 03 ədəd metadon dərmanından yaşadığı evdə 02 ədədini qəbul etmiş, 01 ədəd metadonu və 04 ədəd siqaret kağızına bükülmüş heroini isə sonraya saxlamışdır. Ertəsi gün Məcidlə əlaqə saxlayaraq yenidən metadon dərman pereparatı istəmiş, Məcidə pulunun olmadığını aldığı 04 ədəd siqaret kağızına bükülmüş heroini ona qaytarıb, əvəzində ona metadon dərman preparatını verməsini istəmişdir. Daha sonra o, Məcidlə görüşə gedən zaman S.Vurğun küçəsində yerləşən qəbristanlığın yaxınlığında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirərək onu polis idarəsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Orada öz xahişi ilə dövlət hesabına vəkillə təmin edilmiş, otaqların birində vəkilin iştirakı ilə üzərində olan qanunsuz əşya və predmetləri könüllü təqdim etmək təklif edilmişdir. O, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 04 ədəd bükümdə narkotik vasitə olan heroini və 01 ədəd metadon dərman pereparatını çıxardaraq masanın üzərinə qoymuşdur. Müdafiəçinin iştirakı ilə həmin bükümlər açılmış, bükümlərin içərisində qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə heroin və bir ədəd dərman preparatı metadona oxşar maddə aşkar edilmiş, Sonra həmin bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Şifahi sorğu zamanı o polis əməkdaşlarına 04 ədəd bükümdə narkotik vasitə heroini və üç ədəd metadon dərman preparatını xx.xx.2023-cü il tarixdə Pirallahı rayon sakini Məcid adlı şəxsdən 70 manat pul müqabilində özünün istifadəsi üçün aldığını, metadon dərman preparatından 02 ədədini istifadə etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidsentinin 29 dekabr 2020-ci il tarixli 2372 nömrəli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Baş Nazirinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən verilmiş 77 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvüdür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə olan heroini və metadon həbini əldə etməsi, saxlaması, daşıması və satma cinayətini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, üzləşdirmə protokolu, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, qüvvəyə minmiş Pirallahı Rayon Məhkəməsinin hökmü və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə də uyğunluq təşkil etmir. Belə ki, Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq törətdiyi əməli etiraf etmişdir. Bundan başqa, məhkəmə iclasında tədqiq edilərək cinayət işinə əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə hökmlərindən də göründüyü kimi həmin iş üzrə təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ifadəsini dəyişmiş və şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Pirallahı rayon sakini əvvəllər tanıdığı Məcid adlı şəxslə telefon əlaqəsi saxlayaraq ondan narkotik vasitə heroin və metadon istəmiş. Məcid onda narkotik vasitə heroin və metadon olduğunu bildirərək onunla yaşadığı evin yaxınlığında görüşməyi təklif etmişdir. O, təxminən 00:00 radələrində Məcidlə yaşadığı evinin yaxınlığıda saat görüşərək ondan 70 manat müqabilində 03 ədəd metadon dərman pereparatı və 04 ədəd siqaret kağızına bükülmüş heroin almışdır. Aldığı 03 ədəd metadon dərmanından yaşadığı evdə 02 ədədini qəbul etmiş, 01 ədəd metadonu və 04 ədəd siqaret kağızına bükülmüş heroini isə sonraya saxlamışdır. Ertəsi gün Məcidlə əlaqə saxlayaraq yenidən metadon dərman pereparatı istəmiş, Məcidə pulunun olmadığını aldığı 04 ədəd siqaret kağızına bükülmüş heroini ona qaytarıb, əvəzində ona metadon dərman preparatını verməsini istəmişdir. Daha sonra o, Məcidlə görüşə gedən zaman S.Vurğun küçəsində yerləşən qəbristanlığın yaxınlığında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirərək onu polis idarəsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Orada öz xahişi ilə dövlət hesabına vəkillə təmin edilmiş, otaqların birində vəkilin iştirakı ilə üzərində olan qanunsuz əşya və predmetləri könüllü təqdim etmək təklif edilmişdir. O, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 04 ədəd bükümdə narkotik vasitə olan heroini və 01 ədəd metadon dərman pereparatını çıxardaraq masanın üzərinə qoymuşdur. Müdafiəçinin iştirakı ilə həmin bükümlər açılmış, bükümlərin içərisində qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə heroin və bir ədəd dərman preparatı metadona oxşar maddə aşkar edilmiş, Sonra həmin bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Şifahi sorğu zamanı o polis əməkdaşlarına 04 ədəd bükümdə narkotik vasitə heroini və üç ədəd metadon dərman preparatını xx.xx.2023-cü il tarixdə Pirallahı rayon sakini Məcid adlı şəxsdən 70 manat pul müqabilində özünün istifadəsi üçün aldığını, metadon dərman preparatından 02 ədədini istifadə etdiyini bildirmişdir (Pirallahı Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmü). Məhkəmə belə qənaətə gəlir ki, hazırkı, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini dəyişməsi Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq narkotik vasitə 03 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 110,00 (yüz on) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 30 iş saatına görə 180 (yüz səksən) manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 24 iş saatına görə 144,00 (yüz qırx dörd) manat ümumilikdə 54 iş saatına görə cəmi 324,00 (üç yüz iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 11 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq narkotik vasitə 03 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 30 iş saatına görə 180 (yüz səksən) manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cuma oğluna 24 iş saatına görə 144,00 (yüz qırx dörd) manat olmaqla, ümumilikdə 324,00 (üç yüz iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-32/2023
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-32/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver