Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(094)-32/2025 21.10.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il ildə Astara rayonunda anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşıdır, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Astara rayonu Təngərüd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda kirayədə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Pirallahı qəsəbəsində yerləşən parkda aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı əli ilə qəsdən tanışı Zərərçəkmiş şəxs qıznın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək sonuncunun sol bazunun, bazu oynağının qançırı-yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, təxminən 1 və ya 2 il əvvəl Pirallahı qəsəbəsində İradə adlı şəxslə tanış olmuş, onunla yaxın münasibətləri olmuşdur. Lakin son vaxtlar İradəyə zəng vurduqda zənglərinə cavab verməmiş, onun tez-tez Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində yerləşən parkda gəzdiyni bildiyi üçün görüşüb nə üçün zənglərinə cavab vermədiyini soruşmaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə təxminən saat 20 radələrində həmin parka getmişdir. Parkda gəzərkən İradə və qızı Ayşənin onunla üzbə-üz gəldiklərini, İradənin isə telefonda danışdığını görmüşdür. Onun yanından keçərkən çiyni ilə sərt şəkildə onun sol tərəf qol və çiyin nahiysinə vurmuşdur. Nə üçün zənglərinə və mesajlarına cavab vermədiyini demiş, İradə isə uca səslə «məni burda biabır edirsən» deyib qaçmışdır. Ona görə də oradan uzaqlaşıb getmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 1 il əvvəl Pirallahı qəsəbəsində yerləşən «Oba» marketdə işlədiyi vaxtlar Allahqulu adlı şəxslə tanış olmuş, onunla yaxın münasibəti olmuşdur. Bu haqda əri X1 xəbəri olmamışdır. Allahqulu da münasibətlərini gizli saxclaya bilməmiş, belə ki, yaşadığı ünvana gəlir, vaxtlı-vaxtsız ona zəng vurur, narahat edir. Allahqulunun bu xasiyyətinə görə son vaxtlar ondan uzaq durmağa çalışmış, buna baxmayraq Allahqulu ondan əl çəkməyib münasibətini davam etdirməyəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələmiş, telefonuna zəng vurmuş, narahat etmişdir. Ona görə də onunla münasibətlərini tamamilə kəsmiş, xx.xx.2025-ci il tarixdə təxminən saat 20 radələrində 15 yalşı qızı Şahid ilə Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində yerləşən parkda gəzərkən Allahqulu ilə rastlaşmış, həmin vaxt Allahqulu onun qarşısını kəsib uca səslə zənglərinə və mesajlarına nə üçün cavab vermədiyini, onu axtarmadığını deyib nalayaiq ifadələrlə təhqir etməyə başlamış, onun getməsi, ondan əl çəkməsi üçün evə getdikdən sonra yazacağını demiş, lakin o, əhəmiyyət verməyib qəflətən yumruqla bədəninə, boğazına, sifətinə ard-arda bir neçə zərbə vurmuşdur. Allahqulu ona çağrışlarına getməyəcəyi təqdirdə onu daha da pis vəziyyətə salacağını demiş, bundan sonra qışqırıb parkda olan tanımadığı şəxslərdən kömək istəmiş, polis çağırmalarını xahiş etmiş, həmin vaxt parkda təxminən 5-6 nəfər qadın olmuşdur. Allahqulu polis çağırdığını eşidib qaçıb getmişdir. Təqsirləndirilən şəxs əli ilə onun əsasən qollarına və bədəninə vurmuş, ola bilsin ki, sifətinə də vurmuş, lakin sifət nahiyəsindən xəsarət almamış, aralarında baş vermiş mübahisənin təxminən 2-3 dəqiqə davam etmişdir. Hazırda o, Təqsirləndirilən şəxslə barışmış, onu bağışlamış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İbtidai istintaqda şahid qismində dinirilmiş Şahid ifadəsində göstərmişdir ki, yuxarıda göstərilən ünvanda valideyinləri ilə birlikdə yaşayır. Mahiyəti üzrə bildirirmişdir ki, xx.xx.20025-ci il tarixdə təxminən saat 20 radələrində anası Zərərçəkmiş şəxs ilə Bakı şəhəri Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində yerləşən parkda gəzərkən anasının tanıdığı Allahqulu adlı şəxslə rastlaşmışlar. Allahqulu onlara yaxınlaşıb anasını nalayiq ifadələrlə təhqir etmiş, anası ona nə isə demiş, həmin vaxt Allahqulu əli ilə anasının bədəninə, boğazına, sifətinə vurmuşdur. Anası qışqırıb parkda olan tanımadıqları şəxslərdən kömək istəmiş, polis çağırmalarını xahiş etmiş, həmin vaxt parkda təxminən 5-6 nəfər qadın olmuş, Allahqulu polis çağırdıqlarını eşidib qaçıb getmişdir. Mübahisənin təxminən 2-3 dəqiqə davam etdiyini, polis çağırdıqan sonra Allahqulunun qaçıb getdiyini, təxminən saat 20 radələrində və parkın içində olduğu üçün orada çox adam olmadığını, təxminən 4-5 nəfər qadın olduğunu, onların da kənarda olduqlarını, Allahqulunun onarı vurmasını görüb-görmədiklərini dəqiq bilmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işi başlaması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli, 34 nömrəli rəydən görünür ki, 1.Vət Zərərçəkmiş şəxs bədəni üzərində sol bazunun, bazu oynağının qançırıyumşaq toxumaların əzilməsi aşkar edildi. Qeyd olunan xəsarət küt əşya (əşyallar) təsirindən müayinədən 3-4 gün əvvəl törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs(şəxslər) tərəfindən yetrilməsi istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər.
2. Vət Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarət əlçatan nahiyədə yerləşsədə, xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət şəxsin öz tərəfindən yetirilməsini inandırıcı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli, 35 nömrəli rəydən görünür ki, 1.Vət A.M.Əmiraslanovanın bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, onu bağlamış, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələb yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Barəsində olan işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeydinə əsasən şəxs şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan ərizədən və verilən ifadələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs barışmışlar, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayət, tələbi yoxdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığından, barəsində olan iş üzrə icraata xitam verilməsinə razılıq verdiyindən onun barəsində olan iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 418 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 340-342, 344-347, 349, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata Zərərçəkmiş şəxs ilə barışdığına, ona qarşı şikayət və tələb olmaığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (330 manat) və məhkəmə baxışı (88 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 418 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Pirallahı filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Faiq Qasımov