Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-34/2023 12.09.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə 1) xx.xx.1985ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi nömrəsiz evdə yaşamış, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-23/2023 saylı 08 may 2023cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 234.1-ci maddələri ilə, 2) xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən verilən ittihama əsasən Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 may 2023-cü il tarixdə saat 10:00 radələrində ünvan 5 ünvanında yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsinin yaxınlığına quraşdırılmış “Kapital Bank”a məxsus bankomat aparatının qarşısında Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncudan pul çəkmək üçün bank kartını almış, lakin bankomatdan 300 manat pul çəkdikdən sonra həmin pulu Zərərçəkmiş şəxs verməyərək qaçaraq oradan uzaqlaşmış və nəticədə Zərərçəkmiş şəxs Əlisəfa qızına 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişlər. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,890 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. 06 may 2023-cü il tarixdə saat 16:30 radələrində Pirallahı RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün saxlanılaraq Pirallahı RPİnə gətirilmiş, orada üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,890 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən verilən ittihama əsasən Təqsirləndirilən şəxs1 qəsdən tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 may 2023-cü il tarixdə saat 10:00 radələrində ünvan 5 ünvanında yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsinin yaxınlığına quraşdırılmış “Kapital bank”a məxsus bankomat aparatının qarşısında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncudan pul çəkmək üçün bank kartını alaraq bankomatdan 300 manat pul çəkmiş, bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs başını söhbətlə qataraq Təqsirləndirilən şəxs2 qaçaraq oradan uzaqlaşmasına şərait yaratmış, nəticədə Zərərçəkmiş şəxs 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişlər. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,750 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. 06 may 2023-cü il tarixdə saat 16:30 radələrində Pirallahı RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün saxlanılaraq Pirallahı RPİnə gətirilmiş, orada üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,750 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən, yəni CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 məxsus bank kartında olan pulu nağdılaşdırmaq məqsədilə ünvan 6 ünvanında yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsinin yaxınlığına quraşdırılmış “Kapital Bank”a məxsus bankomata yaxınlaşmış, bu zaman bir qadın bankomatdan pul çıxara bilmədiyini deyib aparatdan pul çıxarmaq məqsədilə ondan kömək istəmişdir. O, qadından bank kartını alaraq aparatdan pul çıxarmaq üçün ona 4 rəqəmli kodu deməsini bildimişdir. Qadın kodu dedikdən sonra aparatdan 300 manat pul çıxarmasını xahiş etmişdir. Həmin vaxt Səttar kənarda dayanaraq onu gözləmişdir. O, 300 manat pulu çıxarmış, lakin pulu xanıma verməyərək oradan uzaqlaşmışdır. Sonra Səttar da onun arxasıca gəlmiş və yoldan keçən taksi ilə birlikdə Xəzər rayonu Qala qəsəbəsinə, ordan da Bayıl qəsəbəsində kirayə yaşadıqları evə getmişlər. 06 may 2023-cü il tarixdə Xəzər rayonu Qala qəsəbəsində polis əməkdaşları onları saxlayaraq Pirallahı RPİ-nə gətirmişlər. Polis idarəsində üzərindən aşkar olunan narkotik vasitə ona məxsus olmamış, həmin narkotik vasitəni polislər onun cibinə qoymuşlar. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişlər. Əməlindən peşman, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olmasını bildirərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona bəraət verilməsini, CM-nin 180.1-ci maddəsi ilə isə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə kartında olan 05 (beş) manat pulu nağdılaşdırmaq məqsədilə Eybətlə birlikdə ünvan 6 ünvanında yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsinin yaxınlığına quraşdırılmış “Kapital bank”a məxsus bankomat aparatına yaxınlaşmışlar. O, kartı Eybətə verdikdən sonra Eybət aparata yaxınlaşmış, özü isə yolun kənarında onu gözləmişdir. Bu zaman Eybətin aparatın yanında tanımadığı qadınla söhbət etdiyini görmüşdür. O, bankomat aparatına yaxınlaşan zaman Eybət oradan aralanmış, o da Eybətin arxasınca getmişdir. Eybətlə birlikdə tanımadıqları taksiyə əyləşərək oradan uzaqlaşmışlar. Yolda Eybət qadının kartından pul çıxardığını, lakin həmin pulu qadına vermədiyini bildirmişdir. O, Eybətə bu barədə əlavə sual verməmiş və Eybət onun qohumu olduğu üçün törətdiyi cinayət əməli barədə polisə məlumat verməmişdir. 06 may 2023-cü il tarixdə Xəzər rayonu Qala qəsəbəsində olan zaman polis əməkdaşları onları saxlayaraq Pirallahı RPİ-nə gətirmişlər. Orada üzərindən aşkar olunan narkotik vasitə ona məxsus olmamışdır. Qeyd olunanların nəzərə alınaraq ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində pul çıxarmaq məqsədi ilə Pirallahı rayonu S.Vurğun küçəsi ”Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən “Kapital Bank”a məxsus bankomatın yanına gəlmişdir. Həmin vaxt ona məxsus kart hesabında 473 manat pul olmuşdur. Bankomatdan pul çıxarmaq üçün tələb olunan bank əməliyyatını bacarmadığı üçün ilk olaraq ondan öndə dayanmış qadından ona kömək etməsini xahiş etdikdə qadın ona kömək etməkdən imtina etmişdir. Bundan sonra o, yaxınlıqda dayanmış təxminən 40-45 yaşlarında olan kişidən ona kömək etməsini xahiş etmişdir. Həmin şəxs etiraz etməmiş və o, plastik kartını həmin şəxsə verərək karta məxsus kodu da ona bildirmişdir. Sonra həmin şəxsdən kartından 300 manat pul çıxarmasını xahiş etmişdir. Həmin şəxs bank əməliyyatını yerinə yetirdikdən sonra onların yanına başqa bir nəfər kişi də yaxınlaşmışdır. Bundan sonra kartı verdiyi şəxs bankomatda pul olmadığını deyərək oradan uzaqlaşmışdır. Onların yanında dayanmış digər şəxs də onun ardınca oradan uzaqlaşmışdır. Bu zaman o, siqnal səsini eşidib bankomata yaxınlaşmış, dərhal kartını bankomatdan çıxararaq həmin şəxslərin arxasınca qaçmışdır. Lakin onları tapa bilməmişdir. Hadisə zamanı ona qarşı hər hansı təzyiq göstərilməmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir, təsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, onlara cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Pirallahı RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 03 may 2023-cü il tarixdə Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən “Kapital bank”a məxsus bankomatın qarşısında Zərərçəkmiş şəxs qarşı iki nəfər naməlum şəxs tərəfindən soğunçuluq edilməsi barədə məlumat daxil olmuşdur. Həmin hadisə ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 06 may 2023-cü il tarixdə təxminən saat 16:30 radələrində Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2la birlikdə Xəzər rayonu Qala qəsəbəsində xarici əlamətlərindən üç gün əvvəl baş vermiş soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən şəxslərə bənzəyən iki nəfər şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, həmin iki nəfər şəxsə də özlərini təqdim etmələrini bildirmişlər. Həmin şəxslər özlərini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kimi təqdim etdikdən sonra onlara soyğunçuluq cinayətində şübhəli olduqlarını bildirərək Pirallahı RPİ-nə dəvət etmişlər. Polis İdarəsində videoçəkilişlə, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla daşınması və saxlanması qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu 06 may 2023-cü il tarixdə Xəzər rayonu Qala qəsəbəsində yerləşən hərbi şəhərcik ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını və sonra istifadə etmək üçün üzərində saxlanıldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, videoçəkilişlə, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilərək üzərində qanunla daşınması və saxlanması qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu 06 may 2023-cü il tarixdə Xəzər rayonu Qala qəsəbəsində yerləşən hərbi şəhərcik ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını və sonra istifadə etmək üçün üzərində saxlanıldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır .Təqsirləndirilən şəxslər saxlanılarkən və Pirallahı RPİ-də olduqları zaman onlara qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili X2 göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 soyğunçuluq cinayətində şübhəli olduqları üçün CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilmişlər. Lakin o, həmin şəxslərin saxlanılmasında iştirak etməmişdir. Polis idarəsində xidməti otaqların birində həmin şəxslərin üzərinə baxış keçirilən zaman üzərlərindən narkotik vasitə aşkar olunmuşdur. Polis idarəsində təqsirləndirilən şəxslərə hər hansı təzyiq olmamışdır. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin dəqiqliyini yoxlamaq üçün onların ifadələri yerində yoxlanılmış və onlar ifadələrində qeyd etdikləri xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 07 may 2023-cü il tarixli, 6/2642 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs2...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,890 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyul tarixli qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,050 qram sərf edildikdən sonra 1,840 qram qalıq qalmışdır”. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 07 may 2023-cü il tarixli, 6/2643 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,750 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyul tarixli qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,050 qram sərf edildikdən sonra 1,700 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsin xx.xx.2023-cü il tarixli, 2808 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsin xx.xx.2023-cü il tarixli, 3230 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan «şəxsi baxış və götürmə aparılması barədə» 06 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 soyğunçuluq cinayət əməlini törətməkdə şübhəli olması və üzərində narkotik vasitə saxlamasını etiraf etməsi səbəbindən 06 may 2023-cü il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində saxlanılaraq Pirallahı RPİ-nə gətirilmiş və orada videoçəkilişlə, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində qanunla saxlanması və daşınması qadağan olunan hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükülünü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 06 may 2023-cü il tarixdə Xəzər rayonu, Qala qəsəbəsində yerləşən hərbi şəhərcikdə tanışı ilə birlikdə tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş maddə qablaşdırılaraq möhürlənmişdir. İş materiallarında olan «şəxsi baxış və götürmə aparılması barədə» 06 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 soyğunçuluq cinayətini törətməkdə şübhəli olması və üzərində narkotik vasitə saxlamasını etiraf etməsi səbəbindən 06 may 2023-cü il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində saxlanılaraq Pirallahı RPİ-nə gətirilmiş və orada videoçəkilişlə, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində qanunla saxlanması və daşınması qadağan olunan hər hansı əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükülünü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 06 may 2023-cü il tarixdə Xəzər rayonu, Qala qəsəbəsində yerləşən hərbi şəhərcikdə tanışı ilə birlikdə tanımadığı şəxsdən 25 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 aşkar edilmiş maddə qablaşdırılaraq möhürlənmişdir. İş materiallarına əlavə edilmiş soyğunçuluq hadisəsinin baş verdiyi yerdən götürülmüş və hadisə anını özündə əks etdirən diskdən görünür ki, ilk olaraq bankomat aparatına Cavabdov Eybət yaxınlaşır, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 bankomat aparatının yanında danışan zaman Təqsirləndirilən şəxs1 təxminən 15-20 metr kənarda onu gözləyir və bir müddət sonra Eybət bankomatda hansısa əməliyyatı yerinə yetirən zaman Səttar da bankomat aparatına yaxınlaşır. Eybət aparatdan aralandıqdan sonra yanında dayanan Zərərçəkmiş şəxs əl işarəsi ilə nəsə dedikdən sonra iti addımlarla oradan uzaqlaşır, Səttarda Zərərçəkmiş şəxs nəsə deyərək 1-2 saniyə fərqlə Eybətin arxasıca oradan uzaqlaşır. Onlar bir az aralandıqdan sonra Zərərçəkmiş şəxs arxalarıca gəldiyini görörərək qaçmağa başlayırlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsi tətbiq edilərək ona 800 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28.02 2012-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən 02 (iki) il 06 (altı) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023 il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 - 1) Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiya) 93-3-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 % tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. 2) Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiya) 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli “Amnistiya” qərarının 5-ci maddəsinə əsasən cəzadan azad edilmişdir. 3) Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 4)Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan tutma protokollarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materialalrına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3.məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4.təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda”; “bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə”; “məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə” əsaslı olduğu müəyyən edilmişdir. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələblərinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafıəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfınin üzərinə düşür. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbət tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə uyğun ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyirinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasnı təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmamn predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı cinayət işi üzrə sübutları tam, obyektiv və hərtərəfli yoxlamamışdır. Belə ki, üzləşdirmə protokolunda zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs1 üzünə qarşı xx.xx.2023-cü il tarixdə Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən Socar yanacaq doldurma məntəqəsində quraşdırlımış “Kapital bank”a məxsus bankomatdan bir nəfər şəxsin pulunu çıxarıb oradan qaçan zaman Təqsirləndirilən şəxs1 onun başını söhbətə qatmasını bildirməsini bunun mümkünlüyü və mötəbərliyi baxımından yoxlamamış, hadisə anını özündə əks etdirən diskdə olan videogörüntü ilə uzlaşmayan ifadələr Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələbləri baxımından digər sübutlarla bərabər müqayisə edib yoxlanılmamışdır. İş materiallarında olan hadisə anını özündə əks etdirən diskdən görünür ki, Təqsirləndirilən şəxs2 bankomat aparatının yanında Zərərçəkmiş şəxs ilə dialoqda olan zaman Təqsirləndirilən şəxs1 onlardan ən azı 15-20 metr kənarda durub Eybəti gözləmiş, daha sonra Eybət Nailənin kartı ilə bank əməliyyatı yerinə yetirən zaman, yəni videogörüntünün 2:15-ci saniyəsində onlara yaxınlaşmış və 10 saniyə sonra yəni videogörüntünün 2:25-ci saniyəsində Eybətin arxasıca oradan uzaqlaşmışdır. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxsin ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 bankomatdan pul nağdlaşdirilmasına dair kömək istəməsi məhz onların həmin bankomatın yanına yaxınlaşdıqlarında baş vermişdir. Hadisə baş verən anadək onlar bir-birilərini tanımamış və aralarında heç bir dialoq olmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs1 ondan 15- 20 metr aralı məsafədə olan Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs arasında olan söhbətdən xəbərdar olması mümkün deyil. Məhkəmə hesab edir ki, hazırki iş üzrə üzləşdirmə protokolu mötəbər sübut kimi qiymətləndirilə bilməz və sübutlar siyahısından xaric olunmalıdır. Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamı sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutların məcmusunu qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə elan edilən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə, o, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirsiz hesab edilməli və ona bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktını məhkəmə baxışı zamanı etiraf etməməsi və özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə qeyd olunan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktı şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM 180.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı özünün etiraf etməməsinə baxmayaraq, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəzanı yüngülləşdirən halları, həmçinin bu cür halların məcmusunu, cəzanı ağırlaşdıran halların mövcud olmadığını, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan narkotik vasitə olan heroinin miqdarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət qanununun sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 06 may 2023-cü il tarixdən 08 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq –1,700 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən, ağırlaşdıran və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 06 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,840 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə Pirallahı RPİdə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD formatlı disk və soyğunçuluq hadisəsinin baş verdiyi yerdən götürülmüş və hadisə anını özündə əks etdirən 01 ədəd DVD formatlı disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 81,00 (səksən bir) manat məbləğində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 55 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə istintaqı zamanı göstərilən hüquqi yardıma görə 25 saat) 330,00 (üç yüz otuz) manat, Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai və məhkəmə istintaqı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 53 iş saatına görə (ibtidai istintaq zamanı 28 saat və məhkəmə istintaqı zamanı göstərilən hüquqi yardıma görə 25 saat) 318,00 (üç yüz on səkkiz) manat olmaqla, ümumilikdə 648,00 (altı yüz qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə o, təqsirsiz hesab edilsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 06 may 2023-cü il tarixdən 08 may 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,700 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplama yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 06 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,840 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə Pirallahı RPİdə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD formatlı disk və soyğunçuluq hadisəsinin baş verdiyi yerdən götürülmüş və hadisə anını özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 53 iş saatına görə (ibtidai istintaq zamanı 28 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 25 saat) 318,00 (üç yüz on səkkiz) manat manat, Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 55 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 25 saat) 330,00 (üç yüz otuz) manat olmaqla, ümumilikdə 648,00 (altı yüz qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-34/2023
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-34/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver