Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-35/2023 05.09.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində ünvan 3prel 2023-cü il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 aprel 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 25 aprel 2023-cü il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində tanımadığı İran vətəndaşından 105 manat pul müqabilində 10 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və psixotrop maddə metafetamin alaraq, üzərində saxlayıb, daşımış və 26 aprel 2023-cü il tarixdə Pirallahı rayonu ərazisində Pirallahı rayon sakini kimi tanıdığı Xose adlı şəxsə 02 ədəd bükümünü 15 manata satmış, həmin tarixdə narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Pirallahı RPİ-nin NMQ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saat 21:40 dəqiqədə Bakı şəhəri Pirallahı rayonu Retro şadlıq sarayının yaxınlığında saxlanılaraq Pirallahı RPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ arxa cibində 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,126 qr, 0,061 qr, 0,064 qr, 1,184 qr, ümumi təmiz çəkisi 1,435 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,088 qr, 0,073 qr, 0,079 qr, 0,303 qr, ümumi təmiz çəkisi 0,543 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Abşeron rayonu Masazır qəsəbəsi qəbirstanlıq yaxınlığında tanımadığı iran vətəndaşından ümumilikdə 105 manata 06 büküm heroin və 04 büküm metafetamini fərqli qiymətlərə satmaq üçün alaraq taksi ilə Pırallahı rayonuna gəlmişdir. Həmin narkotik maddə olan heroinin 2 ədəd bükümünü Pirallahı qəsəbə sakini Xose Bernadoya 15 manata satmışdır. Həmin gün o, Şahid3 ayrılaraq üzərində daşıdığı digər narkotik maddə olan heroin və metamfetamini satmaq məqsədi Pirallahı rayonu Əzizbəyov küçəsinə gəldikdə Pırallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilmişdir. Orada ona hüquqları izah edilmiş və müdafiəçi ilə təmin olunmuşdur. Üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman üzərində saxladığı narkotik vasitə heroini və psixotrop maddə metanfetamini polis əməkdaşlarına təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik vasitə heroin və metamfetamin polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və zərf 237 saylı möhürlə möhürlənmiş, bu barədə tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, və iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olduğunu bildirir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 bildirmişdir ki, təqribən 01 (bir) ildir ki, narkotik vasitə olan heroini çəkmək yolu ilə istifadə edir. xx.xx.2023-cü il tarixdə Pirallahı qəsəbəsi Əzizbəyov küçəsində bir neçə ay əvvəl tanıdığı Palina adlı qadından 15 manata öz şəxsi istifadəsi üçün siqaretin ağ rəngli kağızına bükülmüş 3 bükümdə heroin kimi tanıdığı narkotik vasitəni alıb istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin gün aldığı heroinin bir bükümünü istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 20:40 dəqiqədə Bakı şəhəri Pirallahı rayonu Əzizbəyov küçəsində yerləşən məsçidin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxmlaşıb özlərini təqdim etdikdən sonra onu yaxınlıqda olan Pirallahı rayon Polis İdarəsinə gətirmişlər. İdarədə şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. Bundan sonra o, üzərində saxladığı 02 (iki) ədəd bükümə bükülmüş narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, zərf 237 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Pirallahı rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə Pirallahı RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə RPİ rəhbərliyindən müvafiq icazə alınmışdır. xx.xx.2023-cü il tarixdə saat 21:40 dəqiqədə Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsində yerləşən Retro restoranın yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək Pirallahı RPİ-nin inzibati binasına getmək təklif edilmişdir. Palina onlarla birlikdə Pirallahı RPİ-nin inzibati binasına gəlmiş və orada müdafiəçi ilə təmin edilmişdir. Sonra videoçəkilişlə dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmışdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ arxa cibindən siqaret qabının içərisindən 06 ədəd siqaretin gümüşü kağızına bükülmüş və 02 ədəd sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman başqa heç bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş 06 ədəd siqaret kağızına və 02 ədəd sellofana bükülmüş bükümlər açıldıqda içərisində heroinə və metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş 06 ədəd siqaret kağızına 02 ədəd sellofa bükülmüş bükümlərərin içindəki maddə narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir və ona məxsusdur. Əlavə olaraq bildirmişdir ki, həmin narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini Abşeron rayonu Masazır qəsəbəsində tanımadığı şəxsdən əldə edib. Şəxsi axtarış zamanı aşkar olunan içində narkotik vasitə heroinə və metamfetaminə bənzər kütlə olan 08 ədəd büküm zərfdə qabaşdırılmış və 237 saylı möhürlə möhürləndikdən sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmış və iştirakçılar tərəfindən həm protokol, həm də zərf imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Pirallahı RPİ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 elan edilmiş ifadəsi ilə onun da Şahid2 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etməsi müəyyən edilmişdir. Cinayət işinin 48-51-ci vərəqələrində olan Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 6/2430 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxsnm üzərindən...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 04 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 0,126 qr, 0,061 qr, 0,064 qr, 1,184 qr, ümumi təmiz çəkisi 1,435 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,088 qr, 0,073 qr, 0,079 qr, 0,303 qram, ümumi təmiz çəkisi 0,543 qram olan maddələr kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir. Qeyd: -ümumi çəkisi 1,435 qram olan narkotik vasitə heroinin 0,12 qramı tədqiqata sərf edilmiş, 1,315 qram hissəsi qalıq qalmışdır, ümumi çəkisi 0,543 qram olan psixotrop maddə metamfetaminin 0,12 qramı tədqiqata sərf edilmiş, 0,423 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 55,00 (əlli beş) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İİ) daxildir. Cinayət işinin 101-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 6/2756 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 ədəd bükümdə narkotik vasitə olan heroinlə ilə Şahid3 üzərindən aşkar edilmiş 02 ədəd bükümdə narkotik vasitə olan heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə əsasən eyni tərkiblidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 55,00 (əlli beş) manat təşkil edir. Cinayət işinin 121-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsin 25 may 2023-cü il tarixli, 3231 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsnda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 123-124-cü vərəqələrində olan olan 25 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə dindirmə istintaq hərəkəti zamanı Şahid3 Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, onadan 03 ədəd bükümdə narkotik vasitə heroin almış, Təqsirləndirilən şəxs isə Şahid3 üzünə ona 02 ədəd bükümdə narkotik vasitə heroin satdığını 01 ədəd bükümdə narkotik vasitə heroini pay verdiyini bildirmişdir. İş materiallarında olan 30 iyun 2023-cü il tarixli sübutların qiymətləndiriliməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ayrı ayrılıqda təmiz çəkiləri 0,126 qr, 0,061 qr, 0,064 qr, 1,184 qr, ümumi təmiz çəkisi 1,435 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,088 qr, 0,073 qr, 0,079 qr, 0,303 qr, ümumi təmiz çəkisi 0,543 qram olan kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin maddi sübut qismində tanınmış və ekspert tədqiqatından sonra qalıq çəkisi 1,315 qram narkotik vasitə heroin və 0,423 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Pirallahı RPİ-nin Saxlama Yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 29-cu vərəqəsində olan 26 aprel 2023-cü il tarixli tutma protokolundan protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 61-ci vərəqəsində olan 28 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 4(094)-21/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 06 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 134-135-ci vərəqələrində olan X1 surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı var. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək saxlaması və daşıması faktı onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin miqdarını və bükümlərinin sayını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli həbsə alındığı 26 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq çəkisi 1,315 qram narkotik vasitə heroin və 0,423 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərcləri 110,00 (yüz on) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 20 saat) ümumilikdə 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 26 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Pirallahı RPİ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq çəkisi 1,315 qram narkotik vasitə heroin və 0,423 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 110,00 (yüz on) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-35/2023
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-35/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver