Məhkəmə qərarları › İş №1(094)-4/2023

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-4/2023

06.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-4/2023 06.01.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi N saylı hərbi hissədə qeydiyyatda olan, Bakı şəhəri Pirallahı rayonu Əzizbəyov küçəsi ev 9 mənzil 30 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 yanvar 2022-ci il tarixdə, saat 15:00 radələrində etibarnamə əsasında idarə etdiyi, “Hyundi Matrix” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri istiqamətindən Bakı şəhəri Pirallahı rayonu S.Vurğun küçəsi ilə həmin küçədə yerləşən “Socar” yanacaq doldurma məntəqəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli, bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli və mümkün olan tədbirləri görməklə baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, bu tələblərə əməl etməyərək Bakı şəhəri Pirallahı rayonu S.Vurğun küçəsində nizamlayan piyada keçidlə yolun sağ kənarından sol kənarına keçmək istəyən piyada, xx.xx.2010-cu il təvəllüdlü yetkinlik yaşına çaytmayan Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurub sonuncuya sağdan sfenoidal sümüyün xətti sınığı, stenoidal sinusun sağ yarısının hematoması, sağ almacıq sümüyünün, sol bazu sümüyünün, sağ sirkə kasasının qapalı yerdəyişmiş sınığı kimi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlər yetirməklə yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ağır bədən xəsarəti yetirməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona AR CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, hazırda heç bir yerdə işləmir. Onun özünə məxsus avtomobili yoxdur. Hadisə baş verən vaxtadək, yəni xx.xx.2022-ci il tarixədək etibarnamə əsasında “Hyundai Matrix” markalı **-EK-*** dövlət nömrə nişanlı avtomobili idarə edərək taksi fəaliyyəti göstərirdi. Onun sürücülük vəsiqəsi də vardır. 2010cu ildən avtomobil idarə edir. 27 yanvar 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhərindən Pirallahı rayonu Pirallahı qəsəbəsinə doğru gəlmişdir. Həmin vaxt Pirallahı qəsəbəsində vacib işi olduğu üçün tələsmişdir. Pirallahı qəsəbəsində 2-ci dayanacaq adlanan yerə çatan zaman avtomobili 60 km/saat sürətlə yolun sağ zolağı ilə idarə etmişdir. Həmin vaxt işləri yaxşı getmədiyi üçün fikirli olmuşdur. 2-ci dayanacaq adlanan yerdə piyada keçidi vardır. O, təxminən 50-60 metrdən görmüşdür ki, piyada keçidinin kənarında bir qız dayanaraq yolu keçmək istəyirdi. O, tələsdiyi üçün avtomobilin ön faraları ilə işıqları 3-4 dəfə yandırıb söndürüb ona işarə etmişdir ki, piyada keçidindən yolu keçməyə başlamasın, onu gözləsin, o, keçəndən sonra yolu keçər. Qız əvvəl dayanmış, o, da onun yolu keçməyəcəyinə əmin olub hərəkət sürətini azaltmadan hərəkətə davam etmişdir. Avtomobilin ön hissəsində tappıltı səsi eşitdikdə başa düşmüşdür ki, nəyisə vurmuşdur. Həmin ərəfədə o, fikirli olduğu üçün yola tam diqqət edə bilməmiş və qızın piyada keçidindən yolu keçdiyini görməmişdir. Avtomobilin ön hissəsi ilə qızı vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsinin şahidləri tanımadığı şəxslər olmuşdur. Piyadanı vurmazdan əvvəl o, avtomobili təxminən 60 km/saat sürətlə idarə etmişdir. O, piyadanı ilk dəfə görəndə o yolun sağ kənarında piyada keçidinin üzərində olmuş və yolu keçmək istəmişdir. Bu vaxt aralarında təxminən 50-60 metr məsafə olmuşdur. Piyadanın yolu keçməyə nə vaxt başladığını görməmişdir. Çünki fikirli olduğu üçün yola fikir verməmişdir. Amma piyadanı təxminən yolun ortasında vurmuşdur. O, hadisədən əvvəl avtomobili şəhər istiqamətində olan ikizolaqlı yolun sağ zolağının sola meyilli hissəsi ilə hərəkət etdirmişdir. O, piyadanı vurduqdan sonra tappıltı səsi eşitdiyindən əyləc pedalını basmış və maşını tam dayandırmışdır ki, bilsin tappıltı səsi nə idi. Maşından düşüb ətrafa baxanda, görmüşdür ki, piyada keçidinin üzərində uşaq uzanmış vəziyyətdədir və ağlayırdı. O, dərhal hadisədən sonra vurduğu piyadanı tez öz maşınına qoyub Pirallahı rayon xəstəxanasına aparmışdır. Xəstəxanada olanda özü haqda məlumat vermiş, orada həkimlər ilkin tibbi yardım göstərmişlər. Ona uşağın bədəni üzərində sınıq xəsarətləri olmasını bilmişlər. Bir az sonra uşağın valideynləri xəstəxanaya gəlmişlər. Onun yaxınları da gəlmişlər. Həkimin məsləhəti ilə təcili tibbi yardım maşını ilə uşağı 3 saylı klinik xəstəxanasına aparmışlar. Onun yaxınları da uşaqla xəstəxanaya getmişlər. O, isə Pirallahı rayon polis şöbəsinə gəlmişdir. Hazırda uşaq yaxşıdır. Onun sağalması üçün tərəfindən mümkün olan maddi yardım göstərilmişdir. Lakin tam sağalması üçün maddi vəziyyətinin çətinliyi ilə əlaqədar uşağın valideynlərinə maddi yardım göstərə bilməmişdir. Qısa müddətdə həmin maddi yardımı göstərəcəkdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmağa cəhd göstərmiş, lakin barışıq əldə edə bilməmişdir. Əməlindən peşmandır. Səhvini başa düşür. Gələcəkdə bir daha belə hallara yol verməyəcəkdir. Qeyd olunanlara əsasən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 27 yanvar 2022-ci il tarixdə günorta vaxtı yaşadığı evdən tək çıxaraq Pirallahı qəsəbəsinə hazırlığa getmişdir. Avtobusla Dübəndi qəsəbəsindən Pirallahı qəsəbəsinə gəlmiş, orada ikinci dayanacaq adlanan yerdə dayanacaqda avtobusdan düşmüşdür. Sonra dayanacağın yanında olan piyada keçidinə yaxınlaşmışdır ki, yolu keçsin. Bu vaxt yola baxmış və görmüşdür ki, təxminən 60-70 metrdən açıq mavi rəngli bir avtomobil gəlir. Həmin avtomobil onun yolu keçməyə başladığını görəndə faralarla işıq vermişdir. O, belə düşünmüşdür ki, həmin avtomobil ona yol verir. Çünki dəfələrlə həmin piyada keçidindən istifadə edəndə avtomobillər işıqlarını yandıraraq piyadalara yol verirlər. O, piyada keçidi ilə adi yerişlə yolu keçməyə başlamışdır. Valideynləri ona tapşırmışdır ki, avtomobil yolunda qaçmaq olmaz. O, təxminən 3-4 metr yol getmişdir ki, gözlənilmədən həmin avtomobil onu vurmuşdur. Onu vurandan sonra avtomobil onu bir neçə metr qabağa asfalt üzərində sürümüş və təxminən 10-15 metr sonra avtomobili saxlamışdır. Bu vaxt ətrafda olan adamlar da oraya yaxınlaşmışlar. Sürücü avtomobildən düşüb ona yaxınlaşmış və onu maşına qoyub xəstəxanaya aparmışdır. Avtomobil onu Pirallahı qəsəbəsi, 2-ci dayanacaq adlanan yerdə olan piyada keçidinin üzərində, şəhərdən Pirallahı qəsəbəsinə olan yolun sağ zolağının sol zolağın ilə birləşdiyi nöqtəyə yaxın yerdə vurmuşdur. O, piyada keçidi ilə yavaş-yavaş hərəkət etmiş və piyada keçidindən yolu keçməyə başladıqdan təxminən 4-5 saniyə sonra avtomobil onu vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə göstərdi ki, Şamaxı rayonu N.Nərimanov küçəsi döngə 4 ev 1-də qeydiyyatda olsada, Bakı şəhəri Pirallahı rayonu Dübəndi qəsəbəsi Cənub küçəsi 14 ev 162-də ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, himayəsində üç azyaşlı uşağı vardır. Əvvəllər məhkum olunmamışdır. Hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun qızıdır. Məsməxanım Pirallahı rayonu 168 saylı orta məktəbin 6-cı sinfində təhsil alır. Məsməxanım həftənin 5 günü məktəbə gedir. Həftənin altıncı və bazar günləri evdə olur. Məktəbdən evə gəldikdən sonra, həftənin 2, 4 və 6-cı günləri Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən 4-cü dayanacağın yaxınlığında əlavə hazırlığa gedir. Həmçinin həmin küçədə yerləşən 2-ci dayanacağın yaxınlığında həyat yoldaşı Günay Oba marketdə satıcı işləyir. xx.xx.2022-ci il tarixdə o, yaşadığı evində olmamış, Sumqayıt şəhərində olmuşdur. Həmin gün də Məsməxanım əvvəlcə Pirallahı rayonu S.Vurğun küçəsində yerləşən 2-ci dayanacaqda düşüb “Oba” marketdə işləyən həyat yoldaşına dəydikdən sonra hazırlığa gedəcəkdir. xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində ona həyat yoldaşı Günay zəng vuraraq «təcili gəl, Məsməxanımı maşın vurmuş və xəsarət almışdır. Onlar hazırda Pirallahı rayon xəstəxanasındadırlar. Bir azdan Sabunçu rayon 3 saylı klinik xəstəxanasına gedəcəklər təcili özünü çatdır. Məsməxanımın səhəti yaxşı deyil». O, dərhal Sumqayıt şəhərindən çıxıb Sabunçu rayon 3 saylı klinik xəstəxanasına gəlmişdir. Həkimdən qızının səhətini soruşduqda həkim ona qızının çanağında çatın, sol qolunda sınığın başında isə xəsarətin olduğunu demişdir. Daha sonra o, qızı Məsməxanımı oradan götürüb Nəsimi rayonu ərazisində yerləşən Travmatalogiya institutuna gətirmişdir. Orada Məsməxanımın üzərində cərrahiyyə əməliyyatı keçirmişlər. O, həmin vaxt hadisənin necə olduğunu maraqlandıqda ki, ona demişlər ki, sürücü Təqsirləndirilən şəxs idarə ediyi “Hyundai” markalı avtomobili ilə Pirallahı rayonu S.Vurğun küçəsində hərəkətdə olarkən, ikinci dayanacaqda piyada keçidində yolu keçmək istəyən qızı Məsməxanımı vurmaqla, ona xəsarət yetirmişdir. Daha sonra Azər qızı Məsməxanımı maşını ilə əvvəlcə Pirallahı rayon xəstəxanasına gətirmiş, sonra isə oradan Sabunçu rayon 3 saylı klinik xəstəxanasına gətirmişdir. O, Sabunçu rayon 3 saylı klinik xəstəxanasında olarkən, Azər də orada olmuşdur. Azər ondan orada üzr istəmiş və bilmədən hadisə törətdiyini bildirmişdir. X1 institutunda 22 gün müalicə almış, müəyyən qədər sağalandan sonra həkim ona demişdir ki, «qızınızı evə aparın, orada ev şəraitində müalicə alsın». O, da qızının oradan çıxardıb yaşadığı evinə gətirmişdir. Hazırda qızının səhəti yaxşıdır, lakin tam qulunu işlətməsi üçün həkim tərəfindən məsləhət görülən Nərimanov rayonu ərazisində yerləşən “Diamed” klinikasında fizioterapiyaya gedir və müalicəsi davam edir. Məsməxanım hələ də özünün sol qolunu tam aça bilmir. Azər Travmatalogiya institutunda ilkin müayinə zamanı xərcləri ödəmiş, lakin sonradan Məsməxanımın reabilitasiya xərclərini ödəməmiş, ona görə də hələ də Məsməxanım tam sağalmamışdır. O, Təqsirləndirilən şəxs şikayətçidir, ona vurulmuş ziyan tam ödənilməmişdir. Buna görə də təqsirləndirilən şəxsə qanuna uyğun cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, o, Pirallahı RPŞnin DYPB-nin YPX inspektoru vəzifəsində işləyir. Piralları rayon sakini Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən etibarən tanıyır. Onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında onlar Pirallahı rayonu üzrə DYP avtomobilində xidmət aparmışlar. Həmin tarixdə saat 15:00 radələrində onlara Pirallahı RPŞ-nin Növbətçi hissəsindən məlumat verilmişdir ki, Pirallahı rayonu S.Vurğun küçəsində piyada vurulması ilə nəticələnən X4 baş vermişdir. Məlumatla əlaqədar onlar hadisə yerinə gəlmişlər. Orada artıq sürücünün və piyadanın olmadığını görmüşlər. Sonradan məlum olmuşdur ki, piyada Pirallahı rayon xəstəxanasına aparılmışdır. Onlar Pirallahı rayon xəstəxanasına getmişlər. Orada onlara məlum olmuşdur ki, hadisəni törədən Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Matrix” markalı, **-EK-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri Pirallahı rayonu S.Vurğun küçəsi ilə həmin küçədə yerləşən “Socar” yanacaq doldurma məntəqəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən, yolu piyada keçidi ilə keçən, Pirallahı rayon sakini, məktəbli Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirmişdir. Daha sonra piyada Zərərçəkmiş şəxs müayinə olunmasından ötrü təcili tibbi yardım maşını ilə Sabunçu rayon 3 saylı klinik xəstəxanasına aparılmışdır. Tərəflərindən sürücü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsinə aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs hadisəni ehtiyyatsızlıq törətdiyini, peşman olmasını və fikirli olmasını etiraf etmişdir. İş materiallarında olan 30 mart 2022-ci il tarixli 35 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində sağdan sfenoidal sümüyün xətti sınığı, stenoidal sinusun sağ yarısının hematoması, sağ almacıq sümüyünün, sol bazu sümüyünün, sağ sirkə kasasının qapalı yerdəyişmiş sınığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən M.R.Multanovanın xx.xx.2022-ci il tarixdə “X3 və Ortopediya İnstutu” PHŞ-nə müraciətindən bir qədər əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə baş vermiş X4 zamanı sürücüsü olduğu avtomobilin salon hissələrinin təsirindən törənmələri istisna olunmur və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan 8 sentyabr 2022-ci il tarixli 8/2254 saylı məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “Hyundai Mtrix” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraiti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış eksperiza tədqiqatının dəyəri 85 (səksən beş) manatdır. İş materiallarında olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, “Hyundai Mtrix” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur, Təqsirləndirilən şəxs məxsusdur, avtomobilin ön tərəfində əzilmələr vardır. Əzilmələr, avtomobilin həm ön sol, həm orta həmdə bufer hissəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 1/409 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” rəyindən görünür ki, Təqsirləndirilən şəxs X4 törədilən vaxt ayıq olmuş, onda alkoqol qəbulu və ya digər maddələrin qəbulu halları aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət Yol Polisi İdarəsinin 159619-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BB 102038 nörməli “B” kateqoryalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 29 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutları araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı özünün, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahid ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarı 2ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, əməlini səmimi eriraf etməsini, ilk dəfə az ağır cinayət törətməsi isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət Qanununun sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan müəyyən müddətə məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 44 iş saatına görə (ibtidai istintaq zamanı 14 saat və məhkəmə iclaslarında göstərilmiş hüquqi yardıma görə 30 saat) cəmi 264 (iki yüz altmış dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 264 (iki yüz altmış dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar