Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-4/2025 11.03.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin nümayəndəsi və mülki iddiaçı Nümayəndə1, Zərərçəkmiş şəxsin nümayəndəsi və mülki iddiaçı Nümayəndə2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda ƏN PX-in 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs dövlət və ya ictimai əhəmiyyətli elektrik xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə X1 və Satış İdarəsinin balansında olan Bakı şəhəri Pirallahı rayonu ərazisində yerləşən 404 saylı yarımstansiyadan çıxan Pirallahı rayonun Cənib-Şərq massivində dəmir dirəklərdə quraşdırılmış dövlət və ya ictimai əhəmiyyətli elektrik xətləri hesab olunan 6 KV-luq, 70 mm diametrli, 1 metri 24 manat təşkil edən 50 metr uzunluğunda ümumi dəyəri 1200 manat olan mis kabeli gizli yolla talayıb zərərçəkmiş hüquqi şəxs X1 və Satış İdarəsinə cəmi 1200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədilə 2024-cü ilin iyul ayında gecə saatlarında Pirallahı rayon Sukanal idarəsinin balansında olan Pirallahı rayonun Cənub-Şərqində yerləşən dəmir dirəklərə bərkidilmiş bioloji təmizləmə qurğusunun elektrik cərəyanı ilə təhiz edilməsi üçün nəzərdə tutulmuş dövlət və ya ictimai əhəmiyyətli elektrik xətləri hesab olunan 70 mm diametrli, 1 metri 24 manat təşkil edən 350 metr uzunluğunda ümumi dəyəri 4200 manat olan mis kabeli gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Pirallahı rayon Sukanal idarəsinə cəmi 4200 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, heç bir yerdə işləmədiyinə görə maddi cəhətdən çətinlik çəkmiş, borcları olduğundan oğurluq etmək qərarına gəlmişdir. 2024-cü ilin iyul ayında gecə saatlarında o, mis naqilləri kəsmək üçün evdə hazırladığı bel sapına bərkitdiyi dəmir kəsən mişarın tiləsini götürmüş və Pirallahı rayonunda köhə çörək zavodunun yaxınlığındakı əraziyə gəlmişdir. İşıq dirəyinə baxarkən orada işıq dirəyinə çıxmaq üçün çıxıntılar olduğunu görmüş və həmin çıxıntılar vasitəsi ilə işıq dirəyinə çıxmışdır. İşıq dirəyinə çıxaraq özü ilə götürdüyü bel sapına bərkidilmiş dəmir kəsən mişarın tiləsi ilə işıq dirəyində olan naqili kəsmiş, naqilin bir hissəsi yerə düşmüş, işıq dirəyindən yerə endiyini digər işıq dirəyindən sallanmış vəziyyətdə olan mis naqili rahat şəkildə yerdə kəsmiş və dərhal kəsdiyi mis naqili xırda hissələr bölüb özü ilə gətirdiyi un kisəsinin içərisinə yığmışdır. Sonra o, oradan uzqlaşaraq gün ərzində Pirallahı rayonunda əsas avtomobil yolunun kənarına gəlmiş, avtobusa minmiş və Qala qəsəbəsində yerləşə metal qəbulu məntəqəsinə getmişdir. Metal qəbulu məntəqəsinin sahibinin ona nə lazım olduğunu soruşduğunda o, mis naqili olduğunu və dəniz kənarından tapdığını və satmaq istədiyini qeyd etmişdir. Metal qəbulu məntəqəsin sahibi naqillərin oğurluq olub olmadığını dəqiqləşdirərək şəxsiyyət vəsiqəsinin ksero surətini ondan alaraq həmin mis naqili tərəzidə çəkdikdən sonra çəkinin 34 kq olduğunu görmüş və ona bunun müqabilində 374 manat pul vermişdir. Bundan başqa, o, 28 sentyabr 2024cü il tarixdə saat təxminən 06:00 radələrində mis naqilləri kəsmək üçün evdə hazırladığı bel sapına bərkitdiyi dəmir kəsən mişarın tiləsini götürərək Pirallahı rayonu köhnə çörək zavodunun yaxınlığında yerləşən əraziyə gəlmiş, dəmir dirəklərə bərkidilmiş çıxıntılar vasitəsi ilə işıq dirəyinə çıxaraq özü ilə götürdüyü bel sapına bərkidilmiş dəmir kəsən mişarın tiləsi ilə işıq dirəyində olan 3 naqildən birini kəsmiş və həmin mis naqili bükən zaman uzaqdan əlində fanarla bir nəfər şəxsin ona tərəf gəldiyini görən zaman dərhal kəsdiyi mis naqili götürərək oradan uzaqlaşmışdır və yaxınlıqda dəniz qırağında daşların arasında gizlədərək evə getmişdir. Evdən oğurladığı mis naqili kənar şəxslərin görməməsi üçün adyal və kisə götürərək yenidən naqili gizlətdiyi yerə gəlmiş, orada oğurladığı mis naqili adyala və kisəyə büküb Pirallahı rayonunda əsas avtomobil yolunun kənarına gələrək avtobus ilə Qala qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə gedərək metal qəbul məntəqəsinə oğurladığı mis naqili tərəzidə çəkdirmiş, onu 110 manata satmışdır. Həmçinin metal qəbulu məntəqəsində şəxsiyyət vəsiqəsinin ksero surətini yenidən təqdim etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi və mülki iddiaçı qismində dindirilən Nümayəndə1 göstərdi ki, o, hal-hazırda X1 və Satış idarəsində mühəndis vəzifəsində işləyir. X1 və Satış idarəsinin balansında olan, Bakı şəhəri Pirallahı rayonu ərazisində yerləşən 404 saylı yarımstansiyadan çıxan Pirallahı rayonun Cənub şərq massivində dəmir dirəklərdə quraşdırılmış 6 KV-luq hava xəttində xx.xx.2024-cü il tarixdə səhər saat 06 radələrində kəsilmələr olmuş, idarənin əməkdaşları xətti yoxlayarkən Pirallahı rayonunun əhali, tibbi məntəqəsi və təhsil müəssisələrində işıq enerjisinin dayanmasının şahidi olmuş, sonradan hava xəttinin hansı hissəsində nasazlıq olmasını yoxlayarkən, Pirallahı rayonun Cənub şərq massivində dəmir dirəklərdə quraşdırılmış 6 KV-luq hava xəttində naməlum şəxs və ya şəxslər tərəfindən 50 metr uzunluğunda 70 mm mis naqilin kəsilərək oğurlanmasının şahidi olmuşlar. Sonra isə bu barədə rəsmi olaraq Pirallahı rayon polis idarəsinə müraciət etmişlər. Oğurluq hadisəsi nəticəsində idarəyə 1200 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi və mülki iddiaçı qismində dindirilən Nümayəndə2 göstərdi ki, o, hal-hazırda «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» Publik hüquqi şəxsin Pirallahı rayon Sukanal idarəsində sahə rəisi vəzifəsində işləyir. «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» Publik hüquqi şəxsin Pirallahı rayon Sukanal idarəsinin balansında olan, Bakı şəhəri Pirallahı rayonu Cənub-Şərq massivində yerləşən dəmir dirəklərə bərkidilmiş bioloji təmizləmə qurğusunun elektrik cərəyanı ilə təchiz edilmiş və hər gün həmin təmizləyici qurğulara nəzarət edilmişdir. 2024-cü ilin iyul ayında o, Bakı şəhəri Pirallahı rayonu Cənub-Şərq massivində yerləşən təmizləyici qurğulara baxarkən, işləmədiyini müəyyən edərək elektrik xətlərini yoxlayarkən Pirallahı rayonu Cənub-Şərq massivində yerləşən dəmir dirəklərə bərkidilmiş 350 metr uzunluğunda 70 mm diametrli mis kabelin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, o, 5 ilə yaxındır ki, Xəzər rayonu Qala qəsəbəsi Xaşa-xuna bağlar massivində metal qəbulu ilə məşğul olur. 2024-cü ilin təxminən iyul ayında bir nəfər tanımadığı şəxs onun metal qəbulu yerinə yaxınlaşaraq mis materialı olduğunu və satmaq istədiyini bildirmiş, mis materiala baxarkən mis naqil olduğunu görərək həmin şəxsdən mis naqili haradan əldə etdiyini soruşmuşdur. Həmin şəxs mis naqilin oğurluq olmadığnı bildirmiş, sonra şəxsiyyət vəsiqəsinin kserosurətini götürmüş, mis naqilini tərəzidə çəkdikdən sonra ona 374 manat pul ödəmişdir. Təxminən iki ay sonra həmin şəxs yenidən metal qəbulu yerinə gələrək mis naqili gətirniş və dəniz kənarından tapdığını qeyd etmişdir, şəxsdən mis naqilin oğurluq olub-olmadığnı dəqiqiləşdirdikdən sonra həmin metalı qəbul edərək müqabilində ona 110 manat pul ödəmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. İş materiallarında olan şübhəli şəxsin tutma haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkməsinin 4(094)-28/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin İstintaq bölməsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, heç bir yerdə işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Baki şəhəri, Pirallahi rayonu, Pirallahi qəsəbəsi, Məşədi Əzizbəyov küçəsi, ev 5, mənzil 6-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından azad olunmuşdur. Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanma müddətinin əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2024-cü ilin iyul ayında “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Pirallahı rayon Sukanal İdarəsinin balansında olan Bakı şəhəri Pirallahı rayonu Cənub-Şərq massivində yerləşən dəmir dirəklərə bərkidilmiş Bioloji təmizləmə qurğusunun elektrik cərəyanı ilə təchiz edilməsi nəzərdə tutulmuş diametri 70 mm, uzunluğu 350 metr olan mis naqilin naməlum şəxslər tərəfindən oğurlanması nəticəsində idarəmizə 4200 manat məbləğində ziyan vurulmuşdur. İş materiallarında olan cinayət əməlinin tövsif olunması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-2-ci maddələrinə tövsif olunmuşdur. İş materiallarında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 211 saylı, 18 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ekspertizaya təqdim olunmuş istismar olunmuş maddi sübutlar təqdim edilməklə istismar olunmuş 70 mm diametrli, izolyasiya olunmamış çoxdamarlı mis elektrik naqilinin 1 metrinin 2024-cü ilin iyul və sentyabr aylarına olan təqribi dəyəri 4,50 (dörd manat, əlli qəpik) manat məbləğində müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkməsinin 4(094)-35/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqdimat təmin olunmuş, ********* saylı cinayət işi üzrə – xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Pirallahı rayonu, Əzizbəyov küçəsi, ev 5, mənzil 6-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti «20» gün, yəni 01 yanvar 2025-ci il tarixdən 21 yanvar 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkməsinin 4(094)-36/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəsatət və təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Pirallahı rayonu, 28-ci məhəllə ev 2, mənzil 28-də yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 03 (üç) ay müddətinə müəyyən edilmiş, həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu andan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materillarında Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bеləliкlə Təqsirləndirilən şəxs qеyd еdilən əməllərinin cinаyət оlmаsını аrаdаn qаldırаn hаllаr, həmçinin оnun cinаyət məsuliyyətindən аzаd еdilməsi üçün əsаslаr yохdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs dövlət və ya ictimai əhəmiyyətli elektrik xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etməsi faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadəsi, şahidin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs оğlunun törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləhdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-2-ci maddələri sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2024-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığında saxlanma müddətinin əvvəli 01 oktyabr 2024-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ev dustaqlığında saxlanıldığı ümumilikdə 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin : - 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət; - 158.2.2 ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. - 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs оğluna ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi (ibtidai istintaq zamanı iş saatına görə 360 manat və məhkəmə baxışı zamanı 120 manat) ümumilikdə 480 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. İş materiallarından görünür ki, «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» piblik hüquqi şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək ümumilikdə 4200 manat dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» piblik hüquqi şəxsə ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Mülki iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Pirallahı Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 maddələri ilə təqsirləndirilməsinə dair 1(094)-4/2025 nömrəli cinayət işi vardır. Həmin iş üzrə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Vurulmuş ziyan mülki cavabdeh tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməlidir. İttiham aktı ilə mülki cavabdehin 2024-cü ilin iyul ayında gecə saatlarında Pirallahı rayon Sukanal İdarəsinin balansında olan dəmir dirəklərə bərkidilmiş bioloji təmizləmə qurğusunu elektrik cərəyanı ilə təchiz edilməsi üçün nəzərdə tutulmuş elektrik xətlərini gizli yolla talamaqla oğurlaması müəyyən edilmişdir. Bunun nəticəsinda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə 4200 manat ziyan vurulmuşdur. Mülki cavabdeh Təqsirləndirilən şəxs elektrik xətlərinin dəyəri olan 4200 (dörd min iki yüz) manat dəymiş ziyanın tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, mülki iddia əsaslı olduğundan təmin edilməli, Təqsirləndirilən şəxs 4200 (dörd min iki yüz) manat pul tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ev dustaqlığında saxlanıldığı ümumilikdə 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 4200 (dörd min iki yüz) manat pul tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilsin. Təqsirləndirilən həxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı həhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 480 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ013501**********1944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya hikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-4/2025
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-4/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver