Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-45/2023 21.11.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçilər Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, 1) xx.xx.2005-ci il tarixdə Bakı şəhərində şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə, 2) xx.xx.2005-ci il tarixdə Bakı şəhərində şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə və 3) xx.xx.1976-cı il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şabran rayonu H.Əliyev prospekti ev 72 ünvanında qeydiyyatda olan ünvan 3 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 194.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən, əvvəlcədən əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda vurmaqla, oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Pirallahı rayonu Gürgən qəsəbəsi İ.Məcidov küçəsi ev 36 mənzil 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən əlbir olan bir qrup şəxs halında cinayət törətmələri ilə əlaqədar razılıq əldə etdikdən sonra, 2023-cü ilin aprel ayının axırlarında günorta saatlarında Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən, fərdi yaşayış evinə evin arxa tərəfində yerləşən nəfəslikdən qanunsuz olaraq gizli yolla daxil olaraq, evin yataq otağında yerləşən paltar dolabının yuxarı hissəsində qoyulmuş pul kisəsinin içərisindən 450 manat məbləğində pul əskinaslarını talayaraq, Zərərçəkmiş şəxs 450 manat məbləğində ziyan vurmaqla, oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Pirallahı rayonu Gürgən qəsəbəsi İ.Məcidov küçəsi ev 36 mənzil 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 ilə qəsdən əvvəlcədən əlbir olan bir qrup şəxs halında cinayət törətmələri ilə əlaqədar razılıq əldə etdikdən sonra, təkrarən 01 may 2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs məxsus, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə evin arxa tərəfində yerləşən nəfəslikdən qanunsuz olaraq gizli yolla daxil olaraq, evin yataq otağında yerləşən paltar dolabının yuxarı hissəsində qoyulmuş pul kisəsinin içərisində saxlanılan 600 manat dəyərində bir ədəd 750 əyyarlı üzərində 8 rəqəmi naxışı olan və üzərində sadə ağ qaşları olan italyan istehsalı qızıl üzüyü və 720 manat dəyərində bir ədəd 9 qram çəkidə 583 əyyarlı sadə qızıl nişan üzüyünü vahid niyyətlə talayaraq, Zərərçəkmiş şəxs 1320 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Pirallahı rayonu Gürgən qəsəbəsi İ.Məcidov küçəsi ev 36 mənzil 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 ilə qəsdən əvvəlcədən əlbir olan bir qrup şəxs halında cinayət törətmələri ilə əlaqədar razılıq əldə etdikdən sonra, təkrarən 15 may 2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs məxsus, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə evin arxa tərəfində yerləşən nəfəslikdən qanunsuz olaraq gizli yolla daxil olaraq, evin yataq otağında yerləşən paltar dolabının yuxarı hissəsində qoyulmuş pul kisəsinin içərisində saxlanılan 2320 manat qiymətində bir ədəd ümumi çəkisi 25 qram olan 583 əyyarlı rus istehsallı 1,20 metr uzunluğunda qızıl boyunbağı və həmin boyunbağıya keçirilmiş 4 qram çəkidə bir ədəd üzərində ərəbcə «Allah» sözləri yazılmış qızıl klonu, 720 manat qiymətində ümumi çəkisi 9 qram olan bir dəst üzərində böyük göy qaşları olan və ətrafında sadə ağ qaşları olan 583 əyyarlı qızıl sırğa üzüyü, 1550 manat qiymətində ümumi çəkisi 31 qram olan 375 əyyarlı rus istehsallı 45 ədəd qızıl hill boyunbağını, 400 manat qiymətində bir ədəd 5 qram çəkidə üzərində sadə mirvari qaşı olan 583 əyyarlı qızıl üzüyü, 195 manat qiymətində bir ədəd 583 əyyarlı sadə qızıl nişan üzüyünü, 280 manat qiymətində bir ədəd 3,5 qram çəkidə üzərində yaşıl ağ qaşları olan 583 əyyarlı qızıl üzüyü, 400 manat qiymətində bir ədəd 5 qram çəkidə üzərində kvadrat naxışı olan və mina qaşlı qara rəng çalarları olan 583 əyyarlı qızıl kişi üzüyünü, 1920 manat qiymətində çəkisi 24 qram olan 583 əyyarlı sünbül formalı qızıl boyunbağını, 620 manat qiymətində 10 qram çəkidə sünbül formalı qızıl qolbağı, 1120 manat qiymətində bir ədəd çayka markalı üzərində qırmızı qaşları olan 14 qram çəkidə 583 əyyarlı qızıl saatı, 2760 manat qiymətində ümumi çəkisi 34,5 qram olan bir dəst üzərində ağ şəffaf qaşları olan 583 əyyarlı qızıl sırğa üzüyü, 480 manat qiymətində bir ədəd 6 qram çəkidə üzərində ürək şəkilli naxış olan və 50 karatlıq brilyant qaşları olan 583 əyyarlı qızıl üzüyü, 984 manat qiymətində bir ədəd 12,3 qram çəkidə üzərində gül şəkilli naxışı olan və sadə qaşları olan 583 əyarlı qızıl üzüyü, 520 manat qiymətində bir ədəd 6,5 qram çəkidə üzərində kvadrat naxışı olan və sadə qaşları olan 583 əyyarlı qızıl üzüyü vahid niyyətlə talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 14269 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, oğurluq etmişlər. Təqsirləndirilən şəxs3 qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini biləbilə əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 qəsdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2023-cü ilin may ayında saat 09 radələrində və 2023-cü ilin may ayının ortalarında günorta saatlarında Zərərçəkmiş şəxs məxsus, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağında yerləşən paltar dolabının yuxarı hissəsindən taladıqları qızıl-zinət əşyalarının bir hissəsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs evindən taladıqlarını bilə-bilə həmin qızıl-zinət əşyalarının bir hissəsini satmaqla, cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, təqsirlləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 məhəllə sakini kimi tanıyır, Təqsirləndirilən şəxs3 isə onun yaşadığı məhəllədə kirayədə yaşayır, təxminən bir-neçə ay olar ki, tanıyır, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Onun yaşadığı evin qonşuluğunda babası Nizamın həyəti yerləşir, həmin həyətdə babası Nizam və nənəsi Tamilə yaşayır. O, hər gün babası Nizamın evinə gedib-gəlirmiş. 2023-cü ilin aprel ayının axırlarında günorta saatlarında o, Muradla birlikdə məhəllədə olan zaman, onun pula ehtiyacı olmuşdur. Bu səbəbdən də o Murada babasının evindən oğurluq etməyi təklif etmişdir. Murad da onunla razılaşdıqdan sonra o, babasının evində kiminsə olubolmamasını müəyyən etmək məqsədilə xalası oğlu Məhəmmədə zəng vurub ondan harada olmasını soruşduqda, o babası Nizam və nənəsi Tamilə ilə şəhərdə olduğunu, evdə heç kəsin olmadığını bildirmişdir. Bundan sonra o, Muradla babası Nizamın evinə getmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra Nizamın evinin arxa tərəfindəki nəfəsliyə çöl tərəfdən taxılı vəziyyətdə olan toru çıxartdıqdan sonra Muradla birlikdə evə daxil olmuşlar. Daxil olduqları yataq otağında Muradla birlikdə evi axtarmağa başlamışlar. Həmin vaxt o, paltar dolabının yuxarı hissəsində qara pul kisəsini görmüş, həmin pul kisəsini götürdükdən sonra onun içərisindən iki ədəd 200 (iki yuz) manatlıq və bir ədəd 50 (əlli) manatlıq pul əskinazları götürmüşdür, həmin pul kisəsinin içərisində 450 manatdan əlavə 650 manat da olmuşdur. Sonra pul kisəsinin olduğu yerdə dəmir qutu görmüş, dəmir qutunun içərisinə baxanda orada başqa bir pul kisəsi olduğunu, həmin pul kisəsinin içərisində qızıl zinət əşyalarının olduğunu görmüşdür. O, qızıl zinyət əşyalarına toxunmayaraq yerinə qoymuşdur. Sonra Muradla birlikdə mənzilə daxil olduqları nəfəslikdən çıxıb getmişlər. O, oğurladığı puldan 200 manat Murada vermiş, qalan pulu isə şəxsi istifadəsi üçün xərcləmişdir. 01 may 2023-cü il tarixdə onun yenidən pula ehtiyacı olduğu zaman, babasının evində olan qızıl-zinyət əşyaları olması ağlına gəlmişdir. Bundan sonra o, Muradla görüşüb bu barədə danışmış və birlikdə qərara gəlmişlər ki, babasının evindən qızıl zinyət əşyalarını oğurlasınlar. Oğurluq etməzdən əvvəl o, evdə kiminsə olubolmamasını maraqlanan zaman babası Nizamın və nənəsi Tamilənin onun valideynləri ilə birlikdə qonşuluqda yaşayan qohumları gilə getdiklərini bilmişdir. Daha sonra Muradla həmin tarixdə günorta saatlarında babasının evinin arxa tərəfindəki nəfəsliyə yaxınlaşmışlar, hənim vaxt Muradla razılaşmışlar ki, o, nəfəslikdən evə daxil olacaq, Murad isə çöldə gözləyərək kimsə gəldiyi zaman ona xəbər edəcəkdir. Bundan sonra o, aralarındakı razılığa əsasən nəfəslikdən mənzilə daxil olmuş, Murad isə çöldə onu gözləmişdir. O, yataq otağında yerləşən paltar dolabının yuxarı hissəsində olan dəmir qutunu götürmüş, dəmir qutunun daxilində olan pul kisəsinin içərisində müxtəlif növ qızıl zinyət əşyaları olmuşdur. O, onların içərisindən biri qara qaşlı digəri isə ağ qaşlı olmaqla hər iki ədəd qadın üzüyü götürmüş, digər qızıllara əl vurmamış, fikirləşmişdir ki, sonra lazım olarsa onları da götürər. Daha sonra o, mənzili tərk etmişdir. Daha sonra Muradla birlikdə qərara gəlmişlər ki, onların yaşlarının az olması səbəbindən qızılları sata bilməyəcəklər, bu səbəbdən onlardan böyük olan Kamran adlı dostlarından kömək istəmək qərarına gəlmişlər. Bu məqsədlə o və Murad həmin tarixdə axşam saatlarında Kamranın kirayədə yaşadığı evinə gedib Kamrana əllərində qızıl zinət əşyaları olduğunu bildirərək ondan həmin qızıl zinət əşyaları necə sata bilcəklərini soruşmuşlar. Kamran qızıllara baxdıqdan sonra onlara demişdir ki, «onsuzda mən sabah həyat yoldaşım Lamiyə ilə Neftçilər metro stansiyası tərəfə gedəcəm, orada işim var, bunu da bəzi dükanlara göstərərəm». Səhərisi, o, Kamran, Kamranın həyat yoldaşı Lamiyə və Murad birlikdə taksi ilə Neftçilər metro stansiyası tərəfə getmişlər. Orada Kamranın şəxsiyyət vəsiqəsi üzərində olmadığından, Kamran Lamiyədən xahiş etmişdir ki, «qızılları sən sat, Nurlanın iş yoldaşının anası xəstədir, pula ehtiyacları vardır, mənim şəxsiyyət vəsiqəm üzərimdə deyil». Lamiyə də Kamranla razılaşmış, onlar birlikdə qızıl-zinət əşyalarının satıldığı dükana daxil olduqda o, Muradla çöldə qalmışdır. Bir az sonra Kamran Lamiyə ilə dükandan çıxaraq ona 500 manat pulu vermişdir. Daha sonra o, Muradla birlikdə çıxıb getmişlər, Kamranın Lamiyə ilə hara getmələrini bilməmişdir. Bundan başqa, 15 may 2023-cü il tarixdə günorta saatlarında o, məhəllədə olan zaman yenidən pula ehtiyyacı olduğundan Muradla görüşmüş və qərara gəlmişlər ki, babasının evindən qızıl zinyət əşyalarını oğurlasınlar. Oğurluq etməzdən əvvəl o, evdə kiminsə olub-olmamasını maraqlanan zaman babası Nizamın və nənəsi Tamilənin evdə olmadığını müəyyən etmişdir. O, Muradla həmin tarixdə günorta saatlarında babasının evinin arxa tərəfindəki nəfəsliyə yaxınlaşmışdır, aralarında Muradla razılaşmışlar ki, o, nəfəslikdən evə daxil olacaq, Murad isə çöldə gözləyərək kimsə gəldiyi zaman ona xəbər verəcək. Bundan sonra o, nəfəslikdən mənzilə daxil olmuş, Murad isə çöldə onu gözləmişdir. O, yataq otağında yerləşən paltar dolabın yuxarı hissəsində dəmir qutda olan pul kisəsinin içərisindəki müxtəlif növ qızıl zinyət əşyalarının hamısını götürdükdən sonra nəfəslikdən çıxıb Muradla oradan uzaqlaşmışlar. Dəniz kənarında o, oğurladığı qızıl zinət əşyalarına baxan zaman onların içərisində bir ədəd qızıl boyunbağı və həmin boyunbağıya keçirilmiş bir ədəd üzərində ərəbcə «Allah» sözləri yazılmış qızıl klon, bir dəst üzərində böyük göy qaşları olan və ətrafında sadə ağ qaşları olan qızıl sırğa üzük, 45 ədəd qızıl hill boyunbağı, bir ədəd üzərində 8 rəqəmi naxışı olan və üzərində sadə ağ qaşları olan qızıl üzük, bir ədəd üzərində sadə mirvari qaşı olan qızıl üzük, bir ədəd sadə üzük, bir ədəd üzərində yaşıl ağ qaşları olan qızıl üzük, bir ədəd sadə qızıl üzük, bir ədəd üzərində kvadrat naxışı olan və mina qaşlı qara rəng çalarları olan qızıl kişi üzüyü, sünbül formalı qızıl boyunbağı və sünbül formalı qızıl qolbaq, bir ədəd üzərində qırmızı qaşları olan qızıl saat, bir dəst üzərində ağ şəffaf qaşları qızıl sırğa üzük, bir ədəd üzərində ürək şəkilli naxış olan üzük, bir ədəd üzərində gül şəkilli naxışı olan və sadə qaşları olan qızıl üzük, bir ədəd üzərində kvadrat naxışı olan və sadə qaşları olan qızıl üzük olduğunu müəyyən etmişdir. O, Muradla birlikdə qərara gəlmişlər ki, qızılların az bir hissəsini indi qalan hissəsini sonra satarlar, aralarında olan razılaşmaya əsasən o, oğurladığı qızılların içərisindən bir dəst üzərində böyük göy qaşları olan və ətrafında sadə ağ qaşları olan qızıl sırğa üzüyü, sünbül formalı qızıl boyunbağı, bir ədəd qızıl saatı götürmüş, qalan qızılları isə dəniz kənarında gizlətmişlər. həmin gün axşam onlar birlikdə Kamranın evinə gedib, həmin qızılların satılması üçün ondan kömək istəmişlər. Kamran qızıllara baxdıqdan sonra onlardan qızılları haradan əldə etdiklərini soruşduqda o, Kamrana babasının evindən oğurladıqlarını bildirmişlər. Kamran bir qədər fikirləşdikdən sonra Murada və ona bildirmişdir ki, «saxlayın, səhər gedərik, satarıq». 16 may 2023-cü il tarixdə saat 10:30 radələrində Kamran, Məhəmməd, Nurlan evdən çıxıb taksi ilə yola düşmüşlər. Yolda Murad ona zəng vuraraq harada olduğunu soruşduqda, o Murada aeroport yolunda onları gözlədiyini bildirmişdir. Onlar taksi ilə onu aeroport yolundan götürdükdən sonra birlikdə Neftçilər metro stansiyası yaxınlığına getmişlər. Kamran əvvəlcə Qara Qarayev metrosu yaxınlığında yerləşən lombarda boyunbağını 2000 manata satdıqdan sonra çöldə ona 2000 manat vermişdir. Sonra onlar taksi ilə Neftçilər metro stansiyası yaxınlığına getmiş, orada Kamran özü lombard dükanına getmiş, onlar isə maşında qalmışlar. Bir az sonra Kamran qayıdaraq, ona göy qaşlı sırğa üzük dəstini 450 manata satdığını bildirərək həmin məbləği ona vermişdir. Kamran ona qalan qızılı da 28 may metrostansiyası tərəfdə satmağı təklif etdikdən sonra onlar 28 may metrostansiyası yaxınlığına getmişlər. Orada Kamran maşından düşüb harasa getmiş, az sonra qayıdaraq onlara qızıl saatı satdığını bildirərək ona 550 manat pul vermişdir. Sonra o, qızılın satışından əldə edilmiş puldan 1000 manatını Məhəmmədə, 1000 manatını isə Murada vermiş, 1000 manat pulu özünə götürmüşdür. Kamran onlara ona nə qədər hörmət etmək istədiklərini soruşduqda O və Məhəmməd özlərinə çatan 1000 manat puldan hərəsi 300 manatını Kamrana vermişlər. Sonra onlar 28 Mall ticarət mərkəzinə gedib, o, Murad və Məhəmməd özlərinə, Kamran isə oğluna geyim əşyaları almışlar. Sonra Kamran 28 May metrostansiyası yaxınlığında mobil telefonların alqı satqı dükanına getmiş, qayıdanda onlara həyat yoldaşına mobil telefon aldığını bildirmişdir. Sonra isə o, Murad və Məhəmməd 28 May metrostansiyası yaxınlığında yerləşən mobil telefonlar satışı dükanına gedib, oradan o, özünə işlənmiş vəziyyətdə İphone X markalı mobil telefon, Murad özünə mobil telefonunun qulaqlığını, Məhəmməd isə İphone SE markalı mobil telefon almışdır. Daha sonra onlar Neftçilər metro stansyiyası yaxınlığına getmək qərarına gəlmişlər, taksida olan zaman Murad maşında Kamrana 250 manat pul vermişdir, Kamran Koruğlu metrostansiyası yaxınlığında maşından düşmüş, onlar isə Neftçilər metro stansiyası yaxınlığına getmişlər, orada yerləşən 8-ci km ticarət mərkəzindən o, özünə səs dinamiki almışdır. Daha sonra saat 18 radələrində Hövsan qəsəbəsi ərazisində yerləşən Çahargah restoranına gedərək orada çörək yemişlər, sonra üzərlərində qalan pulun az bir hissəsi ilə həmin tarixdə saat 23 radələrində taksi ilə yaşadıqları ünvana qayıtmışlar. xx.xx.2023-cü il tarixdə günorta saatlarında atası onu babasının evinə çağırdıqda o, qorxduğu üçün qalan qızılları məhəllədə zibil qabının içərisinə ataraq babasının evinə getmişdir. Babası Nizam ona evdən pul və qızılların oğurlandığını bildirərək, ondan bu barədə məlumatlı olubolmadığını soruşduqda o, babasına həmin qızılları və pulu Muradla birlikdə oğurladığını, qızılların satılmasında da Kamranın onlara köməklik etdiyini bildirmişdir. Bundan sonra babası 102 xidmətinə müraciət edib hadisə barədə məlumat vermişdir. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı qismən ödəmişlər. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 məhəllə sakini kimi tanıyır, Təqsirləndirilən şəxs3 isə onun yaşadığı məhəllədə kirayədə yaşayır, təxminən birneçə ay olar ki, tanıyır, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Onun Nurlanın babası Nizamın həyəti onların qonşuluğunda yerləşir, həmin həyətdə Nurlanın babası Nizam nənəsi Tamilə ilə birlikdə yaşayır. 2023-cü ilin aprel ayının axırlarında günorta saatlarında o, Nurlanla birlikdə məhəllədə olan zaman Nurlan ona babasının evindən oğurluq etməyi təklif etmişdir. O da Nurlanla razılaşaraq ondan babasının evində adam olub-olmamasını soruşmuşdur. Az sonra Nurlan xalası oğlu Məhəmmədə zəng vuraraq ondan harada olduğunu soruşduqda Məhəmməd Nurlana babası və nənəsi ilə birlikdə şəhərdə olduğunu bildiurmişdir. O, Nurlanla Nizamın evinə tərəf gedib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evinin arxa tərəfindəki nəfəsliyə yaxınlaşıb pəncərəyə çöl tərəfdən taxılı vəziyyətdə olan toru çıxarıb Nurlanla birlikdə evə daxil olub birlikdə evi axtarmağa başlamışlar. Nurlan paltar dolabının yuxarı hissəsində qara pul kisəsinin içərisindən iki ədəd 200 (iki yuz) manatlıq və bir ədəd 50 (əlli) manatlıq pul əskinasları götürmüşdür, pul kisəsinin içərisində 450 manatdan əlavə 650 manat da olmuşdur. Sonra pul kisəsinin olduğu yerdə dəmir qutu görmüşlər, Dəmir qutunun içərisinə baxanda orada başqa bir pul kisəsi olduğunu, həmin pul kisəsinin içərisində qızıl zinət əşyalarının olduğunu görmüşlər. Nurlan və o, qızıl zinyət əşyalarına toxunmayaraq yerinə qoymuşlar. Sonra Nurlanla birlikdə mənzilə daxil olduqları nəfəslikdən çıxıb getmişlər. Nurlan oğurladıqları puldan ona 200 manat vermişdir, qalan pulu isə özünə götürmüşdür. 01 may 2023-cü il tarixdə günorta saatlarında o, Nurlanla məhəllədə olan zaman Nurlan yenidən pul lazım olduğunu, həmçinin babasının evində qızıl-zinyət əşyaları olduğunu bildirərək, həmin qızılları oğurlayb satmağı təklif etmişdir. O da etiraz etməyərək Nurlanın təklifi ilə razılaşmışdır. Oğurluq etməzdən əvvəl Nurlan evdə kiminsə olub-olmamasını maraqlanan zaman nənəsi və babasının onun valideynləri ilə birlikdə qonşuluqda yaşayan qohumları gilə getmələrini öyrənmişdir. O, Nurlanla həmin tarixdə günorta saatlarında babasının evinin arxa tərəfindəki nəfəsliyə yaxınlaşmışlar, hənim vaxt aralarında razılaşmışlar ki, Nurlan nəfəslikdən evə daxil olacaq, o isə çöldə gözləyərək kimsə gəldiyi zaman ona xəbər verəcək. Bundan sonra Nurlan aralarındakı razılığa əsasən nəfəslikdən mənzilə daxil olmuş, o isə çöldə Nurlanı gözləmişdir. Az sonra Nurlan nəfəslikdən çölə çıxmışdır. Evdən uzaqlaşandan sonra, Nurlan ona yataq otağında yerləşən paltar dolabın yuxarı hissəsində olan dəmir qutunun içərisində olan pul kisəsindən biri qara qaşlı digəri isə ağ qaşlı olmaqla iki ədəd üzük götürdüyünü, digər qızıllara əl vurmadığını bildirmişdir. Daha sonra yaşlarının az olması səbəbindən qızılları sata bilməyəcəklərini düşünüb, onlardan böyük olan Kamran adlı dostlarından kömək istəmək qərarına gəlmişlər. Bu məqsədlə o və Nurlan axşam saatlarında Kamranın kirayədə yaşadığı evə gələrək, Kamrana əllərində qızıl zinət əşyaları olduğunu bildirərək həmin qızılları satmaq üçün ondan kömək istəmişlər. Kamran qızılları gördükdən sonra onlara demişdir ki, «onsuzda mən sabah həyat yoldaşım Lamiyə ilə Neftçilər metro stansiyası tərəfə gedərəm, orada işim var, bunu da bəzi dükanlara göstərərəm». Səhərisi, o, Kamran, Kamranın həyat yoldaşı Lamiyə və Nurlan birlikdə Neftçilər metro stansiyası tərəfə taksi ilə getmişlər. Orada Kamranın şəxsiyyət vəsiqəsi üzərində olmadığından, Kamran Lamiyədən xahiş etmişdir ki, «qızılları sən sat, Nurlanın iş yoldaşının anası xəstədir, pula ehtiyyacları vardır, mənim şəxsiyyət vəsiqəm üzərimdə deyil». Lamiyə də Kamranla razılaşmış, onlar birlikdə qızıl-zinət əşyalarının satıldığı dükana daxil olmuşlar, o, Nurlanla çöldə gözləmiş. Bir az sonra Kamran Lamiyə ilə dükandan çıxıb Nurlana 500 manat verdikdən sonra o, Nurlanla birlikdə çıxıb getmişlər. Bundan başqa, 15 may 2023-cü il tarixdə günorta saatlarında pula ehtiyyacı olmuş, bu zaman məhəllədə Nurlanla görüşmüş, görüş zamanı Nurlan ona babasının evində qızılların bir hissəsi qaldığını bildirərək həmin qızıl zinyət əşyalarını oğurlamağı təklif etmişdir. O da Nurlanın təkifi ilə razılaşmışdır. Oğurluq etməzdən əvvəl Nurlan evdə kiminsə olub-olmamasını maraqlanan zaman babası və nənəsinin evdə olmadığını müəyyən etmişdir. O, Nurlanla həmin tarixdə günorta saatlarında Nizamın evinin arxa tərəfindəki nəfəsliyə yaxınlaşmışlar, hənim vaxt aralarında razılaşmışlar ki, Nurlan nəfəslikdən evə daxil olacaq, o, isə çöldə gözləyərək kimsə gəldiyi zaman ona xəbər edəcəkdir. Bundan sonra Nurlan nəfəslikdən mənzilə daxil olmuş, o isə çöldə Nurlanı gözləmişdir. Bir az sonra Nurlan nəfəslikdən çölə çıxmış, onlar birlikdə oradan uzaqlaşaraq dəniz kənarına gəlmişlər, orada Nurlan ona yataq otağında yerləşən paltar dolabın yuxarı hissəsində olan dəmir qutunun içərisində olan pul kisəsindən qızıl-zinət əşyalarının hamısını götürdüyünü bildirmişdir. Dəniz kənarında Nurlan və o, oğurladıqları qızıl zinət əşyalarına baxdıqda, onların içərisində bir ədəd qızıl trus boyunbağı və həmin boyunbağıya keçirilmiş bir ədəd üzərində ərəbcə «Allah» sözləri yazılmış qızıl klon, bir dəst üzərində böyük göy qaşları olan və ətrafında sadə ağ qaşları olan qızıl sırğa üzük, 45 ədəd qızıl hill boyunbağı, bir ədəd üzərində 8 rəqəmi naxışı olan və üzərində sadə ağ qaşları olan qızıl üzük, bir ədəd üzərində sadə mirvari qaşı olan qızıl üzük, bir ədəd sadə üzük, bir ədəd üzərində yaşıl ağ qaşları olan qızıl üzük, bir ədəd sadə qızıl üzük, bir ədəd üzərində kvadrat naxışı olan və mina qaşlı qara rəng çalarları olan qızıl kişi üzüyü, sünbül formalı qızıl boyunbağı və sünbül formalı qızıl qolbaq, bir ədəd üzərində qırmızı qaşları olan qızıl saat, bir dəst üzərində ağ şəffaf qaşları qızıl sırğa üzük, bir ədəd üzərində ürək şəkilli naxış olan üzük, bir ədəd üzərində gül şəkilli naxışı olan və sadə qaşları olan qızıl üzük, bir ədəd üzərində kvadrat naxışı olan və sadə qaşları olan qızıl üzük olduğunu görmüşlər. Onlar birlikdə qərara gəlmişlər ki, qızılların az bir hissəsini indi qalan hissəsini sonra satarlar, daha sonra Nurlan oğurladıqları qızılların içərisindən bir dəst üzərində böyük göy qaşları olan və ətrafında sadə ağ qaşları olan qızıl sırğa üzük, sünbül formalı qızıl boyunbağı, bir ədəd qızıl saatı götürdükdən sonra, qalan qızılları isə dəniz kənarında gizlətmişlər. Həmin gün axşam saatlarında o, Nurlanla birlikdə Kamranın evinə gedərək, Kamrana əllərində qızıl zinət əşyaları olduğunu bildirib həmin əşyları satmaq üçün ondan kömək istəmişlər. Kamran onlardan qızılları haradan əldə etdiklərini soruşduqda Nurlan Kamrana babasının evindən oğurladığını bildirmişdir. Kamran bir qədər fikirləşdikdən sonra Nurlana və ona demişdir ki, «saxlayın, səhər satarıq». 16 may 2023-cü il tarixdə saat 10:30 radələrində Kamran, Məhəmməd, o, evdən çıxıb taksi ilə yola düşmüşlər. Yolda o, Nurlana zəng vurub harada olduğunu soruşduqda, Nurlan ona aeroport yolunda onları gözlədiyini bildirmişdir. Onlar taksi ilə Nurlanı aeroport yolundan götürdükdən sonra Qara Qarayev metro stansiyası yaxınlığına getmişlər. orada Kamran boyunbağını 2000 manata lombarda satdıqdan sonra çöldə həmin pulu Nurlana vermişdir. Sonra onlar taksi ilə Neftçilər metro stansiyası yaxınlığına getmişlər, orada Kamran özü lombarda getmiş, onlar isə maşında qalmışlar. Bir az sonra Kamran qayıdaraq göy qaşlı sırğa üzük dəstini 450 manata satdığını bildirərək pulu Nurlana vermişdir. Daha sonra o Nurlana qalan qızılı da 28 may metrostansiyası tərəfdə satmağı təklif etmişdir. Onlar 28 May metrostansiyası yaxınlığında Kamran maşından düşüb harasa getmiş, bir az sonra qayıdaraq onlara qızıl saatı satdığını bildirərək Nurlana 550 manat pul vermişdir. Sonra Nurlan qızılın satışından əldə olunan puldan 1000 manatını Məhəmmədə, 1000 manatı ona vermiş, 1000 isə manat pulu özünə götürmüşdür. Sonra Kamran onlara ona nə hörmət etmək istədiklərini soruşduqda Nurlan və Məhəmməd özlərinə çatan puldan hərəsi 300 manatını Kamrana vermişlər. Sonra onlar 28 Mall ticarət mərkəzinə gedib, oradan o, Nurlan və Məhəmməd özlərinə geyim əşyaları Kamran isə oğluna geyim əşyaları almışdır. Sonra Kamran 28 may metrostansiyası yaxınlığında mobil telefonların alqı satqı dükanına getmiş, qayıdanda onlara həyat yoldaşına mobil telefon aldığını bildirmişdir. Sonra isə o, Nurlan və Məhəmməd 28 May metrostansiyası yaxınlığında yerləşən mobil telefonlar satışı dükanına gedib oradan Nurlan özünə işlənmiş vəziyyətdə İphone X markalı mobil telefon, o isə özünə mobil telefonunun qulaqlığını Məhəmməd də İphone SE markalı mobil telefon almışdır. Sonra onlar Neftçilər metro stansiyası yaxınlığına gələrkən o, maşında Kamrana 250 manat pul vermişdir, Kamran Koruğlu metrostansiyası yaxınlığında maşından düşdükdən sonra onlar Neftçilər metro stansiyası yaxınlığına getmişlər, orada yerləşən 8ci km ticarət mərkəzindən Nurlan özünə səs dinamiki almışdır. Həmin gün saat 18 radələrində Hövsan qəsəbəsi ərazisində yerləşən Çahargah restoranına gedib orada çörək yemişlər, sonra üzərlərində qalan pulun az bir hissəsi ilə həmin tarixdə saat 23 radələrində taksi ilə yaşadıqları evlərinə qayıtmışlar. Hazırda törətdiyi cinayət əməllərindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəmişlər, bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ünvan 5 ünvanda qeydiyyatda olsada, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə kirayədə yaşayır, evlidir, himayəsində yetkinlik yaşına çatmayan üç uşaq var, heç bir yerdə işləmir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir neçə aydır ki tanıyır, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. 01 may 2023-cü il tarixdə axşam saatlarında o, kirayədə yaşadığı evində olan zaman Murad və Nurlan onun yaşadığı evə gəlib, Nurlan ona nənəsinin evindən iki ədəd qızıl qadın üzüyü götürdüyünü, satmaq istədiyini, lakin yaşı az olduğu üçün bunları ondan heç kimin almayacağını bildirərək ondan həmin qızılları satmasını xahiş etmişdir. O üzüklərə baxandan sonra Nurlana demişdir ki, «onsuzda mən sabah həyat yoldaşım Lamiyə ilə Neftçilər metro stansiyası tərəfə gedərəm, orada işim var, bunu da bəzi dükanlara göstərərəm». Səhərisi, o, həyat yoldaşı Lamiyə, Nurlan və Murad taksi ilə birlikdə Neftçilər metro stansiyası tərəfə getmişlər. Orada onun şəxsiyyət vəsiqəsi üzərində olmadığından, o, Lamiyəyə demişdir ki, qızılları sən sat, Nurlanın iş yoldaşının anası xəstədir, pula ehtiyyacları vardır. Lamiyə də onunla razılaşaraq, onlarla birlikdə qızıl-zinət əşyalarının satıldığı dükana daxil olmuşlar. Orada Lamiyə satıcıya yaxınlaşıb üzərində olan iki ədəd üzüyü ehtiyyacı olduğu üçün satdığını bildirmişdir. Satıcı qızıl üzüklərə baxdıqdan sonra iki üzüyə görə 500 manat verə biləcəyini bildirmişdir. Lamiyə də satıcı ilə razılaşaraq üzükləri təqdim etdikdən sonra satıcıdan 500 manat pul almışdır. Dükandan çıxdıqdan sonra çöldə Lamiyə ona 500 manatı ona vermiş, o da həmin pulu Nurlana vermişdir. 15 may 2023-cü il tarixdə axşam saatlarında evində olan zaman Nurlan və Murad evə gəlib, əllərində qızıl zinət əşyaları olduğunu bildirərək ondan həmin əşyaları necə sata biləcəklərini soruşmuşlar. O qızlllara baxdıqdan sonra Nurlan və Muraddan qızılları haradan əldə etdiklərini soruşduqda Nurlan qızılları babasının evindən oğurladığını, sadəcə azyaşlı olduqları üçün onlardan bu qızılları heç kimin almayacağını bildirmişdir. O, bir qədər fikirləşdikdən sonra Murada və Nurlana saxlayın, səhər gedib satarıq demişdir. 16 may 2023-cü il tarixdə saat 10:30 radələrində o, Məhəmməd, Murad evdən çıxıb taksi ilə yola düşmüşlər, yolda Murad Nurlanla danışaraq, ondan harada olduğunu soruşduqda Nurlan aeroport yolunda onu gözlədiyini bildirmişdir. Onlar taksi ilə Nurlanı aeroport yolundan götürdükdən, sonra Neftçilər metro stansiyası yaxınlığına getmişlər. Nurlan taksidə gözləmiş O, lombard dükanına daxil olub, üzərində göy qaşları olan komplekt sırğa üzüyü satıcıya təqdim etmiş, həyat yoldaşı xəstə olduğu üçün satmaq istədiyini bildirmişdir. Satıcı da ona inanaraq üzərində göy qaşları olan komplekt sırğa üzüyə baxıb ona bu qızıllara 450 manat pul verə biləcəyini bildirmişdir. O da satıcı ilə razılaşıb sırğa üzük dəstini 450 manata satmışdır. Sonra o, başqa lambard dükanına gedib uşağı xəstə olduğu üçün, pula ehtiyacı olduğunu bildirmişdir. Sonra o, sünbül şəkilli boyunbağını satıcıya təqdim etmiş, satıcı boyunbağıya baxandan sonra boyunbağıya 2000 manat verə biləcəyini bildirmişdir. O da satıcı ilə razılaşıb, kağızın üzərində özünə məxsus boyunbağını 2000 manata satdığını, oğurluq olmadığını, yoldaşı xəstə olduğu üçün satdığını qeyd edərək imzası ilə təsdiq etmişdir. Sonra boyunbağını satıcıya təqdim edib ondan 2000 manat almışdır. O, dükandan çıxdıqdan sonra 2000 manat pulu Nurlana təqdim etmişdir. Sonra o, Nurlana şübhə olmasın deyə qızıl saatı başqa yerdə satmağı təklif etmişdir. Nurlan da onunla razılaşdıqdan sonra, onlar 28 May metro stansiyası tərəfə getmişlər. O, 28 may metrostansiyasının yaxınlığında yerləşən telefon alqı-satqı dükanına gedib mobil telefonlara baxmış, dükanda işləyən satıcılar da mobil telefonlar haqqında ona məlumat vermişlər. Həmin vaxt o, mobil telefonların içərisindən Redmi 9A markalı mobil telefonu seçmiş, uşaqlar ona mobil telefonun 150 manata satıldığını bildirmişlər. Lakin o, həmin məbləğdə pulunun olmadığını, sadəcə 110 manat verə biləcəyini, telefonu da həyat yoldaşına almaq istədiyini, ankoloji xəstə olduğunu bildirmişdir. Bu vaxt satıcı razılıq vermiş, 110 manata həmin Redmi 9A markalı mobil telefonu ona satmış, hətta o, dükandan 5 manat Azersell mobil nömrəsi də almışdır. Sonra o, satıcıya yaxınlaşaraq bildirmişdir ki, onun həyat yoldaşı ankoloji xəstədir, ona təcili pul lazımdır ki, dərmanlarını alsın, üzərində olan həyat yoldaşının qızıl saatını satdığını bildirmişdir. Satıcı qızıl saatı göstərdikdən sonra, satıcı ona dükanda onu gözləməsini bildirmişdir. Bir az sonra satıcı gəlib ona bu saata görə 550 manat pul verə biləcəyini bildirmişdir. O da satıcı ilə razılaşıb, qızıl saatı ona satmışdır. Sonra satıcı qız onun şəxsiyyət vəsiqəsinin surətini çıxartmış, orada o, qızıl saat öz əşyası olduğunu qeyd edərək imzası ilə təsdiq etmişdir. Sonra Nurlanın yanına qayıdaraq pulu ona vermişdir, Nurlan əldə edilmiş 3000 manat pulu üç yerə bölmüş, 1000 manatını özünə götürmüş, 1000 manat pulu Məhəmmədə vermiş, 1000 manat pulu da Murada vermişdir. Məhəmməd və Nurlan hərəsi ona 300 manat olmaqla ümumilikdə 600 manat pul vermişlər, həmin vaxt Murad ona pul verməmişdir. Sonra onlar 28 mall ticarət mərkəzinə getmişlər, Nurlan, Murad və Məhəmməd özlərinə geyim əşyaları o isə hər iki oğluna geyim əşyaları almış, onlar birlikdə 28 Mall ticarət mərkəzindən çıxmışlar. Sonra isə 28 May metrostansiyası yaxınlığında yerləşən mobil telefon satışı dükanından Nurlan özünə işlənmiş vəziyyətdə İphone X markalı, Murad mobil telefonunun qulaqlığını almış, Məhəmməd də İphone SE markalı mobil telefon almışdır onlar birlikdə Neftçilər metro stansyiyası yaxınlığına gələn zaman Murad maşında ona 250 manat pul vermiş, o, Koruğlu metrostansiyası yaxınlığında maşından düşmüş, onlar isə Neftçilər metro stansiyası yaxınlığına getmişlər. Həmin vaxtdan bir neçə gün keçməsinə baxmayaraq onları görməmişdir. Lakin məhəllədə eşitmişdir ki, Nurlan və Murad icarəyə skuter götürüb sürürlər. xx.xx.2023-cü il tarixdə axşam saatlarında polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər, orada ona məlum olmuşdur ki, Nurlanı və Muradı da polis idarəsinə gətirmişlər, onlar oğuluq cinayət əməllərini törətdiklərini etiraf etmişlər, o da hadisənin necə baş verməsi barədə polis əməkdaşlarına ətraflı məlumat vermişdir. Əməlindən peşmandır, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı var, bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olsada, ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, əvvəllər məhkum olunmamış, hazırda ARDNŞ-nin Qazma idarəsində maşinist vəzifəsində işləyir. Onun yaşadığı ev bir mərtəbəli olmaqla, 3 otaq, bir mətbəx və bir dəhlizdən ibarətdir, evin giriş qapısı dəmir konstruksiyalıdır, evin üç böyük plastik pənəcərəsi və 5 ədəd kiçik ölçülü plastik pəncərəsi var. Həyətin giriş qapısı dəmir konstruksiyalıdır. 01 iyun 2023-cü il tarixdə axşam saatlarında o, işdə olan zaman həyat yoldaşı Təmilə zəng vurub uşaqlarla parka gedəcəyini bildirdikdən sonra o da razılıq vermişdir. Bir az sonra Təmilə zəng vurub paltar dolabında saxladıqları pulun yerində olmadığını bildirərək ondan buradan pul götürüb-götürməməsini soruşmuşdur. O da Təmiləyə oradan pul götürmədiyini bildirmişdir. Daha sonra kürəkəni Elmar zəng vurub ondan evə gəlməsini istəmişdir. O, evdə olan zaman Elmar Məhəmmədi və Nurlanı çağırıb, onlardan pulu kimin götürdüyünü soruşduqda Nurlan pulu götürdüyünü etiraf etmişdir. Bundan sonra o, nəvəsi olduğu üçün bağışlamaq qərarına gəlmişdir. 02 iyun 2023-cü il tarixdə o, işdə olan zaman kürəkəni Elmar və qızı Təranə ona zəng vurub Təmilənin vəziyyətinin ağır olduğunu bildirmişlər.. O, onlardan səbəbini soruşduqda, onlar ona evdə olan qızılların da yerində olmadığını bildirmişlər. O evə gəldikdə Təmilə və qızı Təranə ona paltar dolabında saxladıqları qızıl-zinyət əşyalarının yerində olmadığını, qızılların içərisində olduğu pul kisəsi ilə birlikdə oğurlandığını bildirmişlər. Onun evində oğurluq hadisəsi baş verməsi ilə əlaqədar oğlu Elvin DİN-nin 102 xidmətinə zəng vurmuş, evlərindən 450 manat pulu, 10000 manat qiymətində qızıl zinət əşyalarının oğurlanmasını bildirmişdir. Bir az sonra o, evində olarkən Elmar Nurlandan və Məhəmməddən bu barədə soruşmuş, Nurlan da etiraf etmişdir ki, o, pulu da, qızılları da qonşusu Muradla birlikdə götürmüş, satmağa onlara Kamran köməklik etmişdir. O, təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində qeyd olunan qiymətlərlə razıdır, həmçinin oğurlanmış qızıl əşyalarının içərisində rəydə qiyməti müəyyən edilməyən bir ədəd üzərində 8 rəqəmi naxışı olan və üzərində sadə ağ qaşları olan italyan istehsalı olan 750 əyyarlı qızıl üzüyün, bir ədəd 583 əyyarlı sadə nişan üzüyünün və 10 qram çəkidə sünbül formalı qızıl qolbağın qiymətinin ilkin ifadəsində qeyd etdiyi qiymətlərnən, yəni bir ədəd üzərində 8 rəqəmi naxışı olan və üzərində sadə ağ qaşları olan italyan istehsalı olan 750 əyyarlı qızıl üzüyün qiymətinin 600 manat dəyərində olması, bir ədəd 583 əyyarlı sadə nişan üzüyünün qiymətinin 195 manat dəyərində olması, 10 qram çəkidə sünbül formalı qızıl qolbağın qiymətinin 620 manat qiymətində olması kimi qəbul edilməsini xahiş edir, oğurluq hadisəsi nəticəsində ona 15589 manat ziyan vurulmuşdur. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəsi 1500 manat olmaqla ümumilkdə ona 3000 manat ödəmişlər. Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyanla bağlı heç bir ödəniş olmamışdır. Təqsirləndirilən şəxslərdən şikayətçi deyil, lakin vurulmuş ziyanın tam həcmdə ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, əvvəllər məhkum olunmamış, iki uşaq atasıdır, rəsmi heç bir yerdə işləmir. Onun hazırda yaşadığı ev bir mərtəbəli olmaqla, 3 otaq, bir mətbəx və bir dəhlizdən ibarətdir, evin giriş qapısı dəmir konstruksiyalıdır, evin üç böyük plastik pənəcərəsi və 5 ədəd kiçik ölçülü plastik pəncərəsi var. Həyətin giriş qapısı dəmir konstruksiyalıdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, işdə olmuş, həmin vaxt kürəkəni Elmar zəng vuraraq onu evə çağırmışdır. O, evə gəldikdə görmüşdür ki, anası Təmilə ağlayır, o, səbəbini soruşduqda, anası demişdir ki, evdə olan qızılları və pulu oğurlayıblar. O, Təmilədən hadisənin necə olmasını soruşduqda Təmilə və bacısı Təranə paltar dolabında saxladıqları qızıl-zinyət əşyalarının yerində olmadığını, qızılların içərisində olduğu pul kisəsi ilə birlikdə oğurlandığını bildirmişlər. O, DİN-nin 102 xidmətinə zəng vurub ətraflı məlumat verdikdən sonra Elmar Nurlandan və Məhəmməddən bu barədə soruşmuş, Nurlan da etiraf etmişdir ki, pulu da, qızılları qonşusu Muradla birlikdə götürmüş, satmağa onlara Kamran köməklik etmişdir. Daha sonra polis əməkdaşları evə gəlib baxış keçirməklə yanaşı foto şəkllər çəkmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, ünvan 7 ünvanında yerləşən «Azersell Dəniz» mobil telefonların satışı dükanında satıcı işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində işlədiyi dükanda olan zaman Kamran adlı şəxsin də dükanda olduğunu və mobil telefonlara baxdığını görmüşdür, dükanda işləyən satıcılar da mobil telefonlar haqqında Kamrana məlumat vermişlər. Həmin vaxt Kamran mobil telefonların içərisindən Redmi 9A markalı mobil telefonu seçmiş, uşaqlar Kamrana mobil telefonun 150 manata satıldığını bildirmişlər. Lakin Kamran həmin məbləğdə pulunun olmadığını, sadəcə 110 manat verə biləcəyini, telefonu da həyat yoldaşına almaq istədiyini, həyat yoldaşının ankoloji xəstə olduğunu bildirmişdir. Bundan sonra o həmin telefonu 110 manata Kamrana satmış, hətta Kamran dükandan 5 manat Azersell nömrə də almışdır. Sonra Kamran ona qızıl saat göstərərək bildirmişdir ki, həyat yoldaşına dərman almaq üçün təcili pula ehtiyacı var bu səbəbdən də qızılı saatı satır. O saata baxdıqdan sonra Kamrana dükanda onu gözləməsini bildirərək dükanı tərk etmişdir. O, yaxınlıqda olan lombardda işləyənlərdən satılan qızıl saatın qiymətini soruşduqda . qızıl saatın qiymətinin 700 manat olduğunu bildirmişlər. O, dükana gələrək Kamrana saata görə görə 550 manat verə biləcəyini bildirmişdir. Kamran da etiraz etməyərək saatı ona satmışdır. Daha sonra o həmin qızıl saatı lombarda 700 manata satmışdır. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. O, Kamrandan almış olduğu qızıl saatı satdığı üçün istintaqa təqdim edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı məhəllədə məhəllə sakini kimi tanıyır, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. 01 may 2023-cü il tarixdə axşam saatlarında evində olan zaman Murad və Nurlan evə gələrək ondan Kamranı soruşmuşlar. Kamran Nurlan və Muradla görüşüb söhbət edən zaman o, mətbəxdə olmuşdur, bu səbəbdən də onların arasında olan söhbətdən bixəbər olmuşdur. Nurlan və Murad gedəndən sonra o, Kamrandan Nurlan və Murad nə səbəbə gəldiyini soruşduqda Kamran Nurlanın iş yoldaşının anasının xəstə olduğunu, dərman almaq üçün Nurlana qızıl verdiyini bildirmiş əlavə olaraq qeyd etmişdir ki, Nurlan da azyaşlı olduğundan həmin qızılları sata bilmir, bu səbəbdən qızılları satmaqda ondan kömək istəmiş, Kamran isə buna etiraz etməmişdir. O, Kamrana bildirmişdir ki, birdən nəsə olar. Kamran ona heç bir problem olmadığını bildirmişdir. Səhərisi, o, həyat yoldaşı Kamran, Nurlan və Murad birlikdə Neftçilər metro stansiyası tərəfə taksi ilə getmişlər. Kamranın şəxsiyyət vəsiqəsi üzərində olmadığından, ondan qızılları satmağı xahiş etmişdir. O da Kamranla razılaşaraq, birlikdə qızıl-zinət əşyalarının satıldığı dükana daxil olmuşlar. Dükanda satıcı qızıllara baxdıqdan sonra qızıl üzüklərə görə onlara 500 manat pul verə biləcəyini bildirmişdir. O da razılaşaraq üzükləri 500 manata satdıqdan sonra çöldə 500 manat pulu Kamrana vermiş, Kamran da həmin pulu Nurlana vermişdir. X3 birlikdə çıxıb getmişlər. O da Kamranla birlikdə evə qayıtmışlar. 15 may 2023-cü il tarixdə axşam saatlarında Nurlan və Murad yenidən evə gələrək Kamranı soruşmuşlar. Kamranı onlarla söhbətləşən zaman o, çöldə olmuşdur. O, onların danışdıqlarından xəbərsiz olmuşdur. Kamran gəldikdə o, ondan Nurlan və Muradın nə istədiyini soruşduqda Kamran ona yenidən Nurlanın iş yoldaşının anasının xəstə olduğunu dərman almaq istədiyini, bu səbəbdən də Nurlana qızıl verdiyini, Nurlan da azyaşlı olduğundan həmin qızılları satmaq üçün ondan kömək istədiyini və onun da köməklik üçün razılıq verdiyini bildirmişdir. Bu zaman o, Kamrana Murad və Nurlandan şübhələndiyini bildirsədə Kamran ona əhəmiyyət verməmişdir. 16 may 2023-cü il tarixdə saat 10:30 radələrində Kamran, Məhəmməd, Murad evdən çıxıb taksi ilə yola düşmüşlər, o, isə işə getmişdir. Axşam saatlarında o, işdən evə qayıdanda, Kamranın ona mobil telefon, oğlu Gülağaya şalvar və köynək, digər oğlu Nihada şalvar və ayaqqabı aldığını görmüşdür. O, Kamrandan bunları hansı pulla aldığını soruşduqda Kamran ona işdən pul aldığını bildirmişdir. Daha o, Kamranın nə işlə məşqul olması ilə maraqlanmamışdır. xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, Nurlan Muradla birlikdə babasının evindən qızıl əşyalar və pul oğurlamışlar, həmin qızılların bir hissəsinin satılmasında Kamran onlara köməklik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Bakı şəhər sakini Zərərçəkmiş şəxs onun babasıdır, Təqsirləndirilən şəxs1 isə xalası oğludur. Təqsirləndirilən şəxs2 məhəllə sakini kimi tanıyır, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. 2023-cü ilin aprel ayının axırlarında günorta saatlarında o, evdə olan zaman babası ona nənəsi ilə şəhərə xəstəxanaya getdiyini bildirərək ona onlarla birlikdə şəhərə getməyi təklif etmiş, o da etiraz etməyərək onlarla birlikdə şəhərə getmişdir. Onlar şəhərdə olarkən, xalası oğlu Nurlan zəng vuraraq harada olduğunu soruşduqda o babası və nənəsi ilə birlikdə şəhərdə olduğunu bildirmişdir. O Nurlanın hansı səbəbdən onun harada olmağını soruşduğunu bilməmişdir. Həmin gün axşam saatlarında məhəllədə Nurlanın əlində pul gördükdə ondan pulu harada aldığını soruşmuş, Nurlan ona babası Nizamın evindən oğurladığını bildirmişdir, o da Nurlanın xalası oğlu olduğu üçün bu barədə heç kimə deməmişdir. 15 may 2023-cü il tarixdə axşam saatlarında Nurlanla məhəllədə rastlaşan zaman Nurlan ona axşam işdə olacağını bildirərək, səhərisi onun Murad və Kamranla şəhərə getməsini xahiş etmiş əlavə olaraq bildirmişdir ki, o da yolda onlaraq qoşularaq onlarla birlikdə şəhərə gəzməyə gedəcək. O da razılıq vermişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, Murad və Kamran taksi ilə şəhərə getmişlər, yolda Murad Nurlanla danışmış və harada olduğunu soruşduqda, Nurlanda hava limanı yolunun üzərində olduğunu və onları gözlədiyini bildirmişdir. Onlar taksi ilə Nurlanı götürdükdən sonra əvvəlcə Neftçilər metro stansiyası tərəfə getmişlər, orada Kamran bir neçə lombarda baş çəkdikdən sonra, onlar 28 may metro stansiyası tərəfə getmişlər. Orada da Kamran bir neçə dükana getmiş, qayıdanda Kamran Nurlana pul vermiş, Nurlan da həmin puldan 1000 manat Murada, 1000 manat ona vermiş, 1000 manatı da özünə götürmüşdür. O, Nurlandan ona pul vermə səbəbini soruşduqda Nurlan ona babası Nizamın evindən Muradla qızıl əşyalar oğurladığını, həmin qızılların bir hissəsini Kamranın köməkliyi ilə satdığını, əldə etdikləri puldan ona da verdiyini bildirmişdir. Əlavə olaraq ondan bu barədə heç kimə deməməsini xahiş etmişdir. O da qohumluq xətrinə heç kimə deməmişdir. Sonra Kamran onlara “bəs mənə nə hörmət edirsiniz” deyə soruşduqda Nurlan və o özlərinə çatan puldan hərəsi 300 manatını Kamrana vermişlər. Onlar 28 Mall ticarət mərkəzinə getmişlər, orada Murad və Nurlan özlərinə geyim əşyaları Kamran isə öz oğluna geyim əşyaları aldıqdan sonra onlar birlikdə 28 Mall ticarət mərkəzindən çıxmışlar. Daha sonra Kamran 28 May metrostansiyası yaxınlığında mobil telefonların alqı satqı dükanına getmiş, qayıdanda onlara həyat yoldaşına mobil telefon aldığını demişdir. Sonra isə o, Murad və Nurlan 28 May metrostansiyası yaxınlığında yerləşən mobil telefonlar satışı dükanına getmişlər, oradan Nurlan özünə işlənmiş vəziyyətdə İphone X markalı mobil telefon, Murad mobil telefonunun qulaqlığını, o da İphone SE markalı mobil telefon almışdır. Sonra onlar Neftçilər metro stansyiyası yaxınlığına gələn zaman taksidə Murad özünə çatan puldan Kamrana 250 manat verdikdən sonra Kamran Koruğlu metrostansiyası yaxınlığında maşından düşmüşdür. Onlar 8-ci km ticarət mərkəzinə getmişlər, oradan Nurlan özünə səs dinamiki almışdır. Sonra saat 18 radələrində Hövsan qəsəbəsi ərazisində yerləşən Çahargah restoranına gedərək orada çörək yemişlər, daha sonra üzərlərində qalan pulun az bir hissəsi ilə saat 23 radələrində taksi ilə yaşadıqları evlərinə qayıtmışlar. xx.xx.2023cü il tarixdə günorta saatlarında o, babası Nizamın evində olan vaxt babası evindən oğurluq edilməsindən xəbərdar olmuşdur. Babası ondan evdən kimin oğurluq etdiyini soruşduqda, o da qorxduğundan babasına Nurlan və Muradın oğurluq etdiyini dedikdən sonra babası Nurlanın atası Elmarı evinə çağıraraq və Nurlanın əməlləri barədə ona demişdir. Elmar da Nurlana zəng vurub onu Nizamın evinə çağırmışdır. Bir az sonra Nurlan babasının evinə gəlmiş, orada babası Nurlandan oğurluq hadisəsinin kimin etməsini soruşanda, Nurlan bütün olanları babasına demişdir. Bundan sonra babası 102 xidmətinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 göstərdi ki, Bakı şəhəri Nizami rayonu Neftçilər metro stansiyası yaxınlığında yerləşən qızıl mağazasında qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşqul olur. Bakı şəhəri Pirallahı rayon sakini Təqsirləndirilən şəxs3 16 may 2023-cü il tarixdən etibarən tanıyır, onunla əvvəllər aralarında narazılıq düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, iş yerində olmadığı üçün mağazanı qonşu dükanda işləyən Şahin adlı şəxsə tapşırmışdır. Həmin tarixdə Şahin ona zəng vuraraq dükana müştəri gəldiyini və sırğa üzük dəsti satdığını bildirdikdə, o da Şahinə satılan qızılın şəklini ona çəkib atmasını demişdir. O, şəkilə baxdıqdan sonra Şahinə satılan sırğa üzüyə baxdıqdan sonra qonşu dükanlara göstərməsini və daha sonra onunla əlaqə saxlamasını demişdir. Şahin bir az sonra ona zəng vuraraq göstərdiyini, qızılların təmiz olduğunu və çəkisinin 9 qram olduğunu bildirmişdir. O, Şahinə müştəriyə qızıl sırğa üzük dəstini 450 manata almaq istədiyini bildirdikdən sonra Şahin onunla əlaqə saxlayaraq müştərinin razılaşdığını və qızıl sırğa üzük dəstini aldığını, müştəriyə 450 manat pul verdiyini bildirmişdir. Şahin ona müştəridən satmış olduğu qızılın oğurluq olub-olmamasını soruşduğunu, həmçinin müştərinin adının Kamran olduğunu bildirmişdir. Sonradan Kamranın hara getməsini və pulu hara sərf etdiyini bilməmişdir. Sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis idarəsinə getməyə etiraz etməmişdir. Polis idarəsində olarkən, ona məlum olmuşdur ki, Kamranın ona satdığı sırğa üzük dəstini başqa şəxslər Pirallahı rayonunda yerləşən evdən oğurlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 bildirdi ki, Bakı şəhəri Nizami rayonu Neftçilər metro stansiyası yaxınlığında yerləşən mobil telefonların alqı-satqısı dükanında lombard fəaliyyəti ilə məşqul olur. Bakı şəhəri Pirallahı rayon sakini Təqsirləndirilən şəxs3 16 may 2023-cü il tarixdən etibarən tanıyır, onunla əvvəllər aralarında narazılıq düşmənçilik və ədavəti olmamışdır. Onun işlədiyi dükanın yanında tanışı Həsənin qızıl məhsullarının alqı-satqısı dükanı yerləşir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Həsən ona demişdir ki, “mənim işim var, bir yerə getməliyəm, müştəri gəlsə mənimlə əlaqə saxlayarsan”. O da Həsənə razılıq vermişdir. Həmin vaxt dükana bir nəfər şəxs gələrək bir cüt sırğa üzük satmaq istədiyini bildirmişdir. O, Həsənə zəng vurub məlumat verdikdən sonra Həsən satılan qızılın şəklini ona atmasını xahiş etmişdir. O, satılan sırğa üzük dəstinin şəklini Həsənə göndərdikdən sonra Həsən zəng vurub satılan qızıllara baxmasını həmiçinin qonşu dükanlara göstərməsini bildirmişdir. O, həmin sırğa üzük dəstini qonşu dükanlara göstərmiş, yoxlatdırmış, qramını çəkdirdikdən sonra Həsənə qızılların təmiz olduğunu və çəkisinin 9 qram olduğunu demişdir. Həsən qızıl sırğa üzük dəstini 450 manata almaq istədiyini bildirdikdən sonra müştəri həmin qiymətlə razılaşmışdır. Daha sonra o, müştəridən qızılın oğurluq olub-olmadığını soruşduqda müştəri ona qızılların oğurluq olmadığını həyat yoldaşının xəstə olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O da müştəriyə 450 manat pul verib qızıl sırğa üzüyü ondan almış, sonra Həsənlə əlaqə saxlayıb qızıl sırğa üzüyü aldığını bildirmişdir. O, müştəridən adını soruşduqda, müştəri ona adının Kamran olduğunu bildirmişdir. Sonradan Kamranın hara getməsini və pulu hara sərf etdiyini bilməmişdir. Sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis idarəsinə getməyə etiraz etməmişdir. Polis idarəsində olarkən, ona məlum olmuşdur ki, Kamranın ona satdığı sırğa üzük dəstini başqa şəxslər Pirallahı rayonunda yerləşən evdən oğurlamışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 74 ünvanında yerləşən mağazada mobil telefonların və qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşqul olur. Bakı şəhəri Pirallahı rayon sakini Şahid3 02 may 2023-cü il tarixdən etibarən tanıyır, onunla əvvəllər aralarında narazılıq düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, iş yerində olan zaman onun işlədiyi dükana bir nəfər orta yaşlı kişi və orta yaşlı bir hicablı qadın daxil olmuşlar. Orta yaşlı hicablı qadın ona yaxınlaşaraq “qızıl alıb-almadıqlarını soruşduqda, o qızıl aldığını bildirmişdir. Bundan sonra hicablı qadın ona barmaqlarında olan iki ədəd qadın üzüyünü təqdim etmiş, o, qızıllara baxmış, həmin qızılların çəkisini ölçmüş və əyyarını müəyyən etdikdən sonra həmin qadına qızılların dəyərinin 500 manat olduğunu dedikdə həmin hicablı qadın və yanında olan kişi onunla razılaşmışlar. Bundan sonra o, hicablı xanımın şəxsiyyət vəsiqəsinin surətini çıxartmış, bu bu zaman bilmişdir ki, qızıl üzükləri ona satan şəxs Şahid3dır. Sonra Şahid3 özünün şəxsiyyət vəsiqəsinin çap edilmiş ksero surətində həmin iki ədəd üzüyün ona məxsus olmasını, oğurluq və tapıntı olmadığını qeyd etmiş, sonra da imzası ilə təsdiq etmişdir. O, Şahid3 500 manat pulu verib qızıl üzükləri aldıqdan sonra Lamiyənin hara getməsini bilməmişdir. Sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis idarəsinə getməyə etiraz etməmişdir. Polis idarəsində olarkən, ona məlum olmuşdur ki, Lamiyənin ona satdığı iki ədəd üzüyü başqa şəxslər Pirallahı rayonunda yerləşən evdən oğurlamışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən lombard dükanında işləyir. Bakı şəhəri Pirallahı rayon sakini Təqsirləndirilən şəxs3 16 may 2023-cü il tarixdən etibarən tanıyır, onunla əvvəllər aralarında narazılıq düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, iş yerində olan zaman onun işlədiyi dükana bir nəfər orta yaşlı adam, onun yanında bir balaca uşaq və təxminən 17 yaşlı bir uşaq daxil olmuşlar. Orta yaşlı şəxs ona yaxınlaşaraq həyat yoldaşının xəstə olduğunu, pula ehtiyyacı olduğu üçün yoldaşının boyunbağısını satmaq istədiyini bildirmişdir. O, boyunbağıya baxıb tərəzidə çəkdikdən sonra həmin şəxsə boyunbağının qiymətinin 2000 manat olduğunu bildirdikdə həmin şəxs buna etiraz etməmişdir. Daha sonra o, həmin şəxsdən şəxsiyyət vəsiqəsinin surətini istədikdə onun adının Kamran olduğunu bilmişdir. O, bundan sonra Kamrandan qızılın oğurluq olub-olmadığını soruşduqda Kamran ona qızılın ona məxsus olduğunu, yoldaşı xəstə olduğu üçün satdığını bildirmişdir. O, Kamrana 2000 manat pul verib qızılı aldıqdan sonra Kamran özü də qələmlə özünün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini, eləcə də soyadını, adını və atasının adını, qızıl boyunbağını 2000 manata ona satdığını, oğurluq olmadığını, yoldaşının xəstə olduğunu və ona görə satdığını qeyd etmiş və imzası ilə təsdiq etmişdir. Sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis idarəsinə getməyə etiraz etməmişdir. Polis idarəsində olarkən, ona məlum olmuşdur ki, Kamranın ona satmış olduğu boyunbağını başqa şəxslər Pirallahı rayonunda yerləşən evdən oğurlayıblar. Cinayət işinin 1-ci cild 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünrü ki, 02 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Cinayət işinin 1-ci cild 12-13-cü vərəqələrində olan 02 iyun 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cild 25-26-cı vərəqələrində olan 02 iyun 2023-cü il tarixli şübhəli şəxsin qanuni nümayəndəsi qismində tanıma haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə X1 məhdud fəaliyyət qabiliyyətli Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində təyin edilərək cinayət prosesində iştirak etməyə buraxılmışdır. Cinayət işinin 1-ci cild 59-60-cı vərəqələrində olan 02 iyun 2023-cü il tarixli şübhəli şəxsin qanuni nümayəndəsi qismində tanıma haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Qanuni nümayəndə məhdud fəaliyyət qabiliyyətli Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində təyin edilərək cinayət prosesində iştirak etməyə buraxılmışdır. Cinayət işinin 1-ci cild 92-93-cü vərəqələrində olan cinayət əməlinin tövsif olunması barədə qərardan görünür ki, cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 194.1-ci maddələrinə tövsif olunmuşdur. İş materiallarında olan tutma protokollarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında qərarlardan görünür ki, 03 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nazim oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan edilməsi haqqında qərarlardan görünür ki, 03 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materillarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərarlardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tutmadan azad edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 195-199-cü vərəqələrində olan baxış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Pirallahı rayonu Gürgən qəsəbəsi İ.Məcidov küçəsində yerləşən tullantı yeşiklərinin qoyulduğu yerə baxış keçirilmiş, lakin baxış zamanı orada istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, qanuni nümayəndələrinin iştirakları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin dəqiqliyini yoxlamaq üçün onların ifadələri yerində yoxlanılmış və onlar ifadələrində qeyd etdikləri xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişlər. Cinayət işinin 2-ci cild 12-15-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2023-cü il tarixli, 9/5305 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən zərgərlik məmulatlarının istifadədə olmasını nəzərə almaqla hadisə baş verən tarixə, yəni 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 14174,00 manat müəyyən edilir. Qərarda və cədvəlin 4, 6 və 11-ci bəndlərində göstərilən bir ədəd üzərində 8 rəqəmi naxışı olan və üzərində sadə ağ qaşları olan italyan istehsalı olan 750 əyyarlı qızıl üzüyün, 195 manat qiymətində bir ədəd 583 əyyarlı sadə nişan üzüyünün və sünbül formalı qızıl boyunbağının əyarları haqqında kifayət qədər məlumat olmadığından onların qiymətləndirilməsi mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin əlavə dindirilmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-əmtəəşunaslıq ekspertizasının rəyində qeyd edilən qiymətlərlə razı olduğunu həmçinin oğurlanmış qızıl əşyaların içərisində rəydə qiyməti müəyyən edilməyən bir ədəd üzərində 8 rəqəmi naxışı olan və üzərində sadə ağ qaşları olan italyan istehsalı olan 750 əyyarlı qızıl üzüyün qiymətinin 600 manat, bir ədəd 583 əyyarlı sadə nişan üzüyünün qiymətinin 195 manat və 10 qram çəkidə sünbül formalı qızıl qolbağın qiymətinin 620 manat olması kimi qəbul edilməsini xahiş edərək, oğurluq hadisəsi zamanı ona ümumilikdə 15589 (on beş min beş yüz səksəjn doqquz) manat ziyan vurulduğunu bildirmişdir. Cinayət işinin 2-ci cild 23-24-cü vərəqələrində olan ittihamın məzununda dəyişiklik edilməsi barədə qərardan görünür ki, 01 avqust 2023-cü il tarixdə ********* saylı cinayət işi üzrə ilkin ittihamın məzmununa vurulmuş ziyanla bağlı düzəlişlər edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cild 75-77-ci vərəqələrində olan cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, 15 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 194.1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 2-ci cild 79-81-ci vərəqələrində olan cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, 15 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 194.1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs baş vermiş oğurluq hadisəsi zamanı ümumilikdə 16039 manat ziyan vurulması nəzərə alınaraq məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi sübut növü kimi qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində yetkinlik yaşına çatmayan üç uşaq var. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 08 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 08 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 08 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 1) Tərtər Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiya) 241 P “B” maddəsi ilə təqsirli bilinib, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.1998-ci il tarixli Amnistiya qərarının 3.3-cü bəndinə əsasən cəzanı çəkməkdən azad edilmişdir. 2) Qazax Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiya) 243-cü maddəsi ilə təqsirli bilinib 06 il müddəttə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən, əvvəlcədən əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda vurmaqla, oğurluq cinayətlərini törətmələri, Təqsirləndirilən şəxs3 qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə cinayət əməlini törətməsi onların özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 cinayət əməli Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətlərə görə cəza almalıdırlar. Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən, oğurluq yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 194.1-ci maddəsinə əsasən, qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərdən peşman olmalarını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı qismən ödəmələrini, zərərçəkmiş şəxsin onlardan şikayətçi olmamasını, cinayət törədərkən yetkinlik yaşına çatmamalarını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özlərini təqsirli bilərək əməllərindən səmimi peşman olmalarını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini, zərərçəkmiş şəxsə vurmuş olduqları ziyanı qismən ödəmələrini, zərərçəkmiş şəxsin onlara qarşı şikayətinin olmamasını, cinayət törədərkən yetkinlik yaşına çatmamalarını, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onları cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, onlar təqsirli bilindikləri Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 02 iyun 2023-cü il tarixdən 04 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldıqları 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla onlara təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Pirallahı rayonu Gürgən qəsəbəsi İ.Məcidov küçəsi ev 40 mənzil 7 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmalıdır, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Pirallahı rayonu Gürgən qəsəbəsi İ.Məcidov küçəsi ev 36 mənzil 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmalıdır, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsə hər hansı məbləğ ödəməməsini nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 194.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 02 iyun 2023-cü il tarixdən 04 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla onlara təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Pirallahı rayonu Gürgən qəsəbəsi İ.Məcidov küçəsi ev 32 mənzil 7 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmalıdır, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın qismən ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 54 iş saatına görə (ibtidai istintaq zamanı 24 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 30 saat) 324 (üç yüz iyirmi dörd) manat, Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 70 iş saatına görə (ibtidai istintaq zamanı 40 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 30 saat) 420,00 (dörd yüz iyirmi) manat, Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 55 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 30 saat) 330,00 (üç yüz otuz) manat olmaqla, ümumilikdə 1074,00 (bir min yetmiş dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 02 iyun 2023-cü il tarixdən 04 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 02 iyun 2023-cü il tarixdən 04 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanını axşam saat 22:00-dan saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 02 iyun 2023-cü il tarixdən 04 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 3 ünvanını axşam saat 22:00-dan saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 54 iş saatına görə (ibtidai istintaq zamanı 24 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 30 saat) 324 (üç yüz iyirmi dörd) manat, Təqsirləndirilən şəxs3n hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 55 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 30 saat) 330,00 (üç yüz otuz) manat, Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 70 iş saatına görə (ibtidai istintaq zamanı 40 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 30 saat) 420,00 (dörd yüz iyirmi) manat olmaqla, ümumilikdə 1078,00 (bir min yetmiş xəkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-45/2023
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-45/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver