Məhkəmə qərarları › İş №1(094)-46/2023

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-46/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-46/2023 07.11.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X15 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısıun, Zərərçəkmiş şəxs, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 15 iyul 2023-cü il tarixdə saat 20 radələrində ictimai yer hesab olunan ünvan 3 ünvanında yerləşən kafenin qarşısında Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan, yəni sonuncunun nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yumruq və təpiklə Zərərçəkmiş şəxs vuraraq ona sol alt göz qapağı-gözaltı nahiyəsinin qançırı, sağ saidin, sağ əlin, sol budun, sol baldırın sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlər aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 15 iyul 2023-cü il tarixdə saat 20 radələrində ictimai yer hesab olunan ünvan 3 ünvanında yerləşən kafenin qarşısında Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan, yəni sonuncunun nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yumruq və təpiklə Zərərçəkmiş şəxs vuraraq ona sol alt göz qapağı-gözaltı nahiyəsinin qançırı, sağ saidin, sağ əlin, sol budun, sol baldırın sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri göstərilmişdir. Lakin verilmiş bu ittiham məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində faktiki olaraq özünü təqsirli bilməmiş və göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən kafeni işlədərək ailəsini dolandırır. Vəli onun dostudur. Hər gün səhər saat 9 radələrində kafeni açır və axşam saat 00:00 radələrində bağlayır. 15 iyul 2023-cü il tarixdə təxminən saat 18 radələrində işlətdiyi kafedə tanışları ilə birlikdə oturub söhbət edərək vaxt keçirmişlər. Həmin vaxt qəsəbə sakini kimi tanıdığı Xəqani kafeyə gəlib masalardan birinə tək əyləşmiş, az sonra isə onların oturduqları masaya yaxınlaşıb əyləşmək istədiyini bildirmişdir. Onlar buna etiraz etdikdə Xəqani israrla masaya əyləşmək və birlikdə vaxt keçirmək istədiyini bildirmişdir. Onun sərxoş vəziyyətdə olduğunu gördükdə etiraz etməmişlər. Xəqani masaya əyləşdikdən sonra nəlayiq ifadələrlə cənab Prezidenti təhqir etməyə və onun ailə üzvlərinin haqqında xoşagəlməz ifadələr işlətməyə başlamışdır. Həmin vaxt kafedə olan Ayxan, Hüseyn, Teymur, Validə, Xədicə və Səidə adlı şəxslər də Xəqaninin dediklərini eşitmişlər. Onlar Xəqaniyə ölkə başçısı və onun ailə üzvləri haqqında bu cür ifadələr işlətməməsini bildirmişlər. Xəqani onların iradlarına məhəl qoymadığı üçün məcbur qalıb oturduqları stoldan qalxıb kafedə olan müştərilər üçün nəzərdə tutulmuş kabinetə keçmişlər. Az sonra Xəqani yenidən onların oturduqları kabinetə gələrək təkrar onlarla oturmaq istədiyini bildirmişdir. Onlar isə əgər ölkə başçısının və onun ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlətməyəcəksə, normal davaranacaqsa oturmasını bildirmişlər. Xəqani, bir daha belə hərəkətlərə yol verməyəcəyi barədə söz vermişdir. Xəqani onların masasına əyləşdikdən az sonra ağız dolusu narkotik vastələrdən istifadə etməsi barədə danışmağa başlamışdır. Bu söhbətlərdən sonra onlar Xəqaniyə kafeni tərk etməsini bildirmişlər. Bu zaman Xəqani deyinə-deyinə tezliklə geri qayıdacağını bildirərək kafeni tərk etmişdir. Bundan təxminən 20 dəqiqə sonra kafedə olan zaman oğlu Elnur bildirmişdir ki, Xəqani əlində bıçaqla onu axtarır, onu öldürəcəyini, dərhal kafenin çölünə çıxmağını tələb edir. O da dərhal kafedən çölə çıxmışdır. Bu zaman kafedə ət doğramaq üçün istifadə etdiyi baltanı da özü ilə götürüb kafenin önünə çıxmışdır. Bu vaxt Xəqaninin üzərində 3 ədəd bıçaq olduğunu və dostu Vəli ilə mübahisə etdiyini görmüşdür. O sağ əlində balta ilə onlara yaxınlaşmış, Xəqani onu görüb ona və ailəsinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır Həmin vaxt təpiklə Xəqaninin qarnından vurmuşdur. Xəqani zərbənin təsirindən yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra Xəqanin üzərində olan bıçağın birini o, ikisini isə oğlu onun üzərindən götürmüşdür. O, Xəqaniyə yaxınlaşaraq bir neçə dəfə təpiklə onu vurmuşdur. Bundan sonra Xəqani özündən getmiş və Vəli onu ayıltmağa başlamışdır. Bir neçə dəqiqə sonra Xəqani özünə gəlmiş və yenə də ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, isə Xəqanini yumruq və təpiklə vurmuşdur. Həmin vaxt dostu Vəli də Xəqanini əli ilə vurmuşdur. Təqsirləndirilən şəxs1 verilmiş suala cavab olaraq bildirmişdir ki, Vəli, Xəqanini vuranda bıçaqlar artıq onda olmuşdur. Xəqani ölkə başçısını təhqir edəndə Hüseyn, Ayxan, Azad, Teymur da kafedə olmuşlar. Xəqanini vurmaqda məqsədi oğlunu və özünü müdafiə etmək olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilsədə, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində faktiki olaraq özünü təqsirli bilməmiş və göstərmişdir ki, o, dostu Samir ilə ünvan 5 ünvanında yerləşən kafeni işlədir. Hər gün həmin kafedə olurlar. 15 iyul 2023cü il tarixdə təxminən saat 18 radələrində həmin kafedə yemək yeyib bir bakal pivə içmişdir. Samir və başqa şəxslər də kafedə olmuşdur. Həmin vaxt qəsəbə sakini kimi tanıdığı Xəqani kafeyə gəlmiş və masalardan birinə tək əyləşmişdir. Az sonra onların masasına yaxınlaşıb əyləşmək istədiyini bildirmişdir. Onlar buna etiraz etdikdə Xəqani israrla masaya əyləşmək və birlikdə vaxt keçirmək istədiyini bildirmişdir. Onun sərxoş vəziyyətdə olduğunu gördükdə etiraz etməmişlər. Xəqani masaya əyləşdikdən sonra nalayiq ifadələrlə cənab Prezidenti təhqir etməyə və onun ailə üzvlərinin haqqında xoşagəlməz ifadələr işlətməyə başlamışdır. Həmin vaxt kafedə olan Ayxan, Hüseyn, Teymur, Validə, Xədicə və Səidə adlı şəxslər də Xaqaninin dediklərini eşitmişlər. Onlar Xəqaniyə ölkə başçısı və onun ailə üzvləri haqqında bu cür ifadələr işlətməməsini bildirmişlər. Xəqani onların iradlarına məhəl qoymadığı üçün, məcbur qalıb oturduqları stoldan qalxıb kafedə olan müştərilər üçün nəzərdə tutulmuş kabinetə keçmişlər. Az sonra Xəqani yenidən onların oturduqları kabinetə gələrək təkrar onlaral oturmaq istədiyini bildirmişdir. Onlar isə Xəqaniyə bildirmişlər ki, əgər ölkə başçısının və onun ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlətməyəcəksə, normal davaranacaqsa otura bilər. O, söz vermişdirki, bir daha belə hərəkətlərə yol verməyəcək. Xəqani onların masasında əyləşdikdən az sonra ağız dolusu narkotik vastələrdən istifadə etməsi barədə danışmağa başlamışdır. Bu söhbətlərdən sonra onlar Xəqaniyə kafeni tərk etməsini bildirmişlər. Bu zaman Xəqani deyinə-deyinə tezliklə geri qayıdacağını bildirərək kafeni tərk etmişdir. Bundan təxminən 20 dəqiqə sonra o siqaret çəkmək üçün kafedən çıxmış və kafenin qarşısında dayanıb siqaret çəkməyə başlamışdır. Həmin vaxt Samirin oğlu Elnur da orada olmuşdur. Bu zaman Xəqani əlində bıçaqla yaxınlaşıb Samiri öldürəcəyini bildirmişdir. O, Xəqanini kafedən kənara çəkərək onu sakitləşdirməyə çalışsa da Xəqani ona qulaq asmayaraq kafeyə daxil olmağa çalışmışdır. Buna görə də, Xəqaninin qolundan tutub zorla oradan kənarlaşdırmaq istəmişdir. Ancaq Xəqani yüksək səslə qışqıraraq Samirin ünvanına nalayiq ifadələr işlədərək onu vuracağını bildirmişdir. Bu vaxt Samirin oğlu kafeyə girib atasını çağırdıqdan sonra Samir əlində balta ilə çölə çıxmış və onlara tərəf gəlməyə başlamışdır. O, Samirə yaxınlaşıb əlindəki baltadan tutmuşdur ki, hadisə böyüməsin. Bu zaman Samir təpiklə Xəqaninin qarnından vurmuş və Xəqani zərbənin təsirindən yerə yıxılmışdır. Xəqani yerdə yıxılmış halda da Samirin ünvanına nəlayiq ifadələr işlətdiyi üçün, Samir yenidən yerdə uzanıqlı halda olan Xəqanini vurmuşdur. Xəqani aldığı zərbələrdən özündən getmişdir. O isə Xəqaninin üzünə bir neçə dəfə su vurub ayıltmışdır. Xəqani ayıldıqdan sonra yenə də nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman əsəbiləşib yumruqla bir neçə dəfə Xəqanini sifətindən vurmuşdur. Həmin vaxt Samir də əl-ayağı ilə Xəqanini vurmuşdur. Təqsirləndirilən şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Xəqani ilk olaraq kafeyə gələndə əmək haqqısının az olduğunu bildirmiş və ölkə başçısını təhqir etməyə başlamış, həmin vaxt onun üzərində bıçaq olmamışdır. Kabinetdə söyüş söyəndən sonra bildirmişlər ki, evə getsin, sonra o getmiş və 15 dəqiqə sonra qayıtmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Samir və Vəlini uzun müddətdir ki, tanıyır aralarında yaxşı münasibət olmuşdur. 15 iyul 2023-cü il tarixdə 1 manat 20 qəpik pulu olmuş və qərara gəlmişdir ki, Samirin işlətdiyi kafeyə gedib həmin pulla bir bakal pivə içsin. Bu məqsədlə Samirin işlətdiyi kafeyə getmişdir. Kafeyə girəndə görmüşdür ki, Samir və Vəli bir neçə nəfərlə oturub yemək yeyirlər, bu zaman onlar onu da stollarına dəvət etmişlər. O, onlarla bir rumka araq içmişdir. Daha sonra o, Samirin oğlundan idmana gedib-getməməsini soruşmuş, bu zaman Teymur adlı şəxs acıqlı şəkildə ona “sənə demədim sakit dur!?” demişdir. Bundan sonra o, heç nə deməyərək pivə bakalını götürüb digər stola keçmişdir. Az müddət oturduqdan sonra kafeni tərk etmişdir. Yolda yadına düşmüşdür ki, sarı jileti kafedə qalmış və jiletini götürmək üçün kafeyə geri qayıtmışdır. Kafeyə yaxınlaşanda çöldə Samiri görmüş və ona bildirmişdir ki, onlar bir yerdə çörək yemişlər elədiyi hərəkət yaxşı hərəkət deyil. Bundan sonra Samir yumruqla onu vurmuş, o, zərbənin təsirindən yerə yıxılan zaman Samirin oğlu zibillikdən tapdığı bıçaqları belindən götürmüşdür. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, kafeyə sərxoş gəlməmiş və gələndə tək oturmuşdur. Azad adlı şəxs onu da öz oturduqları stola dəvət etmiş, o da etiraz etməyərək onların stoluna getmişdir. Hadisə vaxtı Samir onu balta ilə vurmamış və xəsarət yetirməmişdir. Həmin vaxt o nə əlindəki bıçaqla, nə də hər hansı bir formada heç kimə xəsarət yetirməmişdir. Bıçaqları zibillikdən tapmış, kafeyə gələndə bıçaqlar belində olmuşdur. İbtidai istintaq zamanı ona təziyq olmamışdır. Bıçaqları sonradan qarpız satana vermişdir. Hazırda isə təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid ifadəsində göstərmişdir ki, hazırda orta məktəbdə oxuyur. Atası, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında yerləşən kafeni işlədir. Vəli də atasının yaxın dostudur. 15 iyul 2023-cü il tarixdə təxminən saat 20 radələrində atasının işlətdiyi kafenin qarşısında dayanmışdır. Vəli də kafenin qabağında siqaret çəkmişdir. Bu zaman Xəqani əlində bıçaqla kafenin qabağına əsəbi şəkildə gəlmiş və atasının ünvanına nəlayiq ifadələr işlədərək onu vuracağını bildirmişdir. Vəli onun qolundan tutub sakitləşdirməyə çalışmışdır. O da tez kafeyə girib atasına bu barədə xəbər vermişdir. Atası əlində balta ilə çölə çıxmış və Xəqani atasını görüb onun ünvanına pis söyüşlər işlətmişdir. Atası da təpiklə onun qarnından vurmuşdur. Xəqani yerə yıxılmış və atası yerdə Xəqaniyə bir neçə dəfə təpiklə vurmuşdur. Xəqani özündən getmiş və Vəli onu ayıltmışdır. Xəqani ayıldıqdan sonra yenə də atasının ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman Vəli əli ilə, atası və o isə Xəqaninin əlində olan bıçağı atması üçün həmin bıçağın tutacaq hissəsindən ayağı ilə yavaş vurmuşdur ki, bıçağı kənara tullasın. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə əlavə şahid qismində dəvət edilərək dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, Samirin işlətdiyi kafeya yoldaşları Umudla, Təbiblə və başqa bir nəfərlə birlikdə domino oynamağa getmişlər. Kafenin həyətində çöldə əyləşmişlər, yan stolda da isə Samir, Vəli, Azad və Ayxan oturmuşlar və çay, pivə içirmişlər. Xəqani Samirin əyləşdiyi masaya yaxınlaşmış orada oturmaq istəmiş, Samir isə etiraz etmiş, buna baxmayaraq Xəqani onların əyləşdiyi masaya əyləşmişdir. Daha sonra isə Xəqaninin Prezidentə və onun ailəsinə qarşı söyüşlər söydüyünü eşitmişdir. Bir müddətdən sonra Samirgil çörək yemək üçün zala getmişlər, Xəqani isə tək qalmış, az müddətdən sonra Xəqani də Samirgilin olduqları yerə getmişdir. Bundan sonra isə səs-küy eşitmiş və zala daxil olmuşdur. Bu zaman Xəqaninin söyüş söydüyünü görmüş və bu səbəbdən Samir Xəqanidən söyüş söyməməsini tələb etmiş və kafeni tərk etməsini Xəqaniyə bildirmişdir. Bundan sonra Xəqani kafedən çıxıb getmişdir. Şahid X4 verilən suallara cavab olaraq bildirmişdir ki, Xəqaninin qayıtmasını görməmiş, çöldə səs-küy gəldiyini eşitmişlər və kafenin digər qapısında çölə çıxanda Xəqanin yerdə uzandığını görmüşdür. Bundan sonra oradan uzaqlaşmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə əlavə şahid qismində dəvət edilərək dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, o, kafedə ofisiant işləyir. Hadisə günü Samir, o, Elnurla çöldə əyləşmişlər, bu zaman Xəqani oraya gəlmiş və pivə istəmişdir. O da Xəqaniyə pivə vermiş və mətbəxə getmişdir. Sonra Samir zala keçmiş və Azad, Ayxan, Vəli ilə oturub çörək yemişlər. Xəqani də onların yanına gəlmişdir. Zalda olan zaman Xəqani Prezidentə qarşı söyüş söymüş, ona görə də Samir ondan kafenin tərk etməsini tələb etmişdir. Bundan sonra Xəqani kafedən çıxıb getmişdir. 10-15 dəqiqə sonra o, Samirlə birlikdə mətbəxdə olmuş və Samir ət doğramışdır. Bu zaman Samirin oğlu Elnur içəri daxil olaraq Xəqaninin əlində bıçaqla geri qayıtdığını və onu çağırdığını, onu öldürəcəyini bildirdiyi demişdir. Bundan sonra Samir çölə çıxmışdır. Şahid X7 verilən suala cavab olaraq bildirmişdir ki, o, Samirin Xəqanini vurduğunu görməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə əlavə şahid qismində dəvət edilərək dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, hadisə günü o, kafedə çöldə əyləşmiş, zalda olmamışdır. Hadisəni görməmişdir. Zaldan söyüş sözləri eşitmiş, lakin kimin söydüyünü bilmir. Çölə çıxanda isə Xəqaninin halının pis olduğu görmüş və ona su gətirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə əlavə şahid qismində dəvət edilərək dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, hadisə günü kafeyə gəlmiş, Samir ona yemək yeməyi təklif etmiş və onlar zala keçmişlər. Bundan sonra Xəqani əlində pivə bakalı ilə oturduqları masaya yaxınlaşmış və bakalı masanın üzərinə qoyaraq, onlarla çörək yeməyəcəyini, lakin onlarla pivə içəcəyini bildirmiş və masa arxasına oturmuşdur. Bundan sonra Xəqani Prezidentə qarşı söyüş söyməyə başlamış, Samir də Xəqanini çölə çıxartmış və kafeni tərk etməsini tələb etmişdir. Bu zaman o yaranan vəziyyəti görüb kafedən getmişdir. Bir müddətdən sonra kafeyə qayıtmış və Ayxan tərəfindən Xəqaniyə su verdiyini görmüşdür. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri və həmin ifadələrlə onun məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında olan ziddiyyətlərlə bağlı Zərərçəkmiş şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı müstəntiq tərəfindən dindirilərkən məhkəmə gedişatındakı kimi ifadə vermişdir. Lakin onun ifadələri müstəntiq tərəfindən çap edilmiş və onu oxumadan imza etmişdir. Belə ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, 15 iyul 2023- cü il tarixdə təxminən saat 18 radələrində sərxoş vəziyyətdə həmin kafeyə gəlmişdir. Həmin vaxt tək olduğu üçün kafedə olan masalardan birinə tək əyləşib bir bakal pivə içmişdir. Həmin vaxt Samir, Vəli və tanımadığı bir neçə nəfər şəxs kafedə başqa masada əyləşib çay içərək söhbət etmişlər. O, daha sonra əyləşdiyi masadan qalxıb onlara yaxınlaşmış və onların əyləşdiyi masada oturmaq istədiyini bildirmişdir. Əvvəlcə onlar razı olmasalar da o, təkid etdiyi üçün razılaşmışlar. Həmin vaxt sərxoş olduğu üçün nalayiq ifadələr işlətmiş və Samir əsəbiləşib ona kafedən çıxıb getməyini demişdir. O da ayağa qalxıb əsəbi şəkildə birazdan qayıdacağını demişdir. Daha sonra kafedən çıxıb evə getmiş və evdən bir ədəd mətbəx bıçağını gizli götürüb yenidən kafeyə qayıtmışdır. Lakin kafeyə girməyə macal tapmamış kafenin qarşısında dayanan Vəli onu tutub saxlamış və kafeyə girməyə qoymayaraq onu qucaqlayıb biraz kənara aparmışdır. O, kafeyə girmək istəsə də, Vəli buna imkan verməmişdir. Həmin vaxt əlində bıçaq olsa da, Vəliyə heç bir xəsarət yetirməmişdir. Həmin vaxt yüksək səslə qışqıraraq Samirə kafedən çölə çıxmasını demişdir. Bu vaxt kafenin qarşısında oynayan Samirin oğlu Elnur kafeyə girib atasını çölə çağırmışdır. Həmin vaxt Samir əlində balta ilə kafedən çıxıb ona tərəf gəlmiş, Vəli isə arada dayanıb onları sakitləşdirməyə çalışmışdır. O, əsəbi və sərxoş olduğu üçün Samirin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman Samir onu təpiklə vurub yerə yıxmış və yerdə onu yumruq-təpiklə vurmuşdur. O, aldığı zərbədən özündən getmişdir. Biraz sonra ayıldıqda yerdə uzanmış halda olduğunu və Vəlinin onu ayıltmağa çalışdığını görmüşdür. Bu zaman əsəbi olduğundan yenə Vəlini və Samiri söyməyə başlamışdır. Həmin vaxt Vəli onu yumruqla vurmuş, Samir isə yumruq və təpiklə vurmağa başlamışdır. Bu səbəbdən dövlət ittihamçısının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Pirallahı rayon Polis İdasəsinin baş müstəntiqi X9 ifadəsində göstərmişdir ki, baş vermiş cinayət - aşkar cinayətdir, yetərincə sübuta yetirilmişdir. Baş vermiş hadisənin video görüntüsü də mövcuddur. Cinayət işi üzrə tərəfindən heç kimə təzyiq olunmamışdır. Düşünmürki, hadisə ölkə başçına qarşı söyüş zəmnində baş versin. Belə ki, tərəflər birbirilərini tanıyırlar. Samir kafedə kababçıdır, Xəqani də həmin kafeyə daimi gedib-gələn şəxsdir. Hesab edir ki, hadisə şəxsi münasibətlər zəmnində baş vermişdir. Hadisə zamanı Xəqani kafeyə gəlmiş, Samirə qarşı nəlayiq ifadələr işlədərək oğlu Elnura demişdir ki, atasını çölə çağırsın, onu öldürəcək, Samir də bu zaman içəridə ət doğramışdır. Bundan sonra Samir çölə çıxmış və məlum hadisə baş vermişdir. Verilmiş suala cavab olaraq şahid X9 bildirmişdir ki, onda ölkə başçısına və digər şəxslərə qarşı söyüş söyülməsi barədə məlumat olmamış, onlar bir-birilərinə qarşı söyüş söymüşlər və nəticədə hadisə baş vermişdir. İstintaq zamanı verdikləri bütün ifadələr yazılmışdır. Nə dəmişlər, ifadələrində də yazılmışdır və onlar oxuyub imzalamışlar. Hadisə zamanı zərərçəkmiş şəxs Xəqani içkili olmuş, ona görə onu sonra ayıq vəziyyətdə dindirmiş, bildirdikləri ifadəsində əks olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş materiallardan (qərar və protokollardan) görünür ki: -22 iyul 2023-cü il tarixdə fakt üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. -26 iyul 2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən, həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. -26 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxslər qismində cəlb edilərək onlara həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. -26 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -29 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 -ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmışdır. - istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini yoxlamaq və dəqiqləşdirmək üçün onun şahid qismində ifadəsi yerində yoxlanılmış, o, ifadəsində göstərdiklərini hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. -istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini yoxlamaq və dəqiqləşdirmək üçün onun şahid qismində ifadəsi yerində yoxlanılmış, o, ifadəsində göstərdiklərini hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. -istintaq zamanı Şahid ifadəsində göstərdiklərini yoxlamaq və dəqiqləşdirmək üçün onun şahid qismində ifadəsi yerində yoxlanılmış, o, ifadəsində göstərdiklərini hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. -istintaq zamanı xuliqanlıq hadisəsinin baş verdiyi yerdən götürülmüş və hadisə anını özündə əks etdirən 01 ədəd DVD disk istintaqa təqdim edilmiş, həmin diskə baxış zamanı Zərərçəkmiş şəxs əlində bıçaqla kafeyə daxil olmaq istəməsi, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs qarşısında dayanaraq bıçaq olan əlindən tutub kafeyə girməsinə mane olması və onu qucaqlayıb kənara aparmağa çalışması, Zərərçəkmiş şəxs təkidlə kafeyə doğru getməyə çalışması, Təqsirləndirilən şəxs2 isə buna mane olması, bu zaman Təqsirləndirilən şəxs1 əlində balta ilə çölə çıxması və onlara tərəf yaxınlaşması, bu vaxt Təqsirləndirilən şəxs1 təpiklə Zərərçəkmiş şəxs vurması, sonuncunun yerə yıxılması və Təqsirləndirilən şəxs1 yerdə yumruq və təpiklə Zərərçəkmiş şəxs vurması, bu zaman Təqsirləndirilən şəxs2 araya girərək onları aralaması, Zərərçəkmiş şəxs yerdə huşsuz halda hərəkətsiz uzanması, biraz sonra Təqsirləndirilən şəxs2 yardımı ilə Zərərçəkmiş şəxs ayağa qalxması və Təqsirləndirilən şəxs1 tərəf nəsə dedikdən sonra yenidən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs üzərinə gələrək onu yumruqla və təpiklə vurması, bu zaman Təqsirləndirilən şəxs2 da yumruqla Zərərçəkmiş şəxs vurması və həmin vaxt Təqsirləndirilən şəxs1 oğlunun da yaxınlaşaraq Zərərçəkmiş şəxs bıçaq tutduğu əlindən bir dəfə vurması, ətrafda olan şəxslərin isə onları ayırması müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsin verdiyi 69 saylı 25 iyul 2023-cü il tarixli rəyindən görünür ki, 1972- ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs bədəni üzərində sol alt göz qapağı-gözaltı nahiyəsinin qançırı, sağ saidin, sağ əlin, sol budun, sol baldırın sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən müayinədən 4-5 gün əvvəl törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarət əlçatan nahiyələrdə yerləşməsinə, xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. -Təqsirləndirilən şəxs1 hadisə vaxtı əlində olan bir ədəd baltanı istintaqa təqdim etmiş, həmin baltaya baxış keçirilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və materiala əlavə olunmuşdur. -hadisə zamanı Təqsirləndirilən şəxs1 əlində olmuş, lakin sonuncunun istifadə etmədiyi bir ədəd balta iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Pirallahı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xuliqanlıq hadisəsini özündə əks etdirən cəmi 01 ədəd DVD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və cinayət işinə əlavə olunmuşdur. -istintaq zamanı alınmış tələbnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində Pirallahı RPŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə icraata xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 04 ay 27 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2018-ci ildə isə cəza müddəti qurtardığı üçün qeydiyyatdan çıxarılmış və Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 178.2.4-cü maddəsi xaric olunmaqla, CM-nin 178.2.2-ci maddəsi ilə 03 il 09 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. -Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 6(094)-3/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şikayətləri əsaslı olduğu üçün təmin edilməsi, Bakı şəhəri Pirallahı RPİ-nin İB-nin baş müstəntiqi X9 tərəfindən ********* saylı cinayət işi üzrə qəbul edilmiş 26 avqust 2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarı “Zərərçəkmiş şəxs əməlində hər hansı bir cinayət hadisəsi müəyyən edilmədiyindən, onun barəsində CM-nin hər hansı bir maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilsin” hissədə qanunsuz hesab edilərək ləğv edilməsi, Zərərçəkmiş şəxs əməlində hər hansı cinayət tərkibinin əlamətlərinin olmasının müəyyən edilməsi məqsədilə material Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusuna hərtərəfli, tam və obyektiv hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə verilmiş ittiham sübuta yetirilmədiyindən, onlara həmin maddə ilə bəraət verilməlidir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin mənasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il qərarında qeyd edilmişdir ki, CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1 saylı, 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Hazırki iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ictimai qaydanın kobud surətdə pozulmaları və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol vermələri, ümumiyyətlə onların belə bir niyyətlərinin olması, həmçinin zərərçəkmiş şəxsə qarşı zor tətbiq olunması barədə niyyətlərinin olması müəyyən edilməmiş və bu hallar sübut olunmamışdır. Belə ki, məhkəməyədək istintaq zamanı və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, həmçinin şahid ifadələrindən, hadisəni əks etdirən videogörüntüdən müəyyən olunur ki, 15 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 işlədiyi kafeyə gəlmiş və orada olan zaman dövlət başçısına və onun ailəsinə qarşı nəlayiq ifadələr işlətdiyindən sonuncu tərəfindən kafedən qovulmuşdur. Bir az müddətdən sonra isə Zərərçəkmiş şəxs kafeyə əlində bıçaqla geri qayıtmış və Təqsirləndirilən şəxs1 öldürməyi ilə hədələməklə oğlu Şahid atasını çölə çağırmasını tələb etmişdir. Kafenin qarşısında olan Təqsirləndirilən şəxs2 onu qarşılamış və sakitləşdirməyə çalmışdır. Təqsirləndirilən şəxs1 kafedən çölə çıxdıqda Zərərçəkmiş şəxs ona qarşı nəlayiq ifadələr işlətməklə ona tərəf getmiş və bundan sonra Təqsirləndirilən şəxs1 onu vurmuş və o yerə yıxılmış, daha sonra yerdə uzanmış vəziyyətdə təpiklə vurmuşdur. Zərərçəkmiş şəxs huşunu itirmiş, ayıldıqdan sonra isə Təqsirləndirilən şəxs2 qarşı nəlayiq ifadə işlətdikdən sonra isə Təqsirləndirilən şəxs2 da onu vurmuşdur. Göründüyü kimi mövcud hadisənin baş verməsi zərərçəkmiş şəxsin qanunazidd hərəkətləri nəticəsində cərəyan etməklə hadisə məhdud şəxslərin (hadisədə iştirak etmiş şəxslər) iştirakı ilə baş vermişdir ki, təqsirləndirilən şəxslərin əməllərini ictimai qaydanı kobud surətdə pozmaları və açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol vermələri, ümumiyyətlə onların belə bir niyyətlərinin olması kimi qiymətləndirilməsi mümkün deyildir. Bu hal məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri, şahidlər Şahid, Hüseyn Babayevin, Səidə Səfərovanın, Ayxan Məmmədovun və Azad Abbasəliyevin ifadələri ilə yanaşı, Zərərçəkmiş şəxs hələ ibtidai istintaq zamanı verdiyi ifadələrı ilə də öz təsdiqini tapmışdır. Bundan başqa hadisə zamanı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlu Şahid başqa, yəni hadisədə iştirak etmiş şəxslərdən başqa digər şəxslərin olması, bu hadisəni müşahidə etmələri iş üzrə müəyyən olunmur və bu hal iş üzrə sübut olunmur. Belə ki, iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələrindən də görünür ki, onlar baş vermiş hadisənin şahidi olmamışlar. Yalnız səs-küy eşitdikdən sonra çölə çıxmışlar və Zərərçəkmiş şəxs yerdə uzanıqlı olduğunu görmüşlər. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. İş üzrə müəyyən olunmuş hallara əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin tərkib əlamətlərinin olması iş üzrə öz əksini tapmamışdır. Belə ki, mövcud hadisənin baş verməsi zərərçəkmiş şəxsin qanunazidd hərəkətləri nəticəsində cərəyan etməklə hadisə məhdud şəxslərin (hadisədə iştirak etmiş şəxslər) iştirakı ilə baş vermişdir ki, təqsirləndirilən şəxslərin əməllərini ictimai qaydanı kobud surətdə pozmaları və açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol vermələri, ümumiyyətlə onların belə bir niyyətlərinin olması kimi qiymətləndirilməsi mümkün deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsin verdiyi 69 saylı 25 iyul 2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində qəsdən sağlamlığa zərərvurma ilə bağlı cinayətin tərkib hissəsi yaranmadığından onların əməllərini Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələr ilə tövsif olunması mümkün deyildir. Həmçinin məhkəmə qeyd edir ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs əməlləri, yəni onun dövlət başçısına və onun ailəsinə qarşı təhqiredici ifadələrin işlətməsi, əlində bıçaqla hansı məqsədlə təqsirləndirilən şəxslərin olduğu kafeyə geri qayıtması hallarına ictintaq zamanı qiymət verilmiş və Pirallahı raqon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi T.Hüseynovun 26 avqust 2023-cü il tarixli qərarına əsasən onun barəsində CM-nin hər hansı bir maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Bu qərar məhkəmə nəzarəti qaydasında bu hissədə qanunsuz hesab edilərək Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 6(094)-3/2023 saylı qərarına əsasən ləğv edilmiş, Zərərçəkmiş şəxs əməlində hər hansı cinayət tərkibinin əlamətlərinin olmasının müəyyən edilməsi məqsədilə material Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin eyni kateqoriyadan olan işlər üzrə gəldiyi hüquqi mövqelərinə, qeyd edilən maddi hüquq normalarına və işin müəyyən olunmuş faktiki hallarına əsasən təqsirləndirilən şəxslərin əməllərini xuliqanlıq kimi qiymətləndirmir, hesab edir ki, onların əməlində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirsiz elan edilməli və onlara qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxslərə təqsirləndirilən şəxs qismində cəlb edilmələri və qanunsuz məhkəməyə verilmələri nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, həmçinin, görüntülərin olduğu və maddi sübut qismində tanınmış bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, maddi sübut kimi Təqsirləndirilən şəxs1 alınmış 1 ədəd balta sahibinə, yəni Təqsirləndirilən şəxs1 geri qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 41, 42, 344-347, 349- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilmələri və qanunsuz məhkəməyə verilmələri nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izah edilsin. Maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış bir ədəd balta Təqsirləndirilən şəxs1 qaytarılsın. Təqsirləndirilən şəxs1 hüquqlarının hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 180 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar