Məhkəmə qərarları › İş №1(094)-49/2023

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-49/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-49/2023 19.12.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cabbarova Jalə Surxay qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Qazax rayonu Orta Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşı uşağları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, barəsində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-28/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, 4(094)-36/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixdək uzadılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 29, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində Pirallahı rayon Mənzil-Kommunal Təsərrufatı Birliyinin 159 saylı Mənzil-Kommunal İstismar Sahəsinin balansında olan Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində yerləşən 633 (İnventar № 624) nömrəli radiasiya əleyhinə daldalanacağın giriş və mühafizə-hermetik qapılarını çıxardaraq icəriyə qanunsuz daxil olaraq havalandırma sistemlərini kəsdikdən sonra həmin havalandırma sistemlərini öz iradəsindən asılı olmayan səbəblərdən apara bilməmiş və nəticədə zərərçəkmiş şəxs Pirallahı rayon Mənzil–Kommunal Təsərrüfatı Birliyinə ümumilikdə 356,40 manat (üç yüz əlli altı manat qırx qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluğa cəhd etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgəsinin əmlakını gizli olaraq talama məqsədilə 13 iyun 2023-cü il tarixdə saat 23 radələrində Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Gənclik küçəsində yerləşən boş həyətyanı torpaq sahəsindən Zərərçəkmiş şəxs1 məxsus hər metrinin qiyməti 30 manat olmaqla, uzunluğu 8 metr, diametri 159 mm, divarının qalınlığı 6 mm olan, istifadədə olmayan cəmi 2160 manat dəyərində olan 9 ədəd dəmir boruları gizli olaraq talamış və nəticədə, Zərərçəkmiş şəxs1 2160 (iki min yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29,177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, qazidir, 2-ci Qarabağ döyüşlərinin iştirakçısıdır, Cəbrayil, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, Daşaltı əməliyyatında yaralanmış, başından 2, ayağından 3 qəlpə yarası almışdır, uzun müddətdir ki yaşadığı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində yerləşən evinin darvazası olmamış, maddi durumu zəif olduğundan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində yerləşən evin darvazasını düzəltdirə bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evin darvazasını düzəltmək üçün dəmir axtarmağa başlamış, bu məqsədlə yaşadığı evin yaxınlığında xarabalığa çevrilmiş S.Bağırov küçəsində yerləşən radiasiya əleyhinə daldalanacağa getmiş və içəridə dəmir boruların olduğunu görmüşdür. Həmin boruların darvazanın kənarlarını düzəltmək üçün yararlı olduğunu görmüş və boruları kəsib aparmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin boruları kəsmək üçün alətləri götürmək üçün yaşadığı evə getmiş, lazım olan alətləri götürüb həmin yerə qayıtmış və boruları kəsməyə başlamışdır. Boruları kəsərkən saat 12 radələrində159 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Əli müəllim oraya yaxınlaşaraq ona nə etdiyini soruşmuş, o isə evinin darvazasını düzəltmək üçün həmin boruları kəsdiyini demişdir. Əli müəllim ona həmin boruların dövlətə məxsus olduğunu bildirmiş, o isə oradan uzaqlaşmışdır. Bir neçə dəqiqə keçdikdən sonra polis əməkdaşları ona yaxınlaşmış və onu Pirallahı rayon Polis İdarəsinə dəvət etmişlər. Orada izahatı alındıqdan sonra sərbəst buraxılmışdır. Axşam saat 20 radələrində həmin yerə idarə etdiyi Vaz 2106 markalı ** NJ *** d.q.n avtomobili ilə gələrək boruları kəsmək üçün istifadə etdiyi alətləri götürərək yaşadığı ünvana aparmışdır. O, həmin boruları tək kəsmişdir. ** RM *** d.q.n yük maşının sahibini tanımamış, boruları kəsmək üçün istifadə etdiyi alətləri özünün idarə etdiyi Vaz 2106 markalı ** NJ *** d.q.n avtomobillə daşımışdır. Boruları kəsdiyi yerin və həmin boruların uzun müddətdir istifadəsiz qalmış xarabalıq olduğunu zənn etmiş, dövlətə məxsus olmasını bilməmişdir. Bu hadisədən sonra şəhərə getmiş və bir neçə müddət şəhərdə fəhlə işləmiş, telefonu xarab olduğu üçün heç kimlə əlaqə saxlaya bilməmişdir. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində yerləşən evinə qayıtdıqda polis əməkdaşlarının onu axtardıqlarını öyrənmiş və dərhal polis idarəsinə gəlmişdir. Bundan başqa, təxminən bir neçə gün bundan öncə tanışı Babagözəl adlı şəxs ona zəng vuraraq görüşmək istədiyini demişdir. Onunla Pirallahı rayonu ərazisində görüşmüşlər və Babagözələ məxsus “Hunday” markalı qara rəngli avtomobillə Pirallahı rayonu, Gənclik küçəsində dəniz kənarına getmişlər. Orada Baba ona dəniz kənarında 9 ədəd uzunluqları 8 metr olan dəmir boruları göstərmişdir. Söhbət əsnasında Baba həmin dəmir boruları daşımaq üçün icazə aldığını və bu məqsədlə ona kömək lazım olduğunu demişdir. Baba köməklik edəcəyi təqdirdə dəmirin satışından əldə olunan puldan ona verəcəyini bildirmişdir. O, Babadan dəqiq icazə alib-almadığını soruşduqda ona narahat olmamasını, icazə aldığını demiş və bundan sonra o, razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Baba ilə yenidən Pirallahı rayonu ərazisində görüşmüşlər. Baba ona tanışı olan traktor sürücüsü Azərə zəng vurmağını demiş, o da saat 11 radələrində tanışı Azər adlı traktor sürücüsünə zəng vuraraq Pirallahı rayonu, Gənclik küçəsində dəniz kənarında dəmir boruları yükləmək lazım olduğunu və bunun müqabilində ona 200 manat pul verəcəyini bildirmişdir. Azər isə razılaşmış və bundan sonra Baba öz tanışı yük avtomobilinin sürücüsünə zəng vuraraq 300 manat müqabilində dəmir boruları daşımağını istəmiş, sürücü ilə razılığa gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 00 radələrində Azərlə Pirallahı rayonu, S.Vurğun küçəsində yerləşən 2-ci dayanacaq adlanan ərazidə görüşmüşlər və Pirallahı rayonu, Gənclik küçəsində dəniz kənarına getmişlər. Bir neçə dəqiqə keçdikdən sonra Babanın tanışı yük avtomobilinin sürücüsü də həmin yerə gəlmişdir. Onlar dəmir boruları yük avtomobilinə yükləmişlər. Baba öz tanışı yük avtomobilinin sürücüsü ilə çıxıb getmişlər, o da öz yaşadığı evə getmişdir. Səhər saatlarında Baba ilə Pirallahı rayonu ərazisində görüşmüş, Baba ona 2500 manat pul vermiş və yaşadığı ünvanın getmiş, yaşadığı ünvanın qarşısında olarkən polis əməkdaşlarının onu axtardıqlarını eşitmiş və polis idarəsinə getmişdir. Orada müyyən olmuşdur ki, Baba həmin dəmir boruları daşımağa icazə almamışdır. O, üzərində olan 2300 manat pulu polis əməkdaşlarına təqdim etmiş və onlara 200 manat pulu xərclədiyini demişdir. Babagözəl ona həmin boruları daşımaq üçün icazə aldığını bildirmişdir. Boruları yük avtomobilinə yüklədikdən sonra o, çıxıb yaşadığı ünvana getmiş, Babagözəl isə yük avtomobilinin sürücüsü ilə dəmir boruları satmağa getmişlər, onların həmin dəmir boruları kimə və neçəyə satdığı barədə heç bir məlumatı olmamışdır. Nə onun, nə də ki traktor sürücüsünün dəmir boruların oğurluq olmasından xəbəri olmamış, yük avtomobilinin sürücüsünün bu barədə məlumatının olub-olmamasından isə xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, taksi fəalyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə tanışı Fürüdün adlı şəxs ona zəng vuraraq Elmirlə birlikdə Pirallahıya gəlməyini xahiş etmiş, o isə avtomobilinin yanacağının olmadığını bildirmişdir. Bu zaman Fürüdün onun qızının əri olan Bayramın bank kartına 12 manat yanacaq pulu atacağını demişdir. O, Bayrama kartına 12 manat pul gələcəyini bildirərək ondan 12 manat pul almış, daha sonra həmin pula yanacaq dolduraraq Elmirin arxasınca Binə qəsəbəsinə gedərək onu götürüb Pirallahı rayonunda yerləşən “Göyçə” kafesinə gəlmişdir. Orada Fürüdünlə görüşmüşlər. Fürüdün ona dəmir borular aldığını və onları yük avtomobilinə yüklədikdən sonra avtomobilindən gedib-gəlmək üçün istifadə edəcəyini bildirmişdir. Bundan sonra Fürüdün ona məxsus “Hunday markalı ** EK *** d.q.n avtomobilimin sükanı arxasına əyləşmiş və onlar birlikdə traktor və yük avtomobilinin sürücülərinin yanına getmişlər. Onlarla görüşdükdən sonra birlikdə Pirallahı rayonu, Gənclik küçəsində dəniz kənarına getmişlər. X3 avtomobildən düşmüşlər və o, sükan arxasına keçmişdir. Fürüdün ona iş qurtardıqdan sonra zəng vuracağını bildirmişdir. Saat 01:30 dəqiqədə Fürüdün ona zəng vuraraq həmin yerə gəlməyini demiş, o da həmin yerə getmişdir. Fürüdün yenidən sükan arxasına keçmiş, Elmir isə qabaq oturacaqda oturmuş, o isə yorğun olduğundan arxa oturacaqda yatmaq qərarına gəlmişdir. Uduz metro stansiyasının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə çatanda həmin yer bağlı oluğundan Fürüdün ondan xahiş etmişdir ki, 24 saat işləyən metal qəbulu məntəqəsi tanıyırsa yerini desin və oraya getsinlər. O, əvvəllər metal alveri ilə məşğul olduğu üçün tanıdığı Kərim adlı şəxsin telefon nömrəsini Fürüdünə vermişdir. Fürüdün Kərimə zəng vurmuş, bir neçə dəqiqə keçdikdən sonra Kərim onların olduğu yerə gəlmişdir. Onlar görüşmüşlər və öz aralarında razılaşdıqdan sonra Fürüdün yenidən sükan arxasına keçmiş, hamısı bir yerdə Binəqədidə yerləşən daş bazarına getmişlər. Həmin yerdə səhərə kimi gözləmişlər, saat 08:30 dəqiqədə tanımadığı bir şəxs oraya gəlmişdir. Həmin şəxs yük avtomobilinin arxa hissəsindəki dəmir borulara baxdıqdan sonra Kərimdən boruların oğurluq olub-olmadığını soruşmuş, Kərim isə geriyə dönərək həmin sualı onlara vermiş, Fürüdün isə dəmirləri pulu ilə aldığını bildirmişdir. Bundan sonra tanımadığı həmin şəxs həmin metal boruların çəkmiş və Kərimə boruların pulunu vermişdir. Kərim isə həmin pulu Fürüdünə vermişdir. Bundan sonra Fürüdün həmin puldan Kərimə, yük avtomobilinin sürücüsünə, Elmirə verdikdən sonra yenidən ona məxsus avtomobilin sükanı arxasına əyləşmişdir. X6 qəsəbəsində düşürdükdən sonra Pirallahı rayonu istiqamətində hərəkətə başlamışlar. Fürüdün yaşadığı evin yaxınlığına çatanda Fürüdün avtomobildən düşmüş, ona 100 manat zəhmət haqqı vermişdir. O da öz avtomobilinin sükanı arxasına keçərək yaşadığı ünvana getmişdir. Bu hadisədən bir neçə gün keçdikdən sonra polis əməkdaşları ona zəng vuraraq Pirallahı Polis İdarəsinə dəvət etmişlər, o da polis əməkdaşlarına həyat yoldaşı Nazlının ağır xəstə olduğunu bildirərək bir neçə gündən sonra polis idarəsinə yaxınlaşa biləcəyini demişdir. Bir neçə gün sonra polis idarəsinə gedəndə ona məlum olmuşdur ki, Fürüdünün satdığı dəmir borular oğurluq olmuşdur. Onun bu barədə heç bir məlumatı olmamışdır. Fürüdünü bir neçə ildir ki tanımış, onun dəmir alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. Fürüdünə etibarı olduğundan öz maşını ilə onun yanına gedərək, öz avtomobili ilə Fürüdünə xidmət göstərərək, xidməti müqabilində ondan 100 manat pul almışdır. Fürüdün özü qabaqcadan həmin boruları aldığını ona bildirdiyindən o, Fürüdünə boruların oğurluq olub-olmaması barədə heç bir sual verməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında özünə məxsus Bakı şəhəri, Pirallahı rayonu, Gənclik küçəsi, dəniz kənarında yerləşən torpaq sahəsinə baş çəkmək üçün getmişdir. Ora çatanda özünə məxsus 4-ədəd 500 mm və 5 ədəd 300 mm –lik dəmir boruları oğurlandığını aşkar etmişdir. Həmin boruların ümumi dəyəri 8000 manat təşkil etmişdir. Sonuncu dəfə hadisəni aşkar etdiyi vaxtdan təxminən 1 həftə bundan öncə Pirallahı rayonu, Gənclik küçəsi, dəniz kənarında yerləşən torpaq sahəsinə baş çəkəndə həmin dəmir borular yerində olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 8000 manat ziyan dəymişdir.Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 iyul 2023-cü il tarixli 9/5064 saylı rəyində göstərilən qiymətlə razıdır. Ona dəymiş ziyan tamamilə ödənilmişdir və onun heç bir şikayət və ya etirazı yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, anket məlumatımda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. 2022-ci ildən tutduğu vəzifədə işləyir. Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Röyal Sarıməmmədov tərəfindən verilmiş etibarnamə əsasında Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin hüquqlarını müdafiə edir, 21 oktyabr 2022-ci il tarixdə Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 159 saylı Mənzil-Kommunal İstismar Sahəsinin aidiyyəti əməkdaşlarına məlum olmuşdur ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 159 saylı Mənzil-Kommunal İstismar Sahəsinin balansında olan Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində yerləşən 633 (İnventar № 624) nömrəli radiasiya əleyhinə daldalanacağın giriş və mühafizə-hermetik qapılarını çıxardaraq içəriyə qanunsuz daxilolaraq havalandırma sistemlərini kəsməsi nəticəsində təmsil etdiyi birliyə ümumilikdə 1000 manat dəyərində ziyan vurmaqla oğurluğa cəhd etmişdir. Hal hazirda kəsilmiş borular bərpa edilmişdir, lakin görülmüş işləri təhvil təslim alınması Fövqaladə Nazirliyin Səlahiyətində olduğundan və bu nazirlik tərəfindən hələdə münasibət bildirilmədiyindən ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödəməsi barədə fikir bildirməyə çətinlik çəkir. Lakin Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 8 il olar ki, yük avtomobili və traktorların təmiri ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə Fürüdün adlı şəxs ona zəng vuraraq dəmir boruların olduğunu və onları daşımaq üçün yük avtomobilinin lazım olduğunu bildirmişdie. O, Fürüdündən boruları daşımaq üçün icazə alıb–almadığını soruşmuş, sonuncu da hamıdan icazə aldığını demişdir. Bundan sonra o, yük avtomobili axtarıb tapmış və 300 manata danışıb razılaşmışdır. Saat 23:30 dəqiqədə Baba adlı tanışı ilə Binə qəsəbəsi ərazisində görüşmüşlər. O, Babanın avtomobilinə əyləşmiş və onlar birlikdə Pirallahı rayonuna getmişlər. Pirallahı rayonu ərazisində Göyçə kafesində Fürüdünlə görüşmüşlər. Biraz söhbət etdikdən sonra Pirallahı rayonu ərazisində dəniz kənarına getmişlər. Orada dəmir boruları yük avtomobilinə yükləmişlər və Babaya məxsus minik avtomobilinə əyləşərək şəhər istiqamətində hərəkətə başlamışlar. Ulduz metro stansiyasının yaxınlığında dəmir qəbulu yerinə getmişlər, lakin həmin yer bağlı olduğundan Fürüdün Babadan tanışlarından kiminsə nömrəsini verməsini istəmişdir. X4 adlı şəxsin nömrəsini vermiş, Fürüdün zəng vuraraq həmin şəxslə danışmışdır. Yarım saat keçdikdən sonra Kərim adlı şəxs onların olduğu yerə gəlmiş və onlar birlikdə Binəqədidəki daş bazarına getmişlər. Orada səhərə kimi gözləmişlər. Səhər saat 8 radələrində tanımadığı şəxs oraya gəlmişdir. Həmin şəxs borulara baxdıqdan sonra boruların oğurluq olub-olmadığını soruşmuş, Fürüdün isə həmin boruların ona məxsus olduğunu demişdir. Bundan sonra həmin 9 ədəd dəmir borular tərəzidə çəkilmiş, tanımadığı həmin şəxs boruların pulunu Kərimə vermişdir. Kərim isə həmin pulu Fürüdünə vermişdir. Fürüdün həmin puldan Kərimə, yük avtomobilinin sürücüsünə verdikdən sonra həmin puldan ona 120 manat pul vermişdir. Baba Fürüdün və o, Babanın idarə etdiyi avtomobilə əyləşərək həmin yerdən uzaqlaşmışlar. Binə qəsəbəsində o, avtomobildən düşərək yaşadığı yerə getmişdir. Fürüdün ona həmin boruların sahibindən aldığını və daşınması üçün polisdən icazə aldığını demiş, buna görə də, həmin boruların oğurluq olduğunu bilməmişdir. Borular daşınarkən həmin boruların sahibi orada olmamışdır. Boruların sahibinin orada olmaması onda heç bir şübhə yaratmamışdır, çünki Fürüdün ona həmin boruları sahibindən aldığını və artıq özünə məxsus olduğunu bildirmişdir. O, Fürüdünün tutulduğunu eşitdikdən sonra çox qorxmuş, çünki əvvəllər polislə bağlı heç bir problemi olmamışdır. Hadisə zamanı onun yük avtomobillərinin sürücülərini tanıdığına görə, həm də traktor və yük avtomobillərini təmir etdiyinə görə nəsə problem olarsa onları həll etmək üçün Fürüdün onu çağırmışdır. O, yük avtomobilinin sürücüsünü tapdığına görə Fürüdün ona 50 manat pul verməli olmuş, sonradan yük avtomobilinin yolunu düzəltdiyinə və danışdıqları vaxtdan artıq onların yanında olduğuna görə Fürüdündən əlavə 70 manat pul almışdır. Bu hadisədən əvvəllər də texnikada hər hansı problem yarananda Fürüdün ona müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, K.Rzayev küçəsi, ev 14, mənzil 57-də ailə üzvləri ilə birgə yaşayır, Pirallahı rayonu- 159 saylı MKİS-də mühəndis işləyir. 21 oktyabr 2022-ci il tarixdə FHN-nin tərəfindən yoxlama keçirildiyi üçün, həmin tarixdə də 159 saylı MKİS-nin rəisi Şahid4la birlikdə Pirallahı rayonu, S.Bağırov küçəsində yerləşən 633 nömrəli radiasiya əleyhinə sığınacağa baxış keçirən zaman, sığınacağın girişində kislarod balonunun olduğunu gördüklərini, Şahid4la sığınacağa düşdüklərini və sığınacaqdan çıxan zaman həmin vaxdi sonradan adını bildikləri Fürüddün adlı şəxsin onlara yaxınlaşaraq həmin boruları onun kəsdiyini bildirdiyini, Əli müllim həmin şəxsə boruların dövlət əmlakı olduğunu bildirdiyini və aparılmasını qadağan etdiyini, Əli müəllim digər sığınacaqları yoxlamaq məqsədi ilə həmin yeri ona tapşıraraq getdiyini, onun orada olduğu zaman sığınacağın yaxınlığında ** RM *** d.q.n qazel markalı yük avtomobilinin olduğunu gördüyünü, avtomobilin yük hissəsinə baxdıqda böş olduğunu gördüyünü, həmin vaxt Fürüddün adlı şəxsin ona yaxınlaşaraq boruları yoxlama başa çatan kimi aparacağını bildirdik orda olan kislarod balonunu Fürüddün və yanındakı şəxslə birlikdə yaxınlıqda olan yük avtomobilinə yükləyərək oradan uzaqlaşdıqlarını. Bu barədə onun Əli müəllimə məlumat verdiyini, MKTB-nin əməkdaşlarının həmin yerə gələrək onların iştirakı ilə birlikdə kəsilmiş boruları aktlaşdırdıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş və ifadəsi məhkəmədə elan olunaraq tədqiq edilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli zeytun sovxozu, ünvansız evdə ailə üzvləri ilə birgə yaşayır, əvvəllər məhkum olunmayıb, fərdi əməklə məşğul olur, “Qazel” markalı 10 RM-794 d.q.n yük maşınını etibarnamə əsasında idarə edir. 2022-ci il oktyabr ayında Taleh adlı tanışı ilə birlikdə onun yeznəsi Elmanın yaşadığı Pirallahı rayonu, K.Rzayev küçəsində yerləşən fərdi yaşayış evinə ot tayaları gətirib həyətə boşaltdıqlarını, geriyə qayıdan zaman K.Rzayev küçəsindən biraz aralıda yoxuşda avtomobilin yanacağı qurtardığını, onun avtomobili yolun kənarında saxlayıb Kamillə birlikdə yanacaq almaq üçün getdiklərini, təxminən yarım saat sonra qayıtdıqlarını avtomobili yanacaqla təmin etdikdənsonra Xəzər rayonu, Qala qəsəbəsinə getdiklərini bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş və ifadəsi məhkəmədə elan olunaraq tədqiq edilmiş Şahid6 Şahid5 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, DSX 4-də yataqxanada ailə üzvləri ilə birgə yaşayır, əvvəllər məhkum olunmamışdır və fərdi əməklə məşğul olur. xx.xx.2023-cü il tarixdən saat 11 radələrində tanışı Adil adlı şəxs ona zəng vuraraq Pirallahı rayonu ərazisində yük olduğunu və onu Dərnəgülə gətirmək lazım olduğunu bildirmişdir. O, Adil ilə bu işi görmək üçün 300 manata razılaşmışdır. Saat 01 radələrində etibarnamə əsasında idarə etdiyi “Kamaz” markalı, **-XX-*** d.q.n yük avtomobili ilə Pirallahı rayonu ərazisinə gəlmişdir. Pirrallahı rayonu ərazisində “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında onu Babagözəl, Fürüdün və özünü polis əməkdaşı kimi təqdim edən şəxs qarşılamışdır. Onlar birlikdə dəniz kənarına getmişlər. Həmin yerdə traktor və qumun üzərində 9-10 ədəd dəmir borular olmuşdur. Həmin borular yükləndikdən sonra o, Dərnəgül istiqamətində hərəkətə başlamışdır. Babagözəl, Fürüdün və özünü polis əməkdaşı kimi təqdim edən şəxs isə öz maşınları ilə onun arxasınca gəlmişdir. Saat 02:30 dəqiqədə Dərnəgüldə “şeşbeş” deyilən yerə çatmışlar. Saat yarım orada gözlədikdən sonra Kərim adlı şəxs həmin yerə gəlmiş və hamısı Binəqədidə yerləşən dəmir sexinə getmişlər. Saat 06:30 dəqiqədə həmin yerə çatmışlar. Bir saat da orada gözlədikdən sonra isə onlar Binəqədidə yerləşən daş bazarına getmişlər. Orada yükü boşaltmış, deyiləm marşrutdan çox hərərkət etdiyi üçün özünü polis əməkdaşı kimi təqdim edən şəxs ona 600 manat pul vermişdir. Bundan sonra isə o, evinə getmişdir. 2017-ci ildən etibarən yük avtomobili idarə etmişdir. O, həmin boruların oğurluq olduğunu bilməmişdir. Sadəcə olaraq sifarişlə yük daşımışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Pirallahıray, Gürgənqəs, E.Hüseynov küçəsi ev 52, mən 24-də ailə üzvləri ilə birgə yaşayır, əvvəllər məhkum olunmamışdır və fərdi əməklə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində əvvəllər tanıdığı Fürüdün adlı şəxs ona zəng vuraraq öz həyətində dəmir boruların olduğunu və onu yükləmək üçün traktor lazım olduğunudemişdir. O da bu iş üçün 200 manata razılaşmış və Babagözəl adlı tanışına zəng vuraraq Fürüdünün onu dəmir yükləməyə çağırdığını demişdir. Saat 23 radələrində Pirallahı rayonunda 2-ci dayanacaq deyilən yerə gəlmiş, Fürüdün Babagözəl ilə birlikdə Babagülə məxsus “Hunday” markalı, 812 d.q.n-lı qara rəngli avtomobillə həmin yerə gəlmişlər. O Babagözəlin arxası ilə sürmüş, “Tərxan” adlanan ərazidə dəniz kənarına getmişlər. Orada dəniz kənarında Fürüdün və Babagözəl ona qumun üzərində 8-9 ədəd 7-8 metrlik iri həcmli dəmir boruları göstərmişdir. Bir neçə dəqiqə keçdikdən sonra “Kamaz” markalı yük avtomobili həmin yerə gəlmişdir. O, etibarnamə əsasında idarə etdiyi “HİDROMEQ” markalı traktoru ilə həmin dəmir boruları yük avtomobilinə yükləmişdir. Saat 01 radələrində iş qurtardıqdan sonra yaşadığı ünvana getmişdir. Fürüdünlə aralarında danışıq elə olmuşdur ki, ona ödənişi dəmir boruları satdıqdan sonra kart hesabına göndərəcəkmiş. O, həmin boruların oğurluq olmasını bilməmişdir. Çünki Fürüdün adlı şəxs həmin boruların özünə məxsus həyətdən daşımaq lazım olduğunu ona demişdir. Fürüdün və Babagözəl adlı şəxsi uzun müddətdir ki, Pirallahı sakini kimi tanımış və onları dəmir satışı ilə məşğul olan şəxslər kimi tanımışdır. Bu hadisədən əvvəllər də dəfələrlə Fürüdün və Babagözəl adlı şəxsələrin dəmirlərini yükləmişdir. Həmin vaxt orada o, Fürüdün, Babagözəl, adını bilmədiyi Kamaz sürücüsü və adını bilmədiyi başqa bir nəfər şəxs olmuşdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş və ifadəsi məhkəmədə elan olunaraq tədqiq edilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 13 iyun 2023-cü il tarixdən 14 iyun 2023- 0cü il tarixə keçən gecə sat 02:30 radələrində tanışı Babagözəl ona mobil telefonla zəng edərək qalın dəmir borular olduğunuvə onları satmaq üçün tanışlarından xahiş etməyi demişdir. O, bu saatda hemç bir yerinişləmədiyini demiş, lakin Babagözəl heç olmas dəmiri təhvil verəcək yeri ona göstərməsini xahiş etmişdir. Bundan sonra o, Ulduz metrostansiyasının yaxınlığında olan “şeş-beş”restoranının arxasında 24 saat işləyənə dəmir qəbulku məntəqəsində Babagözəl ilə görüşmüşdür. Həmin vaxt Babagözəlin yanında Fürüdün, Elmir və Zamik adlı yük avtomobil sürücüsü olmuşdur. O, yük avtomobilinin yük hissəsinə baxdıqda 8-9 ədəd işlənməmiş dəmir borular olduğunu görmüşdür. Həmin vaxt Babagözəldən bu dəmir boruların oğurluq olub-olmamasını soruşmuş, Babagözəl isə boruların Fürüdünə məxsus olduğunu demişdir. Səhər saat 08 radələrində tanışı Qəzənfər də həmin yerə gəlmişdir. Qəzənfər dəmir borulara baxıb onların oğurluq olub-olmamasını soruşmuş, o da Fürüdün adlı şəxsədən bu barədə soruşmuşdur. Fürüdün isə boruların oğurluq olmadığını demişdir. Həmin borular tərəzi ilə çəkilmiş və 9,5 ton olması müəyyən edilmişdir. Qəzənfər həmin dəmir boruların pulunu onavermiş, o da pulu Fürüdünə vermişdir. Bundan sonra yaşadığı evə getmişdir. O, həmin boruların oğurluq olduğunu bilməmişdir, çünki Fürüdün boruların özünə məxsus olduğunu demişdir. Babagözəli 3 ilə yaxındır ki, dəmir satan kimi tanımışdır. Fürüdünü həmin güntanımışdır. Elmiri isə üzdən tanısa da, adını həmin gün öyrənmişdir. Fürüdün həmin boruların satılmasından əldə olunan gəlirdən ona 400 manat pul vermişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş və ifadəsi məhkəmədə elan olunaraq tədqiq edilmiş Şahid10 ifadəsində göstərmişdir ki,13 iyun 2023-cü il tarixdən 14 iyun 2023-cü il tarixə keçən gecə saat 04 radələrində tanışı Kərim ona zəng vuraraq metal qəbulu sexinin həyətinə dəmir borularyığıldığını, əgər istəyirsə baxması üçün gətirə biləcəyini demişdir. O, gecə vaxtı heç bir yerinişləmədiyini demişdir. Səhər saat 08:30 radələrində Binəqədi rayonunda yerləşən dəmir bazarında işlədiyi sexdə olarkən Kərim tanımnadığı 2-3 nəfərlə birlikdə sexə gəlmişlər. Kərimona dəmir boruları gətirdiyini demiş, o isə yük avtomobilinin yük hissəsində olan yükə baxdıqdan sonra orada 9-10 ədəd işlənməmiş dəmir boru olduğunu görmüşdür. Həmin dəmir borular işlənməmiş olduğundan onları almaq qərarına gəlmişdir. Həmin boruları tərəzidə çəkib 9,5 ton olduğunu müəyyən etmişdir. Həmin boruların müqabilində onlara 7600 manat pul vermişdir. Növbəti gün iş yerində olduğu zaman polis əməkdaşları onun iş yerinə gələrək aldığı boruların oğurluq olduğunu demişdir. Həmin boruları aldığı zaman heç bir sənəd tələb etməmişdir, çünki malı ona satan dostu Kərim olmuş, Kərimlə bir neçə ildir ki, dostluq münasibəti olduğundan ondan sənəd tələb etməmişdir. Təxminən 4 ildir ki, metal qəbulu ilə məşğul olmuşdur. O, malı qəbul edən zaman malı ona satan Kərimdən malın oğurluq olub- olmamasını soruşmuş, Kərim də yanında olan şəxslərdən bu barədə soruşmuş, həmin tanımadığı şəxslər isə cavabında həmin boruların özlərinə məxsus olduğunu, oğurluq olmadığını demişlər. Bundan sonra dostu Kərimə etibarı olduğundan malın oğurluq olmamasına əmin olmuş və həmin metal boruları almışdır. İstintaq zamanı ifadəsində qeyd etdiklərini yoxlamaq və dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılmış, o, ifadəsində bildirdiklərini hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunaraq məhkəmədə tədqiq olunmuşdur. İstintaq zamanı ifadəsində qeyd etdiklərini yoxlamaq və dəqiqləşdirmək üçün Şahid1 təqsirləndirilən qismində ifadəsi yerində yoxlanılmış, o, ifadəsində bildirdiklərini hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunaraq məhkəmədə tədqiq olunmuşdur. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə ünvan 6 ünvanda yerləşən boş torpaq sahəsində baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 159 saylı Mənzil-Kommunal İstismar Sahəsinin balansında olan Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində yerləşən 633 (İnventar № 624) nömrəli radiasiya əleyhinə daldalanacaqda baş vermişdir. Həmin əraziyə kənar şəxslərin girişi qadağandır, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının tərtib etdiyi xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 159 saylı Mənzil-Kommunal İstismar Sahəsinin balansında olan Pirallahı qəsəbəsi, S.Bağırov küçəsində yerləşən 633 (İnventar № 624) nömrəli radiasiya əleyhinə daldalanacağın giriş və mühafizə-hermetik qapılarını çıxardaraq içəriyə qanunsuz daxil olaraq havalandırma sistemlərin kəsməsmişdir. Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məktubunda hadisə zamanı birliyə 1000 manat maddi ziyan dəydiyi müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1113 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən diametri 159 mm, qalınlığı 06 mm olan 16,2 metr dəmir borunun 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: 1 metr uzunluqda diametri 159 mm, qalınlığı 06 mm olan dəmir borunun qiyməti 22 manat, 16,2 metri 356,40 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5064 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda qeyd edilən 9 ədəd hər birinin uzunluğu 8 metr, diametri 159 mm, divarının qalınlığı 6 mm olan dəmir boruların istifadədə olmaması nəzərə alınmaqla 2023cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2160,00 manat (9ədx8mx30man) manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Pirallahı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin 06.03.23 tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs 06.03.23 tarixdən 08.03.23 tarixədək tutulmuşdur, Pirallahı rayon Məhkəməsinin 15.06.23 tarixdən barəsindı həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 11 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 29,177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslər, şahid ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.2 və 177.2.3- cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, eyni zamanda Təqsirləndirilən şəxs 2-ci Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək medallarla təltif olunmasını, Qazi olmasını Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyətini ağırlaşdıran hallar müəyyən etmədi. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 100,00 (yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 80 iş saatına görə (ibtidai istintaq zamanı 60 saat və məhkəmə iclaslarında göstərilmiş hüquqi yardıma görə 20 saat) cəmi 480,00 (dörd yüz şəkksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.2 və177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və 15 iyun 2023-cü il tarixdən 19 dekabr 2023-cü il tarixə qədər həbsdə saxlanıldığı 06 (altı) ay 04 (dörd) gün, ümumilikdə 06 (altı) ay 06 (altı) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02( iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanını axşam saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 480,00 (dörd yüz səkksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar