Məhkəmə qərarları › İş №1(094)-5/2023

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-5/2023

06.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-5/2023 06.01.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində ünvan 3vqust 2022-ci il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 avqust 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 22 avıqust 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Koruğlu metro stansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd mavi kağız bükümündə, təmiz çəkisi 1,545 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd mavi kağız bükümündə, təmiz çəkisi 1,810 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək, əynində olan yaşıl rəngli köynəyinin sol yan cibində saxlamaqla, daşımış, 24 avqust 2022-ci il tarixdə saat 14:30-da Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri Pirallahı rayonu Əzizbəyov küçəsində yerləşən Retro restoranın yaxınlığında saxlanılaraq, polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan yaşıl rəngli köynəyinin sol yan cibindən həmin təmiz çəkisi 1,545 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd mavi kağız bükümündə, təmiz çəkisi 1,810 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 4 ünvanında qeydiyyatda olsada, ünvan 5nında ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, heç bir yerdə işləmir, orta təhsillidir, əvvəllər 2020-ci ilin sentyabr ayında AR CM-nin 234.1-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2022-ci ilin mart ayının 5-də AR MM-nin «08 noyabr Qələbə günü» Amnistiya qərarı ilə azadlığa buraxılmışdır. O, əvvəllər psixiatriya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamış, həmin xəstəxanalarda qeydiyyatda deyil. Təxminən üç ildir ki, narkotik vasitə qəbul edir, narkotik vasitənin heroin və metamfetamin növündən çəkmə üsulu ilə qəbul edir. Heroini və metamfetamini qəbul etməkdə məqsədi bədənində olan ağrılardır, heroini və metamfetamini əvvəllər Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda almış və qəbul etmişdir. 22 avqust 2022-ci il tarixdə axşam saatlarında onun bədəni ağramış, ona görə də qərara gəlmişdir ki, narkotik vasitə alsın və qəbul etsin, həmin vaxt o, axşam saat 22 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Koruğlu metro stansiyasının yaxınlığına getmiş, orada tanımadığı bir şəxsdən 20 manat müqabilində ondan bir ədəd mavi kağız bükümündə narkotik vasitə heroin və bir ədəd mavi kağız bükümündə metamfetamin almış, aldığı kütlələri əynində olan yaşıl rəngli köynəyinin sol yan cibində saxlamış, fikri də o olmuşdur ki, bir hissəsini qəbul etsin, bir hissəsini sonradan qəbul edər. 24 avqust 2022-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri Pirallahı rayonu Əzizbəyov küçəsində yerləşən Retro restoranının yaxınlığında piyada hərəkətdə olduğu vaxt ona mülki geyimdə olan şəxslər yaxınlaşmış, həmin şəxslər özlərini ona təqdim edəndə, yaxınlaşan şəxslərin polis əməkdaşı olduğunu bilmişdir. Polis əməkdaşları onu Pirallahı RPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməyə etiraz etməmiş, onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına bildirmişdir ki, əynində olan yaşıl rəngli köynəyinin sol yan cibində bir ədəd mavi kağız bükümündə narkotik vasitə heroin və bir ədəd mavi kağız bükümündə metamfetamin vardır, o, həmin kütlələri təqdim edə bilər. Sonra o, əynində olan yaşıl rəngli könəyinin sol yan cibində saxladığı bir ədəd mavi kağız bükümündə narkotik vasitə heroin və bir ədəd mavi kağız bükümündə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Sonra polis əməkdaşı tərəfindən təqdim etdiyi bükümlərə baxış keçirilərkən, içərisində qəhvəyi rəngli tozşəkilli heroinə bənzər maddənin və ağ rəngli kristallik maddə olan metamfetaminin olması aşkar edilmişdir. Həmin üzərindən aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun, müdafiəçisin və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına, üzərindən aşkar edilmiş bir ədəd mavi kağız bükümündə narkotik vasitə heroin və bir ədəd mavi kağız bükümündə metamfetamini 22 avqust 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Koruğlu metrostansiyasının yaxınlığında üzdən tanıdığı, adını və yaşadığı yeri bilmədiyi şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını, aldığı kütləni satış məqsədilə əldə etmədiyini, aşkar edilmiş kütlələrin narkotik vasitə heroin və metamfetamin olduğunu bildirmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ona məxsusdur, özü qəbul etmək üçün 20 manata almış, narkotik vasitənin və psixotrop maddənin çəkisinin nə qədər olmasını bilməmişdir. O, üzərimdən aşkar edilmiş narkotik vasitə heroindən və psixotrop maddədən heç kimə satmamışdır. O, üzərindən aşkar edilmiş bir ədəd mavi kağız bükümündə, təmiz çəkisi 1,545 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd mavi kağız bükümündə, təmiz çəkisi 1,810 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməsini təsdiq edir, rəydə qeyd olunan çəki ilə razıdır. O, polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur. O, həmin şəxsi tanımır, onun harada yaşamasını deyə bilməz, lakin ilk gördüyündə həmin şəxs arıq bədənli, orta boylu olmuş, saçları qara rəngli olmuş, əynində qara rəngli idman şalvarı, göy rəngli idman ayaqqabısı olmuş, o, həmin şəxsdən əvvəllər narkotik vasitə və psixotrop maddə almamış, birinci dəfə olmuşdur ki, rastlaşmışdır. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili X2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Pirallahı RPŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur, həmin əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar şöbə rəhbərliyinə məruzə edildikdən sonra, əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş, əməliyyat qrupuna o, rəhbərlik etmiş, əməliyyat qrupuna əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi üçün tərəflərindən əməliyyataxtarış tədbirləri həyata keçirilmiş, əməliyyat – axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı rayonu Əzizbəyov küçəsində yerləşən Retro şadlıq sarayının yaxınlığında piyada hərəkət etməsini müəyyən etdikdən sonra, ona yaxınlaşmışlar, özlərini ona təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs bildirmişlər ki, barəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur, həmin əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar polis şöbəsinə dəvət olunur. Təqsirləndirilən şəxs da onlarla polis şöbəsinə gəlməyə etiraz etməmiş və birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin xidməti otaqlarının birində, əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakı ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək hansı səbəbə PŞ-nə gətirildiyi, üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulmuş və əgər varsa həmin qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, 22 avqust 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Koruğlu metrostansiyasının yaxınlığında üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 20 manata özünün istifadəsi üçün bir ədəd mavi kağız bükümündə narkotik vasitə heroin və bir ədəd mavi kağız bükümündə metamfetamin almışdır, həmin kütlələr əynində olan yaşıl rəngli köynəyinin sol yan cibindədir, həmin kütlələri təqdim edə bilər. Sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli könəyinin sol yan cibində saxladığı bir ədəd mavi kağız bükümündə narkotik vasitə heroini və bir ədəd mavi kağız bükümündə metamfetamini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bükümlərə baxış keçirilərkən, içərisində qəhvəyi rəngli tozşəkilli heroinə bənzər maddənin və ağ rəngli kristallik maddə olan metamfetaminin olması aşkar edilmişdir. Həmin aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun, müdafiəçisinin və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd mavi kağız bükümündə narkotik vasitə heroin və bir ədəd mavi kağız bükümündə metamfetamini 22 avqust 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Koruğlu metrostansiyasının yaxınlığında üzdən tanıdığı, adını və yaşadığı yeri bilmədiyi şəxsdən 20 manata özünün istifadəsi üçün aldığını, aldığı kütləni satış məqsədilə əldə etmədiyini, aşkar edilmiş kütlələrin narkotik vasitə heroin və metamfetamin olduğunu bildirmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır, sadəcə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələri özünün istifadəsi üçün əldə etməsi və gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək şahid X1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 avqust 2022-ci il tarixli 6/4501 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №237” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,545 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 1,810 qram olan ağ rəngli kristallik maddə kustar hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: təmiz çəkisi -1,810 qram olan psixotrop maddə metamfetaminin 0,05 qramı tədqiqata sərf edilmiş, 1,760 qram hissəsi qalıq qalmışdır, təmiz çəkisi -1,545 qram olan narkotik vasitə heroinin 0,05 qramı tədqiqata sərf edilmiş, 1,495 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,00 (altmış beş) manat təşkil edir. Heron 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2022-ci -ci il tarixli, 5394 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomiyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndiriliməsi haqqında 23 oktyabr 2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,545 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,810 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və ekspert tədqiqatından sonra qalıq çəkisi 1,495 qram narkotik vasitə heroin və 1,760 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Pirallahı RPŞ-nin Saxlama Yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 02 oktyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli Qərarı ilə AR Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmışdır və o, 05 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin məhkumluğu onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 26 avqust 2022--ci il tarixdə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(064)-34/2022 nömrəli, 26 avqust 2022--ci il tarixli qərarı ilə onun barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə həbsə alındığı 24 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq çəkisi 1,760 qram psixotrop maddə-metamfetamin və 1,495 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlu ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 65,00 (altmış beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 20 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 24 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq çəkisi 1,760 qram psixotrop maddə-metamfetamin, 1,495 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar