Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-5/2025 03.06.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.2003-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda ƏN PX-in 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmməmiş, satıcı işləyən, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 cinayət işinin materialları ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 21 radələrində, xx.xx.2024-cü il tarixdə saat 22-23 radələrində və xx.xx.2024-cü il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyəti ilə Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsində yerləşən ticarət obyeki üçün nəzərdə tutulmuş tikilinin giriş hissəsinə qanunsuz daxil olmaqla giriş hissəsində yerdə olan hər birinin dəyəri 50 manat təşkil edən ümumi dəyəri 1250 manat məbləğində dam örtüyü üçün nəzərdə tutulmuş 25 ədəd dəmir boruları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə, saat 20-21 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyəti ilə Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllədə yerləşən hasarla əhatə olunmuş torpaq sahəsinə açıq hissədən qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 50 manat təşkil edən ümumi dəyəri 550 manat məbləğində istixanının çərçivəsi üçün nəzərdə tutulmuş 11 ədəd dəmir boruları vahid niyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs cəmi 1800 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 cinayət işinin materialları ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə saat 21 radələrində, xx.xx.2024-cü il tarixdə saat 22-23 radələrində və xx.xx.2024-cü il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyəti ilə Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsində yerləşən ticarət obyeki üçün nəzərdə tutulmuş tikilinin giriş hissəsinə qanunsuz daxil olmaqla giriş hissəsində yerdə olan hər birinin dəyəri 50 manat təşkil edən ümumi dəyəri 1250 manat məbləğində dam örtüyü üçün nəzərdə tutulmuş 25 ədəd dəmir boruları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə, saat 20-21 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyəti ilə Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllədə yerləşən hasarla əhatə olunmuş torpaq sahəsinə açıq hissədən qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 50 manat təşkil edən ümumi dəyəri 550 manat məbləğində istixanının çərçivəsi üçün nəzərdə tutulmuş 11 ədəd dəmir boruları vahid niyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs cəmi 1800 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 cinayət işinin materialları ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 21 radələrində, xx.xx.2024-cü il tarixdə saat 22-23 radələrində və xx.xx.2024-cü il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyəti ilə Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsində yerləşən ticarət obyekti üçün nəzərdə tutulmuş tikilinin giriş hissəsinə qanunsuz daxil olmaqla giriş hissəsində yerdə olan hər birinin dəyəri 50 manat təşkil edən ümumi dəyəri 1250 manat məbləğində dam örtüyü üçün nəzərdə tutulmuş 25 ədəd dəmir boruları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə, saat 20-21 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyəti ilə Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllədə yerləşən hasarla əhatə olunmuş torpaq sahəsinə açıq hissədən qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 50 manat təşkil edən ümumi dəyəri 550 manat məbləğində istixanının çərçivəsi üçün nəzərdə tutulmuş 11 ədəd dəmir boruları vahid niyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs cəmi 1800 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə maddi durumu yaxşı olmadığına görə Pirallahı rayonu K.Rzayev küçəsində yerləşən yarı sökülü obyektin içərisində olan dəmir boruları oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində tanışı Fəridə zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Saat 17 radələrində o, Fəridlə S.Vurğun küçəsində yerləşən “Araz” marketin yaxınlığında görüş və ona yaşadığı evin yaxınlığında dəmir borular olduğunu, onları oğurlayıb sataraq əldə olunmuş pulları bölüşdürməyi təklif etmişdir. Fərid, onunla razılaşmış, bundan sonra o, bu işdə onlara kömək etmək üçün əlavə bir nəfəri də götürəcəyini bildirmişdir. Onlar köməklik üçün tanışları olan Bəhrəmi çağırmağı qərara almışlar. Saat 18 radələrində o, tanışları Bəhrəma zəng vuraraq onunla görüşmək istədiyini bildirmiş və o, Fəridlə birlikdə Bəhrəmin işlədiyi meyvə-tərəvəz dükanına getmişlər. Orada Bəhrəmla görüşlər və oğurluq etmək baradə planları barədə ona bildirmişlər o, da onlarla razılaşmışdır. Bundan sonra həmin gün saat 20 radələrində K.Rzayev küçəsində yerləşən yarı sökülü obyektin yanına getmişlər, obyektin içərisində çoxlu dəmir borular görmüşlər, onlar həmin dəmir borulardan 4 ədədini götürmüşlər və qalan hissəsini pulları qurtaranda gəlib götürmək qərarına gələrək oradan uzaqlaşmış, oğurladıqları dəmir boruları obyektdən 200 metr kənarda yerləşən qarajın arxasında gizlətmişlər və hərəsi öz yaşadıqları evə getmişlər. xx.xx.2024-cü il tarixdə o, dəmir alışı ilə məşğul olan Pirallahı rayon sakini kimi tanıdığı Faikə zəng edərək özünə məxsus dəmir boruları satmaq istədiyini bildirmişdir. Faik öz idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə onun olduğu yerə gəlmiş, onlar həmin dəmir boruları ona məxsus yük avtomobilinə yükləyərək onun işlədiyi dəmir qəbulu yerinə aparmışlar. Orada Faik həmin boruları çəkmiş və ona 45 manat pul vermişdir. Həmin gün saat 17 radələrində Fərid, Bəhrəm və o, S.Vurğun küçəsində yerləşən “Araz” marketin yaxınlığında görüşmüşlər və o, dəmir boruların satışından 45 manat pul əldə olunduğunu onlara bildirmiş və hər birinə 15 manat pul çatdığını bildirərək pulu bölüşdürmüşdür. Bundan sonra həmin gün saat 20 radələrində onlar hər üçü 28-ci məhəllədə yerləşən hasarla əhatə olunan torpaq sahəsinə getmişlər. Orada olan 3 ədəd borunu dəmir mişarı ilə doğramışlar və 243 nomrəli məktəbin arxasına aparmışlar. Fərid İslam adlı dəmir alıcısına zəng vuraraq dəmir boru satdığını bildirmişdir. İslam Şakir adlı qazel markalı yük avtomobilinin sürücüsü ilə birlikdə onların olduqları yerə gəlmiş, onlar dəmir boruları yük avtomobilinə yükləmişlər və İslamın dəmir qəbulu yerinə getmişlər. Orada dəmir borular çəkilmiş və İslam 75 manat pulu Fəridə vermiş, Fərid isə həmin pulu aralarında bölmüşdür. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində onlar yenidən K.Rzayev küçəsində yerləşən yarı sökülü obyektin yanına getmiş, obyektin içərisində olan dəmir borulardan 4 ədədini götürərək oradan uzaqlaşmış, oğurladıqları dəmir boruları obyektdən 200 metr kənarda yerləşən qarajın arxasında gizlətmişlər. Bundan sonra onlar həmin yerdən uzaqlaşaraq hərəsi öz yaşadıqları evə getmişlər. xx.xx.2024-cü il tarixdə o, yenidən tanışı Faikə zəng edərək özünə məxsus dəmir boruları satmaq istədiyini bildirmiş, Faik öz idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə onun olduğu yerə gəlmiş, onlar həmin dəmir boruları Faikə məxsus yük avtomobilinə yükləyərək Faikin dəmir qəbulu yerinə aparmışlar. Orada Faik həmin boruları çəkmiş və ona 40 manat pul vermişdir. Həmin gün saat 16 radələrində Fərid, Bəhrəm və o, S.Vurğun küçəsində yerləşən “Araz” marketin yaxınlığında görüşmüşlər. O, dəmir boruların satışından 40 manat pul əldə olunduğunu bildirmiş və əldə olunan pulları aralarında bölmüşdür. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində onlar yenidən K.Rzayev küçəsində yerləşən yarı sökülü obyektin yanına getmiş, obyektin içərisində olan dəmir borulardan 4 ədədini götürərək oradan uzaqlaşmış, obyektdən 200 metr kənarda yerləşən qarajın arxasında gizlətmişlər. Bundan sonra onlar həmin yerdən uzaqlaşaraq hərəsi öz yaşadıqları evə getmişlər. xx.xx.2024-cü il tarixdə o, yenidən tanışı Faikə zəng edərək özünə məxsus dəmir boruları satmaq istədiyini bildirmişdir. Faik öz idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə onun olduğu yerə gəlmiş, onlar həmin dəmir boruları Faikə məxsus yük avtomobilinə yükləyərək Faikin dəmir qəbulu yerinə aparmışlar. Orada Faik həmin boruları çəkmiş və ona 55 manat pul vermişdir. Həmin gün saat 17 radələrində Fərid, Bəhrəm və o, S.Vurğun küçəsində yerləşən “Araz” marketin yaxınlığında görüşmüşlər, o, dəmir boruların satışından 55 manat pul əldə olunduğunu bildirmiş və əldə olunan pulları aralarında bölmüşlər. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində tanışı Emil ona zəng edərək, onunla görüşmək istədiyini bildirmişdir. Saat 17 radələrində o, Emil ilə S.Vurğun küçəsində yerləşən “Araz” marketin yaxınlığında görüşmüşdür. Emil ona yaşadığı evin yaxınlığında dəmir borular olduğunu, onları oğurlayıb sataraq əldə olunmuş pulları bölüşdürməyi təklif etmişdir. O, onunla razılaşmış, bundan sonra Emil ona kömək etmək üçün əlavə bir nəfəridə götürəcəyini bildirmişdir. Onlar birlikdə köməklik üçün tanışıları Bəhrəmı çağırmaq qərarına gəlmişlər. Saat 18 radələrində Emil tanışıları Bəhrəmə zəng vuraraq onunla görüşmək istədiyini bildirmiş və o, Emillə birlikdə onun işlədiyi meyvə-tərəvəz dükanına getmişlər. Orada Bəhrəmlə görüşmüşlər və oğurluq etmək baradə planları barədə ona bildirmişlər. Bəhrəm onlarla razılaşmışdır. Bundan sonra həmin gün saat 20 radələrində K.Rzayev küçəsində yerləşən yarı sökülü obyektin yanına getmişlər, obyektin içərisində çoxlu dəmir borular olmuşdur onlar həmin dəmir borulardan 4 ədədini götürmüşlər və qalan hissəsini pulları qurtaranda gəlib götürmək qərarına gələrək oradan uzaqlaşmış, obyektdən 200 metr kənarda yerləşən qarajın arxasında gizlətmişlər. Bundan sonra onlar həmin yerdən uzaqlaşaraq hərəsi öz yaşadığı evə getmişlər. xx.xx.2024-cü il tarixdə Emil həmin boruları Faik adlı şəxsin idarə etdiyi qazel markalı yük avtomobilinə yükləyərək işlədiyi dəmir qəbulu yerinə aparmışdır. Həmin gün saat 17 radələrində Emil, Fərid və o, S.Vurğun küçəsində yerləşən “Araz” marketin yaxınlığında görüşmüş, Emil dəmir boruların satışından 45 manat pul əldə olunduğunu bildirmiş və hərəsinə 15 manat pul çatdığını bildirərək, pulu bölüşdürmüşdür. Bundan sonra həmin gün saat 20 radələrində onlar hər üçü 28 məhəllədə yerləşən hasarla əhatə olunan torpaq sahəsinə getmişdir. Orada olan 3 ədəd borunu dəmir mişarı ilə doğramış və 243 nomrəli məktəbin arxasına aparmışlar. O, İslam adlı dəmir alıcısına zəng vuraraq dəmir boru satdığını bildirmişdir. İslam Şakir adlı qazel markalı yük avtomobilinin sürücüsü ilə birlikdə onların olduğu yerə gəlmiş, onlar dəmir boruları yük avtomobilinə yükləmiş və İslamın dəmir qəbulu yerinə getmişlər. Orada dəmir borular çəkilmiş və İslam 75 manat pulu ona vermiş, o, isə həmin pulu aralarında bölmüşdür. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində onlar yenidən K.Rzayev küçəsində yerləşən yarı sökülü obyektin yanına getmiş, obyektin içərisində olan dəmir borulardan 4 ədədini götürərək oradan uzaqlaşmış, obyektdən 200 metr kənarda yerləşən qarajın arxasında gizlətmişlər. Bundan sonra onlar həmin yerdən uzaqlaşaraq hərəsi öz yaşadıqları evə getmişlər. xx.xx.2024-cü il tarixdə Emil həmin boruları Faik adlı şəxsin idarə etdiyi qazel markalı yük avtomobilinə yükləyərək Faikin işlədiyi dəmir qəbulu yerinə aparmışdır. Həmin gün saat 16 radələrində Emil, Fərid və o, S.Vurğun küçəsində yerləşən “Araz” marketin yaxınlığında görüşmüş, Emil dəmir boruların satışından 40 manat pul əldə olunduğunu bildirmiş və əldə olunan pulları aralarında bölmüşdür. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində onlar yenidən K.Rzayev küçəsində yerləşən yarı sökülü obyektin yanına getmişlər, obyektin içərisində olan dəmir borulardan 4 ədədini götürərək oradan uzaqlaşmış, obyektdən 200 metr kənarda yerləşən qarajın arxasında gizlətmişlər. Bundan sonra onlar həmin yerdən uzaqlaşaraq hərəsi öz yaşadıqları evə getmişlər. xx.xx.2024-cü il tarixdə Emil həmin boruları Faik adlı şəxsin idarə etdiyi qazel markalı yük avtomobilinə yükləyərək Faikin işlədiyi dəmir qəbulu yerinə aparmışdır. Həmin gün saat 17 radələrində Emil, Fərid və o. S.Vurğun küçəsində yerləşən “Araz” marketin yaxınlığında görüşmüşlər və Emil dəmir boruların satışından 55 manat pul əldə olunduğunu bildirmiş və əldə olunan pulları aralarında bölmüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində tanışı Emil ona zəng vuraraq onunla görüşmək istədiyini bildirmiş və ortaq tanışları Fəridlə onun işlədiyi meyvə-tərəvəz dükanına gelmişlər. Söhbət əsnasında onlar oğurluq etmək planları barədə ona bildirərək əldə olunan pulu yarı bölməyi təklif etmişlər, o, isə onlarla razılaşmışdır. Bundan sonra həmin gün onlar oğurluq etmək üçün saat 20 radələrində K.Rzayev küçəsində yerləşən yarı sökülü obyektin yanına getmişlər, obyektin içərisində çoxlu dəmir boruların olduğunu görmüşlər və dəmir borulardan 4 ədədini götürmüş və qalan hissəsini pulları qurtaranda gəlib götürmək qərarına gələrək oradan uzaqlaşmış, obyektdən 200 metr kənarda yerləşən qarajın arxasında gizlətmişlər. Bundan sonra onlar həmin yerdən uzaqlaşaraq hərəsi öz yaşadıqları evə getmişlər. xx.xx.2024-cü il tarixdə Emil həmin boruları Faik adlı şəxsin idarə etdiyi qazel markalı yük avtomobilinə yükləyərək işlədiyi dəmir qəbulu yerinə aparmışdır. Həmin gün saat 17 radələrində Emil, Fərid və o, S.Vurğun küçəsində yerləşən “Araz” marketin yaxınlığında görüşmüş, Emil dəmir boruların satışından 45 manat pul əldə olunduğunu bildirmiş və hərəsinə 15 manat pul çatdığını bildirərək pulu bölüşdürmüşdür. Bundan sonra həmin gün saat 20 radələrində onlar hər üçü 28 məhəllədə yerləşən hasarla əhatə olunan torpaq sahəsinə getmişlər. Orada olan 3 ədəd borunu dəmir mişarı ilə doğramış və 243 nomrəli məktəbin arxasına aparmışlar. Fərid İslam adlı dəmir alıcısına zəng vuraraq dəmir boru satdığını bildirmişdir. İslam Şakir adlı qazel markalı yük avtomobilinin sürücüsü ilə birlikdə onların olduğu yerə gəlmiş, onlar dəmir boruları yük avtomobilinə yükləmiş və İslamın dəmir qəbulu yerinə getmişlər. Orada dəmir borular çəkilmiş və İslam 75 manat pulu Fəridə vermiş, Fərid isə həmin pulu aralarında bölmüşdür. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində onlar yenidən K.Rzayev küçəsində yerləşən yarı sökülü obyektin yanına getmiş, obyektin içərisində olan dəmir borulardan 4 ədədini götürərək oradan uzaqlaşmış, obyektdən 200 metr kənarda yerləşən qarajın arxasında gizlətmişlər. Bundan sonra onlar həmin yerdən uzaqlaşaraq hərəsi öz yaşadıqları evə getmişlər. xx.xx.2024-cü il tarixdə Emil həmin boruları Faik adlı şəxsin idarə etdiyi qazel markalı yük avtomobilinə yükləyərək Faikin işlədiyi dəmir qəbulu yerinə aparmışdır. Həmin gün saat 16 radələrində Emil, Fərid və o, S.Vurğun küçəsində yerləşən “Araz” marketin yaxınlığında görüşmüş, Emil dəmir boruların satışından 40 manat pul əldə olunduğunu bildirmiş və əldə olunan pulları aralarında bölmüşdür. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində onlar yenidən K.Rzayev küçəsində yerləşən yarı sökülü obyektin yanına getmişlər, obyektin içərisində olan dəmir borulardan 4 ədədini götürərək oradan uzaqlaşmış, obyektdən 200 metr kənarda yerləşən qarajın arxasında gizlətmişlər. Bundan sonra onlar həmin yerdən uzaqlaşaraq hərəsi öz yaşadıqları evə getmişlər. xx.xx.2024-cü il tarixdə Emil həmin boruları Faik adlı şəxsin idarə etdiyi qazel markalı yük avtomobilinə yükləyərək Faikin işlədiyi dəmir qəbulu yerinə aparmışdır. Həmin gün saat 17 radələrində Emil, Fərid və o. S.Vurğun küçəsində yerləşən “Araz” marketin yaxınlığında görüşmüşlər və Emil dəmir boruların satışından 55 manat pul əldə olunduğunu bildirmiş və əldə olunan pulları aralarında bölmüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 26 dekabr 2024-cü il tarixdə günorta saatlarında özünə məxsus Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllədə yerləşən hasarla əhatə olunmuş 0.36 ha torpaq sahəsinə nəzarət etmək üçün getmişdir. Ora çatan zaman hasarın içərisində olan bir neçə il bundan öncə hər birini 50 manata aldığı 11 ədəd diametri 50 mm, qalınlığı 4 mm olan, hər birinin uzunluğu 5 metr, ümumi uzunluğu 55 metr olan dəmir borularının oğurlandığını aşkar etmişdir. Bundan sonra o, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsində yerləşən ticarət obyeki üçün nəzərdə tutulmuş yerdə tikintisi başa çatmamış obyektin içərisində olan özünə məxsus dam örtüyü üçün nəzərdə tutulmuş hər birinin dəyəri 50 manat olan 25 ədəd diametri 50 mm, qalınlığı 4 mm olan hər birinin uzunluğu 5 metr, ümumi uzunluğu 125 metr olan dəmir borularının oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi zamanı ona ümumilikdə 1800 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Onun şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Orcalı oğlu göstərdi ki, xx.xx.2024-cü il tarixdə Pirallahı rayonu sakini kimi tanıdığı İlham adlı şəxsin oğlu Emil ona zəng vuraraq dəmir borular satdığını bildirmiş, o, həmin boruların oğurluq olub-olmaması barədə soruşmuş, Emil isə həmin boruları dəniz kənarından yığdığını və özünə məxsus olduğunu bildirmişdir. O, idarə etdiyi “Qazel” markalı **-CF-*** d.q.n yük avtomobili ilə K.Rzayev küçəsinə getmiş və orada Emillə görüşmüş, Emil 3 ədəd dəmir boruları avtomobilin yük hissəsinə yükləmiş və onlar birlikdə onun işlətdiyi Pirallahı rayonu ərazisində yerləşən metal qəbulu yerinə gəlmişlər. Emil ehtiyac ucbatından özünə məxsus dəniz kənarından yığdığı dəmir boruları satdığını bildirmişdir. Orada 3 ədəd dəmir boruları çəkmişlər, həmin borular 130 kq ağırlıqda gəlmiş, o, həmin boruların müqabilində Emilə 45 manat pul vermiş və o çıxıb getmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Emil yenidən ona zəng vuraraq dəmir borular satdığını bildirmişdir. O, idarə etdiyi “Qazel” markalı **-CF- *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə K.Rzayev küçəsinə getmiş və orada Emillə görüşmüş, Emil 4 ədəd dəmir boruları avtomobilin yük hissəsinə yükləmiş və onlar birlikdə onun işlətdiyi Pirallahı rayonu ərazisində yerləşən metal qəbulu yerinə gəlmişlər. Onlar 4 ədəd dəmir boruları çəkmiş, həmin borular 120 kq ağırlıqda gəlmişdir. O, həmin boruların müqabilində Emilə 40 manat pul vermiş və o, çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə Emil yenidən ona zəng vuraraq dəmir borular satdığını bildirmiş, o, idarə etdiyi “Qazel” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı yük avtomobililə K.Rzayev küçəsinə getmiş və orada Emillə görüşmüş, Emil 4 ədəd dəmir boruları avtomobilin yük hissəsinə yükləmiş və onlar birlikdə onun işlətdiyi Pirallahı rayonu ərazisində yerləşən metal qəbulu yerinə gəlmişlər. Onlar 4 ədəd dəmir boruları çəkmiş, həmin borular 140 kq ağırlıqda gəlmişdir. O, həmin boruların müqabilində Emilə 55 manat pul vermiş və o, çıxıb getmişdir. Bundan sonra o, Emildən aldığı dəmir boruları müxtəlif şəxslərə müxtəlif məbləğdə satmışdır. O, Emildən dəmir boruları alarkən onların oğurluq olub-olmamasını soruşmuşdur, Emil isə dəmir boruların özünə məxsus olduğunu demişdir. Emildən üç dəfə dəmir boru almışdır. O, Emili tanıdığı üçün ondan heç bir sənəd istəməmişdir. O, dəmir boruları satdığı şəxslərin adlarını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Həmzəağa oğlu göstərdi ki, o, “Qazel” markalı ** UR *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşıma xidməti göstərir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında müştəri kimi tanıdığı İslam ona zəng vuraraq dəmir daşımaq lazım olduğunu bildirmişdir. O, idarə etdiyi “Qazel” markalı ** UR *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə İslamın işlədiyi ünvan 4 ünvanında yerləşən metal qəbulu yerinə getmişdir. İslam onun idarə etdiyi yük avtomobilinə əyləşərək 243 saylı məktəbin yaxınlığına sürməyini istəmişdir. Ora çatan zaman üzdən tanıdığı lakin adlarını bilmədiyi 3 nəfər şəxs onları qarşılamışlar. İslam həmin şəxslərdən birindən orada olan dəmir boruların oğurluq olub olmadığını soruşmuş, həmin şəxs isə boruların özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslər dəmir boruları onun idarə etdiyi avtomobilin yük hissəsinə yığmışlar. İslam və həmin üç nəfər şəxs onun idarə etdiyi yük avtomobilinə əyləşmiş və İslam ona avtomobili onun işlədiyi ünvan 4 ünvanında yerləşən metal qəbulu yerinə sürməyini istəmişdir. Ora çatan zaman dəmir boruları avtomobilin yük hissəsindən boşaltmışlar və o, çıxıb getmişdir. O, dəmir boruların oğurluq yolu ilə əldə olunduğunu bilməmiş, boruları onun avtomobilinə yükləyən şəxsləri üzdən tanıdığı, lakin adlarını bilmədiyi şəxslər olmuşdur. İbtidai istintaqda şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, uzun müddətdir ki, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Metal qəbulu ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Pirallahı rayon sakini kimi tanıdığı Fərid ona zəng vuraraq özünə məxsus olan metal satdığını, həmin metalların 243 saylı məktəbin yaxınlığında olduğunu bildirmişdir. O, Şakir adlı “Qazel” markalı yük avtomobilinin sürücüsünə zəng vuraraq metal daşımaq lazım olduğunu bildirmişdir. Bir neçə dəqiqədən sonra Şakir onun işlətdiyi ünvan 4 ünvanında yerləşən metal qəbulu yerinə gəlmişdir. Şakirlə o, Şakirin idarə etdiyi yük maşını ilə 243 saylı məktəbin yaxınlığına getmişlər. Orada Pirallahı rayon sakini kimi tanıdığı Emil, Bəhrəm və Fərid onları qarşılamışlar. O, Fəriddən dəmir boruların oğurluq olub olmadığını bir daha soruşduqda Fərid boruların oğurluq olmadığını bildirmişdir. Bundan sonra onlar həmin 7 ədəd dəmir boruları Şakirin idarə etdiyi yük maşınına yükləmişlər. Bundan sonra onlar onun işlətdiyi metal qəbulu yerinə getmiş, orada o, dəmir boruları tərəzi ilə çəkmiş, onların çəkisi 200 kq artıq olmuş və o, həmin boruların müqabilində onlara 75 manat pul vermişdir. Pulu götürdükdən sonra onlar çıxıb getmişlər. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində o, həmin boruları digər yığdığı metallarla birlikdə dərnəgül ərazisndə yerləşən metal qəbulu yerinə apararaq satmışdır. Dəmir boruları alarkən boruların oğurluq olubolmamasını soruşmuş, Fəridlə Emil boruların özlərinə məxsus olduğunu dediklərini, əvvəllərdə bir neçə dəfə Emil, Bəhrəm və Fəriddən metal aldığını, onları tanıdığı üçün dəmir boruları alarkən onlardan sənəd istəmədiyini bildirmişdir. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. İş materiallarında olan şübhəli şəxsin tutma haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutma haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutma haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi varədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Pirallahı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi varədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə Pirallahı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkməsinin 4(094)-36/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materillarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materillarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinmiş və 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materillarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxs2, anası X1r. İş materillarında olan xx.xx.2025-ci il tarixli 128 saylı arayışdan görünür ki, İbrahimov X4 rayonu Pirallahı qəsəbəsi 29-cu məhəllə küçəsi ev 9 mənzil 12 ünvanında qeydiyyatdadır. İş materillarında olan Pirallahı rayonu Mənzil-Kommunal Təsərrufatı Birliyinin 159 saylı MKİS – nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olub. ünvan 7 ünvanında qeydiyyatdadır və yaşayır. Ondan indiyə kimi Pirallahı rayonu Mənzil-Kommunal Təsərrufatı Birliyinin 159 saylı MKİS-nə heç bir şikayət daxil olmayıb. İş materillarında olan X2 24 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ekspertizaya nümunə kimi təqdim olunmuş, diametri 50 mm və qalınlığı 4 mm olan işlənməmiş dərnir borunun 1 metrinin 2024-cü ilin dekabr ayına olan təqribi dəyəri 9.00 (doqquz) manat məbləğində müəyyən edilir. İş materillarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. İş materillarında olan Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində Pirallah Rayon Məhkəməsinin 1(094)- 21/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü və onun icrası barədə xx.xx.2024-cü il tarixli göstərişi xx.xx.2024-cü il tarixdə icraata qəbul ediln edilmişdir. Məhkum Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmış və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Pirallahı Rayon Məhkəməsinin 1(094)- 21/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs2 təyin edilmiş 06 ay azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixədək 05 ay 14 gün hissəsi çəkilmiş, çəkilməmiş cəzası 16 gün təşkil edir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkməsinin 4(094)-4/2025 saylı xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ev dustaqlığında saxlanıldığı ümumilikdə 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bеləliкlə təqsirləndirilən şəxslərin qеyd еdilən əməllərinin cinаyət оlmаsını аrаdаn qаldırаn hаllаr, həmçinin оnun cinаyət məsuliyyətindən аzаd еdilməsi üçün əsаslаr yохdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi faktı onların etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 оğlunun törətdiyi cinayət əməlini etiraf edərək peşmançılıq çəkməsini, cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləhdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 оğlunun törətdiyi cinayət əməlini etiraf edərək peşmançılıq çəkməsini, cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləhdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 оğlunun törətdiyi cinayət əməlini etiraf edərək peşmançılıq çəkməsini, cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, yaşadığı yerdən müsbət xarakterizə olunduğunu Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləhdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə Pirallahı Rayon Məhkəməsinin 1(094)-4/2025 saylı, 11 mart 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 03 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ev dustaqlığında saxlanıldığı ümumilikdə 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin : - 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət; - 158.2.2 ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. - 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalından dərhal həbs edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 2 ünvanını axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkillərinə Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur, mülki iddia yoxdur, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə Pirallahı Rayon Məhkəməsinin 1(094)-4/2025 saylı, 11 mart 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 03 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ev dustaqlığında saxlanıldığı ümumilikdə 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 2 ünvanını axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən həxs Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı həhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 805 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən həxs Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı həhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 745 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən həxs Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı həhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 360 manat, məhkəmədə müdafiə edilməsinə görə Bakı həhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 396 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı həhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-5/2025
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-5/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver