Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-6/2023 27.01.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs X2 Donanmasının nümayəndəsi Nümayəndə Balağa oğlunun, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi K.Rzayev küçəsi ev 14 mənzil 39-da qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-35/2022 saylı 31 avqust 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə, eləcə də başqa saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə gizli yolla özgənin əmlakını ələ keçirmək məqsədilə 03 iyun 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan günlərin birində, saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağları 13-cü Cənub küçəsində yerləşən fərdi yaşayış evinə, yəni yaşayış sahəsinə evin pəncərəsindən qanunsuz daxil olaraq evin içərisində quraşdırılmış birinin dəyəri 63 manat, ümumi dəyəri 189 manat olan 2020-ci ildə alınmış “Baymak” şirkətinin istehsalı olan 03 ədəd yeddi gözlü, birinin dəyəri 108 manat, ümumi dəyəri 540 manat olan 2020-ci ildə alınmış “Baymak” şirkətinin istehsalı olan 05 ədəd on iki gözlü radiator və 01 ədəd dəyəri 750 manat olan “Baymak” şirkətinin istehsalı olan 32-lik kombi aparatını gizli yolla talayıb oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1479 (min dörd yüz yetmiş doqquz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə gizli yolla özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin iyul ayının əvvəllərində, saat 05 radələrində “X2 Donanması”nın balasında olan Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi Əzizbəyov küçəsində yerləşən ərzaq mağazasına, yəni binaya mağazanın arxa tərəfində olan giriş qapısının kilidini sındırmaqla, qanunsuz daxil olaraq, orada quraşdırılımış hər birinin qiyməti 150 manat, ümumi qiyməti 450 manat olan “Uğur” şirkətinin istehsalı olan 03 ədəd soyuducu mühərrikini, hər birinin qiyməti 75 manat, çəkisi 5 kq, ümumi qiyməti 300 manat olan 04 ədəd soyuq hava kütləsi vuran dəmir torları, hər birinin qiyməti 100 manat, ümumi dəyəri 600 manat olan 06 ədəd mis soyuducu radiatoru və ümumi dəyəri 150 manat olan 5 metr uzunluğunda ümumi çəkisi 5 kiloqram olan mis trubkaları gizli yolla talayaraq, zərərçəkmiş hüquqi şəxs “X2 Donanması”na ümumilikdə 1500 (min beş yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2022-ci ilin iyul ayında, saat 05:00 radələrində Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi Əzizbəyov küçəsində yerləşən ərzaq mağazasına arxa hissəsində olan qapının qıfılını sındırmaqla daxil olmuş, oradan 03 ədəd soyuducu mühərrikini, soyuducunun mis trubkalarını, 06 ədəd soyuducu radiatorlarını və 04 ədəd soyuq hava kütləsi vuran setkaları söküb özü ilə gətirdiyi 03 ədəd un kisəsinə yığmışdır. Daha sonra həmin əşyaları apararaq Pirallahı rayonu Pirallahı qəsəbəsi K.Rzayev küçəsində yerləşən 14 saylı binanın zirzəmisində gizlətmişdir. Növbəti gün saat 10 radələrində oğurladığı əşyaları satmaq məqsədilə Pirallahı qəsəbəsi Əzizbəyov küçəsində yerləşən mağazaya, yəni metal qəbulu ilə məşğul olan Faiq adlı şəxsin yanına getmişdir. Danışaraq 06 ədəd soyuducu radiatorunu və bis trubkaları 100 manat Faiqə satmışdır. Qalan 03 ədəd soyuducu mühərrikini və 04 ədəd soyuq hava kütləsi vuran dəmir torları isə Əzizbəyov küçəsində tanımadığı dəmir yığan şəxslərə satmışdır. Bundan başqa, o, 2022-ci ilin iyun ayının əvvəllərində, saat 04 radələrində Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağlarında yerləşən fərdi yaşayış evinin boş olduğunu görüb hasardan həyətə düşmdüş, evin pəncərəsini dəmir parçası ilə açıb içəri daxil olmuş, içəridə 01 ədəd kombi aparatını, birinci mərtəbədə və evin mansardında olan 08 ədəd istilik radiatorlarını söküb həyətə yığmış, sonradan bir-bir radiatorları həyətdən çölə atmış, özü də çölə çıxaraq taksi çağırmaq üçün yola tərəf getmiş, yolda “VAZ-2106” markalı taksi sürücüsü ilə 30 manata danışaraq 01 ədəd kombi aparatını və 07 ədəd istilik radiatorunu avtomobilə yükləmiş, 01 ədəd istilik radiatoru isə sındığından onu götürməmişdir. Daha sonra avtomobillə Sabunçu bazarına getmişdir. Orada yaşıl rəngli “VAZ 21011” markalı avtomobil idarə edən orta yaşlı rus milliyyətindən olan tanımadığı şəxs ona yaxınlaşaraq kombi və radiatorları ondan 450 manata almışdır. Bundan başqa Təqsirləndirilən şəxs 26 avqust 2022-ci il tarixdə Pirallahı rayonu Pirallahı qəsəbəsi K.Rzayev küçəsində yerləşən binaların birinin blokundan bir ədəd işlək olmayan su qızdırıcısını oğurladığını, həmin su qızdırıcısını 30 manata tanımadığı metal yığan şəxslərə satdığını, əməlinin üstü açıldıqdan sonra zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı ödədiyini bildirmişdir. Törətdiyi əməldən peşmandır. Onu da qeyd edir ki, o, 29 oktyabr 2020-ci il tarixdə SHXÇDX-nin Xəzər rayon İdarəsi tərəfindən qismən səfərbərliklə hərbi xidmətə göndərilib və Vətən Müharibəsində iştirak edib, 26 dekabr 2020-ci il tarixdə Silahlı qüvvələrdən ehtiyata buraxılıb. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində ona məxsus Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağları 13-cü Cənub küçəsində yerləşən fərdi yaşayış evin gəlmiş hər şeyin yerində olduğunu görüb getmişdir. xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində yenidən özünə məxsus qeyd etdiyi fərdi yaşayış evinə gedəndə pəncərənin açıq olduğunu, həyətdə olan nərdivanın isə pəncərəyə dayanıqlı vəziyyətdə olduğunu görmüşdür. Evin içərisinə daxil olduqda dəhlizdə, otaqlarda və çardaqda olan 08 ədəd radiatorun və 01 ədəd kombi aparatının oğurlandığını aşkar etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 özünə məxsus fərdi yaşayış evinə kamera quraşdırılmadığını, oğurluq nəticəsində ona ona 1479 manat məbləğində manat ziyan dəydiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir, lakin onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs - X2 Donanmasının nümayəndəsi qismində dindirilən Nümayəndə göstərdi ki, 2015-ci ildən XDND-da böyük dispetçer-sahə rəisi vəzifəsində işləyir. X2 Donanmasının balansında olan Pirallahı rayonu Əzizbəyov küçəsində yerləşən ərzaq mağazasını vəzifəyə təyin olunanda təhvil-təslim aktı ilə qəbul etmişdir. Həmin mağaza qəbul etdiyi müddət ərzində istifadəsiz qalmışdır. Mağazanın daxilində istifadəsiz qalmış 2 ədəd soyuducu kamera, 2 ədəd işləməyən buz dolabı və bir neçə digər avadanlıqlar vardır. O, həmin mağazaya 10 gündən bir baş çəkmişdir. xx.xx.2022-ci il tarixdə həmin mağazaya baş çəkən zaman mağazanın arxa hissəsində olan qapının kilidinin naməlum şəxs tərəfindən sındırılaraq içəridə olan hər birinin qiyməti 150 manat olan “Uğur” şirkətinin istehsalı olan 03 ədəd soyuducu mühərrikinin, hər birinin qiyməti 75 manat, çəkisi 5 kq, ümumi qiyməti 300 manat olan 04 ədəd soyuq hava kütləsi vuran dəmir torların, hər birinin qiyməti 100 manat, ümumi dəyəri 600 manat olan 06 ədəd mis soyuducu radiatorun və ümumi dəyəri 150 manat olan 5 metr uzunluğunda ümumi çəkisi 5 kiloqram olan mis trubkaların oğurlandığını aşkar etmişdir. Bundan başqa, Nümayəndə bildirmişdir ki, o, qiymətləndirmə aparılmış əşyalara qoyulmuş qiymətlə razıdır. Oğurluq edilmiş mağaza 1993-1995-ci illərdə fəaliyyət göstərmiş, o vaxtdan da fəaliyyətsiz qalmışdır. Hazirda onlarda həmin əşyaların istehsal tarixi, markası, modeli və digər xüsusiyyətləri barədə məlumat yoxdur. Lakin təxmini olaraq “Uğur” şirkətinin istehsalı olan soyuducunun mühərrikinin 1 ədədini 150, 1x0,60 metr olan mis soyuducu radiatorunun 01 ədədini 100 manat, 6 ədədini isə 600 manat qiymətləndirir. O, ilkin müraciətində təxmini olaraq 1500 manat ziyan dəydiyini hesablamış, hazırda da ekspert rəyi ilə məbləği müəyyənləşdirilməyən əşyalara özünün qoyduğu qiyməti hesabladıqda mağazaya 1500 manat ziyan dəydiyini fikirləşir. Bu səbəbdən də, ekspert rəyi ilə razıdır. Təqsirləndirilən şəxs tərəfindən X2 Donanmasına dəymiş zərər ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsə qanuna uyğun cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Orucəli oğlu göstərdi ki, o, boş vaxtlarında Pirallahı rayonu Əzizbəyov küçəsində ona məxsus dükanda metal qəbulu ilə məşğul olur. Təxminən 2022-ci ilin iyul ayında səhər saatlarında qəsəbə sakini kimi tanıdığı İlyas adlı şəxs 1 ədəd un kisəsinin içində soyuducuya aid mis trubkalar və 06 ədəd soyuducu radiatorunu gətirərək dayısının həyətindən götürdüyünü və satdığını bildirmiş, o isə həmin mis trubkalar və 06 ədəd soyuducu radiatorunu alaraq əvəzində İlyasa 100 manat pul vermişdir. Sonradan o, həmin radiatorları və mis trubkaları əritmək üçün təhvil vermişdir. Onun həmin əşyaların oğurluq olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, təxminən bir neçə ay bundan öncə polis əməkdaşları hazırda yaşadığı Pirallahı rayonu K. Rzayev küçəsi ev 6 mənzil 37-yə gələrək bibisinin nəvəsi Təqsirləndirilən şəxs ona təqdim edərək ondan İlyası tanıyıb-tanımadığını soruşmuşlar, o, isə cavabında tanıdığını bildirmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs metal qəbulu yerinə satdığı mis trubkaların və soyuducu radiatorların ona məxsus həyətdən götürüb-götürmədiyini soruşduqda o, həyətində hər hansı metal olmadığını, İlyasın da onun həyətindən metal götürmədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2022-ci il tarixli, 9/6723 №-li məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2020-ci ildə alınmış “Baymak” şirkətinin istehsalı olan 07 gözlü 03 ədəd radiatorun 01 ədədi 63 manat, 2020-ci ildə alınmış “Baymak” şirkətinin istehsalı olan 12 gözlü 05 ədəd radiatorun 01 ədədi 108 manat, “Baymak” şirkətinin istehsalı olan 01 ədəd 32-lik kombi aparatı 750 manat, hər birinin ayrılıqda çəkisi 5 kq olan soyuq hava kütləsi vuran 04 ədəd mis setkanın bir ədədi 75 manat, 5 metr uzunluğunda, ümumi çəkisi 5 kq olan mis trubkaların ümumi qiyməti 150 manat müəyyən edilir. Qərarın təsviri hissəsində göstərilən digər iki adda, yəni “Uğur” şirkətinin istehsalı olan 03 ədəd soyuducu mühərriki və 1x0,60 metr ölçülü 06 ədəd mis soyuducu radiatoru haqqında kifayət qədər məlumat (markası, modeli, istismar müddəti, istehsal yeri, istehsal ili, texniki göstəriciləri, əmtəə görünüşü və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası SHXÇDX-nin Xəzər rayon İdarəsi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli 76 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2020-ci il tarixdə SHXÇDX-nin Xəzər rayon İdarəsi tərəfindən qismən səfərbərliklə hərbi xidmətə göndərilib və Vətən Müharibəsində iştirak edib, 26 dekabr 2020-ci il tarixdə Silahlı qüvvələrdən ehtiyata buraxılıb. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 1(094)-15/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə barəsində 01 (bir) il 08 (səkkiz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, Zərərçəkmiş şəxs1 ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, “Vətən müharibəsi iştirakçısı” olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası SHXÇDX-nin Xəzər rayon İdarəsi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli 76 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2020-ci il tarixdə SHXÇDX-nin Xəzər rayon İdarəsi tərəfindən qismən səfərbərliklə hərbi xidmətə göndərilib və Vətən Müharibəsində iştirak edib, 26 dekabr 2020-ci il tarixdə Silahlı qüvvələrdən ehtiyata buraxılıb. Məhkəmə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” olmasını müstəsna hal kimi nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 62ci maddəsi tətbiq edilərək, ona təqsiləndirildiyi maddədə müəyyən edilmiş aşağı həddən də az azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 52-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 12 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır, xx.xx.2022-ci il tarixədək ona təyin edilmiş cəzanın 02 (iki) ay 04 (dörd) gününü çəkmiş, 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün çəkilməmiş cəzası qalmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 1(094)-15/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 29 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 45 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 1(094)-15/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 29 avqust 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-6/2023
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-6/2023
27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver