Məhkəmə qərarları › İş №1(094)-6/2024

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-6/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-6/2024 23.04.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X7 Adiloğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Pirallahı rayonu Dübəndi bağlarında 7-ci Cənub küçəsində evlərinin yaxınlığında boş sahədə tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı yumruqla və təpiklə sonuncunun qol və ayaq nahiyyələrinə qəsdən vuraraq ona sol əlin, mil-bilək oynağının yumuşaq toxumalarının əziyi, sağ saidin, sol baldırın sıyrığı ilə ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməl məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində Pirallahı rayonu, X5 küçəsi 7 nömrəli evdə yaşadığını, Zərərçəkmiş şəxs uşaq vaxtlarından tanıdığını, münasibətlərinin həmişə yaxşı olduğunu, aralarında heç bir ədavəti, düşmənçilikləri olmadığını, 2015-ci ilin aprel ayında Qarabağ döyüşlərində işdirak ediyini, Qarabağ əlili olduğunu, X3 ilə 3 aydır ki, qeyri rəsmi ər-arvad kimi yaşadığını, Pirallahı rayonu Dübəndi bağlarında evlərinin yanında dostuna məxsus bağa nəzarət etdiyini, xx.xx.2024-cü il tarixdə təxminən saat 01:00 radələrində bağdan çıxıb evlərinə gedərkən küçədə qardaşı Etibar, dostları Nicat, Nihat və Abdullahı gördüyünü bildirmişdir. O tanışları ilə görüşəndə Nicat onunla görüşməmiş, Könül yaxşı qadın deyil sözlərini deyəndən sonra onu təhqir etmiş, o Nicata kənara çəkilərək söhbət edək sözləri deyərək, bir yerdə 30-40 metr kənara çəkildiklərini, heç kəsin olmadığı yerdə qaranlıqda söhbət zamanı Nicatın onu təhqir etdiyi üçün o Nicatı vurub yerə yıxdığını, ayaqlarının arasında saxlayıb vuran zaman Nihat tez onlara yaxınlaşıb onları ayırdığını, sonradan Könüldə onların yanına gəldiyini, Nicat, Nihat və Abdullah ordan uzaqlaşıb getdiklərini bildirmişdir. O həmin günü nahar vaxtı 250 qram spirtli içki qəbul etdiyini, Nicatı yumruq və təpiklə döydüyünü, həmin vaxt əlində heç bir əşya olmadığını, lakin davadan sonra yerdən taxta parçası götürdüyünü və həmin taxta parçasını Nihatın onun əlindən alaraq atdığını bildirmişdir. Dalaşan vaxt yanlarında kənar heç kəsin olmadığını, Könülün davadan sonra gəldiyini, Nicatın onu vurmadığını, Nicat onun və Könülün haqqında yaraşmayan sözlər dediyi üçün Nicatı döydüyünü, hadisənin evlərinin yanında Pirallahı rayonu Dübəndi bağları 7-ci Cənub küçəsində baş verdiyini göstərmişdir. Məhkəmə iclasının sonunda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs bildirdi ki, vətən uğrunda aprel döyüşlərində iştirak etmiş və əlildir. Özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirib, barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində yuxarıda qeyd olunan ünvanda atası və anası ilə bir yerdə yaşadığını, özü Pirallahı rayon Dübəndi bağları ərazisində "SPAR" marketdə fəhlə işlədiyini, həmin marketdə Könül adlı bir qadının satıcı işlədiyini, Könülün ondan yaşda böyük olsada, onu sevib isdədiyini və Könülün hazırda həmin marketdən işdən çıxdığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 01:00 radələrində o dostu Nihat və Abdullah ilə birlikdə Pirallahı rayon Dübəndi bağlarında gəzən vaxt Şahid3 ilə rastlaşmış, Etibarla görüşüb bir qədər söhbət etdikdən sonra, Etibar onları evlərinə çay içməyə dəvət etmiş, onlar getmədiyi halda Etibar onları qonşuluqda nəzarət etdiyi bağda əkdiyi gül-çiçəyə baxmağı təklif etmiş, həyətə girib gül-çiçəyə baxandan sonra küçəyə çıxdıqda Etibarın qardaşı Təqsirləndirilən şəxs qonşu həyətdən çıxıb onlara yaxınlaşan zaman o Səbuhiyə əl verərək görüşməmişdir. Səbəb kimi Səbuhinin qıza görə onları atmasını deyərək yaxşı oğlan olmamasını bildirmişdir. Bu zaman Səbuhi onun yaxasından tutub kənarə çəkmiş və aralarında sözlə mübahisə düşmüşdür. Bundan sonra Səbuhi onu vurub yerə yıxmış, iki ayaqlarının arasına salıb, ayağına qoluna yumuruq təpik zərbələri vuraraq ona xəsarət yetirmiş, sonra onu yerdə sürümüş, yerdə onun sol əlinə, sağ qoluna və sol ayağına yumruq və təpiklə vurmuş, başı ilə onun sifətinə vurmuş, həmin vaxtı Nihat, Etibar və Abdullah onlara yaxınlaşıb ayırmış, onlar ayrıldıqdan sonra Səbuhi yenə əlinə taxta parçası götürüb onu sözlə döyəcəyi ilə hədələmiş, Nihat taxta parçasını Səbuhinin əlindən alıb atmış, o hadisə yerindən uzaqlaşaraq döyülməsi barədə polisə müraciət etmiş və ərizə yazmışdır. Təqsirləndirilən şəxs Könül ilə qeyri rəsmi ər-arvad kimi yaşadığını, Könülün əvvəllər onunla "SPAR" marketdə işlədiyini, münasibətlərinin yaxın olduğunu, Səbuhi Könülü ona qısqandığı üçün onu döydüyünü, Könül sonradan həyətdən çıxıb onların yanına gəldiyini, hadisə zamanı yanlarında kənar heç kəsin olmadığını, hadisə zamanı Səbuhini vurmadığını, mübahisələri 5-10 dəqiqə davam etdiyini göstərmişdir. Əlavə etdi ki, Səbuhi ilə barışmamışdır, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs ilə dost olduğunu, münasibətləri həmişə yaxşı olduğunu, xx.xx.2024-cü il tarixdə təxminən saat 00:30 radələrində Pirallahı rayonu Dübəndi bağlarında o, Nicat və Abdullah bir yerdə həmişəki kimi Dübəndi bağlarında gəzən vaxtı dəniz kənarının yaxınlığında dostları Şahid3 ilə rastlaşdıqlarını, 5-10 dəqiqə söhbət edəndən sonra Etibarı evlərinə ötürmək istədikdə, Etibar onları evlərinə çay içməyə dəvət etmiş, onlar gec olduğu üçün getmədiklərini bildirəndə, Etibar onları qonşuluqda nəzarət etdiyi bağda əkdiyi gül-çiçəyə baxmağa dəvət etmiş, onlar bağa, həyətə girib baxandan sonra küçəyə çıxanda Etibarın qardaşı Təqsirləndirilən şəxs qonşu həyətdən küçəyə çıxmış, onların yanına gəlmiş, onlarla görüşəndə Nicat Səbuhi ilə görüşməmiş, sonra söhbət zamanı Nicat Səbuhiyə səni çoxdan tanıyıram, dostumsan, Könüldən ayrıl, Könül yaxşı qız deyil sözü deyəndə, Səbuhi Nicatla işim var deyib Nicatı çəkib kənara aparmış, Səbuhi ilə Nicat onlardan ayrılıb təxminən 30-40 metir aralaşmış, qaranlıq yerə getmş, 5 dəqiqə sonra Səbuhinin Nicatı döyməsini görüb o tez Səbuhinin yanına getmiş, həmin vaxtı Səbuhinin Nicatı yerə yıxıb döyməsini görmüş, onları ayırmış, davadan sonra Könüldə həyətdən çıxıb onların yanına gəlmiş, Səbuhi əlinə taxta parçası götürüb Nicatın üstünə gedəndə o taxta parçasını Səbuhinin əlindən almış, sonra hadisə yerindən ayrılanda Nicat şikayət edəcəyini bildirərək çıxıb getdiyini bildirmişdir. Hadisə zamanı Nicat Səbuhini vurmadığını, hadisə zamanı orda kənar heç kəsin olmadığını, onlar dava etmədiklərini, kənarda olduqlarını, orada Abdullah, o və Etibar olduğunu, hadisənin səbəbi Nicatın Könülün dalınca danışmasına görə baş verdiyini gösdərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2h Etibar oğlu ifadəsində Şahid1 ifadəsini təsdiq edən eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş digər Şahid3 Şahid1 ifadəsini təsdiq edən eyni məzmunlu ifadə vermişdir. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, zamanı əməli törətmiş şəxs Mirzəyev X1 rayonu, Dübəndi bağları 7-ci Cənub küçəsində boş sahəni göstərərək göstərərək 15 fevral 2024-cü il tarixdə saat 01:00 radələrində tanışı Zərərçəkmiş şəxs məhz həmin yerdə döydüyünü bildirmişdir. Səhiyyə Nazirliyinin MTE-nin və PAB-nin Pirallahı rayon şöbəsinin 17 fevral 2024-cü il tarixli 09 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- sol əlin, mil-bilək oynağının yumuşaq toxumalarının əziyi, sağ saidin, sol baldırın sıyrığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən müayinədən 1 günə qədər əvvəl törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. DİN BƏSİİ tərəfindən göndərilmiş tələbnamədən görünür ki, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli müraciət vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildən təyin edilmiş 2-ci dərəcə əlilliyə görə müavinət və təqaüd ödənişlərinin birdəfəlik ödənilməsi üçün müraciət edir. İşdə olan Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlilliyi olan şəxs kimi pensiya alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf etməsi, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi böyük ictimai təhlükə törətməyən əməlini məhkəmə iclasının sonunda etiraf edərək peşman olmasını, onun müharibə veteranı olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22.00dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiə Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiə ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə iclaslarında göstərilmiş hüquqi yardıma görə 15 saat) cəmi 180 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,0 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar