Məhkəmə qərarları › İş №1(094)-7/2023

Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-7/2023

13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-7/2023 13.01.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Çingiz oğlunun, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 40-cı məhəllə ev 1 A mənzil 19-da qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli 4(094)- 36/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 12 sentyabr 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmiş, saxlamış, daşımış və narkotik vasitələri satmışdır. Belə ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə axşam saatlarında, istintaqa şəxsiyyəti məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi ilə və şəxsi istifadəsi üçün, 17 ədəd siqaret kağızına bükülmüş bükümdə narkotik vasitə heroin əldə edərək, üzərində saxlamaqla, daşımış və gəzdirmiş, həmin bükümlərdən 07 ədəd bükümdə narkotik vasitə heroini özü qəbul etmiş, 02 ədəd bükümünü 03 gün əvvəl Pirallahı rayon sakini Namiq adlı şəxsə 10 manata satmış, digər qalan qanunsuz olaraq satış məqsədilə və şəxsi istifadəsi üçün əldə etdiyi 08 ədəd siqaret kağızı bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,115 qram, 0,195 qram, 0,145 qram, 0,099 qram, 0,120 qram, 0,104 qram, 0,120 qram, 0,134 qram olmaqla, ümumi təmiz çəkisi 1,032 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində olan qara rəngli cins şalvarının sol yan cibində saxlamaqla, daşımışdır. 12 sentyabr 2022-ci il tarixdə saat 16:15 radələrində Bakı şəhəri Pirallahı RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhəri Pirallahı rayonu Əzizbəyov küçəsində yerləşən «Retro» şadlıq sarayının yaxınlığında piyada hərəkətdə olduğu vaxt saxlanılaraq, şöbənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən qanunsuz olaraq satış məqsədilə və şəxsi istifadəsi üçün əldə etdiyi 08 ədəd siqaret kağızı bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,115 qram, 0,195 qram, 0,145 qram, 0,099 qram, 0,120 qram, 0,104 qram, 0,120 qram, 0,134 qram olmaqla, ümumi təmiz çəkisi 1,032 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, ARDNŞ-nin X2 ASC-də matros vəzifəsində işləyir, orta təhsillidir, əvvəllər psixiatriya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamış, həmin xəstəxanalarda qeydiyyatda deyildir. Təxminən bir ilə yaxındır ki, narkotik vasitə heroin qəbul edir. Narkotik vasitəni tüstüsünü çəkməklə qəbul edir. Heroini qəbul etməkdə məqsədi bədənində olan ağrılardır. Narkotik vasitə heroini Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda alaraq qəbul etmişdir. Sonradan onun maddi vəziyyəti pisləşmiş, pul qazana bilməmiş, istəmişdir ki, hansı yolla olursa, olsun pul qazansın. Ona görə də qərara gəlmişdir ki, özü narkotik vasitə əldə etsin, bir hissəsini satsın, bir hissəsini də özü qəbul etsin, həm də qazanc əldə etsin. Tutulduğu gündən bir həftə əvvəl, yəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında onun bədəni ağramış, istəmişdir ki, narkotik vasitə əldə etsin, bir hissəsini qəbul etsin, bir hissəsini də satıb narkotik vasitəyə sərf etdiyi pulu qazansın. Ona görə də həmin vaxt o, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində olduğu vaxt, orada tanımadığı bir şəxslə rastlaşmış, həmin şəxsə bədəninin ağrıdığını və narkotik vasitə heroin istədiyini bildirmişdir. Həmin şəxs də ona onda narkotik vasitə heroin olmasını və neçə büküm lazım olmasını bildirmişdir. O, da həmin şəxsə bildirmişdir ki, ona təxminən 2 qram çəkidə narkotik vasitə heroin lazımdır. Həmin şəxs ona bildirmişdir ki, onda 2 qrama yaxın 17 ədəd xırda bükümlər şəklində narkotik vasitə heroin vardır. Həmin bükümlər şəklində olan heroinin ümumi qiyməti 100 manat təşkil edir. O, da həmin şəxslə razılaşmış, ona 100 manat pul verməklə, həmin şəxsdən 17 ədəd siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin almışdır. Həmin 17 ədəd bükümdə narkotik vasitə heroini üzərində olan kapşonkalı köynəyin cibində saxlamış və gəzdirməklə, daşımışdır. Həmin aldığı narkotik vasitədən bir hissəsini, yəni 7 ədəd bükümdə narkotik vasitəni özü qəbul etmiş, digər 10 ədəd bükümünü isə üzərində saxlamışdır ki, nə vaxtsa qəbul etsin, həmçinin istəyən olsa satsın. Təxminən 03 gün əvvəl yeni tanıdığı Namiq adlı şəxslə Pirallahı rayonu Əzizbəyov küçəsində yerləşən “Retro” şadlıq sarayının yaxınlığında rastlaşmışdır. Söhbət zamanı Namiq ona demişdir ki, bədəni ağrayır, onda narkotik vasitə varsa, ona satsın. O, da Namiqə onun üzərində narkotik vasitə heroin olduğunu və ona nə qədər lazım olduğunu bildirmişdir. Namiq ona 2 büküm narkotik vasitə heroin lazım olduğunu və neçəyə satdığını demişdir. O, da Namiqə iki bükümü 10 manat satdığını bildirmişdir. Namiq onunla razılaşmış, ona 10 manat pul vermiş, o, da Namiqə 2 bükümdə narkotik vasitə heroin satmış, digər 8 ədəd bükümdə narkotik vasitə heroin isə üzərində olan qara rəngli cins şalvarın sol yan cibində saxlamışdr. Sonradan həmin bükümləri evdə şübhələnməsinlər deyə “Pal mall” siqaret qutusunun içərisinə qoymuş və siqaret qutusunu əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxlamışdır. 12 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində o, Bakı şəhəri Pirallahı rayonu Əzizbəyov küçəsində yerləşən “Retro” şadlıq sarayının yaxınlığında piyada hərəkət edərkən ona 2 nəfər mülki geyimdə şəxslər yaxınlaşmışlar. Özlərini ona təqdim edəndən sonra, o, həmin şəxslərin polis əməkdaşları olmasını bilmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Pirallahı RPŞ-nə dəvət etmişlər. O, da onlara etiraz etməmiş, onlarla birlikdə Pirallahı RPŞ-nə gəlmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları ona üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa onlara təqdim etməsini bildirmişlər. O, da polis əməkdaşlarına üzərində olan qara rəngli cins şalvarının sol yan cibində bir ədəd “Pal mall” siqaret qutusunun içində 8 ədəd siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin olduğunu bildirmişdir. Sonra o, əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxladığı bir ədəd “Pal mall” siqaret qutusunun içində 8 ədəd siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroini çıxarıb polis əməkdaşlarına təqdim etməklə, masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusu açıldıqdan sonra içərisində olan 8 ədəd siqaret kağızı bükümləri açılarkən, bükümlərin içərisində tozşəkilli maddənin olması aşkar edilmiş və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar edilmiş 08 ədəd siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin əslində 17 ədəd bükümdə olduğunu və həmin bükümləri xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 100 manata satış məqsədilə və özünün istifadəsi üçün aldığını və üzərində saxlamaqla gəzdirdiyini, həmin bükümlərdən 7 bükümünü özü qəbul etdiyini, 2 bükümünü Pirallahı rayon sakini Namiq adlı şəxsə 10 manata satdığını, qalan 8 ədəd büküm isə əynində olan qara rəngli cins şalvarının sol yan cibinə qoyub saxladığını və daşıdığını, fikri də bir hissəsini özü qəbul edəcəyini, bir hissəsini də satacağını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün və qazanc əldə etmək məqsədilə satmaq üçün əldə etmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. O, üzərindən aşkar edilmiş 08 ədəd siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroindən heç kimə satmağa imkan tapmamış, polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl o, 17 ədəd bükümdə narkotik vasitə heroin Binə qəsəbəsində tanımadığı şəxsdən 100 manata əldə etmiş, həmin 17 ədəd bükümdən 2 ədəd bükümü 10 manata Namiq adlı şəxsə satmış, o, Namiqdən başqa heç kimə narkotik tərkibli maddələr satmamış və hədiyyə etməmiş, 7 ədəd bükümü özü qəbul etmişdir. O, həmin şəxsdən əvvəllər də narkotik tərkibli maddələr almışdır. Onunla Xəzər rayonu Binə qəsəbəsi ərazisində rastlaşmış, çünki bilmişdir ki, o, həmin məhəllədə piyada gəzir, lakin onunla telefon əlaqəsi saxlamamışdır. Üzərindən aşkar edilmiş 08 ədəd siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin ona məxsusdur. Satış məqsədilə əldə etmişdir. Həmin kütlələrin çəkisinin nə qədər olmasını bilməmişdir. O, üzərindən aşkar edilmiş narkotik tərkibli kütlələrin çəkisini bilməmiş, amma həmin kütlələr büküm şəklində olmuş, ona görədə o, ekspertizanın rəyində göstərilən çəki ilə razıdır. O, polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir. Onun heç kimdən şikayət və tələbi yoxdur. O, həmin şəxsi tanımır, onunla Binə qəsəbəsində rastlaşmış, onun harada yaşamasını bilmir, əynində ağ rəngli qısaqol köynək, göy rəngli cins şalvar, qara rəngli yay ayaqqabısı olmuşdur. O, Namiqə birinci dəfədir ki, narkotik tərkibli maddələr satmış, amma başqa şəxslərə də satdığı olmuşdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili X1 göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Pirallahı RPŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadə etməsi və satışı ilə məşqul olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar şöbə rəhbərliyinə məruzə edildikdən sonra, əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş, əməliyyat qrupuna o, rəhbərlik etmiş, əməliyyat qrupuna Pirallahı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs olduğu yerinin müəyyən edilməsi üçün tərəflərindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, əməliyyat – axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı rayonu Əzizbəyov küçəsində yerləşən “Retro” şadlıq sarayının yaxınlığında piyada hərəkət etməsini müəyyən etdikdən sonra, ona yaxınlaşaraq, özlərini ona təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs bildirmişlər ki, barəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadə etməsi və satışını həyata keçirməsi ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar polis şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs də onlarla polis şöbəsinə gəlməyə etiraz etməmiş və birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin xidməti otaqlarının birində, əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək hansı səbəbə PŞ-nə gətirildiyi, üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulmuş və əgər varsa həmin qanunsuz əşyanın könüllü təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 100 manata 17 ədəd siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin almış, həmin 17 ədəd bükümdə narkotik vasitə heroini üzərində olan kapşonkalı köynəyin cibində saxlamış və gəzdirməklə, daşımışdır. Həmin aldığı narkotik vasitədən bir hissəsini, yəni 7 ədəd bükümdə narkotik vasitəni özü qəbul etmiş, digər 10 ədəd bükümünü isə üzərində saxlamışdır ki, nə vaxtsa qəbul etsin, həmçinin istəyən olsa satsın. Təxminən 03 gün əvvəl yeni tanıdığı Namiq adlı şəxslə Pirallahı rayonu Əzizbəyov küçəsində yerləşən “Retro” şadlıq sarayının yaxınlığında rastlaşmış, üzərində olan narkotik vasitənin iki bükümünü Namiqə 10 manata satmış, digər 8 ədəd bükümdə narkotik vasitə heroin isə üzərində olan qara rəngli cins şalvarın sol yan cibində saxlamışdır. Sonradan həmin bükümləri evdə şübhələnməsinlər deyə “Pal mall” siqaret qutusunun içərisinə qoymuş və siqaret qutusunu əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığını və həmin kütlələri təqdim edə biləcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı bir ədəd “Pal mall” siqaret qutusunu təqdim etmişdir. Sonra isə tərəflərindən həmin bir ədəd “Pal mall” siqaret qutusuna baxış keçirilərkən, içərisindən 8 ədəd siqaret kağızına bükülmüş bükümdə içərisində qəhvəyi rəngli tozşəkilli heroinə bənzər maddənin olması aşkar edilmişdir. Həmin aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun, müdafiəçi və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 08 ədəd siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin əslində 17 ədəd bükümdə olmuş, o, həmin bükümləri xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 100 manata satış məqsədilə və özünün istifadəsi üçün almış və üzərində saxlamaqla gəzdirmiş, həmin bükümlərdən 7 bükümünü özü qəbul etmiş, 2 bükümünü Pirallahı rayon sakini Namiq adlı şəxsə 10 manata satmış, qalan 8 ədəd büküm isə əynində olan qara rəngli cins şalvarının sol yan cibinə qoyub saxlamış və daşımış, fikri də o olmuşdur ki, bir hissəsini özü qəbul edər, bir hissəsini də satar, üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün və qazanc əldə etmək məqsədilə satmaq üçün əldə etmişdir, əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Onlara Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və özünün istifadəsi ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o, ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, əvvəllər məhkum olunmuş, 2021-ci ilin dekabr ayında azadlığa buraxılmışdır, heç bir yerdə işləmir. Bakı şəhəri Pirallahı rayon sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. O, özü narkotik vasitənin heroin növündən qəbul edir. Narkotik vasitəni qəbul etməkdə məqsədi bədənində olan ağrılardır. Təxminən 2013-cü ildən etibarən narkotik vasitə qəbul edir. Narkotik vasitəni tüstüsünü çəkməklə qəbul edir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, yaşadığı evində olmuş, həmin vaxt onun bədəni ağramışdır, qərara gəlmişdir ki, narkotik vasitə heroin əldə edərək qəbul etsin. Ona görə də o, yaşadığı evdən çıxaraq yaşadığı küçədə yerləşən “Retro” şadlıq sarayının yaxınlığına gəlmiş və orada piyada hərəkətdə olduğu vaxt, Elçinlə rastlaşmışdır. Ona bədəninin ağrıdığını, ona təcili iki büküm narkotik vasitə heroin lazım olduğunu demişdir. Elçin onda iki bükümdə narkotik vasitə heroinin olduğunu və iki bükümü 10 manata satdığını bildirmişdir. O, da Elçinlə razılaşmış və ona 10 manat verməklə, ondan iki bükümdə narkotik vasitə heroin almışdır. Aldığı narkotik vasitəni həmin tarixdə axşam saatlarında qəbul etdiyindən istintaqa təqdim edə bilməmişdir. Sonradan onu xx.xx.2022-ci il tarixdə Pirallahı rayon Polis Şöbəsinə dəvət edərək orada ona bildirmişlər ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmış və üzərindən narkotik vasitə aşkar edilmişdir. Sorğu zamanı o, etiraf etmişdir ki, Təqsirləndirilən şəxs ona da iki büküm narkotik vasitə satmışdır. O, polis əməkdaşlarına bildirmişdir ki, o da narkotik vasitə istifadə etdir. Bədəni ağrıdığına görə xx.xx.2022-ci il tarixdə axşam saatlarında Pirallahı rayonu Əzizbəyov küçəsində yerləşən “Retro” şadlıq sarayının yaxınlığında Elçindən 10 manata iki bükümdə narkotik vasitə heroin alaraq qəbul etmişdir. Sonradan o, Elçinlə görüşməmiş və ondan narkotik vasitə almamışdır. O, əvvəllər də Elçindən narkotik vasitə almamışdır. Birinci dəfə idi ki, alırdı. O, Elçinin təxminən bir ildir ki, narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumatı olmuşdur. Lakin Elçinin ona satmış olduğu narkotik vasitəni haradan və ya kimdən əldə etməsi barədə əvvəlcədən məlumatı olmamışdır. İş materiallarında olan 13 sentyabr 2022-ci il tarixli, 6/5130 №-li məhkəmə fizikikimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə…» yazı və imzalar olan zərfdə 8 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,115 qram, 0,195 qram, 0,145 qram, 0,099 qram, 0,120 qram, 0,104 qram, 0,120 qram, 0,134 qram olmaqla, ümumi təmiz çəkisi 1,032 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: təmiz çəkisi -1,032 qram olan narkotik vasitə heroinin 0,4 qramı tədqiqata sərf edilmiş, 0,632 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88,00 (səksən səkkiz) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli, 6544 №-li ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomiyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 21 noyabr 2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,115 qram, 0,195 qram, 0,145 qram, 0,099 qram, 0,120 qram, 0,104 qram, 0,120 qram və 0,134 qram , ümumi təmiz çəkisi 1,032 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut qismində tanınmış və ekspert tədqiqatından sonra qalıq çəkisi 0,632 qram olan narkotik vasitə heroin saxlanılması üçün Pirallahı RPŞ-nin Saxlama Yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 03 noyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Pirallahı rayon məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay 06 gün müddətinə aylıq qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, islah işləri cəzasına məhkum edilmiş, cəzasını tam çəkib qurtarmış, məhkumluğu ödənilmiş və götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və narkotik vasitələri satması cinayətini törətməsi onun özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsnun törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, məhkumluğunun olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxsnun cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CMin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli tutulduğu 12 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,632 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 88 (səksən səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 45 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə baxışı zamanı 20 saat) cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,632 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar