Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-8/2024 07.05.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Orucova Kəmalə İsbəndiyar qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, müdafiəçi –Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" şirkətində qeydiyyatçı işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsi, ev 17A-da qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan suiistifadə etməklə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs1 əlavə qazanc əldə etmək barədə yalan vəd verib aldadaraq 30000 manat dəyərində müxtəlif markalı tütün məhsullarını və atasının müalicəsi ilə bağlı yalan məlumatlar verərək 1500 manat pulunu ələ keçirib aldadaraq, ümumilikdə Zərərçəkmiş şəxs1 31500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 topdan ərzaq məhsullarının satışı ilə məşğul olacaqları barədə yalan vəd verib etibarından sui-istifadə edib aldadaraq, ilkin olaraq 2023-cü ilin yanvar ayından aprel ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda Bakı şəhəri ərazisində yerləşən müxtəlif ünvanlarda, sonuncu dəfə Bakı şəhəri, Pirallahı rayonu ərazisində, hissə – hissə olaraq, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 24000 manat pulunu alaraq ələ keçirib Zərərçəkmiş şəxs2 24000 manat miqdarında, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 ilə topdan qazlı və qazsız içkilərin satışı ilə məşğul olacaqları barədə yalan vəd verib etibarından suiistifadə edib aldadaraq, 2023-cü ilin may ayında müxtəlif vaxtlarda hissə-hissə olaraq Bakı şəhəri, Suraxanı rayonu ərazisində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 23000 manat pulunu alaraq ələ keçirib Zərərçəkmiş şəxs5 23000 manat miqdarında, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 ilə topdan ərzaq məhsulları satışı ilə məşğul olacaqları barədə yalan vəd verib etibarından suiistifadə edib aldadaraq, 2023-cü ilin may ayının ortalarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Qara Qarayev metro stansiyasının yaxınlığında 9000 manat pulunu alaraq ələ keçirib Zərərçəkmiş şəxs4 9000 manat miqdarında, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 ilə topdan ərzaq məhsulları satışı ilə məşğul olacaqları barədə yalan vəd verib etibarından suiistifadə edib aldadaraq, Bakı şəhəri, Pirallahı rayonu ərazisində 2023-cü ilin iyun ayında müxtəlif vaxtlarda hissə-hissə olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 17000 manat pulunu alaraq ələ keçirib Zərərçəkmiş şəxs3 17000 manat miqdarında, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, təqsirlləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş və ona elan olunmuş ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 təxminən yeddi ilə yaxındır ki tanıyır. Onunla əvvəllər aralarında ədavət, düşmənçilik olmayıb. 2023-cü ilin yanvar ayında Pirallahı rayonda yerləşən Tağıya məxsus bərbər dükanında Tağı ilə görüşərək ona topdan yağ satışı ilə məşqul olmağı təklif etmişdir. Əldə olunan gəliri yarıya böləcəklərini bildirmişdir. Görüşdükləri gündən təxminən bir həfdə sonra Tağı ona 5000 manat pul vermişdir. 2023-cü ilin mart ayında o Tağıya zəng edərək 1200 manat qazanc əldə olunduğunu və əlavə su işi təklif etmişdir. Tağı da onunla yenidən razılaşaraq 3800 manat pulu Kapital Banka məxsus olan kartına göndərmişdir, həmin gün axşam saatlarında isə mən Tağı ilə görüşdüyünü və Tağının ona 1200 manat pul verdiyini bildirmişdir. Mart ayının ortalarında o Tağıya yenidən zəng vuraraq pul lazım olduğunu bildirmiş və ondan 10000 manat pul almışdır. Bundan sonra 10400 manat pulu Tağıya Pirallahı rayonunda Tağıya məxsus bərbərxanada vermiş qalan 1000 manatı isə 3 gün sonra kartına atmışdır. 2023-cü ilin aprel ayında Tağıya zəng vuraraq ondan su alıbsatmaq üçün pul istəmiş, Tağı isə ona alıb qaytarmadığı 10000 manatın qazancını ona qaytardıqdan sonra ona yenidən pul verəcəyini bildirmişdir. 2023-cü ilin aprel ayının 17-də Pirallahı rayonunda Tağı ilə görüşərək ona 550 manat pul vermiş və onlar birlikdə Tağının maşını ilə yol gedərkən yolda yenidən iş haqqında danışmışlar, Tağı ona əgər pul tapsa verəcəyini bildirmişdir. 2023-cü ilin aprel ayının 27-də Tağı ona zəng vuraraq 5000 manat pul tapdığını bildirmişdir. O Tağıya məxsus bərbər dükanında Tağı ilə görüş və Tağı ona 5000 manat pul vermişdir. 2023-cü ilin may ayında yenidən Tağıya zəng vuraraq su işi ilə əlaqədar ondan yenidən pul istəmiş, Tağı isə pulunun olmadığını, tapacağı təqdirdə xəbər verəcəyini bildirmişdir. 2023-cü ilin may ayında Tağı ona zəng vuraraq 5000 manat pul tapdığını bildrmiş, o Tağıdan həmin pulu kart hesabına atmasını istəmiş, Tağı həmin pulu onun kart hesabıma atmışdır. Bundan 3-4 gün keçdikdən sonra Tağı yenidən onun kart hesabına 4000 manat pul atmışdır. 2023-cü ilin iyun ayının əvvəllərində o Tağıya zəng vuraraq yağ işi ilə əlaqədar pul istəmiş, Tağı pulunun olmadığını bildirmişdir. Bundan başqa 2023-cü ilin fevral ayında o uzun illərdi Suraxanı sakini kimi tanıdığ Zərərçəkmiş şəxs1 zəng vuraraq ondan nisyə siqaret məhsulları istəmiş və ona tütün məmulatlarını topdan sataraq tütün məmulatlarının pulunu və ona əlavə olaraq qazan verəcəyimi bildirdir. Sənan onunla razılaşaraq 2023-cü ilin fevral ayının 4-də ona 20350.90 manatlıq siqaret vermişdir. 2023-cü ilin mart ayının 4-də o, Sənana yenidən zəng vuraraq siqaret istəmiş, həmin vaxt oSənandan 11830 manatlıq müxtəlif markalı tütün məmulatları almışdır. 2023-cü ilin aprel ayının 6-da isə o Sənandan 15441.10 manatlıq tütün almışdır. Həmin üç ay ərzində o ümumilikdə Sənandan 69728 manatlıq tütün məmulatları götürmüşdür. 2023-cü ilin aprel ayının sonlarında o Sənana zəng vuraraq yalandan atasının əməliyyat olunacağını bildirərək ondan 1500 manat pul almışdır. O, həmin puldan Sənana yalnız 39728 manatını müxtəlif vaxtlarda hissə-hissə qaytarmışdır. Qalan 30000 manat pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir.Bundan sonra 2023-cü ilin may ayının əvvəlllərində o Tağı ilə Əmircan qəsəbəsində görüş həmin vaxt Tağı onu Zərərçəkmiş şəxs5 ilə tanış etmişdir. Söhbət əsnasında o Samirə birlikdə iş qurmağı təklif etmiş və işin qazlı və qazsız içkilərin satışı olacağını əldə olunana qazancdan ona pul verəcəyini bildirmişdir. May ayının 6-da ilkin olaraq Sənan ona Tağının yanında 10000 manat pul vermişdir. Bundan sonra o tez-tez Sənana zəng vuraraq işlərin yaxşı getdiyini bildirmişdir. O Sənan şübhələnməsin deyə müxtəlif vaxtlarda hissə-hissə Sənanın bank kartına 600 manat pul göndərmişdir. Sonuncu dəfə o Sənanın kart hesabına 200 manat göndərərkən ona duru yağ satışı işini təklif etmiş və ona əldə olunan qazancdan yaxşı pul verəcəyimi bildirərək ondan əlavə olaraq 13000 manat pul istəmişdir. Sənan ona halhazırda pulunun olmadığını, adına kredit rəsmiləşdirdikdən sonra ona pul verəcəyini bildirmişdir. May ayının 31-də Sənan onun kart hesabına pulun yarı hissəsini göndərmiş, qalan hissəsini isə Əmircanda vermişdir. Bundan başqa 2023-cü ilin may ayında Tağının vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs4 ilə söhbət əsnasında ona birlikdə iş görməyi təklif etmişdir. Elnurun işin nədədn ibarət olduğunu soruşduqda o işin ərzaq məhsullarının alınaraq topdan satılacağını və əldə olunan qazancı onunla bölünəcəyini bildirmişdir. Bundan sonra o, Elnurla Nizami rayonu Qara Qarayev metro stansiyası yaxınlığında görüşərək Elnurdan 9000 manat pul almışdır. Bundan başqa 2023-cü ilin iyun ayının ortalarında o Tağının qardaşı Alimlə danışıb Pirallahı rayonu ərazisində görüşmüşdür. Söhbət zamanı onunla birlikdə iş görüb əlavə gəlir əldə etmək barədə söhbət etmişdir. O, Alimə iş görmək üçün 19000 manat pul lazım olduğunu bildirmişdir. Alim onunla razılaşaraq ona 10000 manat pul vermişdir. Növbəti gün isə Alim 7000 manat pulu onun kart hesabına göndərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs 6 ilə yaxındır ki tanıyır. 2023-cü ilin yanvar ayıda Hüseynlə Pirallahı rayonu ərazisində görüşmüş, həmin vaxt Hüseyin ona kərə yağı satışı ilə məşqul olmağı və əldə olunan gəliri yarıya bölməyi təklif edib. Həmin vaxt o Hüseynə 5000 manat pul verib. 2023-cü ilin mart ayında Hüseyn ona zəng vuraraq 1200 manat gəlir olduğunu və həmin pulu sərinləşdirici içkilərin satışına sərf etməyi və imkan olarsa əlavə pul qoymağı təklif edib. O Hüseynlə razılaşaraq ona 3800 manat pul vermişdir, həmin gün axşam saatlarında isə onunla görüşərərk 1200 manat pul vermişdir. 2023-cü ilin aprel ayında Hüseyn 1100 manat gəlir olduğunu demiş və onun kart hesabına 550 manat pul köçürdərək yeni işlər olduğunu bildirmişdir. Onun Hüseynə etibarı yarandığı üçün tanışlarından 15000 manat borc alaraq 2023-cü aprel ayında Hüseynə vermişdir. 2023-cü ilin may ayında Hüseyn onun kartına 450 manat pul köçürtmüş və ondan yenidən pul istəmişdir. 2023-cü ilin iyun ayında Hüseynə zəng vursa da Hüseynə zəng çatmamışdır. Sonradan qardaşı Alim ona zəng vuraraq Hüseynə 17000 manat pul verdiyini lakin Hüseynə zəng çatmadığını bildirmişdir. O qardaşı Alimlə birlikdə Hüseynin yaşadığı ünvana getmiş, orada Hüseynin onu və digər şəxsləri aldatdığı aşkara çıxmışdır. Hüseynin ona ümumilikdə 24000 manat maddi ziyan vurmaqla ona qarşı dələduzluq etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 2023-cü ilin may ayının əvvəlllərində tanışı Tağı ilə birgə Əmircan qəsəbəsinə Tağının istəyi ilə getmişdir. X3 görüşərkən o da Hüseyinlə tanış olmuşdur. Tanış olarkən Hüseyinin topdan ərzaq məsulları satışı ilə məşğul olmasını öyrənmişdir. Hüseyin həmin vaxt ona iş qurmaq təklif etmiş, işin isə qazlı və qazsız içkilərin satışı olacağını bildirmişdir. May ayının 6-da o ilkin olaraq Hüseynə Tağının yanında 10 manat pul vermişdir. Pulu verdikdən sonra Hüseyn onunla tez-tez telefon vasitəsi ilə əlaqə saxlayır və etibarını qazanmaq üçün 3 dəfə ona 200 manat ümülikdə 600 manat qazanc adı ilə pul göndərmişdir. Sonuncu dəfə aprel ayının 6-da 200 manat göndərərkən Hüseyinin duru yağ satışı işini təklif etdiyini və ondan yenidən pul istədiyini, onun pulunun olmadığını lakin adına kredit rəsmiləşdirə biləcəyini bildirmişdir. Hüseyin ona malın tez satılacağını bildirdiyi üçün ona inanıb adına 13000 manat kredit rəsmiləşdirmişdir. May ayının 31-də pulun bir hissəsini Hüseynin kartına atmışdır, qalan hissəsini isə Əmircan qəsəbəsində Hüseynə vermişdir. Müəyyən müddət keçdikdən sonra o, Hüseynlə əlaqə saxlaya bilmədiyi üçün onun yaşadığı ünvana getmiş və orada Hüseynin digər şəxsləri də aldatdığını öyrənmişdir. Hüseyin və onun valideynləri ona pulu qaytaracaqlarını söz versələr də öz vədlərinə əməl etməmişdirlər. Hüseynin ona ümumilikdə 23000 manat maddi ziyan vurmaqla ona qarşı dələduzluq etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs qardaşı Tağının vasitəsi ilə tanış olduğunu və onun Tağı ilə iş görməsi barədə məlumatlı olmasını, 2023-cü ilin iyun ayında qardaşının tanışı Hüseyn onun Pirallahı rayonunda işlətdiyi obyektə gələrək birlikdə iş görməyi təklif etdiyini və bunun üçün 19000 manat pul lazım olduğunu dediyini, onun 10000 manat pulu Hüseynə verdiyini, növbəti gün isə 7000 manat düzəldərək Hüseynin kart hesabına göndərdiyini, 3- 4 gün keçdikdən sonra Hüseynə zəng etdiyini, Hüseynə zəng çatmadığı üçün Qardaşı Tağıya zəng vuraraq məsələnı ona bildirdiyini, Tağının isə ona deyəsən Hüseyn bizi aldadır dediyini, onların birlikdə Hüseyinin yaşadığı ünvana getdiklərini, orada Hüseyinin onlardan başqa digər şəxsləri də aldatdığını öyrəndiklərini, Hüseynin ona ümumilikdə 17000 manat maddi ziyan vurmaqla ona qarşı dələduzluq etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birgə yaşayır. Təqsirləndirilən şəxs ilə tanışı Tağının vasitəsi ilə tanış olub. Həmçinin Tağının Təqsirləndirilən şəxs ilə ərzaq məhsullarının topdan satışı ilə məşqul olması barədə məlumat olub. 2023-cü ilin may ayında Tağı ilə telefon vasitəsi ilə danışarkən o, Hüseynin iş təklif etdiyini lakin pulunun olmadığını ondan varsa iş qurmağın mümkün olduğunu qeyd etdi. O Tağıya pulunun olduğunu bildirmişdir. Danışıqdan bir iki gün sonra yəni 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs ilə Nizami rayonu Qara Qarayev metro stansiyası yaxınlığında görüşmüş və ona 9000 manat pul vermişdir. Orada Hüseyn müəyyən ərzaq məhsullarının alınaraq topdan satılacağını və qazancın onunla bölünəcəyini bildirmişdir. Lakin müəyyən müddət keçdikdən sonra o Hüseynin onunla əlaqə saxlamadığını görüb onu aldatdığını düşünüb Tağı ilə əlaqə saxlamış və Hüseyin tərəfindən aldadıldığını örgənmişdir. Manafov X1 ona ümumilikdə 9000 manat maddi ziyan vurmaqla ona qarşı dələduzluq etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birgə yaşayır. Təqsirləndirilən şəxs qonşuları kimi tanıyır. Hüseynin Suraxanı rayonu, Ə.Sumbatzadə küçəsində ərzaq mağazası işlətdiyini bilidiyini, 2023-cü ilin fevral ayında Hüseyın ona zəng vuraraq nisyə siqaret istəmişdir. Götürdüyü siqaretləri topdan sataraq 15 gündən bir ödəniş edəcəyini və əlavə olaraq on qazanc verəcəyini bildirmişdir. O Hüseynin atası və əmisini tanıdığı üçün ona etibar edərək 2023-cü ilin fevral ayının 4-də Hüseynə 20350.90 manatlıq siqaret vermişdir. 2023-cü ilin mart ayının 4-də Hüseyin ona zəng vuraraq siqaret istəmiş, həmin vaxt o Hüseynə 11830 manatlıq müxtəlif markalı siqaret məmulatları vermişdir. 2023-cü ilin aprel ayının 6-da isə Hüseynə 15441.10 manatlıq siqaret vermişdir. Həmin üç ay ərzində Hüseyin ümumilikdə ondan 69728 manatlıq siqaret götürmüşdür. Həmin puldan 39728 manatını müxtəlif vaxtlarda hissə-hissə qaytarsa da qalan 30000 manatını müxtəlif bəhanələr gətirərək ödəməkdən imtina etmişdir. 2023-cü ilin aprel ayının sonlarıbda Hüseyin atasının əməliyyat olunacağını bildirərək ondan 1500 manat pul almışdır. Hüseynin ona ümumilikdə 31500 manat maddi ziyan vurmaqla ona qarşı dələduzluq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2023cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında votcap yazışması və səs yazılarında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən pul alması öz əksini tapmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli **-XO-***8 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayından iyun ayınadək olan dövr ərzində Veysəloğlu” MMC-dən ümumi dəyəri 438,93 (dörd yüz otuz səkkiz manat doxsan üç qəpik) manat məbləğində mal almışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 0711/11 saylı məktubundan görünür ki, 2023-cü ilin yanvar ayından iyun ayınadək olan dövr üzrə "xxxx" MMC-in Təqsirləndirilən şəxs ilə hər hansı mal alqı-satqısı ilə bağlı əməkdaşlıqları olmamışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 63 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayından iyun ayınadək "xxxx" MMC-dən “Gülüstan” limonadları almamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, psixi inkişaf səviyyəsinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında votcap yazışması və səs yazılarında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən pul almasını əks etdirən 01 ədəd SD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 95 iş saatına görə (ibtidai istintaq zamanı 80 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 570 (beş yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında votcap yazışması və səs yazılarında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən pul almasını əks etdirən 01 ədəd SD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 570 (beş yüz yetmiş) məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-8/2024
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-8/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver