Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(094)-9/2023 13.01.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(094)-41/2022 saylı 06 oktyabr 2022-ci il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 oktyabr 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsində tanışı Akif adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, 04 oktyabr 2022-ci il tarixdə saat 11:45-də Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Vurğun küçəsində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olduğu zaman Pirallahı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Pirallahı rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı 02 ədəd selofan paket bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,060 qram və 0,904 qram, ümumi təmiz çəkisi 1,964 qram olan narkotik vasitə heroin üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində yaşadığı Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi K.Rzayev küçəsi ev 21 mənzil 37dən çıxıb narkotik vasitə olan heroin almaq məqsədi ilə tanışı Akifin yaşadığı Pirallahı rayonu Pirallahı qəsəbəsi M. Əzizbəyov küçəsində yerləşən mənzilinə getmiş, Akifdən heroini olub- olmadığını soruşmuş o, isə özündə olmadığını bu səbəbdən gedib almaq lazım olduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə üzərində pul olmadığını pulun əvəzində istifadəsində olan “Redmi” markalı telefonunu təklif etmiş, Akif isə razılaşaraq taksi ilə Binə qəsəbəsinə getmiş, bir necə saat keçdikdən sonra qayıtmış və ona aldığı heroindən iki büküm vermişdir. xx.xx.2022-ci il tarixdə saat 11:45 radələrində piyada hərəkətdə olan zaman SOCAR yanacaq doldurma məntəqəsinin yaxınlığında mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. O, razılaşıb Pirallahı RPŞ-nə gəlmişdir. Xidməti otaqların birində ona müdafiəçi seçmək hüququnun olduğu izah edildikdən sonra onun istəyi ilə dövlət hesabına X1 müdafiəçisi qismində dəvət olunmuşdur. Şübhəli şəxs qismində hüquq və vəzifələri ona izah olunmuşdur. Onun razılığı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O, cins şalvarın sol yan cibindəki ağ sellofana bükülmüş 02 ədəd bükümü masanın üzərinə qoymuşdur. Həmin büküm açılaraq içərisindəki kütlə bütün iştirakçılara göstərilmişdir. Sorğu zamanı bildirdmişimr ki, həmin kütlə heroindir və onu tanıdığı Akif adlı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Sonra həmin büküm qablaşdırılaraq götürülmüş, möhürlənmiş və imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı evində olarkən Anar adlı tanışı onlara gəlmiş, onu küçəyə çağırmış, Anar ona bədəninin ağrıdığını bildirərək, ona narkotik vasitə heroin verməsini istəmişdir. Akif də Anara bədəninin ağrıdığını, lakin narkotik vasitə almağa pulunun olmadığını bildirmişdir. Anar ona Redmi markalı mobil telefonunu verib, əvəzində mal almağını təklif etmiş, Akif də Anarla razılaşmış, Anardan mobil telefonu götürüb Binə qəsəbəsində yerləşən dəmiryol xəttinin yanına getmiş, orada məhəllədə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslə görüşmüşdür. Mobil telefonu həmin şəxsə göstərmiş, həmin şəxs telefona baxandan sonra, «bu telefonu 70 manata hesablayaram, bunun əvəzinə də sənin istədiyin dörd bükümdə narkotik vasitə heroini və bir bükümdə metamfetamini verə bilərəm» demişdir. Akif dörd bükümdə narkotik vasitə heroini və bir bükümdə metamfetamini alıb Pirallahı rayonunda yerləşən yaşadığı evə qayıtmışdır. Anarda həmin vaxt onun yaşadığı evə gəlmiş, Akif əldə etdiyi narkotik vasitədən iki büküm narkotik vasitə heroini Anara vermiş, bir büküm metamfetamini, iki büküm narkotik vasitə heroini isə üzərimdə saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 12:00 dəqiqədə yaşadığı evin yaxınlığında, yəni Əzizbəyov küçsəsində piyada hərəkətdə olduğu vaxt mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşmış, özlərini polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirirək, onu Pirallahı RPŞ-nə dəvət etmişlər. Akif onlara etiraz etməmiş, onlarla birlikdə Pirallahı RPŞ-nə gətmiş, orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, öz istəyi ilə dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Sonra isə video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üzərində olan göy rəngli cins şalvarının sol yan cibində bir ədəd selofan paket bükümündə metamfetamin və iki ədəd selofan paket bükümündə narkotik vasitə heroini masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqdan sonra, iki ədəd bükümün içərisində qəhvəyi rəngli maddə və bir ədəd bükümün içərisində ağ rəngli kristallik şəkildə maddə aşkar edilərək götürülmüş ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Pirallahı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 Elbrus oğlu bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Pirallahı qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı Pirallahı Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə RPŞ rəhbərliyindən müvafiq icazə alınmışdır. Pirallahı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid2 olmuşdur. Həmin tarixdə saat 10:45 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi S.Vurğun küçəsində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılmış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək Pirallahı RPŞ-nin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs razılaşmış və bizimlə birlikdə Pirallahı RPŞ-nin inzibati binasına gəlmiş, dərhal öz seçimi ilə vəkil ilə təmin edilmişdir. Sonra videoçəkilişlə onun, CAB-ın baş əməliyyat müvəkkili Şahid2 və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ilə əlaqədar şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd ağ sellofana bükülmüş narkotik vasitəyə bənzər kütləni çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar edilməmişdir Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş 02 ədəd bükümün içindəki maddə narkotik vasitə heroindir və özünə məxsusdur, xx.xx.2022 -ci il tarixdə Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin yaxınlığında tanıdığı Akif adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Şəxsi axtarış zamanı aşkar olunan içində narkotik vasitə heroinə bənzər maddə olan 02 ədəd büküm zərfdə qabaşdırılmış və 237 saylı möhürlə möhürlənmiş, bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən həm protokol, həm də zərf imzalanmışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Pirallahı RPŞnin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsinə əsasən o da Şahid1 Elbrus oğlunun ifadəsinə oxşar məzmunlu ifadə verməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 oktyabr 2022-ci il tarixli 6/5697 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 237” dairəvi möhür əksi olan “xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş zərfdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,060 qram və 0,904 qram, ümumi təmiz çəkisi 1,964qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: təmiz çəkisi -1,964 qram olan narkotik vasitə heroinin 0,1 qramı tədqiqata sərf edilmiş, 1,864 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,00 (altmış beş) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin 02 noyabr 2022-ci il tarixli, 6546 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanımaq haqqında 12 noyabr 2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,060 qram və 0,904 qram, ümumi təmiz çəkisi 1,964 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut qismində tanınmış və ekspert tədqiqatından sonra qalıq çəkisi 1,864 qram olan narkotik vasitə heroin saxlanılması üçün Pirallahı RPŞ-nin Saxlama Yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 03 noyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Pirallahı Rayon Məhkəməsinin 08 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 66.2, 68.1.3, 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli Qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur, Təqsirləndirilən şəxs 26 dekabr 2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin məhkumluğu onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 05 oktyabr 2022-ci il tarixdə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 4(064)-41/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə həbsə alındığı 04 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq çəkisi 1,864 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlu ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 65,00 (altmış beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 25 iş saatına görə 150 (yüz əlli) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 iş saatına görə 90 (doxsan) manat cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 04 oktyabr 2022-ci -ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Pirallahı RPŞ-də saxlanılan - ekspert tədqiqatından sonra qalıq çəkisi 1,864 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Pirallahı RPŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə 150 (yüz əlli) manat, Müdafiəçi tərəfindən məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 90 (doxsan) manat cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Faiq Qasımov
Məhkəmə qərarları › İş №1(094)-9/2023
Pirallahı Rayon Məhkəməsi Hökm — İş №1(094)-9/2023
13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver