Məhkəmə qərarları › İş №1(099)-10/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-10/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-10/2023 26.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri, 19 saylı vəkil bürosunun vəkili X1, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2, zərər çəkmiş şəxsin hüquqi varisləri X7 və X19 iştirakı ilə, xx xxxxxx 1962-ci ildə Ağcabədi rayonunun Şənlik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin X39 Təchizatı və Satışı İdarəsinin Ağcabədi Elektrik şəbəkəsinin satış üzrə nəzarətçi mühəndisi vəzifəsində işləyən, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi və xx xxxxxx 1956-cı ildə Şəmkir rayonunun Leninkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin tabeliyində olan “X11 Şəbəkəsi” MMC-nin Beyləqan şəbəkə sahəsinin 110/35/10 kV-luq Ağcabədi yarımstansiyasının növbətçi mühəndisi vəzifəsində işləyən, Ağcabədi rayonunun Hacıbədəlli kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 "xxxx" ASC üzrə 30 aprel 2015-ci il tarixli əmrlə həmin Cəmiyyətin X39 təchizatı və satışı idarəsinin Ağcabədi Elektrik şəbəkəsinin satış üzrə nəzarətçi-mühəndisi vəzifəsinə təyin olunmaqla həmin vəzifədə işləyərkən "xxxx" ASC-nin Regional enerji təchizatı və satışı idarələrinin rayon elektrik şəbəkələrində çalışan əməkdaşlarının vəzifə təlimatına əsasən alınan və realizə edilən enerjinin miqdarı, ərazi üzrə alınan və istehlakçılara ötürülən elektrik enerjisi və abonentlər haqqında zəruri məlumatları əldə etmək, enerjinin haqqının yığılması vəziyyətinin uçotunu aparmaq, kommersiya itkilərini aşkar etmək, yüklərin simmetrik paylanmasına bilavasitə nəzarət etmək, elektrik enerjisinə olan borcların ödənişini təşkil etmək, kəsim ilə bağlı məsələləri təşkil etmək və nəzarətdə saxlamaq, sərfiyyatı şübhəli olan abonentlərin uçot komplektlərinin yerində araşdırılmasını təşkil etmək, rəhbərlik tərəfindən verilmiş göstəriş və tapşırıqların vaxtında və operativ yerinə yetirilməsini təşkil etmək, iş qrafikini aparıcı mühəndislə birlikdə dəqiq və məqsədyönlü təşkil etmək, elektrik enerjisinə olan borc siyahılarına əsasən ödənişi təşkil etmək, ödəniş etməyən abonentlərin enerji təminatlarının dayandırılması barədə məsələ qaldırmaq, qüsurlu sayğaclar barədə dərhal aparıcı mühəndisə məlumat vermək, şəbəkəyə qanunsuz qoşulma hallarını aşkar etmək və aparıcı mühəndisi məlumatlandırmaq, gün ərzində qarşılaşdığı hər bir neqativ hallar barədə aparıcı mühəndisə məlumat vermək, abonent kabellərinin vəziyyətinə nəzarət etmək və sair inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində 06 fevral 2022-ci ildə, saat 14 radələrində Ağcabədi rayonunun Şənlik kəndində yerləşən ******* kod nömrəli, 1000 V gərginliyə malik elektrik transformatorunda baş vermiş qəza ilə əlaqədar həmin transformatorun qoruyucuları sıradan çıxdığına görə kəndin bəzi evlərində elektrik enerjisinin kəsilməsi səbəbindən həmin evlərin sakinləri telefonla ona müraciət etdikdən sonra xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 1.6.6, 1.6.12, 2.1.1, 2.1.2 və 3.1.1.1-ci yarımbəndlərinin tələblərinə əsasən fəaliyyətdə olan elektrik qurğularında, şəbəkə və avadanlıqlarda işlərə yalnız yazılı naryad-buraxılışlar və sərəncamlar əsasında operativtəmir heyətinin üzvü olmaqla elektrik qurğusuna xidmət edən, elektrik təhlükəsizliyi üzrə İİİ qrupa malik işçilərin buraxılmasını, həmin qurğular, şəbəkələr və avadanlıqlarda işlərin təhlükəsizliyini təmin edən təşkilati tədbirlərin görülməsini, həmçinin gərginliyi çıxarmaqla yerinə yetirilən işlərin icrasının təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq təşkilatitexniki tədbirlərin görülməsini təmin etmək üçün bu barədə aparıcı mühəndisə və ya baş mühəndisə məlumat verməli olduğu halda həmin tələblərin heç birinə qəsdən riayət etmədən, enerji satışı sahəsində müvafiq funksiyaları həyata keçirən vəzifəli şəxs kimi elektrik qurğularında, şəbəkə və avadanlıqlarda baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması sahəsində səlahiyyətlərə malik olmadığı üçün heç bir halda etmək hüququ olmayan hərəkətlərə yol verməklə 22 avqust 2019-cu ilədək Ağcabədi Elektrik şəbəkəsinin paylayıcı şəbəkə sahəsində elektrik montyoru işləmiş, lakin 06 fevral 2022-ci ildə faktiki olaraq işləməyən, əvvəlcədən bildiyi, elektrik təhlükəsizliyi üzrə xüsusi qrupa malik olmamaqla operativ-təmir heyətinin üzvü olmayan Şənlik kənd sakini X8 ***-***-**-** nömrəli mobil telefonuna həmin gün saat 14:05-də istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonundan zəng edərək, keçmiş iş yoldaşı və həmkəndli kimi aralarında olan tanışlıq münasibətindən istifadə etməklə sonuncuya həmin transformatorun qoruyucularını təmir etməsini tapşırıb, saat 14:47-də təkrarən zəng etməklə Ehtiram Əmirovu tələsdirərək eyni məzmunlu göstəriş verməklə sonuncunu fəaliyyətdə olan elektrik qurğusunun təmirinə cəlb etmiş, Ehtiram Əmirovun onun tapşırığı əsasında həmin gün saat 15 radələrində Ağcabədi rayonunun Şənlik kəndində yerləşən həmin transformatorun yanına gedərək müvafiq təmir işlərinə başlamazdan əvvəl "xxxx" ASC-nin tabeliyində “X11 Şəbəkəsi” MMC-nin 110/35/10 kV-luq Ağcabədi yarımstansiyasının ***-***-**-** nömrəli xidməti telefonuna həmin gün saat 15:04-də istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonundan zəng edərək növbətçi-dispetçer Təqsirləndirilən şəxs2 həmin transformatoru elektrik enerjisi ilə təmin edən 1000 V-luq “Nizami” hava xəttini şəbəkədən ayırmasını və torpaqlamanı vurmasını bildirdiyi halda, sonuncunun həmin hava xətti əvəzinə səhvən xüsusi sərfiyyat transformatorunun xəttini şəbəkədən ayırması və torpaqlamanı vurması səbəbindən faktiki olaraq qeyd edilən transformatora elektrik cərəyanının ötürülməsi davam etdiyindən Ehtiram Əmirovun həmin transformatorun karkası üzərinə çıxaraq qoruyucularını dəyişdirmək məqsədi ilə sağ əlini göstərilən transformatorun 1000 V gərginliyi olan elektrik enerjisinin giriş naqillərinə toxundurduğu anda elektrik cərəyanının vurması nəticəsində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ əlin İ, İİ, İİİ, İV, V barmaqlarında və sağ əlin ovuc səthində elektrik cərəyanının giriş dəliyi, sağ ayağın birinci barmağının alt səthində elektrik cərəyanının çıxış dəliyi, həmçinin sağlamlığa zərər vurmayan sağ əlin arxa səthində üç ədəd sıyrıq xəsarətləri alaraq elektrik cərəyanının vurması nəticəsində əmələ gəlmiş kəskin ürək-damar və tənəffüs çatışmazlığı səbəbindən ölməsində ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmışdır. Təqsirləndirilən şəxs2"xxxx" ASC-nin tabeliyində olan “X11 Şəbəkəsi” MMC üzrə 01 may 2014-cü il tarixli 75/KŞ nömrəli əmrlə həmin Cəmiyyətin Beyləqan şəbəkə sahəsinin 110/35/10 kV-luq Ağcabədi yarımstansiyasının növbətçi mühəndisi vəzifəsinə təyin olunmaqla həmin vəzifədə işləyərkən 15 avqust 2019-cu ildə “X11 Şəbəkəsi” MMC-nin direktoru tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən istehsalat və əməliyyat təlimatlarına, rejim sxemlərinə əsaslanaraq yarımstansiyanın avadanlıqlarının etibarlı və qəzasız işini təmin etmək, özündən əvvəlki növbəni qəbul etmək və növbə sona çatdıqdan sonra qrafik üzrə sonrakı növbətçiyə təhvil vermək, avadanlığın vəziyyəti və iş rejimi ilə, rele mühafizəsi və mnemosxmelə əməliyyat jurnalı vasitəsi ilə tanış olmaq, qəza halında nasaz olan avadanlıqlar, habelə təmir və ehtiyatda olanlar haqqında növbəni təhvil verən şəxsdən məlumat almaq və növbəni təhvil verərkən məlumatlar vermək, əvvəlki növbə zamanı olan bütün yazı və göstərişlərlə tanış olmaq, növbə zamanı baş vermiş çatışmazlıqlar haqqında yarımstansiyanın və regional dispetçer xidmətinin rəisinə məlumat vermək, sifarişə əsasən avadanlıqların təmirə çıxma sxemini hazırlayıb təftiş və sınaqdan sonra normal vəziyyətə gətirmək, yarımstansiyanın yük və gərginliyinə nəzarət etmək, tərtib olunmuş sifariş və əməliyyat blanklarına əsaslanmaqla yarımstansiyada planlı açılmanı təşkil etmək, əməliyyat danışıqlarını dəqiq və düzgün aparmaq, tapşırığın aydınlaşdırılması məqsədilə tabeliyində olan işçini sistemli təlimatlandırmaq, operativ əməliyyatların aparılması zamanı avtomatika və mühafizənin ən qısa müddətdə işdən çıxmasını təşkil etmək, yarımstansiyanın normal və qısa sxemlərinin hazırlanmasında iştirak etmək, yarımstansiyanın ayrı-ayrı elementləri və qida mənbəyi işdən çıxan zaman qəza sxemini dəqiq bilmək, qısa müddətdə yarımstansiyada qeyri-normal rejimin aradan qaldırılması üçün tədbirlər görmək, şəbəkə sahəsinin rəisi tərəfindən tutulmuş və həmin Cəmiyyətin baş mühəndisinin təsdiq etdiyi qrafik üzrə növbətçilik etmək, növbəni təhvil vermədən işdən getməmək, təlimata əsaslanaraq yarımstansiyada olan dəyişiklikləri tez və tam dispetçer sxemində qeyd etmək, torpaqlama və başqa şərti işarələri göstərmək və sair inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində "xxxx" ASC üzrə verilmiş 11 yanvar 2021-ci il tarixli S-21/121 nömrəli sərəncama əsasən Ağcabədi rayonunun ərazisində olan elektrik qurğularında təmir-profilaktik işlərin yerinə yetirilməsi üçün yalnız Ağcabədi Elektrik şəbəkəsinin baş mühəndisinin və ya Yevlax Regional dispetçer xidmətinin göstərişi və icazəsi əsasında elektrik hava xətlərini şəbəkədən ayırmalı olduğu, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.8-ci yarımbəndinə əsasən buraxılan briqadaların iş apardıqları yerlərə gərginliyin verilməsini istisna etmək məqsədilə verilən göstərişlərin, həmçinin kommutasiya aparatlarının qoşulması üzrə müstəqil hərəkətlərin düzgünlüyünə şəxsən cavabdeh olduğu halda, işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək 06 fevral 2022-ci ildə həmin yarımstansiyada növbədə olan zaman saat 14 radələrində Ağcabədi rayonunun Şənlik kəndində yerləşən ******* kod nömrəli, 1000 V gərginliyə malik elektrik transformatorunda baş vermiş qəza ilə əlaqədar 22 avqust 2019-cu ilədək Ağcabədi Elektrik şəbəkəsinin paylayıcı şəbəkə sahəsində elektrik montyoru işləmiş, lakin 06 fevral 2022-ci ildə faktiki olaraq işləməyən, əvvəlcədən bildiyi, operativ-təmir heyətinin üzvü olmamaqla elektrik təhlükəsizliyi üzrə xüsusi qrupa malik olmayan Şənlik kənd sakini X8 həmin transformatoru təmir etmək məqsədilə göstərilən transformatorun qarşısına gəlməklə saat 15:04-də istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonundan həmin yarımstansiyanın ***-***- **-** nömrəli xidməti telefonuna zəng edərək onunla danışıb təmir işləri aparacağını bildirməklə həmin transformatoru elektrik enerjisi ilə təmin edən 1000 V-luq “Nizami” hava xəttini şəbəkədən ayırmasını və torpaqlamanı qoşmasını bildirdikdən sonra qeyd edilən normativ tələblərə əsasən Ehtiram Əmirovun tapşırığı ilə elektrik hava xəttini heç bir halda şəbəkədən ayırmamalı və torpaqlamanı qoşmamalı olduğu halda həmin hərəkətləri edərək, lakin “Nizami” hava xəttinin yerinə səhvən xüsusi sərfiyyat transformatorunun xəttini şəbəkədən ayıraraq faktiki olaraq qeyd edilən transformatora elektrik cərəyanının ötürülməsini dayandırmadan Ehtiram Əmirova yanlış məlumat verməklə guya “Nizami” hava xəttini şəbəkədən ayırdığını və torpaqlamanı qoşduğunu bildirməsi nəticəsində Ehtiram Əmirov həmin transformatorun karkası üzərinə çıxaraq qoruyucularını dəyişdirmək məqsədi ilə sağ əlini göstərilən transformatorun 1000 V gərginliyi olan elektrik enerjisinin giriş naqillərinə toxundurduğu anda elektrik cərəyanının vurması nəticəsində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ əlin İ, İİ, İİİ, İV, V barmaqlarında və sağ əlin ovuc səthində elektrik cərəyanının giriş dəliyi, sağ ayağın birinci barmağının alt səthində elektrik cərəyanının çıxış dəliyi, həmçinin sağlamlığa zərər vurmayan sağ əlin arxa səthində üç ədəd sıyrıq xəsarətləri alaraq elektrik cərəyanının vurması nəticəsində ölmüş, həmin hərəkətləri ilə ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 məhkəməyədək icraatı zamanı verdiyi ifadələrini təsdiq etməklə ona Azərbaycan Respublikası CM-in 309.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 dekabr 2011-ci ildən "xxxx" ASC-nin Ağcabədi Elektrik şəbəkəsində işləmiş, son beş ili satış sahəsində nəzarətçi mühəndis vəzifəsində işləməklə Şənlik kəndinə dislokasiya olunmuş, vəzifə səlahiyyətlərinə enerjinin satışının həyata keçirilməsi, elektrik enerjisinə görə borcların ödənilməsinin təmin edilməsi və bununla bağlı digər funksiyalar daxil olmuşdur. 06 fevral 2022-ci ildə Şənlik kənd sakinləri telefonla zəng edərək kənddə işıqların kəsildiyini demiş, vaxtı ilə "xxxx" ASC-nin Ağcabədi Elektrik şəbəkəsində işləmiş X38a zəng edərək transformatorun qoruyucularının atdığını bildirmiş, gedib həmin transformatoru təmir etməsini tapşırmış, işə başlamazdan əvvəl Ağcabədi Elektrik şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyən Nadirə zəng edib torpaqlamanı vurdurmasını Ehtirama tapşırmış, günortadan sonra Şənlik kənd sakini Şahid2 ona zəng edərək Ehtiramı elektrik cərəyanının vurduğunu, rayon mərkəzi xəstəxanasına aparıldığını demişdir. Hazırda törətdiyi cinayət əməlini qismən etiraf etməklə səmimi peşmançılıq keçirməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onkoloji və ürək xəstəliklərindən əziyyət çəkməsini, ürək damarlarına 5 ədəd stendin yerləşdirildiyini, xəstəlikləri ilə bağlı dəfələrlə ambulator və stasionar müalicələrdə olmasını, hazırda da stasionar müalicəyə ehtiyacının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının olmasını və ilk məhkumluğunu nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 məhkəməyədək icraatı zamanı verdiyi ifadələrini təsdiq etməklə ona Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1997-ci il ildən 110/35/10 kV-luq Ağcabədi yarımstansiyasının növbətçi mühəndisi vəzifəsində işləməklə, vəzifə səlahiyyətlərinə həftə ərzində iki dəfə bir dəfə gündüz növbəsi, bir dəfə gecə növbəsi olmaqla yarımstansiyada növbətçi qalaraq yarımstansiyanın texniki vəziyyətinə nəzarət etmək, yarımstansiyanın yük və gərginliyinə nəzarət etmək, tərtib olunmuş sifariş və əməliyyat blanklarına əsaslanmaqla yarımstansiyada planlı açılmanı təşkil etmək, əməliyyat danışıqlarını dəqiq və düzgün aparmaq və sair funksiyalardan ibarətdir. 06 fevral 2022-ci ildə yarımstansiyada növbətçi olmuş, həmin gün saat 15:04-də Ehtiram Əmirov xidməti telefona zəng edərək Şənlik kəndindəki transformatorların birində üç qoruyucunun atdığını, transformatoru təmir edəcəyini bildirmiş, ondan 10 kV-luq “Nizami” hava xəttini şəbəkədən ayırmağını xahiş etmiş, “Nizami” hava xəttini şəbəkədən ayıraraq torpaqlamanı qoşmuş, sonuncuya bu barədə məlumat vermiş, bir neçə dəqiqə sonra “Nizami” hava xəttində qısa qapanma baş vermiş, həmin xətt avtomatik şəbəkədən ayrılmış, bu vaxt “Nizami” hava xətti yerinə səhvən həmin xətlə yanbayan olan xüsusi sərfiyyat transformatorunun xəttini ayırdığını başa düşmüş, bir qədər sonra isə Şənlik kəndi üzrə sahə nəzarətçisi Təqsirləndirilən şəxs1 ona zəng edərək “nə etdin, Ehtiramı toka saldın” sözlərini demiş, hadisə tamamilə səhvən, onun səhlənkarlığından baş vermişdir. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq keçirməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onkoloji xəstəlikdən əziyyət çəkməsini, xəstəliyi ilə bağlı dəfələrlə ambulator və stasionar müalicələrdə olmasını, hazırda yataq xəstəsi olmasını, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını və ilk məhkumluğunu nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X25 zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 06 fevral 2022-ci ildə, saat 15-16 radələrində Şənlik kənd sakinlərindən bir nəfər ona zəng edib qardaşı Ehtiramın kənddə yerləşən transformatorda işləyən zaman elektrik cərəyanının vurduğunu, hazırda rayon mərkəzi xəstəxanasına apardıqlarını demiş, dərhal rayon mərkəzi xəstəxanasına getmiş, Ehtiramı gətirən təcilitibbi yardım avtomobilindən düşürülərkən artıq öldüyünü görmüş, sonuncunun istifadə etdiyi “Lenovo” və “Xiaomi” markalı mobil telefonlara baxmış, Ehtiramın mobil telefonu aparılan telefon danışıqlarının səs yazısını qeydə almış, "xxxx" ASC-nin Ağcabədi Elektrik şəbəkəsində işləyən və Şənlik kəndinə nəzarət edən Təqsirləndirilən şəxs1 hadisədən bir az əvvəl Ehtirama zəng edərək həmin transformatora baxmasını, yaranmış problemi aradan qaldırmasını tapşırdığı barədə səs yazısının mövcud olduğunu görmüşdür. Hazırda təqsirləndirilən şəxsləri bağışlamadığını, onlara qanunla nəzərdə tutulmuş cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin hüquqi varisi X20 şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, mərhum əri Ehtiram məlum hadisə nəticəsində ölmüş, hazırda 3 azyaşlı uşaqları onun himayəsində qalmışdır. Ərini elektrik cərəyanı vurması və nəticədə onun ölməsi ilə əlaqədar istintaq aparılarkən zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınması ilə bağlı ona heç bir söz deyilməmiş, savadı olmadığından isə özü də müraciət etməmiş, müstəntiq X41u zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanımışdır. X41 eləcə də qayınanası tərəfindən əri Ehtiram öləndən sonra bu günə kimi ona heç bir maddi yardım göstərilmədiyindən zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınması ilə bağlı məhkəməyə müraciət etmiş, qaynı Turalın zərər çəkmiş şəxsin hüquqi varisi qismində iştirakına xitam verilməsini xahiş etmişdir. Hazırda təqsirləndirilən şəxsləri bağışladığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, onlarla barışdığını bildirmiş və onların barəsində həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 2003-cü ildən "xxxx" ASC-nin Ağcabədi Elektrik şəbəkəsində usta, nəzarətçi, mühəndis, sahə rəisi vəzifələrində işləmiş, 2019-cu ilin noyabr ayından həmin müəssisədə baş mühəndis vəzifəsində işləyir. X38 əvvəllər Ağcabədi Elektrik şəbəkəsində hava xətti montyoru işləmiş, sonuncu spirtli içki aludəsi olmuş, mütəmadi olaraq spirtli içki qəbul etmiş, buna görə də təxminən iki il əvvəl işdən azad edilmişdir. 06 fevral 2022-ci ildə havanın küləkli olması ilə əlaqədar elektrik enerjisi Ağcabədi şəhəri ərazisində bir neçə dəfə kəsilmiş, təkrar bərpa olunmuş, həmin gün “Nizami” hava xəttində də bir dəfə kəsinti olmuş, təxminən bir saat davam etmiş, buna görə də Şənlik kəndinə elektrik enerjisinin verilməsi təxminən bir saat müddətinə kəsilmiş, saat 16 radələrində Ehtiramın Şənlik kəndində yerləşən transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində öldüyünü eşitmiş, sonuncunun hansı səbəblə və kimin göstərişi ilə, yaxud özbaşına transformatora çıxdığı barədə məlumatı olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X38 həmkəndlisi olmuş, kənd ərazisində yerləşən transformatorlarda hər hansı nasazlıq olanda kənd sakinləri vaxtıilə elektrik şəbəkəsində montyor işləmiş Ehtirama zəng edərək transformatoru təmir etməsini xahiş etmiş, kənd sakinləri arasında ümumilikdə 10-15 manat pul toplayaraq sonuncuya vermişlər. 06 fevral 2022-ci ildə günorta saatlarında kənddə bəzi evlərdə elektrik kəsilmiş, evləri elektrik ilə təmin edən transformatorda qəza baş vermiş, Ehtiramın həmin transformatoru təmir etməsi üçün Daşqın kənd sakinlərindən pul yığıb onu Ehtirama vermək üçün gedərkən Ehtiramın həmin mağaza ilə üzbəüz yerləşən transformatora çıxıb iş gördüyünü görmüş, həmin vaxt transformatordan qığılcımlar çıxmış, elektrik cərəyanı Ehtiramı üç-dörd saniyə silkələyərək buraxmış, sonuncu transformatordan düşərək üzü üstə torpağın üstünə yıxılmış, dərhal qışqıraraq kömək çağırmış, rayon elektrik şəbəkəsinin Şənlik kəndi üzrə nəzarətçisi Təqsirləndirilən şəxs1 zəng edərək Ehtiramı elektrik cərəyanının vurduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaqda verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, X38 həmkəndlisi olmuş, kənd ərazisində yerləşən transformatorlarda hər hansı nasazlıq olanda kənd sakinləri vaxtıilə elektrik şəbəkəsində montyor işləmiş Ehtirama zəng edərək transformatoru təmir etməsini xahiş etmiş, kənd sakinləri arasında ümumilikdə 10-15 manat pul toplayaraq sonuncuya vermişlər. 06 fevral 2022-ci ildə günorta saatlarında transformatordan partlayış səsi eşitmiş, elektrik kəsilmiş, transformatorun qoruyucularının atdığını başa düşmüş, istifadəsində olan ***-***-**-** saylı telefondan rayon elektrik şəbəkəsinin Şənlik kəndi üzrə nəzarətçisi Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı telefonuna zəng edib bu barədə məlumat vermiş, Bəhrəm isə həmin vaxt kənddə olmadığını, gec gələcəyini demiş, təxminən beş dəqiqə sonra Bəhrəm ona zəng edərək Ehtiramla danışdığını, transformatoru təmir edəcəyini demiş, sonuncunun arxasınca maşın göndərməyi, beş-on manat əlmuzdu verməyi tapşırmış, həmin telefonundan Ehtiramın xatırlamadığı telefonuna zəng etmiş, Ehtiram isə kənddə yoldaşları ilə yemək yediyini, bir azdan gələcəyini demiş, saat 15 radələrində kənd sakini Razi “Mercedes-Benz” markalı avtomobili ilə Ehtiramı transformatorun yanına gətirmiş, Ehtirama vermək üçün kənd sakinlərindən 10 manat pul toplamış, Ehtiram transformatora baxaraq qoruyucuların atdığını demiş, öz telefonundan yarımstansiyaya zəng etmiş, sonuncunun kiminlə danışdığını bilməmiş, Ehtiram yarımstansiyanın dispetçerinə Şənlik kəndində yerləşən transformatorun qoruyucularının atdığını, onları dəyişəcəyini demiş, buna görə də dispetçerdən “Nizami” hava xəttini şəbəkədən ayırmasını, torpaqlamanı vurmasını istəmiş, həmin vaxt oğlu Xəyyam, kənd sakinlərindən Rauf, Fəqani, bir neçə cavan oğlan Ehtiramı müşahidə etməyə davam etmiş, özü isə mağazaya qayıtmış, təxminən beş-on dəqiqə sonra transformatorda təkrar partlayış səsi eşidərək dərhal bayıra çıxmış, bu zaman elektrik cərəyanı Ehtiramı vurduğu üçün sonuncunun yerə yıxılıb xırıldadığını görmüş, Fəqani təcili tibbi yardıma zəng etmiş, kənd sakini Baloğlan “Vaz 2106” markalı avtomobili ilə oradan keçdiyi üçün Ehtiramı onun avtomobili ilə xəstəxanaya aparılmış, bir qədər sonra Ehtiramın öldüyünü öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, mərhum əmisioğlu Ehtiram Əmirov kənd ərazisində yerləşən transformatorlarda hər hansı nasazlıq olanda kənd sakinləri vaxtıilə elektrik şəbəkəsində montyor işləmiş Ehtirama zəng edərək transformatoru təmir etməsini xahiş etmiş, kənd sakinləri arasında ümumilikdə 10-15 manat pul toplayaraq sonuncuya vermişlər. 06 fevral 2022-ci il tarixdə günorta saatlarında kənddə elektrik kəsilmiş, buna görə də ***-***-**-** saylı telefonundan rayon elektrik şəbəkəsinin Şənlik kəndi üzrə nəzarətçisi Təqsirləndirilən şəxs1 zəng edərək kənddə elektrikin kəsildiyi barədə məlumat vermiş, sonuncu kənddə olmadığını, qəzadan xəbəri olmadığını bildirmiş, həmçinin Ehtirama zəng etməyini demiş, Ehtiramın ***-***-**-** saylı telefonuna zəng etmiş, lakin sonuncu zəngə cavab verməmiş, bundan sonra heç kimə zəng etməmiş, sonrakı hadisələr haqqında məlumatı olmamış, saat 15 radələrində Ehtiramı elektrik cərəyanının vurduğunu öyrənmiş, evdən çıxaraq Ehtiramın anasıgilin yaşadığı evə getmiş, yolda olan zaman Ehtiramın qardaşı Zəkana zəng etmiş, sonuncu isə Ehtiramın artıq öldüyünü və xəstəxanadan kəndə gətirildiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 06 fevral 2022-ci ildə özünə məxsus “Vaz 2106” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərək rayon mərkəzinə getmək üçün evdən çıxmış, kəndin içərisində Daşqın adlı şəxsin ərzaq məhsulları satdığı kiçik dükana yanına çatdıqda oraya xeyli sayda insanların toplaşdığını görmüş, həmin şəxslər onun avtomobilinin qarşısını kəsmiş, Ehtiramın həmin transformatorun qarşısında, torpağın üzərində hərəkətsiz halda uzandığını görmüş, kənd sakinləri Ehtiramı elektrik cərəyanının vurduğunu bildirmiş, onlar dərhal Ehtiramı götürüb onun maşınına yerləşdirmiş, rayon mərkəzi xəstəxanası istiqamətində yola düşmüş, kənddən magistral yola çıxmağa 200-300 metr qalmış təcili tibbi yardım avtomobilinin onlara doğru gəldiyini görüb avtomobili dayandırmış, həkimlər Ehtirama bir iynə inyeksiya edib sonuncunu təcili tibbi yardım maşınına yerləşdirmiş, həmin avtomobilin arxasınca rayon mərkəzi xəstəxanasına tərəf getmiş, xəstəxanaya çatdıqda həkimlər Ehtiramı müayinə edib sonuncunun artıq öldüyünü bildirmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 06 fevral 2022-ci ildə saat 11 radələrində anasına dərman almaq üçün evdən çıxmış, evə qayıdan zaman küçədə kənd sakini Xəqani onu görüb bir az sonra Rövşənin restoranında yeyib-içəcəklərini demiş, onu da dəvət etmiş, dərmanları anasına verdikdən sonra Rövşənin kafesi istiqamətində getmiş, yolda Ehtirama rast gəlmiş, sonuncu da onlarla birlikdə restorana getdiyini demiş, həmin vaxt Ehtiramın sərxoş vəziyyətdə olduğunu hiss etmiş, lakin sonuncunun harada spirtli içki içdiyini soruşmamış, süfrədə yeməklərin zəif olduğunu gördüyü üçün həmin vaxt onlarla 50 ml araq içib masadan qalxmış, evinə qayıtmış, təxminən bir-iki saat sonra isə Ehtiramı elektrik cərəyanının vurub öldürdüyünü öyrənmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, 06 fevral 2022-ci ildə kənddə işıqların sönməsi nəticəsində işıq idarəsinin qaynar xətti olan 198 nömrəsini yığaraq bu barədə məlumat vermiş, eləcə də kənd sakini X28 Quliyevi yığaraq kənddə işıqların sönməsi barədə məlumat vermiş, işıqların sönməsi ilə bağlı kənddə olan transformatoru düzəldərkən mərhum Ehtiramı elektrik cərəyanı vurmuş, bunun nəticəsində sonuncu ölmüşdür. Məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş X30 ifadəsində göstərmişdir ki, 06 fevral 2022-ci ildə kənddə işıqlar sönmüş, məruhm Ehtiram transformatorda işləyərkən elektrik cərəyanı onu vurmuş, hadisədən sonra sonuncunun rəhmətə getdiyini bilmiş, Ehtiramı elektrik cərəyanının vurmasına səbəb çəpərləmə işlərinin həyata keçirilməməsi olmuşdur. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, hadisə baş verən orada olmamış, səhəri gün Ehtiramın tarnformatorda işləyərkən elektrik cərəyanı vurması nəticəsində öldüyünü eşitmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və zərər çəkmiş şəxsin hüquqi varislərinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan mərhum X8 istifadəsində olmuş mobil telefon cihazlarına baxış aparılması haqqında 15 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Ehtiram Əmirovun ***-***-**-** nömrəli telefonuna 06 fevral 2022-ci il tarixdə saat 14:05-də və saat 14:47-də Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəli telefonundan iki dəfə zəng edilmiş, birinci danışıq 44 saniyə və ikinci danışıq 39 saniyə davam etmişdir. Həmçinin müəyyən edilmişdir ki, Ehtiram Əmirovun həmin telefon cihazı aparılan danışıqlarının səs yazısını qeydə almışdır. 06 fevral 2022-ci ildə saat 14:05-də qeydə alınmış telefon danışığı zamanı Ehtiram Əmirov və Təqsirləndirilən şəxs1 arasında aşağıdakı məzmunda danışıqlar aparılmışdır: Ehtiram Əmirov: Əlo. Təqsirləndirilən şəxs1: Salam, Etim. Ehtiram Əmirov: Salam, salam. Təqsirləndirilən şəxs1: Hə, nağayrırsan? Ehtiram Əmirov: Ə, elə bilirəm Əzizdi ey, Allah haqqı. Bəhrəm yazmışam, elə bilirəm Əzizdi. Hə, hə, nə var, nə yox? Təqsirləndirilən şəxs1: Sağlığın. Ə, o Sabirin evinin yanındakı transformatorun volosoku atıb, sən Allah ona baxginən ə. Ehtiram Əmirov: Hə, dedilər indi. Dedim uşaqlara denən... Dedim ki, gəl maşınla denən gedək. Təqsirləndirilən şəxs1: Mənə dedilər. Dedim ki, hörmət eləyin, bağlasın. Hə, yəni cavab ver onlara, get bağla. Ehtiram Əmirov: Nəsimi zəng eləmişdi mənə. Dedim, dedi papamın maşını bizdədi, gəlirəm. Təqsirləndirilən şəxs1: Ay sağ ol, hə. Aftandil də zəng eləmişdi. Dedim mənə nə deyirsiniz, Ehtirama deyin dayna. Ehtiram Əmirov: Yaxşı, yaxşı, oldu. Təqsirləndirilən şəxs1: Hə. Dedim nə verirsiniz ona, o adam orada işləyir. Ehtiram Əmirov: Allah köməyin olsun. Hə, heç nə, oldu, yaxşı, sağ ol. Təqsirləndirilən şəxs1: Sağ ol. 06 fevral 2022-ci il tarixdə saat 14:47-də qeydə alınmış telefon danışığı zamanı Ehtiram Əmirov və Təqsirləndirilən şəxs1 arasında aşağıdakı məzmunda danışıqlar aparılmışdır: Ehtiram Əmirov: Alo, alo. Təqsirləndirilən şəxs1: Ay Ehtim, ora baxmadın, başına dönüm? Ehtiram Əmirov: Hara? Təqsirləndirilən şəxs1: Sabirin evinin yanına. Ehtiram Əmirov: Hə da, indi elə onu şey eləyirəm dayna. Gedirəm ora baxam. Gəlirlər. Təqsirləndirilən şəxs1: Gəlməyib hələ maşın? Ehtiram Əmirov: Yox vallah, Allah haqqı. Elə gözləyirəm, heç çörək də yeməmişəm ey. Təqsirləndirilən şəxs1: Başına dönüm, Ehtim, onu özün orda torpağı Nadirə zəng eləsən vuracaq torpaqlamanı. Ehtiram Əmirov: Hə, yaxşı, yaxşı, narahat olma. Təqsirləndirilən şəxs1: Söndür elə, ora bax gör nədisə. Oranı özü də həmişə təmizləmişik, eləmişik içini. Bağlayanda yanır da, götürmür. Ehtiram Əmirov: Hə, yaxşı, narahat olma, yaxşı. Təqsirləndirilən şəxs1: Hə, oldu. Ehtiram Əmirov: Yaxşı, sağ ol. Həmçinin baxış aparılması zamanı müəyyən edilmişdir ki, Ehtiram Əmirovun ***-***- **-** nömrəli digər telefonundan 06 fevral 2022-ci il tarixdə saat 15:04-də "xxxx" ASC-nin tabeliyində olan “X11 Şəbəkəsi” MMC-nin Beyləqan şəbəkə sahəsinin 110/35/10 kV-luq Ağcabədi yarımstansiyasının ***-***-**-** nömrəli xidməti telefonuna zəng edilmiş və həmin danışıq 03 dəqiqə 26 saniyə davam etmişdir. X32 həmin mobil telefon cihazında aparılan danışıqların səs yazısını qeydə almaq funksiyası olmamışdır. İş materiallarında olan məhkəmə-fonoskopik ekspertizasının 11 may 2022-ci il tarixli 4/561-4/575 nömrəli rəyindən görünür ki, X21 ilə Təqsirləndirilən şəxs1 arasında 06 fevral 2022-ci ildə, saat 14:05-də və saat 14:47-də aparılmış telefon danışıqlarının audio yazılarında montaj əlamətləri müəyyən olunmamışdır. Həmin audio yazılardakı danışıqların yuxarıda göstərilən mətnlərində “Təqsirləndirilən şəxs1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1 məxsusdur. Həmin danışıqlar zamanı sonuncunun psixi-emosional vəziyyətində ekstremallıq və alkoqoldan yaranan sərxoşluq əlamətləri müəyyən edilməmişdir. Həmin danışıqlar zamanı diktorların – Ehtiram Əmirovun və Təqsirləndirilən şəxs1 olduqları akustik şərait qapalı şəraitə uyğundur. İş materiallarında olan mərhum X8 ***-***-**-** və ***-***-**-** nömrəli, Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəli telefonları vasitəsi ilə aparılmış danışıqlar barədə məlumatlar "xxxx" MMC-dən əldə edilmiş və həmin məlumatlarla da yuxarıda göstərilən danışıqların aparıldığı, yəni 06 fevral 2022-ci ildə Təqsirləndirilən şəxs1 saat 14:05-də Ehtiram Əmirova zəng edərək Şənlik kəndində yerləşən transformatoru təmir etməsi barədə tapşırıq verməsi, saat 14:47-də bir daha zəng edərək sonuncunu tələsdirməklə eyni məzmunlu tapşırıq verməsi və Ehtiram Əmirovun saat 15:04-də "xxxx" ASC-nin 110/35/10 kV-luq Ağcabədi yarımstansiyasına zəng etməklə dispetçer Təqsirləndirilən şəxs2la danışaraq həmin transformatorun xəttini açması və torpaqlamanı qoşmasına dair danışıqların aparıldığı təsdiq edilmişdir. İş materiallarında olan “telefon danışıqları barədə məlumatlara baxış aparılması haqqında” 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, 06 fevral 2022-ci ildə, saat 13:52-dən 14:02-dək Təqsirləndirilən şəxs1 telefonuna Şənlik kənd sakinlərindən Şahid4, Şahid5, Şahid3 və qeyriləri tərəfindən zənglər edilmişdir. Eyni zamanda həmin gün saat 14:00-dan 14:57-dək X8 telefonuna Şənlik kənd sakinlərindən Şahid4 və Şahid3 tərəfindən zənglər edilmişdir. Baxışla müəyyən edilmişdir ki, Şənlik kənd sakinləri Şahid4, Şahid5 və qeyriləri 06 fevral 2022-ci ildə saat 13:50 dəqiqələrində Təqsirləndirilən şəxs1 zəng edərkən sonuncunun mobil telefon cihazı Zərdab rayonunun ərazisində yerləşən şanların, Ehtiram Əmirovun mobil telefon cihazı isə Şənlik kəndinin ərazisində yerləşən şanların əhatə dairəsində olmuşdur. Eyni zamanda müəyyən olunmuşdur ki, Quliyev X3 yerləşən transformatorda qəzanın baş verməsi haqqında kənd sakinlərindən məlumat aldıqdan sonra qəzanın nəticələrinin aradan qaldırılması üçün naryadın ayrılması və digər tədbirlərin görülməsi məqsədi ilə rayon elektrik şəbəkəsinin rəisinə, baş mühəndisinə və ya digər vəzifəli şəxsə məlumat vermədən birbaşa olaraq X13 zəng edərək təmir işlərini aparması barədə tapşırıq vermiş, hadisə barədə isə yalnız sonuncunun ölümündən sonra saat 15:41 dəqiqədə rayon elektrik şəbəkəsinin rəisi X9 zəng etmişdir. İş materiallarında olan ***-***-**-** nömrəli telefona baxış aparılması haqqında 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, 06 fevral 2022-ci il tarixdə Şənlik kəndində yerləşən transformatorda qəzanın baş verməsi ilə bağlı Təqsirləndirilən şəxs1 və ya qeyrisi tərəfindən Şahid1 məlumat verilməmiş, yalnız Ehtiram Əmirovun ölümündən sonra saat 16:21 dəqiqədə Təqsirləndirilən şəxs1 ona zəng etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Şənlik kənd sakini Şahid4 təqdim etdiyi onunla Təqsirləndirilən şəxs1 arasında 06 fevral 2022-ci ildə, saat 18:09-da və 18:11-də aparılmış telefon danışıqlarının audio yazılarının olduğu kompakt disk götürülərək cinayət işinin materiallarına əlavə edilmiş və 27 aprel 2022-ci ildə həmin kompakt diskə baxış aparılmışdır. 06 fevral 2022-ci ildə saat 18:09-da qeydə alınmış telefon danışığı zamanı Şahid4 və Təqsirləndirilən şəxs1 arasında aşağıdakı məzmunda danışıqlar aparılmışdır: Şahid4: Alo. Təqsirləndirilən şəxs1: Hə. Şahid4: Salam məleykim. Təqsirləndirilən şəxs1: Salam. Şahid4: Ay Bəhrəm, bu nağaraq, nətər eliyək, bu nətər olacaq belə? Təqsirləndirilən şəxs1: Nə, qardaş? Şahid4: Bu nə deyəndə, mən sənə zəng eliyib deyirəm, sən də deyirsən ki Ehtirama zəng elə. Təqsirləndirilən şəxs1: Nə mən? Nə deyirsən. De görüm dayna, sənin zənginə oğlan da yıxıldı öldü. Nə istəyirsən? İşıq yanır dayna o küçədə. Şahid4: İşıq demirəm ey. Mənim zəngimə nə yıxıldı öldü. Sən mənə deyirsən ki, Ehtirama zəng elə denən. Onu mənə nə deyirsən o orda işləməyə-işləməyə? Təqsirləndirilən şəxs1: Boy. Şahid4: Boy nədi? Təqsirləndirilən şəxs1: Ə deyirəm ona deyin dayna baxsın, mən nə deyirəm ki. Şahid4: Yox ey, bəs deyirsən ona denən. O orda işləyir? Mənə deyirsən orda ona denən. Təqsirləndirilən şəxs1: Yox, işləmir, işləmir. Bilmirsən işləmədiyini? Şahid4: Yox, mən hardan bilirəm o işləyir-işləmir? 06 fevral 2022-ci il tarixdə saat 18:11-də qeydə alınmış telefon danışığı zamanı Şahid4 və Təqsirləndirilən şəxs1 arasında aşağıdakı məzmunda danışıqlar aparılmışdır: Şahid4: Alo. Təqsirləndirilən şəxs1: Hə, zəng vurmusan. Şahid4: Hə, zəng vurmuşdum bayaq. Deyirəm ki, mənə deyirsən ki... Təqsirləndirilən şəxs1: A bala, kənddə işığa həmişə o baxmırdı? Şahid4: Kənddə işığa o baxırdı ey, Bəhrəm... Təqsirləndirilən şəxs1: Hə, di mən də ay zad, mən Ucardaydım, dedin sayğacıma tok gəlmir. Mən də dedim ona deyin baxsın, Raqufa denən baxsın. Elə demədim? Şahid4: Raqufa demədim, yox. Dedin Ehtirama denən baxsın. Təqsirləndirilən şəxs1: Hə, demişəm Ehtirama denən baxsın, demişəm, yenə deyirəm demişəm, sonra. Nə var ki orda, a bala? Sayğacına baxsın dayna, mən nağarım ki. Guya birinci dəfədi baxır? Şahid4: Mən bilmirəm ey birinci dəfədi, ikinci dəfədi? Mən bilirəm o Ehtiram hə, işləyirdi orda. Təqsirləndirilən şəxs1: Hə, di qutardı getdi dayna, işləyir, vaxtında işləyib, yəni dünən işıq düzəltmirdi Ehtiram kənddə? Nağarım mən? Dünən Vahidgilin transformatorun o düzəltməyib? Şahid4: Nağarmağın, ay Bəhrəm, odu ki, məni niyə pis başa düşürsən sən... Təqsirləndirilən şəxs1: Ə di mən neyniyim, mən Zərdab, Ucardayam, sənə dedim ki, a bala mən dörd saata gələcəm, elə əgər vacibdisə ona deyin baxsın. Mən özüm işığa baxanam, montyoram mən? Şahid4: Bəs montyor deyilsən, montyorun olmalıdı. Yoxdu? Denən yoxdu. Təqsirləndirilən şəxs1: Ə di montyor, qoy düzəldəcəm birin, yaxşı. Şahid4: Denən yoxdu. Mənə deyirsən ki, ona zəng elə denən. Təqsirləndirilən şəxs1: Ə yaxşı, hə yaxşı, demişəm demişəm dayna. İş materiallarında olan "xxxx" ASC-nin tabeliyində “X11 Şəbəkəsi” MMC-nin Beyləqan şəbəkə sahəsinin 110/35/10 kV-luq Ağcabədi yarımstansiyasının əməliyyat jurnalından görünür ki, 06 fevral 2022-ci ildə aşağıda qeyd edilən əməliyyatların aparılması haqqında jurnalda qeydiyyatlar aparılmışdır. Saat 15:00 – 10 kV-luq “Nizami” hava xətti qısa qapanmadan açıldı. Saat 16:30 – Atakişiyevin göstərişi ilə 10 kV-luq “Nizami” hava xəttini bağladım. Saat 17:20 – Atakişiyevin göstərişi ilə 10 kV-luq “Nizami” hava xəttini açıb torpaqlamanı qoşdum, həmçinin 10 kV-luq 1-ci və 2-ci şəhər xətlərini və “Köhnə pambıq zavod” xəttini açdım. Saat 17:30 – Atakişiyevin göstərişi ilə 10 kV-luq “Nizami” hava xəttindən torpaqlamanı çıxarıb, 10 kV-luq “Nizami”, 1-ci və 2-ci şəhər, “Köhnə pambıq zavod” xətlərinə gərginlik verdim. Qeyd: Dispetçer Təqsirləndirilən şəxs2 ifadələrinə əsasən əməliyyat jurnalında aparılmış qeydiyyatların vaxtı 10-15 dəqiqə irəli və ya geri ola bilər. X8 10 kV-luq Nizami hava xəttini açması barədə göstərişi ilə Təqsirləndirilən şəxs2 saat 15:04-15:08 dəqiqələri arasında xüsusi sərfiyyat transformatorunun xəttini açması barədə əməliyyat jurnalında qeydiyyat aparılmamışdır. İş materiallarında olan Azərişq” ASC-nin X39 təchizatı və satışı idarəsinin Ağcabədi Elektrik şəbəkəsi tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli 20/310 nömrəli məktubundan görünür ki, hadisə baş vermiş ******* kod nömrəli transformatorda baş vermiş qəza haqqında şəbəkəyə məlumat daxil olmamışdır. Hadisənin baş verdiyi 06 fevral 2022-ci ildə Şənlik kəndi üzrə sahə montyoru vəzifəsində işləyən olmamışdır. Hadisənin baş verdiyi 10 kV-luq “Nizami” hava xəttindən qidalanan 100 kVA gücündə ******* nömrəli transformatora şəbəkənin mühəndis, texniki və usta vəzifəsində işləyən əməkdaşları tərəfindən mütəmadi olaraq baxışlar keçirilmiş, hər hansı qüsur aşkar edilmədiyinə görə nasazlıq haqqında akt tərtib edilməmişdir. İş materiallarında olan Azərişıq” ASC üzrə 26 fevral 2018-ci il tarixli K/18-01054 nömrəli əmrdən görünür ki, X21 həmin tarixdən Ağcabədi Elektrik şəbəkəsinin paylayıcı şəbəkə sahəsində elektrik montyoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan "xxxx" ASC üzrə 22 avqust 2019-cu il tarixli K/19-04759 nömrəli əmrdən görünür ki, X8 əmək müqaviləsinə həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan "xxxx" ASC üzrə 30 aprel 2015-ci il tarixli K-15-0333 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs1 13 aprel 2015-ci ildən X39 təchizatı və satışı idarəsinin Ağcabədi Elektrik şəbəkəsinin enerji satışı sahəsinin nəzarətçi mühəndisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərenerji” ASC-nin tabeliyində “X11 Şəbəkəsi” MMC üzrə 01 may 2014-cü il tarixli 75/KŞ nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Beyləqan şəbəkə sahəsi üzrə 110/35/10 kV-luq Ağcabədi yarımstansiyasının növbətçi mühəndisi vəzifəsinə təyin edilmişdir İş materiallarında olan "xxxx" ASC üzrə 11 yanvar 2021-ci il tarixli S-21/121 nömrəli sərəncamadan görünür ki, Ağcabədi rayonunun ərazisində olan elektrik qurğularında təmir-profilaktik işlərin yerinə yetirilməsi üçün X39 təchizatı və satışı idarəsinin Ağcabədi Elektrik şəbəkəsinin baş mühəndisi Şahid1 icazə verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Regional enerji təchizatı və satışı idarələrinin rayon elektrik şəbəkələrində çalışan əməkdaşlarının vəzifə təlimatına əsasən Enerji satışı şöbəsinin nəzarətçi mühəndisinin vəzifələrinə alınan və realizə edilən enerjinin miqdarı, ərazi üzrə alınan və istehlakçılara ötürülən elektrik enerjisi və abonentlər haqqında zəruri məlumatları əldə etmək, enerjinin haqqının yığılması vəziyyətinin uçotunu aparmaq, kommersiya itkilərini aşkar etmək, yüklərin simmetrik paylanmasına bilavasitə nəzarət etmək, elektrik enerjisinə olan borcların ödənişini təşkil etmək, kəsim ilə bağlı məsələləri təşkil etmək və nəzarətdə saxlamaq, sərfiyyatı şübhəli olan abonentlərin uçot komplektlərinin yerində araşdırılmasını təşkil etmək, rəhbərlik tərəfindən verilmiş göstəriş və tapşırıqların vaxtında və operativ yerinə yetirilməsini təşkil etmək, iş qrafikini aparıcı mühəndislə birlikdə dəqiq və məqsədyönlü təşkil etmək, elektrik enerjisinə olan borc siyahılarına əsasən ödənişi təşkil etmək, ödəniş etməyən abonentlərin enerji təminatlarının dayandırılması barədə məsələ qaldırmaq, qüsurlu sayğaclar barədə dərhal aparıcı mühəndisə məlumat vermək, şəbəkəyə qanunsuz qoşulma hallarını aşkar etmək və aparıcı mühəndisi məlumatlandırmaq, gün ərzində qarşılaşdığı hər bir neqativ hallar barədə aparıcı mühəndisə məlumat vermək, abonent kabellərinin vəziyyətinə nəzarət etmək və sair inzibati-təsərrüfat funksiyaları aiddir. İş materiallarında olan "xxxx" ASC-nin tabeliyində “X11 Şəbəkəsi” MMC-nin direktorunun 15 avqust 2019-cu ildə təsdiq etdiyi vəzifə təlimatından görünür ki, həmin Cəmiyyətin Beyləqan şəbəkə sahəsinin 110/35/10 kV-luq Ağcabədi yarımstansiyasının növbətçi mühəndisinin vəzifələrinə istehsalat və əməliyyat təlimatlarına, rejim sxemlərinə əsaslanaraq yarımstansiyanın avadanlıqlarının etibarlı və qəzasız işini təmin etmək, özündən əvvəlki növbəni qəbul etmək və növbə sona çatdıqdan sonra qrafik üzrə sonrakı növbətçiyə təhvil vermək, avadanlığın vəziyyəti və iş rejimi ilə, rele mühafizəsi və mnemosxmelə əməliyyat jurnalı vasitəsi ilə tanış olmaq, qəza halında nasaz olan avadanlıqlar, habelə təmir və ehtiyatda olanlar haqqında növbəni təhvil verən şəxsdən məlumat almaq və növbəni təhvil verərkən məlumatlar vermək, əvvəlki növbə zamanı olan bütün yazı və göstərişlərlə tanış olmaq, növbə zamanı baş vermiş çatışmazlıqlar haqqında yarımstansiyanın və regional dispetçer xidmətinin rəisinə məlumat vermək, sifarişə əsasən avadanlıqların təmirə çıxma sxemini hazırlayıb təftiş və sınaqdan sonra normal vəziyyətə gətirmək, yarımstansiyanın yük və gərginliyinə nəzarət etmək, tərtib olunmuş sifariş və əməliyyat blanklarına əsaslanmaqla yarımstansiyada planlı açılmanı təşkil etmək, əməliyyat danışıqlarını dəqiq və düzgün aparmaq, tapşırığın aydınlaşdırılması məqsədilə tabeliyində olan işçini sistemli təlimatlandırmaq, operativ əməliyyatların aparılması zamanı avtomatika və mühafizənin ən qısa müddətdə işdən çıxmasını təşkil etmək, yarımstansiyanın normal və qısa sxemlərinin hazırlanmasında iştirak etmək, yarımstansiyanın ayrı-ayrı elementləri və qida mənbəyi işdən çıxan zaman qəza sxemini dəqiq bilmək, qısa müddətdə yarımstansiyada qeyri-normal rejimin aradan qaldırılması üçün tədbirlər görmək, şəbəkə sahəsinin rəisi tərəfindən tutulmuş və həmin Cəmiyyətin baş mühəndisinin təsdiq etdiyi qrafik üzrə növbətçilik etmək, növbəni təhvil vermədən işdən getməmək, təlimata əsaslanaraq yarımstansiyada olan dəyişiklikləri tez və tam dispetçer sxemində qeyd etmək, torpaqlama və başqa şərti işarələri göstərmək və sair inzibati-təsərrüfat funksiyaları aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 06 fevral 2022-ci il tarixli 07 nömrəli rəyindən görünür ki, X8 meyitinin xarici müayinəsi zamanı onun bədən səthində sağ əlin İ, İİ, İİİ, İV, V barmaqlarında və sağ əlin ovuc səthində elektrik cərəyanının giriş dəliyi, sağ ayağının birinci barmağının alt səthində elektrik cərəyanının çıxış dəliyi, sağ əlin arxa səthində sıyrıqlar aşkar edilmişdir. Həmin xəsarətlər həyati olmaqla elektrik cərəyanının yerli təsirindən törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir və ölümlə birbaşa səbəbli əlaqəlidir. X2 əlində olan sıyrıqlar küt əşyanın təsirindən törənmişdir, onun yıxılması nəticəsində əmələ gələ bilərdi, yetirilmə vaxtı 06 fevral 2022-ci il tarixə uyğundur və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. X8 meyitinin daxili müayinəsi zamanı orqanlarda doluqanlılıq müəyyən edilmişdir. Daxili üzvlərdə hər hansı bir patologiya və travmatik dəyişikliklər aşkar edilməmişdir. X8 ölümünə səbəb elektrik cərəyanı vurması nəticəsində əmələ gəlmiş kəskin ürək-damar və tənəffüs çatışmazlığı olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən X8 ölümü onun meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əvvəl, yəni 06 fevral 2022-ci il tarixdə baş vermişdir. X8 meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqat nəticəsində 0,5 promil qatılığında etil spirti aşkar edilmişdir və bu da canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. İş materiallarında olan “əmək təhlükəsizliyinin tədqiqi haqqında” ekspertizasının 10 may 2022-ci il tarixli 10/1359 nömrəli rəyindən görünür ki, Ağcabədi rayonu, Şənlik kəndinə gedən yolun kənarında quraşdırılan transformatorda təmir işlər müvafiq təşkilatitexniki tədbirlər (naryad tərtib edilməsi, iş yerinin hazırlanması, zəruri açılmalar aparılması və sair) görülmədən aparıldığına görə baş vermiş hadisə ilə əlaqədar “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 1.6.6, 1.6.12, 2.1.1, 2.1.2, 2.1.8 və 3.1.1.1-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Elektrik təhlükəsizliyi üzrə xüsusi qrupa malik və operativ heyətin üzvü olmayan işçini elektrik qurğusunun təmiri işinə cəlb etdiyi və həmin işin təhlükəsiz görülməsi üçün lazımi təşkilati-texniki tədbirlərin (naryad tərtib edilməsi, iş yerinin hazırlanması, zəruri açılmalar aparılması və sair) görülməsini təmin etmədiyi üçün “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 1.6.6, 1.6.12, 2.1.1, 2.1.2və 3.1.1.1-ci bəndlərinin tələbləri həmin işin görülməsi barədə göstəriş vermiş "xxxx" ASC-nin Ağcabədi Elektrik şəbəkəsinin nəzarətçi mühəndisi Təqsirləndirilən şəxs1 tərəfindən pozulmuşdur. 110/35/10 kV-luq Ağcabədi yarımstansiyasında növbətçimühəndis işləyən Təqsirləndirilən şəxs2 10 kV-luq “Nizami” hava xəttini şəbəkədən ayırmaq barədə bildirməsinə baxmayaraq, sonuncu səhvən xüsusi sərfiyyat transformatorunun xəttini ayırmaqla əməliyyatın düzgün aparılmasını təmin etmədiyinə görə onun tərəfindən “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.8-ci bəndinin tələbləri pozulmuşdur. Hadisənin baş vermə səbəbinin şəxslərin hərəkətləri ilə bağlı olduğunu nəzərə alaraq, transformatorun texniki vəziyyəti ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020ci il tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 1.6-cı bəndinin (Heyətə dair tələblər) 1.6.6-cı yarımbəndinə əsasən elektrik və istilik qurğularında və avadanlıqlarında əməliyyat çevirmələri operativ və operativ-təmir heyəti tərəfindən yerinə yetirilir. Çevirmələrə ikinci şəxs qismində yalnız istehlakçı müəssisənin müvafiq profil üzrə xidmətinin təmir və texniki heyətinin cəlb olunmasına icazə verilir. Qeyd edilən bəndin 1.6.12-ci yarımbəndinə əsasən gərginliyi 1000 V-dək olan elektrik qurğularında işlərin aparılması üçün elektrik qurğusuna xidmət edən, elektrik təhlükəsizliyi üzrə İİİ qrupa malik, operativ heyətin üzvü olan işçilər buraxılır. “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1-ci bəndinin (İşlərin təhlükəsiz aparılması ilə bağlı məsuliyyət) 2.1.1-ci yarımbəndinə əsasən elektrik və istilik qurğularında, şəbəkələrdə və avadanlıqlarda işlərin təhlükəsizliyini təmin edən təşkilati tədbirlər olaraq aşağıdakılar qəbul olunur: a) naryad, əmr və ya cari istismar qaydası ilə icra olunan işlərin siyahısının tərtib edilməsi; b) iş yerinin hazırlanmasına və həmin Qaydanın 2.1.18-ci yarımbəndi ilə təyin olunmuş hallarda işə buraxılışa icazənin verilməsi; c) işə buraxılış; ç) iş zamanı nəzarət. Qeyd edilən bəndin 2.1.2-ci yarımbəndinə əsasən fəaliyyətdə olan qurğularda, şəbəkə və avadanlıqlarda işlər yalnız yazılı naryad-buraxılışlar və sərəncamlar ilə icra olunur. Qeyd edilən bəndin 2.1.8-ci yarımbəndinə əsasən iş yerlərinin hazırlığına, elektrik və ya istilik qurğularında işlərə buraxılış verən işçi aşağıdakılara cavabdehdir: d) buraxılan briqadaların iş apardıqları yerlərə gərginliyin və ya istilik daşıyıcılarının verilməsini istisna etmək məqsədilə verilən göstərişlərin, həmçinin kommutasiya aparatlarının qoşulması üzrə müstəqil hərəkətlərin düzgünlüyünə. “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 3.1-ci bəndinin (Gərginliyi çıxarmaqla aparılan işlərin təhlükəsizliyini təmin edən texniki tədbirlər) 3.1.1-ci yarımbəndinə əsasən elektrik qurğularında gərginliyi çıxarmaqla yerinə yetirilən işlərin icrasının təhlükəsizliyini təmin etmək üçün aşağıda göstərilmiş qaydada texniki tədbirlər yerinə yetirilməlidir: a) zəruri açılmalar aparılmalıdır; b) kommutasiya aparatlarının səhv və ya özbaşına qoşulması nəticəsində iş yerinə gərginlik verilməsinin qarşısını alan tədbirlər görülməlidir; c) kommutasiya aparatlarının əl intiqallarına və məsafədən idarəetmə açarlarına qadağanedici plakatlar asılmalıdır; ç) torpaqlanmalı olan cərəyan daşıyan hissələrdə gərginliyin olmaması yoxlanılmalıdır; d) torpaqlanma qoyulmalıdır (torpaqlanma bıçaqları qoşulmalıdır, onların olmadığı yerlərdə səyyar torpaqlanma qurğusu quraşdırılmalıdır); e) “torpaqlanma” göstərici plakatları asılmalıdır; ə) lazım olarsa, iş yerləri və gərginlik altında qalan cərəyan daşıyan hissələr çəpərlənməli və təhlükəsizlik plakatları asılmalıdır. İş materiallarında olan “Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 16 may 2022-ci il tarixli 52 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən xəstəxananın poliklinika şöbəsinin nevroloji və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmırlar. İş materiallarında olan qərardan görünür ki, olan X13 məxsus “Lenovo” markalı “A1000” modelli və “Xiaomi” markalı “Redmi 4A” modelli iki ədəd mobil telefon cihazları və 06 fevral 2022-ci ildə Təqsirləndirilən şəxs1 və X8 arasında aparılmış telefon danışıqlarının audio yazıları olan bir ədəd kompakt disk, həmin tarixdə Təqsirləndirilən şəxs1 ilə Şahid4 arasında aparılmış telefon danışıqlarının audio yazıları olan bir ədəd kompakt disk cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə (Təqsirləndirilən şəxs2 etirafedici, Təqsirləndirilən şəxs1 isə qismən etirafedici, zərər çəkmiş şəxsin hüquqi varislərinin və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 309.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 əməli isə CM-in 314.2-ci maddəsi ilə ilə düzgün tövsif edilmiş, onların əməlləri qeyd edilən maddələrin dispozisiyası şərtlərinə uyğun gəldiyindən onlar həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin tövsifi məsələsini müzakirə edərək onların hərəkətlərini onlara istinad edilən CM-in maddələrinin dispozisiyasına şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58, 59 və 61-ci maddələrinin tələblərini nəzərə alaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cinayətin məqsəd və motivini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onların əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. İş materiallarında olan qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalıdırlar. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Quliyev X23 rayonunun Şənlik kəndində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı ilə birgə orada yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Məmmədov X15 rayonunun Hacıbədəlli kəndində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı ilə birgə orada yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş X17 stasionar xəstənin tibb kartasından çıxarışdın görünür ki, xx.xx.2017-ci ildə Təqsirləndirilən şəxs1 müayinə zamanı onun LAD damarında 80%, HL damarında 80%,90%, RCA damarının distal seqmentində 80% darlıq aşkar edilmiş, xx.xx.2017 tarixində xəstənin LAD, HL, RCA damarına 5 ədəd resolute inteqrity (3,5x38mm, 3.0x12mm, 2.5x12mm, 3.5x22mm, 3.0x38mm) stent implantə edilmişdir. İş materiallarına əlavə edilmiş CARDİO CENTER-in 13 sentyabr 2017-ci il və 16 sentyabr 2017-ci il tarixli nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 ürək damarlarına 5 ədəd stend implantə edilmişdir. İş materiallarına əlavə edilmiş M.A.Topçubaşov adına X29 Patomorfologiya Laboratoriyası tərəfindən verilmiş 2078-80 nömrəli Patohistoloji Müayinədən görünür ki, Təqsirləndirilən şəxs1 yoğun bağırsağın hiperplastik polipi üçün xarakter morfoloji mənzərə müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş M.A.Topçubaşov adına X29 Patomorfologiya Laboratoriyası tərəfindən verilmiş 1019-21 nömrəli Patohistoloji Müayinədən görünür ki, Təqsirləndirilən şəxs1 yoğun bağırsaq polipi, polipektomiya xəstəliyi aşkar olunur, xəstənin həkim nəzarətində olması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş 13 avqust 2021-ci il tarixli tibbi protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı enən çənbər bağırsağın dimunitiv polipi, Kolit diaqnozu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Milli Onkologiya Mərkəzi Endoskopiya Şöbəsi tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ödemli qastrologiya, Kardiyanın çatmamazlığı müəyyən edilir. İş materiallarına əlavə edilmiş Milli Onkologiya Mərkəzi Endoskopiya Şöbəsi tərəfindən verilmiş digər tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Erozivı bulbit, Reflüks qastrit, Öd yolları disfunksiyasının endoskopik əlamətləri müəyyən edilir. İş materiallarına əlavə edilmiş kor bağırsağında büküşlər şişkin, peristaltika zəifdir, enən çənbər bağırsaqda eritema sahələri müşahidə olunur, enən çənbər bağırsağında 6- 7mm ölçüdə çəhrayı polip qeyd olunur, gjeniş əsasdadır. Anal kanalda hemorroidal hiperplpziya vardır. İş materiallarına əlavə edilmiş “X34” klinikası tərəfindən verilmiş tibbi arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı Mədə cismi infiltrativ Cr patalogiyası, Qaraciyər mts lezionları (Öncəki müayinə ilə müqayisədə mts-lərdə davamlı böyümləri izlənir, eləcə də Sağ böyük yarımkürə təpə-ənsə keçidində 35 mm, sol təpə payda 18 mm, sol ənsə payda 18 mm və sağ beyincik yarımkürəsində 25mm hiperdens törəmələr izlənir (mts). Törəmələr ətrafında geniş ödemli dəyişikliklər izlənir. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon mərkəzi xəstəxanasının 21 may 2022ci il tarixli 41 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 “Mədənin cr-i Qaraciyərə MTS 4 mərəhələ cr-i diaqnozu ilə həmin xəstəxanada qeydiyyatdadır. İş materiallarında olan Ağcabədi rayon mərkəzi xəstəxanasının həkim-Onkoloqu tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Məmmədov X15 RMX-nın Onkoloji kabinetində “Mədənin cr-i” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş Ambulator Kartdan arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 mədə xərçəngi, qida borusuna sirayət, reqionar limfa düyünlərinə və qaraciyərə metastaz diaqnozu müəyyən edilərək kimyaterapevt məsləhət görülmüşdür. İş materiallarında olan İstanbul NS klinika tərəfindən verilmiş X12 müayinəsindən görünür ki, Məmmədov X5 təsvir edilən törəmələr MRT əlamətlərinə görə ikincili genezə malik patoloji ocaqlar (MTS) lehinə dəyərləndirilir. Onkoloqun konsultasiyası, kliniki– laborator korrelyasiya tövsiyyə edilir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, mərhum X8 arvadı vət.X20 zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınması ilə bağlı məhkməyə ərizə ilə müraicət etmiş, ərizəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onları bağışladığını və onlara qarşı heç bir şikayət və tələbi olmadığını bildirmiş, eləcə də təqsirləndirilən şəxslərə həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi X7 təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, onkoloji və ürək xəstəliyindən əziyyət çəkməsini, təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, ilk məhkumluğunu, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, eləcə də ailədə yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, onkoloji xəstəliklərdən-mədə və qaraciyər xərçəngindən əziyyət çəkməsini, həmin xəstəliklərin qida borusuna sirayət, reqionar limfa düyünlərinə metastaz verməsini, kimyaterapevt müalicəsi almasını, Onkoloji kabinetdə “Mədənin cr-i” diaqnozu ilə qeydiyyatda olmasını, təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, ilk məhkumluğunu, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını eləcə də hazırda yataq xəstəsi olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cinayətin törədilmə şəraitini, təqsirləndirilən şəxslərin ilk məhkumluğunu, ali təhsilli olmalarını, təqsirlərin etiraf etməklə əməlindən peşmançılıq keçirmələrini, zərər çəkmiş şəxsin hüquqi varisinin onlara qarşı heç bir şikayət və tələblərinin olmamasını, onları bağışlamasını, cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayələrində heç bir yerdə işləməyən arvadlarının olmasını, hər iki təqsirləndirilən şəxslərin yuxarıda qeyd edilən xəstəliklərdən əziyyət çəkmələrini, xəstəlikləri ilə bağlı mütamadi olaraq ambulator və stasionar qayada müalicə almalı olduqlarını, onların cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin onların müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəyi təqdirdə səhhətlərinə və himayələrində olan şəxslərin gələcək həyatına və sağlamlığına mənfi təsir göstərəcəyini, ailələrinin mənəvi iztirablar çəkəcəyini, eyni zamanda təyin olunacaq cəzanın ailələrinin həyat şəraitinə təsirini, onların hadisədən sonrakı davranışını və yaşayış yerindən müsbət xarakterizə olunmalarını nəzərə alaraq onları cəmiyyətdən təcrid etmədən də, yəni onlara təyin olunacaq cəzanı çəkmədən də onların islah olunmasını mümkün sayır. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən müəyyən müddətə azalıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi ədalət və humanizm prinsiplərinə uyğundur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən etməklə onlara təyin olunacaq cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəuyğun hesab edir. Müəyyən olunmuş sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, xəstəlikləri ilə bağlı müalicə almaq, himayələrində heç bir yerdə işləməyən arvadlarnın qayğısına qalmaq vəzifələri qoyulmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunacağını nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. CM-in 46.3-cü maddəsinə əsəasən şərti məhkum etmə zamanı müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəza kimi təyin edilən zaman əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul əmlak və s. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olan X13 məxsus “Lenovo” markalı “A1000” modelli və “Xiaomi” markalı “Redmi 4A” modelli iki ədəd mobil telefon cihazları zərər çəkmiş şəxsin hüquqi varisi X14 qaytarılmalı, 06 fevral 2022-ci ildə Təqsirləndirilən şəxs1 və X8 arasında aparılmış telefon danışıqlarının audio yazıları olan bir ədəd kompakt disk, həmin tarixdə Təqsirləndirilən şəxs1 ilə Şahid4 arasında aparılmış telefon danışıqlarının audio yazıları olan bir ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 402 (dörd yüz iki ) manat hər birindən 201 (iki yüz bir) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 354-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 309.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2 (iki) il müddətə dövlət və yerli-özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla, təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və üzərində 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs1 təyin olunacaq sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddətində Təqsirləndirilən şəxs1 üzərinə davranışı ilə əlaqədar nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, ailəsini saxlamaq, onların qayğısına qalmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışına nəzarət yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmdən saxlanılsın. Hökm qanuni qüvvəyə mindiyi andan barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla, təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və üzərində 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs2 təyin olunacaq sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddətində Təqsirləndirilən şəxs2 üzərinə davranışı ilə əlaqədar nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, ailəsini saxlamaq, onların qayğısına qalmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışına nəzarət yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.. Hökm qanuni qüvvəyə mindiyi andan barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan X13 məxsus “Lenovo” markalı “A1000” modelli və “Xiaomi” markalı “Redmi 4A” modelli iki ədəd mobil telefon cihazları zərər çəkmiş şəxsirn hüquqi varisi X10 qaytarılsın, 06 fevral 2022-ci ildə Təqsirləndirilən şəxs1 və X8 arasında aparılmış telefon danışıqlarının audio yazıları olan bir ədəd kompakt disk, həmin tarixdə Təqsirləndirilən şəxs1 ilə Şahid4 arasında aparılmış telefon danışıqlarının audio yazıları olan bir ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 402 (dörd yüz iki) manat hər birindən 201 (iki yüz bir) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Cəlil Nəbiyev Hakimlər: Cavid Səfərli Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar