Məhkəmə qərarları › İş №1(099)-10/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-10/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-10/2024 22.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X13, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı İixtiyar oğlu, Zərərçəkmiş şəxs, onun nümayəndəsi X22 və müdafiəçilər - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Zəfər” Vəkil Bürosunun vəkilləri Müdafiəçi7, Müdafiəçi9, Müdafiəçi10, Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxx 2000-ci il ildə Ağcabədi rayonu İmamqulubəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonu İmamqulubəyli kəndində qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 144.3 və 149.2.3-cü maddələri ilə, xx xxx 1968-ci il ildə Ağcabədi rayonu İmamqulubəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonu İmamqulubəyli kəndində qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxxx 1995-ci il ildə Ağcabədi rayonu İmamqulubəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonu İmamqulubəyli kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 20 avqust 1991-ci il ildə Ağcabədi rayonu İmamqulubəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonu İmamqulubəyli kəndində qeydiyyatda olmaqla Ağdam rayonunun İkinci Alıbəyli qəsəbəsində faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 xx xxxxxxxx 1986-cı il ildə Ağcabədi rayonu İmamqulubəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonu İmamqulubəyli kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 xx xxx 1994-cü il ildə Ağcabədi rayonu Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonu İmamqulubəyli kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə qohum olmaları və həmkəndli kimi aralarında olan ailəvi münasibətlərə görə sonuncunun xx xxxxxx 2003cü il tarixdə doğularaq cinayətin törədildiyi vaxt yetkinlik yaşına çatmadığını aşkar surətdə bildiyi halda Zərərçəkmiş şəxs iradəsi ziddinə qəsdən oğurlayaraq faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə apararaq saxlamaqla evlənmək niyyətilə digər təqsirləndirilən şəxslər-atası Təqsirləndirilən şəxs2, dayısı Təqsirləndirilən şəxs3, əmisi qızı Təqsirləndirilən şəxs4, əmisi oğlu Təqsirləndirilən şəxs5 və sonuncunun arvadı Təqsirləndirilən şəxs6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən birləşib, Zərərçəkmiş şəxs Ağcabədi rayonunun İmamqulubəyli kəndindəki “Qobu” adlanan ərazidə olan bulaqdan tez-tez su götürdüyünü müşahidə edərək adam oğurluğunun həyata keçiriləcəyi yeri müəyyən etdikdən sonra cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə əvvəlcədən aralarında rolları bölüşdürüb Təqsirləndirilən şəxs2 qrup üzvləri və oğurlanması planlaşdırılan adamın daşınacağı avtomobili idarə edəcəyi, Təqsirləndirilən şəxs5 adam oğurluğunun həyata keçirildiyi vaxt kənar şəxslərin müdaxiləsinin qarşısını alacağı, özünün Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə Zərərçəkmiş şəxs həmin tutaraq avtomobilə yerləşdirəcəyi, Təqsirləndirilən şəxs6 isə Zərərçəkmiş şəxs avtomobillə aparıldığı müddətdə müqavimətini qıraraq aktiv hərəkətlər etməsinə mane olacağı və kənardan müşahidə edilməməsi üçün gizlədəcəyi barədə qrup üzvləri ilə birgə icraçılıqla bağlı razılığa gələrək, 25 may 2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs qohumları Şahid1 və Şahid3, həmçinin qonşusu Şahid5 ilə birgə qeyd edilən bulaqdan su götürüb piyada yaşadığı evə qayıdarkən, həmin kənddə yerləşən “Qobu” adlanan ərazidə Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2107” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs və digərlərinin qarşısında dayanıb, əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq Təqsirləndirilən şəxs2 həmin avtomobili işlək vəziyyətdə saxlamaqla sükanı arxasında gözləmiş, qrupun digər üzvləri isə avtomobildən aşağı enərək Təqsirləndirilən şəxs5 onlara müdaxilə etməyə çalışan Şahid1, Şahid3 və Şahid5 itələyib yerə yıxaraq saxlayıb aktiv müqavimətlərini qırmış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 onları gördükdən sonra onların niyyətlərini anlayıb qaçaraq uzaqlaşmağa başlayan Zərərçəkmiş şəxs arxasınca qaçmaqla yaxalayaraq sonuncunun sərbəst buraxılmasına dair aman diləyən yalvarışlarına heç bir məhəl qoymadan müqavimətini qırmaq üçün həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək başından, qollarından və ayaqlarından tutub daşıyaraq və həmin hərəkətləri ilə sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən sağ və sol saiddə sıyrıqlar kimi xəsarətlər yetirərək həmin avtomobilin yanına gətirmiş, bundan sonra özü də həmin şəxslərlə birlikdə Zərərçəkmiş şəxs tutaraq qeyd olunan nəqliyyat vasitəsinin arxa oturacaqlarına zorla yerləşdirmiş, Təqsirləndirilən şəxs6 Zərərçəkmiş şəxs həmin avtomobillə aparıldığı müddət ərzində sonuncunun kənardan müşahidə edilməməsi məqsədi ilə başından tutaraq aşağı sıxmaqla gizlətmiş və aktiv müqavimətinin qarşısını almış, Təqsirləndirilən şəxs2 isə avtomobili idarə etməklə Zərərçəkmiş şəxs faktiki olduğu yerdən qanunsuz və iradəsi ziddinə tanışı Şahid6 Ağdam rayonunun Üçoğlan kəndində yerləşən fərdi yaşayış evinə aparmışlar, bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qanunsuz olaraq oğurlamaqla tanışı Şahid6 Ağdam rayonunun Üçoğlan kəndində yerləşən fərdi yaşayış evində saxlayarkən Zərərçəkmiş şəxs ilə evlənmək niyyətilə onunla qohum olmaları və həmkəndli kimi aralarında olan ailəvi münasibətlərə görə sonuncunun xx xxxxxx 2003-cü il tarixdə doğulub cinayətin törədildiyi vaxt yetkinlik yaşına çatmadığını aşkar surətdə bildiyi halda 25 may 2022-ci il tarixdə saat 23 radələrində qeyd olunan fərdi yaşayış evinin yataq otağında olan çarpayıda uzanmış Zərərçəkmiş şəxs tutaraq döşəmənin üzərinə sərdiyi döşəyin üstünə yıxıb, sonuncuya fiziki zor tətbiq etməklə və yorğunluğu ilə əlaqədar müqavimət göstərmək iqtidarında olmadığı üçün köməksiz vəziyyətindən istifadə etməklə Zərərçəkmiş şəxs əynindəki paltarları zorla çıxararaq və ayaqları ilə sonuncunun aşağı ətraflarına fiziki qüvvə tətbiq edərək sıxıb Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmadığından dərəcəsi təyin olunmayan sağ və sol budların iç səthində qançırlar kimi xəsarətlər yetirməklə ayaqlarını bir-birindən ayırmasına nail olaraq gərginləşmiş xarici cinsiyyət üzvünü Zərərçəkmiş şəxs uşaqlıq yoluna zorla yeritməklə qızlıq pərdəsinin tamlığını pozub cinsi əlaqədə olmaqla yetkinlik yaşına çatmayan şəxsi zorlamış və bundan sonra tanışı Şahid12 yaşadığı Bərdə rayonunun Otuzikilər kəndində yerləşən fərdi yaşayış evinə aparılması ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan şəxs barəsində adam oğurluğu cinayətini törətmişlər. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 qarşı “maddi və mənəvi ziyan tələbinə” dair mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Təqsirləndirilən şəxs1 onun xeyirinə 1 000 000 manat, digər cavabdehlərin hər birindən 500 000 manat məbləğin alınmasını xahiş etmişdir. Mülki iddia ərizəsi icraata qəbul edilmiş və Zərərçəkmiş şəxs cinayət işi üzrə mülki iddiaçı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 isə mülki cavabdehlər qismində tanınmışdır. Mülki iddia onunla əsaslandırılmışdır ki, cavabdehlərin cinayət əməli nəticəsində maddi və mənəvi zərər çəkmişdir. Belə ki, yetkinlik yaşına çatmayan şəxs olaraq azadlığı məhdudlaşdırılarkən çarəsiz durumda olmuş, istintaq məhkəmə araşdırılmaları zamanı uzun müddət prokurorluq, polis şöbələrinə, məhkəmələrə getməli, ifadə verməli, hər dəfə oğurlanan və zorlanan vaxt keçirdiyi stresi yenidən xatırlamalı olmuş, dəfələrlə depressiyaya düşmüşdür. Prokurorluq, polis orqanlarına, məhkəmələrə gediş gəliş üçün pul xərcləməli olmuşdur. Bundan başqa təmiz adı ləkələnmiş, ailə qurmaq imkanı qalmamışdır. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, iş üzrə Təqsirləndirilən şəxs1 ona qarşı qaldırılmış iddia tələbinə etirazının qəbul edilməsini və sadalanan qanunvericilik normalarının tələblərindən irəli gələn müvafiq prosessual hərəkətlərin edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi üzrə iddiaçı Zərərçəkmiş şəxs tərəfindən tələb olunan məbləğə münasibətdə dövlət rüsumu ödənilməmişdir. Lakin, məhkəmə tərəfindən bu hal nəzərə alınmamış, ərizə icraata götürülmüşdür. Digər tərəfdən isə, Zərərçəkmiş şəxs öz ərizəsində dövlət rüsumunun ödənilməsindən azadolmalar kateqoriyasına aid olmasını hər hansı formada əsaslandırmamış və bununla bağlı sübut təqdim etməmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə etiraz və qeydlər təqdim edərək bildirmişdir ki, o, cinayətin qurbanı olarkən yetkinlik yaşına çatmamışdır. Cinayət əməli baş verərkən qüvvədə olan Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu da cinayətin qurbanı olmuş şəxslərin verdikləri iddialar üzrə rüsum ödəməkdən azad edilməsini nəzərdə tutmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.3 və 149.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Rəksanəni məktəb vaxtından 10-11-ci sinifdə oxuyandan tanıyır. Aralarında sevgi münasibətləri olub. Özü məktəbi bitiridikdən sonra isə Rəksanə hələ məktəbli olmuş, arxasınca gedib-gəlirmiş. Məktəbi bitirəndən sonra da sevgi münasibətləri davam etmişdir. Lakin bunu heç kim bilməmiş, xəlvəti görüşmüşlər. Sonra məsələ ciddiləşmiş, onlara elçi getmişlər, qız tərəfi razılıq etmişdir. Nişan getmək ərəfəsində isə narazılıq yaranmış onun valideynlərindən, buna baxmayaraq özü Rəksanə ilə mütəmadi görüşmüşdür. Narazılığa səbəb isə Rəksanəni qohumları olan bir oğlana vermək istəmişlər, özü də həmin oğlanı axtarmış ki, ona sözünü desin, lakin tapa bilməmişdir. Bu barədə qızın atası ilə də danışığı olub, atası demişdir ki, bacı-qardaşı bu işə razılıq vermir. Müharibə vaxtı da Rəksanəgillə eyni həyətdə bir aydan çox özü təkcənə qalmışdır. Həmin vaxt da sevgiləri davam etmiş, bu barədə Rəksanənin xalası qızı da bilib. Rəksanə həmin vaxt demişdir ki, “qaçır məni”. O da razılaşmış gedib Rəksanəni qaçırmışdır. Həmin vaxt özünün 21 yaşı olmuş, Rəksanə ilə arasında iki-üç sinif fərqi olmuş, düşünmüş ki, onun 18 yaşı tamam olmuşdur. Rəksanə özü bir gün qabaq demişdir ki, bulağın üstə gedəcək, oradan qaçırsın, onunla mütəmadi görüşürmüş, özü də bilirmiş ki, Rəksanə hər gün suya çıxır. Qaçırılmağı barədə ilk dəfə atası Çərkəzə demiş, atası isə özünün də gedəcəyini demişdir. Yolda olarkən isə dayısı Ruhidin evlərinin yanından keçmişlər, bu zaman dayısının təsadüfən qapılarının ağzında siqaret çəkdiyini görmüşlər. Maşını saxlayıb Ruhidi də maşına əyləşdirmişlər. Yola davam edərkən Ruhidə qız qaçırmağa getdikərini demişlər. Ruhid isə qızın razı olub-olmadığını soruşmuş, demişdir ki, qız razıdır. Daha sonra yola biraz davam etdikdən sonra “Qobu” deyilən ərazidə Mütalib və arvadı Pərvanəni görmüşlər. Həmin vaxt Mütalibin gözü sarğıda olmuşdur. Həmin yerdə maşını saxlamışlar. Mütalib və arvadı da maşına oturmuş, bu zaman Ruhid arxa oturacağa keçmiş, Mütalib isə qabaqda əyləşmişdir. Yola davam edərkən onlara da qız qaçırmağa getdiklərini demişlər. Onlar isə buna razı olmamış, bu işə onları qarışdırmamaqlarını bildirmişlər. Bəsdini isə həmin gün ümumiyyətlə görməmişlər. Qızı qaçırmağa elə çox adam getmələrinin səbəbi o olmuşdur ki, düşünmüş kimsə olar orda, qarşlarını kəsər, alınmaz işləri. Rəksanəni “Qobu” deyilən yerdə sudan qayıtdıqlarını gördükdə, yaxınlaşıb maşını saxlamışlar. Rəksanənin yanında bibisi Firuzə, əmisi qızı və bir də velosipedli uşaq olmuşdur. Maşını onlardan iki-üç metr qabaqda saxlamışlar. Özü maşından yerə düşmüş, qızın əlindən tutmuş və maşına oturmuşlar. Ruhid də həmin vaxt maşından düşüb onlara baxmış, lakin heç bir hərəkət etməmiş, Mütalib, onun arvadı Pərvanə və atası isə maşında qalmışlar. Qızın bibisi Firuzə isə onlar maşına oturduqdan sonra əlindəki su qabını maşına tərəf atmışdır. Daha sonra Ağdama Üçoğlan kəndinə getmişlər. Oradakı evin yiyəsi Azadı əvvəlcədən tanımış, Azad onlarda işləmişdir, o evə gedib gəlmişdir. Ora getməkdə məqsədi o olmuşdur ki, qızı evlərinə aparsa söz-söhbət olar, həm də adət-ənənəyə görə qaçırılan qızı birinci öz evlərinə aparmazlar. Ağdama çatdıqda ev yiyəsinin qapısına yaxınlaşmışlar, özü maşından düşüb qapını açmış, atası maşını içəri salmışdır. Bundan sonra ev yiyəsi qadın gəlib onlara yaxınlaşmış, onun yanında isə qucağı uşaqlı gəlini olmuşdur. Həmin qadın isə Azadın arvadı olmuş, qucağı uşaqlı gəlin isə onların gəlinləri. Azadın arvadı onları evə dəvət etmiş, birlikdə evə keçmişlər. Rəksanə utanmış maşından birinci düşməmiş, daha sonra Azadın arvadı ona yaxınlaşıb qolundan tutub içəri keçirmişdir, Rəksanə həmin vaxt heç bir səs-küy salmamışdır. Daha sonra isə Azad evə gəlmişdir. Azadla Rəksanə də görüşmüş, o Rəksanənin üzündən öpmüşdür. Ruhid, Mütalib və onun arvadı Pərvanə isə orada 10-15 dəqiqə qaldıqdan sonra çıxıb getmişlər. Azadın evində yemək yemişlər, gecəni də həmin evdə qalmışlar. Evdə isə Rəksanə ilə eyni otaqda qalmışlar. Həmin gecə aralarında heç bir cinsi əlaqə olmamışdır. Çünki Rəksanəni qaçırmamışdan iki-üç gün əvvəl onunla cinsi əlaqədə olmuşdur. Rəksanə ilə öz həyətlərində gündüz vaxtı ağacın yanında cinsi əlaqədə olmuş, bu barədə çox danışmaq istəmir. Rəksanəyə cinsi əlaqədə olmağı özü təklif etmiş, düşünmüş ki, belə etsə onu heç kimə verməzlər. Həmin vaxt Rəksanəyə heç bir xəsarət yetirməmişdir. Onda olan xəsarətin səbəbini bilmir. Rəksanə ilə cinsi əlaqədə olduqdan sonra, Rəksanə demişdir ki, “indi mən neyniyəcəm”, bu zaman isə onu qaçırmaq barədə qəti qərara gəlmişdir. Elə bu hadisəyə görə də Rəksanəni qaçırmışdır. Bu barədə atası Çərkəzə də demiş, atası ilk əvvəl əsəbləşib, ona şillə vurmuş, demişdir ki, belə olmaz. Azadın evindən səhər açıldıqda isə taksi ilə Bərdəyə getmişlər. Bərdə qohumları Cəmaləddinə məxsus evə çatmışlar. Həmin evdə onları bir qadın qarşılamışdır. Bərdədə olarkən Rəksanəyə paltar almaq üçün atası Çərkəz, özü və Rəksanə birlikdə mağazaya da getmişlər, özü çöldə gözləmiş, atası və Rəksanə mağazaya girib paltar almışlar. Həmin gün axşam isə polislər gəlib, Rəksanənin izahatın almışdır. Ona elə gəlir ki, polisə atası məlumat vermişdir. Tusi gəlmiş, videoçəkiliş etmiş, izahatın almış bir otaqda, sonra isə demişdir ki, xalası və anası gələcək. O, isə demişdir ki, polsilər gəlibsə, onları tutacaqlar. Tusi isə demişdir ki, anası və xalası gəlib soruşsunlar, siz ona kimi tərpənməyin. Buna görə də Rəksanənin əlindən tutub oradan 100 metr aralıda bir həyətə keçmişlər. Həmin həyətdə qarşılarına bir cavan oğlan, bir də gəlin çıxmışdır. Onlara demişdir ki, qız qaçırmış, icazə versinlər orda qalsın. Necə olmuşsa polislər, qızın xalası və anası həmin evə gəlmişdir. Orada biraz dava-dalaş salmışlar. Müstəntiq Tusi isə demişdir ki, “şöbəyə getməliyik”. Onlar birlikdə şöbəyə getmiş, o və atası isə orada qalmışlar. Demişlər ki, sabah tezdən özləri şöbəyə gələcəklər. Səhəri gün isə özləri könüllü şöbəyə getmişlər. Rəksanəni qaçırmağı tək planlamış, digər şəxslərin onunla getməsi təsadüf olmuşdur. Əvvəlcədən Ağdamdakı ev yiyəsinə də bu barədə deməmişdir. Rəksanə özü könüllü onunla getmiş, ona heç kim zor tətbiq etməmişdir. Ağdamdakı evdə Rəksanəyə iynə falan vurulmamış, boş söhbətdi bunlar. Orada olarkən isə ağlına gəlmişdir ki, Rəksanə könüllü gəlməyi ilə bağlı yazsın, çünki bilirmiş ki, anası zad razı olmaycaqlar, onun üçündə kağız qələm verib Rəksanəyə demişdir. Rəksanə özü könllü həmin ərizəni yazmışdır. Ərizə isə istintaqa təhvil verilib. Bəsdiyə isə bu barədə heçnə deməmişlər. Bəsdinin ona köməyi lazım olmamış, Bəsdi orada olmamışdır. Mütalib həmin vaxt maşından yerə düşməmiş, gözü şiş və sarğıda olmuş, həmdə qızı qaçırmağa razılıq verməmiş, onları bu işə qarışdırmamağı xahiş etmişdir. Pərvanə isə maşında Rəksanəni tutmamış, onun bu işdən xəbəri olmamış, yalnız maşına mindikdə demişlər, Pərvanə isə ümumiyyətlə maşından yerə düşməmiş, Ağdama çatdıqdan 10-15 dəqiqə sonra əri ilə birlikdə çıxıb getmişdir. Rəksanə ilə onu qaçırmamışdan 10-15 gün əvvəl cinsi əlaqədə olmasını bu günə kimi deməmiş, məqsədi onu qorumaq olmuşdur, lakin hazırda isə Rəksanənin ondan əsassız şikayətlər etməsi səbəbindən həqiqətləri demək məcburiyyətindədir. Verilmiş mülki iddianı qəbul etmir. Rəksanə ilə bu gündə ailə qurmağa hazırdır, məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ilkin ifadələrində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında İkinci Qarabağ müharibəsi başlayanda yaşadıqları kənd müharibə zonasına yaxın olduğundan ailə üzvləri ilə kənddən çıxaraq Ağcabədi şəhərində müvəqqəti məskunlaşmışlar. Həmin vaxt həmkəndlisi Şahinin də ailəsi kənddən çıxaraq onlarla eyni yerdə qalmışlar. Onlar müharibə qurtaranadək Ağcabədi şəhərində yaşamışlar. Həmin vaxt ərzində Şahinin qızı Rəksanəni görüb bəyənmiş, aralarında sevgi münasibətləri yaranmış, bir-birini sevməyə başlamışlar. İkinci Qarabağ müharibəsi qurtardıqdan sonra onlar və Rəksanəgil kəndə qayıtmışlar. O, valideyinlərinə Rəksanəni sevdiyini və sonuncu ilə ailə qurmaq istədiyini bildirmişdir. Hadisədən təxminən üç ay əvvəl valideynləri Rəksanəni onunla evləndirmək üçün elçi getmişlər. İlk əvvəl Rəksanənin valideynləri razılıq vermiş, daha sonra valideynlərinə “yox” cavabı vermişlər. Ancaq buna baxmayaraq o, hər vasitə ilə Rəksanə ilə evlənmək istəmişdir. Buna görə də 25 may 2021-ci il tarixdə atası Çərkəz ilə söhbət edən zaman atasına Rəksanəni qaçırmaq istədiyini bildirmişdir. Atası da onun bu işi təkbaşına həll edə bilməyəcəyini anlayaraq ona köməklik edib Rəksanəni qaçıracağını demişdir. Bundan sonra atası bu barədə əmisi oğlu Mütalib və sonuncunun arvadı Pərvanəyə bildirdikdə onlar da köməklik edəcəklərini bildirmişlər. X28 haradan qaçıra biləcəklərini soruşduqda o, Rəksanəni kənd ərazisində yerləşən “Qobu” adlanan yerdən qaçıra biləcəklərini demişdir. Belə ki, qeyd edilən yerdə bulaq olduğundan kənd sakinləri içməli suyu oradan götürmüşlər. Rəksanəni əvvəlcədən izlədiyi üçün sonuncunun hansı vaxtlarda bulağa gedib su doldurduğunu bilmişdir. Daha sonra dayısı Ruhidə də bu barədə danışaraq Rəksanəni sevdiyini, sonuncunu qaçırmaq istədiyini bildirmiş və kömək etməsini xahiş etmişdir. Ruhid də ona kömək edəcəyini demişdir. Onlar Mütaliblə eyni həyətyanı sahədə yaşamışlar. Bundan sonra Mütalib və Pərvanə onlara kömək etmək məqsədi ilə atasının idarə etdiyi “VAZ-2107” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilə minmişlər. Daha sonra həmin avtomobillə Ruhidi yaşadığı evdən götürmüşlər. Avtomobillə yaşadıqları kəndin içərisindəki “Qobu” deyilən yerə getmişlər. Həmin vaxt Ruhid avtomobilin qabaq tərəfində, özü isə Mütalib və Pərvanə ilə birgə avtomobilin arxa oturacağında əyləşmişlər. Onlar avtomobilin içərisində olan zaman rol bölgüsü aparmışlar. Bölgüyə əsasən atası Çərkəz maşında qalmalı, Mütalib kənar şəxslərin onlara yaxın durmasına imkan verməməli, özü isə Ruhid və Pərvanə ilə birlikdə Rəksanəni qollarından və ayaqlarından tutub avtomobilə yerləşdirməli olmuşlar. “Qobu” deyilən yerə çatan zaman Rəksanənin bibisi Firuzə və əmisi qızı Nərgizlə birlikdə yaşadığı evə doğru getdiyini görmüşlər. Rəksanənin əlində su qabı olmuşdur. Bu vaxt atası Çərkəz avtomobili Rəksanənin yanına sürərək saxlamışdır. Bundan sonra özü, Mütalib və Ruhid maşından enmiş, atası Çərkəz və Pərvanə maşında qalmışlar. Mütalib dərhal Firuzənin və Nərgizin qarşısında dayanaraq onların Rəksanəyə yaxın durmalarına imkan verməmişdir. Özü isə Ruhidlə birlikdə Rəksanənin qollarından tutub maşına əyləşdirmişdir. Bu zaman Rəksanə “ay mama, ay mama” deyə çığırmışdır. Mütalib avtomobilin qabaq oturacağında, Ruhid, Pərvanə, Rəksanə və özü isə arxa oturacaqda əyləşmişlər. Daha sonra atası Çərkəz maşını idarə edib oradan uzaqlaşmışlar. Onlar avtomobildə olan zaman Rəksanə onu buraxmalarını demişdir. Onlar Ağdam rayonunun Üçoğlan kəndində yaşayan, atasının tanışı Azad adlı şəxsin evinə getmişlər. Azadın evinə çatan zaman evin darvazası açıq olduğundan atası Çərkəz idarə etdiyi avtomobili birbaşa həyətə sürmüşdür. Daha sonra hamısı avtomobildən düşmüşlər. Azad və sonuncunun adını bilmədiyi arvadı onları qarşılamışlar. X35 və sonuncunun arvadına onun evlənmək üçün qız qaçırdığını demiş, onlar da “xoşbəxt olsunlar, Allah mübarək eləsin” sözlərini deyərək onun və Rəksanənin üzündən öpmüşlər. Rəksanə əvvəl avtomobildən düşmək istəməmiş, lakin ev sahibinin tanış olduğunu deyəndən sonra maşından könüllü olaraq düşmüşdür. Daha sonra evə daxil olmuşlar. Evdə Azadın həyat yoldaşı onlara yemək hazırlamışdır. Onlar süfrənin ətrafında toplaşıb xörək yemişlər. Gecə radələrində yatmaq vaxtı gələn zaman Rəksanə ilə birgə Azadın evində, zalın sol tərəfində yerləşən yataq otağına daxil olmuşlar. Atası Çərkəz, Mütalib, Ruhid və Pərvanə isə evin zalında yatmışlar. O, Rəksanə ilə birlikdə yataq otağında olarkən sonuncuya onu sevdiyini və ailə qurmaq istədiyini, lakin valideynlərinin razı olmadığını demişdir. Rəksanə ilə danışaraq cinsi əlaqədə olduqları təqdirdə sonuncunun valideynlərinin onların ailə həyatı qurmasına razılıq verməyə məcbur olacaqlarını izah etmişdir. Rəksanə də onunla cinsi əlaqədə olmağa razılıq vermişdir. Bundan sonra o, yataq otağının sol tərəfində olan çarpayının üstündəki döşəyi yerə sərmişdir. Rəksanə əynində olan idman şalvarını çıxarmış, özü isə Rəksanəyə tərəf yaxınlaşıb sonuncunun əynində olan koftanı çıxarmışdır. Rəksanə qalan paltarlarını, əynində olan büsqalteri çıxarmış və yerə sərdiyi döşəyin üzərinə uzanmışdır. O isə həmin vaxt əynindəki şalvarı, koftanı və alt paltarını çıxarıb Rəksanənin yanına uzanmışdır. Rəksanənin bədənindən öpdükdən sonra cinsiyyət orqanı sərtləşmiş, daha sonra cinsiyyət orqanını Rəksanənin uşaqlıq yoluna salmışdır. Həmin vaxt Rəksanənin uşaqlıq yolundan qan gəlmişdir. Təxminən üç-dörd dəqiqə cinsi əlaqədə olduqdan sonra cinsiyyət orqanından gələn spermanı Rəksanənin uşaqlıq yoluna boşaltmışdır. Bundan sonra hər ikisi paltarlarını geyinərək uzanıb yatmışlar. Rəksanə heç bir narazılıq bildirməmişdir. Növbəti gün, yəni 26 may 2021-ci il tarixdə saat 11 radələrində Ruhid, Pərvanə və Mütalib həmin evdən çıxıb getmişlər. Saat 12 radələrində özü Rəksanə ilə birlikdə atasının idarə etdiyi avtomobillə Azadın evindən çıxaraq atasının qohumu Cəmalədinin Bərdə rayonunun Otuzikilər kəndində yerləşən evinə getmişlər. Orada bir neçə saat qaldıqdan sonra Cəmaləddinin Bakı şəhərində yaşayan qardaşı Asimin qonşuluqdakı həyətinə keçib orada oturmuşlar. Həmin evdə özlərindən başqa heç kim olmamışdır. Təxminən beş-on dəqiqədən sonra Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları Asimə məxsus həyətə gələrək Rəksanədən izahat almış, Rəksanə əvvəlcə könüllü gəldiyini bildirmişdir. Lakin bir az sonra Rəksanənin anası ilə xalası oraya gəldikdə sonuncuya təzyiq etmişlər. Bundan sonra Rəksanə qorxaraq şikayətçi olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları Rəksanəni oradan götürərək rayon polis şöbəsinə gətirmişlər. Növbəti gün isə, yəni 27 may 2021-ci il tarixdə atası Çərkəzlə birlikdə rayon polis şöbəsinin inzibati binasına gəlmişlər. İbtidai istintaqın sonraki mərhələsində isə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində əlavə ifadəsində, məhkəmə baxışı zamanı vermiş olduğu ifadəyə qismən uyğun ifadə verərək, habelə bir sıra xüsusatlar üzrə ziddiyyətli ifadə verib bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Ağcabədi rayon İmamqulubəyli kənd tam orta məktəbində birlikdə oxumuşlar. Rəksanə ondan iki sinif aşağı oxumuşdur. Onunla orta məktəbdə oxuduğu vaxtlardan sevgi münasibətləri yaranıb. O, hərdənbir Rəksanənin yaşadığı evin həyətinə gedib görüşürmüş. Hadisədən təxminən altı- yeddi ay əvvəl artıq öpüşməyə başlamışlar. 2020-ci ilin sonlarında Rəksanə ilə olan münasibətini valideynlərinə demiş və onlar Rəksanəgilə elçi getmişlər. Rəksanənin valideynləri əvvəlcə buna razılıq vermiş və nişan hazırlıqları görməyə başlamışlar. Təxminən bir ay sonra isə onlar razılıqlarını geri çəkmişlər və münasibətləri pozulmuşdur. Bundan sonra bir müddət Rəksanə ilə görüşməmiş, çünki valideynləri onun evdən çıxmasını qadağan etmişdilər. Lakin üç-dörd ay sonra görüşləri davam etmişdir. O, həmin vaxtlarda artıq düşünməyə başlamışdır ki, əgər Rəksanəni ona verməsələr onu qaçıracaq. Hadisədən təxminən 10-15 gün əvvəl Rəksanə ilə onların həyətində görüşəndə onlar cinsi əlaqədə olmaq qərarına gəlmişlər. Bu məqsədlə Rəksanə şəritdən bir mələfə götürüb və həyətlərindəki kolların üstünə sərmişdir. Bundan sonra ikisi də paltarlarını çıxarmışdır. Rəksanə arxası üstə uzanmışdır. Özü də onun üzərinə uzanmışdır. Onlar təxminən bir dəqiqə öpüşmüşdür. Sonra o gərginləşmiş cinsiyyət üzvünü onun uşaqlıq yoluna daxil edib bir neçə dəfə irəli-geri hərəkət etdirmişdir. Rəksanə ilə iki-üç dəqiqə cinsi əlaqədə olmuş və cinsiyyət orqanından gələn spermanı onun uşaqlıq yoluna boşaltmışdır. Həmin vaxt Rəksanənin qızlıq bəkarəti pozulduğundan ondan qan gəlib mələfənin üzərinə tökülmüşdür. Bundan sonra çıxıb getmişdir. Həmin vaxt Rəksanə bundan sonra nə olacaq deyə ondan soruşmuşdur. O da ona narahat olmamasını və onu qaçıracağını demişdir. Sonuncu dəfə hadisədən iki gün əvvəl onların həyətində görüşmüşlər. Rəksanə ona onu qaçırmağını təklif etmişdir. Rəksanənin deməsinə görə onların cinsi əlaqədə olduqlarını əmisi Hafizin Əsmər adlı arvadına demişdir. Rəksanə bildirmiş ki, iki gün sonra su gətirmək üçün “Qobu” deyilən ərazidəki bulağa gedəcək. Hadisənin baş verdiyi gün, yəni 25 may 2021-ci il tarixdə o Rəksanə ilə cinsi əlaqədə olduqlarını atasına demişdir. Atası birinci ona əsəbiləşsə də, o da razılaşaraq Rəksanəni qaçırmaqdan başqa variantın olmadığını demişdir. Buna görə də saat 19 radələrində atasının “VAZ 2107” markalı maşını ilə Rəksanəni qaçırmaq üçün evdən çıxmışlar. Həmin gün Rəksanəyə yaxınlaşıb onun qolundan tutub və maşına oturmasını demişdir. O da heç bir etiraz etmədən maşına oturmuşdur. Maşında olan digər şəxslərdən heç biri enməmişdilər. Proses bir neçə saniyə çəkmiş və atası maşını sürərək birbaşa Ağdam rayonunun Üçoğlan kəndində yaşayan atasının tanışı Azadın evinə getmişlər. Rəksanə orada da heç bir etiraz etməmişdir, onunla bir gecə Azadgilin evində qalmışlar. Orada oturub yemək yemiş, söhbət etmişlər, heç bir narahatlıq olmamışdır. O, saat 23 radələrində Rəksanənin otağına daxil olmuşdur. Onlar yenə cinsi əlaqədə olmaq qərarına gəlmişlər. Buna görə də yerə bir döşək salmışlar, Rəksanə paltarlarını özü çıxartmış və özü də soyunmuşdur. Rəksanə döşəkdə arxası üstə uzanmış və o da onun üstünə uzanmışdır. Beləcə öpüşmüşlər və o, gərginləşmiş cinsiyyət orqanını Rəksanənin uşaqlıq yoluna salaraq bir neçə dəfə irəli-geri hərəkət etdirmişdir. Bu zaman cinsiyyət orqanından gələn spermanı Rəksanənin uşaqlıq yoluna boşaltmışdır. Rəksanə həmin vaxt artıq bakirə olmadığından ondan qan gəlməmişdir. Beləliklə Rəksanə ilə ikinci dəfə könüllü olaraq cinsi əlaqədə olmuşlar. Eyni zamanda Təqsirləndirilən şəxs1 əvvəlki məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadəsində, hazırki məhkəmə baxışı zamanı vermiş olduğu bir sıra xüsusatlar üzrə ziddiyyətli ifadə verib bildirmişdir ki, hadisədən bir müddət əvvəl Rəksanəni istəmək üçün ailəsi elçi getmişdir. Rəksanə ilə nişanlanmış, lakin sonradan nişanı qaytarmışlar. Bu ona pis təsir etdiyindən Rəksanəni qaçırmaq qərarına gəlmişdir. Rəksanənin Qobu adlanan yerdə bulaqdan su götürmə vaxtlarını bildiyindən həmin vaxt maşınla o ərazidən keçmişlər. Maşında atası, özü, dayısı Ruhid, əmisi oğlu Mütalib və onun yoldaşı Pərvanə oturmuşdur. Rəksanəni qaçırmaq niyətini heç kimə deməmişdir. Bulağa çatanda maşında oturanlara Rəksanəni qaçıracağını bildirmiş və atasına maşını saxlamasını demişdir. Maşından düşmüş və Rəksanəni öz razılığı ilə maşına əyləşdirmişdir. Rəksanənin bibisi hadisə vaxtı orada olmuş və narazılığını bildirərək maşının qarşısını kəsməyə çalışmışdır. Maşında oturanlar ona etdiyinin yanlış olduğunu desə də, fikrində qəti olduğunu bildirmişdir. Oradan Ağdam rayonu, Üçoğlan kənd sovetliyində Səfərli kəndində yaşayan, atasının tanışı olan Azad adlı şəxsin evinə getmişlər. Azadın evinə çatan zaman evin darvazası açıq olduğundan atası Çərkəz idarə etdiyi avtomobili birbaşa həyətə sürmüşdür. Daha sonra hamısı avtomobildən düşmüşdür. Azad və onun adını bilmədiyi həyat yoldaşı onları qarşılamışdır. Atası Azada və onun həyat yoldaşına onun evlənməyi məqsədi ilə qız qaçırdığını demişdir. Rəksanə Azadın evində heç bir narazılıq etməmişdir. Gecəni Azadın evində qalmışlar. Rəksanə ilə öz razılığı ilə cinsi əlaqədə olmuşdur. Rəksanəni qaçıran vaxt Bəsdini görməmişdir. Rəksanəyə iynə vurmamışlar. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 həmin ifadələrini təsdiq etmədiyini, ilkin ifadələrini müstəntiqin psixoloji təsiri altında verdiyini bildirsə də, sonradan prokurorun böyük köməkçisinə də eyni məzmunlu ifadələr verməsinin, eləcədə istintaqın sonunda əvvəlki ifadələri ilə ziddiyyətli ifadələr verməsinin və əvvəlki məhkəmə baxışı zamanı hazırki ifadəsində göstərilənlərlə ziddiyyətli ifadə verməsinin səbəbini isə izah edə bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, hadisə günü evdə divanda uzanmışdır, oğlu Ramin gəlib həmin vaxt maşını istəmişdir. Soruşanda ki, hara gedirsən, demişdir ki, “qız qaçırmağa gedirəm”. Oğluna olmaz cavabın vermiş, lakin oğlu bunun səbəbin, yəni Rəksanə ilə cinsi əlaqədə olmasını dedikdən sonra əlacı kəsilmiş, oğluna onunla birlikdə gedəcəyini demişdir. Yolda gedərkən dayısı Ruhidi kənarda siqaret çəkən görmüş, maşını saxlayıb onu da maşına götürmüşdür. Yolda Ruhidə qız qaçırmağa getdikərini demişlər, Ruhid qızın razılığının olmasını soruşduqda, demişlər ki, qız razıdır. Qobu deyilən əraziyə çatdıqda yolda Mütalib və arvadı Pərvanəni də görüb, onları da maşına götürmüşlər. Həmin vaxt Pərvanə və Mütalib həkimdən gəlirmişlər, Mütalibin gözü əməliyyat olub sarğıda olduğundan, ora dərman tökdürürmüşlər. Qobu deyilən yerə çatıb, maşını saxlamış, Ruhid və Ramin maşından düşmüş Ramin qızın qolundan tutub mindirmiş maşına, Ruhidin əli belə qıza dəyməmişdir. Rəksanə isə buna heç bur narazılıq etməmişdir. Həmin vaxt Rəksanənin əmisi orada yaxınlıqda qoyun otarırmış, əgər bir narazılıq görsə imiş müdaxilə edərmiş. Bircə qızın bibisi Firuzə arxalarınca su qabın atmışdır. Daha sonra çıxıb getmişlər. X31 kəndinə çatmışlar. Orada darvazanın qabağında maşını saxlamış, Ramin düşüb darvazanı açmışdır. O ev tanışı Azadın evi olmuş, lakin əvvəlcədən Azada bu barədə deməmiş, həmin vaxt isə evdə heç kim olmamışdır. Az sonra isə Azadın arvadı gəlmişdir. Evin xanımı onları qarşılamış, xoş gəldin eləmiş, Rəksanə isə utanıb maşından düşməmişdir. Evin gəlini Rəksanəyə demişdir ki, “gəlmisən bu evin adamısan”, bundan sonra maşından qız düşmüşdür. Oturmuşlar evdə, ev yiyəsi Azad gəlmiş, görüşmüşlər birlikdə yemək yemişlər. Belə ki, onlar gəldikdən sonra Azad gedib ət almışdır. Orda isə Ruhid, Mütalib və arvadı Pərvanə navesin altında biraz gözlədikdən sonra çıxıb getmişlər, onlar üçü isə həmin evdə qalmışlar. Sabahısı gün isə Bərdəyə getmişlər. Bərdədə qızı əmisi nəvəsinin evinə aparmış, əmisi nəvəsi evdə olmamış, Laçında işdə olmuşdur. Oğlu qıçı qırıq olmuş, çəliklə yerimiş gəlib onları qarşılamışdır. Xeyli keçəndən sonra isə qız, Ramin və özü birlikdə paltar almağa mağazaya getmişlər. Mağazaya çatdıqda Rəksanə ilə birlikdə içəri keçmiş, Ramin isə çöldə gözləmişdir. Rəksanə keçib özünə paltar seçmişdir. Özü mağazada bir stolda oturmuş, dükançının qızı ilə Rəksanə birlikdə paltar seçmişlər, həmin vaxt Rəksanəyə paltar kosmetika və digər şeylər almışdır. Paltar aldıqdan sonra yenə həmin evə qayıtmışlar. Rəksanə evin xanımı ilə yemək bişirmiş, oturmuş yemək yemişlər. Daha sonra özü yeznəsi yaxud da qardaşı ilə dəqiq xatırlamır danışıb, həmin evdə olmalarını xəbər etmişdir. Bundan sonra müstəntiq Tusi həmin evə gəlmiş, qızla bir stolda oturub, izahat almışdır. Qız nə deyib, nə deməyib bilməyib, lakin müstəntiq sora izahatı oxuyub, qapıdan izahatın eşitmiş, soruşmuş düzdü, qız da demişdir düzdü, çəkiliş də aparmışdır. Sonra qıza təklif etmiş ki, atanla danışarsan, qız isə demişdir ki, yox. Bundan sonra qızı anası ilə telefonda danışdırmışdır. Qız isə anasına demişdir ki, “əmim arvadı gəlsin bura”. Daha sonra həmin evə qızın anası və xalası gəlmişlər. Özü də onlar gələnə kimi evdən çöldə gözləmişdir. Birdə orda uşaqlar demişlər ki, Ramin və Rəksanə həyətdən keçib gedirlər. Özü də arxalarınca keçib başqa bir evə getmişlər. Həmin evə isə Tusi ilə birlikdə qızın anası və xalası gəlmiş, müstəntiq Tusi demişdir ki, birlikdə söhbət etsinlər. Həmin vaxt qıza anası və xalası təsir etmiş, qız isə çölə çıxıb əlindən tutmuş və demişdir ki, “qoyma məni aparsınlar”. Lakin anası və xalası qızı oradan götürüb aparmışlar. Sabahsı günü isə özü oğlu Raminlə birlikdə polis şöbəsinə getmişdir. Əgər əvvəlcədən bilsə imiş vəziyyət belədi, bu işə heç qol qoymazmış. Ağdama və Bərdəyə Rəksanəni apararkən ev yiyələrinə bu barədə əvvəlcədən heçnə deməmişdir. Ağdam da olarkən tərəflərindən Rəksanəyə heç bir iynə vurulmamış, iynəni ona kim vermiş ki, vursunda, Rəksanənin bu barədə bildirdikləri yalandır. Rəksanənin qaçırılmasında Ruhid, Mütalib və Pərvanənin heç bir rolu olmamış, Mütalib və Pərvanə ümumiyyətlə maşından yerə düşməmiş, Ruhid isə həmin vaxt avtomobildən ona görə yerə düşmüş ki, Ramin arxada ortada oturmuşdur, Ruhid isə yerə düşərək Raminə düşməsi üçün yol vermişdir. Bəsdini isə ümumiyyətlə görməmiş, həmin vaxt Bəsti orada olmamışdır. Mülki iddianı qəbul etmir, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ilkin ifadələrində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında İkinci Qarabağ müharibəsi başlayan zaman yaşadıqları kənd müharibə zonasına yaxın olduğu üçün ailə üzvləri ilə birgə yaşadıqları kənddən çıxıb Ağcabədi şəhərində məskunlaşmışlar. Həmin vaxt həmkəndlisi Şahinin də ailəsi yaşadığı kənddən çıxıb Ağcabədi şəhərində məskunlaşmışlar. Şahingillə qohumluq münasibətləri mövcuddur. Belə ki, Şahinin qızlarından biri onun bacanağı, biri isə bacısı oğlu ilə evlidir. Müharibə qurtaranadək Ağcabədi şəhərində qalmışlar. Bu vaxt onun ailəsi ilə Şahinin ailəsi bir-birinə yaxın yaşamışlar. Həmin müddət ərzində oğlu X7 görüb bəyənmiş və sonuncunun da Ramindən xoşu gəlmişdir. Onların arasında sevgi münasibətləri yaranmışdır. İkinci Qarabağ müharibəsi qurtardıqdan sonra Rəksanəni oğlu Raminə almaq üçün Şahingilə elçi getmişlər. İlk əvvəl Şahin və sonuncunun arvadı Mənsuma onlara “hə” cavabı vermişlər. Lakin bir-iki aydan sonra Rəksanəni Raminə verməyəcəklərini bildirmişlər. Bunun səbəbini bilməsə də Şahingilin Rəksanəni öz qohumlarına ərə vermək istədiklərini başa düşmüşdür. 25 may 2021-ci il tarixdə Ramin Rəksanə ilə evlənmək və sonuncunu qaçırmaq istədiyini ona bildirmişdir. O, Raminin bu işi təkbaşına həll edə bilməyəcəyini başa düşdüyü üçün Rəksanəni birlikdə qaçırmaq qərarına gəlmişdir. O, Rəksanəni necə və haradan qaçırmaq istədiyini soruşduqda, Ramin Rəksanənin bulağın başına çıxacağını demişdir. Bundan sonra qardaşı oğlu Mütalib ilə görüşüb Rəksanəni evlənmək məqsədi ilə Raminə qaçırmaq istədiyini bildirmiş və Mütalibə arvadı Pərvanənin də köməyinə ehtiyaclarının olduğunu bildirmişdir. Həmin vaxt Pərvanə ilə də görüşərək Rəksanəni Raminlə evləndirmək məqsədi ilə qaçırmaq fikrinin olduğunu və buna görə də bu işdə köməklik etməsini demişdir. Mütalib və Pərvanə onunla razılaşmışlar. O, Mütaliblə birlikdə eyni həyətyanı sahədə qalmışlar. Bundan sonra Mütalib və Pərvanə onlara kömək etmək üçün onun idarə etdiyi “VAZ-2107” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilə minmişlər. Ramin əvvəlcə dayısı Ruhidə zəng vurub Rəksanə ilə bir-birlərini sevdiyini, ancaq sonuncunun valideynlərinin bu işə razı olmadığını bildirmiş və Ruhiddən də onlara kömək etməsini xahiş etmişdir. Ruhid də həmin vaxt Raminlə razılaşmışdır. Daha sonra avtomobillə Ruhidi yaşadığı evdən götürmüşlər. Avtomobillə yaşadıqları kəndin içərisindəki “Qobu” adlanan yerə getmişlər. Ruhid avtomobilin ön tərəfində, Mütalib, Ramin və Pərvanə isə avtomobilin arxa oturacağında əyləşmişlər. Həmin vaxt aralarında vəzifə bölgüsü aparmışlar. Bölgüyə əsasən özü avtomobilin içərisində qalmalı, Mütalib avtomobildən düşüb kənar şəxslərin müdaxiləsinin qarşısını almalı, Ramin, Ruhid və Pərvanə isə Rəksanənin qollarından və ayaqlarından tutub sonuncunu avtomobilə yerləşdirməli olmuşlar. “Qobu” deyilən yerə çatdıqda Rəksanənin bibisi Firuzə və əmisi qızı Nərgizlə yaşadığı evə doğru hərəkət etdiyini görmüşlər. Rəksanənin əlində su qabı olmuşdur. Bu vaxt o, maşını Rəksanənin yanına sürüb saxlamışdır. Mütalib, Ramin, Ruhid, Pərvanə avtomobildən enmişlər. Mütalib dərhal Firuzənin və Nərgizin qarşısında duraraq onların Rəksanəyə yaxın durmalarına imkan verməmişdir. Ramin, Pərvanə və Ruhid isə Rəksanənin qollarından və ayaqlarından tutaraq həmin avtomobilə əyləşdirmişlər. Özü isə həmin müddət ərzində avtomobildən enməmişdir. Ramin, Ruhid və Pərvanə Rəksanəni avtomobilə əyləşdirən zaman Rəksanə “ay mama, ay mama” deyə çığırmışdır. Bu vaxt avtomobilin ön oturacağında Mütalib, arxa oturacağında Ramin, Pərvanə, Ruhid və Rəksanə əyləşdikdən sonra dərhal avtomobil ilə oradan uzaqlaşmışlar. Onlar avtomobildə olan zaman da Rəksanə onu buraxmalarını demişdir. Onlar birbaşa Ağdam rayonunun Üçoğlan kəndində yaşayan tanışı Azadın evinə getmişlər. Evin darvazası açıq olduğundan idarə etdiyi avtomobili birbaşa həyətə sürmüşdür. Daha sonra onlar hamısı avtomobildən düşmüşlər. Rəksanə könüllü maşından düşmüşdür. Azad və sonuncunun arvadı onları qarşılamışlar. Onlara oğlu Raminin evlənmək məqsədi ilə qız qaçırdığını demişdir. Onlar da həmin vaxt “xoşbəxt olsunlar, Allah mübarək eləsin” sözlərini deyərək Rəksanənin və Raminin üzündən öpmüşlər. Daha sonra evə daxil olmuşlar. Evdə Azadın arvadı onlara yemək hazırlamışdır. Onlar süfrənin ətrafında toplaşıb xörək yemişlər. Gecə radələrində yatmaq vaxtı gələn zaman Ramin və Rəksanə birgə həmin evin zalının sol tərəfində yerləşən yataq otağında qalmışlar. Özü isə Mütalib, Ruhid və Pərvanə ilə birgə evin zalında yatmışlar. Növbəti gün, yəni 26 may 2021-ci il tarixdə saat 11 radələrində Pərvanə, Ruhid və Mütalib Azadın evindən çıxıb getmişlər. Saat 12 radələrində Rəksanənin yaxınlarının onları tapmaması üçün özü Ramin və Rəksanə ilə birlikdə Azadın evindən çıxıb Bərdə rayonunun Otuzikilər kəndində yaşayan əmisi nəvəsi Cəmaləddinin evinə getmişlər. Axşam saatlarına qədər orada qalmış, axşam saatlarında isə Cəmaləddinin qardaşı Asimin həyətinə keçib orada oturmuşlar. Asim və sonuncunun ailəsi Bakıda yaşadıqları üçün orada olmamışlar. Asimin həyətində olarkən polis əməkdaşları oraya gəlmişlər. Əvvəlcə Rəksanə müstəntiq Şahid14 öz razılığı ilə gəldiyini, heç bir təzyiqə məruz qalmadığını demişdir. Rəksanədən izahat alındıqda isə sonuncu zorla qaçırıldığını dediyi üçün polis əməkdaşları Rəksanəni oradan götürərək rayon polis şöbəsinə aparmışlar. Sabahısı gün, yəni 27 may 2021-ci il tarixdə oğlu Raminlə birlikdə rayon polis şöbəsinə gəlmişlər. İbtidai istintaqa sonraki ifadələrində isə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində əlavə ifadəsində, ilkin ifadələrinə uyğun ifadə verərək, habelə Təqsirləndirilən şəxs6 münasibətdə ziddiyyətli ifadə verib bildirmişdir ki, Rəksanəni qaçıran zaman Ramin və Ruhid Rəksanənin qollarından və ayaqlarından tutaraq həmin avtomobilə əyləşdirmişlər. Pərvanə Rəksanəyə toxunmamış, əl də vurmamışdır. İbtidai istintaqın sonraki mərhələsində isə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində əlavə ifadəsində, özünü qismən təqsirli bilərək məhkəmə baxışı zamanı vermiş olduğu ifadəyə qismən uyğun ifadə verərək, habelə bir sıra xüsusatlar üzrə ziddiyyətli ifadə verib bildirmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi Şahinin qızıdır. Onlarla qohumluq münasibətləri vardır və ailəvi gediş-gəlişi olmuşdur. 2020-ci ilin sentyabr ayında İİ Qarabağ mühabirəsi başlayan zaman yaşadıqları kənd müharibə zonasına yaxın olduğu üçün oğulları Ramini və Bahaduru Ağcabədi şəhərinə gətirmiş və tanışı Eldarın evində qalırmışlar. Onlar təxminən bir ay həmin evdə qalmışlar. Həmin evin həyətində bir neçə kiçik evlər var. Bu müddətdə Şahinin ailə üzvləri də kənddən çıxıb həmin həyətdə yerləşən digər evdə yaşayıblar. Bu müddətdə oğlu X7 görüb bəyənmişdir. Rəksanənin də oğlu Ramindən xoşu gəlirmiş. Bunu dəqiq bilir. Aralarında sevgi münasibəti yaranmışdır. Müharibə qurtardıqdan sonra, 2020-ci ilin sonlarında Rəksanəni Raminə almaq üçün Şahingilə elçi getmişlər. Əvvəlcə Şahin və arvadı Mənsuma onlara razılıq vermişlər. Lakin bir-iki aydan sonra onlar Rəksanəni Raminə verməyəcəklərini bildirmişlər. O, bununla bağlı Şahinlə söhbət edən zaman “mən qızı sənə vermişəm, lakin bacım və qardaşım bu işə razı deyillər, qız sənindir, get, nə bilirsən elə” sözlərini demişdir. Sonradan öyrənmiş ki, Şahinin bacısı Firuzə Rəksanəni öz oğluna almaq istəyir. Həmin sözləri ilə Şahin müəyyən mənada ona Rəksanəni qaçırmağını bildirmişdir. Lakin o, buna razı deyilmiş. 25 may 2021-ci il tarixdə yaşadığı evdə olarkən Ramin ondan maşınını müvəqqəti ona verməyini istəmişdi. O, Ramindən maşını nə üçün istədiyini soruşmuşdur. O, Rəksanəni qaçıracağını bildirmişdir. Buna etiraz edərək, Raminə evində oturmasını demişdir. O isə Rəksanənin 15-20 dəqiqəyə bulaq başına çıxacağını, vaxtının olmadığını, onu qaçırmağa məcbur olduğunu, əks halda pis hadisələr olacağını demişdir. Bir daha ondan məsələni ətraflı danışmasını tələb etmişdir. Ramin bildirmiş ki, Rəksanəni başqa oğlana vermək istəyirlər və o, Rəksanə ilə cinsi əlaqədə olmuşdur. Bunları eşitdikdə əsəbiləşmişdir. Lakin Rəksanəni qaçırmaqdan başqa variant olmadığını gördüyü üçün Raminlə razılaşmışdır. Ramindən Rəksanənin qaçırılmasına özünün razılığının olub-olmadığını bir daha soruşmuşdur. O isə Rəksanənin razılığının olduğunu, qaçırılacağı yeri və vaxtı ona özünün dediyini bildirmişdi. Buna görə də Raminlə birlikdə özünün “VAZ 2107” markalı avtomobililə evdən çıxmışdır. Maşını özü idarə edirmiş. Onlar qaynı Ruhidin darvazasının qarşısından keçən zaman onun küçədə dayandığını görmüşlər. Ruhid əli ilə onlara saxla işarəsi verib haraya getdiklərini soruşmuşdur. O isə Ruhidə maşına oturmasını demişdir. Ruhid maşına mindikdən sonra ona qız qaçırmağa getdiklərini demişdir. Ruhid qızın razılığının olub-olmadığını soruşmuş. Ramin bir daha Rəksanənin razılıq verdiyini demişdir. Onlar hərəkətə davam edərkən qardaşı oğlu Mütalibin və onun arvadı Pərvanənin Ağdam rayonunun Alıbəyli qəsəbəsindən piyada gəldiklərini görmüşlər. Həmin vaxt Mütalibin bir gözündə xəstəlik var imiş və buna görə də tez-tez həmin qəsəbənin həkim məntəqəsinə gedərək özünə iynə vurdururmuş. Onların yanında saxlayıb haraya getdiklərini soruşmuşdur. Onlar yaşadıqları evə getdiklərini demişlər. O da bir yerə dəyib evə qayıdacaqlarını deyib və maşına minmələrini bildirmişdir. Onlar maşına mindikdən sonra yoluna davam etmişdir. Mütalib və Pərvanəyə də onlar maşına mindikdən sonra Rəksanəni qaçırmağa getdiklərini demişlər. Onlar da Rəksanənin buna razı olubolmadıqlarını soruşmuşlar. Bildirmiş ki, Rəksanənin özü Ramini çağırıb qaçırmasını təklif etmişdir. Mütalib ön tərəfdə, digərləri isə arxada oturmuşlar. Onlar “Qobu” adlanan yerə çatdıqda Rəksanənin bibisi Firuzə ilə birlikdə orada yerləşən bulaqdan su götürüb qayıtdıqlarını görmüşlər. Onların yanında tanımadığı bir neçə qız uşağı və azyaşlı uşaqlar da olmuşdur. Həmçinin Rəksanənin əmisi Zakirin də orada qoyun otardığını görmüşdür. Zakir onlardan 35-40 metr kənarda imiş. Firuzə və digərləri öndə gedirmiş, Rəksanə isə onlardan arxada qalmışdır. O, Rəksanənin yanında maşını saxlamış, Ramin və Ruhid maşından enmişlər. Ramin Rəksanənin əlindən tutub maşında oturtmuşdur. Bundan sonra Ruhid və Ramin də maşında oturmuşlar. O, Mütalib, Pərvanə maşından düşməmişlər. Ruhid isə sadəcə Rəksanənin oturması üçün maşından enmiş və o da Rəksanəyə toxunmamışdır. Rəksanə öz razılığı ilə və heç bir etiraz etmədən, könüllü olaraq gəlib maşında əyləşmişdir. Bundan sonra maşını hərəkət etdirib sürmüşdür. O, maşını birbaşa Ağdam rayonunun Üçoğlan kəndində yaşayan Azad adlı tanışının evinə getmişdir. Azadla onun yaxın münasibəti yoxdur, sadəcə bir dəfə evində usta kimi işləmişdir. Bu barədə Azadla danışmamışdır. Sadəcə ağlına ilk gələn ev onun evi olduğu üçün oraya getmişdir. Maşını onların həyətinə salmış. Həmin vaxt evdə Azadın arvadı və gəlini var imiş. Bir qədər sonra da Azad evə gəlmişdi. Onlar Rəksanə ilə görüşmüşlər və onunla Ramini təbrik etmişlər. Rəksanə də onlarla öpüşüb salamlaşmış və təbriklərini qəbul etmişdir. Rəksanə nə qaçırılması zamanı, nə Azadın evində olarkən heç bir etiraz və narahatlıq ifadə etməmişdir. Rəksanə könüllü olaraq Raminlə qaçmış və Azadın evində qalmışdır. Onlar Azadın evinə çatdıqdan təxminən 15-20 dəqiqə sonra Mütalib və Pərvanə küçəyə çıxaraq taksi ilə yaşadıqları evə getmişlər. O, Ramin, Rəksanə və Ruhid həmin gecəni Azadın evində qalmışlar. Həmin gecə Azadın evində Ramin və Rəksanənin cinsi əlaqədə olduqlarını bilməmişdir. Növbəti gün səhər saatlarında Ruhid də oradan çıxıb taksi ilə yaşadığı evə getmişdir. Səhər yeməklərini yedikdən sonra Ramini və Rəksanəni də götürərək oradan çıxıb tanımadığı bir taksi ilə Bərdə rayonunun Otuzikilər kəndində yaşayan qohumu Cəmaləddinin evinə getmişlər. Həmin vaxt maşını nasaz olduğundan Azadın evində qalmışdır. Saat 11-12 radələrində Rəksanəyə yeni paltarlar almaq üçün Rəksanə və Raminlə birlikdə Bərdə şəhərində yerləşən bir mağazaya getmişlər. O, mağazaya girməmiş, Rəksanə və Ramin mağazaya girib geyim əşyaları almışlar. Cəmaləddinin evinə qayıtdıqdan sonra Rəksanə köhnə paltarlarını çıxarıb yenilərini geyinmişdir. Həmin gün axşam saatlarında xəbər almış ki, Rəksanənin qohumları onlardan polisə şikayət veriblər və polislər onları axtarır. Həmin vaxt bu barədə kiminlə danışdığını xatırlamır, lakin onunla əlaqə saxlayan adama yerini demişdir. Bir qədər sonra polis əməkdaşları olduqları yerə gəlmişlər. Orada müstəntiq Şahid14 Rəksanədən təklikdə ilk dəfə izahat alarkən Rəksanə Raminlə könüllü qaçdığını, ona heç kimin zor tətbiq etmədiyini bildirmişdir. Şahid14 təklif etmişdir ki, Rəksanə atası ilə danışaraq könüllü qaçdığını ona da desin. Lakin Rəksanə atası ilə danışa bilməyəcəyini, əmisi arvadı Əsmər ilə danışa biləcəyini demişdir. Sonra Şahid14 onları danışdırmışdır. Bir qədər sonra Rəksanənin anası ilə xalası da olduqları yerə gəlmişlər. Rəksanə anasının gəldiyini biləndə anasının onu götürüb aparacağını Raminə demişdir. Buna görə də onlara demədən birlikdə çıxıb getmişdilər. Rəksanənin anası ilə xalası gələndən sonra Raminlə Rəksanənin getdiklərini başa düşmüşlər. Sonra onları axtararkən 500-600 metr məsafədə bir evə getdiklərini bilib onları tapmışdır. Onları geri gətirmək istəyən vaxt da Rəksanə anasıgilin yanına getmək istəmədiyini, anasının onu götürüb aparacağını bildirmiş və ondan onu başqa yerə aparmağını istəmişdir. Lakin buna razı olmamış və Rəksanəni anasıgilin yanına aparmışdır. Rəksanə ilə onun anası və xalası evin içərisində Rəksanə ilə danışarkən ona nə etdiklərini bilməmiş, lakin Rəksanənin qorxduğunu və titrədiyini görmüşdür. Bundan sonra Rəksanə valideynlərindən qorxduğu üçün onların təzyiqi ilə əleyhlərinə ifadələr verərək onu zorla qaçırdıqlarını bildirmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 həmin ifadələrini təsdiq etmədiyini, istintaq zamanı onu heç kim döymədiyini, təzyiq etmədiyini, nə yazıblar bilmədiyini, qol çəkdiyini, məhkəmədə dediklərinin doğru olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 25 may 2021-ci ildə saat 18 radələrində yaşadığı evin qapısının ağzında dayanıb siqaret çəkirmiş. Həmin vaxt Çərkəz və Ramin avtomobillə gəlib yanında saxlamış, ona avtomobilə əyləşməyini demişlər. O, isə avtomobilə əyləşmiş, daha sonra hərəkətə başlamışlar. Avtomobilə əyləşərkən düşünmüş ki, Çərkəz yeznəsidir, bacısı onda ərdədir, həmişə kimi bacısını birlikdə işdən götürmək üçün gedəcəklər. Həmin vaxt avtomobildə onlardan başqa heçkim olmamışdır. Onlardan soruşduqda hara gedirlər, bacısı oğlu Ramin demişdir ki, “Rəksanə zəng vurub ki, gəl məni apar, onu götürməyə gedirik”. Bu barədə Ramindən ətraflı maraqlanmışdır ki, qız razıdı ya yox. Ramin bildirmişdir ki, “bir bir-birimizi sevirik, qız mənlə getməyə razıdır”. Soruşmuş ki, nə kömək edə bilər. Ramin isə demişdir ki, “heçnə kömək lazım deyil, bizlə birlikdə get qayıt, heçnəyin lazım deyil”. Qobu deyilən yerə çatmış, yolda Mütalib və onun arvadı Pərvanə ilə rastlaşmışlar. Çərkəz onları gördükdə avtomobili saxlamış, onlarıda maşına götürmüşdür. Eyni ilə onlara da bu barədə demişlər. Onlar isə qızın razı olubolmadığını soruşduqda Ramin qızın razı olduğunu bildirmişdir. Onlar isə buna etiraz etmiş, lakin piyada getməsinlər deyə maşına əyləşmişlər. Həmin vaxt Mütalibin gözündə sarğı olmuş, bu səbəbdən də qarşıdan düşüb arxa oturacaqda əyləşmiş, Mütalib isə qabaq sərnişin oturacağında əyləşib, günlüyü aşağı salmışdır ki, gözünə gün düşməsin. Daha sonra Qobu deyilən yerdə Rəksanənin sudan gəldiyini görüb, Çərkəz avtomobili saxlamış, Ramin avtomobildən yerə düşmüş, gedib Rəksanənin əlindən tutub birlikdə gəlib maşında oturmuşlar. Orada heç bir narazılıq olmamış, qızın əlindən tutub birlikdə maşında əyləşmişlər, lakin qızın bibisi arxalarınca su qabın atmışdır. Həmin yerdə xatırladığı qədər qızın bibisi Firuzə və birdə balaca uşaq olmuşdur. O, qızın heç bir etiraz etmədiyini görmüşdür. Raminlə qız maşına minərkən nə Pərvanə, nədə ki Mütalib maşından yerə düşməmiş, özü isə Ramin arxada ortada oturduğundan onun düşə bilməsi üçün maşından yerə düşmüşdür. Daha sonra Çərkəz maşını Ağdama sürmüş, orada Azad adlı şəxsin evinə getmişlər. Lakin əvvəlcədən Ağdama gedəcəklərin bilməmiş, Çərkəz demişdir ki, “səni də evə atacayıq”. Yol boyu isə Rəksanə heç bir etiraz etməmişdir. Həmin evə çatdıqda əvvəlcə Azad evdə olmamış, daha sonra gəlmişdir. Azad gəlib onlarla salamlaşmış, Azadı əvvəllər tanımamış, orada onunla tanış olmuşdur. Orada 10-15 dəqiqə həyətdə qaldıqdan sonra isə evdən çıxıb xatırlamadığı bir taksi ilə öz evinə qayıtmışdır. Həmin vaxtadək də Rəksanə heç bir narazılıq etməmişdir. Sonra isə bilmişdir ki, Rəksanə onlardan şikayət edib. Bəsdini isə hadisə günü görməmiş, Bəsdi orada olmamışdır. Bu məsələ ilə bağlı da onlar arasında əvvəlcədən heç bir razılaşma olmamışdır. Pərvanə Rəksanəni tutmamış, onu maşına mindirməmiş, Mütalib də heç bir hərəkət etməmişdir. Verilmiş mülki iddianı qəbul etmir, mülki iddianın rədd edilməsini, səhv elədiyini, səhvini başa düşdüyün, bağışlanmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ilkin ifadələrində göstərmişdir ki, 25 may 2021-ci il tarixdə 18 radələrində Ramin və Çərkəz onun evinə gəlmişlər. Onlar Rəksanənin valideynlərinin sonuncunun Raminlə ailə həyatı qurmasına razı olmadıqlarını, bu səbəbdən Rəksanəni qaçırmaq qərarına gəldiklərini və sonuncunun da Raminlə ailə həyatı qurmağa razı olduğunu demiş, buna görə də Rəksanəni qaçırmaq üçün ondan kömək istəmişlər. O da razılaşmışdır. Avtomobili Çərkəz idarə etmiş, ön oturacaqda sonuncunun qardaşı oğlu Mütalib, arxa oturacaqlarda isə Ramin və Mütalibin arvadı Pərvanə əyləşmişlər. O da keçib arxa oturacaqlarda əyləşmişdir. Avtomobildə olarkən Çərkəz onlara izahlar verib, Rəksanəni qaçıran zaman yanında qohumlarının ola biləcəyini və qışqırıq sala biləcəklərini, narahat olmağa ehtiyac olmadığını, köməkli şəkildə sonuncunun əl-qolundan tutub maşına qoymalarını demişdir. O da iki gəncin qovuşmasına köməklik etmək məqsədi ilə razılaşmışdır. Çərkəz avtomobili kəndin aşağı hissəsi ilə sürməyə başlamışdır. Yolda olarkən Ramin ona “dayı, qızla bir-birimizi sevirik, iki sevənləri qovuşdurmaq lazımdır” sözlərini demişdir. Onlar “Qobu” adlanan yerdə yerləşən bulağın qarşısına gəlmişlər. Həmin vaxt Rəksanənin əmisi qızı Nərgiz və bibisi Firuzə ilə birlikdə bulaqdan gəldiyini görmüşlər. Avtomobildə məsləhətləşib aralarında rol bölgüsü aparmışlar. Bölgüyə əsasən Mütalib Rəksanənin yanında olan adamların qarşısını kəsməli, özü isə Raminlə birlikdə Rəksanəni tutaraq avtomobilə yerləşdirməli, ehtiyac olarsa Pərvanə də onlara kömək etməli olmuşdur. Bundan sonra Çərkəz avtomobili Rəksanənin yanında saxlamışdır. Maşın dayanan kimi Ramin, Pərvanə, Mütalib və özü maşından enmişlər. Çərkəz isə maşında qalmış, maşının mühərrikini söndürməmişdir. Mütalib Rəksanənin yanında olan Firuzənin və Nərgizin qarşısını kəsmişdir. Özü Rəqsanənin ayaqlarından tutmuş, Pərvanə və Ramin isə Rəqsanənin hərəsi bir qolundan tutmuş və köməkli şəkildə Rəksanəni avtomobilin arxa oturacağına əyləşdirmişlər. Rəksanə buna etiraz edərək qışqırıq salmış və buraxmalarını bildirmiş, üzünü ona tutub “heç olmasa sən məni burax” demişdir. Rəksanə ilə qohum olduqları üçün Rəksanə ondan kömək istəmişdir. X29 tərəf dönərək “atanın xəbəri var” sözlərini demişdir. O da Çərkəzin həmin sözlərindən ürəklənmişdir. Rəksanəni avtomobilə mindirdikdən sonra Pərvanə və Ramin Rəksanənin sağında və solunda əyləşmiş, o isə Raminin yanında əyləşmişdir. Həmin vaxt Rəksanənin yanında olan qadınlar qışqırmışdır. Mütalib isə onları əlləri ilə kənara itələyib avtomobilin qabaq oturacağında əyləşmişdir. Onlar nə Rəksanəni, nə də sonuncunun yanında olan qadınlardan heç birini vurmamış, xəsarət yetirməmiş, yalnız Mütalib həmin qadınları tutub saxlamışdır. Bundan sonra Çərkəz avtomobili işə salaraq Ağdam rayonu istiqamətinə sürməyə başlamışdır. Yolda olan zaman Rəksanə onu buraxmalarını xahiş etmişdir. Bundan sonra Çərkəzin idarə etdiyi avtomobil ilə Ağdam rayonunun Üçoğlan kəndində yaşayan Azad adlı şəxsin evinin qarşısına gəlmişlər. Azadı əvvəldən tanımamış, onları Çərkəz həmin gün tanış etmişdir. Həyətin qarşısında Çərkəz avtomobildən düşüb həyətə girmiş, bir az sonra həyət qapısını açmış və avtomobilə əyləşib avtomobili həyətə sürmüşdür. Həyətdə hamısı avtomobildən düşmüşlər. Həmin vaxt Azad evdə olmamış, bir az sonra gəlmişdir. Çərkəz Azadın məsələdən xəbərdar olduğunu bildirmişdir. Evdə Azaddan başqa sonuncunun arvadı, azyaşlı nəvəsi, gəlini və bir oğlu olmuşdur. Əvvəlcə evin həyətində oturub yemək yemişlər. Gec saatlara qədər evin içinə girməmişdir. Saat 23 radələrində ona da evdə bir otaq ayırmışlar. O, evin zalına daxil olduqda arxa sağ tərəfdə yerləşən otağa daxil olub orada tək yatmışdır. Onu yuxu tutandan sonra kimin harada yatdığını bilməmişdir. Səhər oyanandan sonra Çərkəzin, Raminin, Mütalibin və ev sahiblərinin səhər yeməyi yediklərini görmüşdür. Rəksanə ilə Pərvanə isə evin zaldan sol tərəfdə yerləşən otağında olmuşlar. Saat 08 radələrində Çərkəz, Ramin, Mütalib, Pərvanə və Rəksanə tanımadığı şəxsin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilə minib getmişlər. Özü isə yoldan bir maşın saxladıb yaşadığı evə getmişdir. Çərkəzgilin haraya getmələrindən isə xəbəri olmamışdır. Rəksanənin şikayət etdiyini sonradan eşitmişdir. Çərkəz onu aldadaraq guya Rəksanənin atasının razı olduğunu bildirməklə cinayətə qoşmuşdur. O, Çərkəzin avtomobilinə mindikdən sonra sonuncu Rəksanənin qaçırılması barədə məlumatının olmadığını, sonuncunu zorla tutaraq avtomobilə mindirib qaçırmaq lazım olduğunu Çərkəz ona demiş, habelə Raminin Rəksanəni sevdiyini və sonuncunu qaçırdıqdan sonra valideynlərinə sözlərini deyəcəklərini də bildirmişdir. Azadın ailə üzvləri Rəksanəyə “xoş gəlmisən, Allah sizi xoşbəxt eləsin” kimi sözlər demişlər. Rəksanə isə “məni zorla gətiriblər, sizi tutduracağam” cavabını vermişdir. Raminin Rəksanə ilə necə və harada təbii yolla cinsi əlaqədə olduğunu bilməmişdir. İbtidai istintaqın sonraki mərhələsində isə Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində əlavə ifadəsində məhkəmə baxışı zamanı vermiş olduğu ifadəyə qismən uyğun ifadə verərək, habelə bir sıra xüsusatlar üzrə ziddiyyətli ifadə verib bildirmişdir ki, hadisə günü onlar kəndin aşağı hissəsi ilə hərəkət edərək “Qobu” deyilən ərazidəki bulağın yanına gəlmişlər. Həmin vaxt Rəksanənin bulaqdan qayıtdığını görmüşlər, onun yanında bibisi Firuzə və əmisi qızı Nərgiz var idi. Çərkəz avtomobili Rəksanənin yanında saxlamışdır. Bu zaman Ramin təkbaşına maşından düşmüş və Rəksanəni qolundan tutub maşına mindirmişdir. Ramin və Pərvanə Rəksanənin sağında və solunda, özü isə Raminin yanında əyləşmişdir. Həmin vaxt Rəksanənin yanında olan qadınlar qışqırsa da mane ola bilməmişdilər. Onlar nə Rəksanəni, nə də onun yanındakı qadınları vurmamış və xəsarət yetirməmişlər. Daha sonra Çərkəz avtomobili hərəkətə gətirib Ağdam rayonu istiqamətində sürməyə başlamışdı. Bundan sonra Ağdam rayonunun Üçoğlan kəndində yerləşən Azad adlı şəxsin evinə çatmışlar. O, daha əvvəl Azadı tanımamış, onunla həmin gün Çərkəz tanış etmişdir. Həyətin qarşısında Çərkəz avtomobildən düşüb həyətə daxil olmuşdur. Bir az sonra həyət darvazasını açmışlar və Çərkəz maşını içəriyə salmışdır. Hamısı avtomobildən aşağı enmişdir. Həmin vaxt Azad evdə olmamış, bir qədər sonra gəlmişdir. Çərkəz Azadın da məsələdən xəbərdar olduğunu demişdir. Evdə Azaddan başqa onun arvadı, bir oğlu, gəlini və azyaşlı nəvəsi olmuşdur. Onlar Rəksanəyə “xoş gəlmisən, Allah xoşbəxt eləsin” kimi sözlər demişdilər. Rəksanə də Azadın evində olanda heç bir narazılıq və etiraz etmirmiş. Əvvəlcə evin həyətində oturub yemək yemişlər. Gec saatlara qədər evin içinə girməmişdir. Saat 23 radələrində ona da bir otaq ayırmışlar və birbaşa həmin otağa gedərək yatmışdır. Səhər açılanda o, Çərkəzin, Raminin, Mütalibin və ev sahiblərinin səhər yeməyi yediklərini görmüşdür. Rəksanə ilə Pərvanə isə salondan sol tərəfdə yerləşən yataq otağında imişlər. Saat 08 radələrində Çərkəz, Ramin, Mütalib və Pərvanə Rəksanəni də götürüb “Mercedes-Benz” markalı olan boz rəngli bir maşınla getmişlər, onların haraya getdiyini bilməmişdir. O isə onlarla getməyəcəyini, yaşadığı evə qayıdacağını bildirmişdir. Bundan sonra küçədən tanımadığı bir taksini saxladıb yaşadığı evə qayıtmışdır. Sonradan ona məlum olmuş ki, Rəksanə barələrində şikayətlər vermiş, gecə Azadın evində qalarkən ona iynə vurulduğunu və Raminin onunla cinsi əlaqədə olduğunu demişdir. Lakin o, Azadın evində hər hansı şəxsin Rəksanəyə iynə vurmasına və ya dərman verməsinə şahid olmamış, həmçinin Raminin onunla cinsi əlaqədə olduğundan da xəbəri olmamışdır. Çərkəz onu aldadaraq, guya Rəksanənin atasının razılığının olduğunu deyib onu bu işə qoşmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs3 əvvəlki məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadəsində, hazırki məhkəmə baxışı zamanı vermiş olduğu bir sıra xüsusatlar üzrə ziddiyyətli ifadə verib bildirmişdir ki, ikinci Qarabağ müharibəsində xx.xx.2020-ci il tarixdən 45 gün müddətində Vətən Müharibəsində iştirak etmişdir. Təqsirləndirilən şəxs1 onun doğma bacısı oğludur. Təxminən 6-7 ay bundan əvvəl Ramin ona həmkəndliləri Şahinin qızı Rəksanəni sevdiyini, Rəksanə ilə ailə qurmaq istədiyini demişdir. Rəksanə ilə Raminin bir-birilərini sevdiyini Ramindən və ailə üzvlərindən eşitmişdir. 25 may 2021-ci il tarixdə Ramin və Çərkəz onun evinə gəlmiş və Rəksanəni qaçırmaq qərarına gəldiklərini və bunla bağlı onlara kömək etməyini qızın da onunla ailə qurmağa razı olduğunu demişdir. Qızın razı olduğunu dediyinə görə kömək etməyə razılıq vermişdir. Qobu deyilən yerdə bulaq başına çatdıqda Çərkəz maşını saxlamışdır. Rəksanənin yanında bibisi Firuzə və kəndçiləri Leyla var idi. Maşında olanlar hamısı maşından düşmüşdür. Rəksanəni maşına mindirəndə o, ayaqlarından tutmuşdur. Rəksanənin razı olmadığını maşına mindikdən sonra bilmişdir. Kiminsə Rəksanəyə iynə vurmasını görməmişdir. Oradan Ağdam rayonuna Səfərli kəndinə Azad adlı şəxsin evinə getmişlər. Gecəni həmin evdə qalmışdır. Hadisə günü Bəsdini görməmişdir. Rəksanəni qaçırmağa kömək etmişdir. Ramin ona demişdi ki, Rəksanə razıdı. Qızın istəmədiyini bilsə bu işi etməzmiş. Rəksanəni maşına qoymaqda iştirak etmiş, ayaqlarını tutmuşdur. Maşından hamı düşmüş. Mütalibdə orada olub. Pərvanə ilə Mütalibin həmin vaxt nə etdiyi yadında qalmayıb. Mütalibin gözünə fikir verməmişdir. Hadisə vaxtı bilmiş ki, Rəksanənin razılığı yoxdu. İstintaqdakı ifadəsini təsdiq edir. Azadgildə 1 gecə qalmışdır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs3 həmin ifadələrini təsdiq etmədiyini, ona ibtidai istintaq zamanı heç bir təsir və təzyiq edilmədiyini, əvvəlki məhkəmə istintaqı zamanı da sərbəst ifadə verdiyini, əvvəlcə müharibədə travma aldığını, ifələrinin yadında qalmadığını, daha sonra isə Rəksanəni pis vəziyyətdə qoymamaq məqsədilə Çərkəz tərəfindən o cür ifadələr verməli olduğunu ona tapşırmasını bildirsə də, ibtidai istintaqın ilkin mərhələlərində eyni məzmunlu ifadələr verməsinin, eləcədə istintaqın sonunda əvvəlki ifadələri ilə ziddiyyətli ifadələr verməsinin və əvvəlki məhkəmə baxışı zamanı hazırki ifadəsində göstərilənlərlə ziddiyyətli ifadə verməsinin səbəbini izah edə bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci ildə yaşadığı Ağdam rayonu, Alıbəyli 2 qəsəbəsindən Qobu deyilən yerə içməli su gətirməyə getmişdir. Orada bulaq var, həmin bulaq Alıbəyli 2 qəsəbəsi ilə Ağcabədi rayonu, İmamqulubəyli kəndi arasında yerləşir. Maşınları olmadığından həmişə suyu həmin bulaqdan özü əli ilə daşıyır. Evdən çıxarkən axşamçağı olmuşdur. Həmin əraziyə düşən yerdə isə pilləkənlər var, həmin pilləkənlərdən düşərkən isə qarşı tərəfdən səslər gəldiyini eşitmiş, bu səbədən də heç önə getmədən qayıdıb yaşadığı evə getmişdir. Həmin vaxt düşünmüş ki, orada dava olur, bu səbəbdən də ora yaxınlaşmamışdır. Həmin yerdə heç kimi görməmiş, dava olduğunu sanıb geri qayıtmışdır. Çünki həmin yerdən bərk danışıq səsləri gəlirmiş. Özü nevroz xəstəsi olduğundan dava-dalaş olan yerlərə getmir. Evdə isə qayınanası və uşaqları olmuş, qayınanası nə səbəbə su gətirmədiyini soruşduqda, ona bu barədə məlumat vermiş, dava olduğunu düşündüyünü, ona görədə ağzı geri qayıtdığını bildirmişdir. Evə qayıtdıqdan sonra isə qardaşı Mütalibə zəng vurmuş, həmin vaxt qardaşı gözündən əməliyyat olduğundan, bu barədə onun vəziyyəti ilə maraqlanmışdır. Hadisə barədə isə həmin gün gecə eşitmişdir ki, Ramin evlənmək məqsədilə Rəksanəni qaçırıb. Özü isə Rəksanənin qaçırılması ilə bağlı nə Raminlə, nə də ki, digərləri ilə heç vaxt danışmamış, Ramin onun heç qapısını da tanımır, epilepsiya xəstəsi uşağı var, bütün zamanını onun müalicəsinə və baxımına sərf edir, kimin kimlə evlənməsi, kimi qaçırması isə ona maraqlı deyil. Hadisənin səhərisi isə atası gəlib ona demişdir ki, Rəksanənin qaçırılması ilə bağlı sənin də adını çəkirlər. Zərərçəkmiş şəxs Rəksanənin ifadəsində göstərdikləri yalandır, hadisə vaxtı orada olmamış, heç kimi görməmişdir, Rəksanənin qaçırılmasında iştirak etməmiş, Rəksanə onun Raminin əmisi qızı olduğuna görə bu cür ifadələr verir. Mülki iddianı qəbul etmir, özü hadisə yerində olmadığından özünü təqsirli bilmir, iki körpə, xəstə uşağının olmasını, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs4 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, İkinci Alıbəyli qəsəbə məktəbinin yanından pilləkənlərlə bulağın yerləşdiyi “Qobu” deyilən əraziyə enib bir az getdikdən sonra təxminən 60-70 metr qarşıda qışqırıq səsləri eşitmişdir. Oraya baxan zaman bulağın yanında ağ rəngli bir avtomobilin olduğunu görmüşdür. O, qışqırışma səslərindən qorxaraq geri qayıtmış və İkinci Alıbəyli qəsəbəsinə doğru qaçmağa başlamışdır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs4 oğlu həmin ifadələrini təsdiq ediyini, oraya baxan zaman bulağın yanında ağ rəngli bir avtomobilin olduğunu görməsinin doğru olduğunu, lakin hazırda ifadə verərkən, bunu deməyi unutduğunu, lakin 60-70 metr qarşıda qışqırıq səsləri eşitməyi hissəsində ifadəsinin müstəntiq tərəfindən doğru yazılmadığını, həmin vaxt məsafənin təxminən 250-300 metr olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci ildə Alıbəyli 2 qəsəbəsinə arvadı Pərvanə ilə birlikdə həkimə getmişdir. Həmin vaxt 15-20 gün qabaq gözündən əməliyyat olunmuşdur, lakin öskürdüyündən, bunun isə gözünün tikişinə zərər vurduğundan, həkimin məsləhəti ilə sistem vurdururmuş. Həmin vaxt xəstəxananın bağlı olduğunu görüb geri qayıtmışlar. Geri qayıdanda məktəbin yanında olan bər-bərxanaya yaxın yerdə əmisi Çərkəz maşını ilə gəlib onların yanında saxlamışdır. Çərkəz onlara haradan gəldiklərini soruşmuş, o isə Çərkəzə sistem qoşdurmaq üçün xəstəxanaya getdiyini, lakin bağlı olduğundan geri qayıtdıqlarını demişdir. Çərkəz demiş ki, “gəl otur gedək”. Maşında həmin vaxt Ruhidin və Çərkəzin oğlu Raminin də olduğunu görmüşdür. Çərkəzin maşınına arvadı ilə birlikdə evlərinə getmək məqsədilə oturmuşlar. Maşın Qobu deyilən yerə yenmişdir. Həmin vaxt Rəksanə sudan gəlirmiş, yanında da bir qadın varmış. Rəksanəyə 3-4 metr çatmış Ramin demişdir ki, ata maşını saxla. Çərkəz həmin vaxt maşını saxlamış, Ramin maşından düşmüşdür. Ramin gedib Rəksanənin əlindən tutub gəlib maşına oturmuşlar. Ramin maşından tək düşüb Rəksanəyə yaxınlaşıb əl-ələ tutmuşlar. Maşını isə Çərkəz sürüb getmiş, həmin vaxt özü maşından yerə düşmək istəmiş, qapını da açmışdır. Çərkəzə demişdir ki, “bizi bu işə qarışdırmayın”. Çərkəz isə demişdir ki, “sizi qaytarıram, narahat olmayın”. Çərkəz maşını sürən vaxt isə Firuzə əlindəki su baçokunu maşına tərəf atmış, baçok maşının üstünə düşmüşdür. Bundan sonra isə Çərkəz maşını saxlamamış Ağdamın Üçoğlan kəndinə sürmüşdür. Yolda olarkən isə Rəksanə heç bir etirazın bildirməmiş, eləcədə Ağdamda olarkən də heç bir etiraz etməmişdir. Orada Azadlı şəxsin qapısına getmişlər. Orada bir yaşlı xala gəlib qarşılamış, Çərkəzə də, qıza da allah xoşbəxt eləsin demişdir. Daha sonra Azad gəlmiş, o da allah xoşbəxt eləsin demişdir. Rəksanə isə qışqırmamış, etiraz etməmişdir. Orada da 10-15 dəqiqə qaldıqdan sonra arvadı Pərvanə ilə birlikdə öz evlərinə qayıtmış, Çərkəzgil isə orda qalmışdır. O çıxanda Ruhid orda olmuş, demiş ki, “məndə gedirəm”. Maşında birlikdə olarkən Rəksanəyə söyüş söyməmiş, onu vurmamış, arvadı da onu vurmağına maneçilik törətməmişdir. Rəksanənin qaçırılmasıyla bağlı Ramin və Çərkəzlə heç bir razılaşması olmayıb. Raminlə Rəksanə maşına mindikdən sonra Raminin onu qaçırmasını bilmişdir. Hadisə vaxtı maşından yerə düşməmiş, Firuzə və Nərgizi yerə yıxmamışdır. Onlarla birlikdə Bərdədə olmamışdır. Bacısı Bəsdini isə hadisə günü görməmişdir. Ruhid isə həmin vaxt heç bir hərəkət etməmişdir. Evinə qayıtdıqdan sonra Rəksanə tərəfdən Çərkəzin evinə adamlar gəlmiş, səs-küy salmışlar, evin şüşələrin sındırmışlar, lakin onun yaşadığı evə heç kim gəlməmişdir. Rəksanə öz xoşu ilə getmiş, onun sonradan şikayət etməyinə səbəb isə, yaxınlarının təzyiqi olmuşdur. Çərkəz isə Bərdədən gələndən sonra onunla görüşmüş, ona Rəksanənin özünün maşına minməsini heç kimə deməməyi tapşırmışdır. Mülki iddianı qəbul etmir, hadisə yerində təsadüfü olduğunu, barəsində ədalətli qərar verilməsini, mülki iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs5 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, 25 may 2021-ci ilin tarixdə saat 17 radələrində sistem köçürtdürmək məqsədi ilə arvadı Pərvanə ilə birlikdə Ağdam rayonunun Alıbəyli qəsəbəsindəki xəstəxanaya getmişdir. Lakin həkim orada olmadığından yaşadığı evə qayıtmağa başlamışlar. Alıbəyli qəsəbəsindən çıxan zaman əmisi Çərkəz özünə məxsus “VAZ 2107” markalı avtomobillə onlara yaxınlaşaraq haradan gəldiklərini soruşmuşdur. O, həkimin yanına getdiyini, lakin həkimin yerində olmadığını demişdir. Bu zaman əmisi onunla getmələrini təklif edib, ona həkim tapacağını demişdir. Bundan sonra Pərvanə ilə birgə əmisinin maşınında əyləşmişlər. Maşında əmisindən başqa sonuncunun oğlu Ramin və qayını Ruhid də olmuşdur. Onlar İmamqulubəyli kəndi ilə hərəkət edərkən orada Raminin keçmiş istəklisi Rəksanəni görmüşlər. Rəksanənin yanında bibisi Firuzə və iki nəfər başqa qadın da olmuşdur. Əmisi Çərkəz onları görən kimi Rəksanəni qaçıracaqlarını bildirmiş və maşını sonuncunun yanında saxlamışdır. Həmin anda Ramin, Çərkəz və Ruhid maşından düşərək Rəksanənin əllərindən və ayaqlarından tutmaqla sonuncunu maşının arxa oturacağına qoymuşlar. Əmisi maşını Ağdam rayonun Üçoğlan kəndi istiqamətində sürmüşdür. O, həmin işə qarışmaq istəmədiyini bildirərək maşından düşmək istəmiş və əmisindən maşını saxlamasını tələb etmişdir. Əmisi isə Rəksanənin qohumlarının onlara zərər yetirəcəklərini deyərək maşını saxlamaqdan imtina etmişdir. Onlar bir qədər getdikdən sonra əmisi maşını həmin kənddə olan tanımadığı bir evin qarşısında saxlamışdır. Bundan sonra hamısı maşından enmiş və əmisi də Rəksanəni maşından endirib evin içərisinə aparmışdır. Təxminən 15 dəqiqə orada qaldıqdan sonra o, getmək istədiyini demiş və arvadı Pərvanə ilə birlikdə küçəyə çıxaraq tanımadığı taksi ilə yaşadıqları evə qayıtmışdır. Hadisədən iki gün sonra müalicə olunmaq üçün Bakı şəhərinə getmişdir. Bir neçə gündən sonra Rəksanənin qohumlarının şikayəti əsasında əmisi Çərkəz və əmisi oğlu Raminin həbs olunduqlarını eşitmişdir. Atası onun barəsində də şikayət olunduğunu və axtarışda olduğunu bildirmişdir. Bundan sonra atası ilə birlikdə könüllü olaraq Ağcabədi Rayon Polis Şöbəsinə getmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs5 həmin ifadələrini təsdiq etmədiyini, ona ibtidai istintaq zamanı heç bir təsir və təzyiq edilmədiyini, həmin ifadələrini Çərkəzin sözüylə verdiyini, ifadələrinin yalnış olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 25 may 2021-ci ildə yoldaşı Mütaliblə birlikdə Albəyli 2 qəsəbəsinə yoldaşına sistem vurdurmaq üçün getmişlər. Gedib tibb məntəqəsinə çatdıqda qarantin rejimi də olduğundan həmin vaxt həkimi tapa bilməyib geri evlərinə qayıtmışlar. Yolda piyada hərəkətdə olarkən əks istiqamətdə Çərkəz maşınla gəlib yanlarında saxlamışdır. Həmin vaxt Ramin və Ruhid də maşında olmuşdur. Çərkəz onlardan haradan gəldiklərini soruşduqda, sistem qoşdurmaq üçün həkimə getdiklərini bildirmişlər. Həmin vaxt hətta Çərkəz Mütalibə əsəbləşmiş ki, “niyə deməməsin ki mənə sizi aparım”. Çərkəz onları evlərinə aparmaq məqsədilə maşınına mindirmişdir. Öz kəndlərinə giriş isə hadisə olan yerdəki bulağın başındandır. Onlar birlikdə maşınla bulağın yanına çatdıqda, Rəksanənin getdiyini görmüşlər, ondan 4-5 metr qabaqda isə bibisi Firuzə gedirmiş. Lakin Rəksanəni əvvəlcədən tanımamışdır. Həmin vaxt maşın Rəksanənin yanına çatdıqda Ramin demişdir ki, “saxla düşürəm Rəksanə burdadır”. Maşında isə Ramin arxada Ruhidlə onun ortasında oturmuşmuş. Ruhid yol vermək məqsədilə maşından düşmüş, daha sonra isə Ramin yerə düşmüşdür. Ramin maşından düşüb gedib Rəksanənin əlindən tutub birlikdə gəlib maşına əyləşmişlər. Bu zaman isə bunu görən Firuzə səs-küy salmış, söyüş söymüş, arxalarınca əlindəki su qabların atmışdır. Həmin vaxt isə özü və yoldaşı Mütalib bu işə qarışmamaq üçün maşından düşmək istəmişlər. Lakin Çərkəz icazə verməmiş, bildirmiş ki, qarşı tərəfində qohumları gələr nəsə hadisə baş verər. Mütalibə demişdir ki, “gözün də əməliyyatlıdı, maşından düşməyin gedib qarşılaşarsız onlarla, özüm maşınla gətirəcəm sizi”. Hətta Mütalib yolda maşının da qapısını bir dəfə açmışdır. Bundan sonra Çərkəz maşını sürüb 10-15 dəqiqə yol getdikdən sonra əvvəllər tanımadığı bir evin qapısına gətirmişdir. Həmin vaxt evin darvazası açıq olmuşdur. Maşın həyətə girmiş, daha sonra Çərkəz ev yiyəsin çağırmışdı, bir qadın qonşuluqdan həyətə gəlmişdir. Həmin vaxt hiss eləmiş ki, ev yiyəsinin gəlişlərindən xəbəri olmamışdır. Çərkəz ev yiyəsinə oğlunun qız istəyib gətirdiyini demişdir. Bundan sonra onlar maşından yerə düşmüşdür. Rəksanə də hamı ki, normal şəkildə yerə düşmüş, onunla birlikdə evə keçmişlər. Rəksanə evdə demişdir ki, alaqdan gəlir, əli-ayağı torpaqdı, yuyunmaq istəyir. Ev yiyəsindən hamamın yerin soruşub, gedib hamamın qarşısındakı əl-üz yuyan yerdə Rəksanə ilə birlikdə əl-üzlərin yumuş, daha sonra yenə evə keçmişlər. İçəri keçəndə yoldaşına demişdir ki, artıq çıxıb evə getsinlər. Bu zaman Çərkəz onları 5 dəqiqəyə aparacağını bildirmişdir. Keçib zalda divanın başında oturmuşdur. Həmin vaxt Rəksanə və Raminin zalda oturub nəsə yazıb, normal söhbət etdiklərini görmüşdür. Görəndəki Çərkəz onları aparmır, yoldaşı 5-3 dəqiqə sonra yol maşını çağırmış, birlikdə evlərinə getmişlər. Öz yaşadıqları evlə isə Çərkəzin evi yaxın məsafədə yerləşdiyindən evdə olarkən Rəksanənin qohumlarının Çərkəzin qapısına getdiyini, çığır-bağır səslərinin gəldiyini görmüşdür. Bundan sonra isə bilmişlər ki, onlar barəsində də şikayət ediblər. Raminlə Rəksanənin bir-birini istəməsini əvvəldən bilmişdir. Lakin Raminin atası Çərkəzin qızı qaçırmaq fikirlərinin olmasını bilməmişdir. Bəsdi baldızıdır, hadisə vaxtı Bəsdini görməmiş, Bəsdi orada olmamışdır. Rəksanənin qaçırılması ilə bağlı Çərkəzlə heç vaxt danışmamış, Ağdamda Üçoğlan kəndinə gecəni qalmamışlar, Bərdəyə getməmişlər, Rəksanəyə iynə vurulmasının şahidi olmamış, ona iynə vurmamışdır. Özü ümumiyyətlə iynə vura bilmir. İlkin ifadələrində Çərkəzin buyruğu ilə Rəksanənin razılığı olmadan qaçırılmasını bildirmiş, lakin özünün də ittiham olunduğunu sonradan başa düşmüşdür. Mülki iddianı qəbul etmir, özü hadisədə təsadüfən iştirakçı olmuşdur, bilərək maşına oturmamışdır, üç azyaşlı uşağının olmasını nəzərə alıb, barəsində ədalətli qərar qəbul edilməsini, mülki iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs6 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ilkin ifadələrində göstərmişdir ki, 2021-ci ilin aprel ayında Mütalib Bakı şəhərində Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində sol gözündən cərrahiyyə əməliyyatı keçirmişdir. 25 may 2021-ci il tarixdə saat 17 radələrində Mütalibə sistem köçürmək üçün yaşadıqları kəndin yaxınlığında yerləşən Ağdam rayonunun Alıbəyli qəsəbəsindəki xəstəxanaya getmişlər. Lakin xəstəxanada heç kimi tapmadıqlarına görə geri qayıtmışlar. Qəsəbə ilə piyada İmamqulubəyli kəndi istiqamətinə gedən zaman ərinin əmisi Çərkəz özünə məxsus olan avtomobillə qarşılarına çıxmış, onlardan iynə vurdurubvurdurmadıqlarını soruşmuşdur. Onlar da həkim tapmadıqlarını bildirmişlər. Çərkəz onlara avtomobilə əyləşməyi təklif edib Hindarx qəsəbəsində həkim taparaq iynəni vurduracağını bildirmişdir. Bundan sonra Mütaliblə birgə Çərkəzin maşınına oturmuşlar. Maşını Çərkəz idarə etmiş, həmçinin maşında Çərkəzin oğlu Ramin və qayını Ruhid olmuşdur. Mütalib qabaq tərəfdə Çərkəzin yanında, özü və digərləri isə arxada oturmuşlar. İmamqulubəyli kəndinin ərazisindəki artezianın üstünə çatanda Raminin keçmiş istəklisi Rəksanəni görmüşlər. Rəksanəni əvvəllər Raminə almaq istəmişlər, Rəksanənin valideynləri buna “hə” cavabı vermiş və nişana hazırlıq görülmüşdür. Lakin bir müddətdən sonra Rəksanənin valideynləri sonuncunu verməyəcəklərini deyib münasibəti pozmuşlar. 2021-ci ilin Novruz bayramı ərəfəsində Ramin Rəksanəni qaçırmaq istədiyini deyib ondan və əri Mütalibdən kömək istəmiş, lakin onlar buna razı olmamışlar. Həmin vaxt Rəksanəni bulağın yanında görəndə Çərkəz və Ramin Rəksanəni qaçıracaqlarını bildirmişlər. O, Çərkəzgilin Rəksanəni əvvəldən güddüyünü başa düşmüşdür. O və əri Mütalib bu işə qarışmaq istəmədiklərini deyib maşından enmək istədikdə X21 bir-birini istədiklərini, heç bir problem olmayacağını demişdir. Bundan sonra Ramin və Ruhid maşından düşüb Rəksanənin qollarından tutaraq sonuncunun etirazına baxmayaraq maşına mindirmişlər. Ramin Rəksanəni arxa oturacaqda öz yanında oturtmuş, sonuncu qışqırıb səs-küy salsa da Raminlə Ruhid zorla maşına oturtmuşlar. Çərkəz isə maşını Ağdam rayonuna tərəf sürməyə başlamış, orada yaşayan dostunun evinə getdiklərini bildirmişdir. O və Mütalib maşından düşmək istədiklərini deyib Çərkəzdən maşını saxlamasını xahiş etsələr də sonuncu maşını saxlamamışdır. Təxminən 15-20 dəqiqə yol getdikdən sonra Ağdam rayonunun kəndinə, tanımadığı evə getmişlər. Rəksanə əvvəlcə etiraz edib maşından düşmək istəməmişdir. Çərkəz Rəksanə ilə söhbət edib sonuncunu maşından düşürmüş və hamısı evə girmişlər. Həmin evdə bir nəfər qadın olmuşdur. Evə girəndən sonra da Rəksanə yenidən qışqırıb qaçırılmasına etiraz etməyə başlamış, bu zaman Çərkəz Rəksanənin üstünə qışqıraraq “qışqırma, yoxsa sənə iynə vuraram” demişdir. Bundan sonra Rəksanə sakitləşmişdir. O, iynə sözünə görə Çərkəzə etiraz edib “ay əmi, o nə sözdür deyirsən” demiş, Çərkəz isə zarafat etdiyini bildirmişdir. Daha sonra Çərkəz Rəksanəni dilə tutub yaxşı saxlayacaqlarını, qulluğunda duracaqlarını bildirmişdir. Buna görə də Rəksanə səs-küy salmamış və onunla birlikdə evin həyətində olan hamama keçərək əl-üzünü, ayaqlarını yumuşdur. Sonrakı müddətdə də Rəksanə hamı ilə bərabər danışıb-gülməyə başlamışdır. Təxminən 20 dəqiqə evdə oturduqdan sonra Mütaliblə asfalt yoldan saxlatdıqları taksi ilə yaşadıqları evə qayıtmışlar. Bir neçə saatdan sonra Çərkəzgilin qapısından səs-küy eşitmiş, lakin qorxduğundan oraya getməmişdir. Sonradan Rəksanənin qohumlarının onlardan şikayət etdiklərini öyrənmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs6 həmin ifadələrini təsdiq etmədiyini, Çərkəzin Bərdədən gəlib həmin ifadələri verməyini ondan istədiyinə görə, onun dediyi kimi ifadə verdiyini, sonra özünün də cinayət işinə cəlb edildiyini başa düşdükdən sonra Çərkəzlə üzləşmək istəmiş, lakin o buna razı olmamış, məhkəmədə doğru ifadə verdiyini, istintaq zamanı ifadəsinin səbəbinin Çərkəz olduğunu, ifadəsindəki Çərkəzin iynə vuraram sözünü deməsini xatırlamadığını, lakin Rəksanənin hadisə zamanı qışqır-bağır salmasını deməsini xatırladığını bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, ekspert rəyləri habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Ramini tanımamış, onu 44 günlük “Vətən Müharibəsi” zamanı Ağcabədi şəhərində qalarkən görmüşdür, lakin onunla heç bir münasibəti olmamışdır. Ramin həmin vaxt 3-4 gün onlarla eyni həyətdə qalmışdır. Raminin balaca qardaşı ilə bir sinifdə oxumuş, Ramin və ailəsi onun azyaşlı olduğunu bilmişdirlər. 25 may 2021-ci ildə saat 20:00 olarmışki sahədən işləməkdən gəlib, bibisi Firuzə, əmisi qızı Nərgiz, qonşuları Leyla ilə birlikdə bulağa suya getmişlər. Həmin vaxt 4-5 yaşlı bacısı oğlu Yusif İbrahimovda onlarla birlikdə velosipedlə getmişdir. Əmisi Zakir də həmin yerdə qoyun otardığından hadisələri kənardan görmüşdür. Bundan başqa həmin yerdə kimsə olmamışdır. Orada qabları doldurduqdan sonra ağ rəngli 07 markalı avtomobil ora gəlmişdir. Maşın gəlib arxa hissəsi onlara tərəf, yönü isə yola tərəf dayanmış, qapıları açılmışdır. Əvvəlcə Mütalib qabaq tərəfdən düşüb, dərhal bibisi Firuzənin üstünə gedib onu tutmuş, digərləri Ruhid, Bəsdi arxa sol tərəfdən düşmüş, Ramin isə arxa sağ tərəfdən düşmüş, şarfla başı bağlı üzündə tibbi maskası olan şəxs isə Çərkəzlə birlikdə maşında qalmışdır. Sonradan maşına mindiriləndə həmin şəxsin Pərvanə olduğunu bilmişdir. Ruhidi isə əvvəldən tanımış, bacısının biri Ruhidin bacısı oğlunda ərdə olmuşdur. Ramin maşından düşüb maşının yanında durmuş, onlar yerə düşən kimi isə özü əlində olan su qablarını kənara tullayaraq qaçmağa başlamışdır. Bu zaman Bəsdi Nərgizi itələyib, Ruhidlə birlikdə arxasınca qaçmışdır. Qaçarkən isə özü yıxılmışdır. Daha sonra Ruhid ayaqlarından, Bəsdi isə əllərindən tutaraq onu maşına gətirib qoymuşlar, maşın isə işlək vəziyyətdə olmuşdur. Bundan sonra maşının qapısını Ramin örtmüş, maşında oturmuşdur. Maşın tərpənənə qədər isə Mütalib bibisini buraxmamış, daha sonra gəlib qabaq oturacaqda oturmuşdur. Həmin vaxt nə qədər çırpınsa və qışqırsa da onların əlindən qurtula bilməmişdir. Maşında boş yer olmadığından Bəsdi otura bilməmiş yol boyu qaçmağa başlamış, bibisini Mütalib buraxdıqdan sonra, o maşının şüşələrindən tutmuş, maşın tərpənəndə isə sürünmüşdür. Bu zaman Ruhid və Pərvanə onu maşının içərəsində tutub saxlamışlar. Onu avtomobilə yerləşdirdikdən sonra isə Çərkəz dərhal maşını sürərək getmişdir. Pərvanə onun başını tutaraq aşağı basdığına görə maşının hansı istiqamətdə getdiyini bilməmişdir. Mütalib maşının ön hissəsində əyləşmişdir. Arxa hissədə isə sağda Ramin, ortada Pərvanə, sol tərəfdə Ruhid əyləşmişdir. O isə həmin şəxslərin ayaqları üstündə uzanmışdır. Onu heç kimin görməməsi və tərpənməməsi üçün tutub saxlamışlar. Yolda olarkən də qışqıraraq onu buraxmalarını söyləmişdir. Lakin həmin şəxslər onun yalvarışlarına məhəl qoymamışlar. Mütalib isə qabaq oturacaqdan ölmüş cavan əmisini təhqir etməyə başlamış, bu zaman ona cavab qaytarmış, Mütalib isə geriyə çönüb onu vurmuşdur. Bir müddət getdikdən sonra isə göy darvazası olan həyət evinə çatmışlar. Çərkəz maşından düşmüş, içəri keçmiş, bu zaman Pərvanə ağzını tutmuş ki, qışqıra bilməsin, Ruhid isə ayağından tutmuşdur. Çərkəz 15 dəqiqə sonra geri qayıtmış, sonradan adını bildiyi ev sahibi Azadın arvadı darvazını açmış, maşını Çərkəz içəri salmışdır. Maşından hamısı aşağı düşmüş və onun da maşından düşməsini istəmişlər. Lakin o, qışqıraraq maşından enməyəcəyini demişdir. Orada olan bir qoca arvad gəlib demişdir ki, düş səni kənddə kim qəbul edəcək. Bu zaman Ruhid və Mütalib onu zorla maşından düşürmüş və evin içərisinə aparmışlar. Bu zaman evin içərisində də qışqırıb, pəncərədə şüşəyə tərəf gedib özünü kəsməyi düşünmüşdür. Həmin vaxt Çərkəz gəlib onu vurmuş, Pərvanə isə saçından yolmuşdur. Çərkəz onu itələyib otuzdurmuş və demiş ki, “atan Şahin deyib qaçır, suya gəlir”. Biraz otaqda qışqırdıqdan sonra otağın qapısını bağlamışlar. Sonra isə onu zala keçirmişlər, bu zaman onu əsmə tutmuş, bir su gətirmişlər, Pərvanə demişdir ki, iç suyu, lakin su bulanıq olduğundan içməmişdir. Həmin evdə olarkən axşam düşmüş, ona isə bildirmişlər ki, seyid evidi, ağzından çıxanı bil. Evdə olarkən isə Azadın arvadına ona kömək etməsi üçün yalvarmış, ondan heç deyilsə onu bir otağa salıb qapını bağlamasını xahiş etmiş, lakin ona heç bir köməklik edilməmişdir. Həmin evdə yemək bişirmişlər, onu da masada əyləşdirib, yeməyini tələb etmişlər, Ruhid yemək çəkmişdir. O isə yemək yeməkdən imtina etdikdə, Çərkəz kəndiri gətirib, onu bağlamaqla hədələmiş, bundan sonra yalandan bir tikə götürüb qarşısına qoymuşdur. Sonra otaqda oturub ağlamış, bu vaxt Ramin içəri girib, tutacağı saplı bir bıçaq gətirmiş, demişdir ki, al özünü öldür. Həmin vaxt Çərkəz içəri girib, bıçağı alıb oğlunu danlamış, sonra isə üstünə gəlib demişdir ki, “səni öldürərəm, Şahini sil, mənə ata de”. Daha sonra isə Pərvanəyə demişdir ki, dərman gətir atsın bir az sakitləşsin. Pərvanə dərmanı gətirmiş, demiş ki, iç baş ağrı dərmanıdı, lakin içməkdən imtina etmişdir. Çərkəz isə demişdir ki, onda aparın yatsın. Onu kiçik otağa keçirmişlər, yerdən yer salmışlar, demişlər ki, yat. O razı olmamış, bu zaman Çərkəz demişdir ki, “onda sənə iynə vuracam, sakitləş yat”. Əvvəlcə elə bilmiş ki, yalan deyir, sonra görmüş ki, Çərkəz köynəyinin cibində sellofanda şprisi çıxardır. Çərkəz demişdir ki, “otur iynəni vuracam”. O isə ağlayıb, qışqırmışdır. Sonra Pərvanə demişdir ki, “əmi ver mən vurum, Mütalibə də iynə vurmuşam”. Çərkəz isə onun əlini-qolunu bağlayacağını, həmin iynəni məcbur vuracaqlarını, maşında kəndirin olduğunu və gedib həmin kəndiri gətirəcəyini demişdir. O, yenə də hay-küy salaraq həmin şəxslərin ona iynə vurmalarına etiraz etmişdir. Bundan sonra isə Çərkəz onun arxasına keçərək hər iki qollarından tutmuş, Pərvanə də onun sağ qolunun yuxarı hissəsindən həmin iynəni vurmuşdur. İynə hələ qolundan çıxmamış əl və ayaqlarının keyidiyini, yuxusunun gəldiyini hiss etmişdir. Bundan sonra nə baş verdiyini xatırlamır. Səhər açılmış, paltarlarının əynində olmadığını, otaqda isə yalnız Pərvanənin olduğunu görmüşdür. Pərvanə bu zaman qanlı mələfəni gətirib demişdir ki, “sən artıq Çərkəzin gəlinisən”. Bir az sonra Çərkəz getməli olduqlarını demiş, öz maşının açarını isə cibinə qoymuşdur. O, getmək istəmədikdə isə Pərvanə, Çərkəz, Mütalib və Ramin onun əllərindən və qollarından tutaraq onu zorla həyətə çıxarmışlar. Həmin vaxt Ruhid onlarla gəlməmişdir. Bundan sonra Çərkəz maşınının artıq polislər tərəfindən tanındığını, buna görə də başqa avtomobil tapacağını deyib kiməsə zəng etmişdir. Bir müddət sonra tanımadığı bir şəxs boz rəngli “Mercedes” markalı avtomobil həyətə gəlmişdir. Onu zorla həmin maşının arxa oturacağına əyləşdirmişlər. Avtomobili Çərkəzin həmin tanışı idarə etməyə başlamışdır. Çərkəz qabaqda, arxada isə Mütalib, Pərvanə və Ramin əyləşərək onun əlləri və qollarından tutub saxlamışlar. Həmin şəxslərin sözlərinə görə onu Bərdə rayonunun bir kəndində yerləşən yol qırağında evə aparmışlar. Həmin evin həyətində də göy rəngli 06 markalı maşın olmuşdur. Həmin evdə bir qadın və oğlu olmuş, qadın ona nəsihət etmişdir ki, “eşitmişəm atan səni qəbul etmir, sən artıq Çərkəzin gəlinisən”. Daha sonra çay gətirmiş, o isə çayı içməmişdir. Lakin həmin evdə çox az qalmışlar. Belə ki, Çərkəz gəlib demişdir ki, həmin evin yol kənarındadır polislər onları tez tapa biləcəklər. Həmin ikinci evə çatanda isə Mütalib artıq ordan çıxıb getmişdi. Pərvanə isə onlarla qalmışdır. Daha sonra ev yiyəsinin maşınına Pərvanə, Ramin, Çərkəzlə birlikdə minib üçüncü evə getmişlər. O evə də çatdıqda darvaza açılmış, maşın həyətə girmişdir. Onu Pərvanə həyətdəki yuxarı evə çıxarmışdır. Orada da çay gətirmişlər, lakin içməmişdir. Halı isə həmin vaxt özündə olmamışdır, hava isə artıq axşamlamışdır. Üst-başı isə pis olduğundan Çərkəz demişdir ki, “aparaq dükana paltar alaq, müstəntiq gələcək, qıza düzəliş edək”. Pərvanə, Çərkəz və üçüncü evin sahibi onu kənddəki bir dükana aparmışlar. Həmin dükana girəndə Çərkəz dərhal dükanda olan şəxslərlə danışmağa başlamış ki, bu qız gəlinimdir, Pərvanə isə bir şalvar, bir kofta gətirmişdir. Dükanda olarkən də halsız olmuş, iynənin hələ də təsiri altında olmuş, eyni zamanda hədə-qorxu təzyiq altında olduğundan, heçnə edə bilməmişdir. Daha sonra evə qayıtmışlar, orada həmin paltarları geyinmişdir. Ona tapşırmışlar ki, müstəntiqə de “özüm gəlmişəm, sarı taksiylə gəlmişik, bizim adımızı çəkmə”. Pərvanə isə orada gizlənmiş, müstəntiq gələndə üzə çıxmamışdır. Axşam müstəntiq Tusi həmin evə gəlmişdir. Onun yanında Yolçu adlı şəxs də varmış. Müstəntiq gələndə isə aşağı evdə Yolçu, Tusi və Çərkəz xeyli söhbət etmişlər. Müstəntiq Tusi isə gəlib ona canlı çəkiliş edəcəyini bildirmişdir. Onu qarşısında otuzdurub, yanında gələn başqa bir şəxsə isə göstəriş vermiş ki, arxadan elə çək üzü düşməsin. Bu zaman Çərkəz də otaqda olmuş, ona qaş-göz hərəkətləri edib qorxutmuş, bundan əvvəl isə hədə-qorxu gələrək, müstəntiqə onun dediyi sözləri deməsini tələb etmiş, yoxsa onu itirəcəyini bildirmişdir. Müstəntiq isə çəkilişdə eyni Çərkəzin sözlərin demiş, “8 aydır ki, Raminlə danışırsan, sarı taksi ilə gəlmisiz, öz xoşunla gəlmisən”. O isə bütün olanlardan qorxmuş, halsız vəziyyətdə yalnız hə cavabını demişdir. Həmin vaxt qorxusundan müstəntiqə başqa heçnə deməmişdir. Daha sonra müstəntiq Tusi getmişdir. Sonra isə Pərvanə yanına gəlmişdir. Pərvanə demişdir ki, tez geyin gedirik. Sonra Pərvanə, Ramin və Çərkəz onu həmin evdən çıxarıb, dördüncü bir evə gətirmişlər. O evdə də bir gəlin onları qarşılamış, demişdir ki, “budu gəlininiz?, çay verim, yemək verim”. Sonra isə həmin evə Tusi yenidən gəlib demişdir ki, “qızın anası və xalası gəlir, düşsün pəncərədən onlara desin ki, özüm gəlmişəm”. Sonra görmüş ki, xalası qapıdan içəri girir, Çərkəz isə onun yolunu kəsib deyir ki, “qızımdı, gəlinimdi, bir gün də qalıb, da siz gedin”. Özü isə xalasına söz demək istədiyini bildirmişdir. Bu zaman Tusi, xalası və özü otağa keçmişlər. Xalasına ona iynə vurduqlarını demiş, həmin vaxt Tusi təəccüblənib demişdir ki, nə iynəsi. Bundan sonra isə demişdir ki, “başıma pis iş açdılar”. Bu sözdən sora Tusi yanında gələn adamı çağırıb, zəng etməyini tələb etmişdir. Maşın gəlmişdir. Tusi həmin vaxt iynənin də yerini görmüş, demişdir ki, “əclafın hərəkətinə bax”. Sonra isə demişdir ki, sakit durun gedirik. Onlar çölə çıxanda artıq həmin yerdə heç kim olmamışdır. Sonra maşınla şöbəyə gəlmişlər. Tusi demişdir ki, “başına nə gəlib indi sərbəst danış”. Onlardan su istəmiş, suyu içib bir qədər özün toplayandan sonra hər şeyi olduğu kimi danışmışdır. Təqsirləndirilən şəxslərlə barışmır, onlardan şikayətçidir, onlar həyatını qaraldıb, təqsirləndirilən şəxslərə ömürlük cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Rəksanə onun əmisi qızıdır. 25 may 2021-c il tarixdə saat təxminən səkkiz radələrində Rəksanə, bibisi Firuzə, qonşularının gəlini Leyla ilə birlikdə yaşadıqları kənddəki “Qobu” deyilən yerdə olan bulağa getmişlər. Həmin vaxt əmisi Zakir və Teyyub adlı şəxs də bulağın başında qoyun otarırlarmış. Bulaqdan suyu götürüb geri 100 metr aralaşdıqdan sonra bir ağ rəngli “VAZ 2107” markalı avtomobilin gəldiyini görmüş, həmin avtomobil anidən qarşılarını kəsib dayanmışdır. Maşını Çərkəz idarə etmişdir. Maşın dayanan kimi maşından Çərkəzin oğlu Ramin, Çərkəzin qardaşı oğlu Mütalib, qardaşı qızı Bəsdi və qohumu Ruhid enərək onların üzərinə gəlmişlər. Mütalibin arvadı Pərvanə də maşında olsa da aşağı enməmişdir. Bəsdi onun üstünə gəlmiş, onu tutub qollarını cırmaqlamış, saçlarını yolmağa başlamışdır. Mütalib isə bibisi Firuzənin qollarından tutub onun hərəkət etməsinə imkan verməmiş, bibisini yerə yıxmışdır. Ruhid isə Rəksanənin qarşısını kəsmiş, onun üstünə getmişdir. Rəksanə isə qaçmağa başlamış, lakin yıxılmışdır. Ramin isə ortalıqda gəzmişdir. Rəksanə qaçmaq istəsə də Ruhid buna imkan verməmişdir. Bundan sonra Bəsdi onu buraxıb Ruhidə köməyə getmişdir. Ruhid və Bəsdi Rəksanənin qolları və ayaqlarından tutaraq sonuncunu maşına tərəf gətirmişlər. Ruhid ayaqlarından, Bəsdi isə Rəksanənin başından tutub zorla maşına mindirmişlər. Bu zaman orada olan əmisi Zakir səsi eşitdiyindən uzaqdan qaçıb onlara tərəf gəlmişdir. Həmin şəxslər Rəksanəni maşına qoyandan sonra Mütalib bibisi Firuzəni buraxıb maşına əyləşmiş, Bəsdi isə Rəksanə maşına qoyulandan sonra qapını örtüb qəsəbəyə tərəf qaçmağa başlamışdır. Bəsdi qaça-qaça əl-çalıb onlara yandıq verirmiş. Bəsdi onu buraxandan sonra o, əl atıb Çərkəzin maşının açarını götürmək istəsə də sonuncu onun əllərini tutaraq itələmişdir. Həmin vaxt Bəsdi ayaqyalın qaçdığından sonuncunun çəkələkləri hadisə yerində qalmışdır. Özü isə tez qaçıb əmisigilə xəbər vermişdir. Sonradan evdəkilərdən eşitmişdir ki, Rəksanə Bərdədən tapılıb. Əmisi Zakirin onlara çatmağına 50-60 metr məsafə olmuş, lakin əmisi çata bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, X23 onun qardaşıdır. 25 may 2021-ci il tarixdə bu qızlarla birlikdə alağa gedib-gəlmiş, evə çatıb heç ayağının tozunu yumamış, Nərgiz, Rəksanə, Leyla və qardaşının azyaşlı nəvəsi isə velosipedlə birlikdə içməli su götürmək üçün bulağa getmişlər. “Qobu” adlanan əraziyə çatdıqda digər qardaşı Zakirin də orada olduğunu və qoyunlarını su içirmək üçün arxa buraxdığını və dikə çıxdığını görmüşdür. Onlar gətirdikləri bütün səhənglərini doldurub geriyə qayıtmağa başlamışlar. O, bir qədər öndə getmiş, digər üç qız isə ondan təxminən iki-üç metr arxada gəlmişlər. Bulaqdan 40-50 metr uzaqlaşdıqda görmüş ki, ağ rəngli maşın gəlir, o tez uşağa tərəf getmişdir, qızlar isə ondan arxada qalmışdır. Maşın gəlib onların yanında dayanmışdır. Bu zaman Mütalib gözündə qara klyonka qabaqdan, arxadan isə dörd nəfərdən üçü Bəsdi, Ramin və Ruhid düşmüşlər. Həmin vaxt Rəksanəyə qaçmasını demişdir. Çərkəz və Pərvanə maşında qalmışdır. Mütalib aşağı enən kimi onun başından vurmuş, əllərindən tutub, qaldırıb göyə yerə çırpmış, paltarları əynindən çıxmış, lüt vəziyyətdə onu tutaraq hərəkət etməsinə imkan verməmişdir. Sonradan Leyla gəlib paltarlarını düzəldib üstünü örtmüşdür. Bəsdi isə Nərgiz və Leyla ilə saç yolmasına çıxmış, qızların suyun aşırmış, özü də su olmuşdur. Həmin vaxt Bəsdi Leylanın da səhəngini aşırıb sındırmışdır. Rəksanə qaçdığına görə Ruhid Rəksanənin arxasınca düşmüş, sonra Bəsdi də Rəksanənin arxasınca qaçmağa başlamışdır. Rəksanə bir az qaçdıqdan sonra yıxıldığına görə Ruhid və Bəsdi Rəksanəni tutmuşlar. Ramin isə maşından düşdüyü yerdə qalmışdır. Ruhid Rəksanənin ayaqlarından, Bəsdi başından tutub çığırda-çığırda maşına qoymuşlar. Həmin vaxt Rəksanə qışqırıb “ay mama məni qoyma” deyirmiş. Onlar Rəksanəni gətirib həmin maşının arxa oturacağında yerə basmışlar. Bundan sonra Bəsdi maşının qapısını bağlayıb, qaçaraq asfaltı keçib Bəhruz müəllimin həyətindən keçmişdir. Bəsdi tam uzaqlaşıb gedənə kimi Mütalib onu buraxmamışdır. Digərləri isə yenidən həmin avtomobilə minərək uzaqlaşmaq istəmişlər. Qardaşı Zakir də hadisəni uzaqdan görmüş və onlara doğru qaçmağa başlamışdır. Qardaşının çatmağına 50-60 metr qalmışdır. Lakin vaxtında onlara çata bilməmiş və qışqıraraq onların avtomobilinin qarşısını kəsməsini demişdir. O, dərhal yerdən qalxıb onların avtomobilinin ön qapısından tutmuşdur. Lakin Çərkəz maşını idarə edərək onu yeddi-səkkiz metr sürümüş, ayaqları qolları sürünməkdən yerdə qalmışdır. Mütalib onu birdə itələmiş, başı yerə dəymiş, qapını örtüb sürətlə çıxıb getmişlər. Bundan sonra Bəsdi yaşadığı evin yaxınlığında dayanaraq ona acıq vermək üçün əlləri ilə çapan çalmış və “yan, tökül, ay Firuzə, qızı apardıq” kimi sözlər demişdir. Həmin vaxt demişdir ki, şöbədə cavab verəsiniz. Bəsdinin çələkləri orda qalmış, özü götürüb şöbədə Elşad müəllimə vermişdir. Qızı Bəsdi və Ruhid maşına zorla qoymuş, birində Bəsdi Ruhidə demiş ki, “Ruhid boşalırsan tut” bu sözü də eşitmişdir. Həmin vaxt Nərgiz də maşının açarını çıxarmağa çalışmış, amma bacarmamışdır, özü isə yerdə qaldığından daha kömək edə bilməmişdir. Nərgiz qaçıb evə haya getmişdir, özü orda qalmış, Leyla isə yanında olmuşdur. Qonşuları sonradan gəlib ona su vermişlər. Sonra topaları evə gəlmişdir. Uşağına iynəni Pərvanə vurub, bunu Rəksanə deyib, Tusi də görüb, iynə izi sağ qolunda olub. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, Rəksanə onun qızıdır. 25 may 2021-ci il tarixdə qızı Rəksanə işdən gəlib, bibisi Firuzə, əmisi qızı Nərgiz və qonşuları Leyla ilə birgə bulaqdan su gətirməyə getmişdir. Özü də qazları həmin vaxt götürüb sahənin qırağında otarırmış. Birdən görmüş ki, Nərgiz çığıra-çığıra gəlir ki, Rəksanəni apardılar. O, da özünü döyə-döyə gəlmiş qapıya, qonum-qonşu haya gəlmişdir. Xeylaq sonra demişlər ki, qızın dalınca getməlidirlər. Bundan sonra Çərkəzin qapısına getmişlər, lakin heç kim çıxmamış, orada bircə Çingizi və Aybənizi görmüşlər. Demişlər ki, qızın yerini deyin, lakin onlar deməmişdir. Aybəniz demişdir ki, bizlik deyil, özləri bilər, yerin demirik. Sonra bir gecə keçmiş, səhər açılmış, həmin axşamı Yolçu var yeznələri demişdir ki, qızın yerin deyəcəm. Bundan sonra özünü və bacısını axtarış aparmışdır Bərdəyə. X30 aparmışdır. Gecə saat 3-ə işləmiş ora çatdıqda bir evdən çəlikli bir oğlan arvadla çıxmış, demişlər ki, yerin deyə bilmərik. Sən demə Çərkəz həmin vaxt qızı xeylaq aralıya keçiribmiş. Sonra həmin qapıya getmişlər. Çərkəz qapıda durmuş, demiş ki, ancaq xalası keçsin içəri. Xalası içəri keçmiş, ordan çığırmış ki, qız titrəyir. Evdə də işıq olmamışdır. Tusi isə demiş ki, çıxart çölə. Xalası qızı çölə çıxarıb ordakı divanda oturtmuş, görmüş ki, qızı əsir, suyun içindədir. Həmin vaxt artıq Çərkəz ordan yoxa çıxmışdır. Qız isə demişdir ki, ona iynə vurublar. Tusi gedib qızın yanında oturmuş, qızı iynənin yerin göstərmişdir. Ev yiyəsi isə üstünə hücum çəkmişdir ki, səs-küy salmayın. Həmin vaxt axtarış əlində tüfənglə onları bir maşına mindirmiş, lakin kişi maşını sürmək istəməmiş, Tusi isə onu məcbur etmişdir. Biraz getmiş, başqa bir maşın qabaqlarına gəlmiş, onları şöbəyə aparmışdır. İçəri girmişlər, yazmışlar. Səhərisi gün isə Beyləqana həkimə getmişlər. Hadisədən 3-4 ay sonra da Rəksanə danışa bilməmişdir. İynənin yerin özü də görmüşdür. Qız gələndən sonra da zorlanmağın demiş, həkimə apardıqda da hər şeyi açıqlamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, 25 may 2021-ci il tarixdə də saat 15-16 radələrindən etibarən qoyunlarını otarmaq üçün İmamqulubəyli kəndinin ərazisində olan və “Qaynama” deyilən bulağın yanındakı dərəyə çıxarmışdır. Axşam tərəfi görmüş ki, Firuzə, Şahinin qızı Rəksanə, digər qardaşı Hafizin qızı Nərgiz və qonşusu Fərhadın qızı Leyla, dördü birlikdə həmin bulaqdan su doldurmaq üçün gəlmişlər. Qohumları bulağın yanına gəlib qablarını su ilə doldurmuşlar. O, qoyunlarını biraz aralamışdır. Təxminən 30-50 metr uzaqlaşdıqdan sonra onların getdiyi istiqamətdə çığırışma səslərin eşidərək onlara tərəf dönmüşdür. Görmüş ki, ağ rəngli bir avtomobil dayanıb, elə bilmiş ki, uşağı maşın vurub, orada olan adamlar da oyana-buyana qaçışır. Tez həmin istiqamətdə yüyürməyə başlamışdır. Lakin yaşlı olduğundan yolda bir dəfə yıxılmış və vaxtında onlara çata bilməmişdir. Bir qədər yaxınlaşdıqdan sonra isə görmüş ki, Ruhid və Bəsdi Rəksanəni sürüyüb gətirirlər maşına. Mütalib də bacısı Firuzəni çırpmış yerə. Qışqırmış bacısı Firuzəyə ki, yıxıl maşının altına qoyma, gəlirəm. Hadisə yerinə çatmağına az qalmış onlar Rəksanəni həmin maşına mindirib özləri də əyləşmişlər. Dərhal Çərkəz avtomobili hərəkət etdirərək geri dönüb gəldikləri istiqamətdə qayıtmışlar. Bəsdi də maşına əyləşərək getsə də təxminən 150 metr uzaqlaşdıqdan sonra maşından enmişdir. Lakin hadisə zamanı Bəsdinin ayağında olmuş bir cüt çəkələk hadisə yerində qalmışdır. Daha sonra kənd sakinlərindən xeyli adam da oraya toplaşmağa başlamışdır. O, bacısı Firuzə və digərləri ilə birlikdə piyada evə getmişlər. Proses təxminən 5-6 dəqiqə çəkmişdir. Bəsdinin isə çəkələkləri orada qalmış, sonradan Elşad müəllimə vermişlər. Həmin vaxt Bəsdi kanalın o biri tərəfində dayanaraq onlara acıq verib çapan çalmışdır. Bəsdi Firuzəni səsləyərək “yan tökül, Firuzə, qızı apardıqmı” sözlərini demişdir. O, yaşadığı evə çatdıqdan sonra özünə məxsus maşınla Çərkəzgilin yaşadığı evə getmişdir. Lakin onların darvazası bağlı olmuş və evdə heç kim olmamışdır. Təxminən bir-iki saat sonra isə Bəsdigilin yaşadığı evə getmişdir. Lakin onların da darvazası bağlı olmuşdur. Hadisə vaxtı Ramin durmuş heçnə etməmişdir, Pərvanə də heçnə etməmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində bildirmişdir ki, özü usta işləyir, hadisədən qabaq Çərkəzin həyətində dam örtüyünü vurmuşdur. Çərkəzlə də həmin vaxt tanış olmuşlar. 25 may 2021-ci il tarixdə Ağdam rayonunun Çəmənli kəndində işdə olmuş, işdən çıxıb evinə qayıdan zaman həyətə daxil olduqda Çərkəzgilin evində olduğunu görmüşdür. Saat hardasa 18:00-19:00 olarmış. Çərkəz, Mütalib və Ruhidin həyətlərində oturmuş, digərləri isə Ramin, Rəksanə və Pərvanənin evin içərisində olmuşlar. Çərkəz həmin vaxt oğlu Raminə Rəksanəni qaçırdığını və sonuncunun razılığının olduğunu bildirmişdir. Çərkəz cibindən kağız parçası çıxararaq Rəksanənin yazdığını demişdir. O, həmin vaxt Çərkəzdən kağızın birini alaraq oxuduqda Rəksanənin adından öz razılığı ilə gəlməsi haqqında qeydlər yazıldığını görmüşdür. Çərkəzə isə birdən kağızın qız tərəfindən yazılmadığını dedikdə, Çərkəz evin içinə girib başqa bir kağız da gətirmişdir. Həmin kağızda da Rəksanənin öz razılığı ilə gəlməsi qeyd olunmuşdur. Buna görə Rəksanənin könüllü gəldiyinə inanmış və sonuncunu təbrik edib xeyir-dua vermişdir. Rəksanə də onunla görüşmüş, “sağ ol, əmi” sözlərini demişdir. O, Rəksanənin könüllü gəldiyinə inanmışdır. Rəksanə zorla qaçırılması barədə ona heç bir söz deməmişdir. Arvadı Dilarə də Rəksanənin heç bir narazılıq etmədiyini bildirmişdir. Bundan sonra yemək yemişlər. Daha sonra Çərkəz demişdir ki, “sabah Rəksanəni Bərdəyə aparıb pal-paltar alıb, pandemiya vaxtı da olduğundan sizə qoyub, kiçik bir toy məclisi ilə də sizdən gəlin aparacam”. Sonra isə evdə yerlər salınmış, kişilərə zalda, qadınlara isə arxa otaqda. Bundan sonra onların hamısı gecəni orda qalmışlar. Səhər açılanda isə səhər yeməyin yeyib Pərvanə, Çərkəz, Ramin və Rəksanə Bərdəyə, Mütalib və Ruhid isə evlərinə getmişlər. Evdə olarkən səs-küy narazılıq eşitməmiş, əgər elə bir şeyi bilsə imiş köməklik edərmiş. Rəksanə onun məcburi gətirilməsini deməmiş, heç bir etiraz eləməyib, qışqırmayıb. Ona iynə vurulmağı evində olmamışdır. Ruhid və Mütalib səhər taksi çağırıb getmiş, Ruhid demişdir ki, su kəsmişəm sahəni sulamağa gedir. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində bildirmişdir ki, hadisə günü o, qonşuda olmuş, axşam tərəfi Çərkəz, Ramin, Rəksanə, Mütalib, Ruhid və Pərvanənin həyətlərinə gəldiyini görmüşdür. Gedib onlara xoş gəldin etmiş, həmin vaxt əri Azad evdə olmamışdır. Onlara çay vermiş, daha sonra yemək hazırlamışdır. Yoldaşı gəlmiş Rəksanəni təbrik etmiş, o da əmi sağ ol demişdir. Axşam isə yerlərin salmış, onların hamısı gecəni evində qalmışdır. Özü isə yoldaşı ilə qabaq otaqda yatmışdır. Gecə vaxtı isə həyətdən səs gəldiyin eşitmiş, durmuş həmin vaxt Rəksanə və Pərvanənin həyətdə olan hamama getdiklərini, Pərvanənin çöldə gözlədiyini, Rəksanənin isə içəridə olduğunu görmüşdür. Pərvanə həmin vaxt demişdir ki, qız alaqdan gəlib onçün orda yuyunur, o isə Pərvanəyə dəsmal vermişdir. Evlərində olarkən qız heç bir etiraz etməmiş, zalda stolda nəsə kağız da yazıdığını görmüşdür. Həmin kağızı da yoldaşı gələndə Çərkəz ona vermiş və yoldaşı oxumuşdur. Çərkəz demişdir ki, məcburçuluq yoxdu. Onların evində heç bir hadisə olmayıb, Rəksanə kömək üçün ona müraciət etməyib. Qızla Pərvanəyə gecəni bir otaqda yer salmışdır. Rəksanənin zorla gətirilməyin eşitməmiş, onlardan Bəsdi adın da eşitməmişdir. Otaqlar iç-içə olmuşdur. Gecəni isə kimin-kimlə yatmağından xəbəri olmamışdır. Evdən çıxanda isə onlar yatdıqları yerləri otaqları tam yığışdırıb çıxmışdılar. Heç özləri də həmin otaqlara keçib baxmamışlar. Onlar gedəndən üç gün sonra polislər gəlib evinə baxış keçirtmişlər, evindən isə heçnə tapmamışlar. Rəksanə ondan kömək istəməmiş, əgər elə bir şey olsa Rəksanəyə kömək edərmiş. Rəksanə evində heç bir etiraz etməmişdir Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində bildirmişdir ki, o Bərdə rayonunun Otuzikilər kəndində yaşayır. Atası Cəmaləddin hadisənin törədildiyi ərəfələrdə Kəlbəcər rayonunda işləmişdir. Çərkəzgillə uzaq qohumluq münasibətləri mövcuddur, lakin sıx gediş-gəlişləri yoxdur, Çərkəzi məclislərdə görüb tanımışdır. 26 may 2021-ci il tarixdə anası Alıbəyli qəsəbəsinə olan xəstə anasının yanına getmişdir. Həmin gün saat 13-14 radələrində evdə tək olan zaman Çərkəz oğlu Ramin və Rəksanə adlı bir qızla birlikdə onların evinə gəlmiş, Çərkəz qonaq kimi gəldiyini bildirmişdir. O, Rəksanənin kim olması ilə maraqlanmamışdır. Çərkəz də qız qaçırmaları barədə bir söz deməmişdir. O, qonaqlara yemək və çay vermişdir. Bu barədə anasına zəng vurub demişdir, anası gəlmiş evə Çərkəzgil evin həyətindəki çardağın altda çörək yemişlər. Sonra evlərinə bir neçə nəfər polis əməkdaşı gəlib Rəksanənin qaçırıldığını deyərək sonuncu ilə söhbət edəcəklərini bildirmişlər. Polislər evin arxa otağında Rəksanənin izahatını almışlar. Bundan sonra polis əməkdaşları evdən çıxıb həyətdə dayanıb siqaret çəkmişlər. Özü də polis əməkdaşları ilə birlikdə çıxmışdır. Onlar bayırda olarkən Çərkəz, Ramin və Rəksanə onların evindən çıxmış və Gülüstangilin evinə getmişlər. Rəksanə onların evində olarkən heç bir narazılıq etməmişdir. Pərvanə onların evinə gəlməmiş, onu görməmişdir. Evlərində olarkən isə onlar heç yerə çıxmamış, harasa getməklərinin şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid10 ifadəsində bildirmişdir ki, 26 may 2021-ci il tarixdə saat 22-23 radələrində yaşadığı evdə azyaşlı uşaqları ilə olan zaman biri kişi, biri cavan qız və biri cavan oğlan olmaqla üç nəfər onların həyət sahəsinə gəlmişlər. Həmin vaxt əri Səbuhi torpaq sahəsində olmuşdur. Həmin kişi adının Çərkəz olduğunu deyib qohum olduqlarını bildirmişdir. Onlar evə girməmiş və həyətdəki ağacın altında oturmuşlar. O, həmin şəxslərə çay vermişdir. Onları şəxsən tanımadığından çaylarını verdikdən sonra evə daxil olmuş və heç bir söhbət etməmişdir. 10-15 dəqiqə sonra üç nəfər polis əməkdaşı gələrək həmin qızın qaçırıldığını demişlər. Polis əməkdaşlarının yanında həmin qızın anası və xalası da olmuşdur. Bundan sonra həmin şəxslər oradan getmişlər. Sonradan adının Rəksanə olduğunu öyrəndiyi həmin qız Çərkəz və digərləri tərəfindən oraya zorla və ya könüllü olaraq gətirilməsi barədə ona heç bir söz deməmişdir. Rəksanə heç bir etiraz etməmiş, ondan kömək istəməmişdir. Anasıgildən qabaq da Rəksanə üşüdüyündən ona üst geyimi vermişdir. Anası gələndən sonra Çərkəzlə danışmış, onu söymüşdür. Evlərindən çıxanda isə qız geri qayıdan kimi etmiş, elə bil getmək istəmirmiş, xalası tutub aparmışdır. Məhkəmə istintaqı zamanı şahid X27 ifadəsində bildirmişdir ki, qız qaçırılandan üç gün sonra Çərkəz onunla telefon vasitəsilə əlaqə saxlamışdır. Belə ki, Ağcabədi polisi Çərkəzgilə gəlmiş, özü də keçmiş polis əməkdaşı olduğundan kömək məqsədilə Çərkəzə zəng vurmuş, lakin ona zəng çatmamışdır. Sonradan isə Çərkəz ayrı bir nömrə ilə onu yığmış, Çərkəzə vəziyyəti demiş, Çəkəz isə demişdir ki, “mən deyəndə gətirərsən”, axşamı isə getmişlər. Həmin vaxt Çərkəzə demişdir ki, qız dindirilməlidir. Özü isə bələdçi kimi Tusi müəllimi aparmış, olduqları yeri də Çərkəz ona demişdir. Bərdənin Otuzikilər kəndinə Cəmaləddinin evinə getmişlər. Orada Çərkəzi, Ramini və Rəksanəni görmüşdür. Tusi müəllim qızdan izahat almış, onlar isə çöldə gözləmişlər. İzahatın alınması təxminən bir saat çəkmişdir. Rəksanənin qaçırılmasın camaatdan eşitmişdir. Tusi müəllimi apararkən İdris adlı polis əməkdaşı da onlarla getmişdir. Ev yiyəsi Cəmaləddini orada görməmiş, lakin evdə qadın görmüşdür. Həmin vaxt Rəksanə çığır-bağır salmamış, etiraz etməmişdir. Tusi otaqdan çıxanda demişdir ki, “izahatın aldım, qız razılığın bildirdi”. İzahat alınanda Çərkəz və Ramin də çöldə olmuş, İdris adlı polisdə çöldə yanında olmuşdur. Daha sonra Ramin və Rəksanə birlikdə çıxıb harasa getmişlər. Onların getməsini Tusi də görmüşdür. Daha sonra da özü çıxıb evinə getmişdir. Çərkəzin qıza hədə gəlməsini görəməmiş, Tusinin həmin çəkiliş aparmasını bilmir. Tusini Çərkəzin təşəbbüsü ilə aparmışdır. Qız qaçırılan gün də Çərkəzgilin qapısına haya getmişdir. Ora həmin vaxt Şahingil gəlmişdir. Məhkəmə istintaqı zamanı Şahid14 ifadəsində bildirmişdir ki, hadisə günü növbətçi olmuş, 102 xidmətindən şikayət daxil olmuşdur. Bundan sonra zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxs Çərkəzin evinə getmişlər, məlum olmuş ki, evdə deyillər. Bundan sonra şöbəyə əməliyyat məlumatı daxil olmuş, zərərçəkmiş şəxsin Bərdə rayonu, Otuzikilər kəndində olduğu məlum olmuşdur. Ona əməliyyatçı İdris demiş ki, qız Ağdam tərəfdədi, ora gedək. Eyni zamanda onları bir nəfər şəxsin qarşılayacağını demişdir. Bu səbəbdən də rəhbərliyə telefonu vasitəsilə konum atmış ki, onları izləyə bilsinlər. Yolçu adlı şəxs onlarla birlikdə olmuş, yolda başqa maşına əyləşməli olduqlarını demişdir. O, Yolçunu həmin vaxt inandırmış ki, qız özü gəldiyini bildirsə, problem olmayacaq. Çünki orda Yolçu onları aparmaq istəmirmiş. Yenə də maşını dəyişib, Yolçu da onlarla birlikdə getmişdir. Əməliyyatçı ilə birlikdə Bərdə rayonu, Otuzikilər kəndinə gəlmişlər. Orda onları qarşılamışlar və evə daxil olmuşdur. Həmin vaxt Rəksanə ilə görüşmüş, yanında isə Çərkəz olmuşdur. Lakin Çərkəzin ev sahibi olduğu zənn etmişdir. Çərkəzin yanında Rəksanəni dindirmiş, Rəksanə isə şikayətinin olmadığını, özünün gəldiyini bildirmişdir. Daha sonra Rəksanəyə demiş ki, “çəkilək bir otaqda dindirim sözün olar”. Orda da demiş ki, “şikayətim yoxdur”. Çıxıb Rüfət müəllimə zəng vuraraq bu barədə məlumat vermiş, o isə demiş ki, “hər bir halda valideynləri ilə görüşməlidir”. Özü isə həmin evi tərk etməyərək, orada gözləmişdir. Sonradan bilmiş ki, hansısa yolla Rəksanəni başqa evə aparıblar. Həmin vaxt ev sahibinə təkid edib Rəksanə ilə görüşmək istədiyini bildirmiş, çoxlu adam olduğunu görmüş, başqa digər vasitələrdən istifadə edə bilməmişdir. Onlar isə demişlər ki, başqa bir evdə görüşdürərik. Sonra getmiş həmin evə Rəksanəni orada görmüşdür. Həmin evdə olduğu vaxt Rəksanənin anası və xalası gəlmişdir. Xalası ona Rəksanənin zorla gətirildiyini bildirmiş, özü də qızın zorla qaçırıldığını müəyyən etmişdir. Rəksanə həmin anda xalasına zorlandığını da demişdir. İynə vurulması məsələsini isə hazırda xatırlamır, əvvəlki məhkəmə iclasında daha dəqiq ifadə vermişdir. Çərkəzi həmin evdə görmüş, o zaman kimliyi ona məlum olmuşdur. Rəksanəni həmin evdən çıxarmaq istəyəndə, adamların çox toplaşdığını görmüş, hiss etmiş ki, narazılıq olacaqdır. O zaman Çərkəzi başa salmış ki, sənin əməlində cinayət tərkibi var, ondan sonra Çərkəz bir növ qorxmuşdur. Rəhbərliyə bu barədə məruzə edib, ordan Rəksanəni götürüb Ağcabədi RPŞnə gətirmiş, Rəksanədən izahat almışdır. Rəksanə həmin izahatında zorla qaçırıldığını bildirmişdir. Polis şöbəsində isə məlum olmuşdur ki, Rəksanəni beş-altı nəfər zorla qaçırıb. Şöbədə izahat alarkən gecə vaxtı olmuş, saat təxminən 04:00 radələri olarmış. Rəksanə şöbədə çox halsız vəziyyətdə olmuşdur. Bundan sonra isə istintaq davam etdirilmişdir. Rəksanənin qolunda xəsarət görməmişdir. Rəksanəni gördüyü andan o çox halsız vəziyyətdə olmuş, danışmaqda belə çətinlik çəkmiş, gözləri qapanırmış, axırmış, sözü danışmaq belə istəmirmiş. Rəksanəni ilk dəfə aşkar etdiyi evdə olarkən Çərkəz tez-tez girib çıxırmış, fəallıq edirmiş, çalışırmış ki, tez ifadəsi alınsın və onlar getsinlər, canfəşanlıq göstərirmiş. Şöbədə isə müəyyən etmiş ki, Rəksanə ilk dəfə onu görəndə özünün gəlməsi ilə bağlı zorla ifadə verib. Çünki həmin an o çox halsız vəziyyətdə olmaqla, danışmaqdan da çəkinmişdir. Xalası ilə Rəksanə söhbət edərkən, xalası ona heç bir təzyiq göstərməmişdir, çünki onları həmin an görürmüş. Həmin evdə də çox adam olmuş, təxminən iyirmi nəfərdən çox adam toplaşmışdır. Cinayət işi tərəfindən başlanılmış, daha sonra aidiyyəti üzrə prokurorluğa göndərilmişdir. Rəksanəni isə birinci evdə dindirərkən, o özünün gəldiyini bildirsə də, onun narazı olduğunu hiss etmişdir. Rəksanəni dindirərkən isə Çərkəz onun başının üstə olmuşdur. İş materiallarında olan 27 may 2021-ci il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vərəqə 15) İş materiallarında olan 27 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X2 27 may 2023-cü ildə saat 18:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 49) İş materiallarında olan 27 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X5 27 may 2023-cü ildə saat 20:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 66) İş materiallarında olan 27 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 27 may 2023-cü ildə saat 23:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 85) İş materiallarında olan SX № ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək “Vətən müharibəsi”ndə iştirak etmişdir. (cild 1, iş vərəqə 122-124) İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(017)- 37/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 may 2021-ci ildən hesablanmışdır. (cild 1, iş vərəqə 132-133) İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(017)- 38/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 may 2021-ci ildən hesablanmışdır. (cild 1, iş vərəqə 140-141) İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(017)- 39/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, məhkəmə zalından dərhal həbsdən azad edilmişdir. (cild 1, iş vərəqə 148-151) İş materiallarında olan 29 may 2021-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 haqqında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Ağcabədi Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən dərhal azad edilmişdir. (cild 1, iş vərəqə 152-153) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30 may 2021-ci il tarixli 256 nömrəli rəyindən görünür ki; – Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində sağ və sol budun iç səthində qançırlar aşkar edilmişdir. Bu xəsarətlər küt təsirdən törənmişdir, fiziki zor tətbiqi ilə cinsi əlaqə zamanı yarana bilərdi, yetirilmə müddəti 25 may 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. – Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində sağ və sol saiddə sıyrıqlar aşkar edilmişdir. Həmin xəsarətlər küt təsirdən törənmişdir, qarşılıqlı əlbəyaxa zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti 25 may 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. – Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur. Uzunsov formalı küt əşyanın, eləcə də gərginləşmiş kişi cinsiyyət üzvünün təsirindən pozula bilərdi və pozulma müddəti təzə olmaqla 25 may 2021-ci il tarixə uyğun gəlir. – Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edən hər hansı bir əlamət aşkar edilməmişdir. – Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onda hamiləlik əlamətləri müəyyən edilməmişdir. (cild 1, iş vərəqə 156-158) İş materiallarında olan xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 162) İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(017)- 40/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs6 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. (cild 1, iş vərəqə 182-184) İş materiallarında olan 02 iyun 2021-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs6 haqqında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Ağcabədi Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən dərhal azad edilmişdir. (cild 1, iş vərəqə 185-186) İş materiallarında olan xx.xx.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 190-191) İş materiallarında olan xx.xx.2021-ci il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından o, şübhəli şəxs kimi 48 saat müddətinə tutulması və ona hüquq və vəzifələrinin izah olunması, istintaq orqanından gizləndiyi üçün barəsində axtarış elan edilmişdir. (cild 1, iş vərəqə 193-194) İş materiallarında olan 28 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 xx.xx.2021-ci ildə Ağcabədi rayon ərazisində tutularaq RPŞ-yə gətirilib, aidiyyəti üzrə Ağcabədi RPŞ-nin MSY-nə təhvil verilmişdir. (cild 1, iş vərəqə 218) İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(017)- 57/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs5 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmuşdur. (cild 1, iş vərəqə 245-248) İş materiallarında olan 30 iyun 2021-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs5 haqqında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 249-250) İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2003-cü il təvəllüdlüdür. (cild 2, iş vərəqə 19) İş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 həmin ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadələri yerində yoxlanılmış və Təqsirləndirilən şəxs1 əvvəllər haqqında ifadə verdiyi şəraiti və əşyaları göstərmişdir. (cild 2, iş vərəqə 155-164) İş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 həmin ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadələri yerində yoxlanılmış və Təqsirləndirilən şəxs1 əvvəllər haqqında ifadə verdiyi şəraiti və əşyaları göstərmişdir. (cild 2, iş vərəqə 165-173) İş materiallarında olan Ağcabədi RİHB-nın İmamqulubəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Qarayeva X15 rayonu, İmamqulubəyli kəndində yaşayır, ailə tərkibi əri Təqsirləndirilən şəxs5, uşaqları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 ibarətdir. (cild 2, iş vərəqə 176) İş materiallarında olan Ağcabədi RİHB-nın İmamqulubəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs5 Ağcabədi rayonu, İmamqulubəyli kəndində yaşayır, ailə tərkibi atası, anası, arvadı Təqsirləndirilən şəxs6, uşaqları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2013cü il təvəllüdlü X1 ibarətdir. (cild 2, iş vərəqə 177) İş materiallarında olan Ağcabədi RİHB-nın İmamqulubəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağcabədi rayonu, İmamqulubəyli kəndində yaşayır, ailə tərkibi atası, anası və qardaşından ibarətdir. (cild 2, iş vərəqə 178) İş materiallarında olan Ağcabədi RİHB-nın İmamqulubəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağcabədi rayonu, İmamqulubəyli kəndində yaşayır, ailə tərkibi arvadı, bacısı və iki oğlundan ibarətdir. (cild 2, iş vərəqə 179) İş materiallarında olan Ağcabədi RİHB-nın İmamqulubəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Zeynalov X10 rayonu, İmamqulubəyli kəndində yaşayır, ailə tərkibi atası, anası və arvadından ibarətdir. (cild 2, iş vərəqə 180) İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 əvvəllər məhkum edilməmişlər. (cild 2, iş vərəqə 219-225) İş materiallarında olan 07 iyun 2021-ci il tarixli, 1535/K nömrəli ekspert rəyindən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs 27 may 2021-ci il tarixdə 05 ml həcmində qan nümunəsi tədqiqat üçün götürülməklə məhkəmə-kimyəvi ekspertiza təyin edilmişdir. Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmiş və tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik və bihuşedici maddələrin təyinatını aparmaq mümkün olmamışdır. (cild 2, iş vərəqə 232-233) İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 02 avqust 2021-ci il tarixli 420 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Onun xarici cinsiyyət üzvlərində cinsi əlaqəyə girməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. (cild 2, iş vərəqə 234-236) İş materiallarında olan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizanın 03 avqust 2021-ci il tarixli 429/143 nömrəli rəyindən görünür ki; – Təqsirləndirilən şəxs1 hazırkı cinayəti törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırda da öz hərəkətlərini ölüb-biçmək, hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. – Təqsirləndirilən şəxs1 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməlinin törədərkən adi psixi-emosional halda olmuşdur. O, cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. (cild 2, iş vərəqə 237-239) İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizanın 03 avqust 2021-ci il tarixli 430 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayəti törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs2 hazırkı cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini ölüb-biçmək, hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. (cild 2, iş vərəqə 243-245) İş materiallarında olan 16 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə aparılmış, bu zaman Zərərçəkmiş şəxs həmin ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha qətiyyətlə ifadə etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 ifadəsində Bəsdinin də orada olduğunu, lakin kömək etməsini görmədiyini bildirmişdir. (cild 3, iş vərəqə 8-9) İş materiallarında olan 16 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə aparılmış, bu zaman Zərərçəkmiş şəxs həmin ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha qətiyyətlə ifadə etmişdir. (cild 3, iş vərəqə 10-11) İş materiallarında olan 16 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs5 arasında üzləşdirmə aparılmış, bu zaman Zərərçəkmiş şəxs həmin ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs5 üzünə qarşı bir daha qətiyyətlə ifadə etmişdir. (cild 3, iş vərəqə 12-13) İş materiallarında olan 16 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs6 arasında üzləşdirmə aparılmış, bu zaman Zərərçəkmiş şəxs həmin ifadəsində bildirdiklərini Təqsirləndirilən şəxs6 üzünə qarşı bir daha qətiyyətlə ifadə etmişdir. (cild 3, iş vərəqə 14-15) İş materiallarında olan 16 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid1 və Təqsirləndirilən şəxs5 arasında üzləşdirmə aparılmış, bu zaman Şahid1 həmin ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs5 üzünə qarşı bir daha qətiyyətlə ifadə etmişdir. (cild 3, iş vərəqə 16-17) İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizanın 17 avqust 2021-ci il tarixli 476 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs5 hazırkı cinayəti törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs5 hazırkı cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs5 hal-hazırda da öz hərəkətlərini ölüb-biçmək, hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. (cild 3, iş vərəqə 20-21) İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizanın 17 avqust 2021-ci il tarixli 477 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs3 hazırkı cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 hazırda da öz hərəkətlərini ölüb-biçmək, hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. (cild 3, iş vərəqə 22-24) İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizanın 17 avqust 2021-ci il tarixli 478 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs6 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs6 hazırkı cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs6 hazırda da öz hərəkətlərini ölüb-biçmək, hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. (cild 3, iş vərəqə 25-26) İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs və Şahid6 arasında üzləşdirmə aparılmış, bu zaman Zərərçəkmiş şəxs iş üzrə verdiyi ifadələrini Şahid6 üzünə qarşı bir daha qətiyyətlə ifadə etmişdir. (cild 3, iş vərəqə 139-140) İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs və Şahid7 arasında üzləşdirmə aparılmış, bu zaman Zərərçəkmiş şəxs iş üzrə verdiyi ifadələrini Şahid7 üzünə qarşı bir daha qətiyyətlə ifadə etmişdir. (cild 3, iş vərəqə 141-142) İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs4 arasında üzləşdirmə aparılmış, bu zaman Zərərçəkmiş şəxs həmin ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs4 üzünə qarşı bir daha qətiyyətlə ifadə etmişdir. (cild 3, iş vərəqə 143-144) İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid1 və Təqsirləndirilən şəxs4 arasında üzləşdirmə aparılmış, bu zaman Şahid1 həmin ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs4 üzünə qarşı bir daha qətiyyətlə ifadə etmişdir. (cild 3, iş vərəqə 145-146) İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid3 və Təqsirləndirilən şəxs4 arasında üzləşdirmə aparılmış, bu zaman Şahid3 həmin ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs4 üzünə qarşı bir daha qətiyyətlə ifadə etmişdir. (cild 3, iş vərəqə 147-148) İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs3 Möhübət oğlunun arasında üzləşdirmə aparılmış, bu zaman Zərərçəkmiş şəxs həmin ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs3 üzünə qarşı bir daha qətiyyətlə ifadə etmişdir. (cild 3, iş vərəqə 149- 150) İş materiallarında olan Ağcabədi RİHB-nın İmamqulubəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişlər. (cild 3, iş vərəqə 177-181) İş materiallarında olan 16 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs6 arasında üzləşdirmə aparılmış, bu zaman Təqsirləndirilən şəxs3 həmin ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs6 üzünə qarşı bir daha ifadə etmişdir. (cild 3, iş vərəqə 182-183) İş materiallarında olan 16 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 arasında üzləşdirmə aparılmış, bu zaman Təqsirləndirilən şəxs3 həmin ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs5 üzünə qarşı bir daha ifadə etmişdir. (cild 3, iş vərəqə 184-185) İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli telefon danışıqlarına baxış aparılması haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs4 və qeyrilərinin telefon vasitəsi ilə ötürdüyü məlumatlar ələ keçirilməklə baxışı aparılmışdır. Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** nömrəli telefondan 25 may 2021-ci il tarixdə cəmi üç telefon danışığı aparılmışdır. Hər üç telefon danışığı zamanı Təqsirləndirilən şəxs4 istifadə etdiyi mobil telefon cihazı Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən şanların əhatəsinə düşmüşdür. İmamqulubəyli kəndi ilə Hindarx qəsəbəsinin sərhəddə yerləşdiyini və cinayətkar qrupun digər üzvlərinin telefon cihazlarının da adam oğurluğu zamanı Hindarx qəsəbəsində yerləşən şanların əhatəsinə düşdüyünü nəzərə aldıqda, Təqsirləndirilən şəxs4 25 may 2021-ci il tarixdə saat 19:13 dəqiqədən 19:38 dəqiqəyədək Ağcabədi rayonunun İmamqulubəyli kəndində, yəni cinayətin törədildiyi ərazidə olduğu müəyyən edilir. O cümlədən Təqsirləndirilən şəxs4 25 may 2021-ci il tarixdə saat 19:13 dəqiqədə cinayətkar qrupun üzvlərindən olan qardaşı Təqsirləndirilən şəxs5 ***-***-**-** saylı telefonuna zəng edərək 44 saniyə danışmışdır. Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 ***-***-**-** saylı telefon cihazı 25 may 2021-ci il tarixdə saat 19:42 dəqiqədən 26 may 2021-ci il saat 07:32 dəqiqəyədək olan müddətdə Ağdam rayonunun Üçoğlan kəndində yerləşən şanların əhatəsinə düşmüşdür. Həmçinin Təqsirləndirilən şəxs2 ***-***-**-** nömrəli telefonu da 25 may 2021-ci il tarixdə saat 19:30 dəqiqədən həmin şanların əhatəsinə düşmüşdür. Beləliklə müəyyən edilmişdir ki, cinayətkar qrupun üzvləri 25 may 2021-ci il tarixdə saat 19:30 dəqiqədə Zərərçəkmiş şəxs oğurlayıb Ağdam rayonunun Üçoğlan kəndində olmuşlar. Hadisənin 05-06 dəqiqə davam etdiyini nəzərə aldıqda cinayətkar qrupun iştirakçılarının toplandığı vaxtda, yəni saat 19:13 dəqiqədə Təqsirləndirilən şəxs4 həmin qrupun üzvlərindən qardaşı Təqsirləndirilən şəxs5 ilə 44 saniyə müddətində telefon danışığı aparmışdır. Bu isə Təqsirləndirilən şəxs4 da qabaqcadan digər qrup iştirakçıları ilə birgə icraçılıqla bağlı sövdələşdiyini təsdiq edir. (cild 7, iş vərəqə 165-166) İş materiallarında olan 03 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid2 və Təqsirləndirilən şəxs4 arasında üzləşdirmə aparılmış və bu zaman Şahid2 həmin ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs4 üzünə qarşı bir daha qətiyyətlə ifadə etmişdir. (cild 7, iş vərəqə 189-191) İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən verilmiş 18 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, DİN-in Vahid məlumat-axtarış sistemində Təqsirləndirilən şəxs4 məhkumluğu barədə məlumat yoxdur. (cild 7, iş vərəqə 200) İş materiallarında olan Ağcabədi RİHB-nın İkinci Alıbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə edilmiş, ailə tərkibi qayınanası, əri və iki uşağından ibarətdir. (cild 7, iş vərəqə 204, 206) İş materiallarında olan 22 dekabr 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs4 haqqında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 8, iş vərəqə 69- 71) İş materiallarında olan Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, aparılmış tədbirlər nəticəsində Zərərçəkmiş şəxs 25 may 2021-ci il tarixdə oğurlanması hadisəsinə şahid olan şəxslərin Şahid2, Şahid1, Şahid3 və Şahid5 olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs 25 may 2021-ci il tarixdə oğurlanması zamanı Təqsirləndirilən şəxs4 da hadisə yerində olmuş və hadisə yerinə digər qrup üzvləri ilə birlikdə onların hərəkət etdiyi “VAZ 2107” markalı maşında gəlmişdir. Təqsirləndirilən şəxs4 adam oğurluğunda iştirak edərək zərərçəkmiş şəxsin tutulmasını və həmin avtomobilə yerləşdirilməsini şəxsən həyata keçirmişdir. (cild 8, iş vərəqə 140) İş materiallarında olan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizanın 24 dekabr 2022-ci il tarixli 785/276 nömrəli rəyindən görünür ki; – Təqsirləndirilən şəxs4 ona istinad edilən cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs4 ona şamil edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür və hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs4 hazırda da öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. – Təqsirləndirilən şəxs4 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olmaq fərdi-psixi xüsusiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs4 ona istinad edilən ictimai təhlükəli əməli törətdiyi zaman emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş və bu zaman adi psixi-emosional halda olmuşdur. O, ona istinad edilən cinayəti törədərkən fizioloji affekt halında olmamışdır. O, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyil. (cild 8, iş vərəqə 141-143) İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs könüllü olaraq qaçmasına dair əlyazma qeydi təqsirləndirilən şəxslərin fiziki və psixoloji təzyiqi altında yazdığını nəzərə alaraq, həmin kağız parçası ittihamın həllində sübut hesab edilməməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs6 tərəfindən 25 may 2021-ci il tarixdə zərərçəkmiş şəxsə bihuşedici iynə preparatının inyeksiya edilməsi nəticəsində şüursuz vəziyyətə gətirilməsi ilə bağlı cinayət təqibinə 17 noyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə xitam verildiyinin nəzərə alınması, Ağcabədi Rayon Polis Şöbəsinin sabiq müstəntiqi Şahid14 və ekspert-kimyaçı X4 qanunsuz hərəkətlərinə dair zərərçəkmiş şəxsin nümayəndəsi X14 müraciəti üzrə cinayət təqibinə 17 noyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə xitam verildiyinin nəzərə alınması, Təqsirləndirilən şəxs2 adam oğurluğunun icra edildiyi vaxt Şahid1 avtomobillə bir neçə metr sürüməsi, Təqsirləndirilən şəxs4 adam oğurluğunun həyata keçirildiyi vaxt Şahid3 zor tətbiq etməsi, Təqsirləndirilən şəxs5 kənar şəxslərin müdaxiləsinin qarşısını alaraq Şahid1, Şahid3 və Şahid5 itələyərək yıxması və tutub saxlaması epizodları üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPMin 39.1.2-ci maddəsinə əsasən rədd olunması, həmçinin həmin hadisələrdə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibinin mövcud olmadığının nəzərə alınması, Təqsirləndirilən şəxs2 əlləri ilə Zərərçəkmiş şəxs hər iki sifət nahiyəsindən şillə zərbəsi endirməsi epizodu üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə xitam verilməsi, Zərərçəkmiş şəxs oğurlanması zamanı və Ağdam rayonunun Üçoğlan kəndində saxlanılması zamanı təqsirləndirilən şəxsləri nalayiq ifadələrlə söyərək təhqir etməsi ilə əlaqədar olaraq xüsusi ittiham qaydasında məhkəməyə şikayət vermək hüquqları təqsirləndirilən şəxslərə izah olunması, Zərərçəkmiş şəxs 26 dekabr 2022-ci il tarixdə aparılan üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 üzərinə hücum etməsi epizodu üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. (cild 8, iş vərəqə 141-143) İş materiallarında olan xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışlardan, tibbi sənədlərdən və ödənişsiz reseptlərdən görünür ki, Təqsirləndirilən şəxs4 uşağı X20 “Epilepsiya” tez-tez təkrarlanan qıcolma tutmaları ilə müayinə və müalicə olunur. (cild 11, iş vərəqə 8-12) İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 xx.xx.2024-cü ildə uşaqları doğulmuşdur. (cild 11, iş vərəqə 51) İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2021-ci il təvəllüdlü uşağı vardır. (cild 11, iş vərəqə 54) İş materiallarında olan Azərbaycan Respublikasının medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs3 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. (cild 11, iş vərəqə 56) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X16 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, telefon danışıqları məlumatlarını və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Belə ki, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan şəxs barəsində adam oğurluğu cinayətini törətmişlər, bundan başqa Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə cinsi əlaqədə olaraq onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlamışdır. Təqsirləndirilən şəxslərin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs1-Rəksanə ilə aralarında sevgi münasibətlərinin olmasını, hadisədən bir gün əvvəl Rəksanə özü bulağın üstə gedəcəyini, oradan onu qaçırmasını deməsini, bu barədə ilk dəfə atası Çərkəzə deməsini, atasının isə özünün də gedəcəyini ona bildirməsini, hadisə günü yolda olarkən isə dayısı Ruhidin, Mütalib və onun arvadı Pərvanəni təsadüfən görüb maşına götürdüklərini, Mütalib və onun arvadı Pərvanəninin qız qaçırmağa getmələrini bilib etiraz etdiklərini, Bəsdini isə həmin gün ümumiyyətlə görməməsini, Rəksanəni “Qobu” deyilən yerdə sudan qayıtdıqlarını görüb, ona yaxınlaşıb maşını saxlayıb, maşından yerə düşüb, Rəksanənin əlindən tutub və birlikdə maşına oturmalarını, digər şəxslərin isə heç bir hərəkət etməməsini, daha sonra Azadın evinə getdiklərini, gecəni də həmin evdə qaldıqlarını, evdə isə Rəksanə ilə eyni otaqda qaldığını, həmin gecə aralarında heç bir cinsi əlaqənin olmadığını, Rəksanəni qaçırmamışdan iki-üç gün əvvəl onunla öz həyətlərində gündüz vaxtı ağacın yanında cinsi əlaqədə olduğunu, Rəksanəyə cinsi əlaqədə olmağı özünün təklif etdiyini, bununla da onu heç kimə verməyəcəklərini düşündüyünü, Ağdama çatdıqdan sonra Ruhid, Mütalib və Pərvanənin geri qayıtmalarını, Rəksanə ilə onu qaçırmamışdan əvvəl cinsi əlaqədə olmasını bu günə kimi deməməsində məqsədinin onu qorumaq olmasını bildirmişdir. Çərkəz Abdullayev-oğlu Raminin Rəksanə ilə cinsi əlaqədə olmasını ona dedikdən sonra əlacı kəsilib, onunla birlikdə Rəksanəni qaçırmağa getdiyini, yolda gedərkən Ruhidi, Mütalibi və Pərvanəni təsadüfən maşına götürdüyünü, Qobu deyilən yerə çatıb, maşını saxladıqdan sonra Raminin maşından düşüb qızın qolundan tutub maşına mindiklərini, Rəksanənin isə buna heç bir narazılıq etməməsini, Ağdama və Bərdəyə Rəksanəni apararkən ev yiyələrinə bu barədə əvvəlcədən heçnə deməməsini, Rəksanənin qaçırılmasında Ruhid, Mütalib və Pərvanənin heç bir rolunun olmadığını, Bəsdini isə ümumiyyətlə görmədiyini, həmin vaxt Bəsdinin orada olmadığını, Ruhid, Mütalib və arvadı Pərvanənin isə Ağdamda biraz gözlədikdən sonra çıxıb getdiklərini, həmin evdə özünün, oğlunun və Rəksanənin qaldığını, Rəksanəyə anası və xalasının təsir etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3-hadisə günü yaşadığı evin qapısının ağzında dayanıb siqaret çəkdiyini, həmin vaxt Çərkəz və Raminin avtomobillə gəlib yanında saxladığını, ona avtomobilə əyləşməyini demələrini, yolda gedərkən bacısı oğlu Raminin “Rəksanə zəng vurub ki, gəl məni apar, onu götürməyə gedirik”, “biz bir-birimizi sevirik, qız mənlə getməyə razıdır” deməsini, yolda Mütalib və onun arvadı Pərvanənin təsadüfən maşına mindiklərini, Qobu deyilən yerdə Rəksanənin sudan gəldiyini görüb, Çərkəzin avtomobili saxlamasını, Raminin avtomobildən yerə düşüb, gedib Rəksanənin əlindən tutub birlikdə gəlib maşında oturduqlarını, orada heç bir narazılığın olmadığını, qızın heç bir etiraz etmədiyini gördüyünü, Raminlə qız maşına minərkən isə nə Pərvanə, nədə ki Mütalibin maşından yerə düşmədiyini, daha sonra Çərkəzin maşını Ağdama sürdüyünü, orada 10-15 dəqiqə həyətdə qaldıqdan sonra isə evdən çıxıb xatırlamadığı bir taksi ilə öz evinə qayıtdığını, həmin vaxtadək də Rəksanənin heç bir narazılıq etmədiyini, Bəsdini isə hadisə günü görmədiyini, Bəsdinin orada olmadığını, bu məsələ ilə bağlı da onlar arasında əvvəlcədən heç bir razılaşmanın olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs4-hadisə günü yaşadığı Ağdam rayonu, Alıbəyli 2 qəsəbəsindən Qobu deyilən yerə içməli su gətirməyə getdiyini, həmin əraziyə düşən yerdə isə pilləkənlərdən düşərkən isə qarşı tərəfdən səslər gəldiyini eşitməsini, bu səbədən də heç önə getmədən qayıdıb yaşadığı evə getdiyini, həmin vaxt orada dava olduğunu düşündüyündən, bu səbəbdən də ora yaxınlaşmadığını, həmin yerdə heç kimi görmədiyini, evə qayıtdıqdan sonra isə qardaşı Mütalibə zəng vurub, həmin vaxt qardaşı gözündən əməliyyat olduğundan, bu barədə onun vəziyyəti ilə maraqlandığını, hadisə barədə isə həmin gün gecə eşitdiyini, özünün isə Rəksanənin qaçırılması ilə bağlı nə Raminlə, nə də ki, digərləri ilə heç vaxt danışmadığını, hadisə vaxtı orada olmadığını, heç kimi görmədiyini, Rəksanənin qaçırılmasında iştirak etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs5- hadisə günü Alıbəyli 2 qəsəbəsinə arvadı Pərvanə ilə birlikdə həkimə getdiyini, həmin vaxtdan 15-20 gün qabaq gözündən əməliyyat olunduğunu, geri qayıdanda əmisi Çərkəzin maşını ilə gəlib onların yanında saxladığını, maşında Ruhidin və Çərkəzin oğlu Raminin də olduğunu gördüyünü, Çərkəzin maşınına arvadı ilə birlikdə evlərinə getmək məqsədilə oturduğunu, hadisə yerində Raminin maşından düşüb, gedib Rəksanənin əlindən tutub gəlib maşına oturduqlarını, Raminin maşından tək düşüb Rəksanəyə yaxınlaşıb əl-ələ tutduqlarını, maşını isə Çərkəzin X31 kəndinə getdiklərini, yolda olarkən isə Rəksanənin heç bir etiraz etmədiyini, eləcədə Ağdamda olarkən də heç bir etiraz etmədiyini, orada da 10-15 dəqiqə qaldıqdan sonra arvadı Pərvanə ilə birlikdə öz evlərinə qayıtdıqlarını, maşında birlikdə olarkən Rəksanəyə söyüş söyməyib, onu vurmadığını, arvadının da onu vurmağına maneçilik törətmədiyini, Rəksanənin qaçırılmasıyla bağlı Ramin və Çərkəzlə heç bir razılaşmasının olmadığını, Raminlə Rəksanənin maşına mindikdən sonra Raminin onu qaçırmasını bildiyini, hadisə vaxtı maşından yerə düşmədiyini, Firuzə və Nərgizi yerə yıxmadığını, bacısı Bəsdini isə hadisə günü görmədiyini, Ruhidin isə həmin vaxt heç bir hərəkət etmədiyini, Çərkəz isə Bərdədən gələndən sonra onunla görüşüb, ona Rəksanənin özünün maşına minməsini heç kimə deməməyi tapşırmasını bildirmişdir. Təqsirləndirilən şəxs6-hadisə günü yoldaşı Mütaliblə birlikdə Albəyli 2 qəsəbəsinə yoldaşına sistem vurdurmaq üçün getdiklərini, yolda piyada hərəkətdə olarkən əks istiqamətdə Çərkəzin maşınla gəlib yanlarında saxladığını, həmin vaxt Ramin və Ruhidin də maşında olduğunu, Çərkəzin onları evlərinə aparmaq məqsədilə maşınına mindirdiyini, birlikdə maşınla bulağın yanına çatdıqda, Rəksanənin getdiyini gördüklərini, həmin vaxt Raminin maşından düşüb gedib Rəksanənin əlindən tutub birlikdə gəlib maşına əyləşdiklərini, bundan sonra Çərkəzin maşını sürüb 10-15 dəqiqə yol getdikdən sonra əvvəllər tanımadığı bir evin qapısına gəldiklərini, oradan isə yoldaşı Mütalibin yol maşını çağırıb, birlikdə evlərinə getdiklərini, Raminin atası Çərkəzin qızı qaçırmaq fikirlərinin olmasını bilmədiyini, hadisə vaxtı Bəsdini görmədiyini, Bəsdinin orada olmadığını, Rəksanənin qaçırılması ilə bağlı Çərkəzlə heç vaxt danışmadığını, Ağdamda Üçoğlan kəndinə gecəni qalmadıqlarını, Bərdəyə getmədiyini, ilkin ifadələrində Çərkəzin buyruğu ilə Rəksanənin razılığı olmadan qaçırılmasını bildirdiyini, lakin özünün də ittiham olunduğunu sonradan başa düşdüyünü bildirmişdir. Təqsirləndirilən şəxslərin müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 özlərinin ibtidai araşdırma zamanı vermiş olduqları ilkin ifadələri, Təqsirləndirilən şəxs3 əvvəlki məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxs, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, telefon danışıqları məlumatları, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onların bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Sözügedən ilkin ifadələrində təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1zərərçəkmiş Zərərçəkmiş şəxs qaçırmaqları barədə digər təsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 ilə əvvəlcədən danışaraq aralarında razılıq əldə etdiklərini, avtomobilin içərisində olan zaman isə aralarında rol bölgüsü apardıqlarını, bölgüyə əsasən atası Çərkəz maşında qalmalı, Mütalib kənar şəxslərin onlara yaxın durmasına imkan verməməli, özü isə Ruhid və Pərvanə ilə birlikdə Rəksanəni qollarından və ayaqlarından tutub avtomobilə yerləşdirməli olduqlarını, Zərərçəkmiş şəxs qaçırarkən isə Çərkəz və Pərvanənin maşında qaldıqlarını, Mütalibin dərhal Firuzənin və Nərgizin qarşısında dayanaraq onların Rəksanəyə yaxın durmalarına imkan vermədiyini, özünün isə Ruhidlə birlikdə Rəksanənin qollarından tutub maşına əyləşdirdiklərini, bu zaman Rəksanənin “ay mama, ay mama” deyə çığırdığını, Rəksanə ilə birgə Azadın evində, zalın sol tərəfində yerləşən yataq otağına daxil olduqlarını, atası Çərkəz, Mütalib, Ruhid və Pərvanənin isə evin zalında yatdıqlarını, Təqsirləndirilən şəxs2-zərərçəkmiş Zərərçəkmiş şəxs qaçırmaqları barədə digər təsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 ilə əvvəlcədən danışaraq aralarında razılıq əldə etdiklərini, avtomobilin içərisində olan zaman isə aralarında vəzifə bölgüsü apardıqlarını, bölgüyə əsasən özü avtomobilin içərisində qalmalı, Mütalib avtomobildən düşüb kənar şəxslərin müdaxiləsinin qarşısını almalı, Ramin, Ruhid və Pərvanə isə Rəksanənin qollarından və ayaqlarından tutub sonuncunu avtomobilə yerləşdirməli olduğunu, “Qobu” deyilən yerə çatdıqda maşını Rəksanənin yanına sürüb saxladığını, Mütalib, Ramin, Ruhid, Pərvanə avtomobildən enib, Mütalibin dərhal Firuzənin və Nərgizin qarşısında duraraq onların Rəksanəyə yaxın durmalarına imkan vermədiklərini, Ramin, Pərvanə və Ruhidin isə Rəksanənin qollarından və ayaqlarından tutaraq həmin avtomobilə əyləşdirdiklərini, özü isə həmin müddət ərzində avtomobildən enmədiyini, Ramin, Ruhid və Pərvanənin Rəksanəni avtomobilə əyləşdirən zaman Rəksanə “ay mama, ay mama” deyə çığırdığını, gecə radələrində yatmaq vaxtı gələn zaman Ramin və Rəksanənin birgə həmin evin zalının sol tərəfində yerləşən yataq otağında, özünün isə Mütalib, Ruhid və Pərvanə ilə birgə evin zalında yatdıqlarını, Təqsirləndirilən şəxs3-zərərçəkmiş Zərərçəkmiş şəxs qaçırmaqları barədə digər təsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 ilə əvvəlcədən danışaraq aralarında razılıq əldə etdiklərini, avtomobildə məsləhətləşib aralarında rol bölgüsü apardıqlarını, bölgüyə əsasən Mütalib Rəksanənin yanında olan adamların qarşısını kəsməli, özü isə Raminlə birlikdə Rəksanəni tutaraq avtomobilə yerləşdirməli, ehtiyac olarsa Pərvanənin də onlara kömək etməli olduğunu, bundan sonra Çərkəzin avtomobili Rəksanənin yanında saxladığını, maşın dayanan kimi Ramin, Pərvanə, Mütalib və özünün maşından endiklərini, Çərkəzin isə maşında qalıb, maşının mühərrikini söndürmədiyini, Mütalibin Rəksanənin yanında olan Firuzənin və Nərgizin qarşısını kəsdiyini, özünün isə Rəqsanənin ayaqlarından tutub, Pərvanə və Raminin isə Rəqsanənin hərəsi bir qolundan tutub və köməkli şəkildə Rəksanəni avtomobilin arxa oturacağına əyləşdirdiklərini, Rəksanənin buna etiraz edərək qışqırıq salıb və buraxmalarını bildirdiyini, üzünü ona tutub “heç olmasa sən məni burax” deməsini, Rəksanə ilə qohum olduqları üçün Rəksanə ondan kömək istədiyini, ancaq Çərkəzin Rəksanəyə tərəf dönərək “atanın xəbəri var” sözlərini deməsini, onun da Çərkəzin həmin sözlərindən ürəklənməsini, bundan sonra Çərkəzin avtomobili işə salaraq Ağdam rayonu istiqamətinə sürməyə başladığını, yolda olan zaman Rəksanənin onu buraxmalarını xahiş etdiyini, gecəni Ağdamda evdə bir otaq tək yatdığını, səhər oyanandan sonra Çərkəz, Ramin, Mütalib, Pərvanə və Rəksanənin tanımadığı şəxsin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilə minib getdiklərini, Təqsirləndirilən şəxs5-Alıbəyli qəsəbəsindən çıxan zaman əmisi Çərkəzin özünə məxsus “VAZ 2107” markalı avtomobillə onlara yaxınlaşaraq, onunla getmələrini təklif etməsini, ona həkim tapacağını deməsini, bundan sonra Pərvanə ilə birgə əmisinin maşınında əyləşdiklərini, maşında əmisindən başqa sonuncunun oğlu Ramin və qayını Ruhid də olduğunu, onların İmamqulubəyli kəndi ilə hərəkət edərkən orada Raminin keçmiş istəklisi Rəksanəni gördüklərini, əmisi Çərkəzin onları görən kimi Rəksanəni qaçıracaqlarını bildirdiyini və maşını sonuncunun yanında saxlayıb, həmin anda Ramin, Çərkəz və Ruhid maşından düşərək Rəksanənin əllərindən və ayaqlarından tutmaqla sonuncunu maşının arxa oturacağına qoyduqlarını, əmisinin maşını Ağdam rayonun Üçoğlan kəndi istiqamətində sürdüyünü, həmin işə qarışmaq istəmədiyini bildirərək maşından düşmək istədiyini və əmisindən maşını saxlamasını tələb etdiyini, lakin onun maşını saxlamaqdan imtina etdiyini, təxminən 15 dəqiqə orada qaldıqdan sonra arvadı Pərvanə ilə birlikdə küçəyə çıxaraq tanımadığı taksi ilə yaşadıqları evə qayıtdıqlarını, Təqsirləndirilən şəxs6- Təqsirləndirilən şəxs5lə eyni məzmunlu ifadə versə də, ifadəsində Ramin və Ruhidin maşından düşüb Rəksanənin qollarından tutaraq sonuncunun etirazına baxmayaraq maşına mindirdiklərini, Ramin Rəksanəni arxa oturacaqda öz yanında oturtduqlarını, sonuncunun qışqırıb səs-küy salsa da Raminlə Ruhidin zorla maşına oturtduqlarını bildirmişlər. Göstərilən ifadələrin müqayisəli təhlilindən görünür ki, təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda hadisə zamanı Zərərçəkmiş şəxs zorla Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə mindirilməklə, daha sonra Ağdam rayonu, Üçoğlan kəndinə aparılmasını etiraf etmişlər, lakin həmin anda zərərçəkmiş şəxsin zorla qaçırılmasında iştirakları ilə bağlı bir-birilərinə qarşı ziddiyyətli ifadələr vermişlər. İbtidai istintaq zamanı əlavə dindirilərkən təqsirləndirilən şəxslər ilkin ifadələrində göstərdikləri xüsusatlara dair bir daha ziddiyyətli ifadələr verərək: Təqsirləndirilən şəxs1-hadisə günü Rəksanəyə yaxınlaşıb onun qolundan tutub və maşına oturmasını deməsini, onun da heç bir etiraz etmədən maşına oturduğunu, maşında olan digər şəxslərdən heç birinin enmədiyini, Təqsirləndirilən şəxs2-Rəksanəni qaçıran zaman Ramin və Ruhid Rəksanənin qollarından və ayaqlarından tutaraq həmin avtomobilə əyləşdirdiklərini, Pərvanənin Rəksanəyə toxunmadığını, əl də vurmadığını, ibtidai istintaqın sonraki mərhələsində isə təqsirləndirilən şəxs qismində əlavə ifadəsində hadisə günü Rəksanənin yanında maşını saxladığını, Ramin və Ruhidin maşından endiyini, Raminin Rəksanənin əlindən tutub maşında oturduqlarını, bundan sonra Ruhid və Ramin də maşında oturduqlarını, özünün, Mütalib və Pərvanənin maşından düşmədiklərini, Ruhidin isə sadəcə Rəksanənin oturması üçün maşından endiyini və onun da Rəksanəyə toxunmadığını, Rəksanənin öz razılığı ilə və heç bir etiraz etmədən, könüllü olaraq gəlib maşında əyləşdiyini, Mütalib və Pərvanənin küçəyə çıxaraq taksi ilə yaşadıqları evə getdiklərini, özünün, Ramin, Rəksanə və Ruhidin həmin gecəni Azadın evində qaldıqlarını, Təqsirləndirilən şəxs3-Çərkəzin avtomobili Rəksanənin yanında saxladığını, bu zaman Raminin təkbaşına maşından düşüb və Rəksanənin qolundan tutub maşına mindirdiyini, əvvəlki məhkəmə baxışı zamanı isə məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilərkən maşında olanların hamısının maşından düşdüklərini, Rəksanəni maşına mindirəndə özünün də ayaqlarından tutduğunu, Rəksanənin razı olmadığını maşına mindikdən sonra bildiyini qeyd etmişlər. Sözügedən ifadələrin də təhlilindən görünür ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 (ibtidai istintaq zamanı vermiş olduğu xx.xx.2021-ci il tarixli tarixli ifadəsi) və Təqsirləndirilən şəxs3 (əvvəlki məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi) hər biri ayrı-ayrılıqda hadisə zamanı Zərərçəkmiş şəxs zorla Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə mindirilməklə, daha sonra Ağdam rayonu, Üçoğlan kəndinə aparılmasını etiraf etmişlər, lakin həmin anda zərərçəkmiş şəxsin zorla qaçırılmasında iştirakları, eyni zamanda hadisə olan gecəni Şahid6 məxsus Ağdam rayonu, Üçoğlan kəndindəki evdə keçirmələri və səhəri gün Bərdə şəhərinə getmələri ilə bağlı bir-birilərinə qarşı ziddiyyətli ifadələr vermişlər. Lakin təqsirləndirilən şəxslərin göstərilən ifadələrindəki xüsusatlar, Zərərçəkmiş şəxs, bilavasitə hadisə yerində olmuş Şahid3, Şahid1, Şahid2, eləcədə Zərərçəkmiş şəxs zorla qaçırılaraq aparıldığı ilkin evin-Ağdam rayonu, Üçoğlan kəndindəki evin sahibləri Şahid6 və Şahid7 şahid ifadələri (Zərərçəkmiş şəxs, şahidlər Şahid3, Şahid1 və Şahid2 həmin ifadələrində hadisə zamanı Təqsirləndirilən şəxs2 maşını Rəksanənin yanına sürüb saxladığını, Mütalib, Ramin, Ruhid və Bəsdinin avtomobildən enib, Mütalibin dərhal Firuzənin və Nərgizin qarşısında duraraq onların Rəksanəyə yaxın durmalarına imkan vermədiklərini, Bəsdi və Ruhidin isə Rəksanənin qollarından və ayaqlarından tutaraq həmin avtomobilə zorla əyləşdirdiklərini, Çərkəzin və Pərvanənin həmin müddət ərzində avtomobildən enmədiyini, Pərvanənin isə Ruhidlə birgə maşının içərəsində Rəksanəni tutub saxladığını, Rəksanəni avtomobilə yerləşdirdikdən sonra isə Çərkəzin dərhal maşını sürərək getdiyini, Pərvanənin Rəksanənin başını tutaraq aşağı basdığına görə maşının hansı istiqamətdə getdiyini bilmədiyini, şahidlər Şahid6 və Şahid7 isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6 və Zərərçəkmiş şəxs hadisə günü onların evinə gəldiklərini və birlikdə gecəni həmin evdə qaldıqlarını, səhər açılanda isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6 və Zərərçəkmiş şəxs birlikdə Bərdə şəhərinə, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 isə evlərinə getdiklərini bildirmişlər) ilə tam təkzib edilmişdir. Məhkəmə sözügedən zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini iş materiallarında olan neytral sübut qismində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefon cihazı məlumatları ilə və digər sübutlarla da tam təsdiq edildiyindən işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlir. Bundan başqa işin faktiki halları ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər tərəfindən zorla qaçırıldıqdan sonra ilkin olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3la birlikdə Ağdam rayonu, Üçoğlan kəndinə aparılmışdır. Sonuncular gecəni həmin evdə keçirmiş, səhəri isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6 Zərərçəkmiş şəxs Bərdə rayonu Otuzikilər kəndində yerləşən Şahid12 yaşadığı evə aparmışlar. Həmin evdə olarkən isə artıq polis əməkdaşları onları aşkar etmiş, bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Şahid10 yaşadığı evə gətirilmiş, lakin polis əməkdaşları tərəfindən orada da aşkar edilmişlər. Həmin evdə olduğu vaxt isə Zərərçəkmiş şəxs anası və xalası gəlmiş, Zərərçəkmiş şəxs zorla gətirildiyi məlum olmuş və Ağcabədi RPŞ-nə aparılmışdır. Göstərilənlər isə iş üzrə şahid qismində dindirilmiş Şahid8, Şahid10 və Şahid14 ifadələri ilə təsdiq olunmaqla işin mübahisəsiz hallarıdır. Göründüyü kimi Zərərçəkmiş şəxs Ağcabədi rayonu, İmamqulubəyli kəndindəki “Qobu” adlanan ərazidə təqsirləndirilən şəxslər tərəfindən oğurlanmasından dərhal sonra, onu əvvəlcə Ağdam rayonu, Üçoğlan kəndinə aparılıb gecəni orada keçirmələri, daha sonra isə Təqsirləndirilən şəxs2 məxsus avtomobil ola-ola ondan istifadə etməkdən ehtiyyat edərək, başqa bir avtomobillə Bərdə rayonu, Otuzikilər kəndində olan Şahid12 yaşadığı evə, həmin evin polis əməkdaşları tərəfindən müəyyən edilməsindən dərhal sonra isə Şahid10 yaşadığı evə aparılması kimi işin faktiki halları Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər tərəfindən öz iradəsinə zidd zorla qaçırılması faktını özü-özlüyündə bir daha təsdiq edir. Eyni zamanda məhkəmə-tibbi ekspertizasının 30 may 2021-ci il tarixli 256 nömrəli rəyi ilə də Zərərçəkmiş şəxs bədənində sağ və sol saiddə sıyrıqların aşkar edilməsi, həmin xəsarətlərin küt təsirdən törənməsi, qarşılıqlı əlbəyaxa zamanı əmələ gələ bilməsi, yetirilmə müddətinin 25 may 2021-ci il tarixə uyğun gəlməsi kimi işin təkzibedilməz halları hadisə zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər tərəfindən zorla tutularaq, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə mindirilməsi faktını təsdiq edir. Bundan başqa təqsirləndirilən şəxslərin hər birinin ayrıayrılıqda aralarında qabaqcadan Zərərçəkmiş şəxs tərəflərindən oğurlanması barədə razılıqlarının olmaması, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 Təqsirləndirilən şəxs2 məxsus avtomobildə hadisə vaxtı təsadüfən olmaları barədə bildirdikləri isə ümumiyyətlə heç bir məntiqə uyğun gəlməyən, əsassız və inandırıcı deyil. Çünki, təqsirləndirilən şəxslərin bu barədə göstərdikləri xüsusatlar həqiqət olsa idi, əvvəla Zərərçəkmiş şəxs könüllü olaraq Təqsirləndirilən şəxs1lə birliklə əl-ələ tutub avtomobilə əyləşdikdən sonra digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 avtomobildən yerə düşə bilər, belə olmadıqda isə ən azından onlarla birlikdə Ağdam rayonu, Üçoğlan kəndinə getməz, getdikləri halda müəyyən qısa zamanda ərzində öz yaşadıqları evə qayıda, əksinə gecəni Ağdam rayonu, Üçoğlan kəndində keçirməz, səhər açılanda isə Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2lə birlikdə başqa bir avtomobillə Zərərçəkmiş şəxs Bərdə rayonu, Otuzikilər kəndinə aparmazdılar. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs4 hadisə yerində ümumiyyətlə olmaması, Zərərçəkmiş şəxs qaçırılmasında iştirak etməməsi, ümumiyyətlə həmin vaxt kənardan səslər eşidib yaşadığı evə qayıtması barədə ifadələrində göstərilən xüsusatlarla bağlı qetd etməyi zəruri hesab edir ki, onun həmin ifadələri iş üzrə dindirilmiş Zərərçəkmiş şəxs və bilavasitə hadisə yerində olmuş Şahid3, Şahid1, Şahid2 yuxarıda göstərilən şahid ifadələri, eləcə də Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** nömrəli telefon danışıqları məlumatları (25 may 2021-ci il tarixdə cəmi üç telefon danışığı aparılmış, hər üç telefon danışığı zamanı Təqsirləndirilən şəxs4 istifadə etdiyi mobil telefon cihazı Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən şanların əhatəsinə düşmüş, İmamqulubəyli kəndi ilə Hindarx qəsəbəsinin sərhəddə yerləşdiyini və cinayətkar qrupun digər üzvlərinin telefon cihazlarının da adam oğurluğu zamanı Hindarx qəsəbəsində yerləşən şanların əhatəsinə düşdüyünü nəzərə aldıqda, Təqsirləndirilən şəxs4 25 may 2021-ci il tarixdə saat 19:13 dəqiqədən 19:38 dəqiqəyədək Ağcabədi rayonunun İmamqulubəyli kəndində, yəni cinayətin törədildiyi ərazidə olduğu müəyyən edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs4 25 may 2021-ci il tarixdə saat 19:13 dəqiqədə cinayətkar qrupun üzvlərindən olan qardaşı Təqsirləndirilən şəxs5 ***-***-**-** saylı telefonuna zəng edərək 44 saniyə danışmışdır) ilə tam təkzib olunmuşdur. Məhkəmə tərkibi eyni zamanda Təqsirləndirilən şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxs Ağdam rayonu, Üçoğlan kəndində Şahid6 məxsus evin otağında tutaraq döşəmənin üzərinə sərdiyi döşəyin üstünə yıxıb, sonuncuya fiziki zor tətbiq etməklə və yorğunluğu ilə əlaqədar müqavimət göstərmək iqtidarında olmadığı üçün köməksiz vəziyyətindən istifadə etməklə Zərərçəkmiş şəxs əynindəki paltarları zorla çıxararaq və ayaqları ilə sonuncunun aşağı ətraflarına fiziki qüvvə tətbiq edərək sıxıb Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmadığından dərəcəsi təyin olunmayan sağ və sol budların iç səthində qançırlar kimi xəsarətlər yetirməklə ayaqlarını bir-birindən ayırmasına nail olaraq gərginləşmiş xarici cinsiyyət üzvünü Zərərçəkmiş şəxs uşaqlıq yoluna zorla yeritməklə qızlıq pərdəsinin tamlığını pozub cinsi əlaqədə olmaqla yetkinlik yaşına çatmayan şəxsi zorlaması ilə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin faktiki halları, ekspert rəyi, eləcədə Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs ifadələri ilə Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs cinsi əlaqəda olmaqla sonuncunun qızlıq pərdəsinin tamlığının pozulması işin mübahisəsiz hallarıdır. Lakin Təqsirləndirilən şəxs1 həmin faktı mübahisələndirərək Zərərçəkmiş şəxs ilə könüllü olaraq cinsi əlaqədə olduqlarını bildirməklə, istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı dindirilərkən bir-biri ilə kəskin ziddiyyət təşkil edən müxtəlif məzmunlu ifadələr vermişdir. Belə ki, ibtidai istintaq zamanı ilkin ifadələrində Təqsirləndirilən şəxs1 hadisə günü Zərərçəkmiş şəxs ilə Şahid6 məxsus evin otağında gecə birlikdə qalarkən sonuncunun razılığı ilə cinsi əlaqəda olduğunu, bu zaman Rəksanənin uşaqlıq yolundan qan gəldiyini, ibtidai istintaq zamanı əlavə dindirilərkən, Zərərçəkmiş şəxs ilə hadisədən təxminən 10-15 gün əvvəl onların həyətində görüşəndə həyətlərindəki kolların üstünə yerə mələfə sərərək, sonuncunun razılığı ilə cinsi əlaqədə olub, cinsiyyət orqanından gələn spermanı onun uşaqlıq yoluna boşaltdığını, həmin vaxt Rəksanənin qızlıq bəkarəti pozulduğundan ondan qan gəlib mələfənin üzərinə töküldüyünü, əvvəlki məhkəmə baxışı zamanı hadisə günü Zərərçəkmiş şəxs ilə Şahid6 məxsus evin otağında gecə birlikdə qalarkən sonuncunun razılığı ilə cinsi əlaqəda olduğunu, məhkəmə istintaqı zamanı isə Zərərçəkmiş şəxs qaçırmamışdan iki-üç gün əvvəl onunla öz həyətlərində gündüz vaxtı ağacın yanında cinsi əlaqədə olduğunu bildirmişdir. Həmin ifadələrin də müqayisəli təhlilindən görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə cinsi əlaqəda olub, onun qızlıq pərdəsinin tamlığını pozması ilə bağlı hadisələrin yerində, tarixində və vaxtında birbiri ilə kəskin ziddiyyət təşkil edən müxtəlif məzmunlu ifadələr vermişdir. Təqsirləndirilən şəxs1 həmin ifadələri isə Zərərçəkmiş şəxs vermiş olduğu ifadələr, məhkəmə-tibbi ekspertizasının 30 may 2021-ci il tarixli 256 nömrəli rəyi ilə tam təkzib edilir. Zərərçəkmiş şəxs ifadələri ilə, sözügedən rəy üst-üstə düşməklə, sonuncunun bədənində sağ və sol budun iç səthində qançırlar aşkar edilməsi, bu xəsarətlərin küt təsirdən törənməsi, fiziki zor tətbiqi ilə cinsi əlaqə zamanı yarana bilməsi, yetirilmə müddətinin 25 may 2021-ci il tarixə uyğun gəlməsi, qızlıq pərdəsinin anatomik tamlığının pozulması, uzunsov formalı küt əşyanın, eləcə də gərginləşmiş kişi cinsiyyət üzvünün təsirindən pozula bilməsi və pozulma müddəti təzə olmaqla 25 may 2021-ci il tarixə uyğun gəlməsi kimi göstərilən ekspert rəyi ilə tam təsdiq edilir. Bundan başqa məhkəmə şahid qismində dindirilmiş Şahid6, Şahid7, Şahid8 və Şahid10 onların yaşadıqları evdə Zərərçəkmiş şəxs heç bir etiraz etməməsi, zorla qaçırılması barədə onlara heç bir söz deməməsi barədə ifadələrini sübut kimi qəbul etmir və onların bu ifadələrini özlərinə qarşı ifadə verməmək, törədilmiş cinayət hadisəsinə öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Eyni zamanda məhkəmə tərkibi Zərərçəkmiş şəxs tərəfindən yazılmış (özüm öz xoşumla istədiyim oğlanla gəlmişəm xayiş edirəm atam anam məni başa düşsünlər artıq söz söhbət lazım del) ərizədəki xüsusatlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələri Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığı bir dövrdə təqsirləndirilən şəxslər tərəfindən zorla qaçırılaraq, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3la birlikdə Ağdam rayonu, Üçoğlan kəndinə tanımadığı bir rayonda evə aparılaraq, ümumilikdə onu zorla qaçırmış beş nəfər təsirləndirilən şəxsin bilavasitə təsirində olmaqla, eləcə də Təqsirləndirilən şəxs2 təhdid və təzyiqləri nəticəsində öz iradəsinə zidd yazılmış fikirlər kimi qiymətləndirir. Əks halda Zərərçəkmiş şəxs artıq Bərdə rayonu, Otuzikilər kəndində polis əməkdaşları tərəfindən aşkar edilərək, anası və xalası ilə görüşdürülən zaman da özü könüllü gəlməsi barədə ərizədə göstərdiyi xüsusatları təsdiq edər, onun zorla qaçırılaraq, zorlanması barədə şikayət etməzdi. Bu hal zərərçəkmiş şəxsi hadisə zamanı dərhal dindirmiş və məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid14 da ifadəsi ilə tam təsdiq edilmişdir. Artıq bu hallar təqsirləndirilən şəxslərin yuxarıda təhlili aparılmış ifadələrinin həqiqəti əks etdirmədiyi qənaətinə gəlməyə əsas verir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı vermiş olduqları yuxarıda göstərilən ifadələrini inandırıcı saymayaraq belə hesab edir ki, onlar qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq məqsədi güdmüşlər. Məhkəmə həmin ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə əsl həqiqəti gizlətməklə cinayət məsuliyyətindən yayınmaq istəmələri məqsədilə verilmiş özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir, onların bu ifadələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspertiza rəyləri, telefon danışıqları məlumatları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.3 və 149.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 isə Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini həqiqətən də törətmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxslərin əməllərində onlara ayrı-ayrılıqda irəli sürülmüş hər bir ittiham öz təsdiqini tapmışdır. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri - məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.3 və 149.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 isə Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri müəyyən edilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.3 və 149.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 isə Azərbaycan Respublikası CMnin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, CM-nin 144.3 və 149.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri Təqsirləndirilən şəxs1, CM-nin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6və tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində onların hər biri onlara irəli sürülmüş ittiham üzrə təqsirlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 144.3 və 149.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 əməli isə Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsas yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.3 və 149.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 isə Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Göstərilən maddənin (CM-nin 41.2-ci maddəsi) məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almalarını cəzanı yüngülləşdirən hal kimi qəbul etsə də, işin faktiki halları və Şahid14 ifadəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə zamanı müstəntiq Şahid14 tərəfindən Bərdə rayonu, Otuzikilər kəndində sonuncular aşkar edildikdən və Zərərçəkmiş şəxs həmin vaxt zorla qaçırılması və zorlanması barədə şikayət etdiyindən Şahid14 tərəfindən artıq əməldə cinayət əlamətlərinin olması və Ağcabədi RPŞ-nə gəlməli olduqları barədə əvvəlcədən məlumatlandırıldıqdan, başqa sözlə məhz kənar təsirin nəticəsində təqsirləndirilən şəxslərin həmin günün səhəri Ağcabədi RPŞ-nə getmələri, Təqsirləndirilən şəxs6 isə ibtidai istintaq orqanına könüllü gəlib təqsirini boynuna alması barədə cinayət işi materiallarında hər hansı bir protokol tərtib edilmədiyindən, bu barədə iş materiallarında ümumiyyətlə heç bir sənədləşdirmə aparılmadığından onların könüllü gəlib təqsirlərini boynuna almaları kimi qiymətləndirilə bilməz və bu hal cəza təyini zamanı da yüngülləşdirici hal kimi nəzərə alınmamalıdır. Bundan başqa ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərin adam oğurluğu cinayətini alçaq niyyətlə törətmələrini CM-nin 61.1.6-cı maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qəbul etsə, məhkəmə hesab edir ki, hazırki cinayət əməli təqsirləndirilən şəxslər tərəfindən alçaq niyyətlə deyil, məhz Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə evlənmək niyyətilə törədilməsini nəzərə alaraq, cinayətin alçaq niyyələ törədilməsini ağırlaşdırıcı hal kimi qəbul etmir və cəza təyini zamanı nəzərə almır. İş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olması, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət əməlini törətməsini, “Vətən Müharibəsi”ndə aktiv döyüş əməliyyatlarında iştirak etməklə, medalla təltif edilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs3 əməlində CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 himayəsində üç azyaşlı uşağının olması, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs5 əməlində CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs6 himayəsində üç azyaşlı uşağının olması, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs6 əməlində CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 himayəsində iki azyaşlı uşağının olması, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs4 əməlində CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halların (Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 münasibətdə) və cəzanı ağırlaşdıran halın olmamasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, eləcədə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 ümumi cinayətkar məqsədin əldə edilməsindəki rolunun cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə müqayisədə daha az əhəmiyyətli olmasını nəzərə alaraq hesab edir ki, onlara təqsirləndirildikləri maddələrin sanksiyaları həddində yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 istisna olmaqla) həmin cəzanı çəkməlidirlər. Təqsirləndirilən şəxs1 bir neçə cinayətdə təqsirli bilindiyindən ona CM-nin 66.3-cü maddəsinə əsasən cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli 27 may 2021-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və onlar məhkəmə iclas zalında həbs olunmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, habelə cəzaçəkmə müddətlərinin əvvəli 22 may 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 27 may 2021-ci il tarixdən 29 may 2021-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət, Təqsirləndirilən şəxs5 isə 28 iyun 2021-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət onlara təyin edilmiş cəza müddətinə daxil edilməli, həmin müddətlər onlara təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, «Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qanunun yuxarıda şərh edilən tələbləri baxımından eləcə də, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, barələrində olan yüngülləşdirici halları, xüsusilə Təqsirləndirilən şəxs6 himayəsində üç azyaşlı uşağının olmasını, həmin uşaqlardan birinin isə xx.xx.2024-cü ildə doğulmaqla hələ iki aylıq olmasını, əri Təqsirləndirilən şəxs5 də hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs olmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, himayələrində olan üç azyaşlı uşağın isə eyni anda hər iki valideynlərinin himayəsindən məhrum olunmaqla, onların həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsində ciddi mərhumiyyətlərin yaranmasına gətirib çıxaracağını, Təqsirləndirilən şəxs4 isə himayəsində iki azyaşlı uşağının olmasını, uşaqlarından birinin isə “Epilepsiya” tez-tez təkrarlanan qıcolma tutmaları ilə daima müayinə və müalicə olunmasını, həmin uşağın bir başa ana qayğısına və qulluğuna ehtiyacının olmasını nəzərə almaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilmələri CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər, onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxslər barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs4 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, onu şərti məhkum etməklə, barələrində sınaq müddəti təyin etməklə cəzanı çəkmədən islah olunmalarını qanunvericiliyin tələbləri baxımından mümkün hesab edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs4 tətbiq edilən cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və təqsirləndirilən şəxslərin islah olunmasının mümkünlüyünü qiymətləndirərək, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. CM-nin 70.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs4 şərti məhkum edilərkən sınaq müddəti təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini dəyişdikdə bu barədə onların davranışına nəzarət edən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Onların davranışı üzərində nəzarətin həyata keçirilməsi müvafiq olaraq yaşayış yeri üzrə Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə və Ağdam Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Habelə, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddiaya gəldikdə isə məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdehlər Təqsirləndirilən şəxs1 onun xeyirinə 1 000 000 manat, digər cavabdehlərin hər birindən 500 000 manat məbləğin maddi və mənəvi zərər qismində tutulması ilə bağlı iddia tələbində maddi zərərin yalnız prokurorluq, polis orqanlarına, məhkəmələrə gediş gəliş üçün pul xərcləməli olması ilə bağlı əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd edilən Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, mülki iddia tələbi maddi zərərin tutulması hissəsində əsassızdır. Belə ki, iddiaçı ərizəsində maddi zərərin həcmini, hansı məbləğdə tərəfindən xərclərin ödənilməsini ümumiyyətlə əsaslandırmamış, eləcə də bu halı sübuta yetirə biləcək hər hansı bir mötəbər dəlili məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı Zərərçəkmiş şəxs tələb etdiyi vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Bu mənada, məhkəmə nəzərə alır ki, cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 tərəfindən yuxarıda göstərilən cinayət əməl(lər)ini törətmələri tam şəkildə sübuta yetirildiyindən həmin cinayət əməli nəticəsində vurulmuş mənəvi zərərin əvəzini ödəməyi iddiaçı tərəfindən tələb etmək hüququ da yaranmışdır. Mənəvi zərərin miqdarının müəyyənləşdirilməsi məsələsinə dair isə qeyd edilən Plenum qərarının 10-cu bəndində göstərilmişdir ki, bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətə layiq halları nəzərə alınmalı, eləcə də zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Plenum qərarındakı tövsiyələri rəhbər tutmaqla məhkəmə hesab edir ki, Rəksanənin Qasımovanın mülki cavabdehlər tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan zaman oğurlanması, bundan sonra Təqsirləndirilən şəxs1 tərəfindən zorlanması nəticəsində ona fiziki və mənəvi əzab və sarsıntılar verilmişdir. Həmin mənəvi əzab və sarsıntılar, yəni mülki iddiaçının cinayət törədilərkən yetkinlik yaşına çatmayan və qadın olması, oğurluq cinayəti nəticəsində müxtəlif rayonlara və evlərə aparılması, uzun müddət iradəsinə zidd təsirləndirilən şəxslərin psixi və fiziki təsiri altında saxlanılması, eyni zamanda zorlanması nəticəsində qızlıq pərdəsinin tamlığının pozulması, öz bəkarətini itirməsi, gələcək ailə həyatı qurmaq yönündə qarşılaşacağı milli dəyərlər baxımdan ciddi problemləri məhkəmə xüsusilə nəzərə alır. Göstərilən halların məcmusunu rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdehlərdən vurulmuş mənəvi zərərin əvəzi kimi Təqsirləndirilən şəxs1 20 000 (iyirmi min) manat, Təqsirləndirilən şəxs2 10 000 (on min) manat, Təqsirləndirilən şəxs3 2500 (iki min beş yüz) manat, Təqsirləndirilən şəxs5 2500 (iki min beş yüz) manat, Təqsirləndirilən şəxs4 1000 (bir min) manat və Təqsirləndirilən şəxs6 1000 (bir min) manat məbləğində pulun tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi hazırki mübahisənin halları baxımından vurulmuş mənəvi zərərin ağlabatan və ədalətli əvəzi kimi qəbul edilə bilər. İddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə götürülmüş və Lənkəran Ağır Cinayətlər Məhkəməsində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd idman tipli şalvar məhv edilməlidir. İş üzrə məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs6 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 144.3 və 149.2.3-cü (köhnə redaksiyada) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 144.3-cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 149.2.3-cü (köhnə redaksiyada) maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 may 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 may 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 27 may 2021-ci il tarixdən 29 may 2021-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 10 (on) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 22 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin X25 göndərilsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 28 iyun 2021-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həmin müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 10 (on) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 22 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin X25 göndərilsin. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs6 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs6 üzərinə yaşayış yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs6 davranışı üzərində nəzarətin həyata keçirilməsi Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 davranışı üzərində nəzarətin həyata keçirilməsi Ağdam Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Mənəvi zərər kimi mülki cavabdehlər Təqsirləndirilən şəxs1 20 000 (iyirmi min) manat, Təqsirləndirilən şəxs2 10 000 (on min) manat, Təqsirləndirilən şəxs3 2500 (iki min beş yüz) manat, Təqsirləndirilən şəxs5 2500 (iki min beş yüz) manat, Təqsirləndirilən şəxs4 1000 (bir min) manat və Təqsirləndirilən şəxs6 1000 (bir min) manat pul vəsaiti mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə götürülmüş və Lənkəran Ağır Cinayətlər Məhkəməsində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd idman tipli şalvar məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar