Məhkəmə qərarları › İş №1(099)-100/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-100/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-100/2023 30.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş hüquqi şəxslərin nümayəndəsi Zəkaryayev Şahid Aydın oğlunun, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1990-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Cəlilabad şəhəri, Ə.Rəhimov küçəsi, ev 39-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonunda yaşamış, barəsində 21 avqust 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı .İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri və xx xxxxxx 1996-cı ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Həsənabad qəsəbəsi, Z.Məcidov küçəsi, ev 2-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 8, mənzil 31-də yaşamış, barəsində 21 avqust 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.2,177.2.3, 177.2.4, 185.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 2022-ci ilin avqust ayının ortalarında qanunsuz yolla qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra həmin narkotik vasitə və psixotrop maddəni əldə etmələri üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən, şəxsiyyəti məlum olmayan şəxslə danışaraq sonuncunun dediyi yerdən narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlayıb daşıdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs1lə birlikdə satıb pulunu onunla böləcəkləri barədə sonuncu ilə razılaşmış, məlum olmayan tarixdə və vaxtda Cəlilabad rayonunun Ocaqlı kəndi ərazisində yerləşən üzərində 52 sayı yazılmış işıq dirəyinin yanına qoyulmuş külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmək üçün qabaqcadan razılaşdığı Təqsirləndirilən şəxs1lə birlikdə həmin əraziyə gəlib içərisində iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1305 qram və 1665 qram olmaqla, ümumi təmiz çəkisi 2970 qram külli miqdarda narkotik vasitə heroin, iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 450 qram və 790 qram olmaqla, ümumi təmiz çəkisi 1240 qram külli miqdarda narkotik vasitə tiryək, bir ədəd bağlamada təmiz çəkisi 835 qram külli miqdarda ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetamin, iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2830 qram və 2200 qram olmaqla, ümumi təmiz çəkisi 5030 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd torbanı Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla götürdüyü yerdən uzaqlaşmaq istəyərkən bir neçə addım kənara daşımış, 19 avqust 2022-ci ildə, saat 22 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerində Təqsirləndirilən şəxs1lə birlikdə saxlanılaraq rayon polis şöbəsinə gətirilib sonuncunun üzərində şəxsi axtarış aparılan zaman əldə etdikləri bir ədəd qara rəngli torbanın içərisindən iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1305 qram və 1665 qram olmaqla, ümumi təmiz çəkisi 2970 qram külli miqdarda xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 450 qram və 790 qram olmaqla, ümumi təmiz çəkisi 1240 qram külli miqdarda xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eyni olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, bir ədəd bağlamada təmiz çəkisi 835 qram külli miqdarda ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetamin, iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2830 qram və 2200 qram olmaqla, ümumi təmiz çəkisi 5030 qram külli miqdarda xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eyni olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün 02 may 2022-ci ildə saat 05 radələrində ünvan 1 ünvanında yerləşən MMC-nin ofisinin yanına gəlib, ətrafda olan şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra ofisin plastik materialından olan qapısının açarını yerdən götürdüyü və məlum olmayan dəmir parçası ilə sındırmaqla binaya qanunsuz daxil olaraq oradan 600 manat dəyərində 500 GB həcmli, “Hikvision” markalı videomüşahidə kamerasının yaddaş kartını-aparatını, yardımçı otaqda olan masanın siyirməsini açıb oradan 300 manat nağd pulu oğurlamış, yəni gizli olaraq talamış, siyirmədə avtomobilə məxsus açarların olduğunu görüb qeydiyyat şəhadətnaməsi ilə "xxxx" MMC-nin mülkiyyətində olan “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili oğurlamaq qərarına gəlmiş, açarları siyirmədən götürüb daxil olduğu qapıdan çıxdıqdan sonra ofisin həyətində dayanmış vəziyyətdə olan “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq ofisdən götürdüyü açarla işə salıb kirayə yaşadığı ünvan 2 ünvanına gətirib orada avtomobilin arxa və ön qeydiyat nömrə nişanlarını açıb yük yerində gizlətməklə iki gün müddətində yaşadığı ünvanda saxlayıb ələ keçirməklə həmin avtomobilin tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq götürülməsindən və bu əmlakın özünün xeyrinə yönəldilməsindən ibarət hərəkətlər edərək, qeydiyyat şəhadətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan ümumilikdə xeyli miqdar təşkil edən 15000 manat dəyərində 2020-ci il buraxılışlı, ağ rəngli, parça oturacaqlı, 63702 km yürüşlü, mühərrik həcmi 1485 sm3 XWBTF69V9LA050124 ban nömrəli, “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ümumilikdə 900 manat dəyərində əmlakı gizli talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanılmazdan 2 gün öncə iran vətəndaşı olan adını Mənsur kimi bildiyi şəxs ona vatsap vasitəsilə zəng edərək narkotik vasitələrin satışı ilə məşğul olmasını təklif etsə də bundan imtina etmiş, sonradan Mənsur adlı şəxs ona şəxsi istifadəsi üçün narkotik vasitə göndərəcəyini demiş, sonuncuya Cəlilabad rayonuna gedəcəyini demiş, Mənsur şəxsi istifadəsi üçün göndərəcəyi narkotik vasitəni 52 saylı nişanın yanına qoyduracağını demiş, 19 avqust 2022-ci ildə səhərə yaxın tanışı Fədailə həmkəndlisi, eləcə də birgə məhkumluq həyatı yaşadığı dostu Mahirin onları qonaq çağırması ilə bağlı Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Lökbatan dairəsindən taksiyə minərək Cəlilabad rayonu Ocaqlı kəndinə getmiş, yolda iranlı ilə vatsap vasitəsiə danışmış, 52 saylı nişanın yanına çatdıqda Fədailə düşüb həmin yerə baxmasını demiş, sonucu maşından düşməmiş 10 nəfər mülki geyimli polis əməkdaşları onları əhatəyə alıb saxlaaraq polis şöbəsinə aparmış, şöbədə videoçəkiliş aparılmaqla aşkar olunmuş 10 kiloqram narkotik vasitəyə baxış keçirilmiş, polis əməkdaşları onları 19 avqust 2022-ci ildə saxladıqdan sonra, günorta saatlarında şöbəyə aparmış, şöbədə MSY-nin jurnalına adları qeyd olunmamış, 18-19 avqust 2022-c il tarixlərdə heç kimə zəng etməmiş, yalnız səhər saatlarında Bakı şəhərindən çıxarkən dostu Mahirə zəng edərək yola düşqdüyünü bildirmiş, saxlanıldıqdan bir gün sonra üzərinə baxış keçirilmişdir. Cəlilabad rayonuna getməkdə məqsədi həmkəndlisi və birgə məhkumluq həyatı yaşadığı Mahirin onları qonaq dəvət etməsi olmuş, 10 kiloqram narkotik vasitədən məlumatı olmamış, Fədailin narkotik vasitə götürməsini görməmiş, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq edilərkən müəyyən olunur ki, ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayət əməli barəsində ətraflı ifadələr vermiş və ifadəsində göstərmişdir ki, 19 avqust 2022-ci ildə, saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1lə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Lökbatan dairəsi adlanan yerdən tasiyə minərək Cəlilabad rayonu istiqamətində yola düşmüş, Salyan rayonu ərazisinə az qalmış iran vətəndaşı Mənsur ona vatsap vasitəsilə zəng etmiş, sonuncuya Cəlilabad rayonuna getdiyini demiş, Mənsur onun üçün Cəlilabad rayonuna 10-15 paket narkotik vasitə qoyduracağını bildirmiş, sonuncu ilə razılaşmış, paketlərin hər birinin bir istifadəlik kimi başa düşmüş, yolda narkotik vasitə barəsində tanışı Fədailə demiş, Cəlilabad rayonu Ocaqlı kəndi ərazisinə çatmış, Fədaillə birlikdə kənd ərazisində piyada gəzməyə başlamış, Mənsurun dediyi kimi dirəyə yazılmış 52 saylı nişana yaxınlaşmış, Fədail ətrafı axtarmış, az keçmiş orada bir ədəd qara rəngli yekə torbanın olduğunu bildirmiş, sonuncu torbanı götürüb onun yanına gəlmiş, həmin vaxt 4 nəfər mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə üzərlərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərlənindən qanunsuz hər hansı bir əşya aşkar edilməmiş, şifahi sorğu zamanı iran vətəndaşı Mənsur adlı şəxsin narkotik vasitə göndərdiyini, bu barədə yolda gələn zaman tanışı Təqsirləndirilən şəxs1 bildirdiyini, Fədailin onunla razılaşdıqdan sonra birlikdə narkotik vasitələri götürməyə getdiklərini, narkotik vasitəni Fədail götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4, 185.1, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilərək Təqsirləndirilən şəxs2lə eyni məzmunlu ifadə verərək ifadəsində əlavə olaraq göstərmişdir ki, qeyd olunan çəkidə narkotik vasitədən xəbəri olmamış, yalnız yoda olarkən Salyan rayonu ərazisinə çatdıqda Təqsirləndirilən şəxs2 Cəliliabad rayonu ərazsində şəxsi istifadəsi üçün haradansa 2 qram narkotik vasitə götürəcəyini bilmiş, polis əməkdaşları qeyd olunan narkotik vasitəni saxlanıldıqdan 3 gün sonra onlara göstərmiş, Akşinlə bir yerdə narkotik vasitə qəbul etməmiş, narkotik vasitənin olduğu yeri bilməmiş, Cəlilabad rayonua qonaq çağırıldığı üçün getmişdir. 12 mart 2022-ci ildə taksi fəaliyyəti ilə məşğul olmaq üçün Bakı şəhərində yerləşən "xxxx" MMC-dən müqavilə əsasında gündəlik 25 manat ödəniş etmək şərtilə “Xəzər Lada” markalı **-PF-*** nömrə nişanlı avtomaşın götürmüş, sonucu dəfə avtomobili ofisdən götürərkən oradan videokamera götürmüş, həmin videokameranı istintaq zamanı qaytarmışdır. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq edilərkən müəyyən olunur ki, ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayət əməli barəsində Təqsirləndirilən şəxs2lə eyni məzmunlu ətraflı ifadələr vermiş və ifadəsində əlavə olaraq göstərmişdir ki, narkotik vasitədən yalnız Salyan rayonu ərazisinə çatdıqda məlumatı olmuş, bu işə Akşinlə aralarında olan yoldaşlıq münasibətinə görə razılaşmışdır. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün "xxxx" MMC-dən müqavilə əsasında günü 25 manat müqabilində götürmüş olduğu “Xəzər Lada” markalı **-PF-*** nömrə nişanlı avtomaşında nasazlıq olduğundan son bir həftənin kirayə pulunu ödəyə bilməmiş, ofisin Əlizamin adlı əməkdaşı ona zəng edərək özünün ofisin texniki problemlərinə məsul olduğunu deyərək maşını ofisə gətirməsini demiş, sonuncu ilə razılaşaraq avtomobili "xxxx" MMC-nin ofisinə aparmış, bir neçə nəfər əllərində mobil telefon ilə videoçəkiliş apararaq avtomaşını ondan almış, Əlizaminə əvvəlcədən ödəmiş olduğu 500 manat depozit pulu verməsini tələb etdikdə sonuncu həmin pula maşını təmir etdirəcəyini bildirərək pulu verməkdən imtina etmiş, 2 may 2022-ci ildə saat 05 radələrində "xxxx" MMC-nin ofisinə gedərək ofisin bayır tərəfdən olan plastik qapısının kilidini yerdən tapdığı dəmir parçası ilə sındırmış, içəriyə daxil olaraq masanın siyirməsindən “Ravon Nexia” markalı **-PH-*** nömrə nişanlı avtomaşının açarlarını eləcə də müdiriyyətin otağına keçərək pəncərinin yanından videomüşahidə kamerasının yaddaş blokunu oğurlamış, yaddaş blokunu oğurlamaqda məqsədi videoçəkilişin silinməsi olmuş, maşına əyləşərək birbaşa kirayə yaşadığı binanın qarşısında gələrək avtomobili orada saxlamışdır. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətməsini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin X1 baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazıki ifadəsində göstərmişdir ki, 19 avqust 2022ci ildə külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşımaqda şübhəli olan Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs2 şəxsiyyəti məlum olmayan bir nəfər şəxslə Cəlilabad rayonu ərazisinə daxil olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin gün gecə saatlarında Cəlilabad rayonunun Ocaqlı kəndi ərazisində adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 əlində torba tutub tələsik şəkildə Təqsirləndirilən şəxs2 tərəf getdiyini görmüş, həmin şəxslər saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə saxlanılan şəxslərin üzərinə şəxsi axtarış, torbaya isə baxış keçirilmiş, şəxsi axtarış zamanı saxlanılan şəxslərin üzərlərindən qanunsuz hər hansı bir əşya aşkar edilməmiş, torbaya baxış keçirilərkən içərisindən altı ədəd bağlanmış paket, bir ədəd plastik qab aşkar olunmuş, həmin paketlər açılıb içərisinə baxış keçirilən zaman iki ədəd paketdə narkotik vasitə qurudulmuş marixuanaya, iki ədəd paketdə narkotik vasitə heroinə, iki ədəd paketdə narkotik vasitə tiryəkə, bir ədəd plastik qabda psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələri və psixotrop maddələri tanışı Təqsirləndirilən şəxs2 əvvəlcədən razılaşdığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, bu barədə taksi ilə Cəlilabad rayonuna gələn zaman yolda Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının adını bilmədiyi vətəndaşı ilə danışan zaman bildiyini, ilkin olaraq Təqsirləndirilən şəxs2 etiraz etsə də, daha sonra onunla razılaşdığını, Təqsirləndirilən şəxs2 xahişi ilə işıq dirəyinin yanından narkotik vasitələri götürdüyünü bildirmiş, aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr qablaşıdırılıb götürülmüş, onların heç bir etirazı olmadan tərtib edilmiş protokol orada iştirak edən şəxslər tərəfindən imzalanmış, eləcə də təqsirləndirilən şəxslərə qarşı hər hansı bir təsir-təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, X7 və Şahid3 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, əmisi oğlu Təqsirləndirilən şəxs2lə münasibətləri yaxşı olmuş, 20 avqust 2022-ci ildə dostu Mirismayıl zəng edərək əmisi oğlu Akşinin 19 avqusta keçən gecə saat 03 radələrində tutulduğunu demiş, bu barədə əmisi, eləcə də əmisi qızı Lamiyəyə məlumat vermiş, sonuncu Akşini öz evindən Bolt xidmətindən taksi sifariş verməklə yola saldığını demiş, Akşin dostu Mahirin dəvəti ilə qonaq kimi Cəlilabad rayonuna getmiş, sonuncu rayonun Bədri kəndində yaşamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X4 şahid X8 ilə oxşar məzmunlu ifadə verərək ifadəsində əlavə olaraq göstərmişdir ki, qardaşı Akşin 18 avqust 2022-ci ildə Cəlilabad rayonuna qonaq getdiyini demiş, qardaşının Cəlilabad rayonuna getməsi Bolt şirkətindən taksi sifariş etmiş, Akşin saat 23:21-də evdən çıxmış, saat 00:05də sonucu telefonla zəng edərək Lökbatan dairəsinə çatdığını demiş, bundan sonra onunla əlaqə kəsilmiş, Akşinin Cəlilabad rayonuna kiminlə getməsi barədə məlumatı olmamış, sonuncunun telefonunun enerjisi olmadığından anasının telefonunu özü ilə götürmüşdür. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, oğlum Akşin bacısı Lamiyəyə Cəlilabad rayonuna gedəcəyini demiş, 19 avqust 2022-ci ildə qızı Lamiyə Akşinin 2 gündür şöbədə olmaqla tutulduğunu demiş, sonradan Akşinlə telefonla danışarkən sonuncu dostugilə qonaq gedərkən tutulduğunu demişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan kompleks məhkəmə - kimyəvi və məhkəmə - bioloji ekspertizasının 20 avqust 2022-ci il tarixli, 19/866 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlələr” sözlər və imzalar olan kisədəki 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1305 qram və 1665 qram olmaqla ümumi təmiz çəkisi 2970 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər, 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 450 qram və 790 qram olmaqla ümumi təmiz çəkisi 1240 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər, 1 ədəd bağlamada təmiz çəkisi 835 qram olan ağ rəngli kristalşəkilli maddə metamfetamindir, 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2830 qram və 2200 qram olmaqla ümumi təmiz çəkisi 5030 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eynidirlər. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 24 avqust 2022-ci il tarixli 2268 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət hadisəsi baş verən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hazırda da öz əməlinin faktiki xarakterini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 əqli intellektual imkanları normaya uyğundur. Eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs2 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 24 avqust 2022-ci il tarixli 2269 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət hadisəsi baş verən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırda da öz əməlinin faktiki xarakterini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 əqli intellektual imkanları normaya uyğundur. Ünsiyyətçilik, emosional sabitlik, məsuliyyətsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 cinayət hadisəsi törədərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 19/1140 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2020-ci il buraxılışlı, ağ rəngli, parça oturacaqlı, 63702 km yürüşlü, mühərrik həcmi 1485 sm3 XWBTF69V9LA050124 ban nömrəli, “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 15000,00 manat müəyyən edilir. Təqdim edilməyən “Hikvision” markalı, 500 GB həcmli videomüşahidə kamerasının yaddaş aparatının 2022-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 80,00 manat müəyyən edilir. İş materiallarında olan Cəlilabad rayon Mərkəzi xəstəxanası X14 08 sentyabr 2022ci il tarixli, PHŞ/6-32-2-2022-236 saylı məktubundan görünür ki, Qəniyev X3 RMX-nın polikinika şöbəsinin narkoloji və psixoloji kabinetində xəstə kimi qeydiyyatda yoxdur. İş materiallarında olan Neftçala rayon Mərkəzi xəstəxanası X14 14 sentyabr 2022-ci il tarixli, PHŞ/6-63-2-2022-184 saylı məktubundan görünür ki, Qəniyev X5 RMX-nın polikinika şöbəsinin narkoloji və psixoloji kabinetində xəstə kimi qeydiyyatda yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 22 avqust 2022-ci il tarixli 855 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 22 avqust 2022-ci il tarixli 857 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 bir daha istintaq zamanı vermiş olduğu ifadəsini əyani olaraq təsdiq edib 2 may 2022-ci ildə saat 05 radələrində Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinin bayır tərəfdən olan plastik qapısının kilidini yerdən tapdığı dəmir parçası ilə açmaqla qanunsuz olaraq binaya daxil olub oradan müdiriyyətin otağına keçərək pəncərinin yanından videomüşahidə kamerasının yaddaş blokunu masanın üzərindən açarları götürərək bayırda dayanmış vəziyyətdə olan “Ravon Nexia” markalı **-PH-*** nömrə nişanlı avtomaşını gizli olaraq taladığı yeri əyani göstərmişdir. İş materiallarında olan Giriş-çıxış və qeydiyyat” İAMAS-ın sərhədkeçmə altsistemi üzrə olan hesabatdan görünür kui, Təqsirləndirilən şəxs1 07 sentyabr 2019-cu ildə, saat 07:58:13-də Qırmızı Körpü DSBM-dən Azərbaycan Respublikasının Dövlət Sərhəddini keçib Gürcüstan Respublikasına getmiş, 09 sentyabr 2022-ci ildə, saat 02:40:12-də Qırmızı Körpü DSBM-dən keçərək Azərbaycan Respublikasına qayıtmışdır. Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə Azərbaycan Respublikasının Dövlət Sərhəddini keçməmişdir. İş materiallarında olan əməliyyat tapşrşığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə etdikləri şəxsin müəyyən edilməsi ilə bağlı əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin həmin şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. Mənsur adlı İran İslam Respublikası vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. İş materiallarında olan “baxış keçirilməsi haqqında” 02 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-nin ofisidir. Bu barədə müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan “avtomobilə baxış keçirilməsi haqqında” 03 may 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin ofisindən gizli yolla oğurlanmış “X15 R3” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomaşın ünvan 5 ünvanda aşkar edilmişir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 5(073)-181/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad rayon polis şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında 19 avqust 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan qərardan görünür ki, maddi sübut kimi tanınan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2969,8 qram narkotik vasitə heroin, qalıq çəkisi 1239,8 qram narkotik vasitə tiryək, qalıq çəkisi 5029,9 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 834,9 qram psixotrop maddə metamfetamin Cəlilabad rayon polis şöbəsində saxlanılır. Təqsirləndirilən şəxs2 saxlanılarkən üzərindən götürülmüş qızılı rəngli “Samsung J2” markalı **********44881 və **********44888 imei kodlu mobil telefon aparatı, eləcə də Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərindən götürülmüş “Samsunq” markalı mobil telefon Lənkəran Ağır Cinayətlər Məhkəməsində saxlanılır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan qərardan və qəbzdən görünür ki, “X15 R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil zərər çəkmiş hüquqi şəxsə qaytarılmışdır. İş materiallarında olan ərizədən görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri etirafedici, həmçinin şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları onun törətdiyi cinayət əməllərini təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdiyi ifadələrini düzgün, obyektiv, məntiqli və işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqında özlərinin müdafiəsi üçün dəlil gətirərək üzərlərində aşkar olunan narkotik vasitələrin və psixotrop maddələrin onlara məxsus olmadığını, narkotik vasitələrin və psixotrop maddələrin üzərlərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində təzyiqlərə məruz qaldıqlarından məcbur olub narkotik vasitələrin və psixotrop maddələrin özlərinə məxsus olmasını yalandan etiraf etdiklərini, müstəntiqə verdikləri ifadələrini təsdiq etmədiyini göstərmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özlərini müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onların ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Belə ki, Cəlilabad rayon məhkəməsinin 21 avqust 2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən sonuncular “narkotik vasitələrin və psixotrop maddələrin onlara məxsus olmadığını, narkotik vasitələrin və psixotrop maddələrin üzərlərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində təzyiqlərə məruz qaldıqlarından məcbur olub narkotik vasitələrin və psixotrop maddələrin onlara məxsus olmasını yalandan etiraf etdikləri” barədə məhkəməyə hər hansı formada fikir bildirməmiş, əksinə onlara verilən ittihamla razılaşaraq məhkəmədən barələrində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişlər. Həmçinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sellofan torbadan aşkar olunan narkotik vasitələr və psixotrop maddələrin onlara məxsus olmaması, narkotik vasitələrin və psixotrop maddələrin polis əməkdaşları tərəfindən tutulandan bir gün sonra onlara göstərilməsi, qeyd olunanların polis əməkdaşları tərəfindən üzərlərinə qoyulması ilə bağlı göstərdikləri xüsusatlar ibtidai istintaq zamanı özlərinin şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici izatat və ifadələri ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, eləcə də barələrində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə bu hal barədə heç bir fikir bildirməməsi, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılarkən təhqiqatçının suallarına cavab olaraq «bu barədə yol gələrkən Akşinin telefonda iranlı ilə danışarkən bildim» deməsinə müdafiəçisi «nə barədə bildin» sualına təqsirləndirilən şəxs ayağının yanında, içində narkotik vasitələr və psixotrop maddələr olan qara sellofan torbanı göstərərək - narkotik barədə yol gələrkən bildim deyərək cinayət hadiəsini etiraf edir, narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir fikir bildirməmişdir. Məhkəmə hesab edir ki, artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə icraatı zamanı verdikləri ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onların qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə, başqa sözlə onların cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə verdikləri etirafedici ifadələri ilə məhkəmə baxışında verdikləri ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdikləri etirafedici izahat və ifadələrini, həmçinin barələrində məhkəmədə həbs qətimkan tədbiri seçilərkən verilən ittihamlarla razılaşmalarını, eyni zamanda iş üzrə dindirilmiş şahidlərin məhkəməyədək və məhkəmə icraatı zamanı verdiyi təsdiqedici ifadələrini, keçirilmiş ekspertiza rəylərini, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, törətdikləri cinayət əməllərini etiraf etmələrinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə ittihamın təsdiqi üçün mötəbər sübutlar hesab edir. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin külli miqdar təşkil etməsi, şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin barələrində narkotik vasitələrin satışı ilə bağlı məlumatlarının olması göstərilən narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə satış məqsədi ilə əldə olunması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, qeyd edilən Plenumun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışının çıxışlar mərhələsində dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərkən Təqsirləndirilən şəxs2 elan edilmiş Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2ci maddəsindən, Təqsirləndirilən şəxs1 elan edilmiş CM-in 32.5, 206.3.2, 177.2.2, və 185.1-ci maddələrindən imtina etdiyini bildirmiş, Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs1 isə CM-in 177.2.3, 177.2.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiya həddində cəzalandırılmalarını məhkəməyə təklif etmiş və məhkəmə dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq bu barədə qərar qəbul etmişdir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək Təqsirləndirilən şəxs2 əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs1 isə əməlləri CM-in 177.2.3, 177.2.4, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır və hesab edir ki, onlar həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs1 əməlləri CM-in 177.2.3, 177.2.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər CM-in yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 CM-in 177.2.3, 177.2.4, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. Məhkəmə cinayət qanunvericiliyinin tələbini nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldıqları müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, onlara təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində tutulduqları gündən, yəni 19 avqust 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 21 avqust 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 19 avqust 2022-ci ildən hesablanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 31 oktyabr 2012-ci il tarixli hökmlə ona təyin olunmuş cəzanın çəkilmə müddəti 31 oktyabr 2020-ci ildə başa çatsa da, onun törətdiyi əməl “ağır” cinayət hesab olunduğundan məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra 6 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu 31 oktyabr 2026cı ildə başa çatmalı olduğu halda, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməllərini 19 avqust 2022-ci ildə törətmişdir, yəni cinayəti məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş dövrdə törətmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətməsi Azərbaycan Respublikası CMin 18.2.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Qəniyev X3 şəhəri, Ə.Rəhimov küçəsi, ev 39-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonunda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Qəniyev X5 rayonu, Həsənabad qəsəbəsi, Z.Məcidov küçəsi, ev 2-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 8, mənzil 31-də yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal cinayətin təhlükəli residivi olmasıdır. Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2969,8 qram narkotik vasitə heroin, qalıq çəkisi 1239,8 qram narkotik vasitə tiryək, qalıq çəkisi 5029,9 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 834,9 qram qalmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, Lənkəran Ağır Cinayətlər Məhkəməsində saxlanılan və Təqsirləndirilən şəxs2 götürülmüş qızılı rəngli “Samsung J2” markalı **********44881 və **********44888 imei kodlu mobil telefon aparatı, eləcə də Təqsirləndirilən şəxs1 götürülmüş “Samsunq” markalı mobil telefon aparatı onların yaxın qohumuna qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınan “X15 R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınmalı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s.müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Qeyd edilənlərlə yanaşı, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 115 (yüz on beş) manat hər birindən 57 (əlli yeddi) manat 50 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM- 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 19 avqust 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CMin 177.2.3, 177.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti cəza 11 (on bir) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 19 avqust 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2969,8 qram narkotik vasitə heroin, qalıq çəkisi 1239,8 qram narkotik vasitə tiryək, qalıq çəkisi 5029,9 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 834,9 qram qalmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsində saxlanılan və Təqsirləndirilən şəxs2 götürülmüş qızılı rəngli “Samsung J2” markalı **********44881 və **********44888 imei kodlu mobil telefon aparatı, eləcə də Təqsirləndirilən şəxs1 götürülmüş “Samsunq” markalı mobil telefon aparatı onların yaxın qohumuna qaytarılsın. İş üzrə maddi sübut kimi tanınan “Ravon Nexia R3” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınsın, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 115 (yüz on beş) manat hər birindən 57 (əlli yeddi) manat, 50 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev

2. Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar