Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-100/2024 07.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri, Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X15, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, X19, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Nümayəndə və müdafiəçi Bakı şəhəri, 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları, xx xxxxxx 1959-cu ildə Ağcabədi rayonu, Üzeyirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Avşar Ərazi Dairəsi, Avşar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 182.2.2, 182.2.4, 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünün cinayətkar məqsəd və niyyətini əvvəldən pərdələmək, gələcəkdə özü ilə Zərərçəkmiş şəxs8 arasındakı sövdələşmə faktı üzrə guya mülki hüquqi öhdəlik münasibəti təəssüratının yaradılmasına nail olmaq üçün Zərərçəkmiş şəxs8 ondan faiz qazancı ilə birgə qaytarmaq şərti ilə 2.500 manat pulu borc olaraq istəməsi ilə bağlı müraciətindən istifadə edib sonuncuya həmin pul vəsaitini vermək üçün Zərərçəkmiş şəxs8 girov qismində əmlak təqdim etməli olduğunu təklif edib, həmçinin Zərərçəkmiş şəxs8 götürəcəyi borc pulu gələcəkdə tam olaraq qaytaracağı halda girova qəbul etdiyi ona məxsus əmlakı Zərərçəkmiş şəxs8 geri qaytaracağına dair yalan vədlər verib sonuncunun inam və etibarını qazandıqdan sonra 2012-ci ilin aprel ayının ortalarında tanışı Şahid4 yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs8 məxsus ümumilikdə dəyəri 5.500 manat təşkil edən 01 ədəd 2.000 manat dəyərində 23 qram çəkidə 583 əyarlı sarı rəngli Rusiya istehsalı olan qadın qızıl boyunbağını, 01 ədəd 1.000 manat dəyərində 12 qram çəkidə 583 əyarlı sarı rəngli Rusiya istehsalı olan 01 cüt qadın boyunbağını, 01 ədəd 500 manat dəyərində 08 qram çəkidə 583 əyarlı sarı rəngli Rusiya istehsalı olan qadın üzüyünü, 01 cüt 2.000 manat dəyərində 15 qram çəkidə 750 əyarlı ağ rəngli İtaliya istehsalı olan qadın üzük və sırğa dəstindən ibarət xeyli miqdarda əmlakı girov qismində saxlanca qəbul etmək adı ilə ələ keçirməklə Zərərçəkmiş şəxs8 2.500 manat pulu borc adı ilə təqdim edib vermiş, bundan sonrakı ötən dövr ərzində Zərərçəkmiş şəxs8 ona müxtəlif məbləğlərdə pulu qaytarmasına baxmayaraq, sonradan sonuncunun maddi imkansızlığı ilə əlaqədar aylıq ödənişi həyata keçirə bilməməsini yalandan bəhanə göstərməklə dələduzluq niyyəti ilə istifadə edib, sonuncuya məxsus 5.500 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirməklə Zərərçəkmiş şəxs8 ümumilikdə xeyli miqdarda 5.500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünün cinayətkar məqsəd və niyyətini əvvəldən pərdələmək, gələcəkdə özü ilə X19 arasındakı sövdələşmə faktı üzrə guya mülki hüquqi öhdəlik münasibəti təəssüratının yaradılmasına nail olmaq üçün Edelya Əliyevanın ondan faiz qazancı ilə birgə qaytarmaq şərti ilə 1.000 manat pulu borc olaraq istəməsi ilə bağlı müraciətindən istifadə edib sonuncuya həmin pul vəsaitini vermək üçün Edelya Əliyevanın girov qismində əmlak təqdim etməli olduğunu təklif edib, sonuncunun götürəcəyi borc pulu gələcəkdə tam olaraq qaytaracağı halda girov qismində təqdim edilən əşyanı geri qaytaracağına dair yalan vəd verib Edelya Əliyevanın inam və etibarını qazandıqdan sonra sonuncunun ona aylıq faizlərini ödəmək üçün təqdim etdiyi aylıq ödənişlərin olunduğu bir ədəd plastik bank kartını əldə etdikdən sonra Edelya Əliyevaya 2014-cü ilin fevral ayının əvvəllərində Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsində yerləşən həmin dövrdə “Əli Firması” adı ilə fəaliyyət göstərən mağazanın qarşısında 1.000 manat, həmin ayın ortalarında eyni ünvanda əlavə olaraq 400 manat olmaqla ümumilikdə 1.400 manat pulu borc adı ilə təqdim edib vermiş, bundan sonrakı ötən dövr ərzində Edelya Əliyevanın maddi imkansızlığı ilə əlaqədar aylıq ödənişi həyata keçirə bilməməsindən, həmçinin Edelya Əliyevanın yenidən faiz qismində pul istəməsindən istifadə edərək Edelya Əliyevaya köməklik edəcəyinə, guya onu düşdüyü çıxılmaz vəziyyətdən xilas etmək üçün ona əlavə 5.000 manat pul vəsaiti verə biləcəyinə inandırıb Edelya Əliyevanı təsir altına salaraq sonuncunun mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsini satmasını təklif edib ümumilikdə ona ödəməli olduğu pul borcunu ödəyəcəyi təqdirdə qeyd edilən yaşayış sahəsindən ibarət daşınmaz əmlakını yenidən özünə qaytaracağına dair yalan vəd verib Edelya Əliyevanı buna inandıraraq sonuncunun adına tam mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi əsasında ona məxsus olan 30.000 manat dəyərində yaşayış sahəsini xx.xx.2014-cü il tarixdə Ağcabədi rayon notariat kontorunda öz adına rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi ilə Edelya Əliyevadan satın almağa nail olaraq sonuncuya məxsus 30.000 manat dəyərində yaşayış sahəsindən ibarət əmlakını ələ keçirməklə sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünün cinayətkar məqsəd və niyyətini əvvəldən pərdələmək, gələcəkdə özü ilə Zərərçəkmiş şəxs7 arasındakı sövdələşmə faktı üzrə guya mülki hüquqi öhdəlik münasibəti təəssüratının yaradılmasına nail olmaq üçün Zərərçəkmiş şəxs7 ondan faiz qazancı ilə birgə qaytarmaq şərti ilə 4.000 manat pulu borc olaraq istəməsi ilə bağlı müraciətindən istifadə edib sonuncuya həmin pul vəsaitini vermək üçün Zərərçəkmiş şəxs7 girov qismində əmlak təqdim etməli olduğunu təklif edib, həmçinin Zərərçəkmiş şəxs7 götürəcəyi borc pulu gələcəkdə tam olaraq qaytaracağı halda girova qəbul etdiyi ona məxsus əmlakı Zərərçəkmiş şəxs7 geri qaytaracağına dair yalan vədlər verib sonuncunun inam və etibarını qazandıqdan sonra 2015-ci ilin iyun ayının ortalarında tanışı Şahid4 yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs7 məxsus ümumilikdə dəyəri 6.000 manat təşkil edən 01 ədəd 2.000 manat dəyərində 22 qram çəkidə 583 əyarlı sarı rəngli Rusiya istehsalı olan qadın qızıl boyunbağını, 1.300 manat dəyərində 09 qram çəkidə 583 əyarlı sarı rəngli Rusiya istehsalı olan 01 cüt sırğa-üzük dəstindən, 01 ədəd 1.100 manat dəyərində 08 qram çəkidə 750 əyarlı sarı rəngli İtaliya istehsalı olan 01 cüt sırğa-üzük dəstindən, 01 ədəd 800 manat dəyərində 03 qram çəkidə 750 əyarlı ağ rəngli İtaliya istehsalı olan qadın qolbaqdan və 800 manat dəyərində 08 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qadın üçün qızıl sırğadan ibarət xeyli miqdarda əmlakı girov qismində saxlanca qəbul etmək adı ilə ələ keçirməklə Zərərçəkmiş şəxs7 4.000 manat pulu borc adı ilə təqdim edib vermiş, bundan sonrakı ötən dövr ərzində Zərərçəkmiş şəxs7 ona müxtəlif məbləğlərdə pulu qaytarmasına baxmayaraq, sonradan Zərərçəkmiş şəxs7 maddi imkansızlığı ilə əlaqədar aylıq ödənişi həyata keçirə bilməməsini yalandan bəhanə göstərməklə dələduzluq niyyəti ilə istifadə edib, sonuncuya məxsus 6.000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirməklə Zərərçəkmiş şəxs7 ümumilikdə xeyli miqdarda 6.000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədilə özünün cinayətkar məqsəd və niyyətini əvvəldən pərdələmək, gələcəkdə özü ilə Zərərçəkmiş şəxs1 arasındakı sövdələşmə faktı üzrə guya mülki hüquqi öhdəlik münasibəti təəssüratının yaradılmasına nail olmaq üçün Zərərçəkmiş şəxs1 ondan faiz qazancı ilə birgə qaytarmaq şərti ilə 7000 manat pulu borc olaraq istəməsi ilə bağlı müraciətindən istifadə edib sonuncuya həmin pul vəsaitini vermək üçün Zərərçəkmiş şəxs1 girov qismində əmlak təqdim etməli olduğunu təklif edib, həmçinin Zərərçəkmiş şəxs1 götürəcəyi borc pulu gələcəkdə tam olaraq qaytaracağı halda girova qəbul etdiyi ona məxsus əmlakı geri qaytaracağına dair yalan vədlər verib sonuncunun inam və etibarını qazandıqdan sonra 2016-cı ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs1 yaşadığı Ağcabədi şəhəri, N.Nərimanov küçəsi, ev 75 ünvanında ona məxsus ümumilikdə dəyəri 10.000 manat təşkil edən 01 ədəd 4.200 manat dəyərində 38 qram çəkidə 700 əyarlı ağ rəngli İtaliya istehsalı olan qızıl boyunbağını, 01 ədəd 2.300 manat dəyərində 18 qram çəkidə 700 əyarlı ağ rəngli İtaliya istehsalı olan qızıl boyunbağını, 01 ədəd 800 manat dəyərində 07 qram çəkidə 700 əyarlı sarı rəngli İtaliya istehsalı olan qızıl boyunbağını, 01 ədəd 700 manat dəyərində 06 qram çəkidə 700 əyarlı ağ rəngli İtaliya istehsalı olan kişi üçün qızıl üzüyü, 01 cüt 600 manat dəyərində 03 qram çəkidə 700 əyarlı İtaliya istehsalı olan qadın üçün qızıl sırğanı, ümumilikdə 1200 manat dəyərində hər biri 600 manatlıq və 04 qram çəkidə olan 583 əyarlı sarı rəngli Rusiya istehsalı olan 02 ədəd qadın üçün qızıl üzükləri, 01 ədəd 200 manat dəyərində 02 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qızıl klondan ibarət xeyli miqdarda əmlakı girov qismində saxlanca qəbul etmək adı ilə ələ keçirməklə Zərərçəkmiş şəxs1 7000 manat pulu borc adı ilə təqdim edib vermiş, bundan sonrakı ötən dövr ərzində Zərərçəkmiş şəxs1 2016-cı ilin aprel ayından 2017-ci ilin may ayınadək cəmi 12 ay ərzində hər ay 700 manat olmaqla ona ümumilikdə 8.400 manat məbləğində pulu qaytarmasına baxmayaraq, sonradan Zərərçəkmiş şəxs1 maddi imkansızlığı ilə əlaqədar aylıq ödənişi həyata keçirə bilməməsindən dələduzluq niyyəti ilə istifadə edib, bu məqsədlə sonuncunun aylıq ödənişini davam etdirməyəcəyi və həmin tarixə 8300 manat məbləğində borclu hesab etdiyinə görə həmin borcunu ödəməyəcəyi halda Zərərçəkmiş şəxs1 guya onun 20.000 manat pul borc götürməsi barədə əvvəldən yazmış olduğu qəbzə əsasən ona qarşı 20.000 manat pul tələbi iddiası ilə məhkəmə orqanına müraciət edəcəyini, hətta girov qismində təqdim etdiyi qızıl əşyalarının geri qaytarılmayacağını bildirib Zərərçəkmiş şəxs1 təsir altına salmaqla, guya onu düşdüyü çıxılmaz vəziyyətdən xilas etmək üçün ona əlavə pul vəsaiti verə biləcəyi barədə aldadaraq bunun üçün mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 20.55 kvadratmetr sahəli qeyri-yaşayış sahəsini 10.000 manata satmasını təklif edib ümumilikdə 18.300 manat pul borcunu ödəyəcəyi təqdirdə özündə saxladığı qızıl-zinət əşyalarını və qeyd edilən qeyriyaşayış sahəsindən ibarət daşınmaz əmlakını yenidən özünə qaytaracağına dair yalan vəd verib Zərərçəkmiş şəxs1 buna inandıraraq sonuncunun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, **********33-06301-083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi əsasında ona məxsus olan ümumi sahəsi 20.55 kvadratmetr sahəli qeyri-yaşayış sahəsini 05 iyun 2017ci il tarixdə Ağcabədi rayon notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs1 satın almağa nail olaraq sonuncuya məxsus 10.000 manat dəyərində qızıl-zinət əşyalarından və 20.000 manat dəyərdə qeyri-yaşayış sahəsindən ibarət əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdarda 30.000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 2017-ci ilin avqust ayında, Zərərçəkmiş şəxs1 mülkiyyətində olan «Aygün» şirniyyat evinin arxa hissəsində ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini özbaşına hasarlamaqla tutaraq həmin torpaq sahəsi üzərində eni 03 metr, uzunluğu 09 metr, hündürlüyü isə 4,80 metr olmaqla özbaşına tikinti və quraşdırma işləri aparıb Zərərçəkmiş şəxs1 torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünün cinayətkar məqsəd və niyyətini əvvəldən pərdələmək, gələcəkdə özü ilə Zərərçəkmiş şəxs10 arasındakı sövdələşmə faktı üzrə guya mülki hüquqi öhdəlik münasibəti təəssüratının yaradılmasına nail olmaq üçün Zərərçəkmiş şəxs10 ondan faiz qazancı ilə birgə qaytarmaq şərti ilə 1.200 manat pulu borc olaraq istəməsi ilə bağlı müraciətindən istifadə edib sonuncuya həmin pul vəsaitini vermək üçün Zərərçəkmiş şəxs10 girov qismində əmlak təqdim etməli olduğunu təklif edib, həmçinin Zərərçəkmiş şəxs10 götürəcəyi borc pulu gələcəkdə tam olaraq qaytaracağı halda girova qəbul etdiyi ona məxsus əmlakı geri qaytaracağına dair yalan vədlər verib sonuncunun inam və etibarını qazandıqdan sonra 2016-cı ilin dekabr ayının əvvəllərində tanışı Şahid4 yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs10 məxsus ümumilikdə dəyəri 6.000 manat təşkil edən 01 ədəd 1.800 manat dəyərində 25 qram çəkidə 583 əyarlı sarı rəngli Rusiya istehsalı olan üzərində qızıl klon olan qadın boyunbağını, 01 ədəd 900 manat dəyərində 15 qram çəkidə 583 əyarlı sarı rəngli Rusiya istehsalı olan qadın qolbağını, 2.000 manat dəyərində 583 əyarlı sarı rəngli Rusiya istehsalı olan 05 cüt qadın sırğa-üzük dəstlərini, 1.300 manat dəyərində 583 əyarlı sarı rəngli Rusiya istehsalı olan 03 ədəd kişi üzüklərindən ibarət xeyli miqdarda əmlakı girov qismində saxlanca qəbul etmək adı ilə ələ keçirməklə Zərərçəkmiş şəxs10 1.200 manat pulu borc adı ilə təqdim edib vermiş, bundan sonrakı ötən dövr ərzində Zərərçəkmiş şəxs10 ona müxtəlif məbləğlərdə pulu qaytarmasına baxmayaraq, sonradan sonuncunun maddi imkansızlığı ilə əlaqədar aylıq ödənişi həyata keçirə bilməməsini yalandan bəhanə göstərməklə dələduzluq niyyəti ilə istifadə edib, sonuncuya məxsus 6.000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirməklə Zərərçəkmiş şəxs10 ümumilikdə xeyli miqdarda 6.000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünün cinayətkar məqsəd və niyyətini əvvəldən pərdələmək, gələcəkdə özü ilə Zərərçəkmiş şəxs2 arasındakı sövdələşmə faktı üzrə guya mülki hüquqi öhdəlik münasibəti təəssüratının yaradılmasına nail olmaq üçün Zərərçəkmiş şəxs2 ondan faiz qazancı ilə birgə qaytarmaq şərti ilə 15.000 manat pulu borc olaraq istəməsi ilə bağlı müraciətindən istifadə edib sonuncuya həmin pul vəsaitini vermək üçün Zərərçəkmiş şəxs2 girov qismində daşınmaz əmlak təqdim etməli olduğunu təklif edib, həmçinin Zərərçəkmiş şəxs2 götürəcəyi borc pulu gələcəkdə tam olaraq qaytaracağı halda girova qəbul etdiyi həmin daşınmaz əmlakı ona geri qaytaracağına dair yalan vədlər verib sonuncunun inam və etibarını qazandıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, **********98-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi əsasında Zərərçəkmiş şəxs2 məxsus tam mülkiyyət hüququ üzrə Ağcabədi şəhəri, C.Cabbarlı küçəsi, ev 2 ünvanında yerləşən ümumi sahəsi 227 kvadratmetr olan fərdi yaşayış evini, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, **********98-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi əsasında Zərərçəkmiş şəxs2, sonuncunun arvadı Şahid8 və övladı X4 birgə mülkiyyət hüququ üzrə məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.0501 hektar torpaq sahəsinin 08 avqust 2017-ci il tarixdə Ağcabədi rayon notariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs2, Şahid8 və Leyla Səfərəliyeva tərəfindən qardaşı Şahid3 satılmasına nail olaraq Zərərçəkmiş şəxs2 məxsus 100.000 manat dəyərində həmin daşınmaz əmlakı ələ keçirməklə Zərərçəkmiş şəxs2 külli miqdarda 100.000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünün cinayətkar məqsəd və niyyətini əvvəldən pərdələmək, gələcəkdə özü ilə Zərərçəkmiş şəxs9 arasındakı sövdələşmə faktı üzrə guya mülki hüquqi öhdəlik münasibəti təəssüratının yaradılmasına nail olmaq üçün Zərərçəkmiş şəxs9 ondan faiz qazancı ilə birgə qaytarmaq şərti ilə 500 manat pulu borc olaraq istəməsi ilə bağlı müraciətindən istifadə edib sonuncuya həmin pul vəsaitini vermək üçün Zərərçəkmiş şəxs9 girov qismində əmlak təqdim etməli olduğunu təklif edib, həmçinin Zərərçəkmiş şəxs9 götürəcəyi borc pulu gələcəkdə tam olaraq qaytaracağı halda girova qəbul etdiyi ona məxsus əmlakı Zərərçəkmiş şəxs9 geri qaytaracağına dair yalan vədlər verib sonuncunun inam və etibarını qazandıqdan sonra 2017-ci ilin avqust ayının ortalarında tanışı Şahid4 yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs9 məxsus ümumilikdə dəyəri 5.500 manat təşkil edən 01 ədəd 2.500 manat dəyərində 40 qram çəkidə 583 əyarlı sarı rəngli Rusiya istehsalı olan qadın qızıl boyunbağını, 2.000 manat dəyərində 25 qram çəkidə 583 əyarlı sarı rəngli Rusiya istehsalı olan 01 cüt qadın sırğaüzük dəstini, 01 ədəd 600 manat dəyərində 12 qram çəkidə 583 əyarlı sarı rəngli Rusiya istehsalı olan qadın üzüyünü, 01 cüt 400 manat dəyərində 08 qram çəkidə 583 əyarlı sarı rəngli Rusiya istehsalı olan qadın sırğa dəstindən ibarət xeyli miqdarda əmlakı girov qismində saxlanca qəbul etmək adı ilə ələ keçirməklə Zərərçəkmiş şəxs9 300 manat pulu borc adı ilə təqdim edib vermiş, bundan sonrakı ötən dövr ərzində Zərərçəkmiş şəxs9 ona müxtəlif məbləğlərdə pulu qaytarmasına baxmayaraq, sonradan sonuncunun maddi imkansızlığı ilə əlaqədar aylıq ödənişi həyata keçirə bilməməsini yalandan bəhanə göstərməklə dələduzluq niyyəti ilə istifadə edib, sonuncuya məxsus 5.500 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirməklə Zərərçəkmiş şəxs9 ümumilikdə xeyli miqdarda 5.500 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünün cinayətkar məqsəd və niyyətini əvvəldən pərdələmək, gələcəkdə özü ilə Zərərçəkmiş şəxs5 arasındakı sövdələşmə faktı üzrə guya mülki hüquqi öhdəlik münasibəti təəssüratının yaradılmasına nail olmaq üçün Zərərçəkmiş şəxs5 ondan faiz qazancı ilə birgə qaytarmaq şərti ilə 8.000 manat pulu borc olaraq istəməsi ilə bağlı müraciətindən istifadə edib sonuncuya həmin pul vəsaitini vermək üçün Zərərçəkmiş şəxs5 girov qismində əmlak təqdim etməli olduğunu təklif edib, həmçinin Zərərçəkmiş şəxs5 götürəcəyi borc pulu gələcəkdə tam olaraq qaytaracağı halda girova qəbul etdiyi ona məxsus əmlakı Zərərçəkmiş şəxs5 geri qaytaracağına dair yalan vədlər verib sonuncunun inam və etibarını qazandıqdan sonra 2018-ci ilin may ayının sonlarında tanışı Şahid4 yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs5 məxsus ümumilikdə dəyəri 8.000 manat təşkil edən 01 ədəd 2.000 manat dəyərində 31 qram çəkidə 750 əyarlı ağ rəngli İtaliya istehsalı olan qızıl qolbağını, 01 cüt 2.000 manat dəyərində 15 qram çəkidə 750 əyarlı ağ rəngli İtaliya istehsalı olan sırğa-üzük dəstini, 01 cüt 2.900 manat dəyərində 25 qram çəkidə 750 əyarlı ağ rəngli İtaliya istehsalı olan qızıl sırğa, qolbaq və boyunbağı dəstini, 01 ədəd 600 manat dəyərində 13 qram çəkidə 583 əyarlı sarı rəngli Rusiya istehsalı olan qolbağı və 01 cüt 500 manat dəyərində 10 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan qadın üçün qızıl sırğa və klon dəstindən ibarət xeyli miqdarda əmlakı girov qismində saxlanca qəbul etmək adı ilə ələ keçirməklə Zərərçəkmiş şəxs5 4.000 manat pulu borc adı ilə təqdim edib vermiş, bundan sonrakı ötən dövr ərzində Zərərçəkmiş şəxs5 2018-ci ilin aprel ayından 2019-cu ilin may ayınadək cəmi 12 ay ərzində hər ay 400 manat olmaqla ona ümumilikdə 4.800 manat məbləğində pulu qaytarmasına baxmayaraq, sonradan Zərərçəkmiş şəxs5 maddi imkansızlığı ilə əlaqədar aylıq ödənişi həyata keçirə bilməməsini yalandan bəhanə göstərməklə dələduzluq niyyəti ilə istifadə edib, sonuncuya məxsus 8.000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirməklə Zərərçəkmiş şəxs5 ümumilikdə xeyli miqdarda 8.000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünün cinayətkar məqsəd və niyyətini əvvəldən pərdələmək, gələcəkdə özü ilə Zərərçəkmiş şəxs11 arasındakı sövdələşmə faktı üzrə guya mülki hüquqi öhdəlik münasibəti təəssüratının yaradılmasına nail olmaq üçün Zərərçəkmiş şəxs11 ondan faiz qazancı ilə birgə qaytarmaq şərti ilə 4.000 manat pulu borc olaraq istəməsi ilə bağlı müraciətindən istifadə edib sonuncuya həmin pul vəsaitini vermək üçün Zərərçəkmiş şəxs11 girov qismində əmlak təqdim etməli olduğunu təklif edib, sonuncunun götürəcəyi borc pulu gələcəkdə tam olaraq qaytaracağı halda girova qəbul etdiyi həmin daşınmaz əmlakı ona geri qaytaracağına dair yalan vədlər verib sonuncunun inam və etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs11 məxsus “Vaz 21074 minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili 09 yanvar 2019-cu il tarixdə Ağcabədi rayon notariat kontorunda baş etibarnamə ilə rəsmiləşdirərək tanışı Zərərçəkmiş şəxs3 satılmasına nail olaraq Zərərçəkmiş şəxs11 məxsus 6.500 manat dəyərində avtomobilini ələ keçirməklə sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünün cinayətkar məqsəd və niyyətini əvvəldən pərdələmək, gələcəkdə özü ilə Zərərçəkmiş şəxs12 arasındakı sövdələşmə faktı üzrə guya mülki hüquqi öhdəlik münasibəti təəssüratının yaradılmasına nail olmaq üçün Zərərçəkmiş şəxs12 ondan faiz qazancı ilə birgə qaytarmaq şərti ilə 1.500 manat pulu borc olaraq istəməsi ilə bağlı müraciətindən istifadə edib sonuncuya həmin pul vəsaitini vermək üçün Zərərçəkmiş şəxs12 girov qismində əmlak təqdim etməli olduğunu təklif edib, sonuncunun götürəcəyi borc pulu gələcəkdə tam olaraq qaytaracağı halda girova qəbul etdiyi həmin daşınmaz əmlakı ona geri qaytaracağına dair yalan vədlər verib sonuncunun inam və etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs12 məxsus “Vaz 2107 minik” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili 29 mart 2019-cu il tarixdə Ağcabədi-Ağdam yolunun 10-cu kilometrliyinin Ağcabədi rayonu, Hüsülü kəndinin ərazisində yerləşən Daxili İşlər Nazirliyinin BDYPİ-nin 6 saylı rayonlararası qeydiyyatimtahan və texniki baxış şöbəsində öz adına rəsmiləşdirilməsinə nail olaraq Zərərçəkmiş şəxs12 məxsus 3.500 manat dəyərində avtomobili ələ keçirməklə sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə özünün 2015-ci ildən qeyri-rəsmi nikah münasibətində yaşadığı Zərərçəkmiş şəxs3 ilə əvvəllər müxtəlif tarixlərdə və vaxtlarda sonuncunun könüllü razılığı əsasında cinsi əlaqədə olma faktlarını, eləcə də cinsi əlaqə zamanı Zərərçəkmiş şəxs3 lüt vəziyyətdə bədən nahiyələrini öz mobil telefon aparatı vasitəsi ilə gizli fotoçəkiliş etməklə sonradan həmin fotoşəkilləri öz cinayətkar niyyətini həyata keçirmək üçün özündə saxlamış, 2021-ci ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs3 ilə aralarındakı münasibətlər pozulduqdan sonra məzmunu və yayılması Zərərçəkmiş şəxs3 üçün rüsvayedici xarakter daşıyan həmin fotoşəkilləri Ağcabədi şəhərində aralarındakı söhbətlər zamanı Zərərçəkmiş şəxs3 nümayiş etdirməklə qeyd edilən fotoşəkilləri sonuncunun ailə üzvlərinə göstərəcəyi, habelə internet üzərindən sosial şəbəkələrdə yayacağı və ictimaiyyət arasında onu rüsvay edəcəyi barədə 2021-ci ilin noyabr ayının əvvəllərində Ağcabədi şəhərində aralarındakı danışıqlar zamanı Zərərçəkmiş şəxs3 hədə-qorxu gələrək təsir altına salıb onda qorxu hissi yaratmağa nail olduqdan sonra məzmunu rüsvayedici xarakter daşıyan həmin fotoşəkillərin özü tərəfindən yayılmaması müqabilində Zərərçəkmiş şəxs3 xeyli miqdarda 50.000 manat pul tələb etmiş, nəticədə 2021-ci ilin dekabr ayının əvvəllərində özünün ünvan 7 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs3 1.500 manat, 2021-ci ilin dekabr ayının ortalarında həmin ünvanda 500 manat, 2021-ci ilin dekabr ayının sonlarında həmin ünvanda 2.000 manat, 2022-ci ilin yanvar ayının ortalarında həmin ünvanda 500 manat, 2022-ci ilin fevral ayının əvvəllərində həmin ünvanda 2.500 manat, 2022-ci ilin mart ayının sonlarında həmin ünvanda 3.000 manat pul almaqla Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 10.000 manat məbləğində pulu təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə özünün cinayətkar məqsəd və niyyətini əvvəldən pərdələmək, gələcəkdə özü ilə X16 arasındakı sövdələşmə faktı üzrə guya mülki hüquqi öhdəlik münasibəti təəssüratının yaradılmasına nail olmaq üçün Sahib Hüseynova ondan faiz qazancı ilə birgə qaytarmaq şərti ilə 2.000 manat pulu borc olaraq istəməsi ilə bağlı müraciətindən istifadə edib sonuncuya həmin pul vəsaitini vermək üçün Sahib Hüseynova girov qismində əmlak təqdim etməli olduğunu təklif edib, sonuncunun götürəcəyi borc pulu gələcəkdə tam olaraq qaytaracağı halda girova qəbul etdiyi həmin daşınmaz əmlakı ona geri qaytaracağına dair yalan vədlər verib sonuncunun inam və etibarını qazandıqdan sonra Sahib Hüseynova məxsus “Vaz 2106 minik” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə Ağcabədi rayon notariat kontorunda baş etibarnamə ilə rəsmiləşdirərək öz adına satılmasına nail olaraq Sahib Hüseynova məxsus 4.000 manat dəyərində avtomobili ələ keçirməklə sonucuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə, yaxın şəxsi tanışlıq münasibətində olduğu Zərərçəkmiş şəxs4 özünün lüt vəziyyətdə bədən nahiyələrinə aid fotoşəkillərini mobil telefonla “whatsapp” ani mesajlaşma mübadilə sistemi proqramı vasitəsi ilə ona göndərməsinə və sonuncuya aid həmin fotoşəkilləri ələ keçirməyə nail olduqdan sonra öz cinayətkar niyyətini həyata keçirmək üçün qeyd edilən fotoşəkilləri özündə saxlamış, Zərərçəkmiş şəxs4 ilə aralarındakı münasibətlər pozulduqdan sonra məzmunu və yayılması Zərərçəkmiş şəxs4 üçün rüsvayedici xarakter daşıyan həmin fotoşəkilləri Ağcabədi şəhərində aralarındakı söhbətlər zamanı Zərərçəkmiş şəxs4 nümayiş etdirməklə qeyd edilən fotoşəkilləri sonuncunun ailə üzvlərinə göstərəcəyi, habelə ictimaiyyət arasında yayıb onu rüsvay edəcəyi barədə 2022-ci ilin may ayında Ağcabədi şəhərində aralarındakı danışıqlar zamanı Zərərçəkmiş şəxs4 hədə-qorxu gələrək təsir altına salıb onda qorxu hissi yaratmağa nail olduqdan sonra məzmunu rüsvayedici xarakter daşıyan həmin fotoşəkillərin özü tərəfindən yayılmaması müqabilində Zərərçəkmiş şəxs4 xeyli miqdarda 10.000 manat pul tələb etmiş, nəticədə 2022-ci ilin may ayının sonlarında sonuncunun yaşadığı ünvan 8 ünvanının qarşısında Zərərçəkmiş şəxs4 1.000 manat məbləğində pulu təkrar hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 ilə aralarında iş birliyi olmuşdur. Bir gün Aygün ona zəng edərək bir mağaza olduğunu, həmin mağazanı götürüb birlikdə işlətmələrini demişdir. Onlar Mürvətin mağazasına gedib baxmış, hətta mağazanın arxasında olan yeri də qiymətləşərək almışlar. Aygünlə hər cür alver etmişdir. O, 2 dəfə həbs olunmuşdur, həbsdə olduğu müddətdə Aygün mağazadan xaladelnik və televizoru satıb pulunu yemişdir. Aygünlə aralarının pozulmasına səbəb onu Aygünün onun arxasından iş görməsi olmuşdur. Aygun bir gün ona zəng vuraraq Ukraynadan bir ailənin gəldiyini, həmin ailəyə kirayə ev vermək lazım olduğunu demiş, o həmin şəxslərlə görüşərək evdə olarkən Aygünün onlara zəng vuraraq başqa kirayə evin olmasını, həmin evi onlara verəcəyini demiş, lakin Elyazın bundan xəbərinin olmamasını bildirmişdir. O Aygünə zəng vuraraq nə səbəbə onu aldatmasını, onun arxasınca iş gördüyünü deyib aralarında mübahisə olmuşdur. Səhərisi günü mağaza gəlmiş, lakin Aygün işə gəlməmiş, araları pozulmuşdur. Aygün 10 gün sonra onun yanına gələrək onu işdən çıxarmamasını, yalvarmış, sonra mağazanı ona satmasını xahiş etmişdir. Mağazadan mallarını götürmüşdür. Sonra onu Ağcabədi RPŞ-nə çağıraraq güya Aygünə hədə-qorxu gələrək ondan pul tələb etməsini demişlər. Sonra Telli, Mürvət və Cəmilənin ondan şikayət etməsini eşitmişdir.Prokurorluq tərəfindən araşdırılma aparılsa da işə xitam verilmişdir. O, tutulandan sonra 50.000 manat pul vermişdir, zərərçəkmiş şəxslər şikayət etdikləri üçün onun pulu qaytarılmışdır. Təqsirləndirilən şəxs digər zərərçəkmiş şəxslərə münasibətdə isə ifadəsində bildirmişdir ki, həmin şəxslərə borc pul vermiş, bəziləri borcu qaytarmadığına görə məhkəməyə iddia ilə müraciət edərək onun xeyrinə məhkəmə qətnamələri qəbul olunmuşdur. Hər hansı bir şəxsə məxsus torpaq sahəsini zəbt etməmişdir. Zərərçəkmiş şəxs2 evini onun qardaşı Novruz pul müqabilində almış, həmin alqı satqının ona aidiyyəti yoxdur. Zərərçəkmiş şəxslərin ona pul borcu olduğuna görə onu şərləyirlər. Heç bir günahı olmadığına görə ona bəraət verilməsini xahiş edir. Məhkəmə baxışında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2014-cü ilin sonlarında maddi vəziyyəti ilə bağlı təcili pul lazım olduğundan haradan pul tapacağım barədə maraqlanmış və Təqsirləndirilən şəxs adında bir nəfərin sələmə pul verdiyini öyrənmiş, həmin şəxs Ağcabədi rayonu, Avşar kəndində yaşamış və onun yaşadığı evə gedərək ondan ona 4.000 manat pul verməsini istəmişdir. Aralarında olan razılaşmaya əsasən Elyazdan 4.000 manat pul götürməklə aylıq ona 400 manat faiz pulu verəcəyi barədə razılaşmışlar. Bu zaman ondan qeyd olunan məbləğdə pulu almasına dair qəbz vermiş və ona aylıq ödənişləri verməyə başlamışdır. Lakin sonradan maddi imkansızlıqdan sələmi ödəyə bilməmiş və aylıq olaraq borcları çoxalmağa başlamışdır. "xxxx" MMC-də ümumilikdə 7.000 manata yaxın pul almışdır. Bundan əlavə özü 1.000 manat düzəldib ümumilikdə 8.000 manat pulu bankın binasında Elyaza vermişdir. Bundan sonra Elyaz həyat yoldaşının olmadığını, ona maddi və mənəvi dəstək olmaq istədiyini, onunla dini qaydada kəbin kəsdirmək istədiyini bildirmişdir. Bundan sonra 2017-ci ilin may ayının ortalarında Beyləqan rayonundan iki nəfər molla gətirib kəbin kəsdirmişdir. Bundan sonra onlar birlikdə yaşamağa başlamışlar. Təxminən bir neçə ay aralarında yaxşı münasibətlər olsa da, sonradan Elyaz onunla kobud danışmağa və onunla görüşməməyə başlamış, bunu səbəbi barədə soruşan zaman o, özünün işlərində problemlər olduğunu, lazım olan adamların yanında onun tərəfini saxlamağını, lazım olsa kimisə üzünə durub onun dediyi sözləri təsdiq etməyini tələb etməyə başlamışdır. İlk başlarda onunla razılaşmamış, bu zaman Elyaz ona hədə-qorxular gəlməyə başlamışdır. İlk dəfə Elyaz 2021-ci ilin noyabr ayının əvvəlində ona işlədikləri ünvan 9 ünvanında olan özünün ofisində onu yanına çağıraraq onda olan lüt şəkillərini göstərmiş, bu zaman şəkillər barədə ondan soruşduqda Elyaz həmin şəkillərin ona aid olduğunu, ona ümumilikdə 50.000 manat manat pul verməyəcəyi təqdirdə onları sosial şəbəkələrdə yayacağını, həmçinin həmin şəkilləri onun xəbəri olmadan çəkdiyini qeyd etmişdir. Ondan bu hərəkətləri etməməyi, onların dini nigahda olduqlarını desə də, Elyaz sözünə məhəl qoymayaraq təkidlə ondan pul istəmişdir. Qızı və oğlunun taleyi korlanmasın deyə məcbur qalıb ona bir qədər pul verəcəyini bildirmiş, ilk dəfə 2021-ci ilin dekabr ayının əvvəllərində işlədiyi Elyazın ofisində ona 1.500 manat, həmin ayın ortalarında həmin yerdə 500, həmin ayın sonlarında 2.000 manat, 2022-ci ilin yanvar ayının ortalarında 500 manat, fevral ayının əvvəllərində 2.500 manat və 2022-ci ilin mart ayının sonlarında 3.000 manat pulu həmişəki yerdə ona vermişdir. Sonuncu dəfə pulu Elyaza verən zaman ondan şəkilləri silməyini, onların uzun müddət aralarında yaxşı münasibətlərin olmasını əsas gətirərək artıq pul istəməməsini demişdir. Lakin Elyaz ilk başlarda guya şəkilllərini sildiyini desə də, həmin günün səhərisi yenə onu işlədiyi ofisə çağıraraq şəkillərin yenə də olduğunu demiş və ona göstərməyə başlamışdır. Şəkillərə baxıb onun qarşısında diz çöküb ağlayaraq ondan şəkilləri silməsini istəmiş, bu zaman Elyaz əlavə 40.000 manat pul verməli olduğunu, pulun müqabilində özünə məxsus olan ünvan 10 ünvanında yerləşən evi onun adına keçirməyini istəmiş, əks halda şəkilləri sosial şəbəkələrə, qaynanasina, övladlarına, qardaşına və onu tanıyan hərkəsə göstərəcəyini bildirmişdir. Artıq Elyazın dediyi pulu verə bilməyəcəyini dərk edərək, bu barədə şikayət ərizəsi vermiişdir. Təqsirləndirilən şəxs ümumilikdə 10.000 manat pul vermiş, ona dəyiş ziyn ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini istəyir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə qızı nişanlandığı üçün ona pul lazım olmuş, faizə pul götürmək üçün gedib Təqsirləndirilən şəxs müraciət etmişdir. 3.000 manat pul götürməsi kimi qəbzə imza etməklə Elyazdan 2000 manat sələmə pul götürmüş. Bundan başqa onunla birlikdə gedən Cəmiləyə onun üçün zamin durmasını tapşırmış və Cəmiləyə də güya Elyazdan 3.000 manat pul götürməsi kimi qəbz yazdırmışdır. Hər ay faiz olaraq Elyaza 160 manat pul ödəməyə başlamışdır. Pul ödəyən zaman isə heç bir qəbz yazılmamış, Elyaz gəlib onun yaşadığı evin qarşısında pulu götürüb getmişdir. Müəyyən aylar pul ödəməkdə çətinlik çəkdiyi üçün Elyaz onunla danışaraq onu ələ almağa çalışmış və köməklik edəcəyini demişdir. Elyaz ondan onun üçün çılpaq bir şəklini göndərməsini xahiş etmiş, artıq bu sıxıntılardan bezdiyi, həm də ona inandığı üçün ona “whatsapp” proqram təminatı vasitəsilə qurşaqdan yuxarı çılpaq şəkil göndərmişdir. Lakin həmin şəkildə üzü düşməmiş, əli ilə sinəsini tutub şəkil çəkib göndərmişdir. Bir müddət onunla telefon vasitəsilə əlaqə saxlamış və ona intim münasibət təklif etmiş, onunla intim münasibətdə olmasa da, bir müddət mobil telefonla onunla danışıb yazışmışdır. Sonradan Elyaz onu telefonunda olan lüt şəkilləri ilə hədələyərək ondan 1000 manat pulu tələb etmiş, o da rayonda rüsvay olmamaq üçün həmin pulu toplayaraq Elyaza vermişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, 2012-ci ilin noyabr ayında ağır xəstə olduğu üçün pul lazım olduğundan Ağcabədi şəhər sakini Şahid4 vasitəsilə Avşar kənd sakini Təqsirləndirilən şəxs yanına getmişdir. Elyaz, 10 faizlə 2500 manat sələmə pul vermək üçün girova qızıl istəmişdir. O da özünə məxsus qızıl-zinət əşyalarını Sahibənin yanında Elyaza vermişdir. Elyaz, 2500 manat pula dair borc kimi qəbz yazdırmış, pulunu ödəyəcəyi təqdirdə qızılları qaytaracağını demişdir. O da inanıb, pulun sələmini hər ay özü götürmək üçün özünə aid maaş kartını və mərhum atası X6 pensiya kartını Elyaza vermişdir. Elyaz, təxminən üç il atasının kartından hər ay 230 manat olmaqla 8000 manatdan çox pul çıxarmışdır. O, 3 ildən sonra Elyaza 2500 manat pulun müqabilində 8000 manat pul çıxardığını deyib, satıb 2500 manatını, yəni, pulun əsas hissəsini ödəməsi məqsədilə qızıllarını verməsini istədikdə Elyaz, sələmi tam ödəmədiyi üçün qızılları çoxdan satdığını bildirmiş, səsini çıxarsa, onu tutduracağını deməklə hədə-qorxu gəlmiş, Sahibə də Elyazın dediklərini təsdiq etmişdir. O, qızıllarını istədikdə Elyaz, onun yazdığı qəbzə görə onu məhkəməyə vermiş, məhkəmə vasitəsilə də hər ay maaşından tutulmaqla 2500 manat pulu almışdır. Beləliklə, Elyaz cəmi 2500 manat sələmə götürdüyü pulun əvəzinə 11000 manata yaxın pulunu almış, üstəlik 5500 manat dəyərində qızıllarını satıb ələ keçirmişdir. Elyazdan şikayətmidir, ona dəymiş ziyanın qaytarılmasını istəyir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ünvan 11 ünvanında yaşayır, O, qaldığı evin həyətində 24 kvadrat metr ölçüldə mağaza tikib oranı da işlətmiş, mağazanı icarəyə verib, aylıq icarə haqqı alaraq dolanışıqlarını təmin etmişdir. 2016-cı ildə anasının xəstəliyi ilə əlaqədar 7000 manat pul lazım olduğu üçün sələmə pul götürmək qərarına gəlmişdir. O, Şahid4 vasitəsilə Təqsirləndirilən şəxs yanına getmiş, həmin vaxt Elyaz pul götürmək üçün girov istədikdə o, mağazası olduğunu, lakin sənədlərinin hazır olmadığını bildirmişdir. Elyaz isə sənədi olmadığına görə başqa girov istəmişdir. Belə olduqda o, Elyaza 83 qram qızılı olduğunu deyib, qızılı öz evində Elyaza göstərmişdir. Elyaz qızıla 4000 manat verə biləcəyini deyib, həm qızılları, həm də 20000 manat götürməsi barədə ona qəbz verməsini istəmişdir. O, Elyaza qızılların dəyərinin 10000 manat olduğunu, yadigar olduğu üçün satmaq istəmədiyini dedikdə Elyaz, narahat olmamasını, pulu qaytaranda qızıllarını verəcəyini, qəbzi də cırıb tullayacacını bildirmişdir. O da inanıb, özünə məxsus olan qızıllarını həm də guya Elyazdan 20000 manat borc götürməsi barədə qəbz yazıb Elyaza vermişdir. Bundan sonra, 2016-cı ilin mart ayında Təqsirləndirilən şəxs yaşadığı Avşar kəndində Elyaz ona 10 faiz sələmi ilə 7000 manat pul vermişdir. Daha sonra, o, bir ilə yaxın - təxminən 8000 manat sələm pulunu Elyaza vermişdir. Sonra iki ay sələmini verə bilməmiş, Elyaz qapıya gələndə pulu və sələmini ödəmək imkanı olmadığını demişdir. Həmin vaxt Elyaz mağazanı girov qoymasını, yoxsa onu məhkəməyə verib 20000 manatı alacağını, qızıllarının batacağını demişdir. Həmin vaxtlarda o, təxminən 35.000 manat dəyərində olan mağazanın sənədini düzəltmiş və mağazanı satmağı fikirləşmişdir. Elyaz, ona mağazanı girov qoyub, 10000 manat pul faizə təklif edərək, pulları qaytaranda mağaza ilə birlikdə qızılları da qaytaracağını vəd etdikdə o, razılaşmışdır. Bundan sonra, notariusa gedəndə Elyaz, girov mümkün olmadığını, mağazanı adına alqı-satqı eədəcəklərini, pulu qaytaranda mağazanı onun adına rəsmiləşdirəcəyini bildirmişdir. O, öüzənə məxsus mağazanı Təqsirləndirilən şəxs adına alqı-satqı etmiş, mağazanın onun adına alqı-satqı etdiyi günə dair 18300 manat Elyaza verəcəyi olmuşdur. O, mağazaya müştəri tapıb Elyazın pulunu verəcəyini, qalan pulu da özünün ehtiyacı üçün xərcləyəcəyini fikirləşmişdir. Lakin, müştəri tapa bilməmişdir. Elyaz hamıya mağazanı aldığını demişdir. Mağazanı girov kimi Elyaza verəndən sonra ümumilikdə 5-6 ay, hər ay 1200, 1300 manat olmaqla götürdüyü 17000 manat pulun təxminən 8000 manata kimi pulu ödəmişdir. Elyaz guya ona güzəşt etmiş, faizi 7-8 faizə saldığını demişdir. O, ödənişi çatdıra bilmədiyini görüb, Elyazın yanına gedərək satıb pulun əsas hissəsindən ödəməsi məqsədilə qızıllarını istədikdə Elyaz, qızılları çoxdan satdığını demişdir. O, iradını bildirəndə, əgər səsini çıxartsa onu yazdığı 20000 manat qəbzə görə məhkəməyə verib onu tutduracağı ilə hədələmişdir. Elyaz, onun mağazasını Aygünə vermiş, Aygün orada şirniyyat evi açmışdır. Hələ bu azmış kimi Elyaz, mağazanın arxa tərəfindən ona məxsus 40 kvadrat metr obyektini də zəbt etmiş, oraya mebellərini yığır, pulun 25-30 min manata yaxın sələmi şişdiyini deyib, oranı da ona verməsini tələb etmişdir. Sonradan o, Elyazın tutulduğunu eşidib, o da polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona 10.000 manat dəyərində qızıl-zinət əşyalarından və 20.000 manat dəyərdə qeyri-yaşayış sahəsindən ibarət əmlakını ələ keçirməklə ona ümumilikdə 30.000 manat ziyan vurmmuşdur. Məhkəmədən ona dəymiş ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, 2016-cı ildə arvadı Xatirənin xəstəliyi ilə əlaqədar pul lazım olmuşdur. Tanışı Sahibənin vasitəsilə Elyazla görüşmüş, Elyaz da 7 faizlə 15000 manat pulu vermək üçün girova ev istəmişdir. O, ünvan 12 ünvanda evi olduğunu dedikdən sonra Elyaz evə baxmış və pul verməyə razılaşmışdır. Elyaz notariusda evi Elyazın qardaşı Novruzun adına alqı-satqı etdirmiş, Elyaz bank vasitəsilə 15000 manat pul köçürmüş, amma ona 13000 manat pul verilmiş, 2000 manat vergi və rüsuma tutulduğu deyilmişdir. Rəsmiləşmədən sonra o, 13000 manat pulu bankdan və 2000 manat pulu Elyazdan əlbəəl götürmüşdür. O, Elyazla danışdıqları kimi hər ay 1200 manat olmaqla 7 faizdən 15000 manat pulun sələmini 3 ay ödəmiş, həmin pulu bacısı oğlu Nicatla da göndərmişdir. Sonradan Elyazdan sələmə götürdüyü pulu qayatarmaq imkanı olmamışdır. Qardaşı Sadiq, Ukrayna Respublikasında ağır yol qəzası keçirmiş, başından ağır xəsarət almış, başları Sadiqə qarışmışdır. Bir qədər sonra qardaşı Sadiqlə məsləhətləşib, Elyazın pulunu verib evlərini qaytarmağı qərara almışlar. Elyaz onun evini kirayəşinlərə vermişdir. Həmin vaxtlarda Eyvaz, dəfələrlə kirayəşinlərin yanına gedib onları evdən çıxarmaq istəmiş, onlara hədə-qorxu gəlmiş, sonda polisin əli ilə o şəxsləri evdən çıxarmışdır. Kirayəşinlər bir aylıq kirayənin pulunu onlara vermiş, iki ayını isə Elyaz gəlib onlardan almış, həmin pulu sələmin pulundan çıxacağını desə də onu aldatmışdır. 01 mart 2018-ci il tarixdə bacısı oğlu X17 adına Kapital bank ASC-dən 11000 manat kredit götürüb həmin pulu qardaşı Sadiq, yeznəsi Rüstəm, tanışı Vaqif, bacısı Şahid6, Yeganənin kürəkəni Elmirlə birlikdə bacısıgildə Elyazı çağırtdırıb söhbət etmişlər. Onlar, həmin pulu evi öz adlarına keçirmək üçün əldə etsələr də Elyaz, razılaşmamış, pulun faizini ödəmədikləri üçün 6000 manat faizə çıxmış, 5000 manatı da götürdüyü 15000 və 2000 manat vergi pulunu da onun üstünə yazıb 17000 manatdan çıxaraq, 12000 manat borcu qaldığını bildirmişdir. Amma əslində onun Elyazdan götürdüyü pulun üstündən heç 7 ay keçməmişdir. O, 14600 manat pul verdiyi halda, Elyaz əlavə 12000 manat da tələb etmişdir. Sonradan Elyazın həmin evi 40000 manata Rövşən kimi tanıdıqları Dilavər adlı şəxsə satdığını eşitmişlər. O, bunu biləndə narazılıq etmiş, buna etiraz olaraq Novruzla aralarında bağlanmış onu aldatdığı alqı-satqı müqaviləsinin ləğv edilməsinə görə məhkəməyə iddia vermiş, Ağcabədi rayon məhkəməsi onun iddiasını təmin etməmişdir. Hazırda işə Şirvan Apelyasiya Məhkəməsində baxılır. Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə 100.000 manat maddi ziyan vurulmuş, ona dəymiş ziyan ödənilməmişdir. Ona dəymiş ziyanın ödənilməsini istəyir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, 2014-cü ildə onun həyat yoldaşı Şahid2 əməliyyat olunmalı olduğuna görə pul lazım olmuş, o, da 2015-ci ilin yay aylarında Ağcabədi şəhər sakini Şahid4, Sevinci əməliyyat etdirmək üçün 4000 manat pul lazım olduğunu demişdir. Sahibə isə tanışı Elyazın faizə pul verdiyini bildirmiş, məcbur olub Sahibənin təklifi ilə razılaşmış və həyat yoldaşı Sevincə aid 2000 manat dəyərində boyunbağını, o birilərini dəqiq qiymətini bilmədiyi dəyərdə olan 2 dəst üzük-sırğanı, bir ədəd qolbağını və bir ədəd sırğanı Ağcabədi şəhərində Sahibənin evində qızı Zenfiranın yanında Elyazla Sahibəyə vermiş, Elyaz qızılları götürüb çəkəndən sonra 4000 manat pul dəyərində qiymətləndirib 5 faizlə ona sələmə pul vermişlər. O, yoldaşı Sevinci əməliyyat etdirmiş, 5-6 ay onların faizini vermiş, sonra atası rəhmətə getmiş, atasının qırxı çıxmamış bacısı rəhmətə getmiş, Elyaz sələmi şişirdib 8000 manat pul tələb etmiş, qızılları sələmin yerinə satdıqlarını demişlər. O, Elyaza təxminən 2000 manatdan çox pul ödəmişlər. Buna narazılıqlarını bildirəndə Elyaz və Sahibə, onu və ailə üzvlərini hədələyib, onları içəri basdırıb, ailəlikcə məhv edəcəklərini demişlər. Elyaz, onun cəmi bir ədəd 4000 manata yazdığı qəbzdən əlavə onun və yoldaşı Sevincin adından saxta qəbzlər hazırlayıb onu rayon məhkəməsinə vermiş, məhkəmə yolu ilə 2016-cı ildə ona 10 sutka inzibati həbs verdirmişdir. Elyaz hətta onun həyat yoldaşı Sevincə də 2019cu ildə 10 sutka inzibati həbs verməklə onları qorxudub avtomobilini və yaşayış evini satdırmış, qorxularından onların pulunu vermişlər. Hətta o, iki dəfə, birinci dəfə 2016-cı ildə Sahibənin evinin qarşısında, ikinci dəfə isə 2019-cu ilin sonlarına yaxın, Sevinc həbs olunmamışdan 2-3 gün əvvəl özünü yandırmaqla özünə qəsd etmiş, onun qəsd etməsinə rayon prokurorluğunda baxmışlar. Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə qızılzinət əşyaları ilə birlikdə 6000 manat maddi ziyan dəymişdir. Ona dəyiş ziyanın ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs X7 hüquqi varisi qismində tanınaraq dindirilmiş X13 ifadəsində bildirmişdir ki, mərhum atası Sahib Hüseynova pul lazım olduğu üçün ona məxsus olan VAZ-2106 markalı, ** BN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili hər ay 170 manat faizi ödənilməklə Təqsirləndirilən şəxs adına alqı-satqı etməklə 1700 manat pulu Təqsirləndirilən şəxs sələm kimi almışdır. Avtomobil Təqsirləndirilən şəxs adına rəsmilləşdirilsə də, avtombili qardaşı Rahib idarə etmişdir. Atası 2 ay - hər ay Elyaza 170 manat götürdükləri pulun sələmini vermiş, 3-cü ay sələmin pulunu bir az gecikdirəndə Elyaz polisə ərizə verərək dəqiq tarixini xatırlmadığı vaxtda, Rahib avtomobili idarə edəndə polislər saxladıb avtomobili polisə gətirərək Elyaza vermişlər. Elyaz 4000 manat pul verməsələr avtomobili verməyəcəyini demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Sonra Elyazın onlar kimi çoxlu insanları aldadıb tutulmasını eşidəndə polis şöbəsinə gələrək bu barədə şikayət ərizəsi vermişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən onlara 4000 manat maddi ziyan dəymişdir. Məhkəmədən ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində bildirmişdir ki, fərdi əməklə məşğuldur, pal-paltar satmaqla ailəsinə çörək pulu qazanır. 2019-cu ilin yanvar ayında etdiyi alverdə bir az çətinliyi yarandığından tanışı İlhamın vasitəsi ilə Təqsirləndirilən şəxsla əlaqə saxlamış, özünə məxsus 6500 manat dəyərində olan avtomobili Aygünün adına rəsmiləşdirilməklə Elyazdan 4000 manat pul almışdır. O, avtomobil özündə qalmaqla 6 ay müddətinə hər ay 400 manat olmaqla həmin pulu gətirib mağazada və ofisdə əlbəəl Aygünə və ya Elyaza vermişdir. Sonra, onun bacısı oğlu rəhmətə getdiyinə görə başı qarışmış, Naxçıvana getmiş, iki ay aylıq 400 manatı ödəyə bilməmişdir. Ondan sonra o, Türkiyə Respublikasına gedəndə Elyaz və Aygün, avtomobili onların yanında qoymasını, qalan pulu da ödəyəndən sonra gəlib avtomobili aparmasını demişlər. O da inanıb avtomobili onların yanında qoyub Türkiyə Respublikasına getmiş, məlum Covid-19 pandemiyası ilə bağlı yollar bağlanmış, bir müddət işləyə bilməmiş, Elyazın qalan 2000 manatın ödəməsini 3 ay gecikdirmişdir. 2019-cu ilin noyabr ayında o, Ağcabədi rayonuna gəlmiş, 1200 manat pulu Ağcabədi şəhərində «Ay işığı» restoranının qarşısında Elyaza vermiş, Elyaza 800 manat verəcəyi qalmış, həmin pulu da yaxın vaxtda verəcəyini demişdir. O, Elyazdan avtomobili götürüb idarə etməsini xahiş etdikdə Elyaz, verməmiş, nə də ki, avtomobili göstərməmişdir. Bundan sonra o, Türkiyə Respublikasına qayıtmış, bir ay sonra zəng vurub Elyaza pulu göndərməsini, uşaqların gəlib avtomobili götürməsini dedikdə Elyaz, verdiyi 3600 manat pulun sələmi olduğunu, Aygünün avtomobili çoxdan satdığını demişdir. Elyaz ona verdikləri 4000 manat pulun qalan faizi kimi 800 manat da ödəməsini istəmişdir. Elyaz onu girov adı ilə aldadıb 6500 manat dəyərində avtomobilini ələ keçirmişdir. Hazırda onun ziyanı qaytarılmamış, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində bildirmişdir ki, 2015-ci ilin yay aylarında həyat yoldaşı X5 ağır xəstəliyi ilə əlaqədar Şahid4 İlhaməyə məxsus olan 27 qram qızılları Sahibəyə girov qoyub, İlhamə ilə Sahibə 1500 manata borc müqaviləsi bağlamış, Sahibə 1500 manat vermişdir. O, həmin məbləği hər ay 150 manat olmaqla 7-8 ay faizini vermiş, sonra pulun əsas hissəsini, yəni, 1500 manat düzəldib Sahibəyə verərək qızıllarını qaytarmışdır. Bundan sonra, 2016-cı ildə yenidən Sahibənin vasitəsi ilə Təqsirləndirilən şəxs 45,97 qram çəkidə qızılları girov qoymaqla 1200 manat pul götürmüşdür. O, 5-6 ay müddətində hər ay 120 manat pulu Sahibəyə verimiş, amma heç bir qəbz yazdırmamışdır. Sonra yoldaşının xəstəliyi ilə əlaqədar yenidən pul lazım olanda yoldaşının evdə olan qızıllarından 15 qramlıq nazik sepini vermiş, Elyaz qızılları çəkib çəkisini müəyyən etdikdən sonra ona 250 manat pul verib, qəbz yazdırmışdır. Lakin, o, qızıllarına görə heç nə yazdırmamışdır. Pul bəs etmədiyi üçün yenidən evdə qalan sonuncu 25 qramlıq qızılları da gətirib Elyazla Sahibəyə verərəkbir pul vermələrini xahiş etmişdir. Elyaz bu dəfə ona 800 manat pul vermişdir. Beləliklə, Elyaz və Sahibə onun verdiyi qızıllara görə qəbz də yazdırmaqla 2250 manat pul götürüb hər ay da faizini ödəmişdir. Sonra ona demişlər ki, Sahibə və Elyaz qızılları götürən kimi satıblar. O, bir təhər 1320 manat pul götürüb Sahibəyə vermişdir. Sahibə, Elyazla danışıb qızılın bir hissəni qaytaracağını demişdir, lakin Elyazla görüşəndə Elyaz, qızılları satıb faizə çıxdığını demişdir. O, bir neçə dəfə şikayət etmək istəsə də Elyaz ona təsirlər göstərmiş, onu məhkəməyə verib qəbzlə yazdığı pulları almış, hətta onu 12 sutka inzibati həbs də etdirmişlər. X21 tərəfindən ona 6000 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X19 ifadəsində göstərmişdir ki, 2010-cu ildə oğlu Sahib, İncəsənət Universitetinə daxil olmuş, sonuncu kursda oxuyanda çətinliyi yarandığından həmin ilin fevral ayında çarəsiz vəziyyətdə olduğu üçün pul axtarmış, həmin ərəfədə Kapital banka olan kreditini bir az gecikdirdiyi üçün əlavə olaraq kredit götürə bilməmişdir. Təqsirləndirilən şəxs sələmə pul verdiyni öyrənib, Elyazla danışıb 1000 manat bir, 400 manat bir olmaqla hər ay 10 faiz ödəmək şərtilə ümumilikdə 1400 manat pul götürmüşdür. Oğlu Sahibin yetimlik pulu kimi 140 manat verilən kartı faiz pulunun ödənilməsi üçün Elyaza vermiş, Elyaz o kartdan, Sahib Universiteti qurtarana kimi, yəni, 2014-cü ilin iyun ayının sonunadək faiz pulu olaraq 140 manat pul çıxarmışdır. Sonra kart bağlanmış, Elyaz onun yanına gəlib bu barədə deyəndə o, Sahibin Universiteti qurtardığını, pulu qaytarmağa imkanı olmadığını bildirmişdir. Elyaz isə adına olan evini onun adına girova qoymağı, əlavə olaraq 1000 manat sələm kimi pul verməyi təklif etmişdir. O da ehtiyacını ödəmək üçün razılaşmış, Elyaza inanıb evin sənədlərini də götürüb Elyazın deməsinə görə Ağcabədi rayon Notariat kontoruna getmişlər. Orada Elyaz, notariat kontorunun işçiləri ilə səmimi olaraq görüşüb danışdıqdan sonra girov mümkün olmadığını, alıq-satqı ediləcəyini demiş, ümumi olaraq 2400 manatı qaytardığı vaxt evi adına keçirəcəyini bildirmişdir. O, Elyazın səmimi söhbətinə və vədinə inanıb razılaşmış, notariusda evi Elyazın adına alqı-satqı etməklə rəsmiləşdirmişlər. Elyaz evin qiymətini 7000 manat göstərmiş, həmin məbləğdə pulu banka qoyub ona sənədə imza etdirmiş, amma həmin puldan ona 1000 manat pul vermişdir. Onun ümumilikdə Elyaza 2400 manat sələm borcu olmuşdur. Ondan sonra o, Elyaza yadında qalmayan vaxtlarda, hissə-hissə olmaqla təxminən 2 ilə yaxın, Sahibin yetim pulu da daxil olmaqla 5000 manata kimi pul ödəmişdir. O, Elyazın yanına gedib evi onun adına keçirməsini dedikdə Elyaz, pulu hissə-hissə və az ödədiyini deyib, guya hələ indən sonra 15000 manat da ödəməlidir ki, evi onun adına keçirməsini demişdir. O, Elyazın tələbini yerinə yetirə bilməmişdir. Amma buna baxmayaraq Elyaz, onu evdən çıxarmamışdır. Daha doğrusu biriki dəfə Elyaz, evi satmaq istəsə də, müştəri gətirəcəyini desə də o, başsız qadın olduğunu, evdən çıxmayacağını, özünü yandırıb öldürəcəyini demişdir. Elyaz onların şikayət edəcəklərini biləndən sonra onu və oğlunu evdən çıxarmamışdır. Sonra o, Elyazın tutulduğunu, başqa digər şəxsləri də onu kimi aldatmasını televizora baxıb görərək Elyaz barəsində polisə şikayət etmiş, Elyazın onu aldadıb 30000 dəyərində 3 otaqlı və artıması olan evini öz adına rəsmiləşdirib ələ keçirdiyi üçün onun barəsində tədbir görülməsini xahiş etmişdir. Hazırda evində yaşasa da evinin sənədləri Elyazın adına olmuşdur. Evinin ona qaytarılmasını xahiş edir. Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, 2017-ci ilin payız aylarında xəstəliyilə bağlı müalicə olunmağı üçün ona 500 manat pul lazım olmuşdur. O, Sahibə adlı qadının sələmə pul verdiyini öyrənmiş, Sahibənin yanına gəlib 500 manat pul lazım olduğunu demişdir. Sahibə isə pulun müqabilində girov kimi qızıl istəmişdir. O, Sahibə ilə danışanda Sahibənin yanında əri kimi təqdim etdiyi Elyaz adlı bir kişi də olmuşdur. O özünə məxsus qızılları girov qoymaqla 300 manat sələmə pul almışdır. Hər ay 30 manat olmaqla 3 ay pul ödəmişdir. Sonra həyat yoldaşı Ədalət, qızılları geri qaytarması üçün ona 300 manat vermişdir. O, 300 manatı götürüb Sahibəgilə getmiş, pulu verib qızılları istəmişdir. Sonradan qızıllarının Elyaz tərəfindən satıldığını bilmişdir. Elyaz və Sahibə tərəfindən ona ümumilikdə 5500 manat maddi ziyan dəymişdir. Məhkəmədən ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, özünə mağaza açmaq istəmiş, lakin o, heç bir yerdə işləmədiyi üçün bankdan kredit götürə bilməmiş, işinin alınması üçün faizlə pul götürmək qərarına gəlmişdir. O da tanışı Zenfiranın vasitəsilə Elyazla telefonla əlaqə saxlayıb Avşar kəndinə getmişdir. Elyazdan 2014-cü ilin avqust ayında həmin vaxtla qiyməti 9300 manat dəyərində olan qızıl-zinyət əşyalarını - 2000 manat hesablanmaqla qızıllarını Elyazda girov qoyaraq borc pul istəmişdir. Həmin vaxt Elyaz qızılları girov götürüb hər ay 10 faiz ödəmək şərti ilə 2800 manat pul vermişdir. Buna görə Elyaz, onu Ağcabədi rayonu notariat kontoruna aparıb orada ondan 4000 manat borc almasına dair qəbz yazdırmışdır. O, pulu götürüb mağazanı işlətmiş, təxminən bir ildən çox müddətə götürdüyü faiz pulunu hər ay 280 manat olmaqla 2800 manat faiz ödəmişdir. Sonra Elyazın 2800 manat pulunu düzəldib onunla görüşüb, borc pulu ödəyərək qızıllarını geri istəmişdir. Lakin, Elyaz guya faizin vaxtını gecikdirdiyi üçün qızılları satıb əvəzinə götürdüyünü demişdir. O da narazılığını bildirəndə Elyaz, yaxşı etdiyini, hara istəyirsə şikayət etməsini deyib, daha sonra onu Ağcabədi rayon Məhkəməsinə vermiş və məhkəmə onun xeyrinə qətnamə qəbul etmişdir. Hazırda ona qızıllarının dəyəri və Təqsirləndirilən şəxs ödənilən məbləğlə birlikdə 8000 manat ziyan dəymişdir. Həmin ziyanın ödənilməsini xahiş edir. Məhkəmə baxışında ifadəsi elan və tədqiq olunmuş Zərərçəkmiş şəxs12 ifadəsindən görünür ki, 2019-cu ilin mart ayının sonlarında ehtiyacı üçün pul lazım olduğuna görə Ağcabədi rayonunun Avşar kənd sakni Təqsirləndirilən şəxs 1500 manat sələmə pul istəmişdir. Elyaz girov istədikdə o, özünə 01 aprel 2018-ci ildə 3500 manata baş etibarnamə əsasında aldığı ağ rəngli VAZ-21074 minik markalı, ** BP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili girov qoymağa razılaşmışdır. Sonradan avtomobili girov qoymaq üçün Regional dövlət yol polis şöbəsinə getmiş, orada Elyaz avtomobili girov qoymaq mümkün olmadığını, avtomobili öz adına rəsmiləşdirəcəyini, pulunu verəndə avtomobili onun adına keçirəcəyini bildirmişdir. Avtomobili Elyazın adına keçirmiş, həmçinin, o, Elyaza 1500 manat borc götürməsi barədə qəbz də yazmışdır. Bundan sonra o, götürdüyü 1500 manat pulun sələmi kimi 6 ay - hər ay Elyaza 150 manat, 7-ci ay 100 manat pul vermiş, 7 aydan sonra, 2019-cu ilin sentyabr ayının ortalarında, dəqiq tarixini xatırlmadığı vaxtda avtomobil qapısında olanda yol polisləri gəlib avtomobili aparmış və məlum olmuşdur ki, Elyaz, ondan guya avtomobilin onun olması, avtomobili ondan xəbərsiz aparması barədə ərizə vermişdir. O, Elyazla görüşüb, niyə belə hərəkət etdiyini soruşduqda Elyaz, pulunu tam şəkildə qaytarmasını istəmiş, avtomobili guya aldığını, harasa şikayət etsə, qəbzi üzə çıxarıb onu məhkəməyə verib tutduracağını demişdir. O, Elyazın bu yolla tutdurmadığı adam qalmadığını, əlinin hər yerə girdiyini öyrənib, qorxudan səsini çıxarmamışdır. Elyaz, ondan avtomobili polislə alandan sonra digər şəxsə satmış, dövlət qeydiyyat nömrəsini də ** BP *** dövlət qeydiyyat nömrə nişanı ilə satmışdır. Sonra Elyazın tutulmağını görüb, Ağcabədi rayon Polis şöbəsinə gələrək şikayət ərizəsi vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs12, pulları sənədsiz Elyaza verdiyini, həmin pulları çox vaxt Fikrətin yanında verdiyini, Fikrətin Elyazın avtomobili girov adı ilə adına keçirdiyini bildiyini qeyd etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid3 onun qonşusudur. Elyazın faizə pul verdiyindən məlumatı olmuşdur. Zərərçəkmiş şəxs4 tanıyır, sonuncu onun bacısının qonşusudur. 2019-cu il tarixdə dəqiq yadında qalmayan vaxtda Telli onun evinə gələrək, təcili pula ehtiyacının olduğunu, bunun üçün Təqsirləndirilən şəxs müraciət etdiyini, Elyazın ona pul vermədiyini deyərək onun Elyazın yanında ona zamin durmağını istəmişdir. Tellini tanıdığı, həmçinin vəziyyətinə narahat olduğu üçün onunla birlikdə Elyazın evinə getmiş, orada Elyaz onun zamin duracağı halda Telliyə pul verəcəyini demiş, Elyaza Tellini tanıdığını, deyərək ona pul verməsini xahiş etmişdir. X22 2.000 manat pul almış və qəbz yazdıraraq guya ondan 3.000 manat pul aldığını qeyd etmişdir. Həmçinin Telli aylıq faizlərini də Elyaza ödəməli olmuş, bu zaman Elyaz onun da guya ondan pul almağına dair 3.000 manat qəbz yazmasını istəmişdir. Elyazdan nə üçün ondan pul almağını yazması barədə soruşmuş, sonuncu onun qəbz yazmayacağı halda Telliyə pul verməyəcəyini bildirmişdir. Telli yanında o qədər ağlamışdır ki, məcbur qalıb guya Elyazdan 3.000 manat pul almağı barədə qəbz yazmışdır. Bundan sonra Elyazın Edelyanı lüt şəkilləri ilə hədələyərək ondan pul tələb etməsini, Telli barəsində Ağcabədi şəhərində əxlaqsız qadın olmasına dair söz-zöhbət yaranmasını və Tellinin qızının nişanı qayıtmasını eşitmişdir. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun əridir. 2017-ci ilin avqust ayında onlara 15000 manat pul lazım olmuşdur. Əri Zərərçəkmiş şəxs2 Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs 15000 manat borc almış, sonradan Elyazın Natiqə borc pulu ayda 7 faiz ödəmək şərti ilə verdiyini bilmişdir. Elyaz əvvəl Natiqə faizə pul verməsi müqabilində yaşadığı evi girov qoymuş, lakin onlar birlikdə Ağcabədi şəhərində yerləşən Notariat Kontoruna gedərkən onlara məxsus evi Təqsirləndirilən şəxs qardaşı Novruzun adına alqı satqı etmişlər. Elyaz bank yolu ilə Natiqin adına 15000 manat pul köçürmüş, köçürülən puldan 2000 manat vergi, rüsum və xidmət haqqı tutulduqdan sonra Natiqin əlinə 13000 manat pul verilmişdir. Elyaz bunun üçün əlavə ona 2000 manat da pul vermişdir. Buna baxmayaraq Elyaz Natiqə faizlə verdiyi pulu 17000 manat pul hesablamışdır, çünki o, vergi,rüsum və xidmət haqqı kimi tutulan 2000 (iki min) manat pulu da Natiqin hesabına yazmışdır. Natiqin deməsinə görə o, Elyaza təxminən 3400 (üç min dörd yüz) manat pul ödəmişdi, bir neçə ay isə ödəniş edə bilməmişdi. Buna görə də Natiq 2018-ci ilin fevral ayında Elyaza olan faiz pulunu bağlamaq üçün Natiq bacısı oğlu X17 adına "xxxx" ASC-nin Ağcabədi şəhər Filialından 11000 manat kredit götürmüşdür. Natiq Elyaza 11000 manat pulu verib borcunu bağlamaq və evini öz adına qaytarmasını demiş, Elyaz razılaşmayaraq onun 12000 manat əsas borcu qaldığını bildirmişdir. Sonradan Elyazın onların evlərinin 40.000 manata satdığını öyrənmişlər. Şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun dayısıdır. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımışdır. Dayısı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs evini alqı satqı etməklə ümumilikdə 15000 manat faizə pul götürdüyünü eşitmişdir. Zərərçəkmiş şəxs2 Elyaz qədimva olan borcunu ödəməsi və evinin ona qaytarılmasından ötrü dayısının xahişi ilə Kapital bankdan 14000 manat pul götürərər 3000 manatını özünə götürmüş qalan 11000 manatını isə dayısı Natiqə vermişdir. Dayısı Zərərçəkmiş şəxs2 11000 manat pulu da onları Natiq, Yeganə, onun, Yeganənin kürəkəni Elmin, Rüstəm Elyazla danışıb evi onların adlarına keçirməsi üçün pulu verməyi yalvarsalar da Elyaz razı olmamışdır. Elyaz, Natiqə pulun faizini ödəmədiklərini 12000 manat borcu qaldığını demişdir. Sonradan Elyazın onların evlərinin 40.000 manata satdığını öyrənmişdir İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Ukrayna Respublikasında olarkən qardaşı Natiqin arvadı Xatirə xəstə olduğu üçün Natiqə pul lazım olduğundan Ağcabədi şəhər sakini Sahibənin vasitəsilə tapdığı Avşar kənd sakini Təqsirləndirilən şəxs 13000 manat bank vasitəsilə və iki dəfəyə - hər dəfə 1000 manat olmaqla 2000 manat - ümumilikdə 15000 manat sələmə pul götürmüş, Elyaz da Natiqi aldadıb ünvan 13 ünvanında yerləş ata evlərini girov adı ilə öz qardaşı Şahid3 adına alqısatqı etdirəklə ələ keçirmişdir. Onlar Elyazın sələmini vermək üçün iki ay hər ay 1200 manat olmaqla bacısı oğlu Nicatın adına pul göndərmiş, Nicat da pulu aparıb Elyaza vermişdir. Bundan sonra, Natiq, eləcə də özü, narahat olub Azərbaycana qayıtmışlar. Belə ki, Natiq sələm götürəndən bir həftə keçəmiş mərhum anaları Ofelya zəng vurub Elyazın evi satmaq üçün müştəri gətirdiyini, aralarında narazılıq yarandığını danışmışdır. Azərbaycana gələndən sonra, polisdə işləyən bacısı oğlu Şahid7 adına Kapital bankdan 14000 manat pul götürmüşdür. Həmin məbləğdən 3000 manatı İlkin özünə ehtiyacı olduğu üçün götürmüş, 11000 manat pulu da onlar götürüb bacıları Yeganənin evində o, Natiq, Yeganə, İlkin, Yeganənin kürəkəni Elmin, Rüstəm Elyazla danışıb evi bizim adlarına keçirməsi üçün pulu verməyi yalvarsalar da Elyaz razı olmamışdır. Elyaz, pulun faizini ödəmədikləri üçün 6000 manat faizə çıxmış, 5000 manatı da Natiqin götürdüyü 15000 və 2000 manat vergi pulunu da hesablamaqla 17000 manatdan çıxaraq, 12000 manat borcu qaldığını demişdir. Onlar, buna narazılıq etdikdə Elyaz faizi bir neçə ay vermədikləri üçün o cür alındığını demişdir. Lakin, əslində Natiqin Elyazdan götürdüyü pulun üstündən heç 7 ay keçməmiş, Elyaza 14600 manat pul verdikləri halda, Elyaz əlavə 12000 manat da tələb etmişdir. Sonradan Elyazın həmin evi Rövşən kimi adlandırdıqları Dilavər adlı şəxsə satdığını eşitmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid9 Sadıq oğlu ifadəsində bildirmişdir ki, 2018-ci ilin mart ayında qaynı Zərərçəkmiş şəxs2 qardaşı Sadiqlə birlikdə onun evinə gəlmişdir. Natiq arvadı Xatirə xəstə olduğu üçün 2017-ci ildə Ağcabədi rayonu, Avşar kəndində yaşayan Təqsirləndirilən şəxs 15.000 manat faizə pul götürdüyünü bu səbəbdən evini alqı-satqı yolu ilə Təqsirləndirilən şəxs qardaşı Novruzun adına rəsmiləşdirdiyini, bir neçə ay faiz pulunu ödədiyini, hazırda bacısı oğlu Şahid7 adına bankdan 11.000 manat kredit götürüb həmin pulu Təqsirləndirilən şəxs ödəməklə mənizili geri qaytarmaq istədiyini demişdir. Onun əvvəldən Təqsirləndirilən şəxsla münasibəti olduğundan Təqsirləndirilən şəxs yaşadığı evə çağırmışdır. Evdə olan zaman Zərərçəkmiş şəxs2, 11.000 manat pulu sayıb Elyaza vermiş və alqı-satqı yolu ilə satdığı evi qaytarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, ümumilikdə 12.000 manat ödənildikdən sonra mənzili Zərərçəkmiş şəxs2 qaytaracaqdır. O və Natiq, eləcə də evdə olan qohumlar Elyazdan evin qaytarılmasını xahiş etsələr də sonuncu razılaşmamışdır. Həmçinin Elyaz bildirmişdir ki, ev onun qardaşının adındadır, pulu nə vaxt qaytarsa ev qaytarılacaqdır. Bir müddət sonra 2020-ci ilin sentyabr ayında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin mənzili Rövşən kimi tanıdıqları Dilavər Həsənova təxminən 40.000 manata satmışdır. O və ailə üzvləri Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, evi hansı səbəbə satdığını, 40000 manata satıbsa onların ana pulumuzu çıxmaqla yerdə qalan pulu qaytarmasını desələr də Elyaz, onları eşitməyərək, evi aldığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, dayısı Zərərçəkmiş şəxs2, yaşadığı Ağcabədi şəhər Cəfər Cabbarlı küçəsində yerləşən mənzilini Ağcabədi rayonu Avşar kənd sakini Elyaza girov qoyub pul götürmüşdür. 2018-ci ildə dayısı Natiq zəng edərək Elyazın nömrəsini ona verib, Elyazdan 1000 manat pul götürüb ona çatdırmasını tapşırmışdır. O, Elyaza zəng edib, Ağcabədi şəhər kolxoz bazarında Elyazla görüşmüş, Elyaz ona 1000 manat pulu verib Natiqin ümumilikdə 17000 manat borcu olduğunu bildirmişdir. O isə əvəzində Natiqin evini girov qoyulduğunu bildirmişdir. Bundan bir müddət sonra Natiq, Ukrayna Respublikasından onun adına Turan bankda olan hesabına 700 ABŞ dolları pul göndərmişdir. O, Elyaza zəng edib, bu barədə demişdir. Elyaz isə ona Aygün adlı qadının nömrəsini verib, həmin pulu Aygünə çatdırmasını tapşırmışdır. O, Aygünə zəng edib, Ağcabədi şəhəri, Avtovağzalın yanında Aygünlə görüşərək 700 ABŞ dolları pulu manata çevirib Aygünə vermişdir. Həmçinin, oradan Elyaza zəng edib pulu Aygünə verdiyini demişdir. Bundan bir müddət sonra Natiq, ona zəng vurmuş və bankda olan hesabına yenidən 700 ABŞ dolları pul göndərdiyini demişdir. O, bankdan 700 ABŞ dolları pulu götürüb Elyaza zəng etmiş, ikinci dəfə də Elyaz həmin 700 ABŞ dolları pulu Aygünə verməsini tapşırmışdır. O, Aygünlə yenidən Ağcabədi şəhəri, avtovağzalın yanında görüşüb, 700 ABŞ dolları pulu manata çevirib Aygünə vermiş, Elyaza zəng edib pulu verdiyini məlumat vermişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Natiq Qvuliyevi əvvəllər tanımamışdır. 2017-ci ilin yadında qalmayan ayların birində ilk dəfə Natiqi, Ağcabədi şəhərində notariusun qarşısında görmüşdür. Natiq oraya gəlib ev satdığını demişdir. Daha doğrusu orada ona demişlər ki, Natiq evini satır. O da Natiqlə görüşmüş, onunla danışanda Natiqin adını bilmədiyi arvadı da yanında olmuşdur. Həmin vaxt Natiqin əlində evin kupçası, yəni, çıxaırışı və Texniki pasportu olmuşdur. Natiq, ona Ağcabədi şəhəri, Cəfər Cabbarlı 2 ünvanında yerləşən fərdi yaşayış evini 40000 (qırx min) manata satdığını demişdir. O da Natiqlə qeyd edilən ünvana gəlmiş, Natiqin arvadı da yanında olmuşdur. Natiqin qeyd etdiyi ünvanda yaşayış evinə baxanda evin köhnə tipli iki mərtəbəli, kiçik ölçülü torpaq sahəsi olduğunu görmüşdür. O, evin köhnə, torpaq sahəsinin kiçik olduğuna görə baha qiymət dediyini bildirmiş, danışıb evi 35000 manata razılaşmışlar. Bundan sonra, bərabər notariusa gəlmiş, aralarında alqı satqı etməklə 35000 manat pulu Natiqə vermişdir. O, həmin evi alandan sonra Natiq, qoca anasının evdə bir az qalmasını xahiş edib, əşyalarını və anasını gəlib özünün çıxaracağını demişdir. Daha sonra Natiq getmiş, anası bir neçə ay həmin evdə qalmışdır. Bir müddət sonra Natiqin anası rəhmətə getmiş, anası rəhmətə gedəndən sonra Natiq oraya gətirib hərbçi ailəsi yerləşdirmişdir. Həmin ailə də bir neçə ay, az müddət orada qalmış, sonra məhkəmə yolu ilə onları evdən çıxarmışdır. O, evi alandan sonra orada qalmamış, Natiq də ev əşyalarını oradan çıxartmamışdır. O, təxminən evi bir il olar ki, Rövşən kimi tanıdığı Dilavərə 40000 (qırx min) manata satmışdır. Onun Natiqdən aldığı evin, qardaşı Elyaza heç bir aidiyyatı yoxdur. Natiq Elyazın adını yalandan yazmış, həmin ərəfədə o, qardaşı Elyazla küsülü olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 20 il olar ki, tanıyır, onunla ailəvi dost olmuşlar. Zərərçəkmiş şəxs10 onun yadında qalmayan vaxtda və tarixdə onun yanına gəlib ondan yadında qalmayan məbləğdə borc pul istəmişdir. Həmin vaxt evində pul olduğu üçün Babanın xahişini yerə salmamışdır. Baba ona heç bir qızıl-zinyət əşyaları verməmişdir. O, Babaya borca pul vermiş, onun Babaya dəqiq nə qədər məbləğdə pul verməsi yadına gəlmir, onun Babaya verdiyi pulunun da Təqsirləndirilən şəxs heç bir aidiyyatı olmamışdır. Baba da onun pulunu yarısını, versə də qalanını qaytarmamış, o da Babanı məhkəməyə verib məhkəmə qətnaməsi əsasında pulunu almışdır. O, Babaya borc pulu verəndə Baba ondan nə qədər pul almasını yazmış, o da qəbzi məhkəməyə verib pulunu almışdır. Babaya verdiyi həmin pulun Təqsirləndirilən şəxs heç bir aidiyyatı yoxdur, həmin pul özünün olmuşdur. Zərərçəkmiş şəxs7 tanıyır. Zərərçəkmiş şəxs7 arvadı Sevinclə birlikdə onun yaşadığı evə gəlmiş, Rizvan, kreditlə aldığı avtomobilini ödəyə bilmədiyinə görə avtomobilinin əlindən alındığını danışıb, ondan xatırlamadığı məbləğdə pul istəmişlər. Rizvan və Sevinc, ona heç bir qızıl girovu qoymamış, o da onlara bir dəfə ya 2000 manat, ya da 2500 manat pul borc vermiş, pulu verəndə qəbz yazdırmışdır. Həmin pulun da Elyaza aidiyyatı yoxdur. Rizvan pulu götürəndə toylar başlayandan sonra pulu yığıb verəcəyini bildirmişdir. Lakin, Rizvangil də onun pulunu verməmiş, o da məcbur olub Rizvanı yazdığı qəbz əsasında rayon məhkəməsinə vermiş, məhkəmədən sonra Rizvandan pulunu almışdır. Təqsirləndirilən şəxs Rizvangilə borc və ya digər formada o pulu verməsini bilmir. Onlar Elyazın pulunu deyəsən vermişlər, dəqiq yadında qalmamışdır. Rizvan və arvadı Sevinc həm ondan, həm də Elyazdan pul götürmüşlər, Elyazın pulunu necə qaytarmalarını bilmir. İş üzrə əlavə şahid qismində dindirilmiş Şahid12 məhkəmə baxışında verilən suallara cavab olaraq ifadəsində Zərərçəkmiş şəxs3 onun işçisi olduğunu, Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs qardaşı Novruzla onuna yanına gələrək, Aygünün Elyazdan etdiyi şikayəti geri götürməsi üçün Aygunə deməsini, Aygündən bu barədə soruşduqda onun bu işə qarışmamasını, aralarında pul və maşın söhbətinin olduğunu, Aygünün Elyazdan nə səbəbə və hansı məzmunda şikayət etməsinin bilmədiyini, sonuncu dəfə Elyazla Aygünün məscidə and içməyə getmələrini eşitdiyini bildirmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş Şahid15 Məzahib oğlu məhkəmə baxışında verilən suallara cavab olaraq ifadəsində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 tanıdığını, Elyazla Aygünün məsciddə and içmələrini gördüyünü, lakin nə üçün hansı məzmunda and içmələrini bilmədiyini, həmin vaxtı Elyazın qardaşı Novruzla çöldə gözlədiyini bildirmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş Şahid14 məhkəmə baxışında verilən suallara cavab olaraq ifadəsində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 tanıdığını, əvvələr Elyazla Aygünün munasibətlərinin yaxşı olduğunu, ailə munasibətində yaşamalarından məlumatsız olduğunu, Elyazın Aygünlə birlikdə mağaza işlətməsini bildiyini, Aygünün sonradan Elyazdan şikayətinin olmasından məlumatının olmadığını, Elyazın ona Aygün üçün xaricdən avtombil gətirdiyini, həmin avtombilin «Mersedes S klass» olduğunu, Aygünün ona borcu olduğu üçün həmin avtombili 16000 manata satmasını xahiş etdiyini, onun həmin avtombili satmağa aparsa da sata bilməməsini bildirmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş Şahid11 məhkəmə baxışında verilən suallara cavab olaraq ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, ona 2019-cu ilin yay aylarında 14000 manata «Kamaz» markalı avtombili satdığını, həmin avtombili Aygun adlı xanımın adına rəsmiləşdirdiyini, Elyazın adına isə etibarnamə verdiyini, hazırda həmin avtombilin Aygünün adında olduğunu bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 27 fevral 2022-ci il tarixli “məhkəmə xətşünaslıq ekspertizasının” rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, üzərinə şərti olaraq bir qoyulmuş kitabçanın 1-ci səhifəsində «xx-xx-2014 Nedeliyaya Evin mənim adıma Aformut Etməklə ona 7000 manat pul vermişəm», 2-ci səhifədə «xx-xx-2015-də Seyid Kamala vermişəm Sahibənin əlilə qəbzlə 20.000 manat», 3-cü səhifədə «xx-xx-2013 oxuyan Sevincə vermişəm Nicatın və Sahibənin əlilə onların adıyla və mənim adımla cəmi 6000 manat, işləri məhkəmədi Rizvanla bir yerdə», 6-cı səhidəfə «xx-xx-2017-də Novruzun qonşusu X10 verdim Elçinin əlilə. Torpağın mənim adıma Afurmut etməklə on beş min manat, 8 fayızla pul verdim, evin verdi, onunay qurtardım» əlyazmaları, «xx-xx-2017-də Xatirənin evin Novruzun adına Aformut etməklə ona 7 fayızla verdim 17000 manat Ev Novruzun adına olsa da pulu mənimdir 17000» əlyazmaları (“17000” rəqəmlərindəki “17” rəqəmindən başqa), 7-ci səhifədə «Eldənizin 15000+2000 xx-xx-2017-ci ildə Mürvət müəllimə vermişəm tükanın mənim adıma Aformut etməklə 18336 manat», «xx-xx-2018-ci ildə Mürvət məlimin mən borcu qaldı 4000 manat», 13-cü səhifədə «Seyit Kamala vermişəm 20000 manat, məkəmə Qətnamə çığarıb Kamal həmin 20000 manatdan indiyə qədər heç bir manatda ödəməyib, Qətnamə mənim adımadır. xx.xx.2018-də Kamal 200 manat ödəyib Kamalda olan borcum bağlandı.», 16-cı səhifədə «Mürvət məlimə Vermişəm 25000 manat, o, da tükanı mənim adıma Aformut etmişdir. Əlavə 4 min manatlqda qızılın almışam. Mürvət mənim xx-xx.2018-ci ildən pulun 20000 minin tükanla hesablaşdı 4 mininə mənə borclu qaldı, onunda zaloq qızılı var», 18-ci səhifədə «Cəfər Cabbarlıda olan Novruzun adına olan evə vermişəm 20000 manat, Ev Novruzun adınadır, ancaq evdə pulda mənimdir», 23-cü səhifədə «Novruzun adına olan evə vermişəm xx-xx-2018-ci ildə 11 min 300 manat 5 fayızla. xx-xx-2018-ci ildə Novruzun adına olan evin pulundan 5 fayıza qalıb 12000+600 12600 manat 08-04 olub» əlyazmaları; Üzərində ev telefonu şəkli olan qara rəngli kitabçanın 11-ci səhifəsində «Mürvət məlimin siyasi xx-xx-2018-ci ildə Mürvət məlimə əvələr verdiyim pullarla birlikdə cəmi 7500 manat pul borc vermişəm Borca 12-11 -2018-ci ildə Mürvətə borc vermişəm 150 manat xx-xx-2019 əlavə Mürvətin alpasiya məkəməsinə vermişəm Mürvətə bir yerdə 2200 manat xx-xx-2018-ci ildə Mürvətin kartından 241 manat aldım xx-xx-2019 Mürvətin mənə Borcu qaldı 9150», 19-cu səhifədə «xx-xx-2017-ci ildən Novruzun Adına olan Natiqin və Xatirənin Evinə vermişəm 6 fayızla 13000 manat», 20-ci səhifədə «xx-xx-2014 X24 mənim adıma Aformut Etməklə 7000 min manat» əlyazmaları; Üzərində «Diary» yazılmış qara rəngli kitabçanın 14-cü səhifəsində «xx-xx-2018-ci ildə Mürvət məlimə vermişəm borc 9500 manat»(Mürvət 2016 yazıb, dəqiqləşdirmək) əlyazmaları; Üzərində «Office Book» yazılmış dəftərin 4-5-ci səhifəsində «xx-xx-2013 Sevincə verdim Sahibənin əlilə 1000 manat», 6-7-ci səhifədə «xx-xx-2015 Babıya verdim qəbizlə 350 manat» əlyazmaları, 8-9-cu səhifədə «xx-xx-2014 Sevincə verdim zaloq Evin qoymaqla 400 manat» əlyazmaları (“400” rəqəmləridəki “4” rəqəmindən başqa), 12-13-cü səhifədə «xx-xx-2013 Sevincə oxuyana verdim 2000 manat», 20-21-ci səhifədə «xx-xx-2015 Babaya verdim Ayselin Edeliyanən birlikdə verdim kartla 550 manat», 22-23-cü səhifədə «xx-xx-2015 Arzuya Verdim zaloq qızıl qoymaqla 150 manat», 24-25-ci səhifədə «xx-xx-2015-də Arzuya verdim Bazarda tükanı qoymaqla qəbzlə Sahibənin yanında 2000 manat», «xx-xx-2015 Babaya Verdim qəbizlə zaloq qızıl qoymaqla 1200 manat», 32-33-cü səhifədə «xx-xx-2014 Nedeliyaya verdim Evin mənim adıma Aformut Etməklə 7000 yedi min manat» əlyazmaları. 46-47-ci səhifədə «xx-xx-2017 Qasımov Eldəniz torpağın mənim adıma qoymaqla Elçinin əlilə 16200 manat» əlyazmaları (“16200” rəqəmlərində “16” rəqəmindən başqa). xx-xx-2017 Mürvət məlimə verdim tükanı mənim adıma Aformut etməklə 17300 manat», xx-xx-2018 Xatirəyə verdim Evin Novruzun adına Aformut etməklə 12000 manat ***-***-**-** on iki min manat» əlyazmaları, 48-49-cu səhifədə «31 08 2017 Mürvət məlim verdim zaloq qızıl qoymaqla 900 manat» əlyazmaları (“900” rəqəmlərindəki “9” rəqəmindən başqa) - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Üzərinə şərti olaraq bir qoyulmuş kitabçanın 6-cı səhifəsində «xx-xx-2017-də Xatirənin evin Novruzun adına Aformut etməklə ona 7 fayızla verdim 17000 manat Ev Novruzun adına olsa da pulu mənimdir 17000» əlyazmalarında olan “17000” rəqəmlərindəki “17” rəqəmi, Üzərində «Office Book» yazılmış dəftərin 8-9-cu səhifəsində «xx-xx-2014 Sevincə verdim zaloq Evin qoymaqla 400 manat» əlyazmalarında olan “400” rəqəmlərindəki “4” rəqəmi, 46-47-ci səhifədə «xx-xx-2017 Qasımov Eldəniz torpağın mənim adıma qoymaqla Elçinin əlilə 16200 manat» əlyazmalarında olan “16200” rəqəmlərindəki “16” rəqəmi, 48-49-cu səhifədə «31 08 2017» Mürvət məlim verdim zaloq qızıl qoymaqla 900 manat» əlyazmalarında olan “900 rəqəmlərindəki “9” rəqəmi tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan Azərbaycan Respublikası CPM-in 97.4.2-ci və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddələrinə əsasən həmin rəqəmlərin X23 tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamısı haqqında rəy vermək mümkün deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 132 (yüz otuz iki) manat təşkil edir. İş materiallarında olan 11 may 2022-ci il tarixli 10/1354 nömrəli “məhkəmə tikinti texniki ekspertizasının” rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan ərazi İdarəsinin 03 fevral 2022-ci il tarixli məktubuna əsasən Zərərçəkmiş şəxs1 mülkiyyətində olan «Aygün» şirniyyat evinin arxa hissəsində ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin zəbt edilməsi və zəbt edilmiş hissədə əsaslı tikinti işlərinin aparılması müəyyən edilmişdir. Sözügedən tikilinin eni 3 metr, uzunluğu 9 metr, hündürlüyü isə 4,80 metr təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan 27 dekabr 2022-ci il tarixli 4/1468-4/1472 nömrəli “məhkəmə fonoskopik ekspertizasının” rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların semantik analizi nəticəsində fonoqramların yazılma tarixini müəyyən etmək mümkün olmadı.Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” Kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi – X11 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı DVD-R diskdə olan danışıq hissələrindən ibarət mübahisəli fonoqramlarda montaj əlamətləri müəyyən olunmadı. Yazı qurğusu tədqiqiata təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat təşkil edir. İş materiallarında olan “axtarış və götürmə aparılması haqqında” 11 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi şəhəri Nəsimi küçəsi Təzə Məhəllə yaşayış massivində yerləşən fərdi evdə axtarış keçirilərkən Zərgül Qədimova üzərində 2500 manat pulu çıxarıb özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra axtarış zamanı evin zalının aşağı hissəsində termo və saat olan hissədə sağ küncdəki termoda sələmə pul vermələr barədə qeydlərin olduğu 1 ədəd qara rəngdə dəftərçə, habelə üzərində telefon nömrəsi və «Məmmədov Samir» yazılan kağız bükümdə bir ədəd qızıl qolbağı, pul vermə barədə qəbz və kağızlar aşkar edilmişdir. Həmçinin, evin zal hissəsində müşahidə kamerasının yaddaş aparatının da olması məlum olmuşdur. Bundan əlavə, termonun arxa tərəfindən aşkar olunan üzü olmayan kitabçaya baxış keçirilərkən orada da pul vermələr, əşyaların adına rəsmiləşdirilməsi barədə qeydlərin olması məlum olmuşdur. Bundan əlavə, axtarış zamanı 3-cü yataq otağının pəncərə tərəfi hissəsində üzərində «Şəmsi 1000 manat» yazılan kağız, müəyyən əşyaların girov qoyulmaqla və mülklərin alqı-satqı edilməklə sələmə pul verilməsi qeyd edilmiş 1 ədəd qara rəngli dəftərçə, bir neçə pul götürmələr barədə qəbzlər aşkar edilmişdir. Daha sonra həmin yataq otağının sağ küncündə sandıqçanın içərisindən bir ədəd kapron corabın içərisindən 2 ədəd 100-lük pul, 2 ədəd baglama şəklində qolbağı kulon və bir ədəd boyunbağı, bir ədəd VAZ markazlı avtomobil açarı, qəbzlər, mətbəxdə oturacaq mebelin siyirməsində Təqsirləndirilən şəxs və digər şəxslərə aid 9 ədəd kart, Təqsirləndirilən şəxs şəxsiyyət və sürücülük vəsiqələri, pul alınıb verilməsi barədə qəbz və siyahılar aşkar edilib götürülmüşdür. Habelə, axtarış zamanı evdə bir ədəd televizor, 3 ədəd notbuk kompyuterlər girov kimi qoyulması şübhə doğurduğu üçün, yataq otağında güzgülü termonun qarşısında bir ədəd qızıl ölçən tərəzi sübut kimi götürülmüş, evin həyətində ağ rəngli 04BN086 dövlət qeydiyyat nişanlı avtomobilin olması məlum olmuşdur. İş materiallarında olan “axtarış və götürmə aparılması haqqında” 11 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi şəhəri Nəsimi küçəsi Təzə Məhəllə yaşayış massivində yerləşən fərdi evdə axtarış keçirilərkən evdən bir ədəd Ağcabədi şəhəri Ş.Qurbanov küçəsi ev 07-də qeydiyyatda olan X12 məxsus QAZ- 33021 Bortlu-Tentli markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi aşkar edilib götürülmüşdür. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 30 noyabr 2021ci il tarixli protokoldan görünür ki, Ağcabədi RPŞ-nin İB-nin polis mayoru Yusif Məhərrəmov tərəfindən tərtib edilmiş «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış zamanı ünvan 16 ünvanda yerələşən torpaq sahəsinin 40 kv. metr hissədə 3 tərəfi tikili hasara alındığı, Zərərçəkmiş şəxs1 həyətyanı torpaq sahəsinə aid olan tərəfi açıq olduğu, sonradan tikildiyi, oraya çıxış hissəsinin tamamilə bağlandığı, «Aygün» şirniyyat evi tərəfdən olan otağın içərisində bir sıra əşyalarla yanaşı divardan asılmış divar saatında Təqsirləndirilən şəxs fotoşəkli olduğu aşkar edilmişdir. İş materiallarında olan “qeydiyyat vərəqələrinə baxış keçirilməsi haqqında” 06 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, üzlüyü olmayan 17 vərəqədən, 32 səhifədən ibarət A4 formatında olan, kərpic formasında xəttləri olan qeydiyyat vərəqlərinə baxış keçirən zamanı müəyyən olunmuşdur ki, 1-ci səhifə, 11-ci sətirdə “31-Mürvətə+900”, 1-ci səhifə, 20-ci sətirdə “18-Mürvətə+150”, 1-ci səhifə, 31-ci sətirdə “Mürvətə+100”, 3-cü səhifə, 22-ci sətirdə “31-Mürvətə-900”, 3-cü səhifə, 23-cü sətirdə “18-Mürvətə-150”, 3-cü səhifə, 40-cə sətirdə “24-Mürvətə-150” yazılmışdır. Qeyd dəftərinin 5-ci səhifəsinin başlığında “xx-xx-2020-ci ilin siyahısı” yazılmış, həmin səhifənin 18-ci sətrində “10- Mürvətə-300” yazılmışdır. 7-ci səhifədə başlıq kimi “xx-xx-2020” qeyd edilmiş, həmin başlığın aşağısında 3-cü sətirdə “10-Mürvətə-300”, həmin səhifənin 7-ci sətrində “07- Mürvətə-350”, 8-ci səhifədə 11-ci sətirdə “10-Mürvətə-300”, 15-ci sətirdə “07-Mürvətə-100” yazılmış, həmin səhifənin sonunda isə “xx-xx-2020-ci ilin olan siyahısı” qeyd olunmuşdur. 10-cu səhifədə, 2-ci sırada 5-ci sətirdə “10-Mürvətə-300”, 11-ci sətirdə “07-Mürvətə- 250+100” qeyd edilmişdir. 12-ci səhifə, 29-cu sətirdə “31-Mürvətə+200”, həmin səhifə, 2-ci sırada, 7-ci sətirdə “04-Mürvətə+150” yazılmış, həmin sıranın sonunda “07 ayın siyahısından 2300 manatdan 500 manatı verdi 450 manat verdi, 750 manat verdi, 300” yazılmışdır. 12-ci səhifədə 5-ci sətirdə “10-Mürvətə-300”, 15-ci səhifə, 2-ci sıra, 13-cü sətirdə “31-Mürvətə-1000”, 16-cı səhifə, 1-ci sıra, 10-cu sətirdə “31-Mürvətə+1000”, 27-ci sətirdə “04-Mürvətə+150”, 19-cu səhifə, 10-cu sətirdə “04-Mürvətə100”, həmin səhifə, 12ci sətirdə “31-Mürvətə-900”, 22-ci səhifə, 1-ci sətirdə “10-Mürvətə-300” yazılmışdır. 26-cı səhifə, 4-cü sətirdə “10-Mürvətə-300” sözləri yazılmışdır. 28-ci səhifədə “xx-xx-2020-ci ilin siyahısı” sözləri yazılmış, həmin səhifənin 16-cı sətrində “07-Mürvətə+100”, həmin səhifənin 19-cu sətrində “10-Mürvətə+300”, 31-ci səhifə, 2-ci sıra, 4-cü sətirdə “31- Mürvətə900” sözləri yazılmışdır. Vərəqlərin 1-ci səhifəsi, 14-cü sətirdə “06-Natiqə + 2500”, həmin səhifənin 15-ci sətirində “29-Natiqə + 800”, 27-ci sətirdə “06 Natiqə+4000”, 28, 2-ci sırada, 16-cı sətirdə “31-Natiqə-3000”, 2-ci səhifə 5-ci sətirdə “18-Natiqə-3000”, 3-cü səhifə 13-cü sətirdə “06- Natiqə+2500”, 15-ci sətirdə “31-Natiqə+3200 B”, 16-cı sətirdə “11-Natiqə+800”, 17-ci sətirdə- “11-Natiqə+1000”, 31-ci sətirdə “26-Natiqə+2000”, 5-ci səhifə, 16-ci sətirdə “06- Natiqə-5000”, 7-ci səhifə, 4-cü sətirdə “06-Natiqə-5000, 8-ci səhifə, 5-ci sətirdə “06-06 Natiqə+5000” yazılmış, səhifənin sonunda “xx-xx-2020-ci ilin olan siyahısı” qeyde edilmişdir. 10-cu səhifədə 8-ci sətrdə “06-Natiqə 5000”, 12-ci səhifədə 32-ci sətirdə “02- Natiqə 2500”, həmin səhifənin 2-ci sırasında 17-ci sətirdə “Natiqə+7000B”, səhifənin sonunda isə “07-ayın siyahıhısından 2300 manatdan 500 manatı verdi, 450 manatı verdi, 750 manatı verdi, 300, daha sonra isə “xx-xx-2018-ci ilin siyahısı” qeyd edilmişdir. 14-cü səhifədə 16-sətirdə “06-Natiqə+5000”, 17-ci səhifə, 6-cı sətirdə “18-Natiqə+3000” qeyd edilmişdir. Həmin səhifənin 2-ci sırasında 17-ci sətirdə “Natiqə+2500”, 18-ci səhifədə 12sətirdə “06-Natiqə+2500”, həmin səhifədə 2-ci sırada 4-cü sətirdə “18-Natiqə+3000”, 21-ci səhifədə 7-ci sətirdə “06- Natiqə+3000”, Həmin səhifənin aşağısında isə “xx-xx-2018-ci ilin siyahısı” qeyd edilmişdir. Qeyd edilən səhifənin 2-ci sırasında 15-ci sətirdə “06- Natiqə+2500, 16-cı sətirdə “29-Natiqə+800”, 27-ci sətirdə “Natiqə+3000” sözləri qeyd edilmişdir. 22-ci səhifədə 16-cı sətirdə “06-Natiqə-5000”, 26-cı səhifədə 5-ci sətirdə “04- Natiqə+350”, 28-ci səhifədə 6-cı sətirdə “06-Natiqə-5000”, 31-ci səhifədə 2-ci sırada 7-ci sətirdə “06 Natiqə-2500”, 8-ci sətirdə “29-Natiqə-800”, 20-ci sətirdə “18-Natiqə+3000”, 25ci sətirdə “Natiqə-3000” sözləri yazılmışdır. Vərəqələrin 1-ci səhifəsində 29-cu sətrində “13-Nicata-3000B”, 2-ci səhifədə 26-cı sətirdə “11-Nicata-120”, həmin səhifədə 31-ci sətirdə “07-Nicata-200”, 4-cü səhifədə 7-ci sətirdə “11-Nicata-120”, 10-cu sətirdə “07-Nicat-200”, 6-cı səhifədə 11-ci sətirdə “07- Nicata-200, 13-cü sətirdə “11-Nicata-120”, 9-cu səhifədə 8-ci sırada “11-Nicata-120”, 11-ci sətirdə “07-Nicata 200”, 11-ci səhifədə 4-cü sətirdə”11-Nicata-120”, 11-ci sətirdə “07- Nicata-200”, 13-cü səhifədə 2-ci sırada 5-ci sətirdə “11-Nicat-120”, 15-ci səhifədə 6-cı sətirdə “11-Nicata-120”, 15-ci səhifədə 6-cı sətirdə “11-Nicata-120”, 14-cü sətirdə “07- Nicata-200”, həmin səhifənin sonunda “Etibarın borcu 630 manat bu siyahıdan başqa qaldı” qeyd edilmişdir. Vərəqələrin 19-cu vərəqində 2-ci sırada 4-cü sətirdə “11-Ncata- 120”, həmin səhifənin 2-ci sırasında 7-ci sətirdə “07-Nicata-300” qeyd edilmilşdir. Vərəqələrin 20-ci səhifəsində 2-ci sırada 21-ci sətirdə “11-Nicata-120”, 22-ci sətirdə “07- Nicata-200”, 21-ci səhifədə 1-ci sırada 8-ci sətirdə “13-Nicata-3000”, 23-cü vərəqədə 2-ci sətirdə “Nicata-200”, həmin səhifənin sonunda “xx-xx-2021-ci il köhnə puldan 90 qaldı Temurda” qeyd edilmişdir. 25-ci səhifədə 2-ci sırada 10-cu sətirdə “Nicata-200”, 26-cı səhifədə 6-cı sətirdə “07-Nicata-200”, 28-ci səhifədə 1-ci sırada 14-cü sətirdə “05-Nicata- 200”, 2-ci sırada 2-ci sətirdə “07-Nicata-120”, həmin sıranın 5-ci sətrində “11-Ncata-120”, 29-cu səifədə 2-ci sətirdə “7-Nicata-200”, 11-ci sətirdə “11-Nicata-120” qeyd edilmişdir. Vərəqlərin 31-ci səhifəsində 26-cə sətirdə “13-Nicata-3000”, 28-ci sətirdə “30-Nicata-2800” qeyd edilmişdir. Vərəqələrin 3-cü səhifəsində 2-ci sırada 22-ci sətirdə “07-Oruca-100” sözləri yazılmışdır. Vərəqlərin 6-cı səhifəsində 4-cü sətirdə “15-Elçinə-100”, 7-ci səhifədə 2-ci sırada 9cu sətirdə 15-Elçinə-100”, 9-cu səifədə 13-cü sətirdə “15-Elçinə-100” sözləri qeyd edilmişdir. İş materiallarında olan 06 yanvar 2022-ci il tarixli «gündəliyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, qara rəngli üz qabığı olan gündəliyə baxış zamanı müəyyən olunmuşdur ki, gündəliyin 5-ci səhifəsində xx-xx-2017 ci ildə Raufa vermişəm borc 2000 manat” qeyd edilmişdir. Gündəliyin 13-cü səhifəsində “Sabirabadlı çolpa satan Ramizin mənə borcu olub 3600 manat ondan 1000 manatın qaytarıb qalıb 2600 manatı, 10-6-2017-ci ildə vermişəm” qeyd edilmişdir. Gündəliyin 15-ci səhifəsində başlıqda “xx-xx- 2018-ci ildə Mürvət müəllimə vermişəm borc 9-500 manat” sözləri qeyd edilmişdir. İş materiallarında olan 06 yanvar 2022-ci il tarixli «gündəliyə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, ortu ölçüdə qara rəngli üz qabığı olan gündəliyə baxış zamanı müəyyən olunmuşdur ki, gündəliyin 1-ci səhifəsində “xx-xx-20160-Elçinə. 1000m.”, “23-05-qonşu Elçinin kartından 232+113” qeyd edilmişdir. 2-ci səhifədə Elçin İnqilab oğluna çolpa satan Rasimstura borc verdim- 350 manat borc verdim. 2000+2800 manat Elbrusa verdim. Elbrusa verdim borc 300 manat verdim. Borc Etibarın yanında 2000 manat borc verdim bir aylıq borc Elçinin əlilə 5000 verdim” qeyd edilmişdir.Gündəliyin 3-cü səhifəsində “xx-xx-2018-toğana Sədaqətə verdim borc-2000 manat” qeyd edilmişdir. Gündəliyin 8-ci səhifəsində “xx-xx-2016. İcraçının rəisi Elçinə cinayət işi başlamağa 6030 manat- 500 manat rüşvət verdim. xx-xx-2014. Edelyaya evin mənim adıma aformut etməklə ona 7000 manat pul vermişəm”. Gündəliyin 9-cu səhifəsində xx-xx-2016. Şəmistana verdim ailəliklə evin mənim adıma aformut etməklə 19000 manat verdim. Gündəliyin 13-cü səhifəsində “Eldənizin ***-*******, xx-xx-2017-də” sözləri qeyd edilmiş, ondan aşağıda isə “Novruzun qonşusu X10 verdim. Elçinin əlilə. Torpağın mənim adıma aformut etməklə on beş min manat 8 faizə pul verdim. Evin verdion qurtardım. Gündəliyin 14-cü səhifəsində “Eldənizin 15000+2000+”, xx-xx-2017-ci ildə Mürvət müəllimə vermişəm. Dükanın mənim adıma aformut etməklə 18336 manat, 09+1200-09 ayda, 10 ay+1200-10 ayda, 11+1250-11 ayda, 12+1320-12-ayda, 05-13xx-xx-2018-da yanvar, xxxx-2018-ci ildə Mürvət müəllimin mənə borcu qaldı 4000 manat, 625+125+250+1400” qeyd edilmişdir. Gündəliyin 20-ci səhifəsində “Seyit Kamala vermişəm 20000 manat, məhkəmə qətnamə çıxardıb Kamal həmin 20000 manatdan indiyə qədər heç bir manat da ödəməyib. Qətnamə mənim adımadır. xx-xx-2018 Kamal 200 manat ödəyib Kamalda olan borcum bağlandı. Gündəliyin 21-ci səhifəsində başlıqda “Nicat” yazılmışdır. Ondan aşağıda Kamalın satıcısı Nicata vermişəm. 3000 dollar məhkəmə qətnamə çıxarıb. Nicatın adına pul mənimdir. O, puldan da hələik heç bir manat da ödənməyib. xx-xx-2018-100- 150-150 manat aldım” qeyd edilmişdir. Gündəliyin 23-cü səhifəsində başlıqda “Elyaz” yazılmış, onun aşağısında Mürvət müəllimə vermişəm 25000 manat, o da tükanın mənim adıma aformut etmişdir. əlavə 4 min manat da qızından almışam. Mürvət müəllim xx-xx- 2018-i ildən pulun 20000 minini dükanla hesablandı., 4 mininə mənə borclu qaldı, onun da zolot qızılları var” qeyd edilmişdir. Gündəliyin 26-cı səhifəsində başlıqda “Nicat” yazılmışdır. Ondan aşağıda isə “Laçınlı Gündüzə vermişəm 3200 manat ona da Laçın Məhkəməsində qətnamə çıxarılıb qətnamə nicatın adınadır pul mənimdir”. Qeyd edilmişdir. Gündəliyin 28-ci səhifəsində “Elçin Namizət oğluna vermişəm 6000 manat o da pulu ödəmədiyinə görə ona cinayət işi başlanılıb, o puldan 1000 manat ödənilib qalanı durub. O da Sahibənin adınadır pul mənimdir bu pul da ödənildi” qeyd edilmişdir. Gündəliyin 29-cu səhifəsində “5-06-2018-ci ildə Kamalın satıcısı Nicatın adına olan 5 min manatdan 150 manatı ödədilər” qeyd edilmişdir. İş materiallarında olan 11 noyabr 2021-ci il tarixli «üzləşdirmə aparılması haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 11 noyabr 2021-ci il tarixli «üzləşdirmə aparılması haqqında» protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 11 noyabr 2021-ci il tarixli «üzləşdirmə aparılması haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs10 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 17 noyabr 2021-ci il tarixli «üzləşdirmə aparılması haqqında» protokoldan görünür ki, zərərçəkmiş şəxs X19 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Edelya Əliyeva ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 17 noyabr 2021-ci il tarixli «üzləşdirmə aparılması haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 oğlu ilə təqsirləndirilən Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs9 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli «üzləşdirmə aparılması haqqında» protokoldan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli «üzləşdirmə aparılması haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə şahid və zərərçəkmiş şəxs qismində verdiyi ifadələrini Təqsirləndirilən şəxs aralarında üzləşdirmə aparılan zaman ifadəsində qeyd etdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli «üzləşdirmə aparılması haqqında» protokoldan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli «üzləşdirmə aparılması haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs11 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs11 ifadəsində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli «üzləşdirmə aparılması haqqında» protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərdyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli «üzləşdirmə aparılması haqqında» protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid9 Sadıq oğlu ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid9 ifadəsində qeyd göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli «üzləşdirmə aparılması haqqında» protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid10 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid10 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli «üzləşdirmə aparılması haqqında» protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid2 Soltan qızı ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 idfadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli «üzləşdirmə aparılması haqqında» protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid6 ilə iş üzrə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Beyləqan ərazi İdarəsi tərəfindən verilən 03 fevral 2022-ci il tarixli məktubdan görünür ki, baxış zamanı aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri nəticəsində Zərərçəkmiş şəxs1 mülkiyyətində olan «Aygün» şirniyyat evinin arxa hissəsində ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin zəbt edilməsi və zəbt edilmiş hissədə əsaslı tikinti işlərinin aparılması müəyyən edilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyindən ünvanlanmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 10 noyabr 2021-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokolldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 12 noyabr 2021-ci il tarixli Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 noyabr 2021-ci il tarixdən “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 17 dekabr 2021-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01 sentyabr 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında» qərarla X14 Azərbaycan respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinə xitam verimişdir. İş materiallarında olan 03 noyabr 2022-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokolldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 noyabr 2022-ci il tarixdən “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi» haqqında qərarla Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs3 hədə-qorxu gələrək pul tələb etməsi xüsusatını təsdiq edəcək 02 ədəd, Təqsirləndirilən şəxs yaşadığı evə axtarış aparılan zaman çəkilmiş 02 ədəd olmaqla ümumilikdə 04 ədəd disk, 04 ədəd alqı-satqı müavilələri, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə axtarış aparılan zaman aşkar edilərək götürülmüş, müvafiq qeydlərin olduğu 03 ədəd kitabça, 01 ədəd dəftərçə, pul verilmələrinə dair qəbzlər və vərəqlər iş üzrə maddi sübut kimi tanınmış, 04 ədəd disk və 04 ədəd alqı-satqı müqavilələri cinayət işinin materiallarına əlavə edilmiş, 03 ədəd kitabça, 01 ədəd dəftərçə, pul verilmələrinə dair qəbzlər və vərəqlər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan Ağcabədi rayon Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs X19 məhkəməyə iddia ərizəsi təqdim edərək onu mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmasını, ona dəymiş 30000 (otuz min) manat maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 məhkəməyə iddia ərizəsi təqdim edərək onu mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmasını, maddi zərərin əvəzi olaraq, qızıl-zinət əşyaları üçün 10.000 (on min) manat, qeyri-yaşayış sahəsi üçün 20.000 (iyirmi min) manat, qeyri-yaşayış sahəsinə aid olan 40 kv.m torpaq sahəsi üçün 20.000 (iyirmi min) manat, həmçinin qeyri- yaşayış sahəsinin icarəsi üçün, 2017-ci ilin aprel ayından- 2023-cü ilin iyul ayına kimi hər ay üçün 250 manat olmaqla ümumilikdə 22.000 (iyirmi ıkı min) manat eləcədə dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manatın, ümumilikdə 78.000 (yetmiş səkkiz min) manat maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdikləri 03 avqust 2023-cü il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın ödənilməsini, əks halda ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 11 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs8 Şükü qızının məhkəməyə təqdim etdiyi 26 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi 29 fevral 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsla barışmış ondan şikayət tələbi yoxdur. Zərərçəkmiş şəxs X7 hüquqi varisi X1 Telli Ədalət qızının məhkəməyə təqdim etdiyi 29 fevral 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 4000 (dörd min) manat maddi ziyanın ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 nümayəndəsi Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Nümayəndə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ünvanladığı 07 noyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Aygun Cavadovaya dəymiş 10000 (on min) manat maddi ziyanın ödənilməsini və təqsirləndirilən şəxsə layiqincə cəza verilməsini xahiş edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.3.2, 182.2.2, 182.2.4, 188.1 və 188.2-ci maddələri maddələri ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməllərinin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş hər bir ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzrində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə” şəklində formulə edilmişdir. Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi əməlin təkrar, 182.2.4-cü maddəsi isə əməlin xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədilməsinə görə məsuliyyət nəzərdə tutmuşdur. Göründüyü kimi, sözügedən cinayət əgər söhbət rüsvayedici məlumatların (Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 lüt vəziyyətdə bədən nahiyələrini öz mobil telefon aparatı vasitəsi ilə gizli fotoçəkiliş etməklə) yayılması hədəsindən gedirsə, bu məlumatların rüsvayedici məzmunda olmasını, təqsirkarın onları yayacağı ilə zərərçəkmiş şəxsi hədələməsini və bu yolla onun iradəsinə təsir göstərib onun əmlakını, əmlak hüquqlarını ələ keçirmək, xeyrinə əmlak xarakterli hərəkətlər etməsinə nail olmaq məqsədini güdməsini ehtiva edir. Yəni, baxılan kontekstdə hədə-qorxu ilə tələb etmə cinayəti təqsirkarın zərərçəkmiş şəxsin iradəsini öz iradəsinə tabe etdirmək üçün birbaşa qəsdlə aktiv hərəkətlər etməsini, o cümlədən hədəni formulə edib zərərçəkmiş şəxsin diqqətinə çatdırmasını, məzmun etibarı ilə hədənin gələcəkdə baş verə biləcək aktı (rüsvayedici məlumatların yayılmasını) ehtiva etməsini nəzərdə tutur (maddənin mənasına görə, zərərçəkmiş şəxs üçün arzuolunmaz məlumatların yayılmaq təhlükəsi onu əmlak barədə təqsirkarın iradəsinə uyğun şəkildə davranmağa məcbur edən amil rolunu oynamalıdır). Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsində məlumatların həqiqətən rüsvayedici olub-olmamasının, onun həqiqətə uyğun olubolmamasının əhəmiyyəti yoxdur. Əsas odur ki, zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır və onların yayılacağı halda isə özünün ləkələnəcəyini düşünür. Qeyd olunan maddələr ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 lüt vəziyyətdə bədən nahiyələrinin fotoşəkillərini materiallarına malik olmasını bildirib və həmin rüsvayedici məlumatları ictimailəşdirib yaymaqla hədə-qorxu gəlib zərərçəkmiş şəxslərin iradəsini öz iradəsinə tabe etdirmişdir. Bundan başqa verilmiş ittiham üzrə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 2017-ci ilin avqust ayında, Zərərçəkmiş şəxs1 mülkiyyətində olan «Aygün» şirniyyat evinin arxa hissəsində ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini özbaşına hasarlamaqla tutaraq həmin torpaq sahəsi üzərində eni 03 metr, uzunluğu 09 metr, hündürlüyü isə 4,80 metr olmaqla özbaşına tikinti və quraşdırma işləri aparıb Zərərçəkmiş şəxs1 torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs CM-in yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona (Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi istisna olmaqla) cəza təyin edilməlidir. Qeyd olunur ki, müvafiq cinayət əməlləri 2017-ci ilin yay aylarında törədilmişdir. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən həmin Məcəlləninin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən «Böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə» şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən “Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır...”. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən «cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə)» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən «cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə)» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.1 və 44.2.1-ci maddələrinə əsasən Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən 5 il keçdiyinə, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçidiyi üçün onun barəsində CPM-in 39.1.3, 44.1 və 44.2.1-ci maddələrini əsas götürərək onun barəsində cəza təyin etməməklə ittiham hökmünün çıxarılması məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmimş şəxslərə qarşı xeyli və külli miqdarda ziyan vuraraq dələduzluq etməsi istər istintaq zamanı istərsə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs CM-in 178.3.2, 182.2.2, 182.2.4, 188.1 və 188.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməli, onun 10 noyabr 2021-ci il tarixdən 01 senyabr 2022-ci il tarixədən həbsdə və ev dustaqlığında saxlanıldığı 9 ay 22 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablansın və ona qəti cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini yaşlı olmasını yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halla müəyyən edilməmişdir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimi cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə verilmiş ittiham üzrə zərərçəkmiş şəxslərə ümumilikdə 216.000 manat (iki yüz on altı min) maddi ziyan vurulmuşdur. İş üzrə zərərçəkmiş şəxslər X19 və X3 tərəfində verilmiş mülki iddia ərizələri mülki mühakimə qaydasında həll olunduğu, hazırki cinayət işi üzrə baxılması mümkün olmadığına görə baxılmamış saxlanılmalı, Azərbaycan Respublikası CPM-in 180.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraatı qaydasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş 30.000 (otuz min) manat və Edelya Əliyevaya dəymiş 30.000 (otuz min) manat maddi ziyana görə təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən iş üzrə zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs8 dəymiş 5500 (beş min beş yüz) manat, Zərərçəkmiş şəxs7 dəymiş 6.000 (altı min) manat, Zərərçəkmiş şəxs10 dəymiş 6.000 (altı min) manat, Zərərçəkmiş şəxs2 dəymiş 100 (yüz min) manat, Zərərçəkmiş şəxs9 dəymiş 5500 (beş min beş yüz) manat, Zərərçəkmiş şəxs5 dəymiş 8.000 (səkkizmin) manat, Zərərçəkmiş şəxs11 dəymiş 6500 (altı min beş yüz) manat, Zərərçəkmiş şəxs12 dəymiş 3500 (üç min beş yüz) manat, Zərərçəkmiş şəxs3 dəymiş 10.000 (on min) manat və zərərçəkmiş şəxsin hüquqi varisi X8 dəymiş 4000 (dörd min) manat ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki iddia verilmədiyindən onlara hökm qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxsə qarşı mülki iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs3 hədə-qorxu gələrək pul tələb etməsi xüsusatını təsdiq edəcək 02 ədəd, Təqsirləndirilən şəxs yaşadığı evə axtarış aparılan zaman çəkilmiş 02 ədəd olmaqla ümumilikdə 04 ədəd disk, 04 ədəd alqı-satqı müavilələri, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə axtarış aparılan zaman aşkar edilərək götürülmüş, müvafiq qeydlərin olduğu 03 ədəd kitabça, 01 ədəd dəftərçə, pul verilmələrinə dair qəbzlər və vərəqlər cinayət təqibi üzrə materialların saxlama müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 482 (dörd yüz səksən iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasının çəkilmə müddətinin əvvəli 03 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2, 182.2.2, 182.2.4, 188.1 və 188.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 182.2.2 və 182.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası və CM-nin 188.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 188.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs cəza təyin edilməsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdən 01 senyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 9 (doqquz) ay 22 (iyirmi iki) gün müddət ona təyin olunmuş cəzasından çıxılaraq üzərində qəti olaraq 9 (doqquz) il 2 (iki) ay 8 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 03 noyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Zərərçəkmiş şəxslər X19 və X3 tərəfindən verilmiş mülki iddi ərizələri baxılmamış saxlanılsın, Azərbaycan Respublikası CPM-in 180.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraatı qaydasında zərərçəkmiş şəxslər X19 və X2 maddi ziyana görə təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlsin. Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxsin hüquqi varisi X8 hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübut olub – cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs3 hədə-qorxu gələrək pul tələb etməsi xüsusatını təsdiq edəcək 02 ədəd, Təqsirləndirilən şəxs yaşadığı evə axtarış aparılan zaman çəkilmiş 02 ədəd olmaqla ümumilikdə 04 ədəd disk, 04 ədəd alqı-satqı müavilələri, 03 ədəd kitabça, 01 ədəd dəftərçə, pul verilmələrinə dair qəbzlər və vərəqlər cinayət təqibi üzrə materialların saxlama müddəti ərzində iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 482 (dörd yüz səksən iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-100/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-100/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver