Məhkəmə qərarları › İş №1(099)-101/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-101/2022

24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-101/2022 24.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə xx xxxxxxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 81, ev 12-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının əvvələrində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satışı ilə bağlı şəxsiyyəti məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti məlum olmayan üzvləri tərəfindən külli miqdarda-22,546 qram narkotik vasitə olan heroinin və şəxsi istehlak miqdarından artıq miqdarda 15,603 qram narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilib, saxlanıb daşınaraq Ələt-Astara yolunun Biləsuvar rayonunun ərazisindən keçən 102-ci kilometrliyini göstərən yol nişanının yanında gizlədilməsi barədə məlumat verildikdən sonra, o, 13 oktyabr 2021-ci il tarixdə, saat 20 radələrində cinayət barədə əvvəlcədən xəbərsiz olan, taksi sürücüsü kimi fəaliyyət göstərən Şahid4 idarə etdiyi “Sayra” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gedib qeyd edilən narkotik vasitələri gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, avtomobilin qabaq sağ oturacağının arxa hissəsindəki cibinə qoyub saxlayıb daşıyarkən, həmin gün daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Biləsuvar rayonunun Xırmandalı kəndinin ərazisində saxlanılıb həmin avtomobilə baxış zamanı avtomobilin qabaq sağ oturacağının arxa hissəsindəki cibindən bir ədəd sellofan torbada bir ədəd bükümdə külli miqdarda-22,546 qram narkotik vasitə olan heroin və bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda-15,603 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır və ailə üzvlərilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 81, ev 12-də yaşayır. Fərdi qaydada tikintidə qaynaqçı kimi işləmişdir. Xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində “Feysbuk” sosial şəbəkədə bir nəfər İran vətəndaşı kimi özünü təqdim edən şəxs onunla tanışlıq yaratmış, lakin adını bildirməmişdir. Həmin şəxs sadəcə İran vətəndaşı olduğunu və İranda yaşadığını demişdir. Sonra həmin şəxslə qarşılıqlı olaraq vatsappla əlaqə saxlamağa başlamışlar. Söhbət əsnasında iranlıya narkotik maddə istifadə etdiyini bildirmiş, o da narkotik maddə əldə etməyinə köməklik edəcəyini demişdir. Həmin vaxtdan sonra vatsapp proqramı olan mobil telefonu qırıldığından “Nokia” markalı mobil telefon alıb istifadə etməyə başlamış, həmin telefonda vatsapp proqramı olmamışdır. 12 oktyabr 2021-ci il tarixdə həmin iranlı ona zəng edib onun adamının Biləsuvar rayounda bir yerdə təxminən 10 qram heroin gizlətdiyini, gedib oradan heroini götürüb istifadə etməsini demişdir. İranlı birinci dəfə olduğu üçün həmin heroini ona pulsuz verdiyini, növbəti dəfə isə heroinin əvəzinə pul verməli olduğunu demiş, o da razılaşmışdır. Ertəsi gün, 13 oktyabr 2021-ci il tarixdə, günorta saatlarında o, tanışı, taksi sürücüsü Şahid4 onu Biləsuvar rayonuna aparıb-gətirməsini xahiş etmiş, Orxana yalandan Biləsuvarda bir tanışı ilə görüşüb ondan pul alıb qayıdacağını demiş, Orxan da razılaşıb Biləsuvara gedib-gəlməyə 120 manat pul istəmiş, o da razılaşmışdır. Sonra Orxanın idarə etdiyi taksi maşını ilə “Sayra” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə) Biləsuvar rayonuna getmişlər. Özünün istifadə etdiyi “Nokia” markalı mobil telefonla vatsapp proqramı olmadığından yolda olarkən Orxandan xahiş etmişdir ki, tanışına zəng etmək üçün mobil telefonunu ona versin, Orxan da mobil telefonunu ona vermiş və o, həmin telefondan vatsappla iranlıya zəng edib yolda olduğunu demiş, iranlı da narkotik maddənin qoyulduğu yerin şəklini, “102” rəqəmi yazılmış yol nişanının şəklini vatsaplla ona göndərmişdir. Həmin yer Biləsuvar rayonuna gedən yolun kənarında olan “102” rəqəmi yazılmış yol nişanının yanı olmuşdur. Biləsuvara tərəf gedərkən yolboyu yolun kənarında olan yol nişanlarına baxmış, 102-ci kilometrə çatanda Orxana həmin yerdə maşını saxlamasını, ayaqyoluna getmək istədiyini demiş, Orxan da həmin yerdə maşını saxlamışdır. Sonra o, maşından düşüb yolun kənarında olan “102” rəqəmi yazılmış yol nişanının yanına gedib orada bir ədəd sellofan bağlamanı götürüb maşına qayıtmış və əlindəki bağlamanı maşının qabaq oturacağının arxa cibinə qoyub qabaq oturacaqda əyləşmiş, sonra Orxana maşını döndərib Bakı şəhərinə sürməsini demişdir. Orxan da maşını bir az qabağa sürüb geri döndərib maşını Bakı şəhəri istiqamətində sürməyə başlamış, bir az getdikdən sonra yol patrul xidməti avtomobili arxadan gələrək maşını saxlamağa işarə vermiş, Orxan da avtomobili saxlamışdır. Həmin vaxt daha bir maşınla başqa polis əməkdaşları da ora gəlmişlər. Polis əməkdaşları onlara narkotik maddələr saxlamaqda şübhəli olmalarını bildirilib onları maşınla birlikdə polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üstündə axtarış aparılmış, lakin heç nə aşkar olunmamışdır. Üzərində axtarış zamanı “Nokia” markalı mobil telefonu polislər tərəfindən götürülmüşdür. Bundan sonra özünün, Orxanın və vəkillərin iştirakı ilə, həm də videoçəkilişlə Orxanın maşınına baxış keçirilməyə başlanmış, həmin vaxt özü maşının qabaq oturacağının arxa cibinə qoyduğu bağlamanı çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi bağlamanın içərisindən heroin və marixuana çıxmışdır. Şifahi sorğa zamanı o, Biləsuvara iranlı bir nəfərin dediyi yerdən 10 qram heroin götürmək üçün gəldiyini və həmin yerdən narkotik maddə olan bağlaman götürdüyünü bildirmişdir. O, bağlamanın içərisində heroindən başqa bir narkotik maddənin (qurudulmuş marixuananın) olmasını bilməmişdir. Polis əməkdaşları aşkar olunmuş kütlələr qablaşdırılıb götürülmüşdür. İranlı ona 10 qram heroin göndərmiş, o da həmin heroini götürmək üçün Biləsuvara getmişdir. Bağlamadan aşkar olunmuş heroinin 10 qramdan başqa olan hissəsi və marixuana ona məxsus deyil. O, 10 qram heroini özünün şəxsi istifadəsi üçün əldə etmiş, kiməsə satmaq niyyəti olmamış, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Narkotik maddələrin satışı ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün şəxsi istifadəsi üçün 10 qram heroin əldə edib saxlamasına görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmadır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində məhkəmədə verdiyi ifadəsində bildirdiyi ayrı-ayrı halları göstərmiş, eyni zamanda bu ifadələrində göstərmişdir ki, o, 12 oktyabr 2021-ci il tarixdə iranlı ilə telefonla danışarkən iranlı ona “sabah gəl, Biləsuvar rayonuna, mənim adamım orada bir yerdə narkoktik vasitə heroin gizlədəcək, yerin sənə deyərəm, götürərsən, aparıb çəkərsən” demiş, həm də iranlı həmin narkotiki ona bu dəfə pulsuz təklif etdiyini, amma növbəti dəfələrdə əvəzində pul verməli olduğunu bildirmiş, o da onun təklifi ilə razılaşmışdır. Ertəsi gün, 13 oktyabr 2021-ci il tarixdə, saat 13 radələrində yaşadığı Corat qəsəbəsində təsadüfən tanışı, taksi sürücüsü Şahid4 rast gəlmişdir. Orxandan onu Biləsuvara aparıb-gətirməsini xahiş edib ona yalandan demişdir ki, Biləsuvar şəhərinə bir tanışı ilə görüşüb ondan pul alıb qayıdacağını demiş, Orxan da razılaşmışdır. Orxan ona yol haqqı olaraq 120 manat verəcəyini demiş, o da razılaşmış, fikirləşmişdir ki, işlədiyi tikintidən əmək haqqını alıb Orxanın pulunu verər. Sonra Orxanın idarə etdiyi “Sayra” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna getmişlər. Yolda 6 manat özü, 5 manat isə Orxan qoyub maşına benzin vurmuşlar. Biləsuvar rayonuna gələrkən yolda Orxandan xahiş etmişdir ki, öz tanışına zəng etmək üçün mobil telefonunu ona versin, Orxan da heç bir söz demədən mobil telefonunu ona vermiş, o da həmin mobil telefonla vatsappda iranlıya zəng edib danışıb yolda olduğunu demişdir. İranlı vatsappla “102” rəqəmi yazılmış yol nişanının fotoşəklini göndərib demişdir ki, narkotiki yolun 102-ci kilometrliyini göstərən həmin yol nişanının yanında gizlətdirmişdir. Mobil telefonla danışarkən avtomobildən düşüb kənarda danışdığından Orxan onun danışığını eşitməmiş, həmçinin öz telefonunda, həm də Orxanın telefonunda iranlı ilə olan bütün danışıqlarını sildiyindən telefonda heç bir danışıq qalmamışdır. Sonra Orxanın idarə etdiyi avtomobillə Biləsuvar şəhəri istiqamətində hərəkətdə olarkən yol nişanlarına baxmış və 102-ci kilometrə çatanda Orxana avtomobili saxlamasını ayaqyoluna getmək istədiyini demiş, Orxan avtomobili düz həmin yol nişanının yanında saxlamışdır. O, avtomobildən düşüb yolun sağ tərəfində ayaqyoluna çıxmış, sonra isə “102” yol nişanın düz altından bir ədəd sellofan bağlamanı tapıb götürüb avtomobilə qayıdıb sağ arxa qapını açıb, həmin oturacaqda oturmuşdur ki, Orxan əlindəki bağlamanı görməsin. Avtomobilə oturduqdan sonra bağlamanı sağ qabaq oturacağın arxa tərəfindəki cibinə qoymuşdur. Sonra Orxana avtomobili döndərib Bakı şəhərinə sürməsini tapşırmış, o da təxminən 200 metr qabağa sürüb oradan avtomobili döndərib Bakı şəhəri istiqamətində sürməyə başlamış, bu zaman yol patrul xidməti avtomobili Biləsuvar şəhəri tərəfdən gələrək sayrışan işıqları yandırmaqla “saxla” işarəsi vermiş, Orxan da avtomobili saxlamış, sonra başqa avtomobillə digər polis əməkdaşları da ora gəlmişlər. Polis əməkdaşları X6 dövriyyəsində şübhəli olduqlarını bildirilib onları avtomobillə birlikdə polis şöbəsinə aparmışlar. Polis şöbəsində videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə ayrıayrılıqda üzərlərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya aşkar edilməmiş, özünə məxsus “Nokia” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra onun, Orxanın və müdafiəçilərin iştirakı ilə avtomobilə də baxış keçirilmişdir. Baxış zamanı o, avtomobildə narkotik vasitə olduğunu bildirib avtomobilin arxa sağ qapısını açıb, qabaq sağ oturacağın arxa tərəfindəki cibinə qoyduğu sellofan bağlamanı çıxarıb təqdim edib həmin bağlamada narkotik vasitə olduğunu, adını bilmədiyi iranlı tanışının ona gönrdərdiyini bildirmişdir. Həmin sellofan bağlamanın içərisində bir ədəd plastik qab, həmin qabın içərisində iki ədəd sellofan bukum, bükümlərdən birinin içərisində qurudulmuş marixuana, digərində heroin olduğu məlum olmuşdur. Həmin bükümlərdə aşkar olunmuş kütlələr eletkron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə avtomobilə baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, ifadəsində bağlamada aşkar olunmuş heroinin və marixuananın ona məxsus olması barədə yazılanları təsdiq etmir, bağlamada aşkar olunmuş heroinin yalnız 10 qramı ona məxsus olsa da, heroinin qalan hissəsi və marixuana ona məxsus deyil. Narkotik maddələrin satışı ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün şəxsi istifadəsi üçün 10 qram heroin əldə edib saxlamasına görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmadır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin əməkdaşıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 13 oktyabr 2021-ci il tarixdə şöbəyə “Mütəllim” adlı şəxsin Biləsuvar rayonu ərazisində X6 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, sonra həmin şəxsin Sumqayıt şəhəri, Corat qəsəbəsi sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Belə ki, 13 oktyabr 2021-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs olduğu yer, yəni sərnişin olduğu “Sayra” markalı avtomobillə (“Sayra” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə) Biləsuvar rayonunun Xırmandalı kəndinin ərazisində magistaral yolda olması müəyyən edilib həmin maşın əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin avtomobil hərəkət edib Ələt-Astara yolunun 102-ci kilomterliyində yol nişanının yanında dayanmışdır. Bir-iki dəqiqədən sonra avtomobil yenidən Biləsuvar şəhər istiqamətində hərəkətini davam etdirmiş, təxminən 400-500 metr getdikdən sonra sürücü avtomobili saxlayıb geri döndərərək Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Əməliyyat tədbirinə uyğun olaraq Biləsuvar RPŞ-nin DYPB-nin yol-patrul xidməti əməkdaşı xidməti avtomobillə həmin avtomobilin arxasınca hərəkət edib avtomobili saxlamışdır. Elə həmin vaxt əməliyyat qrupu da həmin avtomobilə yaxınlaşmış və onlar avtomobildə olan şəxslərə özlərini təqdim edib narkotik maddələrin əldə edib saxlamaqda şübhəli olmaları bildirilmiş, sonra avtomobildə sərnişin olan Təqsirləndirilən şəxs və sürücü Orxan adlı şəxs (Şahid4) avtomobillə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Şöbədə təhqiqatçı tərəfindən müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə şübhəli şəxslərin üzərlərində şəxsi axtarış aparılmış, lakin onların üzərindən narkotik maddələr və ya qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən müdafiəçilərin, Təqsirləndirilən şəxs və sürücü Orxan adlı şəxsin iştirakı ilə və videoçəkilişlə “Sayra” markalı avtomobilə (“Sayra” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə) baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ oturacağın arxa tərəfindəki cibindən bir ədəd bağlamanı çıxarıb təqdim edib həmin bağlamada narkotik maddələr olduğunu və iranlı tanışının ona göndərdiyini bildirmişdir. Həmin bağlamanın içərisində bir büküm heroinə və bir büküm marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs hər hansı narazılığı və ya şikayəti olmamış, həmçinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı formada heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayır və etibarnamə ilə idarə etdiyi “Sayra” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ərazidə taksi fəaliyyəti ilə məşğul olur. Corat qəsəbəsində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tanıyır, münasibətləri yaxşıdır. 13 oktyabr 2021-ci il tarixdə, günorta saatlarında yaşadığı evin qarşısında olarkən Mütəllim ona yaxınlaşıb onu Biləsuvar rayonuna aparıb-gətirməyi xahiş etmiş, o da gedib-gəlməyə görə 120 manat verəcəyini demiş, Mütəllim də razılaşmış və yol pulunu geri qayıdandan sonra verəcəyini demiş, qonşu olduğu üçün o da razılaşmışdır. Söhbət zamanı Mütəllim Biləsuvarda bir tanışı ilə görüşüb ondan pul alıb geri qayıdacağını demişdir. Sonra onlar yola çıxmışlar və yolda avtomobilə benzin vurduranda Mütəllim ona 5 manat pul vermiş, özü də 10 manat qoyub 15 manatlıq benzin vurmuşdur. Sumqayıtdan keçəndə Mütəllim ondan mobil telefonunda vatsapp olub-olmadığını soruşmuş, o da mobil telefonunda vatsapp olduğunu bildirmişdir. Mütəllim istifadə etdiyi telefon sadə mobil telefonu olduğu üçün vatsapp proqramı olmadığını bildirmişdir. Yolda Mütəllimə ondan mobil telefonunu götürüb kiminləsə danışmış, kiminlə danışmasını bilməmiş, yalnız “çıxmışam, taksidəyəm” deməsini eşitmişdir. Salyan rayonundan keçəndə Mütəllim yenə də onun telefonu ilə kiminləsə danışmışdır. Biləsuvar rayonu ərazisində 102-ci kilometri göstərən yol nişanının yanında Mütəllim ayaqyoluna düşmək adı ilə avtomobili saxlatmış, sonra avtomobildən düşüb bir ağacın arxasına keçmişdir. Mütəllim maşina qayıdıb avtomobilin arxa oturacaqda əyləşmiş, həmin vaxt Mütəllimin əlində heç nə görməmiş, həmçinin ondan nəyə görə arxada oturmasını soruşmamışdır. Sonra o, avtomobili Biləsuvar şəhəri istiqamətində sürməyə başlamış, təxminən 400-500 metr getdikdən sonra Mütəllim ona avtomobili döndərib, geri sürməsini demişdir. O, elə zənn etmişdir ki, ola bilsin ki, yolu səhv salıb, yəqin Mütəllimin tanışı geridədir, ona görə də avtomobili döndərib Bakı şəhəri istiqamətində sürməyə başlamışdır. Elə bu zaman polisin yol patrul xidməti avtomobili arxadan gələrək ona “saxla” işarəsi vermiş, o da avtomobili saxlayıb avtomobildən düşüb yol patrul xidməti əməkdaşına yaxınlaşmışdır. Bu zaman daha bir avtomobillə bir qrup polis əməkdaşları ora gəlmiş və həmin polislər ona və Mütəllimə narkotik maddələr əldə edib saxlamaqla şübhəli olmaları bildirilib onları avtomobillə birlikdə polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun üstündə axtarış aparılmış, narkotik maddələr və qadağan olunmuş əşyalar aşkar olunmamışdır. Bundan sonra onun, Mütəllimin və müdafiəçilərin iştirakı ilə, həm də videoçəkilişlə avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı Mütəllim avtomobildə ona məxsus narkotik maddə olduğunu bildirib avtomobilin arxa sağ qapısını açıb, qabaq sağ oturacağın arxa tərəfindəki cibindən bir ədəd bağlamanı çıxarıb polislərə təqdim etmişdir. Həmin bağlamadan adını bilmədiyi kütlələr aşkar olunmuşdur. Şifahi sorğu o, aşkar olunmuş kütlələrin ona məxsus olmamasını demiş, həmçinin Mütəllim aşkar olunmuş kütlələrin narkotik maddələr olduğunu, tanışı bir nəfər iranlının ona (Təqsirləndirilən şəxs) göndəndiyini bildirmişdir. Həmin polis əməkdaşları tərəfindən həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. İşdə olan, Biləsuvar RPŞ-nin əməkdaşının 13 oktyabr 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Göyçay rayon sakini “Mütəllimin” adlı şəxsin Biləsuvar rayonunun ərazisində narkotik vasitələr əldə etməsi, istifadəsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat yolu ilə “Mütəllimin” adlı şəxsin Sumqayıt şəhəri, Corat qəsəbəsi sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 13 oktyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi sakini Təqsirləndirilən şəxs X6 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün təxirəsalınmaz əməliyyataxtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 13 oktyabr 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan, Biləsuvar RPŞ-nin əməkdaşının 13 oktyabr 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, həmin tarixdə, saat 20 radələrində əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs içərisində olması güman edilən “Sayra” markalı, **-GL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonunun Xırmandalı kəndinin ərazisindən keçən hissəsində müşahidə edilmiş, daha sonra DYP-nin əməkdaşları tərəfindən həmin ərazidə saxlanılmış, bundan sonra bu avtomaşın və sürücüsü Şahid4, habelə sərnişin Təqsirləndirilən şəxs Bəilsuvar RPŞ-nə gətirilmişlər. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 13 oktyabr 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə təhqiqatçı Xanlar Alışov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs narkotik maddələr və ya başqa qadağan olunmuş əşyalar aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs məxsus bir ədəd “Nokia” markalı mobil telefon təhqiqat orqanı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağla aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 13 oktyabr 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə təhqiqatçı Xanlar Alışov tərəfindən müdafiəçilər-Mehman Mütəllimov, Səfərəli Baxşıyev, şübhəli şəxslər- Təqsirləndirilən şəxs və Şahid4 iştirakı ilə, həm də videoçəkiliş aparılmaqla Şahid4 məxsus “Sayra” markalı, **-GL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ oturacağın arxa hisssində olan cibindən bir ədəd sellofana bükülmüş bağlamanı çıxarıb təqdim edib bağlamanın içərisində narkotik maddələr olduğunu bildirmişdir. Təqdim olunmuş bağlamanın içərisində heroin və qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, İrandan bir nəfər tanışının göndərdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid4 idarə etdiyi “Sayra” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş bükülü ... ” sözlər və imzalar olan bir ədəd paketdəki bir ədəd bükümdə təmiz çəkisi 22,546 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 15,603 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra qalıq heroin 22,496 qram və qalıq qurudulmuş marixuana 15,583 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi və saxlanca təhvil verilməsi haqqında” 15 oktyabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 22,496 qram heroin, 15,583 qram qurudulmuş marixuana, habelə “Nokia” markalı mobil telefon aparatı (üzərində 077/312-63-72 saylı mobil nömrə ilə birlikdə) iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Biləsuvar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 25 noyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 26 noyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Şahid4 əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 26 noyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından cinayət törətmiş digər şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (aşkar olunmuş heroinin yalnız 10 qramının ona məxsus olması, heroinin qalan hissəsinin və qurudulmuş marixuananın ona məxsus olmaması, narkotik maddəni özünün şəxsi istifadəsi üçün əldə edib saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni aşkar olunmuş heroinin yalnız 10 qramının ona məxsus olması, heroinin qalan hissəsinin və qurudulmuş marixuananın ona məxsus olmaması, narkotik maddəni özünün şəxsi istifadəsi üçün əldə edib saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən Təqsirləndirilən şəxs iştirakı ilə avtomobilə baxış keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə (həmin videoçəkilişlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs avtomobildən narkotik maddələr olan bağlamanı götürüb polis əməkdaşlarına təqdim edib həmin narkotik maddələrin özünə məxsus olmasını bildirir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, avtomobildən aşkar olunmuş narkotik maddələrin özünə məxsus olduğunu göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən cinayəti törətmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama və daşıma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitə, beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 22,546 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir, habelə 15,603 qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıqdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs əldə etdiyi dövriyyəsi qadağan olunmuş maddələrin ayrı-ayrı növlərdən ibarət olmasını, o cümlədən heroinin külli miqdarda olması xüsusatı onun bu maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşaması kimi qiymətləndirilməyə əsas verən hallardan biri kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisələrinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və onun təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli narkotik maddə və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddələri əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli cinayət törətməkdə şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 13 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Sumqayıt şəhər İHB-nın Corat qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 24 noyabr 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 81, ev 12-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan, Corat qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 24 noyabr 2021-ci il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailə üzvləri: ata-anası, arvadı və iki azyaşlı uşağından (26 iyun 2014-cü il təvəllüdlü X5 və 28 mart 2017-ci il təvəllüdlü X1) ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə cəzanı ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Biləsuvar RPŞnin maddi sübutlar otağında saxlanılan 22,496 qram heroin və 15,583 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X6 X9 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. Habelə iş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Nokia” markalı mobil telefon aparatı (üzərində 077/312-63-72 saylı mobil telefon nömrəsi ilə) hökm qanuni qüvvəyə mindikdən sonra atası Rauf Məlikrzayevə (ünvan: ünvan 1 üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 22,496 qram narkotik vasitə olan heroin və 15,583 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə İş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Nokia” markalı mobil telefon aparatı (üzərində 077/312-63-72 saylı mobil telefon nömrəsi ilə) hökm qanuni qüvvəyə mindikdən sonra atası X3 (ünvan: ünvan 2 ekspertiza tədqiqatı xərci-50 (əlli) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar