Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-101/2023 19.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Füzuli rayonu Pirəhmədli kəndində qeydiyyatda olmaqla tutulanadək Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Xəstəxanayanı küçəsi ev 1 A, mənzil 3-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in (bundan sonra –Azərbaycan Respublikası CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Şahid11 və Şahid10 ilə öz aralarında və barəsində hazırki cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrıldığı İran İslam Respublikası (bundan sonra - İran İR) vətəndaşı olan başqa şəxsə sonuncunun İran İRdən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla, yəni qaçaqmalçılıq yolu ilə keçirəcəyi külli miqdarda narkotik vasitələri gizlədiləcək yerdən götürəcəklərinə, gizlədəcəklərinə və həmin narkotik vasitəyə sərəncam verəcəklərinə dair qabaqcadan vəd verdikdən sonra, cinayətkar qrupun Azərbaycan Respublikasında və İran İR-də olan üzvləri ilə həmin kütlələrin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanmasi və daşınması barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən və sonuncudan həmin kütlələrin göstərilən üsul və məqsədlə İran İR-dən Azərbaycan Respublikası ərazisinə keçirilib gizlədildiyi müvafiq yer barədə məlumat aldıqdan sonra ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, 2022-ci ilin iyun ayında İran İR vətəndaşı tərəfindən istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edilmiş 6 ədəd bağlamada, ayrıayrılıqda təmiz çəkiləri 990,0 qram, 1015,0 qram, 990,0 qram, 1010,0 qram, 1015,0 qram, 1000,0 qram, ümumi təmiz çəkisi 6020,0 qram olub külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini ( bundan sonra - heroin) istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirərək qeyd edilən bağlamalarda və çəkidə olan narkotik vasitə heroini 21 iyun 2022-ci il tarixdə gecə vaxtlarında keçmiş Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən 191-ci kilometrliyində üzərində “191” rəqəmi əks olunmuş məsafə göstərən yol nişanının yanına çatdırıb gizlədilməsi barədə Təqsirləndirilən şəxs və onunla əlbir olaraq eyni niyyətlə hərəkət edən Şahid10 və Şahid11 mobil telefon vasitəsilə məlumat verməyi təmin etdikdən sonra Təqsirləndirilən şəxs qrup üzvləri olan Şahid11 və Şahid10lə birlikdə göstərilən tarixdə Şahid10 idarə etdiyi “Dacia Logan” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə qeyd edilən lövhənin yanına gedərək orada gizlədilmiş altı ədəd bağlamada, ümumi təmiz çəkisi 6020,0 qram olan narkotik vasitə heroini onlara məlum olan yerdən Şahid11 tərəfindən götürüldükdən sonra əldə etdikləri külli miqdarda heroini Şahid10a məxsus olan “Dacia Logan” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsinə - nəqliyyat vasitəsinin döşəməsinin üzərinə qoyub Masallı rayonu istiqamətində hərəkətdə olduqları zaman bu barədə əməliyyat məlumatları almış Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (bundan sonra – Lənkəran ŞRPŞ) əməkdaşlarının 21 iyun 2022-ci il tarixdə saat 04:30 radələrində həmin ərazidə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşlarından yayınaraq uzaqlaşmağa nail olsa da Şahid11 qrup üzvü Şahid10 ilə birlikdə qeyd edilən nəqliyyat vasitəsi ilə Lənkəran rayonu Qumbaşı kəndinin ərazisində saxlanılaraq polis şöbəsinin ünvanı olan ünvan 2 Şahid10 idarə etdiyi “Dacia Logan” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman qeyd edilən bağlamada və çəkidə heroin nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsindən – döşəmənin üzərindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd sellofan kəsiyi bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri, 0,286 qram və 0,253 qram, ümumi təmiz çəkisi 0,539 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 13 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 3irilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol yan cibindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılarkən üzərində az miqdarda heroin olmuş, buna görə də özünü təqsirli bilir. Şahid10 və Şahid11 Lənkəran rayonuna gəlməyi o, təklif etmiş, lakin həmin yerə getməmişdir. O, digər şəxslərlə birlikdə Lənkəran rayonuna həşiş götürmək üçün getmişdir. Belə ki, bu barədə iranlı şəxslə danışmış, sonuncu da Lənkəran rayonunda adamı olduğunu, deyəcəyi yerə həşiş qoyduracağını demişdir. O, da bu barədə ilk öncə Eldənizə məlumat vermiş, onunla birlikdə getməyi təklif etmiş, həmçinin Eldənizə istifadə etmək üçün götürdüyü həşişdən verəcəyini bildirmiş, Eldəniz də onunla razılaşmışdır. Lənkəran rayonuna getmək üçün maşın lazım olduğundan Eldəniz də tanışı Tərlandan xahiş etmiş, Tərlan da onları Lənkəran rayonuna aparmağa razılaşmışdır. Lənkəran rayonuna narkotik götürmək üçün getdiklərini Tərlan yolda bilmiş və onlarla razılaşmışdır. İranlı ilə həşiş götürməyə razılaşmış, lakin sonradan oradan heroin aşkar edildiyini bilmişdir. İranlı şəxs ona 100 qram həşiş qoyduracağını demiş, onlar da həmin çəkidə həşişi götürmək üçün getmişlər. Lənkəran rayonuna çatarkən telefonuna ailə üzvlərindən zəng gəldiyindən geri qayıtmaq istəmiş, Eldəniz və Tərlan uzun yol gəldiklərini deyib qayıtmaq istəməmişlər, buna görə də o, avtomobildən düşüb tanımadığı şəxsin avtomobili ilə Bakı şəhərinə qayıtmışdır. Sonradan Tərlan və Eldənizin polislər tərəfindən saxlanıldığını eşitmiş, lakin o, barəsində axtarış qərarı olmasını bilməmiş, heç vaxt polislərdən gizlənməmişdir. Polis əməkdaşları onu Bakı şəhərində saxlayarkən üzərində 0,64 qr heroin olmuş, həmin heroini şəxsi istifadəsi üçün üzərində saxlamış, tüstüsünü qəbul etmək yolu ilə heroindən istifadə etmişdir. Eldəniz və Tərlana narkotik vasitə götürülməsi təklifini o, vermiş, həmin narkotik vasitəni iranlı şəxsdən şəxsi istifadəsi üçün sifariş etmişdir. İranlı şəxslə sosial şəbəkə vasitəsi ilə tanış olmuş, həmin şəxslə çoxdan tanış olsa da ondan bir dəfə narkotik sifariş etmişdir. Eldəniz və Tərlanla Lənkərana gələrkən Lənkəran şəhərində yerləşən Bakı istiqamətində olan taksilərin dayandığı yerdə düşüb taksi ilə Bakı şəhərinə qaytmışdır. İranlı şəxslə ilk öncə öz telefonu ilə, sonra isə telefonunun enerjisi bitdiyindən Tərlanın telefonu ilə danışmışdır. İranlı şəxs ona narkotik vasitəni qoyduğu yeri deməmiş, onları bir neçə saat maşında gözlətmiş, buna görə də o, Bakı şəhərinə geri qayıtmışdır. Eldəniz və Tərlan isə həmin narkotik vasitəni götürmək üçün getmişlər. Təqsirləndirilən şəxs Şahid10 və Şahid11 saxlanılarkən həmin ərazidə olmadığını, onların narkotik götürmələrindən məlumatı olmadığını,onlarla getsə də yolda avtmobildən düşüb geri qayıtdığını, himayəsində üç uşağının olduğunu, ata və qardaşının olmadığını, 68 yaşlı anasının olmasını nəzərə almağı xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 21 və 22 iyun 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü, məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli bilmiş və göstərmişdir ki, 7 aydır ki, narkotik vasitə heroindən tüstüsünü udmaq yolu ilə qəbul edir. narkotik vasitəni Bakı şəhəri Sabunçu rayonu Maştağa qəbəsəbəsində müxtəlif şəxslərdən alır. Şahid11 və Şahid10 tanıyır. Şahid11 onun dostu, həmçinin Bakı şəhərində qonşusu, Şahid10 isə taksi sürücüsü kimi tanıdığı, daha sonra isə münasibətlərinin yaxınlaşdığı şəxs olmuşdur. O həm Şahid11, həm də Şahid10 narkotik vasitələrdən istifadə etməsini bilirmiş, bir neçə dəfə birlikdə narkotik vasitə istifadə etmişlər. 2022-ci ilin iyun ayında “İnstagram” sosial şəbəkəsində özünü “Babək” kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, Babək onunla biraz yazışdıqdan sonra ondan narkotik vasitə aludəçisi olub-olmadığını soruşmuş, o da narkotik istifadə etdiyini demiş, Babək ona külli miqdarda narkotik vasitəni rahat şəkildə öz ölkəsində əldə edə bildiyini, lakin satışını həyata keçirə bilmədiyini demiş, onun üçün külli miqdarda narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni əldə edəndən sonra bir hissəsini istifadə edib bir hissəsini “Babəkin” dediyi zamanda və yerdə onun dediyi şəxsə çatdıraraq həmin şəxsdən aldığı pulun bir hissəsini “Babəkin” dediyi kart hesabına göndərməyi, qalan hissəsini isə xərcləməyi, narkotik vasitənin bir hissəsini də özü sataraq pulunu “Babəkə” göndərməyi təklif etmiş, o həm pulsuz narkotik vasitə əldə edib istifadə edəcəyini, həm də narkotik vasitədən əldə olunan gəlirin bir hissəsinin özünə qalacağını düşünüb “Babəklə” razılaşmış, sonuncu yeri və zamanı deyəcəyini bildirmişdir. 19 iyun 2022-ci il tarixdə Babək ona öz nömrəsi ilə “Whatsapp” ani ismarıclaşma sistemində ismarıc yazaraq narkotik vasitəni 20 iyun 2022-ci il tarixdə tanışlarının köməyi ilə qaçalmalçılıq yolu ilə Lənkəran rayonuna göndərəcəyini, orada sonradan müəyyən ediləcək yerə qoyduracağını bildirmiş, Babək ona 20 iyun 2022-ci il tarixdə, axşam saatlarında Lənkəran rayonuna çatmalı və dediyi yerə getməli olduğunu bildirmişdir. O da Babəklə razılaşmış, lakin tək getmək istəməmiş, ağlına qonşusu, həmçinin birlikdə narkotik vasitə qəbul etdiyi şəxs olan Eldənizə bu barədə demək gəlmiş, 20 iyun 2022-ci il tarixdə, saat 09 radələrində Eldənizin həyətinə getmiş, sonuncu ilə hal-əhval etdikdən sonra ona vəziyyəti başa salmış, İİR vətəndaşı ilə tanış olduğunu, onun üçün külli miqdarda narkotik vasitə göndərəcəyini, narkotik vasitəni götürmək üçün Lənkəran rayonuna getmək lazım olduğunu bildirmiş, narkotik vasitəni götürdükdən sonra isə ona istifadəsi üçün verəcəyini, həmçinin narkotik vasitənin satışında da Eldənizin köməyindən istifadə edərək sonuncu üçün pay ayıracağını bildirmiş, Eldəniz də onunla razılaşmışdır. Onlara Lənkəran rayonuna gəlmək üçün maşın lazım olmuş, ağlına taksi sürücüsü kimi tanıdığı, həm də birlikdə bir neçə dəfə birlikdə narkotik vasitə qəbul etdiyi şəxs olan Tərlan gəlmiş, Tərlana zəng edib onu Eldənizgilin evinin qarşısına çağırmış, sonuncuya Lənkəran rayonuna gedib qayıdacaqlarını, buna görə ona 150 manat pul, həmçinin əlavə benzin pulu da verəcəklərini demişlər. Tərlan da onlarla razılaşmışdır, əvvəl Tərlan onların nə üçün getdiklərini bilməmiş, yolda olan zaman o bir neçə dəfə İİR vətəndaşı ilə əlaqə saxlamış, bu zaman Tərlan artıq şübhələyə başlamış, buna görə də Tərlana külli miqdarda narkotik vasitə əldə etmək üçün Lənkəran rayonuna getdiklərini, lakin narkotik vasitənin hələ sərhəddən keçmədiyini, İİR vətəndaşı ilə danışmağının səbəbinin bu olduğunu bildirmiş, Tərlan ona bu məsələyə ortaq olmaq istədiyini, götürəcəklərini narkotik vasitədən istifadə etmək istədiyini, həmçinin satış zamanı da köməklik edə biləcəyini və pula ortaq olmaq istədiyini demiş, onlar da Tərlanla razılaşmışlar. Yolda olan zaman “Babəklə” danışırarkən sonuncu narkotik vasitənin sərhəddən keçirilməsinin yubandığını deyib ondan da yubanmağını istəmiş, bu səbəbdən də o bir neçə dəfə “Babəkə” qarşı səsini yüksəltmiş, əsəbiləşmiş, “Babək” də ona səbrli olmağını demiş, buna görə yolda yubanmış, bir neçə dəfə maşını saxlamışlar. Bir müddət keçəndən sonra “Babək” ondan öz telefonundan istifadə etməməyini, başqasının telefonu ilə sonuncuya zəng etməyini istəmiş, bunun səbəbini soruşan zaman isə heçnə deməmiş və belə məsləhət olduğunu demiş, o, da Tərlanın telefonunu götürüb Babəkin nömrəsini onun telefonuna yazmış və Tərlanın telefonu ilə əlaqə saxlamağa başlamışdır. 20 iyun 2022-ci il tarixdən 21 iyun 2022-ci il tarixinə keçən gecə, saat, təxminən, 03 radələrində Lənkərana çatmışlar. Lənkəran rayonuna adı yadında qalmayan kənddə yerləşən körpü vasitəsilə daxil olmuşlar. Bu zaman İİR vətəndaşı ona narkotik vasitənin qoyulduğu yerin şəklini, həmçinin ünvanı “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə göndərmiş, “Babək” ona həmin ərazinin Lənkəran rayonu Göyşaban kəndində yerləşən “191-ci kilometr” lövhəsinin yanı olduğunu demiş, Tərlan həmin əraziləri az-çox tanıdığından onun köməkliyi ilə həmin lövhəni tapmışlar. Maşınla Babəkin dediyi və ünvanını göndərdiyi yerdən bir dəfə keçmiş, ərazinin tam təhlükəsiz olduğunu biləndən sonra həmin yerə qayıtmışlar. Tərlan maşını lövhənin yanında saxlamış, bu zaman kimin düşüb narkotik vasitəni götürəcəyini düşünmüş, Eldəniz ona şəxsi tələbatını ödəməli olduğunu, düşüb narkotik vasitəni götürəcəyini demiş və lövhənin yanında düşmüş, orada olan ağacın altına getmiş, o da ətrafa baxmış, qısa bir müddətdən sonra Eldəniz maşına qayıtmış, əlində böyük bir bağlama olmuşdur. O qabaq oturacaqda əyləşmiş, arxa oturacağa keçib nə olduğuna baxmaq istəmişdir. Arxa oturacağa keçmiş, bağlamalardan birini azca kəsərək içərisində narkotik vasitə heroin olduğunu görmüş, Masallı rayonu istiqamətində hərəkət etməyə başlamış, Lənkəranda qalmaq istəməmişlər. Masallıda gecələmək və səhər Bakıya qayıtmaq lazım olduğunu düşünmüşlər. Yolda olan zaman YPX avtomobili Tərlana “saxla” işarəsi vermiş, lakin Tərlan maşını saxlamamış, çünki maşında külli miqdarda narkotik vasitə heroin olmuş, YPX avtomobilinin sürücüsünün manevrlərindən sonra Tərlanın maşını saxlamaqdan başqa şansı olmamış, onlar maşından düşüb qaçmağa başlamışlar. O polislərin Tərlan və Eldənizi saxladıqlarını görmüş, lakin onu saxlaya bilmədiklərindən o qaça bilmişdir. Adını bilmədiyi kəndin içərisinə girib Ələt-Astara magistralının Masallı rayonundan keçən hissəsinə çıxmış, orada tanımadığı maşına əyləşərək Bakı şəhərinə qayıtmışdır. 13 sentyabr 2022-ci il tarixdə, saat, təxminən, 02 radələrində narkotik vasitə almaq üçün Maştağa qəsəbəsinə getmiş, həmin qəsəbədə əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı şəxsə yaxınlaşaraq ondan şəxsi istifadəsi üçün 2 büküm heroin alaraq şalvarının sağ yan cibinə qoymuş, saat, təxminən, 03 radələrində həmin narkotik vasitəni qəbul etmək üçün münbit yer axtaran zaman mülki geyimdə olan üç şəxs ona yaxınlaşmış, həmin şəxslər özlərini Lənkəran ŞRPŞ-nin əməkdaşı kimi təqdim edərək ona axtarışda olduğunu deyib onu Lənkəran ŞRPŞ-nin inzibati binasına dəvət etmişlər. İnzibati binaya gətirilənə kimi polis əməkdaşlarının nəzarəti altında olmuş və üzərində olan bükümləri harasa atmaq imkanı olmamış, inzibati binada üzərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən içərisində heroin olan iki ədəd büküm, şalvarının sol yan cibindən isə istifadəsində olan “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmiş, 2 bükümdə heroin elektron tərəzində çəkildikdə çəkisi 0,64 qram olmuşdur. O, Şahid10 və Şahid11 külli miqdarda narkotik vasitənin İİR vətəndaşı tərəfindən qaçalmalçılıq yolu ilə ölkə sərhəddindən keçiriləcəyini demiş, adı çəkilən şəxslər bu barədə məlumatlı olmuşlar. Əvvəllər adları yuxarıda qeyd edilən şəxslərlə birlikdə bu yolla narkotik vasitə əldə edib satışını həyata keçirməmiş, o, həmin narkotik vasitəni “Babəkin” dediyi kimi həm satmaq, həm istifadə etmək, həm də onun dediyi formada və dediyi yerdə dediyi şəxsə varmək üçün əldə etmiş, Tərlan və Eldənizi də bu məqsədlə bu işə ortaq etmişdir. Sonuncular həm onunla birlikdə nakotik vasitədən istifadə edəcək, həm də narkotik vasitənin satılmasında ona köməklik etməli imişlər. Üzərindən aşkar edilmiş iki bükümdə nakotik vasitə heroini istifadə məqədilə əldə etmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumamış, nə yazıldığını bilməmiş, aldadıldığı üçün oxumadan imza etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Şahid10 qaçalmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə əldə etmək üçün Lənkəran şəhərinə gəlməsi barədə məlumatlar daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış, 21 iyun 2022-ci il tarixdə, saat 04 radələrində Lənkəran rayonu Qumbaşı kəndinə gedib orada müşahidələr aparmağa başlamışlar. Şahid10 idarə etdiyi nəqliyyat vasitəsində külli miqdarda narkotik vasitə heroin olma ehtimalı olduğundan yol-patrul xidməti əməkdaşları da onlarla birlikdə həmin ərazidə olmuşlar. Qeyd edilən ünvanda olan zaman Şahid10 tərəfindən idarə edilən “Dacia Logan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi görülmüş, yol-patrul xidməti əməkdaşları həmin nəqliyyat vasitəsinə saxla işarəsi vermiş, lakin Şahid10 nəqliyyat vasitəsini saxlamayıb yayınmağa cəhd göstərmiş, YPX əməkdaşı tərəfindən edilən manevrlə nəqliyyat vasitəsi saxlanılmış, onlar da YPX maşının arxasında nəqliyyat vasitəsini saxlayıb maşından düşmüşlər. Bu zaman Şahid10 və arxada oturan bir şəxs maşından düşüb qaçmağa başlamış, qaçmağa çalışan bir nəfəri yaxalaya bilsələr də digər şəxs qaçmağa müvəffəq olmuşdur. Şahid10 və sonradan adının Şahid11 olduğunu bildikləri şəxsi saxlamışlar. Onları və Şahid10 tərəfindən idarə edilən nəqliyyat vasitəsini polis şöbəsinin inzibati binasına gətirmişlər. Şahid10 şifahi suallara cavab olaraq bildirmişdir ki, Eldəniz və Sənani adlı tanışları ilə Lənkəran rayonuna külli miqdarda narkotik vasitə əldə etmək üçün gəlmiş, həmin narkotik vasitəni İİR vətəndaşının dediyi yerdən götürmək üçün getmiş və həmin narkotik vasitəni götürmüşlər. Şahid11 da üzərinə şəxsi axtarış keçirilən zaman bir ədəd “İphone” markalı mobil telefon aşkar edilmişdir. Şahid11 da şifahi sorğu zamanı bildirmişdir ki, tanışları Sənani və Tərlanla birlikdə Lənkəran rayonuna narkotik vasitə əldə etmək üçün gəlmiş, qeyd edilən yerə getmiş, özü maşından düşərək narkotik vasitəni götürmüş və maşına qoymuşdur. Daha sonra Şahid10 tərəfindən idarə edilən maşına baxış keçirilmiş, baxış zamanı Şahid11 “Dacia Logan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa oturacağının altında olan bağlamaları təqdim edərək bağlamalarda narkotik vasitə heroin olduğunu və həmin bağlamaları götürərək maşına yerləşdirdiyini bildirmişdir. Şifahi sorğu zamanı Şahid10 bildirmişdir ki, İİR vətəndaşı ilə “WhatsApp” ani ismarıclaşma sistemi vasitəsilə əlaqə saxlamış, həmin şəxs ona narkotik vasitənin qoyulduğu yerin şəklini göndərmiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman Sənan adlı şəxs isə qaçmışdır. Keçirilən ilkin və sonrakı əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs İİR vətəndaşı olan Babək adlı şəxslə əlaqə saxladığı, onunla külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirildikdən sonra satması və istifadə etməsi ilə bağlı razılığa gəldiyi, həmçinin bu işdə sonuncunun Şahid10 və Şahid11la birlikdə olduğu müəyyən edilmiş, lakin keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs qaçmağa müvəffəq olmuşdur. Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən, həmçinin qeyd edilən yol nişanının altına gətirib orada gizlədən şəxs və ya şəxslərin şəxsiyyətini, həmçinin Təqsirləndirilən şəxs gizləndiyi yeri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs İİR vətəndaşı ilə əlaqə saxlayan, külli miqdarda narkotik vasitəni satıb pulunu həmin şəxsə göndərməyə söz verən şəxsdir, yəni bu razılaşmada olan əsas şəxs odur. Onun narkotik vasitə götürülən zaman qeyd edilən yerdə olmaması sadəcə olaraq yanlış məlumatdır. Şahid Faiq Baxışov verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid10 və Şahid11 şifahi ifadələrində də bildirdilər ki, yanlarındakı üçüncü adam Sənani olmuşdur, bu barədə videoçəkiliş də mövcuddur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid5 və Şahid6, post-patrul xidmətinin polis nəfəri Şahid7, yol-patrul xidməti inspektorları Şahid8 və Şahid9 ifadələrində Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş, həmçinin verilmiş suallara cavab olaraq bildirmişlər ki, əməliyyat tədbiri zamanı təqib olunan avtomobili hərəkətdə olarkən saxlayarkən üçüncü şəxs qaçmış, saxlanılan Eldəniz və Tərlan adlı şəxslər qaçan şəxsin Sənani olduğunu bildirmiş, həmçinin onlar qaçan şəxsin hazırkı məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs olduğunu təsdiq etmişlər. Şahid10 idarə etdiyi avtomobili Lənkəran rayonu Qumbaşı kəndi ərazisində saxlamışlar, Təqsirləndirilən şəxs avtomobildən düşüb qaçarkən görmüşlər. İlk öncə saxlanılan iki şəxs videoçəkiliş zamanı da bildirmişlər ki, Sənani adlı şəxs qaçmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs barəsində iccraatına axtarış işi daxil olmuş, onun axtarışı, yerinin müəyyən edilməsi üçün müvafiq tədbirləri həyata keçirmiş və yeri tərəfindən müəyyən edilmiş, 13 sentyabr 2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri Maştağa qəsəbəsində küçədə piyada hərəkətdə olan zaman o, aşkar edilmiş, saxlanılaraq həmin gün saat 07 radələrində Lənkəran RPŞnin inzibati binasına gətirmişlər, inzibati binada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən isə 2 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmiş, sellofan bükümlərə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinəbənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərində aşkar edilmiş bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat qarşılığında aldığını bildirmişdir. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, axtarışla bağlı Təqsirləndirilən şəxs evində bir neçə dəfə polis əməkdaşları olmuş, onun evi Sabunçu rayonu, Maştağa qəsəbəsi, Köhnə Ləvəngi deyilən ərazidə yerləşmiş, evdə onun ailə üzvləri olmuş və onlar Sənaninin evdə olmadığını bildirmiş, Sənaninin ailə üzvlərinə onun axtarışda olması bildirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 şahid qismində dindirilərkən barəsində çıxarılmış hökmdən narazı olduğunu, Təqsirləndirilən şəxs onların saxlanıldığı yerdə olmadığını, Sənani ilə Lənkəran rayonuna 100 qram “nəşə” götürməyə gəldiklərini, Sənaninin yolda maşından düşüb Bakı şəhərinə qayıtdığını, polis əməkdaşları onları saxlayarkən özünün və Tərlanın maşından düşüb qaçdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 da Şahid11 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid11 ibtidai araşdırma zamanı müvafiq olaraq 21 və 22 iyun 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, 4-5 aydır ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif şəxslərdən alır. Sənan adlı şəxsi təxminən, 10 ilə yaxın bir müddətdir ki, qonşusu kimi tanıyır, sonuncuyla münasibətləri yaxşıdır. Sənanın narkotik vasitə istifadə etdiyini 4 ay olar ki, bilmişdir. Sənan da onun kimi yenicə narkotik vasitədən istifadə etməyə başlamışdır. Tərlanı Sənana görə taksi sürücüsü kimi tanımış, Tərlanla münasibətləri əvvəl elə də yaxın olmasa da son aylarda Tərlanın da narkotik vasitə istifadə etdiyini biləndən sonra sonuncu ilə münasibətləri yaxınlaşmışdır. O, Sənan və Tərlanla birlikdə narkotik vasitələrdən istifadə etmiş, belə ki, kimdə pul olardısa narkotik alıb gətirmişdir. 20 iyun 2022-ci il tarixdə saat 09 radələrində küçədə olan zaman Sənan yanına gəlib Lənkəran rayonuna gedəcəyini bildirmiş, rayona getməyinin səbəbini soruşduqda Sənan ona bir neçə müddətdir İİR vətəndaşı ilə əlaqə saxladığını, həmin şəxsin onun üçün külli miqdarda narkotik vasitə gətirəcəyini söz verdiyini və bu səbəbdən də Lənkəran rayonuna gedib narkotik vasitə götürəcəyini bildirmiş, bundan əlavə Sənan ona hələ narkotik vasitə sərhəddən keçmədiyini deyərək birlikdə getməyi, göndəriləcək olan narkotik vasitəyə onun da şərik olmasını, həmin narkotik vasitəni satıb pulunu yarıdan bölmələrini təklif etmiş, o, da Sənanla razılaşmışdır. Sənan Tərlana zəng etmiş, sonuncuya gəlib onu və Sənanı götürüb Lənkərana aparmasını, orada bir işini həll etməli olduğunu demiş, Sənan Tərlana 150 manat pul verəcəklərini, həm də yanacaqla təmin edəcəklərini demiş, Tərlan da onlarla razılaşmışdır. Saat 10 radələrində onlar Tərlana məxsus olan nəqliyyat vasitəsilə Lənkərana yola düşmüşlər. Maşına minən kimi Sənan İİR vətəndaşı ilə danışmağa başlamış, Tərlan məsələ ilə maraqlanmağa başladıqda Sənan ona məsələni olduğu kimi danışmış, Tərlan Sənana onu da məsələyə ortaq etməsini, həm narkotik vasitədən istifadə etməsini, həm də İİR vətəndaşının onun üçün göndərdiyi narkotik vasitəni satan zaman ona da pul ayrılmasını istəmişdir. Tərlan, həmçinin narkotik vasitənin satılmasında iştirak edəcəyini demişdir. Sənan və o Tərlanla razılaşmışlar. Yolda olan zaman Sənan öz telefonu ilə İİR vətəndaşı ilə danışmış, daha sonra İİR vətəndaşı ona telefonunu söndürməsini, başqa telefon ilə ona zəng etməsini demiş, Sənan da öz telefonunu söndürüb Tərlanın telefonunu almış və İİR vətəndaşı ilə onun telefonu vasitəsilə danışmağa başlamışdır. Yolda olan zaman Sənan İİR vətəndaşına: “Tez ol, mən çatacağam!” – demiş, o, və Tərlan Sənandan nə olduğunu soruşmuş, Sənan bildirmişdir ki, İİR vətəndaşı hələ də narkotik vasitəni keçirə bilməmiş, bu səbəbdən də Sənandan yubanmasını istəyir. Onlar yolda olan zaman yubanmaq üçün Tərlan bir neçə dəfə maşını saxlamış, məqsədləri vaxtı uzatmaq olmuşdur. Yolda olan zaman Sənan İİR vətəndaşı ilə danışıqları davam etdirmiş, 21 iyun saat, təxminən, 03 radələrində Lənkəran rayonuna çatmışlar. Lənkəran rayonuna Girdəni kəndində yerləşən körpü vasitəsilə daxil olmuşlar. Bu zaman İİR vətəndaşı Sənana narkotik vasitənin qoyulduğu yerin şəklini və ərazinin koordinatlarını “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə onlayn olaraq atmış, İİR vətəndaşı həmin ərazinin Lənkəran rayonu Göyşaban kəndində yerləşən “191-ci kilometr” lövhəsinin yanı olduğunu demiş, onlar həmin şəxsin göstərdiyi yerin yanından bir dəfə keçmiş, yeri dəqiq olaraq bilmiş, sonra isə yenidən həmin yerə qayıtmışlar. Tərlan maşını lövhənin yanında saxlamış, Sənan maşının ön oturacağında, o isə arxada əyləşmişdir. O, öz şəxsi tələbatını ödəməli olduğunu, bu səbəbdən də düşə biləcəyini və bağlamanı götürə biləcəyini demiş, lövhənin yanında düşmüş, lövhənin yanında olan ağacın altına getmiş, şəxsi tələbatını ödədikdən sonra bağlamanı götürüb maşının yanına gəlmiş və arxa oturacaqda əyləşmişdir. Sənan da arxa oturacağa keçmişdir ki, bağlamada nə olduğuna baxsın. Bağlamalardan birini azca kəsmiş və içərisində narkotik vasitə heroin olduğunu görmüşlər. Gecəni Masallı rayonunda keçirib dincələndən sonra səhər Bakı şəhərinə yola düşmək məqsədi ilə Masallı rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Yolda olan zaman YPX avtomobili onlara “saxla” işarəsi vermiş, lakin Tərlan maşını saxlamamış, YPX avtomobilinin sürücüsü manevr edərək maşını saxlamışdır. Tərlan və Sənan maşından düşüb qaçmağa başlamışlar. Tərlan polis əməkdaşları tərəfindən yaxalansa da Sənanı yaxalamaq mümkün olmamışdır. O, isə heç bir müqavimət göstərmədən təslim olmuşdur. Sonra onu və Tərlanı Lənkəran RPŞ-yə gətirmişlər. Burada üzərində şəxsi axtarış keçirilmiş, bir ədəd “İphone” markalı telefon aşkar edilərək götürülmüşdür. Daha sonra o, Tərlan, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə maşına baxış keçirilməyə başlanmış, o, da maşının sağ arxa qapısını açaraq maşının döşəməsində qoyduğu, içərisində narkotik vasitə olan 6 ədəd bağlamanı təqdim etmişdir. Həmin bağlamanın içərisinə baxış keçirilmiş və içərisində narkotik vasitə heroin olduğu görünmüşdür. Həmin bağlamalar elektron tərəzidə çəkilmiş və çəkisi 6 kiloqram 320 qram olmuşdur. Sənan İİR vətəndaşının həmin narkotik vasitənin bir hissəsini onun dediyi zamanda dediyi adama verib pulu ondan alıb İİR vətəndaşı üçün göndərməli olduğunu, qalan narkotik vasitəni isə satıb aralarında böləcəyini demiş, o və Tərlan da Sənana narkotik vasitəni satmaqda köməklik etməyə razılaşmışlar. O, məsliyyətinin nisbətən yüngül olacağını düşündüyündən videoçəkiliş zamanı Sənanın narkotik vasitə götürülən zaman orada olmadığını demiş, əslində narkotik vasitə olan bağlamaları götürən zaman Sənan da onlarla birlikdə olmuşdur. Yadında qaldığı qədərilə İİR vətəndaşının adı Babək olmuşdur. Çünki Sənan ona bir-iki dəfə adı ilə müraciət etmiş, qalan hallarda isə Sənan Babəkə “əmioğlu” deyə xitab edirmiş. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid10 ibtidai araşdırma zamanı müvafiq olaraq 21 və 22 iyun 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Şahid11 və Şahid10 eləcə də barələrində olan cinayət işinə baxılarkən məhkəmə istintaqı zamanı verdiyi ifadələrində hazırkı məhkəmə istintaqında qeyd etdiklərindən fərqli olaraq göstərmişdirlər ki, Bakı şəhərindən Təqsirləndirilən şəxsla birlikdə Lənkəran rayonuna narkotik vasitə götürmək üçün gəlmişlər, polis əməkdaşları onları saxlayarkən Təqsirləndirilən şəxs da avtomobildə olmuş , lakin Təqsirləndirilən şəxs hadisə yerindən qaçmış, polis əməkdaşları Təqsirləndirilən şəxs saxlaya bilməmişlər. Şahid11 və Şahid10 həmçinin barələrində olan cinayət işinə məhkəmədə baxılarkən məhkəmə istintaqı zamanı da bildirmişlər ki, cinayətlərdən xəbərləri olmamış, Sənani Lənkərana gəlməyi onlara təklif etmiş, bu cinayəti Sənani törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, “Babək” adlı İİR vətəndaşı və qeyriləri barədə külli miqdarda narkotik vasitənin əldə edilmə xüsusatı üzrə cinayət işindən Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca ********* saylı cinayət işi ayrılmışdır. (İ cild, i.v.1-2) -Şahid10 barəsində tərtib edilmiş, onun Lənkəran rayonu ərazisində olmaqla üzərində narkotik vasitələr saxlaması və satışı ilə məşğul olması, həmin narkotik vasitələri müxtəlif avtomaşınlarla Lənkəran rayonu ərazisindən keçməklə Bakı şəhərinə daşımasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 21 iyun 2022-ci il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, Şahid10 və Şahid11 üzərinə şəxsi axtarış, eləcə də Şahid10 idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə protokol və həmin istintaq hərəkəti zamanı Şahid10 və Şahid11 şifahi ifadələrində bildirdikləri Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (İ cild, 3-5; 16- 21;) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şahid10 həmin tarixdə saat 04:55-də, Şahid11 isə həmin gün saat 05:25-də şübhəli şəxs qismində tutulmuşlar. (İ cild, i.v. 8;13. ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 21 iyun 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Şahid10 üzərinə şəxsi axtarış keçirilir, üzərində hər hansı qanunsuz əşya və predmet aşkar olunmur. Şahid10 şifahi olaraq bildirmişdir ki, idarə etdiyi avtomobillə Eldəniz, Sənan adlı şəxslərlə birlikdə narkotik vasitə əldə etmək üçün Lənkəran rayonuna gəlmiş, İran vətəndaşı Sənan adlı şəxsin avtomobildən düşməsini və sürücü ilə Eldənizin narkotik vasitəni götürmək üçün onun dediyi yerə yaxınlaşmasını istədiyi üçün Sənan narkotik vasitənin qoyulduğu yerdən aralıda avtomobildən düşmüş, o, idarə etdiyi nəqliyyat vasitəsini saxlamış, Eldəniz maşından düşərək bağlamanı götürmüş, polis əməkdaşları saxlanılarkən Sənani qaçmışdır. (İ cild, i.v. 16-17) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 21 iyun 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Şahid11 ilə aparılmış şifahi sorğu-sual zamanı o, Bakı şəhərindən Lənkəran rayonuna gələn zaman Sənani adlı şəxs ona bildirmişdir ki, Lənkəran rayonuna narkotik vasitə əldə etmək üçün gəlir, narkotik vasitənin qoyulduğu yerə çatmamış Sənanın telefonda danışdığı şəxs ona özü gəldiyi halda narkotik vasitəni ona verməyəcəklərini dediyindən Sənan adlı şəxs avtomobildən düşmüş, Şahid10lə birlikdə narkotik vasitənin qoyulduğu yerə getmiş, Şahid10 avtomobili saxlamış, o, avtomobildən düşərək bağlamanı ağacın dibindən götürüb avtomobilin arxa oturacağına qoymuşdur. (İ cild, i.v. 18-19) -“baxış keçirilməsi və götürmə” haqqında 21 iyun 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Şahid10 idarə etdiyi “Dacia Logan” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa oturacağından Şahid11 tərəfindən içərisində narkotik vasitə heroin olan, ilkin çəkisi 6 kiloqram 320 qram təşkil edən 6 ədəd bağlama təqdim edilmiş, həmin bağlama qablaşdırılaraq götürülmüşdür. (İ cild, i.v. 20-21) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 iyun 2022-ci il tarixli, 19/719 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Şahid11 təqdim etdiyi bağlamalar.....” sözlər və imzalar olan bir ədəd sintetik torbadakı 6 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 990,0 qram, 1015,0 qram, 990,0 qram, 1010,0 qram, 1015,0 qram, 1000,0 qram, ümumi təmiz çəkisi 6020,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. (İ cild, i.v. 31-32) - “tanınmaya təqdim etmə” haqqında 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şahid11 onunla birlikdə külli miqdarda narkotik vasitə əldə etmək üçün Lənkəran rayonuna gələn şəxsin Təqsirləndirilən şəxs olmasını təsdiq etmişdir. (İ cild, i.v. 35) - “tanınmaya təqdim etmə” haqqında 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şahid10 onunla birlikdə külli miqdarda narkotik vasitə əldə etmək üçün Lənkəran rayonuna gələn şəxsin Təqsirləndirilən şəxs olmasını təsdiq etmişdir. (İ cild, i.v. 36) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, Şahid11 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İ cild, i.v. 45-46) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, Şahid10 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İ cild, i.v. 51-52) - “İfadənin yerində yoxlanılması” haqqında 22 iyun 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Şahid11 ifadəsində qeyd etdiyi xüsusatları, hadisənin baş vermə ardıcıllığı və mexanizmini göstərmiş, narkotik vasitəni göstərdiyi yerdən götürüb maşına qoyarkən Sənan da maşının arxa oturacağında oturaraq bağlamalarda nə olduğuna baxmaq istəmiş, daha sonra Tərlan maşını idarə etmiş və ərazidən uzaqlaşmışlar. (İ cild, i.v. 76-78) - “İfadənin yerində yoxlanılması” haqqında 22 iyun 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Şahid10 ifadəsində qeyd etdiyi xüsusatları, hadisənin baş vermə ardıcıllığı və mexanizmini göstərmiş, Eldənizin narkotik vasitəni göstərdiyi yerdən götürüb maşına qoyarkən Sənani də maşının arxa oturacağında oturaraq bağlamalarda nə olduğuna baxmaq istəmiş, daha sonra maşını idarə etmiş və ərazidən uzaqlaşmışlar. (İ cild, i.v. 79-81) - “mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında” 22 iyun 2022-ci il tarixli protokol və ona əlavə edilmiş 4 (dörd) ədəd fotoşəkildən görünür ki, Şahid10 üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefona baxış keçirilən zaman “Whatsaap” ani ismarıclaşma sistemində “Q” adı ilə qeyd edilmiş, İİR-ə məxsus olan +98 990 158 3556 saylı mobil nömrədən səsli ismarıcların gəldiyi müəyyən edilmişdir. (İ cild, i.v. 82) - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ittiham elan edilməsi üçün tutulması qərara alınmışdır. (İ cild, i.v. 115-116) - 13 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, 620244 nömrəli axtarış işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 03:40-da Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində saxlanılmış, həmin gün saat 07:25-də Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmiş və tutulması barədə protokol tərtib eddilmişdir (İ cild, i.v. 166-168) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:30-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 171 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 13 sentyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, sağ yan cibindən isə 2 ədəd şəffaf sellofana bükülmüş büküm təqdim etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş 0,64 qram heroinə bənzər kütlə olması müəyyən edilmişdir. (İİ cild, i.v. 1-2 ) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 19/966 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs məxsus 2 bükümlər.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,286 qram və 0,253 qram, ümumi təmiz çəkisi 0,539 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici tərkiblərinə görə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. (İİ cild, i.v. 14-17 ) - “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan cinayət işi həmin Məcəllənin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir . (İİ cild, i.v. 23-24 ) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İİ cild, i.v. 26-28) - Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(049)-283/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (İİ cild, i.v. 46-49) - Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 578 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. (İİ cild, i.v. 50- 51) - Ambulator məcburi narkoloji tibbi yoxlamanın 14 sentyabr 2022-ci il tarixli, 953 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 53) - Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 5(049)-343/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Lənkəran ŞRPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (İİ cild, i.v. 62-63) -“cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, “Babək” adlı İİR vətəndaşı və qeyriləri barədə külli miqdarda narkotik vasitənin əldə edilmə xüsusatı üzrə cinayət işindən Azərbaycan Respublikası CMin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca ********* saylı cinayət işi ayrılmışdır. (İİ cild, i.v.112-113) - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şahid11 və Şahid10 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmişlər, Şahid11 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il, Şahid10 isə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. - Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şahid11 və Şahid10 barəsində olan cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü Şahid10 apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmış, sonuncunun apelyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı iranlı şəxsin göndərdiyi 100 qram çəkidə “həşiş” əldə etmək üçün Eldəniz və Tərlanla Lənkəran rayonuna gəlməsi, lakin Lənkəran rayonuna çatarkən ailə üzvlərindən zəng gəlməsi səbəbindən Bakı şəhərinə qayıtması, Eldəniz və Süleyman adlı şəxsin hansı miqdarda narkotik vasitə götürməsindən məlumatı olmaması olmaması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadələr özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. (üzərində 2 bükümdə heroin olması barədə ifadəsində göstərdikləri istisna olmaqla) Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Eldəniz və Tərlanla birlikdə Lənkəran rayonununa narkotik vasitə götürmək üçün gəldiyini, Eldənizin narkotik vasitəni götürərək Tərlanın idarə etdiyi avtomobilə qoyduğunu, polis əməkdaşları tərəfindən həmin avtomobil saxlanılarkən Eldəniz və Tərlan saxlanılsa da özünün polis əməkdaşlarından qaça bildiyini göstərmişdir. Bundan əlavə hazırkı cinayət işinin ayrıldığı cinayət işi materiallarından görünür ki, təqsirləndirlən şəxslər Şahid11 və Şahid10 müdafiəçilərinin iştirakı ilə verdikləri şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələrində Sənani adlı şəxsin təklifi ilə narkotik vasitələri qoyulduğu yerdən götürmək məqsədi ilə Lənkəran rayonuna gəldiklərini, narkotik vasitələrin olduğu yer barədə Sənani adlı şəxsin iranlı bir şəxslə danışaraq onlara məlumat verməsini, narkotik vasitələrin Şahid11 tərəfindən qoyulduğu yerdən götürülüb maşına qoyulduğunu, daha sonra polis əməkdaşlarının onları saxladıqlarını, Sənan adlı şəxsin isə qaçdığını bildirmişlər. Həmçinin Şahid11 və Şahid10 barələrində olan cinayət işinə baxılarkən məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdirlər ki, Bakı şəhərindən Təqsirləndirilən şəxsla birlikdə Lənkəran rayonuna narkotik vasitə götürmək üçün gəlmişlər, polis əməkdaşları onları saxlayarkən Təqsirləndirilən şəxs da avtomobildə olmuş, lakin Təqsirləndirilən şəxs hadisə yerindən qaçmış, polis əməkdaşları Təqsirləndirilən şəxs saxlaya bilməmişlər. Şahid11 və Şahid10 həmçinin barələrində olan cinayət işinə məhkəmədə baxılarkən məhkəmə istintaqı zamanı da bildirmişlər ki, cinayətlərdən xəbərləri olmamış, Sənani Lənkərana gəlməyi onlara təklif etmiş, bu cinayəti Sənani törətmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran RPŞ-nin əməkdaşları - Şahid4 , Şahid5, Şahid6, Şahid7, Şahid8 və Şahid9 da ifadələrində bir daha təsdiq etmişlər ki, Şahid11 və Şahid10 Lənkəran rayonu Qumbaşı ərazisində saxlanılmış, həmin vaxt avtomobildə olan və hazırkı məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs avtomobildən düşüb qaçmağa nail olmuş, Şahid10 qaçarkən saxlanılmış, Şahid11 da avtomaşında saxlanılmışdır. Şahid10 idarə etdiyi avtomobilə baxış keçirilərkən Şahid11 avtomobilə qoyduğu içində narkotik vasitə olan torbanı təqdim etmiş, şifahi sorğu zamanı narkotik vasitələrin onlara məxsus olmasını, tanımadığı şəxs tərəfindən həmin əraziyə qoyulduğunu, Təqsirləndirilən şəxsla birlikdə narkotik vasitə götürmək üçün gəldiklərini, iranlı şəxslə Təqsirləndirilən şəxs danışdığını və s. halları tam etiraf etmiş, hər hansı etirazları olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs, eləcə də də digər cinayət işi üzrə təqsirləndirilən şəxslər Şahid11 və Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmək üçün şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən 191-ci kilometrliyində üzərində “191” rəqəmi əks olunmuş məsafə göstərən yol nişanının yanında gizlədilmiş narkotik vasitələri əldə etmək üçün Şahid11 və Şahid10lə birlikdə razılaşmış, Şahid10 cinayətin digər iştirakçıları ilə aralarında olan rol bölgüsünə uyğun olaraq həmin narkotik vasitənin əldə edilməsi üçün idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs və Şahid11 həmin əraziyə gətirmiş, sonuncu avtomobildən düşüb narkotik vasitələri götürərək avtomobildə saxlamışdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin pul qarşılığında külli miqdarda – narkotik vasitə olan heroin əldə edib, saxlamaq və daşımaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olmaları, onların məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmişdir. Məhkəmə iclasında çıxış etmiş dövlət ittihamçısı da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi təqsirləndirildiyi əməlinin həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməsini və təqsirləndirilən şəxsin həmin maddə ilə cəzalandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra qəbul etməsi əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaradır. Məhkəmə hesab edir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi qəbul edilməlidir. Bu baxımdan, Təqsirləndirilən şəxs iş üzrə narkotik vasitələri İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat aldıqdan, Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etdikdən və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirildikdən, yəni qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra Lənkəran rayonu ərazisində gizlədildiyi yerdən götürdüyünə görə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçisi kimi iştirak etmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid6, Şahid5, Şahid7, Şahid9 ifadələri və hazırkı cinayət işininin ayrıldığı digər cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid11 və Şahid10 ibtidai istintaq zamanı vedikləri ifadəsi, Şahid11 və Şahid10 üzərinə “şəxsi axtarış keçirilməsi haqqında” 21 iyun 2022-ci il tarixli, “Şahid10 idarə etdiyi avtomobilə baxış keçirilməsi” haqqında protokollar, onlara əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, həmin görüntülərdə Şahid11 və Şahid10 şifahi ifadələri, digər istintaq hərəkəti protokolları, məhkəmə kimyəvi ekspertizasının 21 iyun 2022-ci il tarixli və 13 sentyabr 2022-ci il tarixli, 19/966 nöməli rəyləri, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Lənkəran RPŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi raport, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 206.2-ci maddəsində isə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (İİ cild,i.v. 69) - Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında Füzuli rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. Xasiyyətnamədən görünür ki, qeyd edilən ünvanda yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs qonşular arasında hörmət qazanmış, onların çətinliklərində yaxından köməklik göstərmiş, ictimai işlərdə fəal iştirak etmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, doğum haqqında şəhadətnamələrdən görünür ki, himayəsində xx.xx.2005, xx.xx.2006 və xx.xx.2008-ci il təvəllüdlü olmaqla üç azyaşlı uşağı vardır. (İİ cild, i.v. 80-86) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, himayəsində azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən), cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcəsinə əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 13 sentyabr 2022-ci il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 14 sentyabr 2022-ci il tarixli 953 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altımış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan - ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 0,439 qram təşkil edən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “şəxsi axtarış və götürmə” aparılması haqqında protokollara əlavə edilmiş 03 (üç) ədəd, “baxış və götürmə” haqqında protokola əlavə edilmiş, 01 (bir) ədəd DVD diskdə olan videogörüntü iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Samsung” markalı mobil telefon aparatı onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 51-2, 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 04 (dörd) müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 13 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 0,439 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, “şəxsi axtarış və götürmə” aparılması və “baxış keçirilməsi” haqqında protokollara əlavə edilmiş 04 (dörd) ədəd DVD diskdə olan videogörüntülər iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran RPŞ-nin Maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Samsung” markalı mobil telefon onların yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-101/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-101/2023
19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver