Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-101/2024 31.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X10 və müdafiəçi-Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1986-cı ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, "xxxx" MMC-də (hazırki adı "xxxx" MMC) daxili təhlükəsizliyə nəzarət bölməsində gözətçi vəzifəsində işləmiş, Neftçala şəhəri, Ə.Vahid küçəsi, ev 39-da qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 212,668 qram çəkidə, külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşıyarkən 31 yanvar 2023-cü il tarixdə saat 17:40 radələrində Neftçala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala şəhəri Ə.Vahid küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində aparılmış şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd selofan bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı təmiz çəkisi 212,668 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, "xxxx" MMC gözətçi vəzifəsində işləyir. İşi ilə əlaqədar hər il yoxlanışlardan keçir. Heç vaxt narkotik vasitə qəbul etməmişdir. xx.xx.2023-cü ildə səhər saatlarında gecə növbəsindən işdən çıxmışdır. Bundan sonra qardaşına məxsus dükana iş görmək üçün gedib usta gətirmişdir. Həmin dükan 1 nömrəli məktəbin arxasında yerləşir. Dükanda olarkən atası ona zəng edərək dörd nəfər şəxsin evlərinə gəlib divan düzəltmək məqsədilə onu soruşduqlarını bildirmişdir. Özü isə qeyri-iş günlərindən divan yığmaqla da məşqul olmuşdur. Bundan sonra dükandan çıxıb qardaşı ilə birgə evlərinə getmiş, həmin vaxt da dörd nəfər şəxs isə arxasından dükana getmişlər. Lakin həmin dörd nəfər dükanda onun olmadığını görüb bir nəfər orda qalıb digər üç nəfər arxasınca yenidən evlərinə gəlmişdir. Evlərinə gələn üç nəfər polis əməkdaşı onun qoluna girib demişlər ki, “narahatçılığa əsas yoxdur, gəl gedək, problem yoxdu”. Onlar birlikdə qardaşına məxsus dükana gələrək oradan bir nəfər orda qalmış polis əməkdaşın da yoldan götürmüşlər. Bundan sonra birlikdə polis şöbəsinə getmişlər. Şöbədə olarkən Əhməd Seyidov demişdir ki, “bunu arxadan qandallayın”. Hardasa beş-yeddi saat şöbədə əlləri arxadan bağlı saxlanılmışdır. Daha sonra onu rəisin yanına aparmışlar. Rəis ona demişdir ki, “narkotiklə gəlmisən bura, bunu qəbul elə, yoxsa gedib evindən silah çıxaracayıq, kişiliyini alçaldacayıq”. Özünün isə narkotikdən heç bir anlayışı yoxdur. Soruşmuş ki, bu nədi nə işdir, maddəsi nədi, cəzası nədi. Bundan əvvəl isə məçiddə kasıb ailələrə ehsan paylamış, orada çıxış etmiş, düşünmüş ki, onunla bağlı nəsə sutka verəcəklər. Polislər isə demişdir ki, “CM 234.1-ci maddəsi ilə qıçıva qandal vurub buraxacayıq”. Özü heç vaxt siqaret belə çəkməmişdir. Həmin vaxt yanında vəkil də olmamışdır. Sonra çəkilişə gətirmişlər demişlər ki, “bu-bu şeylə gedəsən etiraf elə”. Həmin vaxt özü bildirmişdir ki, narkotiki heyvanın ağzından çıxarmışdır. Onu axşam yox, səhər saxlamışlar. Onu saxlayan başqa polis əməkdaşları Nəsimi, Elçin olub. Şahid kimi yazılan polislər onu saxlamamışdır. Bircə Mədət ola bilər ki, orda olsun, onu da dəqiq xatırlamır. Onu tibbi yoxlamadan keçirilməyini qanında nikatin belə çıxsa 12 illik cəzaya razıdır. Əsgərlikdə də snayperçi olmuş, kiçik çavuş kimi qayıtmışdır. Onun narkotikdən xəbəri yoxdur. Əhməd narkotiki gətirib cibinə qoymuşdur. O, narkotiki gödəkcəsinin cibinə qoymuşdur. Polis şöbəsində əllərini arxadan qandallayıb saxlayıblar, fiziki, psixi təsirlər göstəriblər, onu döyən olmamış, sözlə təhdid etmişlər. Evinə isə aparıb Xomeyninin şəklini qoymuşlar. Özü 22 ildir ki, namaz qılır. Kəşfiyyat bölüyündə xidmət etmişdir. Kiçik yaşlarından vətənə, millətə, qanunlara riayət etmişdir. Onların nəsli ümumiyyətlə narkotiklərdən uzaqdır. Onu belə şərləyiblər. Özü axundluq etməmiş, yanlız şəhid dəfnində iştirak etmişdir. Vətəninə sadiqdir. Allah bilir, bu işdə kimlər günahkardır. Məhkəmədən ədalət istəyir, vətənini sevir. Əgər onun narkotikdə günahkar olduğuna inanılırsa, cəzanı çəkməyə hazırdır, yox əgər əksidirsə, Allaha tapşırır. Barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyib, bildirmişdir ki, Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-da nəzarətçi vəzifəsində işləmişdir. Şəxsi təsərüfatında 3 (üç) baş iribuynuzlu inəyi dolanışıq məqsədilə saxlayır. 31 yanvar 2023-cü il tarixdə səhər saat təxminən 10:30 radələrində özünə məxsus iri buynuzlu inəkləri Neftçala şəhərində yerləşən “Təbrik” şadlıq evinin arxasında olan axmazın yəni, “Qobunun” yanında otararkən heyvanın nəsə iynəyərək yemək istədiyini hiss etmiş, yaxınlaşanda heyvanın selofanı yemək istədiyini görüb tez heyvanı oradan uzaqlaşdırmışdır. Həmin selofanın içərisində bükülü vəziyyətdə boz rəngli kütlə olduğunu görmüşdür. Həmin boz rəngli kütləni görən kimi tanımış, belə ki, o, narkotik vasitə olan heroin olmuşdur. Həmin selofana bükülmüş maddəni cibinə qoymuş, elə həmin gün yəni, 31 yanvar 2023-cü il tarixdə axşam saat təxminən 17:40 radələrində evə gələrkən həmin narkotik maddə də əynində olan qara rəngli gödəkçənin sol yan cibində olmuşdur. Polis işçiləri ona yaxınlaşaraq onu saxlayaraq Neftçala RPŞ-nə gətirmişlər. Orada vəkilin iştirakı ilə üstünə baxış keçirilərkən həmin narkotik vasitə olan heroin onun əynində olan qara rəngli gödəkçənin sol cibindən çıxmışdır. Götürülmüş narkotik vasitə olan heroin ağ zərfə qoyularaq qablaşdırılmış, həmin ağ zərf vəkil və onun tərəfindən imzalarla təsdiq edildikdən sonra Neftçala RPŞ-nə məxsus olan “203” nömrəli möhürlə möhürlənmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdirki, həmin narkotik vasitə olan heroini tapıb və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, narkotik vasitə olan heroini yaşadığı Neftçala şəhərində yerləşən “Təbrik” şadlıq evinin arxasında olan axmazın yəni, “Qobunun” yanında inək otararkən tapmış, həmin tapdığı narkotik vasitə olan heroindən heç kimə verməmiş, satmamış və bağışlamamışdır. Özü narkotik maddələrin arada bir aludəçisi olduğu üçün saxlamışdır ki, lazım olanda istifadə etsin. Onun narkotik vasitə olan heroini tapmağını heç kim görməmiş, həmin vaxt orada tək olmuş və yanında heç kim olmamışdır. Narkotik vasitə olan heroini tapmağı barədə də özündən başqa heç kim heç nə bilməmiş və bu barədə heç kimə heç bir söz deməmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrinin yalnış olduğunu, müstəntiq tərəfindən ona heç bir təzyiq və ya təsirin edilmədiyini, ifadələrinin müstəntiq tərəfindən yazılıb, gecə saatlarında imzaladığını, nəyə imza etdiyini bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala RPŞin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində işləyir. Neftçala RPŞ-in əməliyyat aparatına Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı raportla məruzə edilmiş, prosessual qanunvericiliyə uyğun sənədləşmə aparılmış, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra 31 yanvar 2023-cü il tarixdə saat 17:40 radələrində Məmmədov X5 şəhəri ərazisində saxlanılıb Neftçala RPŞ-nə gətirilmişdir. Şöbədə təhqiqatçı, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən bir ədəd polietilen selofan bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs götürülmüş həmin narkotik vasitə heroinə bənzər kütlə ağ zərfə qoyulub qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin olduğunu, özünə aid olduğunu səmimi etiraf etmişdir. Bundan əvvəl də Təqsirləndirilən şəxs barəsində icraatına mütəmadi məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə yaxın küçədə tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən səmimi olmuş, əməlini səmimi etiraf etmişdir. Əməliyyat zamanı Təqsirləndirilən şəxs qardaşına məxsus dükana, daha sonra onun yaşadığı evə getməmişlər. Onun üzərinə heç kim narkotik qoymayıb, ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməyib, bu barədə bildirdikləri tamamilə yalandır, əksinə hörmətlə yanaşılıb, şöbədə çay verilib, səmimiyyətinə görə də məhkəmədən ona aşağı həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Fizuli oğlu Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid X4 ifadəsində göstərmişdir ki, qardaşı Ramil onunla birlikdə "xxxx" MMC -də işləyir. Ramil 30 yanvar 2023-cü ildə qardaşı axşam növbəsində işləmiş, 31-i səhər isə evə gəlmişdir. Həmin gün günortadan qabaq ona zəng gəlmiş, qardaşı Ramil həbs edildiyini bildirmişlər. Bundan sonra işdən icazə alıb, polis şöbəsinin qarşısına gəlmişdir. Orada qardaşının tutulma səbəbi ilə maraqlandıqda, demişlər ki, “narahat olmayın, dindirilsin buraxılacaqdır”. Gecə saat 12-ə qədər orada gözləmişlər. Həmin vaxt rəisin qəbuluna da yazılmışdır. Gözləməkdə məqsədi isə qardaşının tutulma səbəbini öyrənmək olmuşdur. Ramilin özü isə onunla birlikdə işdəyib, o dörd gün işdə, dörd gün isə evdə olduğundan əlavə olaraq divan-kreslo yığmaqla da məşğul olmuşdur. Polislər də saxlanıldığı gün evə gəliblər ki, divan yığdıracaqlar. Atası isə onun üçün zəng vurub Ramili çağırıb. Ramil heç vaxt siqaret çəkməyib, içki içməyib. Odur ki, onun narkotiklə ittiham olunması ailələri üçün çox ağırdır. Qardaşı Ramil səhər polis əməkdaşları tərəfindən tutulub, böyük qardaşının həmin vaxt müstəntiqlə danışığı var, buna dair sübutları gətirmişdir. Qardaşı tutulandan sonra müstəntiq Şahid5la qardaşı arasında whatsaap vasitəsilə danışıqlar olmuşdur. Həmin müstəntiqlə özü də şəxsən danışıb, İsmayıl ona bildirib ki, “bizlik deyil bu iş, sizi yaxşı tanıyırıq narkotiklə bağlılığınız yoxdur”. İsmayıl demişdir ki, qardaşın dinlə bağlı tutulub. Məhkəmə istintaqı zamanı şahid X3 ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü ildə səhər qardaşı Ramil işdən çıxıb, onunla birlikdə özlərinə məxsus obyektə getmişlər. Obyektdə bir qədər yır-yığış etmişlər. Həmin vaxt özünə məxsus avtomobili satdığından, elana yerləşdirmişdir. Avtomobili almaq istəyən şəxslərlə danışıb onlarla görüşüb, avtomobili göstərmək istəmişlər. Həmin vaxt evdən atası zəng vurmuş, demişdir ki, polis əməkdaşları divan yığdırmaq üçün gəliblər. O isə qardaşı ilə birlikdə birinci avtomobilə baxmağa gələn şəxslərlə görüşmüşlər, daha sonra evə getmişlər. Onlar evə çatdıqda sən demə polislər artıq evlərinə bir dəfə gəlib, sonra qayıtmışlar. Elə evdə olarkən görmüş ki, ** AH *** dövlət nömrə nişanlı qara rəngli Hyundai markalı avtomobillə polis əməkdaşları gəlmişlər. Polislərdən Nəsimi qardaşı Ramili aparmış, səbəbin soruşduqda isə demişdir ki, sonra bilərsiz. Həmin vaxt maşını almaq istəyən şəxslərdə orda olmuş, onlar isə çıxıb getmişlər. Daha sonra anası çölə çıxmış, Ramili aparandan sonra onun arxasınca şöbəyə getmişdir. Orada durub gözləmişlər. Onlara isə məlumat vermişlər ki, Ramili buraxacaqlar, lakin Ramil orda saxlanılmışdır. Ramili səhər saat 11-ə qalarmış polislər aparıblar. Cəbrayıl və Cəlal adlı polis əməkdaşları isə həmin yerdə olmayıb. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, hazırki cinayət işinin ibtidai istintaqı onun tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxsin qardaşı Anar Məmmədovu beş ilə yaxındır ki, tanıyır, onunla normal münasibəti olmuşdur. Belə ki, həmin şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətində tibb işçisidir, həkimdir. 070 206 21 27 mobil nömrəsi özünə məxsusdur, həmin nömrədə olan whatsapp sosial şəbəkəsi vasitəsilə Anar Məmmədovla danışmışdır. Belə ki, Anar Məmmədovun yaxın qohumları qardaşı Bəxtiyar və anası Neftçala Rayon Polis Şöbəsinə onun qəbuluna gəlmişlər, Anar Məmmədovla dostluq münasibəti olduğundan onları qəbul etmişdir. Sonuncular isə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən İranla bağlı məsələ ilə əlaqədar tutulduğunu bildirmişlər. Bundan sonra isə Anar Məmmədov onunla yuxarıda göstərdiyi nömrə vasitəsilə əlaqə saxlamış, o isə sonuncuyla yazışmada eyni qardaşı və anasının dediyi sözləri demişdir. xx.xx.2023-cü ildə isə icraatına Təqsirləndirilən şəxs barəsində material daxil olmuş və Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlamışdır. Anar Məmmədovla yazışarkən qardaşı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması barədə məlumatı olmamış, yalnız Anar Məmmədova öz anası və qardaşının dediyi sözləri yazmışdır. Sonra isə iş icraatına daxil olduğundan istintaq sirrini qoruyaraq iş barədə heç bir məlumat verməmiş, istintaq sirri qorumuş, bununla bağlı nöqsana yol verməmişdir. Təqsirləndirilən şəxsla bağlı ilkin araşdırma təhqiqatçı tərəfindən aparılıb, xx.xx.2023-cü ildə isə onun barəsində tərəfindən heç bir sənədləşdirmə aparılmamışdır. Anar Məmmədovla telefon vasitəsilə yazışarkən isə ümumiyyətlə onun icraatında sonuncunun qardaşı ilə bağlı heç bir iş olmamış, bu barədə də tam məlumatsız olmuşdur. İşdə olan, Neftçala RPŞ-nin ƏİÜ rəis müavini Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Neftçala RPŞ-nin ƏİÜ rəis müavini Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və əlavə edilmiş video-çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən selofana bükülmüş 1 ədəd bükülüdə olan 212,668 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə üzərində axtarış aparılarkən bildirmişdir ki, həmin narkotik vasitə olan heroinə oxşar kütləni yaşadığı Neftçala şəhərində yerləşən “Təbrik” şadlıq evinin arxasında olan axmazın yəni, “Qobunun” yanında inək otararkən tapmışdır. (c İ, i.v 27-28) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 29) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 18/116 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: /imza var/ sözləri və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-212,668 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 212,618 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 40-42) İşdə olan, xx.xx.2023-cü il tarixli Neftçala Rayon Məhkəməsinin 4(053)-10/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. (c İ, i.v 65-67) İşdə olan, Neftçala RİHB-nın Neftçala Şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlar və xasiyyətnamədən, "xxxx" MMC tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı, xx.xx.2010-cu il, xx.xx.2015-ci il və xx.xx.2012-ci il təvəllüldü uşaqlarından ibarətdir, barəsində nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 107-108, 129-130) İşdə olan, DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 116-117) İşdə olan, əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həm külli miqdarda alqı-satqısı, həm də öz istifadəsi ilə bağlı qanunsuz hərəkətlərə yol verməsi barədə məlumatlar daxil olmuşdur. (c İ, i.v 133) İşdə olan, 30 mart 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiatından sonra qalıq çəkisi 212,618 olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Neftçala RPŞ-də olan maddi sübutların saxlanılması otağına verilmişdir. (c İ, i.v 134) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 129 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan STİMULYATORLARDAN istifadə halları olub. Lakin ASİLLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 159) İşdə olan, məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 4/205 №-li rəyindən görünür ki, təqdim edilmiş dini təyinatlı məlumat materiallarında aşkarlanmamışdır. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar mövcud deyildir. Təqdim edilmiş dini təyantlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarında kütləvi iğtişaşların təşkil edilməsinə və belə iğtişaşlarda iştirak etməyə, həmçinin açıq şəkildə terrorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan çağırışlar, eləcə də belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında Ələsgər Məmmədovun “Ərəb dili” (“Maarif nəşriyyatı”, Bakı, 1986) dərsliyi kitabı və ərəb-ingilis dilində tərtib olunmuş elektron biletlər və vizaların əks olunduğu vərəqələr istisna olmaqla, digərləri dini təyinatlı ədəbiyyat nümunələri hesab olunur. Dinşünaslıq ekspertizasına təqdim edilmiş Məhəmməd bin Süleyman ət-Təmimi əl-Hənbəlinin “Tövhid” və Əhməd Əsədnijadın “Peyğəmbərin haqq canişini” kitabı kustar üsulla hazırlanmışdır. Eyni zamanda, bu kitabların ölkəyə idxalı, istehsalı və yayılması X16 üzrə Dövlət Komitəsi tərəfindən məqsədəuyğun hesab edilməmişdir. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında ekspert qarşısında qoyulmuş suallara əsasən, dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan cərayanın və ya dini cərayanın yayılması və təbliği halları əks olunmamışdır. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarında ekspert qarşısına qoyulmuş suallara əsasən, aşkar surətdə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilməmişdir. Təqdim edilmiş dini təyinatlı məlumat materiallarından ekspert qarşısında qoyulmuş suallara əsasən, Ruhullah əl-Musəvinin müəllifi olduğu “Qırx hədisin şərhi” kitabı istisna olmaqla, digər ədəbiyyatlar ölkə nəşriyyatlarında çap olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 250 manat təşkil edir. (c İ, i.v 160- 165) İşdə olan, 24 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 42-C-23 nömrəli material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (c İ, i.v 174-178) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində heç bir narkotik vasitə, qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitə polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona təzyiqlər, təhdidlər və pis rəftar edildiyi üçün həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə və təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin təhdidlər edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qaldığını, təzyiqin isə onun yaşadığı evindən silah çıxaracaqları, kişiliyini alçaldacaqları və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxs iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət təqibi aparılmış, müvafiq olaraq 24 aprel 2023-cü il tarixli qərarla (cild İ, i.v 174-178) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti təqsirləndirilən şəxsə göndərilsə də, nə sonuncu, nə də ki, onun müdafiəçisi tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. X14 Məhkəməsi «X2rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs tutulduqdan sonra psixoloji təzyiqə və təhdidlərə məruz qalması ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan izahat və ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş təqsirləndirilən şəxsin izahat və ifadələrini CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirmişlər, eyni zamanda təqsirləndirilən şəxsdə üzərinə şəxsi axtarış keçirilərkən müdafiəçisi tərəfindən verilmiş suala cavab olaraq, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya pisixi təsirlərin edilmədiyini öz səsli nitqində bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra psixoloji təzyiqlərə və təhdidlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, üzərindən aşkar edilmiş narkotik vasitənin ona aidiyyətinin olmaması, həmin predmetin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, daha sonra ona təzyiqlər, təhdidlər və pis rəftar edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ilkin izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 48-49) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 57-59) şəxs qismində verdiyi ifadələrində eləcə də üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətində təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə heroinin özünə məxsus olmasını, həmin narkotik vasitəni tapdığını və istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən (ilkin ifadələrindən) fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən psixoloji təzyiqlər, təhdidlər və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu, həmin narkotik vasitəni tapdığını və istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ilkin ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ilkin ifadələrini (üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu, həmin narkotik vasitəni tapdığını və istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 31 mart 2023-cü il tarixli şəxsi axtarış və götürməyə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan video-görüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 31 mart 2023-cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar fərdi qaydada fəaliyyət göstərən vəkil Seymur Abdullayev Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə dair 31 mart 2023cü il tarixli protokoldan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış həyata keçirilmiş və əynində olan qara rəngli gödəkçənin sol yan cibindən qanunsuz olaraq saxladığı 01 ədəd bükümdə içərisində təmiz çəkisi 212,668 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin videogörüntüdə, Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən videogörüntüdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin həmçinin üzərindən aşkar olunmuş – ittihamda təsvir olunmuş maddəni şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Belə ki, Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün ümumi çəkisi 212,668 qram çəkidə narkotik vasitə heroini tədarük etməsi, həmin narkotik vasitəni üzərində daşımaqla şəhər ərazisində gəzdirməsi inandırıcı deyil. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünün məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində bildirdikləri, aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 1417 dəfə) çox olub külli miqdar təşkil etməsi, həmin narkotik vasitəni bütövlükdə üzərində şəhər ərazisində gəzdirməsi kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan başqa məhkəmə şahidlər Zümrüd Məmmədova və Bəxtiyar Məmmədovun məhkəmədə verdikləri ifadələrində göstərilən xüsusatlar yuxarıda sadalanan mötəbər sübutlar ilə tam təkzib olunduğundan, eləcədə şahidlər Zümrüd Məmmədovanın təqsirləndirilən şəxsin yaxın qohumu (bacısı), şahid Bəxtiyar Məmmədovun isə yaxın qohumu (qardaşı) olmasını, həmin şəxslərin təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədilə məhkəmə iclasında verdikləri ifadələrini sübut kimi qəbul etmir və onların bu ifadələrini Təqsirləndirilən şəxs müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 10:30 radələrində polis əməkdaşları tərəfindən saxlanmasını bildirmişdir. Lakin onun şübhəli şəxs qismində tutulmasının xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində baş verməsinə dair çoxsaylı sənədlərin olması, müdafiəçinin iştirakı ilə istintaq və prosessual hərkətlər aparılmaqla həmin sənədlərin tərtib olunması müdafiə tərəfindən bu xüsusatı əsassız mübahisələndirdiyini bir daha təsdiq edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Cinayət törədilərkən qüvvədə olmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961- İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 31 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.4-cü maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Neftçala Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 212,618 qram narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 31 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Neftçala Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 212,618 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-299,74 (iki yüz doxsan doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-101/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-101/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver