Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-102/2022 25.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Musayev Aqil Əlisa oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, 07 iyul 1985-ci ildə Lənkəran rayonunun Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Liman şəhəri, N.Nərimanov küçəsi, ev 13-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 29 avqust 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 27 avqust 2021-ci ildə, saat 18:30 radələrində işdən yaşadığı evə qayıdarkən daim aralarında ona və övladlarına qayğı ilə yanaşmaması, ona qulluq etməməsi və saymazyana davranması ilə bağlı mübahisələri olan arvadı X3 həyətdə asılqandan paltar asdığını görüb, yorğun olduğuna görə ona çay verməsini bildirməsinə cavab olaraq, arvadının onun sözlərinə əhəmiyyət verməyib işinə davam etməsinə qəzəblənərək arvadının ona laqeyd münasibət göstərməsini özünə təhqir və onu alçaltması kimi qəbul edib, sonuncunu etdiyi həmin hərəkətlərə görə ailə-məişət münaqişəsi zəminində qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə həmin gün saat 19 radələrində yaşadığı evin həyətində saxladığı ona məxsus traktorun açar qabından soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb əynindəki şalvarın belliyinə keçirərək arvadına yaxınlaşıb ona yemək verməsini tapşırmaqla Zərərçəkmiş şəxs evin mətbəxinə getməsinə nail olduqdan sonra ardınca özü də, mətbəxə girərək arvadının qaz sobasında yemək qızdırmaqla məşğul olmasından istifadə edib cinayətkar niyyətini həyata keçirmək üçün üzərində saxladığı mətbəx bıçağını çıxarıb qəfildən yaxınlaşaraq qeyd olunan bıçaqla əvvəlcə sonuncunun sağ qarın və ona tərəf çevrildikdə sol qarın nahiyələrinə hərəsinə bir dəfə qəsdən zərbə vurmuş, daha sonra Zərərçəkmiş şəxs qışqırıq səslərinə həyətdən mətbəxə gəlmiş yaxınları - qayınanası Şahid4, həmçinin 2009 və 2011-ci ildə doğulmuş azyaşlı uşaqları Şahid1 və Şahid2 gözləri qarşısında hərəkətlərinə davam edərək onlara xüsusi əzab və iztirablar verdiyini dərk edib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, yəni xüsusi amansızlıqla məqsədyönlü şəkildə əlindəki bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsinin və qarnının ön səthlərinə hərəsinə bir dəfə qəsdən zərbə vurub, ona ümumilikdə yetirildiyi anda insan həyatıüçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş və qarın boşluqlarına nüfuz edən, sol plevra, qaraciyər və mədəni zədələyən, hemoperitenium, hemotoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan 3 ədəd kəsilmiş-deşilmiş yara və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid qarın nahiyəsində 1 ədəd kəsilmiş yaradan ibarət xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs əlləri və ayaqları ilə aktiv müqavimət göstərərək onun niyyətini başa çatdırmaq üçün vurduğu növbəti zərbələrin qarşısını aldığından, bu vaxt anası Rükufə Mirzəyeva və övladları qışqırıq salaraq hadisənin gedişinə müdaxilə edib qarşısına keçərək onu itələyib mətbəxdən çıxardıqlarından və səs-küyə gəlmiş qonşuların çağırdıqları təcili-tibbi yardım xidmətinin köməkliyi ilə vaxtında xəstəxanaya çatdırılan Zərərçəkmiş şəxs ixtisaslı tibbi yardımlar göstərildiyindən, öz iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməyərək arvadı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə ailə evlənmiş, hazırda onların azyaşlı uşağı vardır. Evləndikdən sonra Aynurla əvvəllər münasibətləri yaxşı olsa da, lakin sonralar arvadı Aynur onun və uşaqlarının qayğısına qalmamış, ər kimi ona hörmət etməmiş, onlara qarşı soyuq münasibət göstərdiyindən aralarında tez-tez mübahisələi olmuş, Aynurla aralarında olan mübahisədən sonra sonuncu Liman şəhərində yaşayan anasının evinə getmiş, bununla da ailə münasibətləri pozulmuşdur. Avqustun 27-də axşam saat 19 radələrində işdən evə qayıdarkən Aynurun həyətdə paltar asdığını görüb işini qurtarıb ona çay verməsini istəmiş, lakin arvadı ona əhəmiyyət verməmiş, çay istəməsini təkrar edəndən sonra qızı Rübayə ona bir stəkan çay gətirmiş, arvadının ona qarşı olan laqeydliyinə son qoymaq üçün onu cəzalandırma qərarına gəlmiş, bu vaxt həyətdə saxladığı traktorun açar qabından mətbəx bıçağını götürüb şalvarının bellik hissəsinə qoymuş, Aynurun mətbəxə girdiyini görüb onun ardınca mətbəxə girmiş, sonuncunun mətbəxdə ona yemək hazırlamasına baxmayaraq üzərində olan bıçağı çıxarıb Aynurun qarın nahiyəsinin sağ və sol tərəfindən, həmçinin sol döş qəfəsi nahiyəsinə bıçaqla zərbələr vurmuş, arvadının qışqırıq səslərinə həyətdən anası Rükufə və qızları gələrək onu itələyərək mətbəxdən çıxartmışlar. Hazırda əməlindən peşmançılıq keçirməsini, zərər çəkmiş şəxslə barışmasını, himayəsində qoca anasının və heç bir yerdə işləməyən arvadının, eləcə də 3 azyaşlı uşaqlarının olmasını, ilk məhkumluğunu, həmçinin zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə 2008-ci ildə evlənmiş, hazırda onların 3 azyaşlı uşağı vardır. Evləndikdən sonra bir neçə il ər-arvad kimi münasibətləri mehriban olmuş, lakin sonralar Aqşin onu incitməyə, döyməyə və onunla yola getməməyə başlamış, aralarında münasibətləri sərinləmiş, Aqşində tez-tez baş ağrıları və əsmələrinin olduğunu deyərək səbəbini anası Zibanın ona cadu (əməl) etdiyini göstərib tez-tez onu döymüş, anası tərəfindən ona edilmiş cadunun (əməlin) heyfini bu formada çıxacağını bildirmişdir. 27 avqust 2021-ci ildə səhər saatlarında Aqşini işə yola salmış, axşam saatlarında Aqşin işdən evə gələrkən həyətdə paltar sərməklə məşğul olmuş, Aqşin həyətə girib onunla mətbəxə gedərək evə lazım olan şeylərin alınması ilə bağlı söhbət edərkən ondan yemək verməyini istəmiş, boşqab götürmək üçün əyildikdə Aqşinin əlində bıçaqla ona tərəf qaçdığını, ona çatan kimi əlindəki bıçaqla qarın nahiyəsinin sağ və sol tərəfinə zərbə vurmuş, bu zərbələrdən sonra yerə yıxılmış, Aqşinin ona bıçaq zərbələr vurmağa davam etdiyini görüb əl və ayaqları ilə ona müqavimət göstərərək qışqırmağa başlamış, qışqırıq səsinə qaynanası Rüküfə və hər iki qızı gəlmiş, Aqşin onların gözünün qarşısında ona sol sinə nahiyəsindən üçüncü bıçaq zərbəsini vurmuş, həmin vaxt Aqşin onun ayaqlarına və əllərinə bıçaqla zərbə vurmamış, yalnız müqavimətini qıraraq sinə nahiyəsinə bıçaq zərbələri vurmağa çalışmış, qaynanası Aqşini arxadan qucaqlayaraq onu kənara çəkmiş, lakin Aqşin onu kənara itələmiş, qaynansası müvazinətini saxlaya bilməyərək yerə yıxılmış, qaynanası yıxıldığı yerdən qalxaraq Aqşini otaqdan çıxarmış, qızı Rübayə isə dərhal mətbəxin qapısını bağlayıb kilidləmiş, sonra Aqşin qaçaraq həyətə çıxaraq həyətin giriş qapısını arxadan kilidləmiş, həmin vaxt övladları onun əlindən bıçağı almağa cəhd etmiş, lakin, Aqşin bıçağı onlara verməyərək, yüksək səslə onun başını kəsəcəyini demiş, sonuncunun bu sözlərindən qorxaraq yataq otağının pəncərəsindən özünü yerə ataraq qonşuları Tofıqin evinə girmiş, orada sonuncunun qızı Aygün ona kömək etməklə təcili-tibbi yardıma zəng etmiş, təcili tibbi yardım avtomobili gələrək onu xəstəxanaya aparmışdır. Hazırda əri Təqsirləndirilən şəxslə barışdığını, onu bağışladığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını, uşaqlarının atası olduğunu bildirərək məhkəmədən əri Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə azyaşlı Şahid1 pedoqoqun iştirakı ilə şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Aqşin atası, zərər çəkmiş şəxs Aynur isə anasıdır. 27 avqust 2021-ci ildə axşam saat 19 radələrində atası işdən gəlmiş, həyətdə onlarla birlikdə gəzdikdən sonra atası evə girmiş, həmin vaxt o, bacısı Ayşən və qardaşı Yusiflə maşında oynamış, evdən anasının qışqırıq səslərini eşidib ilk olaraq bacısı Ayşən evə getmiş, təkrarən qışqırıq səsləri gəldiyindən o və qardaşı Yusif də evə getmiş, evə girdikdə anası və atasının mətbəxdə olmuş, anasının yerdə uzanmış vəziyyətdə olduğunu və atasının anasına bıçaq zərbəsi vurduğunu, həmin vaxt atası anasını bıçaqla vuranda onları orada görmüş, atası anasına “səni öldürəcəm, başını kəsəcəm” demiş, bacısı Ayşən, nənəsi Rüküfə də orada olmuş, nənəsi və bacısı atasına mane olmağa çalışmış, onlar atalarını otaqdan çıxarıb mətbəxin qapısını bağlamış, atası Aqşin yenidən evə qayıtmağa çalışaraq anasına “səni öldürəcəm” demişdir. Məhkəmə istintaqında pedoqoqun iştirakı ilə şahid qismində dindirilən Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, Aqşin oğlu, Aynur ilə gəlinidir. Onlar 2008-ci ildə evlənmiş, hazırda onların üç azyaşlı uşaqları vardır. Oğlu ilə gəlini arasında əvvəllər münasibətlər yaxşı olsa da, son vaxtlar münasibətləri sərinləmiş, aralarında tez-tez dava-dalaş olmuş, bəzən oğlu gəlini Aynuru döyüb incitmiş, onu atasın evinə göndərmişdir. 27 avqust 2021-ci ildə Aqşin axşam saat 19 radələrində işdən evə qayıtmış, həmin vaxt Aqşin birbaşa arvadı Aygünün yanına getmiş, onunla söhbət etdikdən sonra Aqşin onun yanına gələrək, əsəbi halda Aynurun ondan həkimə gedib müalicə olunmağını xahiş etdiyini demiş, bir qədər sonra evin mətbəxində qışqırıq səslərinin gəldiyini eşitmiş, həmin vaxt nəvələrinin hər üçü Aynurun səsi gələn istiqamətə qaçdığını görüb o, da onlarla birlikdə mətbəxə tərəf qaçmış, mətbəxə girdikdə Aynur yerdə uzanmış vəziyyətdə olmuş, ayaqları ilə özünü müdafiə etməyə çalışmış, içəri girərək Aqşinə “nə etdin sən?” deyə qışqırmış, onları ayırmaq üçün araya girdikdə özünü saxlaya bilməyərək yerə yıxılmış, həmin vaxt gördükləri ona pis təsir etdiyindən nə baş verdiyini xatırlamamış, özünə gəldikdən sonra Aqşin Aynuru vurduğu bıçağı ona verərək polislər gəldikdə onlara verməsini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 28 avqust 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Lənkəran rayonu, Liman şəhəri, N.Nərimanov küçəsi, ev 13-də baş vermişdir. İş materiallarında olan təqdim olunan “əşyaların götürülməsi və onlara baxış keçiriməsi” haqqında 27 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq mətbəx bıçağı olmaqla, ümumi uzunluğu 32 sm, tiyəsinin uzunluğu 20 sm, əl tutacaq yeri isə 10 sm-dir. Bıçağın tiyəsi boz rəngli materialdan olmaqla, tutacaq yeri qara rənglidir. Həmin bıçağın tutacaq yerinin üzəri göy rəngli yapışqanlı lentlə bağlanmışdır. Təqsirləndirilən şəxs əynində boğaz və qol hissəsində boz xətt olan qara rəngli üç düyməli qısaqol yay köynəyi və tünd boz rəngli klassik şalvar olmaqla qeyd edilən paltarlar çirkli və tozlu vəziyyətdə olmuşdur. İş materiallarında olan təqdim olunan “əşyaların götürülməsi və onlara baxış keçiriməsi” haqqında 28 avqust 2021-ci il tarixli protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində üzərində ağ dairəvi nöqtələri olan qara rəngli xalat olmuş, həmin xalat Zərərçəkmiş şəxs əynindən tibb işçiləri tərəfindən kəsilərək çıxarılmışdır. Xalatın üzərində 3 ədəd kəsilmiş zədə və qanabənzər ləkələr vardır. İş materiallarında olan Lənkəran şəhər Narkoloji Xəstəxanasının xx.xx.2021-ci il tarixli 480 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1985-ci il təvəllüdlü Mirzəyev X4 şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda durmur. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 3744/2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ilə əlaqədar Lənkəran rayon məhkəməsinin icraatında 2016-cı ildən 2021-ci ilin 10 sentyabr tarixinədək mülki və ya cinayət işinin olması müəyyən edilməmişdir. İş materiallarında olan 11 sentyabr 2021-ci il tarixli 564 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yaşayan Mirzəyev X4 şəhər Psixatriya Xəstəxanasında qeydiyyatda deyildir. İş materiallarında olan Lənkəran ŞİHB-nin Liman şəhər İƏDÜ nümayəndəliyindən verilmiş 16 noyabr 2021-ci il tarixli 1868 nömrəli xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Lənkəran şəhər-rayon polis şöbəsinin Liman polis bölməsinin 03 noyabr 2021-ci il tarixli 155-3424-1221 saylı məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs arvadının anası ilə birləşərək ona cadu etməsi və ailə işlərinə qarışması səbəbindən həyətdə olan, özünə məxsus traktordan bıçağı götürüb Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə sakit təbiətlidi, fərdi əməklə məşğul olur, narkotik vasitələrdən və spirtli içkilərdən istifadə etmir, əvvəllər də arvadı ilə aralarında ailə-məişət zəminində mübahisləri olub, özlərinin kənar şəxslərlə hər hansı ədavətləri olmamış, hər hansı mollanın yanına getməsi və kiməsə cadu etməsi barədə məlumat yoxdur. İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli 155-3290-1221 saylı məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Lənkəran ŞRPŞ-də heç bir təqsirləndirici material və ya cinayət işi yoxdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 21 avqust 2021-ci il tarixli, 841 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. ş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 oktyabr 2021-ci il tarixli, 1152 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - döş və qarın boşluqlarına nüfuz edən, sol plevra, qaraciyər, mədəni zədələyən, hemoperitenium, hemotoraks, daxili və xarici qanaxma ilə müşaiyyət olunan 3 ədəd kəsilmiş-deşilmiş yaralar, qarın nahiyəsində 1 ədəd kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni ekspertizaya təqdim edilmiş bıçaqla döş və qarın nahiyələrinə vurma nəticəsindəəmələ gələ bilərdi, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə, yəni xx.xx.2021-ci ilə uyğun gəlir və hər bir xəsarət ayrıayrılıqda dərəcəsinə görə döş və qarın boşluqlarına nüfuz edən, sol plevra, qaraciyər, mədəni zədələyən, hemoperitenium, hemotoraks, daxili və xarici qanaxma ilə müşaiyyət olunan 3 ədəd kəsilmiş-deşilmiş yaralar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, qarın nahiyəsində 1 ədəd kəsilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin yerləşmə nahiyələrini vəçoxluğunu nəzərə alaraq qeyd etmək olar ki, şəxsin özü tərəfindən özünə xəsarət yetirə bilməsi uyğun və inandırıcı deyildir. Müxtəlif (üzbəüz, ayaq üstə, yarımoturaq üz-üzə və s.) vəziyyətlərdə ola bilərdi. Yara kanalının istiqamətinə görə xəsarətlər öndən arxaya, yuxarıdan bir qədər aşağı, sağdan-sola və soldan-sağa doğru olmuşdur. Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlərlə ekspertizaya təqdim edilmiş paltar üzərindəki zədələrə uyğun olub, üstüstə düşürlər.Xəsarətlər (zədələr) cərrahi müdaxiləyə məruz qaldığıüçün bir və ya bir neçə kəsici-deşici alətlə xəsarətlərin yetirilməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. İş materiallarında olan məhkəmə-lifli ekspertizasının 05 oktyabr 2021-ci il tarixli, 6/3917 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd donun səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın səthi üzərində kənar lif mikrohissəcikləri və həmçinin Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd donun tərkib liflərindən yoxdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının üzrə 28 oktyabr 2021-ci il tarixli, 793/2021 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qərara əsasən qan qrupu-A/İİ/-, Təqsirləndirilən şəxs qərara əsasən qan qrupu-O/İ/--dur.Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus don üzərində insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» və«H» antigenləri, həmçinin beta aqqlyutinini alınmışdır. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta (H)/İİ/qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər./ əgər onun qanında müşayiətçi «H» antigeni varsa/. Qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin Oalfa, beta/İ/ qruplu Təqsirləndirilən şəxs da qarışmış qanın olması inkar olunmur, əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiqata təqdim olunmuş 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərindəki ləkələrdə isə qan aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-trasoloji və ballistik ekspertizasının 18 oktyabr 2021-ci il tarixli, 3/1701,-3/1702-3/1703 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən hər hansı düzəliş edilməmişdir. Tədqiqata təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd donun səthində on üç ədəd zədə vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterikdir, belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərə görə bir ədəd donun səthində olan zədələrin təqdim edilmiş bıçağın (bıçaq tiyəsinin) da təsirindən yaranması mümkündür. Təqdim edilmiş bir ədəd donun səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya istiqamətdə, iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 21 sentyabr 2021-ci il tarixli 2218 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işinin məlumatları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental- psixoloji müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğun olub, gerilik əlamətləri aşkar olunmur. Təfəkkürünün analizetmə, ümumiləşdirmə kimi keyfiyyətləri normaya uyğundur. Yaddasaxlama və yadasalma funksiyalarında, emosional və assosiativ yaddaşında çətinlik müəyyən edilmədi. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə konfliktə meyilli şəxsdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət törədən zaman, cinayəti törətdikdən sonra vəöz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olmuş və halhazırda qabiliyyətindədir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsindəanlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs Seyəfddin oğlunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs hövsələsizlik, hirslilik, tez özündən çıxmaq, şübhəlilik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, konfiliktə meyillilik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Hadisə zamanı Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərinin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Hadisə baş verməzdən bilavasitə əvvəl Təqsirləndirilən şəxs psixoloji emosional sferasında qıcığa qarşı həssaslıq, hirslilik kimi hallar yaranmış, həmin halların yaranması onda müəyyən edilmiş, xasiyyətinin psixopatik cizgiləri ilə şərtləşmişdir. Hadisə baş verən an onun psixi-emosional sferasında işüçün əhəmiyyət kəsb edən mühim dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs ittiham olunana cinayət əməlini törətdiyi zaman fizioloji affekt vəziyyətində olmamışdır. Hazırki cinayət işi üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman istifadə etdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi uzunluğu 320 mm, tiyəsinin uzunluğu 200 mm, dəstəyinin uzunluğu 120 mm olmaqla soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı, hadisə zamanı əynində olmuş boğaz və qol hissəsində boz xətt olan qara rəngli üç düyməli qısaqol yay köynəyi və tünd boz rəngli klassik şalvar, ona məxsus “Samsung Galaxy Grand2” markalı mobil telefon, eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş və üzərində ağ dairəvi nöqtələri olan qara rəngli xalat Lənkəran rayon prokurorluğunda saxlanılır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi CM-in 29, 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs “zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bıçaqla vurarkən onu öldürmək niyyətində olduğu, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilmədiyi” qənaətinə gəlir. Belə ki, Zərərçəkmiş şəxs aldığı bıçaq yarasından ölməməsinə səbəb onun yaralı halda hadisə yerindən uzaqlaşması, səhhətinin pisləşdiyini görüb qonşuları Tofıqin yaşadığı evə daxil olaraq orada sonuncunun qızı Aygünün ona kömək edərək təcili-tibbi yardıma zəng etməsi, Aygünün onun yaralarına buz qoyaraq tampon edib axan qanı dayandırması, təcili xəstəxanaya çatdırılaraq vaxtında ona göstərilən zəruri ixtisaslı tibbi yardım olmuşdur. Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin “həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmuş xüsusuilə ağır cinayətlər kateqoriyasına aiddir. Mövcud cinayət qanunvericiliyinin tələblərinə (mad. 15.5) və ya cinayətlərin təsnifatına görə onlar “xüsusuilə ağır cinayət” hesab olunur. Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinin sanksiyasında 14 (on dörd) ildən 20 (iyirmi) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həmin cəza başa çatmış cinayətlər üçün nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs isə qeyd olunan maddədə nəzərdə tutulan cinayəti başa çatdırmamış, yəni həmin cinayəti törətməyə cəhd etmişdir. Azərbaycan Respublikası CM-in “başa çatmayan cinayətə görə cəza təyin edilməsi”ndən bəhs edən 63-cü maddəsinin tələblərinə əsasən isə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan təqdirdə Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti və ya həcmi 20 ilin dörddə üçündən, yəni 15 (on beş) ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın müddətini müəyyən edərkən başa çatmamış cinayətlərə görə cəza təyinini nəzərdə tutan, Azərbaycan Respublikası CM-in 63-cü maddəsinin tələbini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb cinayətin ailə məişət münasibətləri zəminində qısqanclıq məqsədi ilə törədilməsi qənaətinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifini müzakirə edərkən onun hərəkətini Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 8-ci bəndini də nəzərə alır. Həmin qərarın 8ci bəndinin izahına görə təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diridiri yandırılması, uzun müddət ac-susuz saxlanılması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərər çəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Çünki o, ittiham olunduğu əməli törədərkən anlaqlı olub öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi, bu əməlin təhlükəli nəticələrini görüb həmin nəticələri arzu etməsi sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün o, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu xx.xx.2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Lənkəran rayon məhkəməsinin 29 avqust 2021-ci il tarixli qərarı ilə də həbsetmənin əvvəli 27 avqust 2021-ci ildən hesablanmaqla təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 22 fevral 2022-ci ildə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onun rəsmi əri olduğundan onunla barışmış, onu bağışlamış, ərinə qarşı heç bir şikayət və tələbinin olmamasını göstərmiş və məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Mirzəyev X4 rayonu, Liman şəhəri, Nəriman Nərimanov küçəsi, ev 13-də qeydiyyatda olmaqla himayəsində arvadı və 3 (üç) azyaşlı uşaqları ilə birgə orada yaşamış, yaşayış yerindən kafi xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü, zərər çəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də onların ər-arvad olmalarını, onun təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və ilk məhkumluğunu isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində də nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qanunun bu normasına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 15 (on beş) il müddətə təyin oluna bilən cəzanın dördə üçündən artıq, yəni 11 (on bir) il, 3 (üç) aydan artıq olmayan müddətə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 9-cu bəndində göstərilir ki, başa çatmamış cinayətlərə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə cəhdə görə CM-in xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Həmin qərarın 5-ci maddəsində qeyd edilir ki, CM-in 59.1.10-cu maddəsinin tədbiqi ilə əlaqədar təyin olunacaq cəza konkret maddə ilə müəyyən edilən cəzanın aşağı həddindən də aşağı olduğu hallarda CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Bu müddəalara əsasən Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddəti 15 ilin dörddə üçündən yəni, 11 (on bir) il 3 (üç) aydan çox ola bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə maddi sübutlar barədə məsələni həll edərkən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran rayon prokurorluğunda saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş, üzərində ağ dairəvi nöqtələri olan qara rəngli xalat Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olmuş boğaz və qol hissəsində boz xətt olan qara rəngli üç düyməli qısaqol yay köynəyi, tünd boz rəngli klassik şalvar, “Samsung Galaxy Grand2” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra anası Şahid4 qaytarılmalı, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman istifadə etdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi uzunluğu 320 mm, tiyəsinin uzunluğu 200 mm, dəstəyinin uzunluğu 120 mm olmaqla soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. İş üzrə ekspertiza xərci 586,16 (beş yüz səksən altı) manat 16 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 27 avqust 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran rayon prokurorluğunda saxlanılan və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş üzərində ağ dairəvi nöqtələri olan qara rəngli xalat Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olmuş boğaz və qol hissəsində boz xətt olan qara rəngli üç düyməli qısaqol yay köynəyi, tünd boz rəngli klassik şalvar, “Samsung Galaxy Grand2” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra anası Şahid4 qaytarılsın, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman istifadə etdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi uzunluğu 320 mm, tiyəsinin uzunluğu 200 mm, dəstəyinin uzunluğu 120 mm olmaqla soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilsin. İş üzrə ekspertiza xərci 586,16 (beş yüz səksən altı) manat 16 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Cəlil Nəbiyev 2 . Aqil Musayev
3. Müşfiq Məmmədov