Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-102/2023 23.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1965-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ağcabədi şəhəri, X.Şüşinski küçəsində olan fərdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə hazırlamış, əldə etmiş və saxlamışdır. Belə ki, o, əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin mart ayında, Ağcabədi şəhəri, X.Şuşinski küçəsində yaşadığı evin qonşuluğunda yerləşən və faktiki olaraq onun istifadəsində olan X7 məxsus həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkmiş, onlardan bitən külli miqdarda-46 (qırx altı) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edib yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmiş, həmçinin 2022-ci ilin iyul ayında həmin çətənə (kannabis) bitkilərinin yarpaqlarından dərib yığaraq kustar üsulla hazırlayıb satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-1030,0 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş və onları iki ədəd sellofan torbalara yığıb saxlamış, daxil olmuş əməliyyat məlumatına əsasən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 04 avqust 2022-ci il tarixdə saat 10-11 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs iştirakı ilə Məcid Həsənovun qeyd edilən ünvanda yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsində külli miqdarda-46 (qırx altı) ədəd çətənə (kannabis) bitkiləri, həmin bitkilərə aid 34 ədəd (otuz dörd) nəm vəziyyətdə çətənə (kannabis) bitkilərin budaqları, habelə iki ədəd sellofan torbalarda külli miqdarda-1030,0 narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyib və CM-nin 237.2.3-cü maddəsi ilə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ağcabədi şəhəri, X.Şuşinski küçəsində olan fərdi yaşayış evində yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi qaydada fəhləliklə və təsərrüfat işləri ilə məşğul olmuşdur.Uzun illərdir ki, “zob” xəstəliyindən əziyyət çəkir.Təxminən 30 ildir ki, “nəşə” adlanan narkotik madədən (qurudulmuş marixunadan) istifadə etməyə başlamış, bir qayda olaraq gün ərzində 1-2 dəfə olmaqla təxminən 1 qram marixuanadan cəkmə yolu ilə qəbul etmiş, başqa növ narkotiklərdən istifadə etməmişdir.Əvvəllər istifadə etdiyi marixuananın toxumlarını yığıb saxlamışdır ki, əlavə pul verib marixuna almaması üçün özünün istifadəsi üçün çətənə kolu əkib-yetişdirsin. Yaşadığı Ağcabədi şəhəri, X.Şuşinski küçəsində yerləşən evinin qonşuluğunda X7 məxsus həyətyanı torpaq sahəsi vardır, həmin torpaq sahəsində heç bir tikili yoxdur, boş torpaq sahəsidir. Məcid Həsənov uzun müddətdir ki, ailəsi ilə birlikdə Rusiyada yaşayır. Məcid Rusiyada olduğundan həmin torpaq sahəsinə nəzarət etməyi ona tapşırmışdır.O, 2022-ci ilin mart ayının sonlarında Məcid Həsənova məxsus torpaq sahəsində çətənə toxumunu əkmişdir ki, özünün istifadəsi üçün orada çətənə kolu yetişdirsin.Bir müddət sonra həmin toxumlar cücərib çıxmış, əkdiyi toxumlardan neçə ədəd kolu çıxmasını bilməmişdir.Sonra o, həmin bitkilərə su verməklə qulluq edib yetişdirmişdir.2022-ci ilin iyul ayının əvvəllərində əkib-becərdiyi çətənə kollarının lazımsız və yararsız budaqlarını kəsib kənara atmışdır.Həmçinin həmin bitkilərin yarpaqlarından iki ədəd sellofan torbalara yığmışdır ki, qurudub özü istifadə etsin.04 avqust 2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı evin həyətinə bir qrup polis əməkdaşı gəlib yaşadığı evin həyətyanı sahəsində çətənə kolu əkib-yetişdirməsi barədə məlumat olduğunu, evin həyətyanı sahəsinə və evə baxış keçiriləcəyini bildirmiş, o da etiraz etməmişdir.Həmin vaxt polis əməkdaşları ondan həyətində çətənə kolu əkib-əkməməsi barədə soruşmuş, o da qonşuluqda olan torpaq sahəsində, yəni Məcid Həsənova məxsus torpaq sahəsində çətənə kolu əkib-yetişdirdiyini etiraf etmiş, sonra çətənə kollarını əkdiyi yeri polis əməkdaşlarına göstərmişdir.Polis əməkdaşları özünün, Məcidin atası Şahid7 və başqa şəxslərin iştirakı ilə əvvəlcə Məcid Həsənova məxsus torpaq sahəsinə, sonra özünün yaşadığı evin həyətyanı sahəsinə və evinə baxış keçirmişdir.Baxış zamanı o, Məcid Həsənova məxsus torpaq sahəsində əkdiyi çətənə kollarının olduğu yeri polis əməkdaşlarına göstərmiş və həmin yerdə çətənə kolları, həmçinin bir müddət əvvəl kəsib kənara atdığı çətənə kollarının budaqları, bundan başqa həmin yerdə iki ədəd sellofan torbalara yığıb qurudulması üçün saxladığı çətənə kollarının yarpaqları da aşkar edilmişdir. Sonra torpaqdan çətənə kolları çıxarılıb sayılmış və 46 ədəd olmuş, həmçinin kəsib kənara atdığı çətənə kolunun budaqları da bir yerə toplanıb sayılmış və 34 ədəd olmuşdur.Bundan sonra polis əməkdaşları tərəfindən çətənə kolları, çətənə kolunun budaqları və iki ədəd sellofan torbalarda olan marixuana kütlələri qablaşdırılıb götürülmüşdür.Sonra polis əməkdaşları tərəfindən özünün iştirakı ilə evinə və həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı evin mətbəxində istifadə etmək məqsədilə saxladıqları bir ədəd sellofan torbada reyhan bitkisinin kütləsi aşkar edilib götürülmüşdür.Həyətində və evində hər hansı qanunsuz əşyalar və ya narkotik maddələr aşkar edilməmişdir.Bundan sonra polis əməkdaşları onu tutub polis şöbəsinə gətirmiş, şöbədə üzərində axtarış aparılmış, üzərində heç bir qanunsuz əşya və ya narkotik maddə aşkar edilməmişdir.Məcid Həsənova məxsus torpaq sahəsində çətənə kollarını özünün şəxsi istifadəsi üçün əkib-yetişdirmiş, həmçinin çətənə bitkilərinin yarpaqlarını dərib iki ədəd sellofan torbalara yığmaqda məqsədi onları qurudub özünün istifadə etməsi olmuş, həmin marixuananı kiməsə satmaq niyyəti olmamış, kiməsə marixuana satmamış və narkotik maddələrin satışı ilə məşğul olmamışdır.O, marixuanadan istifadə etsə də, narkotik maddələrin satışı ilə məşğul olmamış və narkotik maddələrin satışı ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin çətənə bitkiləri əkib-yetişdirməsinə görə və özünün şəxsi istifadəsi üçün çətənə bitkilərinin yarpaqlarını yığıb saxladığına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 05 avqust 2022-ci il tarixli ifadələrində, habelə 04 avqust 2022-ci il tarixli izahatında məhkəmədə verdiyi ifadəsinə tam uyğun ifadələr və izahat vermiş, eyni zamanda 18 oktyabr 2022-ci il tarixli ifadəsində əvvəlki ifadələrində göstərilənləri təsdiq etməklə yanaşı həm də verilmiş sualları cavablandırarkən “qurudulmuş narkotik vasitə olan marixuananı mən əsasən şəxsi istifadəm üçün saxlamışdım, lakin almaq istəyən olsaydı əlavə gəlir əldə etmək üçün satardım” ifadəsini işlətmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə baxış zamanı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini ümumən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, iş üzrə ilkin verdiyi izahat və ifadələrini təsdiq edir, lakin sonrakı ifadəsində özünün şəxsi istifadəsi üçün əkib-yetişdirdiyi çətənə bitkilərindən yığıb əldə etdiyi marixuananı həm də satmaq fikrində olmasına dair hissəni təsdiq etmir, o, ifadə verərkən çətənə bitkilərindən topladığı yarpaqları (marixuananı) satmaq fikrində olmasını deməmişdir.O, marixuanadan istifadə etsə də, narkotik maddələrin satışı ilə məşğul olmamış və narkotik maddələrin satışı ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin çətənə bitkiləri əkibyetişdirməsinə görə və özünün şəxsi istifadəsi üçün çətənə bitkilərinin yarpaqlarını yığıb saxladığına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağcabədi RPŞ-nin əməkdaşıdır. 04 avqust 2022-ci il tarixdə Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evin qonşuğulunda olan, X7 məxsus torpaq sahəsində qanunsuz olaraq çətənə bitkiləri əkib-yetişdirməsi barədə məlumat daxil olmuşdur.Daxil olmuş məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 10 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana, Ağcabədi şəhəri X.Şuşinski küçəsində yerləşən evinə getmişdir. Əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olduqdan sonra təhqiqatçı X10 Qasımova qanunsuz olaraq çətənə bitkiləri əkibyetişdirməsi barədə məlumat daxil olduğunu və bu səbəbdən həyətinə, evinə və başqa sahələrə baxış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs da baxışın keçirilməsinə etiraz etməmişdir. Həmçinin daxil olmuş məlumata uyğun olaraq Təqsirləndirilən şəxs yaşadığı evin qonşuğulunqda olan torpaq sahəsinin sahibi X8ması nəzərə alınaraq Məcidin atası Şahid7 baxışda iştirak etməsi üçün dəvət olunmuş, ona da daxil olmuş məlumat izah edilmiş və Şahid7 da oğluna məxsus torpaq sahəsinə baxışın keçirilməsini etiraz etmədiyini bildirmişdir. Baxış keçirilməmişdən əvvəl təhqiqatçı məlumatla bağlı Təqsirləndirilən şəxs çətənə bitkiləri əkib-yetişdirməsini soruşmuş, Təqsirləndirilən şəxs da yaşadığı evin qonşuluğunda Məcidin Həsənova məxsus torpaq sahəsində çətənə kolları əkib-yetişdirdiyini etiraf edib həmin yeri onlara göstərə biləcəyini bildirmişdir.Bundan sonra əməliyyat qrupu tərəfindən mütəxəssis-aqronom, Təqsirləndirilən şəxs və Şahid7 iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs göstərdiyi əraziyə, yəni Məcid Həsənova məxsus olması bildirilən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin sahədə 46 ədəd çətənə bitkisi, 34 ədəd çətənə bitkisinin budaqları və iki ədəd sellofan torbada bitki yarpaqları olan marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Baxışda iştirak edən aqronom-mütəxəssis həmin bitkilərin çətənə kolları olduğunu və bu bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş çətənə bitkilərini özünün əkib-yetişdirdiyini, həmçinin özünün istifadəsi üçün bitkilərin yarpaqlarını sellofan torbalara yığıb sağladığını bildirmişdir.Sonra aşkar olunmuş çətənə bitkiləri, çətənə bitkisinin budaqları və iki ədəd sellofan torbada olan kütlələr qablaşdırılıb götürülmüşdür.Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı yaşayış evin mətbəxində bir ədəd sellofan torbada şübhəli kütlə aşkar olunmuş, başqa qanunsuz əşyalar və ya narkotik maddələr aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin reyhan otu olduğunu bildirmişdir.Sonra keçirilmiş baxışla bağlı sənədləşmə aparılmışdır.Daha sonra Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış aparılmış, üzərində qanunsuz əşyalar aşkar edilməmişdir.Təqsirləndirilən şəxs çətənə bitkiləri əkib-yetişdirməsi və narkotik maddələrin istifadəçisi olması barədə məlumat daxil olsa da, onun narkotik maddələrin satışı ilə məşğul olması barədə məlumatlar daxil olmamış, sonradan aparılmış əməliyyat yolu ilə də onun kiməsə narkotik vasitələr satması barədə məlumatlar da əldə edilməmişdir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. Əri Təqsirləndirilən şəxs narkotik madələrdən istifadə etməsi və yaşadıqları evin qonşuluğunda olan Məcid adlı şəxsə məxsus torpaq sahəsində çətənə bitkisinin əkibyetişdirməsi barədə məlumatı olmamışdır.04 avqust 2022-ci il tarixdə yaşadıqları evə bir qrup polis əməkdaşları gəlmiş və polis əməkdaşları əri Təqsirləndirilən şəxs iştirakı ilə yaşadıqları evə, həyətyanı sahəsinə və qonşuluqda olan torpaq sahəsinə baxış keçirilmişdir.Həmin gün bilmişdir ki, qonşuluqda olan torpaq sahəsində polis əməkdaşları çətənə bitkisinin əkildiyini aşkar etmiş və həmin bitkilərin əri Təqsirləndirilən şəxs tərəfindən əkilib-yetişdirildiyi ona məlum olmuşdur. İşdə olan, Ağcabədi RPŞ-nin əməkdaşının 04 avqust 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evin qonşuğulunda X7 məxsus torpaq sahəsində qanunsuz olaraq çətənə bitkiləri əkibbecərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 04 avqust 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Ağcabədi RPŞ-nin TQ-nun təhqiqatçısı Şöhrət Əhmədov tərəfindən polis əməkdaşlarının, Təqsirləndirilən şəxs, Şahid7, aqranom-mütəxəssis Şahid6 iştirakı ilə və videoçəkilişlə Ağcabədi şəhəri, X.Şuşinski küçəsi ünvanında, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə, habelə qonşuluqda olan, X7 məxsus torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Məcid Həsənova məxsus torpaq sahəsində 46 ədəd çətənə koluna oxşar bitkilər, 34 ədəd çətənə bitkisinin budaqları və iki ədəd sellofan torbada bitki yarpaqları olan marixuanaya oxşar kütlələr aşkar edilmişdir.Aşkar edilmiş 46 ədəd çətənə koluna oxşar bitkilər, 34 ədəd çətənə bitkisinin budaqları və iki ədəd sellofan torbada bitki yarpaqları olan marixuanaya oxşar kütlələr qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı evin mətbəxindən bir ədəd sellofan torbada yaşımtıl rəngli bitki kütləsi aşkar edilib götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, 04 avqust 2022-ci il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən aşkar edilmiş 46 ədəd bitkilər çətənə kollarıdır və həmin bitkilər aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 04 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “... uzunluğu 5 metr, eni isə 4 metr olan torpaq sahəsindən aşkar olunaraq götürülmüş çətənə kollarına oxşar bitkilər … imza Təqsirləndirilən şəxs..” sözləri və imzalar olan 06 ədəd sintetik ümumi sayı 46 (qırx altı) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 25300,0 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində “... uzunluğu 5 metr, eni isə 4 metr olan torpaq sahəsindən aşkar olunaraq götürülmüş çətənə kollarına oxşar bitkilərin ətrafında səpilmiş ... çətənə kollarına oxşar bitkilər..imza Təqsirləndirilən şəxs..” sözləri və imzalar olan 02 ədəd sintetik ümumi sayı 34 (otuz dört) ədəd, nəm vəziyyətdə ümumi çəkisi 5600,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərilərində “... sarımtıl rəngli torbada çətənə kollarına oxşar bitkilərin yarpaqları və göy rəngli polietilen torbada çətənə kollarına oxşar bitkilərin başlıqları.. imza Təqsirləndirilən şəxs” sözləri və imzalar olan 01 ədəd şəffaf polietilen torbada olan 01 ədəd sarı rəngli polietilen torbada təmiz çəkisi-990,0 qram, 01 ədəd torbada göy rəngli polietilen torbada təmiz çəkisi-40,0 qram, ümumi çəkisi-1030 qram olan kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 80 ədəd çətənə bitkiləri və 02 ədəd polietilen torbada olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər.Tədqiqata təqdim olunmuş üzərində “… mətbəxdən aşkar olunaraq götürülmüş..imza Təqsirləndirilən şəxs ...” sözləri və imzalar olan 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi-75,0 qram olan çəyrayımtıl rəngli kütlə narkotik vasitələ aid deyildir. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 1029,80 qramdır. Ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 03 noyabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən sübutlar qiymətləndirilərək hadisə yerinə baxış zamanı aşkar edilmiş 34 ədəd çətənə bitkilərinin budaqları 46 ədəd çətənə bitkilərinin hissələri hesab edilməklə say tərkibinə daxil edilmiş, habelə ekspertiza tədqiqatından sonra qalıq 1029,80 qram narkotik vasitə olan qurudulmuş marixuana, 46 ədəd çətənə bitkisi və 34 ədəd çətənə bitkisinin budaqları iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Abcabədi RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 05 noyabr 2022-ci il tarixli qərarla müəyyən olunur ki, hadisə yerinə baxış zamanı aşkar edilmiş 15 ədəd çətənə bitkilərinin kökləri 163 ədəd çətənə bitkilərinin say tərkibinə daxil edilmişdir. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 oktyabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 21.2-ci maddələrinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır İşdə olan, Ağcabədi RPŞ-nin CAB-nin əməkdaşının 31 oktyabr 2022-ci il tarixli raportu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmamışdır.Həmçinin əvvəllər narkotik vasitələri əldə etmə, saxlama və istifadə etmə üstündə məhkum olunmuş şəxslər ətrafında əməliyyat tədbirləri keçirilmiş, təsvir olunmuş hadisə ilə hər-hansısa əlaqəsi olan şəxs müəyyən edilməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid8 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (18 oktyabr 2022-ci il tarixli ifadəsində əkdiyi çətənə bitkilərindən kustar üsulla hazırlayıb əldə etdiyi marixuana ilə bağlı “istəyən olsaydı əlavə gəlir əldə etmək üçün satardım” ifadəsinə aid hissə istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid8 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, həmçinin məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 18 oktyabr 2022-ci il tarixli ifadəsində göstərdiyi xüsusat, yəni əkdiyi çətənə bitkilərindən küstar üsulla hazırlayıb əldə etdiyi marixuana ilə bağlı “istəyən olsaydı əlavə gəlir əldə etmək üçün satardım” ifadəsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri ilə, habelə Təqsirləndirilən şəxs iş üzrə verdiyi ilkin izahat və 05 avqust 2022-ci il tarixli ifadələri ilə, eləcə də onun məhkəmədə verdiyi ifadəsi ilə təkzib olunduğundan, eyni zamanda “istəyən olsaydı əlavə gəlir əldə etmək üçün satardım” ifadəsinin mülahizə xarkteri daşıdığından və işin faktiki hallarına uyğun olmadığından Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları (təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər) nəzərə alınaraq məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 18 oktyabr 2022-ci il tarixli ifadəsinin yuxarıda qeyd olunan xüsusata aid hissəni obyektiv həqiqət və sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kultivasiya etməsi cinayəti, habelə əkib-yetişdirdiyi çətənə (kannabis) bitkilərin yarpaqlarından küstar üsulla hazırlamaqla satış məqsədi olmadan narkotik maddə olan qurudulmuş marixuana əldə etmə və saxlama cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitədir.Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Habelə həmin Qanunun “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in sayı 16 ədəd və ya ondan artıq olduqda olduqda külli miqdar hesab olunur. Həmçinin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 46 ədəd ədəd çətənə (kannabis) bitkilərinin sayı külli miqdardadır, habelə götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana 1030,0 qram olmaqla külli miqdar təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq qurudulmuş marixuana hazırlamış, əldə etmiş və saxlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib, yetişdirmə və kultivasiya etməsi cinayət əməlini törətməsi təsdiq olunur və məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs əkib-yetişdirdiyi çətənə (kannabis) bitkilərin hissələrini toplayıb kustar üsulla hazırlayıb əldə etdiyi külli miqdarda-1030,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə etməsi heç bir sübutla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu maddəni satış məqsədi ilə əldə etməsi, habelə onların satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan 46 ədəd çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin mart ayında Ağcabədi şəhəri, X.Şuşinski küçəsində yaşadığı evin qonşuluğunda yerləşən və faktiki olaraq onun istifadəsində olan X7 məxsus həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkib və mütəmadi olaraq onlara aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib külli miqdarda kultivasiya etmiş, habelə 2022-ci ilin iyul ayının əvvəllərində özünün yetişdirdiyi həmin çətənə (kannabis) bitkilərinin hissələrini toplamaqla qeyd edilən ünvanda kustar üsulla onları qurudub satış məqsədilə qanunsuz olaraq külli miqdarda-1030,0 qram qurudulmuş marixuananı əldə edib, hazırlayıb daşımaqla həmin həyətdə iki ədəd sellofan torbada saxlamış, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən 04 avqust 2022-ci il tarixdə, saat 10:50 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məcid Həsənovun qeyd edilən ünvanda yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirilərkən 46 ədəd yaş halda çətənə (kannabis) bitkiləri, həmin narkotik tərkibli çətənə bitkilərinin budaqlarından qanunsuz olaraq kəsilmiş 34 ədəd nəm vəziyyətdə çətənə bitkiləri, eləcə də əldə edib, hazırlayıb daşımaqla həyətyanı torpaq sahəsində olan həmin bitkilərin əkildiyi yerin yaxınlığındakı iki ədəd sellofan torbada saxladığı külli miqdarda-1030,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində (18 oktyabr 2022-ci il tarixli ifadəsində “istəyən olsaydı əlavə gəlir əldə etmək üçün satardım” ifadəsi istisna olunmaqla və bu ifadənin qeyd olunan xüsusatına yuxarıda hüquqi qiymət verilib sübut kimi qəbul edilməməsi nəzərə alınmaqla) bildirmişdir ki, o, 30 ildir ki, marixunadan istifadə edir və narkotik maddələrin satışı ilə məşğul olmamış, kiməsə marixuana satmamışdır.İstifadəsi üçün çətənə bitkiləri əkib-yetişdirmiş və özünün şəxsi istifadəsi üçün həmin çətənə bitkilərinin yarpaqlarını yığıb saxlamışdır. Habelə, işdə olan narkoloji tibbi yoxlamanın rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Eyni zamanda məhkəmə və ibtidai istintaq zamanı əldə olunmaqla tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. İş üzrə ifadə vermiş şahidlər (polis əməkdaşları) ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilər əkib-yetişdirməsi barədə məlumat daxil olsa da, onun satış məqsədi ilə narkotik maddələri əldə etməsi barədə, habelə kiməsə narkotik vasitələr satması barədə məlumatlar əldə edilməmişdir.Həmçinin saxlandığı vaxt Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün çətənə bitkilərini əkib yetişdirdiyini, torbalarda aşkar olunmuş marixuananı isə özünün şəxsi istifadəsi üçün əkdiyi çətənə kollarından hazırlayıb əldə edib saxladığını bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 1030,0 qram qurudulmuş marixuana (kustar üsulla hazırlamaqla) əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuana 1030,0 qram olsa da, onun bu narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Habelə təqsirkarın narkotik vasitənin satışı istiqamətində hər hansı hərəkətlər etməsi, o cümlədən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi müəyyən edilməmişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi heç bir sübutla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu maddələri satış məqsədi ilə əldə etməsi, habelə onların satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir.Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti və cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Qeyd olunan əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı hərəkətləri, yəni narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərildiyi kimi narkotik maddənin satış məqsədi ilə əldə edilməsinə dair fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X4 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin mart ayında, Ağcabədi şəhəri, X.Şuşinski küçəsində yaşadığı evin qonşuluğunda yerləşən və faktiki olaraq onun istifadəsində olan X7 məxsus həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkmiş, onlardan bitən külli miqdarda-46 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edib yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmiş, həmçinin 2022-ci ilin iyul ayında həmin çətənə (kannabis) bitkilərinin yarpaqlarından dərib yığaraq kustar üsulla hazırlayıb satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-1030,0 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş və onları iki ədəd sellofan torbalara yığıb saxlamış, daxil olmuş əməliyyat məlumatına əsasən Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən 04 avqust 2022-ci il tarixdə saat 10-11 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs iştirakı ilə Məcid Həsənovun qeyd edilən ünvanda yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsində külli miqdarda-46 ədəd çətənə (kannabis) bitkiləri, həmin bitkilərə aid 34 ədəd nəm vəziyyətdə çətənə (kannabis) bitkilərin budaqları, habelə iki ədəd sellofan torbalarda külli miqdarda-1030,0 narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, bununla da Təqsirləndirilən şəxs CM-nin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddsinə əsasən (bu Məcəllənin 234.1ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1- 1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu vaxtdan-04 avqust 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Ağcabədi RİH-nin Ağcabədi şəhər İƏD üzrə Nümayəndəyindən verilmiş 24 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, X.Şüşinski küçəsində olan fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə (yaşadığı ərazidə özünü səmimi aparmaqla sakinlər arasında hörmət qazanmış, ondan şikayət xarakterli məlumat daxil olmamışdır) olunur. İşdə olan, tibbi arayışlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Qalxanvari vəzin düyünlü hiperplazması-düyünlü zob” diaqnozu ilə xəstədir. İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1 və 237.2.3-cü maddədələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, və təyin edilmiş cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 04 avqust 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Ağcabədi RPŞ-nin maddi sübutlar otağında saxlanılan 46 ədəd ədəd çətənə (kannabis) bitkisi, 34 ədəd çətənə (kannabis) bitkilərinin budaqları və1029,80 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X5 X6 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək, təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 04 avqust 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Ağcabədi Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 46 ədəd ədəd çətənə (kannabis) bitkisi, 34 ədəd çətənə (kannabis) bitkilərinin budaqları və 1029,80 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-102/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-102/2023
23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver