Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-103/2023 07.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1990-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 01(bir) ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 8,603 qram olan kustar üsulla narkotik vasitə olan heroini, 08 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 2,880 qram, 2,373 qram, 1,080 qram, 0,348 qram, 0,611 qram, 0,447 qram, 0,512 qram və 0,635 qram olmaqla külli miqdarda ümumilikdə təmiz çəkisi 8,886 qram psixotrop maddə olan metamfetamini və üzərində heroin və metamfetamin izləri olan 01 ədəd elektron tərəzini əldə edib yaşadığı ünvan 1 ünvanında saxlamış, 10 avqust 2022-ci il tarixdə saat 09 radələrində Şirvan şəhəri, Upramxor qəsəbəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb həmin gün sonuncunun yaşadığı ünvan 2 ünvanında saat 09 radələrində baxış nəticəsində evin yataq otağında olan şkafın qarşısında olan çantanın içərisindən 01 (bir) ədəd dəmir qabın içərisində 01(bir) ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 8,603 qram olan kustar üsulla narkotik vasitə olan heroin, 08 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 2,880 qram, 2,373 qram, 1,080 qram, 0,348 qram, 0,611 qram, 0,447 qram, 0,512 qram və 0,635 qram olmaqla külli miqdarda ümumilikdə təmiz çəkisi 8,886 qram psixotrop maddə olan metamfetamin və üzərində heroin və metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni narkotik vasitə və psixotrop maddəni satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini bildirməklə ifadəsində göstərmişdir ki, metamfetamindən və heroindən tez-tez istifadə edir. Hadisədən 3-4 gün bundan qabaq Bakı şəhərinə getmiş, Bakı şəhərində olarkən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin almaq qərarına gəlmiş, bu məqsədlə əvvəllərdə aldığı, hazırda adını xatırlamadığı şəxslə “Whatsaap” vasitəsi ilə əlaqə saxlamış, sonuncu da Bakı şəhəri, Nizami metrostansiyasının yaxınlığında halhazırda yadında qalmayan binada işıq sayğacının içərisinə qoyacağını bildirmiş, bir neçə saatdan sonra həmin şəxs yenidən ona mesaj yazaraq narkotik vasitə və psixotrop maddəni həmin yerə qoyduğunu demiş, o həmin şəxsin dediyi yerə getmiş və razılaşdıqları kimi narkotik vasitə ilə psixotrop maddəni həmin yerdən götürüb sayğacın içərisinə 200 manat pul qoymuş, daha sonra narkotik vasitə və psixotrop maddəni götürüb yaşadığı ünvan 3 ünvanına gətirmiş və yataq otağında olan şkafın qarşısına qoymuş, 10 avqust 2022-ci il tarixdə saat 09 radələrində o yaşadığı ünvanda olarkən qapının döyüldüyünü eşitmiş, qapını açan zaman qapıda polis əməkdaşlarının olduğunu görmüş, polis əməkdaşları ona narkotik vasitə dövriyyəsində şübhəli olduğunu bildirmiş və yaşadığı evə baxış keçirilməsinin zəruriliyi barədə məlumat vermiş, o polis əməkdaşları tərəfindən yaşadığı evdə baxış keçirilməsinə razılıq vermiş və bu barədə ərizə yazmış, bundan sonra polis əməkdaşları videoçəkilişlə yaşadığı ünvan 3 ünvanında baxış keçirmiş, baxış keçirən zaman evdə yataq otağında olan şkafın qarşısındakı çantanın içərisindən narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi aşkar olunaraq qablaşdırılaraq götürülmüş, bundan sonra isə polis əməkdaşları tərəfindən protokol tərtib edilmişdir. Ondan aşkar olunan heroinin miqdarı 8 qram olmuş, lakin metamfetamin 5 qram və bir bükümdə olmuş, ittihamda göstərilən kimi çox bükümdə olmamışdır. Həmin maddələri özü qəbul etmək üçün əldə etmiş, satış məqsədi ilə əldə etməmiş, əməlinin düzgün tövsif edilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi “metamfetamin 5 qram və bir bükümdə olmuş, ittihamda göstərilən kimi çox bükümdə olmamış, narkotik maddələri öz istifadəsi üçün, satış məqsədi ilə əldə etməmiş” xüsusatı obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, onun göstərdiyi sözü gedən xüsusatları ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şirvan şəhər rayon polis şöbəsinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, 10 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məluat daxil olmuşdur. Əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra polis əməlkdaşları ilə həmin gün saat 09 radələrində ünvan 3 ünvanına gedərək Xeyrulla Babayavə onun evinə baxış keçirilməsinin zəruriliyi barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı evə daxil olmuşlar, evdə ayrı-ayrı otaqlara baxış keçirdikdən sonra Təqsirləndirilən şəxs özünün yataq otağı olduğunu bildirdiyi otağa baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında şkafın üzərində güzgünün qarşısında olan boz rəngli çantanın içərisində 01 ədəd sellofan torba müəyyən olunmuş, torbanın içərisinə baxış keçirilən zaman torbadan 01 ədəd işlək vəziyyətdə olan elektron tərəzi və 01 ədəd dəmir qab aşkar olunmuş, həmin dəmir qaba baxış keçirilən zaman isə içərisindən 01 ədədi narkotik vasitə olan heroinə bənzər, 08 ədədi isə psixotrop maddə olan metamfetaminə bənzər ümumilikdə 9 ədəd büküm aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin 01 ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroinin və 08 ədəd psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu bildirmiş, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminlər qablaşdırılaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin əməkdaşları X3 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 avqust 2022-ci il tarixli 18/841 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd dəmir qabın içərisində 01 ədəd bükümdə təmiz çəkisi-8,603 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-2,880 qram, 2,373 qram, 1,080 qram, 0,348 qram, 0,611 qram, 0,447 qram, 0,512 qram və 0,635 qram, ümumi çəkisi- 8,886 qram olan ağımtıl rəngli maddələr psixotrop maddə olan metamfetamindir. 01 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. Tədqiqatdan sonrakı qalıq heroin 8,553 qram, psixotrop maddə metamfetamin 8,486 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edır. İş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli 5241 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 10 avqust 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında şkafın üzərində güzgünün qarşısında olan boz rəngli çantanın içərisində 01 ədəd sellofan torba müəyyən olunmuş, torbanın içərisinə baxış keçirilən zaman torbadan 01 ədəd işlək vəziyyətdə olan elektron tərəzi və 01 ədəd dəmir qab aşkar olunmuş, həmin dəmir qaba baxış keçirilən zaman isə içərisindən 01 ədədi narkotik vasitə olan heroinə bənzər, 08 ədədi isə psixotrop maddə olan metamfetaminə bənzər ümumilikdə 9 ədəd büküm aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin 01 ədəd sellofan bükümdə olan narkotik vasitə olan heroinin və 08 ədəd psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu bildirmiş. İş materiallarında olan 10 avqust 2022-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şirvan şəhər rayon məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 10 avqust 2022-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 11 avqust 2022-ci il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 8,553 qram narkotik vasitə heroin, 8,486 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökimünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3, 234.1-ci maddəsinə əsasən 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicəsi ləğv edildikdən sonra həyata keçirilməlidir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan narkomaniyadan məcburi müalicəsi ləğv edilmiş, məhkumluğu yoxdur. İş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli Şirvan Şəhər Mərkəzi X4 Şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji kabinetində «Tiyək narkomaniyası» diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər 1 saylı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, ünvan 2-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi ata, anası və bacısından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxıl olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 09 noyabr 2022-ci il tarixli qərarla “baxış keçirilməsi barədə” istintaq hərəkətinin keçirilməsini özündə əks etdirən bir ədəd ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkoltik vasitə heroin və psixotrop maddə metamfetamin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, əməlindən peşman olmasını, əməlini qismən etiraf etməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub, Şirvan Şəhər Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 8,553 qram narkotik vasitə heroin, 8,486 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli, baxış keçirilməsinə dair videogörüntünün yazıldığı 1 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Şirvan şəhər polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 8,853 qram narkotik vasitə heroin, 8,486 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. -İş materiallarında saxlanılan baxış keçirilməsinə dair videogörüntünün yazıldığı 1 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-103/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-103/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver