Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-103/2024 23.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 04 sentyabr 1973-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, Lənkəran şəhəri, Vaqif Məmmədov küçəsi, ev 22-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-3,374 qram psixotrop maddə olan metamfetamini əldə edib, saxlayıb, daşımış və satışını realizə etmək üçün həmin maddəni ayrı-ayrı hissələrə ayıraraq onları 0,264 qram, 0,272 qram, 0,337 qram, 0,207 qram, 0,263 qram, 0,375 qram, 0,288 qram, 0,249 qram, 0,262 qram, 0,168 qram və 0,689 qram olmaqla cəmi 11 ədəd ədəd bükümlərə qablaşdırılıb üzərində saxlayıb daşımış, 03 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Lənkəran şəhəri, “Böyük bazar” adlanan ərazidə üzərində saxladığı həmin bükümlərdən 7 ədəd bükümdə-0,263 qram, 0,375 qram, 0,288 qram, 0,249 qram, 0,262 qram, 0,168 qram və 0,689 qram olmaqla cəmi 2,294 qram psixotrop maddə olan metamfetamini 30 (otuz) manata tanışı X4, daha sonra 4 ədəd bükümdə olan cəmi 1,08 qram metamfetamini üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında 03 aprel 2023-cü il tarixdə, saat 17:30 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, H.Əliyev prospektində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən 4 ədəd bükümdə-0,264 qram, 0,272 qram, 0,337 qram və 0,207 qram olmaqla cəmi 1,08 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və iki uşağı ilə birlikdə Lənkəran şəhəri, Vaqif Məmmədov küçəsi, ev 22-də qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq işləməsə də, iş olanda fərdi qaydada tikinti işləri üzrə usta işləmiş, hazırda 3-cü qrup əlildir və əlilliyinə görə 150 manat müavinət alır. O, 20 ildən artıqdır ki, narkotiklərdən istifadə etməyə başlamış, narkomaniya xəstəsi olmaqla son vaxtlar metamfetamindən də istifadə etmişdir. 03 aprel 2023-cü il tarixdə, səhər saatlarında evində olarkən bir qrup polis əməkdaşları evinə gəlib onu tutub rayon polis şöbəsinə aparmışlar. Polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik maddə olmamışdır. Polis əməkdaşları onu tutub polis şöbəsinə apararkən yolda onu aparan polis əməkdaşlarından hansısa biri özü də (Təqsirləndirilən şəxs) bilmədən cibinə narkotik maddə qoymuş və polis əməkdaşının onun cibinə narkotik maddə qoymasını o, sonradan bilmişdir. Polis şöbəsində ona Elvin adlı şəxsə metamfetamin satması soruşulmuş, o, həmin şəxsi tanımaığını və ona metamfetamin satmadığını demişdir. Sonra polis əməkdaşları ona qarşı təzyiq edərək onu döymüş və cibinə qoyulmuş narkotik maddənin özünə məxsus olmasını, həm də Elvin adlı şəxsə metamfetamin verməsini deməyə məcbur etmişlər. O, polislərin təzyiqi altında onların dedikləri ilə razılaşmışdır. Bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmış və cibinə qoyulmuş 4 ədəd bükümü özü çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi bükümlərin içərisində metamfetamin kütlələri aşkar olunmuşdur. Orada şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş metamfetamini tanımadığı şəxsdən adığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, həmçinin aldığı metamfetaminin bir hissəsini tanışı astaralı Elvin adlı şəxsə verdiyini bildirmişdir. O, polis əməkdaşlarının ona qarşı təzyiqləri altında belə demiş və belə də ifadə vermişdir. Əslində isə tutulan vaxt üzərində narkotik maddə olmamış, astaralı Elvin adlı şəxsi əvvəllər tanımamış, həmin şəxsi tutulandan sonra polisin müvəqəti saxlama yerində olarkən tanımış və bu şəxsə o, metamfetamin verməmiş, satmamışdır. Üzərində aşkar olunmuş 4 ədəd bükümdə olan metamfetamini cibinə polis əməkdaşları qoymuşdur. O, üzərində aşkar olunmuş metamfetaminlə və Elvin adlı şəxsə metamfetamin satması və ya verməsi ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotik maddələr istifadəçisi kimi özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 20 ildən artıqdır ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmiş, son zamanlar metamfetamindən də istifadə etmişdir. Narkotik maddələri Lənkəran şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Astara rayon sakini Elvin adlı şəxsi (X11) 4 aydır ki, tanımış, Lənkəran şəhəri «Mərkəzi bazar» ərazisində onunla tanış olmuş, Elvinin də metamfetamindən istifadə etdiyini bilmiş və bir neçə dəfə ona istifadəsi üçün metamfetamin vermişdir. 03 aprel 2023cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri «Mərkəzi bazar» istiqamətində gedərkən Elvin onu görüb görüşüb ondan onun üçün psixotrop maddə almağını xahiş etmiş, o da ala biləcəyini demişdir. Sonra Elvin ona pul vermiş, o da Elvinə bazarın yaxınlığında gözləməsini deyib özü bazara daxil olmuşdur. Bazırda o, əvvəllər bir neçə dəfə narkotik və psixotrop maddələr aldığı, üzdən tanıdığı şəxsdən 10 bükümdən çox psixotrop maddə (metamfetamin) alıb Elvinin yanına qayıdıb bükümlərin çox hissəsini Elvinə vermiş, bir hissəsini isə şəxsi istifadəsi üçün özündə saxlamış və həmin bükümləri əynindəki gödəkcəsinin cibinə qoymuşdur. Həmin gün axşam saatlarında Lənkəran şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olarkən bir neçə polis əməkdaşı onu saxlayıb narkotik və psixotrop maddələrin qanunsuz əldə edilib üzərində saxlanılmasında şübhəli olduğu bildirilib rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı özü əynindəki gödəkcəsinin cibindən 4 ədəd bükümü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı o, təqdim etdiyi bükümlərin içərisində metamfetamin olduğunu və şəxsi istifadəsi üçün saxladığını, həmçinin şəxsi istifadəsi üçün aldığı metamfetaminin bir hissəni tanışı Elvin adlı şəxsə verdiyini demişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. O, sonuncu dəfə Elvinin xahişi ilə psixotrop maddə alıb bir hissəsini Elvinə satmış, qalanını isə öz istifadəsi üçün saxlamışdır. O, əvvəllər də bir neçə dəfə Elvinə istifadəsi üçün psixotrop maddə vermişdir. O, Elvinlə telefonla əlaqə saxlamamış, bildiyinə görə Elvinin mobil telefonu olmamış, Elvin Lənkəran şəhərinə gələn vaxt onunla görüşmüşdür. Elvin ona psixotrop maddə almaq üçün pul vermiş və o, psixotrop maddə alıb gətirəndən sonra aldığı psixotrop maddə özünə havayı başa gəlsin deyə Elvindən əlavə 10 manat pul almışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələridə onun Elvinə metamfetamin satması və üzərində metamfetamin saxlamasına dair hallar doğru deyil. O, tutulan vaxt üzərində narkotik və ya psixotrop maddələr olmamış, həmçinin o, Elvinə heç bir narkotik və ya psixotrop maddələr satmamış, verməmişdir. İbtidai istintaq zamanı polis şöbəsində Elvinlə şifahi qaydada üzləşdirilərkən Elvin ona metamfetamin satdığını demiş, özü də polislərin təzyiqi nəticəsində Elvinə metamfetamin verdiyini bildirmişdir. Əslində isə üzərində aşkar olunmuş metamfetamini cibinə tanımadığı polis əməkdaşları qoymuş, həmçinin o, Elvinə metamfetamin satmamışdır. O, üzərində aşkar olunmuş metamfetaminlə və Elvin adlı şəxsə metamfetamin satması və ya verməsi ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotik maddələr istifadəçisi kimi özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. 03 aprel 2023-cü il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, saxalaması, daşıması və satması barədə məlumat daxil olmuş, bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün axşam saat 17 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Lənkəran şəhərində, H.Əliyev prospektində, küçədə saxlanılıb ona X5 dövriyyəsində şübhəli olduğu bildirilib Lənkəran ŞRPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Bəhruz Qurbanov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən 4 ədəd büküm çıxarıb təqdim edib bükümlərin içərisində metamfetamin olduğunu, özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Həmin bükümlərin içərisində metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan metamfetamini Lənkəran şəhərində “Böyük bazar” deyilən yerdə üzdən tanıdığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin Astara rayon sakini “Elvin” adlı şəxsə də metamfetamin verdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, son vaxtlar metamfetamindən istifadə etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Üzərində aşkar olunmuş 3 ədəd bükümdə və tanışı Hüseynə verdiyi 4 ədəd bükümdə olan metamfetamini o, Hüseynlə birlikdə pul qoyub Lənkəran şəhərində tanımadığı şəxsdən alıb istifadə etmişlər. O, həmin metamfetamini Təqsirləndirilən şəxs almamışdır. İmrandan pulla metamfetamin alması ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Eyni zamanda məhkəmədə ifadəsi elan olunmaqla tədqiq edilmiş, şahid Elvin Əhmədov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Astara rayonunda yaşayır və iki ildir ki, metamfetamindən istifadə etməyə başlamışdır. Metamfetamini çox vaxt Lənkəran şəhərində almış, Astara şəhərində narkotik maddə almağa risk etməmişdir. 03 aprel 2023-cü il tarixdə, səhər saatlarında tanışı Hüseynlə birlikdə söhbət zaman Hüseyn ondan istifadə etmək üçün psixotrop maddə olub-olmadığını soruşmuş, olduğu halda ona verməyini, ya da satmağını demiş, o da üzərində olmadığını, lakin Lənkəran şəhərində satan tanışı olduğunu demişdir. Sonra razılaşıb taksi ilə Lənkəran şəhərinə getmişlər ki, həmin şəxsdən metamfetamin alsınlar. Lənkəran şəhərində Hüseyn ona 10 manat pul vermiş, özündə də 20 manata yaxın pul olmuşdur. O, Hüseynə Lənkəran şəhərində, Əli Məmmədov küçəsində yerləşən idman meydançasının yanında gözləməsini deyib özü isə Lənkəran şəhəri «Mərkəzi bazarı» istiqamətində getmiş, bazara çatmağına az qalmış bir neçə ay əvvəl tanıdığı İmran adlı şəxsi görüb onunla hal-əhval etdikdən sonra onun üçün psixotrop maddə almasını xahiş etmiş, İmran da ala biləciyini demişdir. İmran ondan neçə büküm istədiyini soruşmuş, o da 7 büküm istədiyimi demiş və Hüseynin verdiyi pulun üzərinə özü pul qoyub cəmi 20 manat pulu İmrana vermişdir. İmran ona bazarın yaxınlarında gözləməyini deyib bazara girmiş, bir qədər sonra İmran qayıdıb gəlib ona psixotrop maddə aldığını və baha başa gəldiyini deyib ondan 10 manat da pul alıb bükümləri ona vermiş, sonra onlar ayrılmışlar. Sonra o, aldığı 7 ədəd bükümdən dördünü Hüseynə vermiş, üç bükümü isə istifadəsi üçün özündə saxlamışdır. Əvvəlcə onlar Astaraya qayıtmağı düşünsələr də, sonradan işi olduğunu üçün o, Hüseyndən ayrılmış və razılaşmışlar ki, iki saatdan sonra «Mərkəzi bazar»ın yaxınlarında görüşüb Astaraya birlikdə getsinlər. Sonra o, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi ilə hərəkətdə olarkən mülki geyimli bir neçə polis əməkdaşı onu saxlayıb X5 dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu bildirib onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində vkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı özü əynindəki gödəkcəsinin cibində olan bükümləri çıxarıb təqdim edib bükümlərdə metamfetamin olduğunu və həmin metafemtamini İmran adlı şəxsdən aldığını və şəxsi istifadsi üçün üzərində saxladığını bildirmişdir. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 03 aprel 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik və psixotrop əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 aprel 2023-ci il tarixdə, saat 17 radələrində Lənkəran şəhəri, H.Əliyev prospektində saxlanılıb Lənkəran ŞRPŞ-nə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 06 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 03 aprel 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Bəhruz Qurbanov tərəfindən müdafiəçi Vəliəhəd Həbibovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən 4 ədəd büküm çıxarıb təqdim etmişdir. Təqdim olunmuş bükümlərin içərisində metamfetaminə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlələrin metamfetamin olduğunu və bu maddəni Lənkəran şəhərində “Böyük bazar” deyilən yerdə üzdən tanıdığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin həmin gün (03 aprel 2023-cü il tarixdə) Astara rayon sakini “Elvin” adlı şəxsə də verdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 04 aprel 2023-cü il tarixli, 19/404 №-li tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 büküm ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,264 qram, 0,272 qram, 0,337 qram, 0,207 qram, ümumi təmiz çəkisi 1,080 qram olan ağ rəngli kirstal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin 0,880 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 03 aprel 2023-cü il tarixli protokolun surəti ilə müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Bəhruz Qurbanov tərəfindən müdafiəçi Zaur Qasımovun iştirakı ilə və videoçəkilişlə X9 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Elvin Əhmədov əynindəki gödəkcənin cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim olunmuş bükümün içərisində 3 ədəd xırda bükümlərdə metamfetaminə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Elvin Əhmədov üzərində aşkar olunan kütlələrin metamfetamin olduğunu və həmin kütlələri Lənkəran şəhərində tanışı “İmran” adlı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kutlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 03 aprel 2023-cü il tarixli protokolun surəti ilə müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Bəhruz Qurbanov tərəfindən müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə və videoçəkilişlə X7 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Hüseyn Ağayev əynindəki şalvarının cibindən 4 ədəd bükümləri çıxarıb təqdim etmişdir. Təqdim olunmuş bükümlərin içərisində metamfetaminə oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Hüseyn Ağayev üzərində aşkar olunan kütlələrin metamfetamin olduğunu və həmin kütlələri ona tanışı “Elvin” adlı şəxsin aldığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 iyun 2023-cü il tarixli, 19/593 №-li tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərilərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 büküm Metamfetamin Rəy №19/404 ...”, “X9 üzərindən aşkar edilərək götürülmüş 3 büküm Metamfetamin Rəy №19/405 ...” və “X6 üzərindən aşkar edilərək götürülmüş 4 büküm Metamfetamin Rəy №19/406 ...” sözlər və imzalar olan 3 ədəd zərflərdəki ümumi sayı 11 büküm olan metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda qalıq metamfetamin 0,830 qram (Təqsirləndirilən şəxs aid), 0,726 qram (Elvin Əhmədova aid) və 1,118 qramdır (Hüseyin Ağayevə aid). Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 25 iyun 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq, ayrı-ayrılıqda qablaşdırılmış 0,830 qram, 0,726 qram və 1,118 metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran ŞRPŞnin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Habelə iş üzrə götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 0,726 qram və 1,118 qram metamfetamin X9 və X6 barələrində olan ********* №-li cinayət işi üzrə maddi sübutdur. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 06 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMNnin yanında DSFM-nin təqdim etdiyi 3-17-1/2-114225 nömrəli arayışa əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 07 iyul 2023-cü il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni əldə etmə mənbəyi ilə bağlı material ayrılıb ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, eləcə də şahid Elvin Əhmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərindən aşkar olunmuş 4 ədəd bükümdə olan metamfetaminin ona məxsus olmaması, həmin 4 ədəd bükümdə olan metamfetamini üzərinə polis əməkdaşları tərəfindən qoyulması, Elvin Əhmədovu əvvəllər tanımaması və ona metamfetamin satmaması, verməməsi, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmaqla döyülməsi və bu səbəbdən üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olması, həm də Elvin adlı şəxsə metamfetamin satmasını bildirməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, eləcə də şahid Elvin Əhmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərindən aşkar olunmuş 4 ədəd bükümdə olan metamfetaminin ona məxsus olmaması, həmin 4 ədəd bükümdə olan metamfetamini üzərinə polis əməkdaşları tərəfindən qoyulması, Elvin Əhmədovu əvvəllər tanımaması və ona metamfetamin satmaması, verməməsi, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmaqla döyülməsi və bu səbəbdən üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olması, həm də Elvin adlı şəxsə metamfetamin satmasını bildirməsi, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, eləcə də şahid Elvin Əhmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi (həmin ifadəsində Elvin Əhmədov üzərində aşkar olunmuş 3 ədəd bükümdə və tanışı Hüseynə verdiyi 4 ədəd bükümdə metamfetamini tanışı İmrandan pulla aldığını göstərmişdir), maddi sübutlar, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərlə (Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını və aldığığı metamfetamindən tanışı astaralı Elvinə də verdiyinisatdığını bildirmiş, Elvin Əhmədov da üzərində şəxsi axtarış zamanı üzərində aşkar olunmuş 3 ədəd bükümdə və tanışı Hüseynə verdiyi 4 ədəd bükümdə metamfetamini tanışı İmrandan pulla aldığını göstərmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (həmin ifadələrində o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını və aldığığı metamfetamindən tanışı astaralı Elvinə də verdiyinisatdığını göstərmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin şahid Elvin Əhmədov məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatları, yəni Təqsirləndirilən şəxs tanımadığını və ondan pulla metamfetamin almaması, üzərində aşkar olunmuş 3 ədəd bükümdə və tanışı Hüseynə verdiyi 4 ədəd bükümdə olan metamfetamini o, Hüseynlə birlikdə pul qoyub tanımadığı şəxsdən almasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, habelə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də Elvin Əhmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi və videoçəkilişlə aparılmış şəxsi axtarış protokolla (üzərində şəxsi axtarış zamanı və ifadəsində Elvin Əhmədov üzərində aşkar olunmuş 3 ədəd bükümdə və tanışı Hüseynə verdiyi 4 ədəd bükümdə olan metamfetamini pulla tanışı İmrandan aldığını göstərmişdir) tam təkzib olunduğundan məhkəmə həmin ifadəni sübut kimi qəbul etmir və onun bu ifadəsini özü və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsini öz mülahizəsi baxımından yanlış təqdim edilməsi kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə etdiyi 3,374 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda metamfetamin əldə etməsi, bu metamfetaminin çəkilib 11 ədəd bükümlərə qablaşdırılıb üzərində saxlamaqla daşıması və həmin metamfetaminin 7 ədəd bükümdə olan hissəsini tanışı Elvin Əhmədova pulla satması onun həmin narkotik maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamin əldə etmiş, saxlamış, daşımış və satmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin 26 dekabr 2003-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 04 may 2007-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 23 gün hissəsidən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsidən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 10 aprel 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 16 noyabr 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 30 aprel 2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 26 dekabr 2003-cü il, 20 iyul 2009-cu il və 10 aprel 2017-ci il tarixli hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, lakin 02 mart 2020-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən, onun bu əməli cinayətlərin residivini yaradır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətlərin residivini yaratdığından ona ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Lənkəran şəhər 1 №-li sahə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, V.Məmmədov küçəsi ev 22-də qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (nümayəndəliyi ondan ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİİ dərəcə əlil olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngulləşdirən haldır. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından (altı ildən) az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyatda alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin nin maddi sübutlar otağında saxlanılan 0,830 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Lənkəran Şəhər İcra Hakimyyəti yanında Narkomaniya və X1rşı Mübarizə üzrə Biləsuvar Rayon Komissiyası” tərəfindən həyata keçirilməlidir. Habelə hazırki işə aid olan maddi sübutlar 0,726 qram və 1,118 qram metamfetaminin X9 və X6 barələrində olan cinayət işi üzrə də maddi sübutlar olması və bu maddi sübutların məsələsinin həmin cinayət işi üzrə yekun məhkəmə qərarı ilə həll edilməli olması nəzərə alınmalıdır. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 0,830 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə hazırki işə aid olan maddi sübutlar 0,726 qram və 1,118 qram psixotrop maddə olan metamfetaminin X9 və X6 barələrində olan cinayət işi üzrə də maddi sübutlar olması və bu maddi sübutların məsələsinin həmin cinayət işi üzrə yekun məhkəmə qərarı ilə həll edilməli olması nəzərə alınsın. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-130 (bir yüz otuz) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-103/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-103/2024
23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver